Məhkəmə qərarları › İş №1(001)-25/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-25/2021

03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-25/2021 03.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs, xx xxxxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, Binəqədi Rayon Məhkəməsinin 1(001)- 467/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli hökmu ilə Cinayət Məcəlləsinin 177.2.2-ci maddələri ilə 1 (bir) il 8 (səkkiz) ay 26 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, çəkilməmiş 01 (bir) il 05 (beş) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası qalmış, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, H.Hüseynov küçəsi ev 13, mənzil 23 ünvanda qeydiyyatda olan və yaşamış, halhazırda barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 04.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 32 saylı ünvanın qarşısında dayanmış Zərərçəkmiş şəxs1 məxsus “Niva” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ qapısını özü ilə gətirdiyi dəmir xətkeş vasitəsi ilə xüsusi üsulla açıb, avtomobildən 400 manat nağd pulu, 150 manat dəyərində “İphone 5S” markalı mobil telefonu, 10 manat dəyərində adapteri və 90 manat dəyərində poverbank enerji cihazını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 650 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 05.00 radələrində ünvan 3 saylı ünvanın qarşısında dayanmış Zərərçəkmiş şəxs3 məxsus “Niva” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ qapısını özü ilə gətirdiyi dəmir xətkeş vasitəsi ilə xüsusi üsulla açıb, avtomobildən 200 manat dəyərində “Pioneer 7150” markalı avtomaqnitolanı, 200 manat dəyərində “Pioneer” markalı səstənzimləyicini və 50 manat dəyərində “Mercedes” markalı avtomobilin açarını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs3 450 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 05 mart 2020-ci il tarixdə saat 04.00 radələrində ünvan 4 saylı ünvanın qarşısında dayanmış Zərərçəkmiş şəxs4 məxsus “Niva” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ qapısını özü ilə gətirdiyi dəmir xətkeş vasitəsi ilə xüsusi üsulla açıb avtomobildən 50 manat dəyərində “Pioneer 7150” markalı, T7150OUB modelli diskli avtomaqnitolanı, 20 manat dəyərində üzərində markası olmayan qara rəngli avtomobil monitorunu və 160 manat dəyərində 02 ədəd “Pioneer” markalı səsgücləndiricini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs4 230 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 05.00 radələrində ünvan 5 saylı ünvanın qarşısında dayanmış Zərərçəkmiş şəxs2 məxsus “Niva” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ qapısını özü ilə gətirdiyi dəmir xətkeş vasitəsi ilə xüsusi üsulla açıb, avtomobildən 180 manat nağd pulu, 350 manat dəyərində “Pioneer 9250” markalı avtomaqnitolanı, 170 manat dəyərində “Jek” markalı səstənzimləyicini, 100 manat dəyərində “Nokia 8800 Sirocco” markalı mobil telefonu və 35 manat dəyərində “Ray ban” markalı gün eynəyini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 835 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu ərazisində Niva markalı avtomobillərdən oğurluq etdiyinə görə 2019cu ildə Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 01 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur.O, fərdi əməklə məşğul olur, əvvəllər ayıq sürücü xidmətində işləmişdir.Sumqayıt Dövlət Universitetində təhsil almışdır.Maddi imkanı zəif olduğundan oğurluq etmək məcburiyyətində qalmışdır.2020-ci ildə Binəqədi rayonu ərazisində bir neçə “Niva” markalı avtomobildən oğurluq etmişdir.Belə ki, xx xxxx 2020-ci il tarixdə saat 04.00 radələrində Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 32 saylı ünvanın qarşısında gəzərkən, orada dayanmış boz rəngli ** UB *** dövlət qeydiyyat nişanlı avtomobili görüb, yaxınlaşıb içərisinə baxmış salonda telefon olduğunu görmüşdür, ətrafda kimsənin olmadığına əmin olduqdan sonra oğurluq etmək məqsədi ilə özü ilə götürdüyü dəmir xətkeş vasitəsi ilə avtomobilin sağ ön qapısını açıb salonda olan 01 ədəd ağ rəngli “İphone 5 S” markalı mobil telefonu və telefonun enerji adapterini və oturacağın üzərində olan bir ədəd poverbankı götürüb gödəkçəsinin cibinə qoymuş, avtomobilin qoltuq altı barını və bardaçok deyilən saxlama yerini açıb baxmış, ancaq qiymətli hər hansı əşya tapa bilməmiş, maqnitafonu bahalı olmadığından götürməmiş, və oradan uzaqlaşmışdır.Səhər tezdən oğurladığı poverbank cihazını 28 may m/s yaxınlığında tanımadığı şəxsə 30 manata satmış, mobil telefonla adapteri isə özündə saxlamışdır, polis əməkdaşları tərəfindən saxlanılarkən həmin “İphone 5 S” markalı mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir, adapterin harada olduğunu xatırlamır.Bundan başqa, xx xxxx 2020-ci il tarixdə saat 05.00 radələrində ünvan 3 saylı binanın qarşısında göy rəngli ** MH *** nömrəli, Niva markalı avtomobilin dayandığını görmüş, avtomobilə yaxınlaşıb içərisinə baxmış, salonda “Pioneer” markalı moqnitafon olduğunu görmüşdür. Ətrafda kimsənin olmadığına əmin olduqdan sonra oğurluq məqsədi ilə əvvəlcədən üzərində götürdüyü dəmir xətkeş vasitəsi ilə avtomobilin ön sağ qapısını açıb, salonda olan avtomobil açarının götürüb cibinə qoymuş, daha sonra üzərində olan vintaçanla maqnitafonu açmış, sonra arxa oturacağı açıb yük yerində olan “Pioneer” markalı səstənzimləyicini açıb götürmüş və oradan uzaqlaşmışdır.Avtomobilin saxlama yerinə baxmış, ancaq hər hansı qiymətli əşya və pul olmamışdır.Həmin gün səhər saatlarında tap.az internet saytında maqnitafonu və səstənzimləyicini hərəsini 100 manata olmaqla tanımadığı şəxslərə satmışdır.Avtomobil açarını isə özündə saxlamış, açarın harada olduğunu xatırlamır.Bundan başqa, xx xxxx 2020-ci il tarixdə saat 05.00 radələrində Bakı şəhəri Binəqədi rayonu, Kunanbayev küçəsi ev 76 saylı binanın yaxınlığında dayanmış göy rəngli **-HZ-*** nömrəli Niva markalı avtmobilə yaxınlaşıb salona baxmış, “Pioneer” markalı maqnitafon olduğunu görmüş və ətrafda onu kimsənin görmədyinə əmin olduqdan sonra oğurluq məqsədi ilə əvvəlcədən üzərində götürdüyü dəmir xətkeş vasitəsi ilə avtomobilin ön sağ qapısını açıb, salonda olan qara rəngli eynəyi və aliminum rəngli “Nokia Sirocco” markalı mobil telefonu götürüb cibinə qoymuşdur.Daha sonra üzərində olan vintaçanla maqnitafonu açmış, sonra arxa oturacağı açıb yük yerində olan səstənzimləyicini vintasçanla açıb götürüb oradan uzaqlaşmışdır.Avtomobilin saxlama yerinə baxmış, hər hansı qiymətli əşya və pul olmamışdır.Həmin gün səhər saatlarında tap.az internet saytında tanımadığı şəxslərə maqnitafonu 100 manata, səstənzimləyicini isə 70 manata satmışdır.Eynək və Nokia Sirocco markalı telefonu isə saxlanılan zaman polis əməkdaşlarına təqdim etmişdir.Həmçinin, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı sonuncu ifadəsində Zərərçəkmiş şəxs4 məxsus “Niva” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq etdiyini və ordan “Pioneer 7150 markalı maqnitafon və monitoru götürdüyünü və onu Şahid satdığını bildirmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və gənc olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, “Niva” markalı, ** UB *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, etibarnamə əsasında idarə edir.xx xxxx 2020-ci il tarixdə saat təxminən 20.00 radələrində “Niva” markalı, ** UB *** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 32 saylı binanın qarşısında saxlayıb evə getmiş, xx xxxx 2020-ci il tarixdə səhər saat 08.00 radələrində avtmobilinə yaxınlaşan zaman ön sağ qapının aralı olduğunu görmüş, salona baxdıqda oturacağın üzərinə qoyduğu 200 manat dəyərində “İphone 5S” markalı mobil telefonunun, 10 manat dəyərində enerji adapterinin, təxminən 90 manat dəyərində poverbank cihazının, bardaçokda olan pul kisəsinin içərisində olan 400 manat pulunun oğurlandığını aşkar etmişdir.Həmin günlərdə işləri çox olduğundan polisə məlumat verməyə vaxtı olmamış, xx xxxx 2020-ci il tarixdə xüsusi proqram vasitəsi ilə digər telefonuna oğurlanmış telefonunun üzərinə ***-***-**-** saylı mobil nömrə salınması barədə sms gəlmişdir.O, bunu bildikdən sonra dərhal 102 xidmətinə zəng vurub məlumat vermiş, daha sonra Binəqədi RPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət etmişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsin ona vurmuş olduğu ziyanı ödədiyini və təqsirləndirilən şəxsdən heç bir şikayətinin olmadığını bildirdi və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, “Niva” markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, atasının adına rəsmləşdirmişdir, etibarnamə əsasında idarə edir.xx xxxx 2020-ci il tarixdə saat 04.00 radələrində “Niva” markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev 76 saylı binanın qarşısında saxlayıb evə getmiş, elə həmin gün, yəni xx xxxx 2020-ci il tarixdə saat 08:30 radələrində avtmobilinə yaxınlaşan zaman ön sağ qapının açıq olduğunu görmüş, salona baxdıqda 350 manat dəyərində “Pioneer 9250” markalı maqnitafonun, sürətlər qutusunun yanında olan 350 manat dəyərində olan “Ray Ban” markalı gün eynəyinin, bardaçokda olan pul kisəsinin içərisində olan 180 manat pulunun, yük yerindən 170 manat dəyərində “Jek” markalı səs tənzimləyicinin (usilintel) oğurlandığını aşkar etmişdir.Bu barədə 102 xidmətinə zəng vurub məlumat vermiş, daha sonra Binəqədi RPİ-nin 5-ci PBnə ərizə ilə müraciət etmişdir.Bir neçə gün sonra 2-ci telefon kimi istifadə etdiyi təxminən 100 manat dəyərində “Nokia 8800” markalı mobil telefonunun da yük yerində olan kiçik sumkanın içərisindən oğurlandığını aşkar etmişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsin ona vurmuş olduğu ziyanı ödədiyini və təqsirləndirilən şəxsdən heç bir şikayətinin olmadığını bildirdi və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs3 bildirmişdir ki, “Niva” markalı, ** MH *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur.xx xxxx 2020-ci il tarixdə saat 20.00 radələrində özünə məxsus “Niva” markalı, ** MH *** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, İ.Dadaşov küçəsi 91 saylı binanın qarşısında saxlayıb evə getmiş, xx xxxx 2020- ci il tarixdə səhər saat 08.00 radələrində avtomobilin qapısını açıb əyləşdikdən sonra salonda olan 200 manat dəyərində “Pioneer 7150” markalı maqnitafonun yerində olmadığını aşkar etmişdir.Bundan sonra salona göz gəzdirdikdə sürətlər qutusunun yanına qoyduğu, digər “Mercedes” markalı avtomobilinə məxsus 50 manat dəyərində açarın və yük yerində olan 200 manat dəyərində “Pioneer” markalı səstənzimləyicinin (usilinitelin) də oğurlandığını aşkar etmişdir.Baş vermiş oğurluq hadisəsi ilə bağlı ərazi üzrə Binəqədi RPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət etmişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxsin ona vurmuş olduğu ziyanı ödədiyini və təqsirləndirilən şəxsdən heç bir şikayətinin olmadığını bildirdi və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs4 bildirmişdir ki, “Niva” markalı,** XJ *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, etibarnamə əsasında idarə edir.xx xxxx 2020-ci il tarixdə saat təxminən 00:15 radələrində ona məxsus olan “Niva” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı ünvan 4 saylı evin qarşısında saxlayıb evə getmişdir.Həmin gün, yəni xx xxxx 2020-ci il tarixdə saat 08:30 radələrində avtomobilinə yaxınlaşan zaman ön sağ qapının açıq olduğunu görmüş, salona baxdıqda sənədlərin oturacağın üzərində olduğunu avtomobilin salonundan 300 manat dəyərində “Pioneer 7150” markalı maqnitafonun və 180 manat dəyərində manitorun, yük yerindən isə 160 manat dəyərində 02 ədəd “Pioneer” markalı səsgücləndiricilərin oğurlandığını aşkar etmişdir.Bu barədə 102 xidmətinə zəng vurub məlumat vermiş, daha sonra ərazi üzrə Binəqədi RPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət etmişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs4 oğlu təqsirləndirilən şəxsin ona vurmuş olduğu ziyanı ödədiyini və təqsirləndirilən şəxsdən heç bir şikayətinin olmadığını bildirdi və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid bildirmişdir ki, 2011ci ildən mühafizə polisində işləyir.Növbədə olmadığı günlər avtomobillərin akustik sistemlərinin təmiri və alqı-satqısı ilə məşğul olur.İnternet saytlarda satışda olan avtomobil maqnitafonu və digər qurğuları alıb baha qiymətə satır.Təxminən xx xxxxxx 2020-ci il tarixdə tap.az internet saytında “Sony” markalı usilinitelin (səs tənzimləyici) satışa qoyulduğunu görmüş, elanda yazılmış ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayıb usiliniteli almaq istədiyim bildirmişdir.Həmin gün Şamaxinka deyilən ərazidə görüşmüş, həmin şəxs özünü ona Əli kimi təqdim etmişdir.Əlidən usliniteli 100 manata almışdır.Əli ona uslinitelin özünə məxsus olduğunu demiş, ondan şəxsiyyətini təsdiq edən sənəd tələb etmiş və şəxsiyyət vəsiqəsini alıb səsgücləndiricinin üzərinə qoyub mobil telefonla şəklini çəkmişdir.Əlidən aldığı “Sony” markalı usiliniteli tanımadığı şəxsə satmışdır.Bundan sonra təxminən 2020-ci ilin mart ayının 5-də Əli whatsap ani mesajlaşma tətbiqində ona bir ədəd “Pioneer 7150” markalı maqnitafonun və bir ədəd avtomobil manitorunun şəklini atıb satmaq istədiyini demiş, o, həmin malları almağa razılaşdışdır.Elə həmin gün Əli ilə Şamaxinkada görüşmüş, Əli satdığı maqnitafon və manitoru ona göstərmiş, ikisini 150 manata almağa razılaşmışdır.Əli maqnitafon və manitorun özünə məxsus olduğunu demişdir. Hətta manitorun qutusu da olmuşdur.xx xxxx 2020-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları ona zəng edib bölməyə dəvət etmişlər.O, həmin vaxt bilmişdir ki, Əlinin ona satdığı maqnitafon və manitor oğurluq olmuşdur.Polis əməkdaşları onun avtomobilinə baxış keçiriərkən Əlidən aldığı “Piooner 7150” markalı maqnitafon və manitor aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 9/865 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən məlum olur ki, ekspertiza tədqiqatına təqdim edilmiş tədqiqat obyektlərinin hazırki işlənmiş vəziyyətdə, 2020-ci ilin mart ayına, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir.01 ədəd xarici görününüşə görə istismar edilmiş “İphone 5S” markalı mobil telefon 150 manat, bir ədəd üzərində “Nokia -8800 Sirocco, made in Germany” sözləri yazılmış xarici görünüşünə görə istismar edilmiş mobil telefon 100 manat, bir ədəd gövdəsinin üzərində “Ray ban” sözləri yazılmış, xarici görünüşünə görə istismaq edilmiş gün eynəyi 35 manat, bir ədəd gövdəsinin üzərində “Pioneer De-P7150OUB, XN/GS, X3 2010, s/n:Natmoo1528 GS, made in Thailand” sözləri yazılmış xaici görünüşünə görə uzun müddət istismar edilmiş “Pioneer” markalı DEH 7150OUB modelli diskli avtomaqnitola 50 manat, bir ədəd üzərində markası olmayan, qara rəngli 15x24 sm ölçülü, 2019-cu ilin may ayında istehsal edilmiş xarici görünüşünə görə istismar edilmiş avtomobil monitoru 20 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Bakı şəhər, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs törətdiyi analoji (avtomobillərdən oğurluq) cinayətlərə görə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və çəkilməmiş 01 (bir) il 5 (beş) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası qalmışdır və məhkumluğu ödənilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir.Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir.Odur ki, təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun xx xxxxxx 1996-cı il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və gənc olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən,Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin 1(001)- 467/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli hökmu ilə Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş cəzası 01 (bir) il 05 (beş) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası - CM-nin 69.3-cü və 67.1-ci maddəsinə əsasən 2 günə 1 gün olmaqla hazırkı hökmlə təyin olunan cəza ilə qismən birləşdirilməklə, ona qəti cəza təyin edilməlidir.Belə ki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 21-1/310 saylı cavab məktubuna əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində hökm xx.xx.2019-cu il tarixdə icraata daxil olmuş və məhkum qeydə alınmışdır.Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 08 ay 26 gün müddətindən xx.xx.2020-ci il tarixə qədər 03 ay 22 gün cəzasından çəkmiş və çəkilməmiş cəzası 01 il 05 ay 04 gün qalmışdır. Eyni zamanda, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğuna görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs cəzasının əvvəli, tutulduğu tarixdən, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalıdır.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Fərahim Əsədlinin xx xxxx 2020-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin olunduğundan təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar – 1 ədəd «İphone 5 S» markalı mobil telefon, 1 ədəd «Nokia 8800 Sirocco» markalı mobil telefon, 1 ədəd «Ray ban» markalı gün eynəyi, 1 ədəd «Pioneer» markalı, DEH 7150OUB modelli diskli avtomaqnitola və bir ədəd üzərində markası olmayan qara rəngli avtomobil monitorunun – sahiblərinə qaytarılması nəzərə alınmalıdır. CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 75 (yetmiş beş) manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, Dövlət Xəzinədarlıq Agentliyi VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin 1(001)-467/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli hökmu ilə Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş cəzası 01 (bir) il 05 (beş) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası - CM-nin 69.3-cü və 67.1-ci maddəsinə əsasən 2 günə 1 gün olmaqla hazırkı hökmlə təyin olunan cəza ilə qismən birləşdirilməklə, ona qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli, tutulduğu tarixdən, yəni xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – 1 ədəd «İphone 5 S» markalı mobil telefon, 1 ədəd «Nokia 8800 Sirocco» markalı mobil telefon, 1 ədəd «Ray ban» markalı gün eynəyi, 1 ədəd «Pioneer» markalı, DEH 7150OUB modelli diskli avtomaqnitola və bir ədəd üzərində markası olmayan qara rəngli avtomobil monitorunun –sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 75 (yetmiş beş) manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, Dövlət Xəzinədarlıq Agentliyi VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar