Məhkəmə qərarları › İş №1(001)-25/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-25/2025

27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-25/2025 27.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.2, 177.2.3, 177.2.3-1 və 326.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ondan təqsirləndirilir ötrü ki, o, saxlanc yerinə qanunsuz daxil olmaqla və elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakım gizli olaraq talayıb təkrar oğurluq etmiş, habelə vətəndaşın şəxsiyyət vəsiqəsini talamışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakım talama məqsədi ilə 25 iyul 2022-ci il tarixində saat 19:20 radələrində ünvan 2 ünvanında yerləşən "xxxx" Azərlotereya məntəqəsinə gəlib özünü "xxxx" ASC-nin əməkdaşı kimi təqdim edərək həmin məntəqənin işçisi Zərərçəkmiş şəxs1 komendantın dalınca göndərdikdən sonra onu heç kəsin görmədiyindən istifadə edərək orada quraşdırılmış piştaxtanın sol tərəfində yerləşən, pulun yığılması üçün nəzərdə tutulan saxlanc yeri hesab edilən dolabın siyirtməsinə qanunsuz daxil olmaqla oradan 600 AZN nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 600 (altı yüz) AZN ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakım talama məqsədi ilə 28 avqust 2022-ci il tarixində saat 11 radələrində müvəqqəti yaşadığı, ünvan 3 ünvanında yerləşən «X12 Baku» otelinin məişət otağına qanunsuz daxil olmaqla X3 məxsus çantadan içərisində "xxxx" ASC tərəfindən ödənişsiz verilən 6768********3917 nömrəli «maestro» növlü təqaüd kartı, "xxxx" ASC tərəfindən ödənişsiz verilən 4169********6880 nömrəli «VİSA» növlü «BirKart Umico» kartı, "xxxx" ASC tərəfindən ödənişsiz verilən 4169 7387 2637 2463 nömrəli «VİSA» növlü «Birkart ƏDV AZN» kartı, "xxxx" ASC tərəfindən verilmiş dəyəri 15 AZN olan **********1785 nömrəli kredit kartı, Zərərçəkmiş şəxs2 məxsus şəxsiyyət vəsiqəsi, 100 AZN nağd pul və həmin tarixə milli məzənnə ilə 281 AZN təşkil edən 10000 rus rublu olan 200 AZN dəyərində boz rəngli pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2, ümumilikdə 596 (beş yüz doxsan altı) AZN məbləğində ziyan vurmaqla təkrar oğurluq etmiş, habelə vətəndaşın şəxsiyyət vəsiqəsini talamışdır. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını talama məqsədi ilə X3 məxsus, "xxxx" ASC tərəfindən verilmiş 6768 6753 5000 3917 nömrəli «maestro» növlü təqaüd kartının pin-kodunu müəyyən edib daxil etməklə elektron məlumat daşıyıcılarından istifadə edərək 28 avqust 2022-ci il tarixində ünvan 4 ünvanında yerləşən «Bizim market»in qarşısında quraşdırılmış ATM bankomatdan 498 AZN, 29 avqust 2022-ci il tarixində ünvan 5 ünvanında quraşdırılmış ATM bankomatdan 498 AZN, həmçinin 29 avqust 2022-ci il tarixində X3 məxsus, "xxxx" ASC tərəfindən verilmiş 4169*********6880 nömrəli «VİSA» növlü «BirKart Umico» kartının pin- kodunu müəyyən edib daxil etməklə elektron məlumat daşıyıcılarından istifadə edərək Bakı şəhərində yerləşən ATM bankomatdan hər dəfə 200 AZN olmaqla iki dəfəyə 400 AZN, 30 avqust 2022-ci il tarixində X3 məxsus, "xxxx" ASC tərəfindən verilmiş *********1785 nömrəli kredit kartının pin-kodunu müəyyən edib daxil etməklə elektron məlumat daşıyıcılarından istifadə edərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində quraşdırılmış ATM bankomatdan birinci dəfə 1200 AZN, ikinci dəfə 100 AZN olmaqla, cəmi 1300 AZN, 07 sentyabr 2022-ci il tarixində yenə də X3 məxsus, "xxxx" ASC tərəfindən verilmiş 6768*********3917 nömrəli «maestro» növlü təqaüd kartının pin-kodunu daxil etməklə elektron məlumat daşıyıcılarından istifadə edərək Bakı şəhərində «UNİBANK»ın ATM bankomatından iki dəfəyə 400 AZN, nəhayət 09 sentyabr 2022-ci il tarixində saat 23:56-da X3 məxsus, "xxxx" ASC tərəfindən verilmiş 4169********6880 nömrəli «VİSA» növlü «BirKart Umico» kartının pin- kodunu daxil etməklə elektron məlumat daşıyıcılarından istifadə edərək Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi, «Əsləm mart» marketin qarşısında quraşdırılmış ATM bankomatdan birinci dəfə 500 AZN, ikinci dəfə 700 AZN, üçüncü dəfə isə 220 AZN olmaqla, cəmi 1420 AZN nağd pulu vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2, ümumilikdə 4516 (dörd min beş yüz on altı) AZN məbləğində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını talama məqsədi ilə 16 sentyabr 2022-ci il tarixində gecə saat 01:10 radələrində ünvan 6 ünvanında yerləşən “Dadlı market” adlı mağazaya gəlib satıcı Zərərçəkmiş şəxs3 nisyə araq istəmiş, lakin rədd cavabı alıb oranı tərk etdiyinə rəğmən, sonununun məişət tullantılarını atmaq üçün oradan bir qədər aralandığından istifadə edərək yenidən mağazaya qayıdıb orada pulun yığılması üçün nəzərdə tutulan saxlanc yeri hesab edilən dolabın siyirtməsinə qanunsuz daxil olmaqla 790 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 790 (yeddi yüz doxsan) manat ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ittihamda göstərilən bütün epizodlar üzrə nəzərdə tutulmuş cinayət əməlləri onun tərəfindən törədilmişdir. Lakin o hazırda zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam şəkildə ödəyərək barışıq əldə etmişdir. Törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki, özü ali təhsilli və ziyalı biridir. Hər zaman cəmiyyətə xeyirli olmağa çalışmışdır. Sadəcə övladının xəstəliyi ilə və işsizliklə əlaqədar olaraq göstərilən əməlləri törətmişdir. Törətdiyi əməldən çox peşmandır. Zərərçəkmiş şəxslərin ziyanını hətta əlavə maddi tələblərini də qarşılamış, zərərçəkmiş şəxslərin hamısı ilə barışıq əldə etmişdir. Cəzasının artıq 1 ilə yaxın müddətini həbs şəraitində keçirməkdədir. 3 az yaşlı övladının olmasını və digər xüsusatları nəzərə alıb, barəsində daha yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, o, cinayət hadisəsi törədildiyi zaman Bakı şəhəri, Xətai rayonu, ərazisində yerləşən «X12» də menecer vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs isə həmin oteldə qonaq kimi qalmışdır. Təqsirləndirilən şəxs onun çantasının olduğu otağa yaxınlaşaraq orada çalışan xadimələrə köynəyini ütüləmək istədiyini bildirmiş, həmin zaman onun çantası otaqda olmuşdur. Təqsirləndirilən şəxs çantasının içərisində pul qabı və kartlarını götürmüşdür. Çantasından götürdüyü kartdan pul çəkmiş, pul çəkilən zaman onun telefonuna bildirilş gəlmiş və həmin zaman o çantasından oğurluq edildiyini anlamışdır. Bundan sonra banka müraciət edərək kartlarının bağlanmasını istəmişdir. Daha sonra da Təqsirləndirilən şəxs onun kartlarından pul çəkmişdir. Ümumilikdə ona 6134 manat ziyan dəymişdir. Lakin təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanın hamısını ödəmişdir, hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır. Verdiyi mülki iddiadan imtina edir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, hadisə zamanı "xxxx" MMC-də işləmişdir. 25 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs onun işlədiyi obyektə yaxınlaşaraq özünü "xxxx" ASC-nin işçisi kimi təqdim etmiş, ondan su sayğacının yerini soruşmuşdur. O, Təqsirləndirilən şəxs su sayğacının yerini göstərmişdir. Lakin sayğacı göstərdikdən sonra Təqsirləndirilən şəxs həmin sayğacı demədiyini, başqa sayğacı nəzərdə tutduğunu söyləmiş və ondan sayğaclara kimin nəzarət etdiyini soruşmuş, o da öz növbəsində komendantın nəzarət etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ondan su sayğacını göstərməsi üçün komendantı çağırmasını tələb etmiş, o da Təqsirləndirilən şəxs orada qoyaraq komendantı çağırmaq üçün uzaqlaşmışdır. O uzaqlaşan kimi Təqsirləndirilən şəxs kassadan 600 manat pul vəsaiti götürüb cibinə qoymuş, onun isə bundan xəbəri olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs çıxıb getmişdir. O, obyektdə hesablama edərkən kassadan 600 manat pulun olmadığını aşkar etmişdir. Bundan sonra obyektdə olan nəzarət kamerasına baxarkən Təqsirləndirilən şəxs kassadan pul götürüb cibinə qoyduğunu görmüşdür. Dərhal polisə zəng edərək məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır və ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsiləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, hadisə 16 sentyabr 2022-ci il tarixdə gecə təxminən 01:00-02:00 aralarında baş vermişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin gecə içkili vəziyyətdə onun satıcı işlədiyi marketə daxil olaraq özünü Türkiyə vətəndaşı kimi təqdim edib türk dilində danışışaraq ondan pulsuz spirtli içki istəmişdir. Həmin zaman çox sayıda şəhid olduğu üçün əsəbləşərək onu marketdən çıxartmışdır. Bir qədər sonra zibil atmaq üçün marketdən çıxmış, zibili atıb qayıdan zaman Təqsirləndirilən şəxs yenidən marketdən çıxdığını görmüşdür. Tez marketə girərək vitrinə baxmış və spirtli içkilərin yerində olduğunu görmüşdür. Şəxsin kassadan pul götürməsi həmin vaxt ağlına gəlməmişdir. Təxminən 5-10 dəqiqə sonra kassaya baxmış və pulun olmadığını görmüşdür. Bundan sonra DİN 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Kassaya baxarkən Təqsirləndirilən şəxs kassadan 790 manat pul götürdüyünü müəyyən etmişdir. Ona dəymiş zərər tam şəkildə geri qaytarılmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan və əlavə edilmiş foto-cədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış material üzrə oğurluq hadisəsi ünvan 2 ünvanında yerləşən "xxxx" Azərlotereya məntəqəsində baş vermişdir. xx.xx.2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan və əlavə edilmiş foto-cədvəldən görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında toplanmış material üzrə oğurluq hadisəsi ünvan 6 ünvanında yerləşən “Dadlı market” adlı mağazada baş vermişdir. xx.xx.2022-ci il tarixli “Cinayət işi başlama və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, "xxxx" Azərlotereya məntəqəsindən 600 manat məbləğində pulun gizli olaraq talanması, həmçinin “Dadlı” marketdən 790 manat məbləğində pulun gizli olaraq talanması faktına dair CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə Binəqədi RPİ-nin istintaq şöbəsində ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2022-ci il tarixli “Şəxsin tanınması haqqında” protokoldan və əlavə edilmiş foto-şəkillərdən görünür ki, şəxsin tanınması istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs3 tanınmaya təqdim edilmiş 4 nəfərin içərisindən Təqsirləndirilən şəxs tanımışdır. xx.xx.2022-ci il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi və saxlanıldığı müvəqqəti saxlama yerindən azad olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı MSY-dən azad edilmişdir. xx.xx.2022-ci il tarixli “Üzləşdirmədə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə aparılmışdır. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini onun üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli “Üzləşdirmədə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 arasında üzləşdirmə aparılmışdır. Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini onun üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" məntəqəsindən oğurluq anını əks etdirən diskə baxış keçirilmiş və həmin diskdə 4 (dörd) ədəd fayl olduğu müəyyən edilmişdir. 0:00 dəqiqə 11 saniyə davam edən «WhatsApp Video 2022-08-09 at 08.49.33 MP4 File 2310 KB» adlı MP4 formatlı fayla baxış zamanı məlum olur ki, əynində göy rəngli qısaqol, «üçdüymə» köynək, göy rəngli şalvar, qara rəngli ayaqqabı olan, sol tərəfindən qara rəngli kiçik həcmli çanta asılmış, gün eynəyini alnına qaldırmış, sağ əlində qara rəngli telefon, sol əlində isə ağ rəngli telefon və bloknot tutan kişi cinsli şəxs qapalı bir məkanda kimləsə danışaraq əlləri ilə jestikulyasiya edib masa və stullar qoyulmuş zalın çıxışına tərəf gedib oranı tərək edir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bu videokadrlarda görünən şəxsin məhz özü olduğunu və 25 iyul 2022-ci il tarixində, saat 19:20 radələrində ünvan 2 ünvanında yerləşən "xxxx" Azərlotareya məntəqəsində olduğunu bildirmişdir. 0:00 dəqiqə 27 saniyə davam edən «WhatsApp Video 08.49.34(1) MP4 File 5005 KB» adlı MP4 formatlı fayla baxış zamanı məlum olur ki, divarlarında "xxxx" sözləri yazılmış zalda gəzişən yuxarıda qeyd edilən şəxs qəfildən burada quraşdırılmış piştaxtaya yaxınlaşıb aşağı əyilərək bir neçə saniyədən sonra oradan nə isə götürərək əynindəki şalvarının sağ cibinə qoyur, sonra da piştaxtanın küncündə qoyduğu bloknot və ağ rəngli telefonu götürüb sola dönərək gözdən itir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bu videokadrlarda görünən şəxsin məhz özü olduğunu və 25 iyul 2022-ci il tarixində, saat 19:20 radələrində ünvan 2 ünvanında yerləşən "xxxx" Azərlotareya məntəqəsində olarkən oranın əməkdaşını komendantın dalınca göndərdikdən sonra onu heç kəsin görmədiyindən istifadə edərək piştaxtanın sol tərəfində olan siyirtmədən oğurluq etdiyini bildirmişdir. 0:00 dəqiqə 27 saniyə davam edən «WhatsApp Video 2022-08-09 at 08.49.34 MP4 File 5070 KB» adlı MP4 formatlı fayla baxış zamanı məlum olur ki, yuxarıda qeyd edilmiş şəxs divarlarında "xxxx" sözləri yazılmış zalda quraşdırılmış piştaxtanın arxasında əyləşən üzü saqqallı, kişi cinsli digər bir şəxslə söhbət edirlər, bir neçə saniyə sonra sonuncu yerindən durur və onlar birlikdə sol tərəfə burularaq gözdən itrilər. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bu videokadrlarda görünən şəxsin özü olduğunu və 25 iyul 2022- ci il tarixində, saat 19:20 radələrində ünvan 2 ünvanında yerləşən "xxxx" Azərlotareya məntəqəsində olarkən oranın Əməkdaşı ilə söhbət edərək komendantın dalınca göndərdiyini, sonra da birlikdə oranı tərk etdiklərini göstərmişdir. 0:00 dəqiqə 41 saniyə davam edən «WhatsApp Video 2022-08-09 at 08.49.35 MP4 File 7231 KB» adlı MP4 formatlı fayla baxış zamanı məlum olur ki, orada piştaxtanın üzərində tavanda quraşdırılmış müşahidə kamerasının qeydə aldığı görüntülər əks olunmuşdur. Yuxarıda qeyd edilən görüntülərdə müşahidə edilən şəxs qəfildən piştaxtaya yaxınlaşıb sağ tərəfdə yerləşən siyirtməni açaraq oradan kağız parçalarına və ya zərfə oxşayan nə isə götürərək əynindəki şalvarının sağ arxa cibinə qoyur, sonra da piştaxtanın küncündə qoyduğu bloknot və ağ rəngli telefonu götürüb sola dönərək gözdən itir. Baxışda İştirak edən Təqsirləndirilən şəxs bu videokadrlarda görünən şəxsin məhz özü olduğunu və 25 iyul 2022-ci il tarixində, saat 19:20 radələrində ünvan 2 ünvanında yerləşən "xxxx" Azərlotareya məntəqəsində olarkən oranın əməkdaşını komendantın dalınca göndərdikdən sonra onu heç kəsin görmədiyindən istifadə edərək piştaxtanın sol tərəfində olan siyirtmədən oğurluq etdiyini təsdiq etmişdir. 222026199 saylı cinayət işinə dair materiallar: xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Yasamal Rayon Məhkəməsinin adından saxtalaşdırlmış qərarın Təqsirləndirilən şəxs tərəfindən müdiri Azad Əhmədova təqdim edilməsi faktı ilə AR CM-nin 178.1 və 320.1-ci maddələri ilə cinayət işi başlanmışdır. xx.xx.2022-ci il tarixli “Cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış ********* nömrəli cinayət işi Yasamal RPİ-nin müstəntiqi Sərxan Ramazanov tərəfindən icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli “Şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi üzrə axtarış elan edilmişdir. xx.xx.2022-ci il tarixli “Cinayət işinin icraatının dayandırılması haqqında” qərardan görünür ki, CM-nin 178.1 və 320.1-ci maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işinin icraatı CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2022-ci il tarixli “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, CM-nin 178.1 və 320.1-ci maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işinin icraatının təzlənərək istintaqın davam etdirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs AR CM-nin 178.1 və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2022-ci il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli “Cinayət işinin aidiyyatı üzrə göndərilməsi barədə” qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilməsi üçün Binəqədi RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixli “Cinayət işinin icraata qəbul edilməsi və birləşdirilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş və istintaq ********* nömrə altında davam etdirilmişdir. 220271130 saylı cinayət işinə dair materiallar: xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X1 PRİ-nin 17-ci PŞ-nə müraciət edərək pul kisəsinin oğurlanması barədə qanuni tədbir görülməsini xahiş etmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş “ödəniş kartı üzrə çıxarış”dan görünür ki, X3 məxsus 676867******3917 nömrəli kartdan xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu ərazisində “Bizim Market”də yerləşən ATM-dən 498 AZN nağdlaşdırılmışdır. Həmçinin xx.xx.2022-ci il tarixdə ünvan 7 ünvanında yerləşən ATM-dən 498 AZN nağdlaşdırılmışdır. "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş “ödəniş kartı üzrə çıxarış”dan görünür ki, X3 məxsus 416973******6880 nömrəli kartdan xx.xx.2022-ci il tarixdə bankomatdan hər dəfə 200 AZN olmaqla iki dəfəyə 400 AZN pul nağdlaşdırılmışdır. X4 tərəfindən araşdırma zamanı təqdim edilmiş telefona bank tərəfindən göndərilmiş SMS-lərdən görünür ki, X3 məxsus kartdan Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi, «Əsləm mart» marketin qarşısında quraşdırılmış ATM bankomatdan xx.xx.2022-ci il tarixdə saat 23:56 23:57 radələrində birinci dəfə 500 AZN, ikinci dəfə 700 AZN, üçüncü dəfə isə 220 AZN olmaqla, cəmi 1420 AZN nağdlaşdırılmışdır. xx.xx.2022-ci il tarixli “materialın ərazi aidiyyəti üzrə göndərilməsi barədə” qərardan görünür ki, X2 ərizəsi əsasında toplanmış material aidiyyəti üzrə Abşeron RPİ-nə göndərilmişdir. xx.xx.2022-ci il tarixli “Maddi sübut əhəmiyyətli əşyanın könüllü təqdim edilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs X3 məxsus üç ədəd plastik kart və şəxsiyyət vəsiqəsi götürülmüşdür. xx.xx.2022-ci il tarixli “Cinayət işi başlama və icraata qəbul etmə və zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, X5 Zərərçəkmiş şəxs2 4564 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi faktı ilə bağlı ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2022-ci il tarixli “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:35-də AR CMnin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə bilavasitə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərədə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi və barəsində başqa qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət Abşeron rayon prokuroru tərəfindən təmin edilməmişdir. xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o MSY-dən azad edilmişdir. xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin qətimkan tədbirinin şərtlərini pozduğu üçün barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. xx.xx.2022-ci il tarixli “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan grünür ki, ********* saylı cinayət işi CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2022-ci il tarixli “Axtarışda olan şəxsin tutulması ilə əlaqədar” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təminən saat 08 radələrində saxlanılaraq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-3/2023 saylı qərarından görünür ki, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-160/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 ay, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli “Cinayət işinin bir icraatda birləşdirilməsi üçün aidiyyəti üzrə göndərilməsi barədə” qərardan görünür ki, ********* nömrəli cinayət işi Binəqədi RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işini birləşdirilməsi və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, ********* nömrəli və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilərək istintaq ********* nömrəsi altında davam etdirilmişdir. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən verilmiş çıxarışdan görünür ki, 30 avqust 2022-ci il tarixində X3 məxsus kredit kartından Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində quraşdırılmış ATM bankomatdan birinci dəfə 1200 AZN, ikinci dəfə 100 AZN olmaqla, cəmi 1300 AZN vəsait nağdlaşdırılmışdır. "xxxx" ASC tərəfindən verilmiş çıxarışdan görünür ki, X3 məxsus 4169********6880 nömrəli kartdan xx.xx.2022-ci il tarixdə bankomatdan hər dəfə 200 AZN olmaqla iki dəfəyə 400 AZN pul, xx.xx.2022-ci il tarixdə birinci dəfə 500 AZN, ikinci dəfə 700 AZN, üçüncü dəfə isə 220 AZN olmaqla, üç dəfəyə 1420 AZN pul nağdlaşdırılmışdır. xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokollardan və həmin protokollara əlavə edilmiş foto-cədvəldən görünür ki, Təqsirləndirilən şəxs vermiş olduğu ifadələr yerində yoxlanmışdır. xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1 və 326.2-ci maddələrinə tövsif edilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində AR CM-nin 178.1 və 320.1-ci maddələri ilə olan cinayət təqibinə AR CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir. "xxxx" məntəqəsində baş vermiş hadisənin görüntülərini əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmışdır. 3 ədəd bank kartı və Zərərçəkmiş şəxs2 məxsus şəxsiyyət vəsiqəsi maddi sübut tanınmış və Zərərçəkmiş şəxs2 məsul saxlanışa verilmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs2 6053 manat ziyanın və 81 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Qənbərli X7 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1 maddələri ilə təqsirli bilinərək 1 il 11 ay, 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)- 184/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu müddət, cəmi 04 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 08 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmuş və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il, 11 ay, 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-185/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən yayındığından barəsində həbs qətimkan tədbiri seçilməklə axtarışı elan olunmuşdur. Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-4509/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Binəqədi RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışdır, hər hansı bir tələbi yoxdur. Vermiş olduğu mülki iddiadan da imtina edir. Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 600 manat məbləğində ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli 36/2024 saylı məktubundan görünür ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(005)- 184/2022 nömrəli hökm ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsilri bilinərək ona təyin edilmiş 1 il, 11 ay, 22 gün müddətinə zadlığın məhdudlaşdırılması növündə cəzasını çəkməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 1(001)- 25/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət- Proessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən xitam verilərək o cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, hadisə yerinə baxış protokolu, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il qərarında göstərilmişdir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə yaxud yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə və ya elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1-ci maddələri ilə tam əhatə olunduğundan əməlin tövsifi düzgün edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müəyyən edilmişdir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini (AR CM CM 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (AR CM 59.1.13), törətdiyi cinayət əməllərini etiraf edərək peşman olmasını bildirməsini (AR CM 59.2) Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını bildirsə də nə iş materiallarında, nə də elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan təqsirləndirilən şəxsin himayəsində azyaşlı övladının olması müəyyən edilməmiş, təqsirləndirilən şəxs bunu təsdiq edən subutlarını isə məhkəməyə təqdim etməmişdir. Eyni zamanda təqsirləndirilən şəxsin ailə vəziyyətinin subay olması müəyyən edilmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsin son sözündə himayəsində azyaşlı övladının olmasını bildirməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri üzrə cəza təyin edərkən CM-nin 60.1-ci maddəsinin tələblərini nəzərə almalıdır. Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs cəzanı çəkib qurtardıqdan iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 1(005)-184/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilsə də o həmin cəzanı çəkməmişdir. Eyni zamanda məhkumluğu ödənilmədiyi və ya üzərindən götürülmədiyi halda yenidən 2022-ci ilin iyul-sentyabr aylarında hazırkı cinayət işi üzrə ona elan edilmiş ittihamda göstərilən cinayət əməllərini törətmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından Təqsirləndirilən şəxs əməlləri cinayətin residivinin yaratmır. Bununla yanaşı məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran digər hallar da müəyyən edilməmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növü və həddi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs daha əvvəl Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-184/2022 saylı hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3- 1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona azadlığın məhdudlaşdırılması cəzası təyin olunsa da, o həmin hökm elan edildikdən sonra 2022-ci ilin iyul-sentyabr aylarında yenidən Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmiş, eyni zamanda daha əvvəl ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını ümumiyyətlə çəkməmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsə daha əvvəl azadlığın məhdudlaşdırıılması cəzasının təyin edilməsi ilə onun islah olunması və cəzanın məqsədinə çatmaq mümkün olmadığından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirli bilindiyi ictimai təhlükəli əməlləri Nərimanov Rayon Məhkəməsinin barəsində çıxardığı xx.xx.2022-ci il tarixli, 1(005)-184/2022 saylı hökmündən sonra törətdiyindən və həmin hökm üzrə onun üzərində saxlanılmış 1 il 11 ay, 22 gün azadlığın məhdudlaşdırılması cəzasın ümumiyyətlə çəkmədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən ona hökümlərin məcmusu üzrə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilmmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) heabelə CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-184/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş qalan 1 il 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 11 (on) ay, 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu və həbsdə olduğu ümumilikdə 4 ay 3 gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, xx.xx.2024-cü il tarixdən etibarən həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş qəti cəza müddətinə daxil edilməli (CPM 158.6) və cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs oğlnun ünvan 8 ünvanında yerləşən "xxxx" Azərlotereya məntəqsəsində olan görüntülərini əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, həmçinin 3 ədəd “Kapitalbank ASC”-yə məxsus kartların və Zərərçəkmiş şəxs2 məxsus şəxsiyyət vəsiqəsinin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə xüsusi müsadirə edilməsi təklif edilən əmlak yoxdur. Mülki iddiaya münasibətdə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respbulikası Mülki Prosessual Məcəlləsinin: 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Cinayət işi üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı mülki iddia ərizəsi verərək 6053 manat ziyanın və 81 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Lakin daha sonra məhkəmə iclasında vermiş olduğu ifadəsində, həmçinin məhkəməyə təqdim etdiyi yazılı ərizədə ona vurulmuş ziyanın təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək mülki iddiadan imtina etdiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxs tərəfindən zərəçəkmiş şəxsə vurulmuş ziyanın tam olaraq ödənilməsinə görə zərərçəkmiş şəxsin iddiadan imtina etməsini qəbul edir və hesab edir ki, zərərçəkmiş şəxsin iddiadan imtinası qanuna uyğundur və hər hansı üçüncü şəxslərin hüquq və mənafeyini pozmur. Bu səbəbdən də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin 261-ci maddəsinin tələbinə uyğun olaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilməlidir. İş üzrə məhkəmə məsrəfi yoxdur. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 saylı Qərarına uyğun olaraq təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 (altı) manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 570 (beş yüz yetmiş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-184/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək təyin edilmiş və çəkilməmiş 1 il 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 11 (on) ay, 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona qəti olaraq 02 (iki) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu və həbsdə olduğu ümumilikdə 4 ay 3 gün ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il, 1 (bir) ay, 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 29 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilsin. İş üzrə maddi sübut - 3 ədəd “Kapitalbank ASC”-yə məxsus kartlar və Zərərçəkmiş şəxs2 məxsus şəxsiyyət vəsiqəsinin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Digər maddi subut olan bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Fuad Avadxan oğluna göstərdiyi cəmi 95 (doxsan beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 570 (beş yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar