Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-25/2022 13.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1982-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, ünvan 2kabr 2021-ci il tarixli qərarına əsasən təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, 07 yanvar 2022-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutulmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, X9 məxsus «Hyundai Accent» markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Sumqayıt şəhər İcra Probasiya Şöbəsi tərəfindən həbs qoyulmasından xəbərdar olaraq, qəsdən həmin avtomobili 6 000 manat məbləğində Zərərçəkmiş şəxs satacağına vəd verib aldadaraq inandırmış, bu məqsədlə 2019-cu ilin iyul ayının sonlarında ünvan 3 ünvanında 300 manat, həmin gün Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən bankomat vasitəsilə bank kartına köçürülmüş 200 manat pulu, təxminən bir həftə sonra Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən «Təzə bazar» adlanan yerin yaxınlığında X10 vasitəsilə 2000 manat, daha sonra avtomobilin cərimələri üçün 310 manat, avtomobilin təmir xərcləri üçün 300 manat və 03 avqust 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsində yerləşən 32 saylı notariat kontorunun inzibati binasında 3 500 manat məbləğində pulun müqabilində Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi, X4 məxsus «Toyota Corolla» markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs adından X16 etibarnamə verdirməklə sonuncuya 2 800 manata sataraq, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 6 610 manat məbləğində əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, sonuncuyu xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs “Toyota Corona” markalı, Az **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edirdi.2019-cu ilin iyul ayında Məhərrəməli ona yaxınlaşaraq, özünün idarə etdiyi “Toyota Corona” markalı avtomobilin köhnə olduğunu və onun idarə etdiyi “Hyundai Accent” markalı, Az**-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilini almaq fikrində olduğunu bildirmişdir.Məhərrəməli onun idarə etdiyi həmin “Hyundai” markalı avtomobilin əvəzində öz idarə etdiyi “Toyota” markalı avtomobili verəcəyi halda, avtomobildən əlavə hansı məbləğdə pul verilməsi lazım olacağını soruşmuş, həmin zaman Məhrəmməliyə cavab olaraq, idarə etdiyi “Toyota” markalı avtomobili 3 500 manata qiymətləndirdiyini və əlavə 3 500 manat pul verəcəyi halda “Hyundai” markalı avtomobilini verə biləcəyini bildirmişdir.Qarşılıqlı razılıqdan sonra, 2019-cu ilin iyul ayının sonlarında Zərərçəkmiş şəxs anası Şahid2 vasitəsilə ona 300 manat pul göndərmiş, həmin gün Məhərrəməli öz əmək haqqı kartından ona məxsus karta 200 manat pul köçürmüşdür.Təxminən bir həftə sonra Məhərrəməlinin dostu X15 ilə Abşeron rayonu, Xırdalan şəhəri, “Təzə bazar”ın yanında yerləşən bankomatın yaxınlığında görüşmüş, Möhsüm Məhərrəməlinin adından ona 2 000 manat pul vermişdir.Bundan sonra Məhərrəməli qalan 1 000 manat məbləğdə pulu 1-2 ay ərzində ödəyəcəyini bildirdikdə onunla razılaşmışdır.03 avqust 2019-cu il tarixdə Məhərrəməli ilə Binəqədi rayonu ərazisində yerləşən 32 saylı Notariat kontorunda görüşmüş, orada Məhərrəməliyə “Hyundai Accent” markalı, Az**-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair etibarnamə vermiş, həmçinin Məhərrəməlidən idarə etdiyi “Toyota Corolla” markalı, Az**-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair etibarnamə Asif Əliyevin adına verilmişdir.Belə ki, həmin avtomobili Asif adlı müştəriyə satacaqdı.Bundan bir ay sonra eşitmişdir ki, Məhərrəməli ondan götürdüyü avtomobili Sumqayıt şəhərində duracağa təhvil vermişdir. Məhərrəməlidən aldığı avtomobili 2 800 manata satmış, “Hyundai Accent” markalı, Az**-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili alarkən həmin zaman avtomobilin üzərində həbs olması barədə əvvəlcədən məlumatı olmuşdur.Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini, əməlindən peşman olmasını, hal-hazırda dəymiş ziyanı tam olaraq ödəməsini, dəymiş ziyanın 25 faizini dövlət büdcəsinə ödəməsini, zərər çəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, məhkəmədən bəraətverici əsaslar olmadan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs uşaq vaxtından tanıyır.Belə ki, eyni binada bir mərtəbədə yaşayırlar.Təqsirləndirilən şəxs avtomobil alverçisi kimi tanayır.O, Toyota Korona markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir.2019-cu ilin iyul ayında Aqil ona Toyota Corolla markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilinin köhnə olmasını bildirirək öz idarə etdiyi Hundai Accent markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə dəyişməyi təklif etmiş və əlavə olaraq 3 500 manat verməli olduğunu bildirmişdir.Aqil onun Toyota Karona markalı avtomobilinin dəyərinin 3 500 manat olduğunu və əlavə olaraq ona 3 500 manat verilməli oldğunu bildirmişdir.Aqillə razılaşdıqdan sonra 2019-cu ilin iyul ayının sonlarında anası Şahid2 300 manat pulu Aqilin evinə aparıb verməsini demiş və anası Şahid2 300 manat pulu Aqilin qardaşı arvadı Günaya vermişdir.Həmin gün də öz əmək haqqı kartından 200 manat pulu Təqsirləndirilən şəxs kartına göndərmişdir.Təxminən 1 həftə keçdikdən sonra dostu X12 yaşadığı evə gedərək evdə ona məxsus «Nikoil» banka məxsus kartı götürüb həmin kartda olan 2 000 manat pulu çıxarıb Aqillə görüşüb ona verməsini bildirmiş və Möhsüm də onun yaşadığı evə gedib həmin kartı götürüb, kartdan 2 000 manat pulu çıxarıb Abşeron rayonu, Xırdalan şəhəri, Təzə bazarın yanında yerləşən bankomatın yaxınlığında Aqillə görüşüb 2 000 manat pulu Aqilə vemişdir.Aqillə qalan 1 000 manat pulu isə təxminən 1-2 aydan sonra verməyə razılaşmışdır.Sonradan Aqil ona demişdir ki, avtomobilin cərimələri və nasazlığı var.Bundan sonra həmin avtomobilin 310 manat cərimələrini ödəmiş və 300 manat da avtomobilin təmirinə xərcləmişdir.03 avqust 2019-cu il tarixdə Aqillə Binəqədi rayonu ərazisində yerləşən 32 saylı notariat kontorunda görüşmüş, orada Aqil ona baş etibarnamə vermişdir.Özü isə Aqillə birlikdə gələn adını bilmədiyi şəxsə etibarnamə vermişdir.Notariat kontorunda olan zaman ona məxsus avtomobilin həbsinin olduğunu bildirmişdirlər.Bundan başqa əvvəldən Aqilə özünə məxus avtomobilin həbsinin olduğunu dediyinə görə Aqil də ona məxsus avtomobilin həbsinin olmasından məlumatı olduğunu bildirmişdir.Notariat kontorunda bununla bağlı ərizə yazılmasını bildirdiklərinə görə Aqillə birlikdə gələn adını bilmədiyi şəxs ərizə yazmışdır.Sənədləşdirməni qurtardıqdan sonra notariat kontordan çıxıb getmişlər.05 avqust 2019-cu il tarixdə Təqsirləndirilən şəxs aldığı Hundai Accent markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobili öz adına sənədləşdirmə üçün AR DİN BDYPİ-nə getmiş, orada sənədləri təqdim etdikdə ona bildirmişdirlər ki, avtomobilin üzərində həbs var.Aqilə zəng vurub ona bu barədə bildirdikdə sonuncu ona avtomobilinin üzərinə həb qoyulmasından əvvəlcədən məlumatının olmadığını, Sumqayıt məhkəmə icra şöbəsi ilə həll edəcəyini bildirmişdir.Bundan sonra, o, Sumqayıt şəhər məhkəməsinin icra şöbəsinə getmiş, orada ona bildirmişdirlər ki, Aqilin ona satdığı Hundai Accent markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X7 306 000 manat borcu olduğundan Sumqayıt şəhər məhkəməsi tərəfindən avtomobil üzərinə həbs qoyulmuşdur.Səhəri gün 06 avqust 2019-cu il tarixdə Hundai Accent markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhər məhkəmə icra şöbəsinə getmiş, orada ona heç bir köməklik edə bilməyəcəyini deyərək avtomobili ondan almışdırlar.Aqilə zəng vurub nə üçün onu aldatdığını, pulunu və ona məxsus Toyota Korona markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobili geri qaytarmamasını bildirdikdə, Aqil pulunun olmadığını və avtomobili də satdığını demişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs yazılı ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam olaraq ödənildiyini, onunla barışdığını, ondan şikayət və tələbinin olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verilməsinə etiraz etmədiyini bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusu, Zərərçəkmiş şəxs isə onun doğma oğludur.2019-cu ilin avqust ayının əvvəllərində oğlu Məhərrəməli ona bildirmişdir ki, qonşusu Aqillə razılaşmışdırlar ki, o Aqilin idarə etdiyi Hundai Accent markalı **-BS-*** qeydiyyat nişanlı avtomobili götürüb əvəzinə Aqilə özü idarə etdiyi Toyota Karona markalı avtomobili və üstündə 3 500 manat pul versin. 03.08.2019-cu il tarixdə oğlu Məhərrəmli ona avtomobillərə etibarnamə almağa gedəcəklərini bildirmiş, bundan sonra Məhərrəməli ilə birlikdə Bakı şəhəri 32 saylı notariat kontoruna getmiş, orada Aqil özü idarə etdiyi Hundai Accent markalı, **-BS-*** qeydiyyat nişanlı avtomobil üçün Məhərrəməliyə etibarnamə vermiş, eyni zamanda özü də adına olan Toyota Karona markalı avtomobil üçün adını bilmədiyi şəxsə etibarnamə vermişdir. 05.08.2019-cu il tarixdə Məhərrəməli ilə birlikdəş Hundai Accent markalı, **-BS-*** qeydiyyat nişanlı avtomobillə Binəqədi rayon ərazisindəki BDYPİ-nə getmiş, orada avtomobili öz adlarına sənədləşdirmək istəyən zaman məlum olmuşdur ki, həmin avtomobil axtarışdadır və Sumqayıt icra şöbəsi tərəfindən üzərinə həbs qoyulmuşdur.06.08.2019-cu il tarixdə Məhərrəməli ilə birlikdə Sumqayıt İcra Şöbəsinə getmiş, orada icra şöbəsinin əməkdaşı Abusət adlı şəxs həmin avtomobilin üzərinə Sumqayıt məhkəməsi tərəfindən həbs qoyulması barədə qərardad çıxarıldığını bildirmişdir.Bundan sonra Abusətə onlara necə köməklik edə biləcəyini bildirdikdə sonuncu avtomobilin sahibinin telefon nömrəsini verə biləcəyini deyib onunla əlaqə saxlağı məsləhət görmüşdür.Həmin günü avtomobili İcra Şöbəsinin həyətində saxlamışlar, bu barədə də Abusət adlı əməkdaş tərəfindən akt tərtib edilmişdir.İki gün sonra Abusətin verdiyi nömrəyə zəng vurmuş, lakin nömrənin sahibi ilə danışa bilməmiş və sonradan məlum olmuşdur ki, həmin şəxs Rusiya Federasiyasındadır.Bundan sonra, Abusət ona həmin şəxsin qardaşının mobil nömrəsini vermiş və həmin şəxslə telefon əlaqəsi saxlayan zaman sonuncu bildirmişdir ki, Abusət onların başına oyun açıbdır, avtomobili götürə bilməyiblər, ona bu barədə heç bir məlumat verilməyibdir. 02.10.2019-cu il tarixdə oğlu Məhərrəməlinin adına həmin avtomobilə görə cərimə gəlmiş, cərimədən sonra DYPİ-nin qanar xəttinə zəng vurub məlumat vermiş və ona məlum olmuşdur ki, avtomobil Bakı-Qazax yolunda radara düşmüşdür.Bundan sonra Abusətə zəng vurub bu barədə məlumat vermiş, sonuncu ona demişdir ki, narahat olmayın, cəriməni biz ödəyəcəyik.Sonradan oğlu Məhərrəməli Aqildən pulunu geri istəsə də, sonuncu bu günə qədər pulu və avtomobili geri qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid5 bildirmişdir ki, X11 Sumqayıt şəhər sakini kimi tanıyır. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır.2019-cu ilin iyun ayının əvvəllərində Əhməd Quliyevlə danışıb razılaşıb ondan sonuncuya məxsus «Hyundai Accent» markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili almış, lakin həmin zaman Əhməd həbsdə olduğundan, Əhmədin ümumi etibarnamə verdiyi Malik adlı şəxslə görüşmüş və Malik adlı şəxs ona həmin avtomobil üçün notarius vasitəsilə etibarnamə vermişdir.Təxminən bir həftə həmin avtomobili sürmüş, lakin avtomobilin həbsi olduğu üçün avtomobili satmaq qərarına gəlmişdir.Təqsirləndirilən şəxs ona yaxınlaşıb avtombili almaq istədiyini bildirdikdə ona avtomobilin həbsdə olduğunu bildirmiş və avtomobil həbsdə olduğu üçün onunla 3 500 manata razılaşıb satmışdır.Tərəfindən ona 2019-cu ilin iyun ayının əvvəllərində notarius vasitəsilə etibarnamə verilmişdir.Şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs yalan danışır, belə ki, ona həmin avtomobili satarkən həbsdə olduğunu demiş və buna görə də o, ona avtomobili dəyərindən aşağı qiymətə, yəni 3 500 manata satmışdır. Məhkəmə iclasında şahid X10 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, Zərərçəkmiş şəxs onun dostudur.2019-cu ilin iyul-avqust ayında Məhərrəməli ona demişdir ki, qonşusu Təqsirləndirilən şəxs Hundaı Accent markalı, **-BS-*** qeydiyyat nişanlı avtomobil almaq istəyir.Aqilin həmin avtomobili 7 000 manata satdığını, Aqillə razılaşmalarına əsasən ona 3 500 manat nəğd pul və öz idarə etdiyi Toyota Karona markalı avtomobilini verəcəyini bildirmişdir.Tarix dəqiq yadında deyil, həmin ərəfələrdə Məhərrəməli ona zəng vurub onun yaşadığı evə gedib evdən əmək haqqı kartını götürüb kartından 2 000 manat pul çıxarıb Aqilə verməsini bildirmiş, bundan sonra Məhərrəməlinin dediyi kimi edib kartı götürüb 2 000 manat kartdan pul çıxarıb Abşeron rayon Xırdalan şəhərində köhnə bazarın yaxınlığında yerləşən “Araz” marketin yanına gedib orada Aqillə görüşüb 2 000 manat pulu sonuncuya vermişdir.Həmin vaxtdan sonra Məhərrəməli Aqilin ona satdığı Hundaı Accent markalı, **-BS- *** qeydiyyat nişanlı avtomobili almış, bir neçə gün sonra isə avtomobili aparıb öz adına sənədləşdirmək istəyən zaman məlum olmuşdur ki, həmin avtomobilin sahibinin borcu olduğundan Sumqayıt məhkəməsi tərəfindən avtomobilin üzərinə həbs qoyulmuşdur.Məsələyə aydınlıq gətirmək üçün Məhərrəməli avtomobili Sumqayıt icra şöbəsinə aparmış, orada Hundaı Accent markalı, **-BS-*** qeydiyyat nişanlı avtomobil Məhərrəməlidən alınmışdır. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, Zərərçəkmiş şəxs onun doğma oğludur.2019-cu ilin ilin iyul ayında Məhərrəməli qonşuluqlarında yaşayan Təqsirləndirilən şəxs avtomobil satdığını və həmin avtomobili almaq istədiyini bildirmişdir.Eyni zamanda, Məhərrəməli bildirmişdir ki, Aqillə razılaşmalarına əsasən özünün idarə etdiyi Toyota Karona markalı avtomobili və nəğd pul verəcəkdir. 2019-cu ilin iyul ayının sonları olardı ki, oğlu Məhərrəməli ona zəng vurub Aqilgilə 300 manat vermə olduğunu bildirmiş, bundan sonra Aqilin yaşadığı evə getmiş, həmin zaman qapını Aqilin qardaşı arvadı Günay açmış və Aqilin anası Kübranın evdə olmadığını bildirmişdir.Həmin zaman Günaya 300 manat pul verib həmin pulu Kübraya verməsini və Aqilə çatacağını demişdir. Məhərrəməli Aqilin idarə etdiyi Hundaı Accent markalı, **-BS-*** qeydiyyat nişanlı avtomobili almış, sonra həmin avtomobili öz adına sənədləşdirmək üçün DYPİ-nə getmiş, orada ona bildirmişlər ki, Aqilin ona satdığı avtomobilin sahibinin borcu olduğundan həmin avtomobilin üzərinə Sumqayıt məhkəməsi tərəfindən həbs qoyulmuşdur.Buna görə də Məhərrəməli Aqilin ona satdığı Hundaı Accent markalı avtomobili Sumqayıt icra şöbəsinə aparmış və orada həmin avtomobil Məhərrəməlidən alınaraq avtomobilin sahibinin borcu olduğu şəxsə verilmişdir. Məhkəmə iclasında Şahid4 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, 2009-cu ildən Sumqayıt şəhər İcra Şöbəsində icra məmuru, hazırda isə Nizami rayon İcra Şöbəsində icra məmuru işləyir.Belə ki, Təqsirləndirilən şəxs tanımır.Zərərçəkmiş şəxs isə 06.08.2019-cu ildən işlə bağlı tanımışdır.Belə ki, Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi Hyundai Accent markalı, **-BS-*** qeydiyyat nişanlı avtomobilin sənədlərini onun yanına gətirib bildirmişdir ki, avtomobili öz adına keçirmək istəyərkən ona məlum olmuşdur ki, avtomobilin üzərində həbs vardır.Bundan sonra, tərəfindən yoxlama aparılarkən məlum olmuşdur ki, həmin avtomobil X7 mülkiyyətindədir, həmin şəxs X6 306 000 manat pul borcludur.Həmin borcla əlaqədar icraatda Sumqayıt şəhər məhkəməsinin icra sənədi vardır.Bundan sonra Zərərçəkmiş şəxs avtomobili gətirib icra şöbəsinə təqdim etməsi təklif olunmuş, səhəri günü Zərərçəkmiş şəxs atası ilə birlikdə icra şöbəsinə gəlib həmin avtomobili təqdim etmişdir.Bununla bağlı tərəfindən akt tərtib edilmiş və avtomobil icra şöbəsinin həyətində saxlanılmışdır.Daha sonra, həmin avtomobil borc əvəzinə təyin olunmuş qiymətlə iş üzrə tələbkar Yaşar Həsənova təklif edilmiş, sonuncu avtomobili götürməyə razı olmuş və həmin avtomobil sonuncuya təqdim edilmişdir. Məhkəmə iclasında şahid X13 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, X11 tanıyır.Onunla aralarında normal münasibətləri vardır.Təxminən 3-4 ildir ki, Əhməd Quliyev həbs olunmuşdur və hazırda həbsdədir.Əhməd Quliyev həbsdə olduğu üçün ona ümumi əmlaklarının satılması ilə bağlı lazım olanda onun adından sənədləşdirmə işlərini apara bilmək üçün ona ümumi etibarnamə vermişdir. 2019-cu ilin iyun ayının əvvəllərində Əhməd ona bildirmişdir ki, özünə məxsus «Hyundai Accent» markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili satıbdır və həmin avtomobil üçün alan şəxsə etibarnamə verməsini xahiş etmişdir.Bundan sonra, o, Sumqayıt şəhərində avtomobili alan şəxslə yəni, Şahid5 ilə görüşmüş və ona notarius vasitəsilə etibarnamə vermişdir.Lakin, Şahid5 həmin avtomobili neçəyə alması və Əhmədlə aralarında nə kimi danışıqları və razılaşmaları olması barədə hər hansı bir məlumatı yoxdur. Məhkəmə təqsirləndirilən şəxsi, onun müdafiəçisinin çıxışını, zərərçəkmiş şəxsi, şahid ifadələrini dinləyib, dövlət itthamçısının mövqeyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, habelə məhkəmə iclasında tədqiq olunmuş digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Abşeron rayon Məhkəməsinin 20.08.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində CM-nin 178.1-ci maddəsilə olan cinayət işinə xitam verilmişdir.Həmçinin, Təqsirləndirilən şəxs barəsində Binəqədi RPİ-də ********* saylı material üzrə CM-nin 128-ci maddəsilə olan cinayət təqibinə 28.03.2020-ci il tarixdə xitam verilmişdir.Beləliklə də, məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 13.01.2022-ci il tarixli qəbzlərə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs dəymiş ziyanın 25 faizi miqdarında ziyanı, yəni 1652.5 (1500 +153) manat vəsaiti dövlət büdcəsinə ödəmişdir. Beləliklə, Təqsirləndirilən şəxs təqsirli olaraq CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş dələduzluq cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş və təqsirləndirilən şəxsin özünün etirafedici, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, həmçinin iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Bundan başqa, Azərbaycan Respublikası Konsitusiysının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Həmçinin,«Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə» X2 19 yanvar 2006-cı il tarixli fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir.Azərbaycan Respublikasının tərəfdaş çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyasının 6 və 7-ci maddəsinin tələbinə görə hər kəsin ədalətli məhkəmə araşdırılması tələb etmək və qanunsuz olaraq cəzalandırılmamaq hüquqları vardır. Həmçinin, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Bununla belə məhkəmə hesab edir ki, o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən məlum olur ki, CMnin 73-1.2-ci maddəsinə edilmiş dəyişikliyə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189- 1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmçinin, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 1(012)-189/2018 saylı, 20 avqust 2018-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilə bilər. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 1(012)-189/2018 saylı, 20 avqust 2018-ci il tarixli qərarına əsasən aydın olur k, Təqsirləndirilən şəxs ilk dəfə CM-nin 73-1-ci maddəsində nəzərdə tutulmuş əsaslarla deyil, CM-nin 73.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmişdir.Belə olan halda, məhkəmə hesab edir ki, qanunvericilik baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs CMnin 73-1.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini istisna etmir. CM-nin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir.Törədilyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. CM-nin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanunun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzanı çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə görə onu cinayət məsuliyyətindən azad edən, onun vəziyyətini yaxşılaşdıran norma ona münasibətdə tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini, əməlindən səmimi peşmançılığını, ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı ödəməsini, dəymiş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməli, habelə barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından azad edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, cinayət işi üzrə icraata xitam verildiyindən, zərərçəkmiş şəxs (mülki iddiaçı) X1 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı «pul tələbinə dair» mülki iddiası üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2 və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələbinə əsasən cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından azad edilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) X1 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı «pul tələbinə dair» mülki iddiası üzrə icraata xitam verilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-25/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-25/2022
13.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver