Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-247/2023 27.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rəhimova Aynurə Şirzad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Fərzləliyev Nəzər kamil oğlunun, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Cəbrayıl şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-631/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində xx.xx.2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Cəbrayıl şəhəri, 20 Yanvar küçəsi, ev 116-da qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 14:30-da Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,072 qram psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 18:00-da Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Musabəyov küçəsində yerləşən Milli Qvardiyanın inzibati binasının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirilmiş, həmin gün saat 20:10-da üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 1,072 qaram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə müddətdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə öz istifadəsi üçün tanımadığı bir nəfərdən, 25 manata bir büküm psixotrop maddə-metamfetamin alıb istifadə etmək üçün üstündə saxlamışdır. Lakin elə həmin gün axşam tərəfi təxminən saat 6 radələrində Binəqədi rayonu, Q.Musabəyov küçəsindəki Milli Qvardiyanın yaxınlığında küçədə piyada gedərkən sonradan Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları olduğunu bildiyi şəxlər ona narkotik vasitələrin gəzirilməsində şübhəli bilindiyi üçün 4-cü Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində videoçəkilişlə üzırində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı könüllü olaraq əynindəki şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümdə olan “patı” kimi tanıdığı psixotrop maddə metamfetamini çıxarıb masanın üzərinə qoymuşdur. Hazırda törətdiyi cinayət əməlindən çox peşmandır. Ona verilmiş suallara cavab olaraq ibtidai istintaq zamanı ona hər hansı fiziki və ya psixoloji təziqin olmadığını, həmin bükülünün içərisindəkinin “şüşə” kimi bilinən “patı” olduğunu bildirmiş və onu özünün istifadəsi üçün əldə etdiyini, barəsində Binəqədi Rayon Məhkəməsinin hökümü ilə 3 il azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edildiyini, hazırkı əməlini Binəqədi Rayon Məhkəməsinin hökmü çıxarılmazdan əvvəl yəni 2022-ci ilin iyun ayının əvvəllərində törətdiyini, hazırda narkotik vasitə istifadə etmədiyini bildirmişdir. Məhkum xx.xx.2023-cü il tarixli məhkəmə icilasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru Gülnar Şükürova onu nə vaxt idarəyə dəvət edibsə, o çağırışlara getmiş, icra məmurunun onu idarəyə dəvət etməsi ilə bağlı yaşadığı ünvana rəsmi bildiriş gəlməmiş, ola bilsin ki, bu səbəbdən icra məmurunun onu axtarmasından məlumatsız olmuşdur. Ona verilmiş digər suallara cavab olaraq isə xx.xx.22023-cü il tarixdə saat 13:48-dən xx.xx.2023-cü il saat 12:16-dək 1 sutka izlənmə mümkün olmamsını Novxanıda yas mərasimində olması ilə, xx.xx.2023-cü il tarixdə saat 10:55-15:50-dək qolbağının zaryadkasının bitməsi ilə, xx.xx.2023-cü il tarixdə saat 16:48-19:49-da qolbaq taxmamasını isə uşağı yatdığı üçün aparatı mətbəxdə zaryadkaya qoymasl ilə əsaslandımış, icra məmuru Gülnar Şükürovanın 15 fevral 2023-cü il tarixdə onun anası ilə telefon vasitəsilə əlaqə saxlayıb, ona məni axtardığını və təcili idarəyə gəlməsini bildirməsini anasının ona dediyini, lakin icra məmurunun çağırışına getmədiyini təsdiq etmişdir. Son sözündə məhkəmədən himayəsində bir azyaşlı uşağının olmasını və əməlindən səmimi peşmançılığnı nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ-nin 4-cü PŞ-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlaması və istifadə etməsi barədə məlumat daxil olduğundan əməliyyat qrupu təşkil edilmiş, qrupun digər üzvü olan Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə birlikdə xx.xx.2022-ci il tarixdə saat təxminən 18.00 radələrində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Musabəyov küçəsiindəki Milli Qvardiyanın yaxınlığında Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlayaraq 4-cü Polis Şöbəsinə gətirmişlər. 4-cü Polis Şöbəsinin inzibati binasında saat 20:10 radələrində Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı o, əynindəki şalvarının cibindən bir ədəd siqaret kağızına bükülmüş bir bükümü kölüllü olaraq təqdim etmiş, həmin bükülünün içərisindəkinin nə olduğu ondan soruşulduqda o, həmin bükülünün içərisindəkinin “şüşə” kimi bilinən “patı” olduğunu bildirmiş, həmin bükülü açıldıqda ağ kristala bənzər maddənin olduğu müəyyən edilmiş, daha sonra təhqiqatçı tərəfindən həmin bükülünun içərisində olan ağ kristala bənzər maddə qablaşdırılaraq götürülmüşdür. Əlavə olaraq bildirmişdir ki, sorğu zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddəni ”Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün 25 manata almışdır. Ona verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs tutularkən onun üzərində səhv xatırlamırsa ağ rəngli qolu uzun kofta və qara rəngli şalvar olmuş, o psixotrop maddəni əynindəki şalvarın sağ yan cibindən çıxararaq təqdim etmişdir. Məhkəmə baxışı zamanı ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə şahid Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.1987-ci ildə Cəbrayıl rayonunda anadan olmuş və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlaması, istifadə etməsi barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud tərəfdikdən bilavasitə sonra yaxalanması, üzərində qanunsuz saxladığı psixotrop maddə metamfetamin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair raportla bölmə rəisinə məruzə edilmiş və əməliyyat qrupu təşkil edilmişdir. Qrupa üzv olan Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə məlumat əsasında xx.xx.2022-ci il tarixdə saat 18.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Musabəyov küçəsi, Milli Qvardiyanın yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq Bakı şəhər Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirilmişdir. Həmin gün saat 20:10 radələrində Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibində saxladığı bir ədəd siqaret kağızına bükülmüş bir büküm narkotik vasitəyə bənzər bükülü aşkar edilərərk götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə saat 14:30 radələrində Nəsimi rayonu,”Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün 25 manata aldığını bildirmişdir. Aşkar olunan maddə Təqsirləndirilən şəxs iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış və həmçinin tərtib olunmuş protokolla tanış olub imza etmişlər. Ona Təqsirləndirilən şəxs saxlanılarkən, həminin onun üzərinə şəxsi axtarış və götürmə aparılarkən ona qarşı hər hansı fiziki zor tətbiq edilmişdir sualına cavab olaraq isə bildirmişdir ki, “Xeyir, Təqsirləndirilən şəxs saxlanılarkən, həmçinin onun üzərinə şəxsi axtarış və götürmə aparılarkən ona qarşı hər hansı fiziki zor tətbiq edilməyib”. 13 aprel 2023-cü il tarixli məhkəmə baxışı zamanı məhkəmənin təşəbbüsü ilə şahid qismində dindirilmiş Bakı şəhər Probasiya İdarəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-631/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərinə gün ərzində axşam saat 22:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökm və onun icrası barədə hakimin göstərişi icra olunması üçün xx.xx.2022-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsinin icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs qeydiyyatdan keçmək üçün yaşadığı ünvana bildiriş göndərilmiş, lakin məhkum idarəyə gəlməmiş və eyni zamanda onun yaşadığı yeri müəyyən etmək mümkün olmamışdır. Bundan sonra qanunvericiliyin tələblərinə əsasən onun barəsində ilkin axtarış və axtarış tədbirləri həyata keçirilmişdir. Tədbirlərin nəticəsi olaraq, məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə idarə qeydiyyatına götürülərək həmin tarixdə ona elektron nəzarət vasitəsi tətbiq edilərək nəzarət subyekti kimi “ATTENTİ” elektron monitorinq sistemində qeydiyyata alınmış, ona məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, habelə hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi izah edilmişdir. Lakin məhkəmə tərəfindən üzərinə qoyulmuş vəzifələri pozduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-7.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə bir dəfə töhmət növündə tənbeh tədbiri tətbiq edilmişdir. Eyni zamanda icra məmurunun çağırışlarına gəlməmiş və özü barədə məlumat vermədiyi üçün yenidən ilkin axtarış tədbirlərinə başlanılmışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində tərəfindən axtarış qərarı qəbul edilərək ərazi polis orqanına göndərilmiş və cəzaçəkmə müddətinin axımı həmin tarixdən dayandırılmışdır. Qeyd etdiklərini təsdiq edən bir sıra sənədləri məhkəməyə təqdim edərək əlavə olaraq bildirmişdir ki, 15 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs anası ilə telefon vasitəsilə əlaqə saxlayıb, ona Məhəmmədi axtardığını və təcili idarəyə gəlməsini bildirmiş, lakin Təqsirləndirilən şəxs onunla əlaqə saxlamamış, çağırışlara gəlmədiyindən və cəzaçəkmə müddətinin axımı xx.xx.2023-cü il tarixdən dayandırıldığından hazırda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 01 ay 03 gün hissəsini çəkmiş, çəkilməmiş cəzası 02 il 10 ay 23 gün təşkil edir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, şəxs İcra və Probasiya idarəsinə gəldikdən sonra cəzasının çəkilməsinin axımı davam edəcəkdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılması haqqında qərardan görünür ki, fakta görə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, gəzdirməsi və saxlaması barədə Binəqədi RPİ-nin 4-cü PŞ-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq həmin tarixdə saat 18:00-dan məhdudlaşdırılmış və o, şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli şəxsi-axtarış və götürmə haqqında protokoldan görünür ki, Maqsudov X4 RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız büküm aşkar edilərək götürülmüşdür. Qeyd edilən bükümdən başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli, 6/5278 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №173” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs-imza, dörd imzalar” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız bükümdəki təmiz çəkisi-1,072 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in İ siyahısına daxildirlər. Qeyd : Metamfetaminin təmiz çəkisi 1,072 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 1,022 qram xx.xx.2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncuya üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif olunmuş, o, əynindəki qara rəngli şalvarın sağ cibindən bir ədəd siqaret kağızına bükülmüş bükülünü çıxararaq təqdim etmiş və həmin bükülünün içərisində “patı” kimi tanıdığı psixotrop vasitə olduğunu, şəxsi istifadəsi üçün “Kubinka” adlanan ərazidən öz sitifadəsi üçün 25 manata aldığını bildirmişdir. xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş təmiz çəkisi 1,072 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,022 qramı saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin tarixdə saat 11:20-də həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ibtidai aaşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair ibtidai araşdırmanı həyata keçirən müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, iş üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və həbsdə saxlandığı Binəqədi RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:40-dan 12:45-dək müdfiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmişdir. xx.xx.2022-ci il tarixli qətikan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il 1(001)-631/2022 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2(iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş 3(üç) il azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İcra məmuru X3 məhkəməyə təqdim etdiyi sənədlərdən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vaxt məhdudiyyəti vəzifəsini pozduğundan ona töhmət verilmiş, xx.xx.2023-cü il tarixli qərarla isə vaxt məhdudiyyətini pozmaqla və özü barədə məlumat vermədən icra məmurunun çağırışlarına gəlməməklə məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri pozduğundan və onun yerinin müəyyən etmək mümkün olmadığından Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Binəqədi Rayon Məhkəməsinin 1(001)-631/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində olan məhkəmə hökmü idarənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, məhkumun qeydiyyatdan keçmək üçün yaşadığı ünvana bildiriş göndərilmiş, lakin məhkum idarəyə gəlmədiyi, onun yaşadığı yeri müəyyən etmək mümkün olmadığından qanunvericiliyə əsasən onun barəsində ilkin axtarış və axtarış tədbirləri həyata keçirilmiş, həmin tədbirlərin nəticəsi olaraq xx.xx.2023cü il tarixdə idarədə qeydiyyata götürülərək həmin tarixdə ona ATTENTİ elektron nəzarət vasitəsi tətbiq edilmiş, məhkum Təqsirləndirilən şəxs cəzasının icrasından mütəmadi və qərəzli boyun qaçırmış, eyni zamanda icra məmurunun çağırışlarına gəlməyərək özü barədə məlumat vermədiyi üçün yenidən ilkin axtarış tədbirlərinə başlanmış, xx.xx.2023cü il tarixdə barəsində axtarış qərarı qəbul edilərək ərazi polis orqanına göndərilmişdir. Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Binəqədi Rayon Məhkəməsinin 1(001)-631/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində olan məhkəmə hökmü idarənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, məhkumun qeydiyyatdan keçmək üçün yaşadığı ünvana bildiriş göndərilmiş, lakin məhkumun idarəyə gəlməmiş, onun yaşadığı yeri müəyyən etməyin mümkün olmadığından onun barəsində ilkin axtarış və axtarış tədbirlərinin həyata keçirilmiş, həmin tədbirlərin nəticəsi olaraq xx.xx.2023-cü il tarixdə idarədə qeydiyyata götürülərək həmin tarixdə ona ATTENTİ elektron nəzarət vasitəsi tətbiq edilmiş, məhkum Təqsirləndirilən şəxsun cəzasının icrasından mütəmadi və qərəzli boyun qaçırdığı, eyni zamanda icra məmurunun çağırışlarına gəlməyərək özü barədə məlumat vermədiyi üçün yenidən ilkin axtarış tədbirlərinə başlanmış, xx.xx.2023-cü il tarixdə barəsində axtarış qərarı qəbul edilərək ərazi polis orqanına göndərilmiş, cəzaçəknə müddətinin axımı həmin tarixdən dayandırılmış, xx.xx.2023-cü il tarixdə idarəyə gəldiyindən cəzasını çəkməyə davam etmiş, məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək ona təyin edilmiş cəzasının 01 ay 16 gün hissəsini çəkmiş, çəkilməmiş cəzası 02 il 10 ay 10 gün təşkil edir. xx.xx.2022-ci il tarixli, 5338 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü Miran adlı bir azyaşlı uşağı var. Bakı şəhər İcra Hakimiyyəti Aparatının 78 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında Cəbrayıl rayonundan məcburi köçkün kimi məskunlaşmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs ona Binəqədi Rayon Məhkəməsinin 1(001)-631/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının icrasından qərəzli olaraq yayınmaması barədə qeyd etdikləri barədə məhkəmə hesab edir ki, onun göstərdikləri özünü müdafiə xarakterlidir, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icarsından yayınması təqdim edilmiş və məhkəmədə tədqiq edilmiş subutlarla tam sübuta yetirilir, o onun üzərinə məhkəmə qərarı ilə qoyulmuş vəzifələri pozmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə narkotik vasitə olan heroini qanusuz olaraq əldə edib üzərində daşıdığ üçün barəsidə xx.xx.2022-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanmasına, onun barəsində cinayət təqibin həyata keçirilməsinə baxmayaraq (bununla bağlı Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il 1(001)- 631/2022 nömrəli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir) o, 16 sentyabr 2022-ci il tarixində yenidən şəxsi istehlak miqdarından artıq psixotrop maddə olan metamfitamin əldə edərək saxlamaqla və üzərində daşımaqla CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu isə onun şəxsiyyətinin ictimai təhlükəli olmasına, onun Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əməlləri yenidən törətməsinə dəlalət edir ki, qeyd edilənlərə əsasən də ona təqsirli bilindiyi maddənin sankiyasında nəzrədə tutulan daha ciddi cəza növünün tətbiq edilməsini labüd edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun narkomaniya xəstəsi olmasını, onun cəmiyyətdən təcrid etmədən yeni cinayət törətməsinin qarşısının alınmasının çətin olmasını, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18:00-dan şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə saat 11:40-dan saat 12:15-dək təqsirləndirilən şəxs qismində dindirilərək barəsində “həbs” qətimkan tədbirinin seçilməsi üçün vəsatət verilmiş, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair ibtidai araşdırmanı həyata keçirən müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, iş üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və həbsdə saxlandığı Binəqədi RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki azadlığının məhdudlaşdırıldığı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə 16 sentyabr 2022-ci il tarixdən 18 sentyabr 2022-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bununla yanaşı məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-631/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunduğu və üzərində qəti olaraq saxlanılmış 2 (iki) il 11(on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni yəni 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla və hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq azalıqdan məhrumetmə cəzası təyin edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-631/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunduğu və üzərində qəti olaraq saxlanılmış 2 (iki) il 11(on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş olan 1 (bir) ay 16 (on altı) gün hissəsi CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” qərarına görə cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Məhkəmə təcrübəsində oxşar vəziyyətlərdə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsi ilə deyil, 67.1-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə cəza təyin edilməsi onun vəziyyətini əsassız olaraq ağırlaşdırmasına, hüquqların və qanuni mənafelərinin pozulmasına gətirib çıxara bilər. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. CPM-in 155.3.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 27 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökmün icrasını təmin etmək məqsədi ilə “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, qanunvericiliyin tələblərinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,022 qram olan psixatrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd videogörüntünün əks etdirildiyi disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixdən 18 sentyabr 2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti oaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-631/2022 nömrəli hökmü ilə məhkumun üzərində qəti olaraq saxlanılmış 2 (iki) il 11(on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutusun və hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 01 (bir) il 9 (doqquz) ay müddətinə azalıqdan məhrumetmə cəzası təyin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-631/2022 nömrəli hökmü ilə məhkumun üzərində qəti olaraq saxlanılmış 2 (iki) il 11(on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 1 (bir) ay 16 (on altı) gün hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və ona təyin edilmiş 01 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 7 (yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəndə çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 27 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,022 qram olan müamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-247/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-247/2023
27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver