Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-248/2022 29.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx xxxx 1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, Rəşid Behbudov adına Mahnı Teatrında müsiqiçi vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Corat bağları adlanan ərazidə yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 228.4-cü (təsviriəsaslandırıcı hissədə CM) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə olan heroin və marixuananı əldə edib daşıyaraq saxlamış, həmçinin qanunsuz olaraq soyuq silahı əldə edib daşıyaraq saxlamış və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayının ortalarında axşam saatlarında Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Nizami” metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 1,1995 qram çəkidə narkotik vasitə marixuananı, 0,114 qram çəkidə narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda 0,241 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib daşıyaraq avtomobilində saxlamış, həmçinin o, 2021-ci ilin dekabr ayının ortalarında axşam saatlarında istintaqa məlum olmayan yer və mənbədən soyuq silah hesab edilən 01 ədəd beşbarmaq tipli predmeti əldə edib daşıyaraq avtomobilində saxlamış və gəzdirmiş, xx.xx.2021-ci il tarixdə saat 00:35-də Binəqədi RPİnin 6-cı PB-nin və Binəqədi RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesində idarə etdiyi “Hyundai Accent” markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlanıldıqdan sonra, avtomobilinə axtarış və götürmə keçirilərkən avtomobilin sol qabaq qapısının cib hissəsindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,1995 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, «Maqna» markalı siqaret qutusunun içərisindən 01 ədəd şəffaf rəngli sellofanın içərisində kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,114 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,241 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, eyni zamanda həmin yerdən 01 ədəd predmet kustar üsulla beşbarmaq tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 5-6 ay olar ki, narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə olan metamfetamindən istifadə edir.Heroin və metamfetamini qarışdıraraq falqa kağızının üzərində yandırıb tüstüsünü çəkir və bəzən də marixuanadan istifadə edir. 2021-ci ilin noyabr ayının əvvəllərində axşam saatlarında öz istifadəsi üçün «İnstagram» mobil tətbiqi vasitəsi ilə onlayn ödəniş etməklə tanımadığı şəxsdən əvvəlcədən təyin olunmuş ərazidən götürmək şərti ilə Bakı şəhərinin müxtəlif rayonlarından narkotik vasitələr olan marixuana, heroin və el içərisində “patı” deyilən metamfetamini 250 manata alaraq bir hissəsini istifadə etdikdən sonra, qalan hissəsini avtomobilinin qabaq sol qapısının cib hissəsinə qoymuşdur.18 dekabr 2021-ci il tarixdə, idarə etdiyi **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesində hərəkət edərkən, Yol Patrul Xidmətinin əməkdaşları ona saxla işarəsi vermiş, bu zaman o, avtomobilini saxlamışdır.Həmin vaxt digər polis əməkdaşları da onun avtomobilinə doğru yaxınlaşaraq, özlərini təqdim edərək, ona qanunsuz olaraq üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə saxlamaqda şübhəli bilindiyini demişlər.Daha sonra, polis əməkdaşları onu Binəqədi RPİ-nin 6-cı PB-nə gətirmişlər.Polis bölməsində xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra, öz xahişi ilə ona, dövlət hesabına müdafiəçi təqdim edilmiş o, isə təqdim edilən müdafiəçiyə etiraz etməmişdir.Bundan sonra, öz razılığı ilə müdafiəçinin iştirakı olmadan idarə etdiyi, “Hyundai” markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə axtarış keçirilərkən, avtomobilinin sol qabaq qapısının cib hissəsində selofan torbanın içərisində olan marixuana, “Magna” markalı siqaret qutusunun içərisində isə 02 ədəd şəffaf selofana bükülmüş bükülülər aşkar edilmişdir.Eyni zamanda, avtomobilin sol qabaq qapısının cib hissəsindən dəmir beşbarmaq aşkar olunmuşdur.Avtomobilindən aşkar edilmiş narkotik vasitələr zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzalarla təsdiq edilmişdir.Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində isə öz razılığı ilə müdafiəçinin iştirakı olmadan üzərinə video çəkiliş altında şəxsi axtarış keçirilmiş və üzərindən hər hansı bir qeyri qanuni əşya aşkar olunmamışdır.Həmçinin, bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində 02 (iki) azyaşlı övladının, ailənin yeganə qazanc gətirən şəxs olmasını və özünün incəsənət xadimi olmasını və dəfələrlə yerli və xarici tədbirlərdə nailiyyətlərinə görə diplomlarala mükafatlandırıldığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə xidmətdə olduğu zaman, xx.xx.1994-cü il təvəllüdlü Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, Corat Bağları adlanan ərazidə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib avtomobilində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur.Daxil olmuş mötəbər məlumat əsasında Binəqədi RPİnin 6-cı PB-nin Cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid4, Binəqədi RPİ-nin DYPŞ-nin YPX-nin baş inspektoru, polis leytenantı Şahid3 və Binəqədi RPİ-nin DYPŞ-nin YPX-nin baş inspektoru, polis baş serjantı Şahid2la birlikdə xx.xx.2021-ci il tarixdə saat 00:30 radələrində Təqsirləndirilən şəxs olduğu ehtimal olunan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesinə getmişlər.Həmin yerdə Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai Accent» markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Binəqədi RPİ-nin DYPŞ-nin YPX-nin əməkdaşları tərəfindən saxlanılmış, özlərini həmin şəxsə təqdim etdikdən sonra, narkotik vasitələrin qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirib, onlarla birlikdə xidmət göstərdikləri Binəqədi RPİ-nin 6-cı PB-nə getməsini təklif etmişlər.Həmin şəxs təklifdən imtina etməsə də, narahatçılıq hissi keçirdib onlarla birlikdə Binəqədi RPİ-nin 6-cı PB-nə getmişdir.Polis bölməsində bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra, faktın araşdırılması Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis leytenantı Ağahüseyn Həsənova həvalə olunmuşdur. Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan olunmuş hər-hansı bir əşyanın olmadığını, lakin avtomobilində narkotik vasitə və psixotrop maddələrin olduğunu bildirmişdir.Bundan sonra video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai Accent» markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilməyə başlamış, baxış zamanı avtomobilin sol qabaq qapısının cib hissəsindən 01 ədəd sellofan torbanın içərisində qurudulmuş marixuanaya bənzər kütlə, 01 ədəd beşbarmaq, həmçinin həmin yerdən «Maqna» markalı siqaret qutusu, siqaret qutusunun içərsindən 01 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristallardan ibarət maddə və 01 ədəd şəffaf sellofanda kağıza bükülmüş qəhvəyi rəngli tozşəkilli maddə aşkar edilmişdir.Bu barədə təhqiqatçı tərəfindən müvafiq protokol tərtib olunmuş, aşkar olunmuş maddələr və beşbarmaq müvafiq eksertizalardan keçirilməsi üçün qablaşdırılaraq götürülmüşdür.Həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır.Binəqədi RPİ-nin 6-cı PB-də isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən dövriyyəsi qanunla qadağan olunmuş hər-hansı bir əşya aşkar edilməmiş, bu barədə protokol tərtib olunmuş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 və Şahid4 və ifadəsi elan olunmuş digər Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 6/1295 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Vət. Təqsirləndirilən şəxs … götürülmüş kütlə …» yazılar və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi – 1,995 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2021-ci il tarixli, 6/5542 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «vət. Təqsirləndirilən şəxs avtomobilindən götürülmüş …» yazısı olan zərfdə siqaret qutusunun içərisindəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0, 114 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0, 241 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 3/791 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq küstar üsulla hazırlanmışdır, bir tərəfi kəsici deşici xassəyə malik mətbəx bıcağıdır, soyuq silah hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli, 656 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2022-ci il tarixli, 3/240 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet kustar üsulla beşbarmaq tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 228.4-cü və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 228.4-cü və 234.1-ci maddələri ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində 02 (iki) azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 228.4-cü və 234.1-ci maddələrinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməyə görə məhkum olunur, təqsirini etiraf edir, əməlindən səmimi peşmandır, himayəsində 02 (iki) azyaşlı övladı vardır, ailənin yeganə qazanc gətirən şəxsidir, dəfələrlə yerli və xarici tədbirlərdə nailiyyətlərinə görə diplomlarla mükafatlandırılmışdır, əməlində cəzanı ağırlaşdıran hallar ümumiyyətlə yoxdur. Məlum olduğu kimi Azərbaycan Respublikasında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə aparılan islahatlar çərçivəsində 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi barədə qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasına cəza növü olaraq bir ildən üç ilədək müddətə azıdlığın məhdudlaşdırılması cəzası əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs 18 dekabr 2021-ci il tarixdən – 20 dekabr 2021-ci il tarixədək, həbsdə olduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1(bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis leytenantı Ağahüseyn Həsənov tərəfindən qəbul olunmuş 18 dekabr 2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 18 dekabr 2021-ci il tarixdə tutulmuşdur.Bundan sonra, Bakı şəhəri Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən qəbul olunmuş 20 dekabr 2021-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina edilmişdir.Sonradan, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Emin Musayevin xx.xx.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində xx.xx.2021-ci il tarixdə «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı - Sumqayıt şəhəri, Corat bağları adlanan ərazidə yerləşən mənzildə çəkməli və təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Sumqayıt şəhəri və işlədiyi Abşeron rayonu və Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Eyni zamanda, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ehtiyacı olmadığına görə o, yalnız qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan 1.945 qram marixuananın qalığı, 0,064 qram heroin qalığı və 0, 191 qram metamfetamin qalığı məhv edilməli və iş üzrə maddi sübut - 01 ədəd «CD» formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut- Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerində saxlanan 01 ədəd soyuq silah (beşbarmaq) məhv edilməlidir. Bundan başqa, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 256.82 (iki yüz əlli altı manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344- 349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla o, qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 18 dekabr 2021-ci il tarixdən – 20 dekabr 2021-ci il tarixədək, həbsdə olduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1(bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını – Sumqayıt şəhəri, Corat bağları adlanan ərazidə yerləşən mənzildə çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Sumqayıt və işlədiyi Abşeron rayonu və Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan 1.945 qram marixuananın qalığı, 0,064 qram heroin qalığı və 0, 191 qram metamfetamin qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd «CD» formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut- Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerində saxlanan 01 ədəd soyuq silah (beşbarmaq) məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 256.82 (iki yüz əlli altı manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-248/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-248/2022
29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver