Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-248/2020 22.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, himayəsində üç azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 263-1.1 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, istintaqa məlum olmayan vaxtda psixotrop maddələrdən istifadə edib sərxoş halda olaraq ona yol vərəqəsi əsasında təhkim olunmuş «xxxxxxxxxxx» MMC şirkətinə məxsus olan «Daewoo BS 090» dövlət qeydiyyat nişanlı **-TG-*** dövlət qeydiyyat nişanlı 108B saylı marşrut avtobusunu idarə edib həmin avtobusla xx xxxxxx 2019-cu il tarixdə saat 06.20 radələrində Binəqədi rayonu 2-ci mədəndə yerləşən ünvan reyestrində qeydə alınmamış küçə ilə «Mərkəz» deyilən yer istiqamətində saatda 50 kilometr sürətlə hərəkət edən zamanı Azərbaycan Respublikası «Yol Hərəkəti haqqında» Qanunun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini kobud sürətdə pozmaqla yol hərəkətinin iştirakçısı kimi yol hərəkəti Qanununa riayət etməli, həmin maddənin tələblərinə əsasən yol hərəkətinin iştirakçısı kimi yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, avtobusu sərxoş vəziyyətdə idarə etməməli, piyadanı vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər verməli və xəsarət alana yardım göstərməli olduğu halda bunu etməmiş idarə etdiyi avtobusla ilə 285 saylı evin qarşısında yolun kənarında olan piyada Zərərçəkmiş şəxs vuraraq ona ehtiyatsızlıqdan mil sinirinin əzilməsi ilə müşayiət olunan sağ bazu sümüyünün orta–aşağı 1/3-nin qapalı yerdəyişmiş sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olan xəsarətləri yetirməklə, yol hərəkəti qaydalarını pozaraq yol – nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263-1.1 və 264-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 2018-ci ilin noyabr ayından xx xxxxxx 2019-cu il tarixədək 108B saylı marşrut xəttində sürücü kimi işləmişdir. Həmin marşrut xətti «xxxxxxxxxxx» MMC-nə məxsus olmuşdur. xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə qədər olan müddət ərzində o, yol vərəqəsi əsasında «Daewoo BS 090» markalı, 10–TG- 008 dövlət qeydiyyat nişanlı avtobusu idarə etmişdir. Bu müddət ərzində həmin avtobusu yalınız o, idarə etmişdir. Həmin müddət ərzində o, səhər saat 05:30-da qaraja gəlib ona təhkim olunmuş avtobusu İlkin adlı mexanikdən götürərək xətt üzə idarə edib avtobusu axşam saatlarında qaraja, yığdığı pulu isə Elməddin adlı dispetçerə təhvil vermişdir. Hər gün işə başlanmazdan qabaq qaraja gələn həkim Sahidə adlı qadın tərəfindən təşkil olunmuş tibbi müayinədən keçmişdir. xx xxxxxx 2019-cu il tarixdə səhər saat 05 radələrində o, qaraja gəlib tibbi müayinədən keçəndən sonra İlkindən ona təhkim olunmuş «Daewoo» markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusu təhvil almış və saat 06 radələrində qarajdan çıxıb avtobusu marşrut üzrə saatda 50 kilometr sürətlə idarə etməyə başlamışdır. Həmin günü saat 06:30 radələrində o, «Mərkəz» deyilən yerə çatıb orada dayanacaqda dayanıb sərnişinləri gözləməyə başlamışdır. Sonra isə marşrut xətti üzrə yolumu davam etmişdir. Həmin gün axşam saatlarında qarajın dispetçer Elməddin ona zəng edərək qaraja gəlməyini tələb etdiyindən o, avtobus idarə edərək qaraja qayıtmışdır. Qarajda olan zaman polis əməkdaşları ona yol nəqliyyat hadisəsi törətməsini və bir nəfər qadını vurmasını deyərək onu polis bölməsinə aparmışlar. O, polis əməkdaşlarına piyadanın vurmağını görmədiyini, ola bilsin ki, yolun kənarı ilə gedən hər hansı bir şəxsi görmədən vurduğunu demişdir. xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə keçən gecə polis əməkdaşları tərəfindən tibbi müayinəyə aparılmış və tibbi müayinə zamanı sərxoş olmadığı müəyyən olunmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, hadisənin necə baş verməsini görməmiş, səhər saatlarında hava qaranlıq olduğu üçün ola bilsin ki, Zərərçəkmiş şəxs vurmuş, lakin bunu hiss etməmişdir. O, hadisədən təxminən iki gün əvvəl, yəni xx.xx.2019-cu il tarixdə axşam saatlarında yuxuya getmək üçün “tramadol” adlanan psixotrop maddədən istifadə etmişdir. Hadisə günü və hadisədən bir gün əvvəl heç bir narkotik vasitə, psixotrop maddə qəbul etməmiş və spirtli içki içməmişdir. O və digər avtobus sürücüləri hər gün işə çıxmazdan əvvəl tibbi müayinədən keçərək işə başladığından xx.xx.2019-cu il tarixdə sərxoş olsa idi xəttə buraxılmazdı. Hazırda Zərərçəkmiş şəxs ilə barışaraq, ona dəymiş ziyanı ödəmiş və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Ona görə də, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat 06:25-də işə getmək məqsədi ilə yaşadığı evdən çıxıb piyada 2-ci mədən ərazisindən yolun sol hissəsi ilə üzü “Mərkəz” deyilən əraziyə doğru yolun kənarı ilə gedən zaman arxadan gələn sərnişin avtobusu sağ çiyin və qol nahiyəsindən vuraraq saxlamadan sürüb getmişdir. Həmin zaman avtobus sürətlə hərəkət etmiş, onu vuran zaman qarşı hərəkət istiqamətinə çıxmışdır. O, zərbənin təsirindən yolun kənarında palçıqlığa yıxılmış, əynində olan palto cırılmış, sağ çiynini və sağ qol nahiyəsini hiss etməmişdir. Bu zaman yolun kənarında olan bir nəfər tanımadığı şəxs ona ayağa durmağa kömək etmiş və həmin zaman yoldan keçən “133” saylı avtobusun tanımadığı sürücüsü avtobusu saxlayaraq onu yaxınlıqda olan təcili yardım stansiyasına aparmışdır. Hadisə vaxtı onu vuran avtobusun markasını görməmiş, lakin avtobusun dövlət qeydiyyat nişanın axırı rəqəminin “008” olmasını və 108 B saylı marşrut avtobusu olmasını görmüşdür. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 Abbasəli oğlu ifadəsində göstərmişdir ki, o, təxminən 15 ildir ki, «xxxxxxxxxxx» MMC-nə məxsus 108 B saylı marşrut xəttində dispetçer vəzifəsində işləyir. Onun işi marşrut xəttində işləyən bütün avtobus sürücülərindən gündəlik plan pulunun yığılması, vaxtlara nəzarət edilməsi və zərurət yaranırsa sürücülərə iclas keçirilməsindən ibarətdir. Dispetçeri olduğu 108B saylı marşrut xəttində 10 ədəd «Daewoo BS 090» markalı avtobuslar fəaliyyət göstərir. Həmin avtobuslar gecə qarajda saxlanılır, sürücülər hər gün səhər saat 05:30 radələrində qaraja gəlib özlərinə təhkim olunmuş avtobusu götürüb yol vərəqəsi əsasında idarə etməyə başlayırlar və axşam saat 22 radələrində iş vaxtı bitdiyinə görə sürücülər idarə etdiyi avtobusunu qaraja təhvil verirlər. O, Təqsirləndirilən şəxs təxminən 2018-ci ilin noyabr ayından tanımışdır. Həmin vaxtdan etibarən Bəxtiyar 108 B saylı marşrut avtobusunda işləmişdir. xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə qədər olan müddətdə Bəxtiyara yol vərəqəsi əsasında «Daewoo BS 090» markalı 10–TG-008 dövlət qeydiyyat nişanlı avtobus təhkim olunmuş və həmin avtobusu qeyd edilən tarixlərdə yalınız sonuncu idarə etmişdir. xx xxxxxx 2019-cu il tarixdə səhər saat 10 radələrində o, işdə olan zaman **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusun dayanacağa daxil olduğunu və avtobusu Təqsirləndirilən şəxs idarə etdiyini görmüşdür. Həmin günü axşam saat 18 radələrində ona 4-cü polis şöbəsindən özünü əməliyyat müvəkkili kimi təqdim edən şəxs zəng edərək **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusla maraqlanmış və həmin avtobusu idarə edən şəxsin qaraja gəlməyini xahiş etmişdir. O, qaraja gəldikdə polis əməkdaşlarının orada olmasını görmüş və bu zaman polis əməkdaşları ona **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edən şəxsin yol nəqliyyat hadisəsi törətməsini demişdir. Bundan bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtobusla qaraja gəlmiş və polis əməkdaşları Təqsirləndirilən şəxs özləri ilə birlikdə polis bölməsinə aparmışlar. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, təxminən 4 ildir ki, «xxxxxxxxxxx» MMC-nə məxsus 108 B saylı marşrut xəttində dispetçer vəzifəsində işləyir. Onun işi qarajda saxlanılan bütün avtobuslara nəzarət etmək və avtobusların sazlığını yoxlamaqdan ibarətdir. Həmin avtobuslar gecə qarajda saxlanılır, sürücülər hər gün səhər saat 05:30 radələrində qaraja gəlib özlərinə təhkim olunmuş avtobusu götürüb yol vərəqəsi əsasında idarə etməyə başlayırlar və axşam saat 22 radələrində iş vaxtı bitdiyinə görə sürücülər idarə etdiyi avtobusunu qaraja təhvil verirlər. O, Təqsirləndirilən şəxs təxminən 2018-ci ilin noyabr ayından tanımışdır. Həmin vaxtdan etibarən Bəxtiyar 108 B saylı marşrut avtobusunda işləmişdir. xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə qədər olan müddətdə Bəxtiyara yol vərəqəsi əsasında «Daewoo BS 090» markalı 10–TG-008 dövlət qeydiyyat nişanlı avtobus təhkim olunmuş və həmin avtobusu qeyd edilən tarixlərdə yalınız sonuncu idarə etmişdir. xx xxxxxx 2019cu il tarixdə səhər saat 05:30 radələrində o, qarajda olan zamanı Təqsirləndirilən şəxs qaraja gəlib özünə təhkim olunmuş «Daewoo BS 090» markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusu ondan təhvil alaraq getmişdir. Təqsirləndirilən şəxs qarajdan çıxıb getdikdən təxminən 40 dəqiqə sonra həyəcanlı vəziyyətdə qaraja qayıdaraq ona avtobusu park halında olan avtomobilə vurduğunu demişdir. O, avtobusa baxış keçirən zaman avtobusun sol tərəfinin arxa hissəsində olan radiatoruun qoruyan qapağın açıq vəziyyətdə olmasını müəyyən etmişdir. O, Bəxtiyara iradlarını bildirib radiatorun qapağını düzəldərək yerinə salmış və sonra sonuncu avtobusu idarə edərək çıxıb getmişdir. Həmin günü, yəni xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında 4-cü polis şöbəsindən özünü əməliyyat müvəkkili kimi təqdim edən şəxs gəlib **-TG-*** dövlət qeydiyyat nışanlı avtobusu idarə edən şəxslə maraqlanmağa başlamış və həmin zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi törədərək bir nəfər şəxsi vurmuşdur. Bundan sonra Elməddində dərhal Bəxtiyara zəng vurub onu qaraja çağırmış və bir neçə dəqiqə sonra sonuncu idarə etdiyi avtobusla qaraja gəlmişdir. Bundan bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtobusla qaraja gəlmiş və polis əməkdaşları Təqsirləndirilən şəxs özləri ilə birlikdə polis bölməsinə aparmışlar. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 20 ildir ki, X3 tibbi müayinə həkimi vəzifəsində işləyir. Təxminən 4 ildir ki, o «xxxxxxxxxxx» MMC-nə məxsus 108 B saylı marşrut xəttində müqavilə əsasında tibb müayinə həkimi işləyir. Onun işi səhər vaxtlarında avtobusu idarə etməmişdən qabaq sürücüləri reysqabağı tibbi müayinədən keçirməkdən ibarət olmuşdur. O, Təqsirləndirilən şəxs təxminən 2018-ci ilin noyabr ayından tanımışdır. Həmin vaxtdan etibarən Bəxtiyar 108 B saylı marşrut avtobusunda işləmişdir. xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə qədər olan müddətdə Bəxtiyara yol vərəqəsi əsasında «Daewoo BS 090» markalı 10–TG-008 dövlət qeydiyyat nişanlı avtobus təhkim olunmuşdur. xx xxxxxx 2019-cu il tarixdə səhər saat 05 radələrində o, iş yerinə gələn zaman Təqsirləndirilən şəxs qaraja gəlmiş və sonuncu onun tərəfindən reys qabağı tibbi müayinədən keçirilmişdir. Tibbi müayinə zamanı Təqsirləndirilən şəxs sərxoşluq əlamətləri aşkar edilməmiş və sonuncu işə buraxılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin təsiri altında sərxoş halda xx.xx.2019-cu il tarixdə idarə etdiyi avtobusla yolu keçən piyada Zərərçəkmiş şəxs vuraraq ona ehtiyatsızlıqdan uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri yetirməsi faktına görə CM-in 263-1.1-ci maddələri ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş sxemdən görünür ki, xx xxxxxx 2019-cu il tarixdə piyada Zərərçəkmiş şəxs xəsarət alması və sürücünün hadisə yerindən qaçması ilə nəticələnən yol nəqliyyat hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən ərazisində yerləşən 285 nömrəli evin qarşısında, yolun kənarında baş vermişdir. xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X5 QİŞ / 1 saylı ASAN X.M tərəfindən verilmiş AC 043038 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “A BE CE DE” kateqoriyalı sürücülük vəsiqəsi vardır və həmin vəsiqə xx.xx.2025-ci il tarixədək etibarlıdır. “xxxxxxxxxxx” MMC-nin 108B nömrəli yol vərəqəsindən görünür ki, 2019-cu ilin fevral ayının 01-dən 28-dək «Daewoo BS 090» markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə etmək sürücü Təqsirləndirilən şəxs həvalə edilmişdir. xx.xx.2019-cu il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə saat 02.10 radələrində müayinədən keçmiş sürücü Təqsirləndirilən şəxs ayıqdır, sidiyində sərxoşluq əlamətləri olmadan AMP (amfetamin) tapılmışdır. xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2019-cu il tarixli, 239 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə - Tibbi Ekspertiza və Patoloji X1 rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - mil sinirinin əzilməsi ilə müşayiət olunan sağ bazu sümüyünün orta-aşağı 1/3-nin qapalı yerdəyişmiş sınığı bərk küt əşyanın təsirindən onun X4 daxil olduğundan bir gün əvvəl törənmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2019-cu il tarixinə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətinə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən şəraitdə, yəni hərəkətdə olan avtobusun piyadanı vurması nəticəsinə əmələ gələ bilərdilər. xx.xx.2019-cu il tarixli, 7384 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən idarə etdiyi «Daewoo BS 090» markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Məmmədov avtobusu sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Məmmədov piyadanı vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alanlara yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. xx.xx.2019-cu il tarixli Baş Dövlət X5 sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərməklə istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 263- 1.1 və 264-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263-1.1 və 264-cü maddələri ilə təqsilrəndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, iş üzrə Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Şahid2 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, «Daewoo BS 090» markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobus iş üzrə maddi sübut kimi tanınmış və sahibi “xxxxxxxxxxx” MMC-nə geri qaytarılmışdır. xx.xx.2020-ci il tarixdə iş üzrə Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tam şəkildə ödənilmiş və təqsirləndirilən şəxsdən heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdiyi ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilsə də, ibtidai istintaq orqanı tərəfindən işin faktiki halları düzgün müəyyən edilməyərək, Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə əməlin cinayət qanunu ilə tövsifində səhvə yol vermişdir. Belə ki, CM-in 263-1.1-ci maddəsinin tələblərinə əsasən şəxs bu Məcəllənin 263.1ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda onun əməlində sözügedən maddənin tərkib əlaməti olmuş olur. İbtidai istintaq orqanı tərəfindən isə elan edilmiş ittihama əsasən Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə etməsi nəticəsində sərxoş halda olaraq avtomobili idarə edib yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan bədən xəsarətlərini yetirməklə yol nəqliyyat hadisəsi yerindən qaçması göstərilsə də, Təqsirləndirilən şəxs sərxoşluq hallarının müayinəsi məqsədi ilə alınan rəydən müəyyən edilmişdir ki, sonuncu ayıq olmuş və onda sərxoşluq əlamətləri aşkar edilməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək hadisə zamanı ayıq olmasını, eləcə də hadisə baş verdiyi vaxtdan təxminən iki gün əvvəl, yəni xx.xx.2019-cu il tarixdə axşam saatlarında yuxuya getmək üçün “tramadol” adlanan psixotrop maddədən istifadə etdiyini bildirmişdir. Eləcə də, X3 tibbi müayinə həkimi vəzifəsində işləyən Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində xx xxxxxx 2019-cu il tarixdə səhər saat 05 radələrində Təqsirləndirilən şəxs reys qabağı tibbi müayinədən keçirildiyini və sonuncuda sərxoşluq əlamətlərinin aşkar edilmədiyini göstərmişdir. Göründüyü kimi, nə cinayət işinin materiallarında, nə də məhkəmə baxışında Təqsirləndirilən şəxs hadisə baş verən anda sərxoş olmasına dair heç bir sübut aşkar edilmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 21.2-ci maddəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 21.3-cü maddəsində göstərilir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 349.5 və 349.5.1-ci maddələrinin tələbinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. CPM-in 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CM-in 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyətini yaradır. Yuxarıda sadalanan qanunvericiliyin tələblərini əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-in 263-1.1-ci maddəsinin tərkib əlamətlərinin olmasını təsdiq edən mötəbər sübutlar əldə edilib qiymətləndirilmədən, ehtimal əsasında sonuncunun əməlini psixotrop maddələrdən istifadə etməsi nəticəsində sərxoş halda olaraq avtomobili idarə edib yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsini törətməsi kimi qiymətləndirilməsi və əməlin CM-in 263-1.1-ci maddəsi ilə tövsif edilməsi əsassızdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli iş üzrə mötəbər sübutlar əldə edilmədən və qiymətləndirilmədən CM-in 263-1.1-ci maddəsinə tövsif edilə bilməz. CPM-in 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutub, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə əməl həmin Məcəllənin 263.1-ci maddəsinə tövsif edilməlidir. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilməlidir. Belə ki, CM-in 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. CPM-in 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə və bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263-cü maddəsinin Qeydinə əsasən cinayət məsuliyyətindən azad edilməli və həmin Məcəllənin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 264-cü maddəsi ilə olan əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in 264-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 264-cü maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddətinin əvvəli isə hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu CM-in 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 21:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-260/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yer getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-248/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək, barəsində axtarış elan olunmuşdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə tutularaq Binəqədi RPİ-nin MSY-nə təhvil verilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək 2 (iki) gün şübhəli şəxs qismində tutulmuş və xx xxxxxxxx 2020-ci il tarixdən hazırkı vaxtadək 1 (bir) ay 14 (on dörd) gün həbsdə olmuşdur. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək və xx xxxxxxxx 2020-ci il tarixdən hazırkı vaxtadək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 1 (bir) ay 16 (on altı) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə zalından həbsdən azad edilməlidir. Habelə Təqsirləndirilən şəxs barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Daewoo BS090” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusun saxlanılması üçün sahibi «xxxxxxxxxxx» MMC-nə təhvil verilməsi nəzərə alınmalıdır. Həmçinin məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 70 (yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 35 (otuz beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 39, 132, 197-198, 318, 344-349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə əməl həmin Məcəllənin 263.1-ci maddəsinə tövsif edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və xx xxxxxxxx 2020-ci il tarixdən hazırkı vaxtadək təqsirləndirilən şəxs qismində həbsdə olduğu cəmi 1 (bir) ay 16 (on altı) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılıb, üzərində qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddətinin əvvəli isə hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, “Daewoo BS090” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusun saxlanılması üçün sahibi «xxxxxxxxxxx» MMC-nə təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 70 (yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-248/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-248/2020
22.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver