Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-249/2023 02.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş hüquqi şəxs LPO Zərərçəkmiş şəxs2 ASC-nin nümayəndəsi (mülki iddiaçının nümayəndəsi) Nümayəndə, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prspekti ev 475-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 185.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmə məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 226 saylı binanın duracağında park olunmuş X4 idarə etdiyi «X1»-nun nəzdindəki ləğv prosesində olan Zərərçəkmiş şəxs2 ASC-yə məxsus ümumi dəyəri 40000 manat təşkil edən Lizinq obyekti olan «BMW-X6» markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını mühafizə otağından götürüb sükan arxasına oturaraq, həmin avtomobili talama məqsədi olmadan ələ keçirib sonra spirtli içki təsiri altında yüksək surətlə idarə edərək, Bakı-Sumqayıt avtomobil yolunun Bakı şəhəri, Binəqədi rayonu ərazisini keçən hissəsində Bakı Beynalxalq Avtovağzalının yaxınlığında Sumqayıt şəhəri istiqamətində idarəetməni itirib həmin tarixdə saat 06:43:15-də yol kənarındakı səkiyə çırpıldıqdan sonra yanaraq, yararsız hala düşməsi nəticəsində zərərçəkmiş hüquqi şəxs «X1»-nun nəzdindəki ləğv prosesində olan Zərərçəkmiş şəxs2 ASC-yə 40000 (qırx min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla avtomobili qaçırmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 185.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, X5 təxminən bir ilə yaxındın tanıyır. Alimə onun yaşadığı və işlədiyi binanın sakinidir. Alimə idarə etdiyi «BMW-X6» markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili həmişə ona yuduzdurmuşdur. xx.xx.2022-ci il tarixdə gecə saatlarında işlədiyi yerdə olduğu zaman, spirtli içki qəbul etdikdən sonra, təxminən saat 04 radələrində işlədiyi yerdən çıxaraq, yaşadığı binanın mühafizə otağına keçmişdir. Orada mühafizəçi işləyən Murad adlı şəxslə dayanıb söhbət etdiyi zaman, Alimə idarə etdiyi «BMW-X6» markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı binanın qarşısına gəlib avtomobildən düşərək, avtomobilin açarını ona verib avtomobilini duracaqda saxlamasını xahiş etmişdir. O, Alimə xanımın «BMW-X6» markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı binanın altında yerləşən duracaqda saxlamış, açarı isə Murad adlı Mühfizəçiyə vermişdir. Bundan sonra o, Muraddan «BMW-X6» markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarlarını istəyərək, Alimə xanımın göstərişi ilə avtomobilini yumaq lazım olduğunu bildirmişdir. Murad ona inanmış və «BMW-X6» markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarlarını vermişdir. O, avtomobili işə salaraq, binanın alt hissəsində yerləşən duracağa sürmüşdür. Bir neçə dəqiqədən sonra o, mühafizə otağına qayıdaraq, avtomobili bir az sonra yuyacağını, hal-hazırda əhvalının olmadığını bildirmiş, lakin, avtomobilin açarlarını ona qaytarmamışdır. Mühafizəçi otağında təxminən bir saata yaxın oturduqdan sonra binanın alt hissəsinə Alimə xanımın idarə etdiyi avtomobilin yanına getmişdir. O, avtomobili işə salıb idarə edərək, yaxınlıqda yerləşən marketə tərəf sürmüşdür. Lakin yolda fikrini dəyişərək, avtomobili qaçırıb bir qədər idarə etdikdən sonra yenidən yerinə gətirib qoymaq qərarına gəlmişdir. Bu məqsədlə o, həmin avtomobili “20 Yanvar” metrostansiysasına, oradan da Bakı-Sumqayıt yoluna çıxıb, Sumqayıt şəhəri istiqamətində idarə etməyə başlamışdır. Təxminən saat 06:40 radələrində həmin yolda DYPİ-nin əməkdaşları ona saxla işarəsi vermiş, lakin o, içkili olduğundan, həmçinin avtomobili idarə etməyə sənədləri olmadığına görə, DYPİ-nin əməkdaşlarından yayınaraq, avtomobilin sürətini artırmış və Bakı Beynalxalq Avtovağzalının yaxınlığında idarə etməni itirib, avtomobili yoldan çıxarıb qəza etmişdir. Qəza nəticəsində o, müxtəlif bədən xəsarətləri almış, daha sonra isə hadisə yerinə gəlmiş polis əmkdaşları onu avtomobildən çıxarıb xəstəxanaya aparmışlar. Hazırda törətdiyi cinayət əməlindən peşman olduğunu, vurulmuş maddi ziyanı ödəməyə imkanının olmadığını qeyd edib, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 185.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş hüquqi şəxs LPO Zərərçəkmiş şəxs2 ASC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 ASC-nin hüquqşünası vəzifəsində çalışır. Zərərçəkmiş şəxs2 ASC Azadlıq filialı ilə X9 arasında «BMW-X6» minik markalı, X12 WBİGZ01000L587309 rəngi ağ buraxılış ili 2011 olan avtomobilə dair xx.xx.2019-cu il tarixdə lizinq müqaviləsi bağlanılmışdır. «BMW- X6» minik markalı, rəngi ağ buraxılış ili 2011 olan avtomobilin dəyəri 60000 manat məbləğində qiymətləndirilmiş və qeyd olunan məbləğin banka 22430 manatı ödənilmişdir. X6 banka 37570 manat məbləğində borcu qalmışdır. «BMW-X6» markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ üzrə Zərərçəkmiş şəxs2 ASC-yə məxsusdur və baş vermiş cinayət hadisəsi nəticəsində Zərərçəkmiş şəxs2 ASC-yə əmtəəşünaslıq ekspertizasının rəyindən göstərildiyi kimi, 40000 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən banka vurulmuş maddi ziyan ödənilmədiyindən onlar sonuncudan şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin Yol patrul xidməti inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin Yol patrul xidməti inspektoru vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 06:40 radələrində «BMW» markalı **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynalxalq Avtovağzalının yaxınlığında Bakı-Sumqayıt şossesinin sağ tərəfində olan dublyor yol ilə Sumqayıt şəhəri istiqamətində təxminən 30-40 km/s hərəkətdə olduğu zaman, anidən partlayış səsinə bənzər bir səs eşitmiş və idarə etdiyi avtomobilə nəyinsə dəydiyini hiss etmişdir. Bundan sonra o, dərhal idarə etdiyi avtomobili saxlayıb, avtomobildən düşərək, ətrafa baxmış və Bakı-Sumqayıt şossesinin sağ tərəfində yerləşən otluğun üzərində «BMW-X6» markalı, **- PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yandığını, kənarda isə torpağın üzərində bir nəfər şəxsin yerdə uzanmış vəziyyətdə olduğunu görmüşdür. Daha sonra o, dərhal TTY-a zəng vuraraq, hadisə yerinə çağırmış və yerdə uzanmış vəziyyətdə olan vətəndaşa yaxınlaşmışdır. Bir qədər sonra hadisə yerinə TTY-ın, DİN-nin və FHN-nin əməkdaşları gəlmişlər. Sonradan o, xidməti avtomobilə baxış keçirdiyi zaman, məlum olmuş ki, baş vermiş hadisə zamanı YPX avtomobilinə zərər yetirilməsi nəticəsində ona 4254 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 06:40 radələrində etibarnəmə ilə idarə etdiyi özünə məxsus olan «Toyota Corolla» markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynalxalq Avtovağzalının yaxınlığında Bakı-Sumqayıt şossesinin sağ tərəfində olan dublyor yol ilə Sumqayıt şəhəri istiqamətində təxminən 30- 40 km/s hərəkətdə olduğu zaman, anidən partlayış səsinə bənzər bir səs eşitmiş və idarə etdiyi avtomobilinə nəyinsə dəydiyini hiss etmişdir. Bundan sonra o, idarə etdiyi avtomobili saxlayıb, avtomobildən düşərək, ətrafa baxmış və Bakı-Sumqayıt şossesinin sağ tərəfində yerləşən otluğun üzərində «BMW-X6» markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yandığını, kənarda isə torpağın üzərində bir nəfər şəxsin yerdə uzanmış vəziyyətdə olduğunu görmüşdür. Daha sonra hadisə yerində olan DYP–nin əməkdaşı dərhal TTY-a zəng vuraraq, hadisə yerinə çağırmış və yerdə uzanmış vəziyyətdə olan vətəndaşa yaxınlaşmışdır. Bir qədər sonra hadisə yerinə TTY-nin, DİN-nin və FHN-nin əməkdaşları gəldilər. Sonradan o, idarə etdiyi avtomobilə baxış keçirdiyi zaman, məlum oldu ki, baş vermiş hadisə zamanı avtomobilə zərər yetirilməsi nəticəsində ona 410 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayının ilk günlərindən 2022-cilin dekabr ayınadək olan müddət ərzində «Kristal- Abşeron» adlı mühafizə şirkətində şifahi müqavilə əsasında mühafizəçi işləmişdir. Onun işi Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 226 saylı binanı mühafizə etməkdən və bina sakinlərinin avtomobillərini park etməkdən ibarət olmuşdur. X5 həmin binanın sakini kimi, Təqsirləndirilən şəxs isə həmin binanın alt hissəsində yerləşən avtomobil yuma boksunda avtomobil yuyucusu kimi tanıyr. xx.xx.2022-ci il tarixdə saat 00:10 radələrində Alimə xanım idarə etdiyi «BMW-X6» markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə binanın qarşısına gəlmiş və avtomobildən düşərək, avtomobilin açarlarını ona vermiş, özü isə qonaqları ilə birlikdə yaşadığı evə qalxmışdır. O, həmin avtomobilin açalarını mühafizə otağına qoymuş və təxminən bir saatdan sonra yanına Təqsirləndirilən şəxs gəlmiş və «BMW-X6» markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarlarını istəyərək, Alimə xanımın göstərişi ilə avtomobilini yumaq lazım olduğunu bildirmişdir. O, Əlicana inanmış və «BMW-X6» markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarlarını Əlicana vermişdir. Əlican avtomobili işə salaraq, binanın alt hissəsində yerləşən duracağa sürmüş, ilk öncə o, belə başa düşmüş ki, Əlican avtomobili yumaqla məşğuldur. Təxminən 10-15 dəqiqədən sonra Əlican mühafizə otağına qayıdaraq, avtomobili bir az sonra yuyacağını, hal-hazırda əhvalının olmadığını bildirmiş, lakin, avtomobilin açarlarını ona qaytarmamışdır. Əlican mühafizəçi otağında yanında təxminən bir saata yaxın oturub binanın alt hissəsinə yollanmış və bir neçə dəqiqədən sonra «BMW-X6» markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə oradan çıxıb məhəlləni tərk etmişdir. İlk öncə düşünmüş ki, Əlican tezliklə qayıdar, lakin sonuncu qayıtmadığından o, növbə rəisi Xəyal adlı şəxsə zəng edərək, bu barədə məlumat vermiş, bundan təxminən 15 dəqiqə sonra Xəyal və şirkətin xidmət rəisi Elşad adlı şəxslər onun yanına gəlmişlər. Sonradan ona, Əlican, Alimə xanıma məxsus «BMW-X6» markalı, **-PB- *** dövlət qeydiyyat nişanlı vatomobillə yol qəzası törətməsi və nəticədə avtomobilin yararsız hala düşməsi barədə məlum olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X8 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 ASC-yə məxsus «BMW-X6» markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı etibarnamə əsasında idarə etmişdir. Həmin avtomobili o, hər zaman yaşadığı binanın alt hissəsində yerləşən duracaqda saxlamışdır. Həmçinin yaşadığı binanın alt hissəsində avtomobil yuma boksunda yuyucu işləyən Təqsirləndirilən şəxs da elə ordan tanımışdır. Yaşadığı bina mühafizəçilər tərəfindən mühafizə olunur. Binanın qarşısında avtomobili saxlamaq üçün yer olmadığı halda, avtomobili binanın altında olan duracaqda saxlaması üçün avtomobilin açarlarını mühafizəçilərə verirdi və buna görə əlavə olaraq, pul şəkildə mühafizəçilərin hörmətlərini edirdi. xx.xx.2022-ci il tarixdə saat 00:10 radələrində bacısı Mədinə və Leyla adlı rəfiqəsi ilə idarə etdiyi «BMW-X6» markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı binanın qarşısına gəlmiş və avtomobildən düşərək, avtomobilin açarlarını Murad adlı mühafizəçiyə vermişdir ki, avtomobili duracaqda saxlasın. Özü isə qonaqları ilə birlikdə yaşadığı evə qalxmışdır. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 09 radələrində mobil telefonuna Xəyal adlı mühafizəçi zəng edərək, idarə etdiyi «BMW-X6» markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili, yuyucu işləyən Əlican adlı şəxs idarə edərək, duracağı tərk etdiyini bildirmişdir. Bundan sonra o, dərhal DİN-nin 102 zəng xidmətinə zəng edərək, avtomobilinin qaçırılması barədə məlumat vermişdir. Daha sonra ona polis əməkdaşları tərəfindən zəng olunaraq, «BMW- X6» markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəzaya uğradığını, nəticədə aftomobilin yanmasını və sürücü Əlicanın xəsarət alaraq, xəstəxanaya yerləşdirilməsi barədə məlumat vermişlər. Həmin «BMW-X6» markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili o, 2020-ci ilin fevral ayında Nicat Salahov adlı şəxsdən ilkin ödəniş 34000 manat məbləğində pul ödəməklə və üç il ərzində hər ay 1500 manat məbləğində pul ödədikdən sonra, 2023-cü ilin fevral ayında avtomobil onun adına rəsmləşdirilməli idi. Sonuncu dəfə o, 1500 manat məbləğində vəsaiti lizinq şirkətinə 2022-ci ilin oktyabr ayında ödəmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində ona ümumilikdə 82000 (səksən iki min) manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5, məhkəmə baxışı zamanı dindirilmiş digər şahid X8 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material əsasında Təqsirləndirilən şəxs barəsində CM-in 185.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan, sxem və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu ərazisindən keçən Bakı-Sumqayıt şossesində baş vermiş hadisə yerinə baxış keçirilmiş və baxış zamanı «BMW-X6» markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin idarəetməni itirərək avtomobili həmin ərazidə olan səkiyə çırparaq avtomobili yararsız vəziyyətə salması müəyyən edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi üzrə tördilmiş əməlin tövsif olunması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli CM-in 185.1-ci maddəsindən həmin Məcəllənin 185.2.4-cü maddəsinə tövsif edilərək istintaqı davam etdirilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 185.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1272/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 09 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-X3» Publik Hüquqi şəxsindən alınmış xx.xx.2022-ci il tarixli, 2993 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs «emosional davamsız şəxsiyyət pozuntusu» aşkar olunur. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X7» Publik Hüquqi şəxsindən alınmış xx.xx.2022-ci il tarixli, 4147/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatlığı – 0,33 faizdir. Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik vasitə və ya psixotrop maddələrin təyinatını aparmaq mümkün olmamışdır. DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təhlükəsiz Şəhər Xidmətinin “TŞ 8-081” nömrəli videomüşahidə qurğusunun 2-ci kamerasının xx.xx.2022-ci il tarixə saat 06:42-dən 07:00dək olan müddətdəki görüntülərini əks etdirən DVD diskə baxış keçirilən zaman görüntülərin 1 dəqiqə 15-ci saniyəsində dövlət qeydiyyat nişanı görünməyən avtomobilin Bakı-Sumqayıt şossesi ilə Sumqayıt şəhəri istiqamətində hərəkət edərək yolun sağ tərəfindən yoldan çıxıb yerdən ayrılıb bir neçə metr qət edərək təkərləri üstə yerə düşməsi müşahidə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/9107 nömrəli rəyindən görünür ki, respublikada yerləşən ticarət məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd «BMW-X6» markalı, 2011-ci il buraxılışlı, ağ rəngli, mühərrik həcmi 4395 kub/sm, ban nömrəsi WBSGZ01000L587309 olan, **-PB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin zədələnməmişdən əvvəl normal vəziyyətdə, orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 40000,0 manat müəyyən olunur. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirdikdən sonra, salamat qalmış hissələrin dəyəri müəyyən edilə bilər. Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, «BMW-X6» markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin BDYP-də avtomobillərin cərimə meydançasında saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-100/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma 20 gün müddətə, 01 mart 2023-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-249/2023 nömrəli qərarından görünür ki, zərərçəkmiş hüquqi şəxs LPO Zərərçəkmiş şəxs2 ASC-nin Təqsirləndirilən şəxs qarşı maddi ziyanın ödənilməsinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək, zərərçəkmiş hüquqi şəxs LPO Zərərçəkmiş şəxs2 ASC mülki iddiaçı qismində, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə mülki iddaçının nümayəndəsi qismində tanınsınmış və onlara Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edil, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmış və ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 93-cü maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 185.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 185.2.4-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs cinayət hadisəsi nəticəsində vurulmuş maddi ziyanı ödəməməsini, barışıq əldə etməməsini, belə olan halda təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 185.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 09 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1272/2022 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanma müddətinin əvvəli 09 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-100/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 01 mart 2023-cü il tarixədək uzadılmış və sonuncu hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 09 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin BDYP-də avtomobillərin cərimə meydançasında saxlanılan «BMW-X6» markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi zərərçəkmiş hüquqi şəxs LPO Zərərçəkmiş şəxs2 ASC-nə təhvil verilməli və iş üzrə sübut əhəmiyyəti kəsb edən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Bununla yanaşı, iş üzrə zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 ASC tərəfindən təqdim edilmiş mülki iddiaya dair qeyd edilməlidir ki, məhkəmə baş vermiş cinayət hadisəsi nəticəsində dəymiş maddi ziyanın təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçıya ödənilməsini qanuni və əsaslı hesab edir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs LPO Zərərçəkmiş şəxs2 ASC-nə məxsus lizinq obyekti olan «BMW-X6» markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili qanunsuz olaraq ələ keçirərək LPO Zərərçəkmiş şəxs2 ASC-nə ümumilikdə 40000,0 (qırx min) manat dəyərində xeyli miqdar təşkil edən maddi ziyan vurması faktı istər özünün etirafedici və digər cinayət prosesinin işirakçılarının ifadələri ilə, istərsə də cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş sübutlarla tam təsdiq edilmişdir. Ona görə də, məhkəmə, təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş materialı nəzərdən keçirərək zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) LPO Zərərçəkmiş şəxs2 ASC tərəfindən verilmiş mülki iddianın təmin edilməsi qənaətinə gəlmişdir. CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. CPM-in 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər. CPM-in 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. CPM-in 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) LPO Zərərçəkmiş şəxs2 ASC-nin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı mülki iddiası təmin edilməli, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş 40000,0 (qırx min) manat maddi ziyan və dövlət rüsumu qismində ödənilmiş 210 (iki yüz on) manat pul tutularaq, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) LPO Zərərçəkmiş şəxs2 ASC-nin hesabına ödənilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 09 noyabr 2022-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin BDYP-də avtomobillərin cərimə meydançasında saxlanılan «BMW-X6» markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi zərərçəkmiş hüquqi şəxs LPO Zərərçəkmiş şəxs2 ASCnə təhvil verilsin. İş üzrə 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) LPO Zərərçəkmiş şəxs2 ASC-nin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı mülki iddiası təmin edilsin və təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş 40000,0 (qırx min) manat maddi ziyan və dövlət rüsumu qismində ödənilmiş 210 (iki yüz on) manat pul tutularaq, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) LPO Zərərçəkmiş şəxs2 ASC-nin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №1(001)-249/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-249/2023
02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver