Məhkəmə qərarları › İş №1(001)-250/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-250/2020

29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-250/2020 29.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil ccBürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Beyləqan rayonu, İmamverdilər kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Quşçuluq massivində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 128, 177.2.2, 177.2.3, 177.2.4 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah məqsədilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2019-cu il tarixdə, saat 04 radələrində Zərərçəkmiş şəxs4 Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyi, küçə 2, nömrəsiz evinə pəncərədən qanunsuz daxil olaraq evin ikinci mərtəbəsində yerləşən yataq otağında tumbanın üzərinə qoyulmuş dəyəri 400 manat olan “İphone 6” markalı mobil telefon, evin birinci mərtəbəsində, girişdə yerləşən şkafdan 30 manat pul, dəyəri 1300 manat olan “Mercedes-Benz CLA 200” markalı avtomobilin açarını, dəyəri 70 manat olan çanta və onun içərisindən 170 manat pul, həyətdə saxlanılan “Mercedes-Benz CLA 200” markalı avtomobilin içərisindən dəyəri 50 manat olan pul qabı və onun içərisindən həmin vaxt Azərbaycan manatına olan ekvivalenti 1105 manat olan 650 ABŞ dollar pulu gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs4 3125 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah məqsədilə özgənin əmlakını gizli talamaq məqsədi ilə xx xxxx 2019-cu il tarixdə saat 02 radələrində vət. Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi Şuşa şəhərciyi 2-ci sahədə yerləşən yaşayış evinin ikinci mərtəbəsində olan pəncərənin üzərində olan kapron toru yerindən çıxarmaq yolu ilə yaşayış evinə qanunsuz daxil olaraq həmin ünvanın birinci mərtəbəsində yerləşən yataq otağında şkafın içərisində yerləşdirilmiş taxta materialından olan saxlanc yerindən Zərərçəkmiş şəxs6 qardaşı Zərərçəkmiş şəxs7 məxsus həmin vaxt Azərbaycan manatına olan ekvivalenti 8500 manat olan 5000 ABŞ dolları məbləğində olan komplekt dəst, bir ədəd 2000 manat dəyərində ağ brilyantlı 750 əyyarında kişi üzüyü, 1500 manat dəyərində 750 əyyarlı brilyant qaşlı qadın üzüyü, 200 manat dəyərində uşaq üçün sarı qızıl sep, 1000 manat dəyərində 02 ədəd sarı qızıl qadın üzüyü və 01 ədəd qızıl suyuna batırılmış 100 manat dəyərində İran İslam Respublikasından gətirilmiş sikkə, yaşayış evinin birinci mərtəbəsində dəhlizdə olan şkafın üstündən Zərərçəkmiş şəxs6 məxsus dəyəri 700 manat təşkil edən “Hislon” markalı kişi qol saatı, 100 manat dəyərində sadə kişi qol saatı, 150 manat dəyərində “Nokia 700” markalı mobil telefon, 80 manat dəyərində “Pyer Cardin” markalı kişi köynəyi, 60 manat dəyərində kişi şalvarı, 300 manat dəyərində “BMW” markalı avtomaşına məxsus açar və həmin yaşayış evinin həyətində saxlanılmış “BMW” markalı ** EB *** dövlət nömrə nişanlı avtomobilinin salonunda qoltuqaltı yerindən 300 manat pulu gizli talayaraq Zərərçəkmiş şəxs6 1690 manat dəyərində, Zərərçəkmiş şəxs7 13300 manat dəyərində vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 14990 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, məhkəmə qaydasında rəsmi nikahları pozulmuş Zərərçəkmiş şəxs2 yaşadığı Binəqədi rayonu, 3-cü mədən, korpus 120 saylı ünvanına xx.xx.2019-cu il tarixdə saat 02 radələrində sərxoş vəziyyətdə gələrək, Zərərçəkmiş şəxs2 boşanmasından narazı qaldığını bildirib evə daxil olmaq istəmiş, lakin keçmiş qaynanası Zərərçəkmiş şəxs1 onu evə buraxmaqdan imtina etdiynə görə sonuncu ilə mübahisə edib evin həyətində Zərərçəkmiş şəxs1 yumruqla vararaq, ona qapalı beyin travması və baş-beyin silkələnməsi ilə müşayiət olunan alın nahiyəsinin və burun belinin sıyrıqları, hər iki tərəfdə göz qapaqlarının və gözaltı nahiyənin qançırları, çənə, hər iki yanaq, sol bazu və sol bud nahiyyələrinin qançırları, burun nahiyəsinin və döş qəfəsinin sıyrıqları ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, daha sonra evə daxil olaraq evin daxilində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs2 da yumruğu və ayağı ilə vuraraq, ona sol əlinin İİİ barmağının dırnaq sədəfinin travmatik qopması ilə müşaiyət olunan əzilmiş yarası, qarın və sol baldır nahiyyələrinin qançırları ilə nəticələnən - sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah məqsədilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2019-cu il tarixdə, saat 04 radələrində X1 məxsus Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyi, nömrəsiz evə qanunsuz daxil olaraq evin birinci mərtəbəsində yerləşən yataq otağında saxlanc yeri hesab olunan şkafın içərisindən dəyəri 1 manat olan 01 ədəd 3 kq-lıq şüşə balon və onun içərisindən ümumilikdə 700 manat təşkil edən 50 qəpik pul, dəyəri 50 qəpik təşkil edən 01 ədəd 1 kq-lıq şüşə balon və onun içərisində ümumilikdə 250 manat təşkil edən 1 manatlıq pul əskinazlarını və dəyəri 20 manat təşkil edən bir ədəd qadın çantasını və onun içərisində olan 50 manat pulu gizli yolla talayaraq zərərçəkmiş şəxs X1 1021,50 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, xx xxxxxx 2019-cu il tarixdə saat 10 radələrində Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsində yerləşən “Oba” adlı marketə gəlib, həmin marketdə satıcı işləyən, rəsmi qaydada nigahları pozulmuş Zərərçəkmiş şəxs2 ilə ictimai yerdə heç bir əsaslı səbəb olmadan mübahisə yaradaraq, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, gücünü nümayiş etdirib, Zərərçəkmiş şəxs2 marketin içərisində yumruq və təpik zərbələri ilə vurmuş, həmin vaxt onu nizam-intizama dəvət etməklə ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan marketin digər satıcısı Zərərçəkmiş şəxs3 da sifətin sol nahiyəsindən yumruqla vuraraq, ona sol yanaq nahiyəsinin qançırı ilə nəticələnən dərəcəsi təyin edilməyən xəsarət yetirdikdən sonra mağazadan çıxmış Zərərçəkmiş şəxs2 arxasınca çıxaraq mağazanın qarşısında da xuliqanlıq hərəkətlərini davam etdirib, sonuncunu əllə-ayaqla vuraraq, ona başın təpə nahiyəsinin, sol əlin, sol baldır nahiyəsinin və sol sağrı nahiyəsinin qançırları ilə nəticələnən dərəcəsi təyin edilməyən çoxsaylı xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 128, 177.2.2, 177.2.3, 177.2.4 və 221.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Zərərçəkmiş şəxs2 ilə rəsmi nikahda olsa da, sonradan sonuncu ondan boşanmışdır. Zərərçəkmiş şəxs2 ilə birgə nikahlarından üç övladı dünyaya gəlmişdir. O, heç bir yerdə işləmədiyi üçün dolanmaq məqsədi ilə oğurluq etmişdir. Belə ki, o, oğurluq etmək məqsədi ilə tez-tez yaşadığı Ramana qəsəbəsini gəzmış, yaxşı bahalı evlər görən kimi ətrafını bir neçə gün gəzib maraqlanırmış və sonra oğurluq etmişdir. Belə ki, o, xx.xx.2019-cu il tarixdə gecə saatlarında Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyi, Naxçıvan restoranının yaxınlığında yerləşən evdən oğurluq etmişdir. Bunun üçün bir neçə gün əvvəl həmin evin ətrafında gəzmiş, evin kamerasının olmadığını görmüşdür. xx.xx.2019-cu il tarixdə, saat 04 radələrində tək həmin ünvana gəlmişdir. Gələrkən özü ilə kiçik lom aləti və əlcək götürmüşdür. Evə yaxınlaşıb arxadan hasardan tullanaraq həyətə daxil olmuş və evin pəncərələrinin birinə yaxınlaşaraq əlində olan lom aləti ilə dəmir barmaqlıqları olan pəncərənin torunu aralamış, sonra isə əli ilə pəncərəni açıb mənzilə daxil olmuşdur. İçəri daxil olarkən həmin otağın mətbəx otağı olduğunu görmüşdür. Mətbəxdən dəhlizə keçmiş və evin giriş qapısının sağında güzgülü şifoner görmüşdür. Evə daxil olmaq üçün sol tərəfdə olan pilləkənlə ikinci mərtəbəyə qalxmışdır. Solda kiçik yataq otağı, yanında isə tumba olmuş və tumbanın üzərindən enerjiyə taxılmış vəziyyətdə olan ağ rəngli “İphone 6” markalı mobil telefonu götürmüşdür. Bundan sonra o, pilləkənlə birinci mərtəbəyə düşmüş və evə giriş qapısının yanında olan şifonerə baxarkən orada 30 manat pul və bir ədəd “Mercedes” markalı avtomobilinin açarının olmasını görüb həmin açarı və pulu götürmüşdür. Bundan başqa həmin şkafa baxdıqda içərisində 170 manat pul olan balaca çanta olmasını görüb həmin çantanı da götürmüşdür. Maşının açarını basarkən həyətdə olan avtomobilin qapılarının açıldığını görmüşdür. Gəldiyi yolla həyətə çıxmış maşının qapısını açıb salona baxarkən dirsəkliyin altında qara rəngli kiçik qadın pul kisəsini görmüş, onu açıb içərisinə baxarkən içərisində dollar əskinaslarının olmasını görüb həmin pul kisəsini də götürmüşdür. Bundan sonra gəldiyi yolla çıxıb yaşadığı evə getmişdir. Evdə olan zaman pul kisəsini açmış və pulları sayarkən orada müxtəlif əskinaslarda, ümumilikdə 650 ABŞ dollar pulun olmasını görmüşdür. Oğurladığı telefonun nömrəsini çıxardıb tullamış, telefonu və pul kisəsini keçmiş arvadı Səfurəyə vermişdir. Lakin o, Səfurəyə həmin əşyaların oğurluq olmasını deməmişdir. “Mersedes” markalı avtomaşının açarını o Babək prospektində yerləşən “Maşın bazarı” adlanan yerdə açar təmiri yerinə 10 manat satmışdır. Oğurluq nəticəsində əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. xx xxxx 2019-cu il tarixdə gecə saat 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi adlanan ərazidə gəzişərkən qaranlıq olan küçənin birində iki mərtəbəli ev diqqətini cəlb etmiş və həmin evə daxil olub oğurluq etmək qərarına gəlmişdir. Bundan sonra o, həmin evin hasarından qalxaraq hasardan evin ikinci mərtəbəsinin pəncərəsinə qalxmış pəncərə üzərində olan kapron toru yerindən çıxararaq yerə atmış, evə daxil olaraq otaqları axtarmağa başlamışdır. O, evin ikinci mərtəbəsindən qol saatını oğurlamışdır. Bundan sonra o, evin birinci mərtəbəsinə düşmüş və yataq otağında olan şkafın içərisinə yerləşdirilmiş taxta materialından olan saxlanc yerinin olmasını görmüş və oranı açaraq saxlanc yerində qızıl-zinət əşyalarının olmasını görüb onları oğurlamışdır. Bundan başqa o, həmin yerdə qızıl rəngdə olan üzərində ərəb yazıları olan sikkənidə götürmüşdür. Evin birinci mərtəbəsində yerləşən dəhlizdə olan şkafın üstündən «Nokia» markalı mobil telefonu, «Hislon» markalı kişi qol saatının olmasını da görüb həmin əşyaları da götürmüşdür. Şkafın üstündə avtomobil açarının olmasını görüb həmin açarı özü ilə götürərək yaşayış evinin birinci mərtəbəsində olan evə giriş qapısını açıb çölə çıxmış, yaşayış evinin həyətində saxlanılan «BMW» markalı avtomobilin qapısını açmış, maşının salonunda olan qoltuqaltı yerindən 300 manat pulu və həmin avtomobilin açarını da oğurlamışdır. Bundan sonra o, həmin evdən oğurladığı qızıl-zinət əşyalarını həmin günü satmaq qərarına gəlmişdir. Bununla əlaqədar o, tanışı Əkbər adlı şəxsə yaxınlaşaraq özünə məxsus qızıl-zinət əşyalarını satmaq istədiyini demiş və sonuncu ona qızıl alğısatqısı ilə məşğul olan Ruslan adlı şəxsin nömrəsini vermişdir. Bundan sonra o, Ruslan adlı şəxslə əlaqə saxlayıb özünə məxsus qızılların satmaq istədiyini bildirmişdir. O, səhəri gün saat 15 radələrində, xalası oğlu Ramin və tanışı Əkbər ilə birlikdə “Laçın“ ticarət mərkəzinin yaxınlığında yerləşən kafedə Ruslanla görüşmüşlər. Həmin zaman Ruslan adlı şəxsin yanında bir nəfər tanımadığı şəxsdə olmuşdur. O, Ruslan adlı şəxsə qızılları təqdim edərək satmaq istədiyini bildirmiş və sonuncun yanındakı şəxs qızılları götürüb baxdıqdan və çəkdikdən sonra ona 1600 manat pul verəcəyini demişdir. O, razılaşmaq istəyən zaman xalası oğlu Ramin ona danışmamağı və özü danışacağını bildirmiş və sonuncu söhbət edərək qızılları satmaq istəmdəiklərini demişdir. Bundan sonra qızılları alan şəxslərlə 1950 manat pula razılaşmışlar. O, qızılları həmin şəxslərə 1950 manat qarşısılığında satmışdır. O, həmin puldan 150 manatını Raminə 20 manatını Əkbər adlı tanışına vermişdir. Oğurladığı «Hilson» markalı qol saatını isə xalası oğlu Ramin adlı şəxsə pay olaraq vermişdir. Həmin saatı ona verərkən oğurluq olması barədə hər hansı bir məlumat verməmişdir .Oğurladığı “Nokia” markalı mobil telefona öz adına qeydiyyata alınmış ***-***-**-** abonent nömrəsini salaraq istifadə etməyə başlamışdır. Hadisədən bir neçə gün sonra həmin telefonu itirmişdir. xx xxxx 2019-cu il tarixdə o, xalası oğlu Raminlə söhbət edən zaman İsmayıllı rayonuna getmək istədiyini demiş və sonuncu da onunla birlikdə getmək istədiyini bildirmişdir. O, razılıq verdikdən sonra oğlu ilə “Şamaxinka” adlanan əraziyə gedib Raminlə orada görüşmüşdür. O, həmin yerdə taksilərin birinə yaxınlaşmış və onları İsmayıllıya aparmasını istəmişdir. Taksi sürücüsü ilə 40 manata razılaşmış, yolda olan zaman taksi sürücüsünə Lahıc qəsəbəsinə getmək istədiyini deyib əlavə olaraq 10 manat pul verəcəyini demişdir. Budan sonra Şamaxı rayonunda kafelərin birində onlar çay içib çörək yemişlər. Yola düşməmişdən qabaq xalası oğlu Ramin çölə əl üzünü yumağa çıxmış, o, taksi sürücüsünə Raminin onlarla birlikdə getməsini istəmədiyini deyib taksi sürücüsünə sürərək oradan getməsini bildirmişdir. Yolda olan zaman Ramin onun telefonuna yığsa da o, sonuncunun zənglərinə cavab verməmişdir. Onlar Lahıc qəsəbəsinə getdikdə taksi sürücüsü olan Pərvizin nömrəsini götürmüş və ertəsi gün özü və oğlunu gəzdirməyini istəmişdir. Ertəsi gün o Pərvizə yığmış və onun Lahıc qəsəbəsinə gəlməyini istəmişdir. O, həmin taksi ilə İsmayıllı rayonuna getmiş, İsmayıllı rayonunda onlar paltar və qida məhsulları almış və aldıqları əşyaları qaldıqları yerə qoyduqdan sonra Şəki şəhərinə yola düşmüşlər. Şəkidə olan zaman üzərində pul az qalması səbəbindən üzərində olan və oğurladığı bir ədəd üzüyü satmaq qərarına gəlmişdir. Buna görə də, o, Şəki şəhərində yerləşən qızıl alğı-satqı yerinə gedərək həmin üzüyü özünə məxsus kimi təqdim edib 510 manata satmışdır. Lakin həmin zaman üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığı üçün Pərvizin şəxsiyyət vəsiqəsi ilə həmin üzüyü satmışdır. O, Pərvizə həmin üzüyün oğurluq olmasını demiş, sonuncu isə hər-hansı bir problem olmamasını deyib razılıq vermişdir. O, satdığı qızıl üzükdən əldə etdiyi pulun 100 manatını Pərvizə vermiş, qalan pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. O, həmin günü axşama kimi ətrafda gəzmiş və axşam Lahıc qəsəbəsinə qayıtmışdır. Səhəri günü o, taksi sürücüsü Pərvizlə əlaqə saxlasa da, sonuncu telefonlara cavab verməmişdir. O, Bakı şəhərinə qayıtdıqdan sonra fikirləşmişdir ki, “Laçın” ticarət mərkəzində işləyən şəxs ondan qızılları çox ucuz qiymətə almışdır. Buna görə də, o, xalası oğlu Raminlə birlikdə “Laçın” ticarət mərkəzinə gedərək Ruslan adlı şəxsə qızılları ucuz aldığını demiş, lakin sonuncu aldığı qızılların pulunu geri qaytaracağı təqdirə həmin qızılları verə biləcəyini demişdir. O, pulu olmadığı üçün həmin qızılların pulunu verə bilməmişdir. O, oğurladığı «BMW» markalı nişanlı avtomobilin açarını isə yadında qalmayan yerə tullamışdır. O, həmin oğurluğu tək etmiş, “Hilson” markalı qol saatını xalası oğlu Raminə verən zaman onun oğurluq olması barədə heç bir söz deməmiş, qızıl-zinət əşyalarını Ruslan adlı şəxsə satan zaman onların oğurluq olması barədə məlumat vermiş, üzüyü Şəki şəhərində satan zaman həmin qızılı alan şəxsə üzüyün oğurluq olması barədə məlumat verməmiş, lakin taksi sürücüsü olan Pərvizə qızılın oğurluq olması barədə məlumat vermişdir. Həmin evdən oğurladığı qızılı rəngdə üzərində ərəb yazıları olan sikkəni isə xoşuna gəldiyindən özündə saxlamışdır. Zərərçəkmiş şəxs2 onun keçmiş həyat yoldaşı, Mahirə Babayevə isə keçmiş qaynanasıdır. Təxminən iki ilə yaxındır ki, Səfurə ilə ayrılmışdır. Birgə nikahlarından onların üç övladı olmuşdur. Ayrıldıqdan sonra o, spirtli içki qəbul etdiyindən ona uşaqları ilə görüşməyə imkan verməmişlər. Bununla əlaqədar o dəfələrlə Səfurə və qaynanası Mahirə ilə mübahisə etmişdir. xx.xx.2019-cu il tarixdə o, çox miqdarda spirtli içki qəbul etmiş və keçmiş arvadı Zərərçəkmiş şəxs2 ondan boşanmasından əsəbiləşmişdir. Buna görə də, o, Səfurənın yaşadığı Binəqədi rayonu, 3-cü mədən, korpus 120-də yerləşən fərdi tikilmiş evinə getmişdir. xx.xx.2019-cu il tarixdə saat təxminən 02 radələrində arvadı Səfurənin yaşadığı evin qapısına yaxınlaşmış və bu zaman qapını qaynanası Mahirə açmışdır. O, çox əsəbi olduğunu, Səfurəni və uşaqlarını görmək istədiyini demişdir. Lakin Mahirə gecə olduğunu, hamının yatdığını bildirərək qapını bağlamaq istəmişdir. Bu zaman o, əsəbiləşərək qapını itələyib içəri daxil olmuşdur. Bu zaman Mahirə onun üzərinə qışqırdığından o, yumruqla sonuncunun sifət nahiyəsindən zərbə endirmiş və Mahirə zərbənin təsirindən yerə yıxılmışdır. Daha sonra o, Mahirənin sifət, ayaq və qol nahiyələrinə də zərbələr endirmişdir. Bu zaman yoldaşı evdən həyətə çıxmış və onun üzərinə qışqırmağa başlamışdır. O, Səfurəni qolundan tutaraq evə daxil olmuş və onun sol ayağından, qarın nahiyəsindən zərbələr endirmişdir. Səfurə əli ilə özünü müdafiə etmək istəyən zaman təpiklə onun barmağına vurmuş, daha sonra uşaqların oyanacağından qorxduğundan çıxıb getmişdir. Bundan başqa yaşadığı Ramana qəsəbəsində oğurluq etmək məqsədilə evlər seçmək üçün xx.xx.2019-cu il tarixdə gecə saat 23 radələrində qəsəbə ərazisində gəzmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi adlanan ərazidə yerləşən evlərin birinə girərək oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2019-cu il tarixdə saat təxminən 04 radələrində seçdiyi evin həyətinə daxil olmuş və pəncərədən evə girmişdir. Daxil olduğu otağın yataq otağı olmasını görmüş və otaqda pul və ya başqa qiymətli əşyanın olub-olmamasını yoxlamaq üçün orada olan şkafı açmışdır. Həmin şkafda bir ədəd 3 kq-lıq və bir ədəd 1 kq-lıq şüşə balonun olduğunu, 3 kq-lıq balonda başından bir qədər aşağıya qədər doldurulmuş çoxlu sayda 50 qəpiklik əsginaslar, 1 kq-lıq balonda isə çoxlu sayda 1 manatlıq əsginaslar olduğunu görüb balonları şkafda olan qara rəngli çantaya qoyub evdən çıxmışdır. O, əldə etdiyi həmin pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Qara rəngli çantanı isə Binəqədi RPİ-nin 43-cü PBnə tutulan zaman təqdim etmişdir. O, Səfurə ilə söhbət etmək üçün xx.xx.2019-cu il tarixdə saat 09 radələrində sonuncunun işlədiyi “Oba” marketə getmişdir. Marketə daxil olduqda onun qarşısına tanımadığı bir xanım çıxmış və o, sonuncudan Səfurənin harada olduğunu soruşmuşdur. Həmin şəxs isə ona Səfurənin orada olmadığını demiş, o, isə iki tərəfdən qapalı olan kompüter masasına doğru getmiş və Səfurənin həmin yerdə olduğunu görmüşdür. Bundan sonra o, kompüter masasının arxasından keçmiş və Səfurənin saçından tutaraq yerə yıxıb təpik və yumruqla vurmağa başlamışdır. Bu zaman marketdə satıcı işləyən, sonradan adının Gülşən kimi bildiyi xanım onları aralamaq istəyirmiş və o sonuncunun sifətindən zərbə endirmişdir. Həmin vaxt yerdə yıxılmış vəziyyətdə olan Səfurə ayağa durub qaçaraq bayıra çıxmış, o da sonuncun arxasınca marketdən çölə çıxıb Səfurəni tutub başından və bədənin digər nahiyələrindən təpik və yumruqla zərbələr endirmişdir. Daha sonra o, həmin yerdən uzaqlaşıb getmiş, Səfurəni döyməkdə məqsədi sonuncunun uşaqlarını ona göstərməməsi olmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, qeyd edilən cinayətləri tək törətmiş, həmin zaman ona heç kim kömək etməmişdir. xx.xx.2019-cu il tarixdə törətdiyi oğurluq zamanı götürdüyü əşyaların içərisində kişi köynəyi və kişi şalvarı olmamış, yəni həmin əşyaları oğurlamamışdır. Hazırda maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın ödəyə bilməmişdir. Törətdiyi cinayət əməllərindən peşman olmasını bildirərək məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128, 177.2.2, 177.2.3, 177.2.4 və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır və onların birgə nikahından üç övladı dünyaya gəlmişdir. O Məhəmməddən 2018-ci ilin yanvar ayından övladları himayəsində qalmaqla rəsmi boşanmış və həmin vaxtdan anası Mahirə ilə birlikdə yaşamağa başlamışdır. O, Məhəmməddən boşandıqdan sonra sonuncu dəfələrlə yaşadığı Binəqədi rayonu, 3-cü mədən, korpus 120-yə gələrək dava salaraq mübahisə yaratmışdır. xx.xx.2019-cu il tarixdə saat təxminən 02 radələrində yaşadığı evin həyətində səs-küy gəlməsini eşidərək həyətə çıxmışdır. Bu zaman o, Mahirənin yerdə halsız vəziyyətdə uzanmasını görüb Məhəmmədin üstünə qışqırmışdır. Məhəmməd qışqıraraq ondan nə üçün boşandığını deyib uşaqlarını görmək istədiyini bildirmişdir. O, Məhəmmədə çıxıb getməsinə dedikdə sonuncu onun üzərinə gələrək yumuruq və təpiklə müxtəlif bədən nahiyələrindən vurmuşdur. O, zərbələrdən yerə yıxılmış və bu zaman Məhəmməd çıxıb getmişdir. Bundan başqa o, uşaqlarını dolandırmaq üçün “Oba” marketdə satıcı kassir işləmişdir. xx.xx.2019-cu il tarixdə saat 10 radələrində keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs işlədiyi Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Oba” marketə gələrək heç bir söz demədən ona yaxınlaşıb saçından tutub yerə yıxmışdır. Yerə yıxdıqdan sonra Məhəmməd onun baş nahiyəsindən yumruqla zərbələr endirmişdir. Bu zaman iş yoldaşı Gülşən onu Məhəmmədin əlindən almaq və onları aralaşdırmaq istəmiş, lakin Məhəmməd Gülşənin sifət nahiyəsindən zərbə endirərək ona mane olmamasını deyib sonuncunu özündən uzaqlaşdırmışdır. O, bundan istifadə edərək mağazada bayıra çıxmış, Məhəmməd də, onun arxası ilə gələrək marketin qarşısında onu yerə yıxıb bədənin müxtəlif nahiyələrindən təpik və yumruq zərbələri vurmuşdur. Bu zaman ətrafda olan şəxslər onlara yaxınlaşaraq Məhəmmədi ayırmışlar. O, baş vermiş hər iki hadisəyə görə polis orqanlarına ərizə ilə müraciət etmişdir. Bundan başqa 2019-cu ilin iyul ayında Məhəmmədə o, evdə olmayan müddət ərzində evə gələrək onun yataq otağına telefon və pul kisəsi qoymuşdur. Bundan sonra Məhəmməd ona zəng edərək həmin telefonu və pul kisəsini hədiyyə olaraq verdiyini bildirmişdir. Lakin qısa müddət ərzində Məhəmməd tutulduqdan sonra Səfurə onun oğurluq əməllərindən xəbər tutmuş və ona verdiyi telefonu və pul kisəsini Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinin əməkdaşlarına təhvil vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamış və sonuncudan şikayətçidir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun doğma qızıdır. Qızı Təqsirləndirilən şəxs ilə nikaha daxil olmuş və birgə nikahdan üç övladları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 2018-ci ilin yanvar ayından rəsmi boşanmış və övladları Səfurənin himayəsində qalmışdır. Qızı Məhəmməddən boşandıqdan sonra sonuncu dəfələrlə yaşadığı Binəqədi rayonu, 3cü mədən, korpus 120-yə gələrək dava-dalaş salaraq mübahisə yaratmışdır. xx.xx.2019cu il tarixdə saat təxminən 02 radələrində yaşadığı evə Təqsirləndirilən şəxs gəldiyini görüb evin qapısını bağlamaq istəmiş, lakin Məhəmməd buna imkan verməmişdir. O, həmin zaman Məhəmmədin sərxoş vəziyyətdə olmasını başa düşmüşdür. Həyətdə olan zaman Məhəmməd ondan Səfurənin harada olmasını soruşmuş, o, Məhəmmədə artıq gecə olduğunu və hamının yatdığını demiş, lakin sonuncu onun sözlərinə məhəl qoymayaraq qapını itələyib onun sifət nahiyəsinə yumruqla vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmış, Məhəmməd isə yerdə onun bədən nahiyələrinə çox saylı yumruq və təpiklə zərbələr endirmişdir. Bu zaman qızı qışqıraraq onlara yaxınlaşmış və Məhəmməd qızı Səfurəyə tərəf gedərək evə daxil olub Səfurəni də döyməyə başlamışdır. Bu zaman Səfurə özündən getmiş və bundan sonra Məhəmməd onlardan əl çəkərək çıxıb getmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamış və sonuncudan şikayətçidir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Oba” marketdə satıcı-kassir işləyir. İş yoldaşı Zərərçəkmiş şəxs2 ona keçmiş əri ilə münasibətlərinin pis olmasını və əri Məhəmmədin iş yerinə gəldiyi təqdirdə onun həmin marketdə işləmədiyini deməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə saat 10 radələrində sonradan tanıdığı Səfurənin əri Məhəmməd iş yerinə gələrək Səfurənin marketdə olub-olmamasını soruşmuşdur. O, Məhəmmədə Səfurənin burada işləmədiyini demişdir. Həmin zaman Səfurə iki tərəfli bağlı kompüter masasının arxasında olmuşdur. Məhəmməd Səfurənin olduğu tərəfə getdiyini görüb tez kürəyini sonuncuya tərəfə verərək onu gizlətmək istəmişdir. Lakin Məhəmməd onu itələyərək masanın üzərindən Səfurənin saçından tutub yerə yıxmış və Səfurənin bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə vurmağa başlamışdır. O, bunu görüb Səfurəyə kömək edib Məhəmmədin əlindən almaq istəyən zaman sonuncu onun sifət nahiyəsindən əli ilə möhkəm zərbə endirib onun işinə qarışmamağı demişdir. Bu zaman Səfurə yerdən durub qaçmış və Məhəmməd də onun arxası ilə gedərək Səfurəni yerə yıxıb təpik və yumruqla vurmağa başlamışdır. Bundan sonra ətrafda olan bir nəfər şəxs Məhəmmədi aralamış və sonuncu hadisə yerindən çıxıb getmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamış və sonuncudan şikayətçidir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi 2-ci sahə nömrəsiz evdə ailəsi ilə birlikdə yaşayır. xx.xx.2019-cu il tarixdə axşam evdə hamı yatmış, xx.xx.2019-cu il tarixdə bacısı oğlu namaz qılmaq üçün evin birinci mərtəbəsində yerləşən uşaq otağına keçərkən evdə ayaqqabı palçığı izi görmüşdür. Bundan sonra Namiq çarpayının dağınıq vəziyyətdə olmasını görüb evə oğru girməsini başa düşmüşdür. Bundan sonra o, da yuxudan oyanmış və evə baxış keçirən zaman müəyyən etmişdir ki, evin birinci mərtəbəsində yerləşən yataq otağında, şkafın içərisindən dəyəri 1 manat olan 01 ədəd 3 kq-lıq şüşə balon və onun içərisindən ümumilikdə 700 manat təşkil edən 50 qəpik pul, dəyəri 50 qəpik təşkil edən 01 ədəd 1 kq-lıq şüşə balon və onun içərisindən ümumilikdə 250 manat təşkil edən 1 manatlıq pul əskinasları və dəyəri 20 manat təşkil edən bir ədəd qadın çantası və onun içərisində olan 50 manat pul oğurlanmışdır. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1021,50 manat məbləğində zərər dəymiş və dəymiş zərər ona hazıradək ödənilməmişdir. Təqsirləndirilən şəxs ilə barışmamış və sonuncudan şikayətçidir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi 2-ci sahədə yerləşən nömrəsiz evdə yaşayır. xx xxxx 2019-cu il tarixdə saat təxminən 20 radələrində yaşadığı evə gəlmiş, həmin zaman evdə heç kim olmamışdır. O, idarə etdiyi “BMW” markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı evin həyətinə salmışdır. Yaşayış evinə daxil olub avtomobilin açarını, qolunda olan «Hislon» markalı qol saatını və ***-***-**-** abonent nömrəsi ilə işləyən «Nokia 700» markalı mobil telefonu asılqandan ibarət olan şkafın üstünə qoymuş və yaşayış evinin giriş qapısını bağlamışdır. xx xxxx 2019-cu il tarixdə saat təxminən 01 radələrində evin işıqlarını söndürərək yaşayış evinin birinci mərtəbəsində yerləşən qonaq otağında divanda yatmışdır. Həmin gün saat təxminən 07 radələrində yuxudan oyanıb yatdığı otağın qarşı tərəfindən yerləşən valideynlərinin yataq otağının qarşısından keçərkən həmin otaqda yerləşən şkafın içərisində olan taxta materialından hazırlanmış saxlanc yerinin qapısının açıq vəziyyətdə olmasını görmüşdür. Həmin şkafa yaxınlaşdıqla saxlanc yerində olmuş qardaşının ailəsinə məxsus ümumilikdə 13300 manat dəyərində qızıl-zinət əşyalarının yerində olmamasını, oğurlanmasını aşkar etmişdir. Həmin otağa baxış keçirdikdə içərisində paltarlar olmuş və sonradan içərisində olan paltarlar çarpayının üstünə atılmış idman çantasının yerində olmamasını aşkar etmişdir. Yuxarı mərtəbəyə qalxdıqda digər otaqların da dağınıq olmaqla axtarılmasını aşkar etmişdir. İkinci mərtəbə də yerləşən otağın açıq pəncərəsinin üzərində olan plastik torun yerindən həyətdə düşərək yerdə olmasını görmüşdür. Evin birinci mərtəbəsinə endikdə asılqan şkafının üstünə qoyduğu mobil telefonun, avtomobilinin açarının və qol saatının yerində olmamasını görmüşdür. O, həyətə çıxıb özünə məxsus avtomobilin salonunun içərisinə baxdıqda avtomobilin qapılarının bağlı olmasını, ancaq salonun qoltuqaltı yerinin axtarılmasını görmüşdür. O, baş vermiş hadisə barədə qardaşı Tahirə məlumat vermişdir. Oğurluq nəticəsində ona məxsus olan 700 manat dəyərində “Hilson” markalı kiçik qol saatı, 100 manat dəyərində sadə kişi qol saatı, 80 manat dəyərində “Piyer Kardin” kiçi köynəyi, 60 manat dəyərində kişi şalvarı, 300 manat dəyərində idarə etdiyi “BMW” markalı avtomobilin açarı, avtomobildən 300 manat pul, 50 manat dəyərində idman çantası və qardaşı Zərərçəkmiş şəxs7 məxsus 13300 manat dəyərində qızıl-zinət əşyaları oğurlanmışdır. O, düşünür ki, həmin hadisəni Təqsirləndirilən şəxs tək törətməmiş və ona başqa şəxs tərəfindən kömək olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmiş və sonuncudan şikayətçidir. Ona görə də, məhkəmədən Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs6 onun doğma qardaşıdır. Qardaşı Zərərçəkmiş şəxs6 Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2-ci sahə nömrəsiz evdə yaşayır. Onun tərəfindən həyat yoldaşına alınmış qızıl-zinət əşyalarını da o, qardaşı Zərərçəkmiş şəxs6 yaşadığı evdə saxlamışdır. Belə ki, o, başqa evə yeni köçdüyündən bəzi əşyaların o cümlədən həyat yoldaşına aldığı qızıl-zinət əşyaları qardaşının evində qalmışdır. xx xxxx 2019-cu il tarixdə saat 07 radələrində qardaşı Razi ona zəng edərək yaşadığı evdən oğurluq olduğunu, evdə olan pul və qiymətli əşyaların oğurlandığını demişdir. O, qardaşına məxsus evə getdikdə müəyyən etmişdir ki, 5000 ABŞ dolları məbləğində olan qızıl komplekt dəst, 2000 manat dəyərində ağ brilyantlı 750 əyyarında kişi üzüyü, 1500 manat dəyərində 750 əyyarlı brilyant qaşlı qadın üzüyü, 200 manat dəyərində uşaq üçün sarı qızıl boyunbağı, 1000 manat dəyərində 02 ədəd sarı qızıllı qadın üzüyü və 01 ədəd qızıl suyuna batırılmış 100 manat dəyərində İran İslam Respublikasından gətirilmiş sikkə oğurlanmışdır. Oğurluq nəticəsində ona 13300 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmiş və sonuncudan şikayətçidir. İbtidai istintaq zamanı ifadəsi alınmış Zərərçəkmiş şəxs4 məhkəmədə elan edilmiş ifadəsində görünür ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, küçə 2, nömrəsiz evdə yaşayır. xx.xx.2019-cu il tarixdə saat 21 radələrində işdən çıxaraq yaşadığı evə getmişdir. Həmin günü bacısı oğlu Yasində onunla bir yerdə qalmışdır. O, bir qədər ev işləri ilə məşğul olduqdan sonra, yəni xx.xx.2019-cu il tarixdə saat 02 radələrində yatmışdır. Həmin zaman bacısı oğlu evin ikinci mərtəbəsində balaca otaqda yatmışdır. O, həmin gün saat 09 radələrində yuxudan oyanaraq evin birinci mərtəbəsinə düşən zaman orada olan dolabın dağınıq vəziyyətdə olduğunu görüb bunları bacısı oğlu Yasinin elədiyini fikirləşmişdir. Bu barədə bacısı oğlundan soruşduqda sonuncu heç nədən xəbəri olmadığını demişdir. O, evə oğru girməsindən şübhələnib mətbəx otağına keçmiş və həmin otağın pəncərəsinin açıq olmasını görmüşdür. O, evə baxış keçirmiş və məlum olmuşdur ki, evin ikinci mərtəbəsində yerləşən yataq otağında tumbanın üzərinə qoyulmuş dəyəri 400 manat olan “İphone 6” markalı mobil telefon, evin birinci mərtəbəsində, girişdə yerləşən şkafdan 30 manat pul, dəyəri 1300 manat olan “Mercedes-Benz CLA 200” markalı avtomobilin açarı, dəyəri 70 manat olan çanta və onun içərisində olan 170 manat pul oğurlanmışdır. Bundan sonra o, evin həyətində saxladığı avtomobilə baxış keçirmiş və avtomobildən dəyəri 50 manat olan pul qabı və onun içərisindən olan 650 ABŞ dollar pul oğurlanmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 13 ilə yaxındır ki, “Laçın” ticarət mərkəzində zərgər işləyir və eyni zamanda qızılın alğı-satqısı ilə məşğul olur. Təxminən 2019-cu ilin iyul ayının sonları tanımadığı nömrədən bir nəfər şəxs ona zəng edərək qızıl satmaq istədiyini demiş, o, isə həmin şəxsə günorta görüşə biləcəyini bildirmişdir. O, həmin şəxslə saat təxminən 15 radələrində “Laçın” ticarət mərkəzinin yaxınlığında yerləşən kafelərin birində görüşmüşdür. Həmin zaman onun yanında qohumu Əbülfət adlı şəxsdə olmuşdur. Onunla görüşə gələn şəxs, adını sonradan bildiyi Məhəmmədin yanında Ramin və Əkbər adlı şəxslərdə olmuşdur. Kafedə olan zaman həmin şəxslər özlərinə məxsus qızılları satmaq istədiklərini demişdir. Bundan sonra o, Məhəmməddən qızılları alaraq baxmış və çəkilərini çəkmişdir. O, Məhəmmədə 1600 manat pul verəcəyini dedikdə sonuncun yanında olan Ramin adlı şəxs qızılları götürərək razılaşmadığını və daha baha satmaq istədiyini bildirmişdir. Bundan sonra o, həmin şəxslərə 1950 manat pul verə biləcəyini demiş və Məhəmməd onun bu təklifi ilə razılaşmışdır. O, Məhəmməddən həmin qızılları aldıqdan sonra sonuncuya 1950 manat pul vermişdir. Bundan təxminən 5-6 gün sonra Məhəmməd Ramin ilə birlikdə işlədiyi “Laçın” ticarət mərkəzinə gələrək guya onları aldatdığını və ucuz aldığını bildirmişlər. O, Məhəmməd və Raminə pulunu gətirməsini və qızılları qaytaracağını demiş və sonuncular razılaşaraq çıxıb getmişlər. Onlar həmin gündən sonra bir daha onun yanına gəlməmişlər. Nə Məhəmməd nə də, Ramin ona qızılların oğurluq olması barədə heç bir məlumat verməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı- İsmayıllı istiqamətində mülkiyyətində olan ”Mersedes C 180” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx xxxx 2019-cu il tarixdə “Şamaxinka” deyilən yerdə müştəri gözləmiş və həmin zaman 2 nəfər şəxs və yanında bir nəfər uşaq ona yaxınlaşıb onları İsmayıllı rayonuna aparmağını istəmişlər. O, həmin şəxslərlə 40 manata razılaşıb yola düşmüşlər. Yolda olan zaman həmin şəxslərdən biri 10 manat əlavə etməklə onları İsmayıllı rayonu Lahıc qəsəbəsinə aparmağını istəmişdir. O, həmin şəxsləri Lahıc qəsəbəsinə aparmış və sonunculardan biri onun mobil telefon nömrəsini götürmüşdür ki, səhəri günü onları gəzdirməyə gəlsin. Səhəri gün saat 10 radələrində xatırlamadığı nömrədən ona zəng gəlmiş və həmin şəxs ona dünən apardığı şəxs olduğunu, adının Məhəmməd olduğunu və gəlib onları götürməyini demişdir. Bundan sonra o, Lahıc qəsəbəsinə getmiş və həmin şəxsləri götürərək İsmayıllı rayonunda yerləşən bazara gətirmişdir. Həmin şəxslər bazardan alış-veriş etmiş və Məhəmməd onun üçündə bir ədəd köynək və bir ədəd şalvar almışdır. İsmayıllı rayonunda olan zaman Məhəmməd yanında olan şəxsi götürmədən çıxıb getməyi demiş və o da, sonuncunun dediyinə əməl etmişdir. Bundan sonra onlar Lahıc qəsəbəsinə gedib aldıqları əşyaları qoyaraq Şəki şəhərinə yola düşmüşlər. Şəkidə olan zaman Məhəmməd ona barmağında olan üzüyü satmaq istədiyini deyib qızıl alğı-satqı mağazasına sürməyi demişdir. O, Məhəmmədi qızıl alğı-satqı mağazasına aparmış və sonuncu mağazaya daxil olaraq çıxıb şəxsiyyət vəsiqəsinin lazım olduğunu ona demiş və xahiş etmişdir ki, özündə şəxsiyyət vəsiqəsi olmadığından qızılı onun şəxsiyyət vəsiqəsi əsasında satmağa razılıq versin. O, buna etiraz etməyərək şəxsiyyət vəsiqəsini Məhəmmədə vermiş və sonuncu ilə birlikdə mağazaya daxil olmuşdur. Məhəmməd barmağından çıxartdığı qızılı mağazada işləyən şəxsə vermiş və o da şəxsiyyət vəsiqəsini verərək alğı-satqı qəbzində öz imzasını atmışdır. Məhəmməd pulu aldıqdan sonra onlar oradan çıxmış və bundan sonra sonuncunu Balakən və Zaqatala rayonlarına gəzmək üçün aparmışdır. Həmin rayonlarda gəzdikdən sonra o, Məhəmmədi oğlu ilə birlikdə yenidən Lahıc qəsəbəsinə aparmış və Məhəmməd ona 100 manat pul vermişdir. Məhəmməd səhəri gün ona zəng etsə də, o, telefonlara cavab verməmişdir. Məhəmməd qızıl üzüyün oğurluq olmasını ona deməmiş, həmin qızılı özünə məxsus olmasını bildirmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1, Şahid4 və Şahid5 məhkəmə iclasında iştirak etməməmlərini nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli qərardan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs Binəqədi rayonu, 3-cü mədən, korpus 120 saylı ünvanına gedərək keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs2 və onun anası Zərərçəkmiş şəxs1 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül xəsarətlər yetirməsi faktına görə CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 02 radələrində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs2 və onun anası Zərərçəkmiş şəxs1 yüngül dərəcəli bədən xəsarətləri yetirməsinə dair cinayət hadisəsi Binəqədi rayonu, 3-cü mədən, korpus 120 saylı ünvanda baş vermişdir. xx.xx.2019-cu il tarixli, 1459 nömrəli Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlər-sol əlin İİİ barmağının dırnaq sədəfinin travmatik qopması ilə müşayiət olunan əzilmiş yarası, qarın nahiyəsinin və sol baldır nahiyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün KTM-ə müraciət etdiyi xx.xx.2019-cu il saat 06.50-dən bir qədər əvvəl əmələ gəlişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs2 bədən səthinin aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələri ilə (yumruq, təpik və s.) endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdilər. Vət. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. xx.xx.2019-cu il tarixli, 1465 nömrəli Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan alın nahiyəsinin və burun belinin sıyrıqları, hər iki tərəfdə göz qapaqlarının və gözaltı nahiyənin qançırları, çənə nahiyəsinin hər iki yanaq nahiyəsinin, sol bazu nahiyəsinin, sol bud nahiyəsinin qançırları, boyun nahiyəsinin və döş qəfəsinin sıyrıqları bərk küt əşyanın təsirindən onun tibbi yardım üçün KTM-ə müraciət etdiyi xx.xx.2019-cu il saat 07.35-dən bir qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığın yüngül zərər vurmaya aiddirlər. Vət. M,C,Babayevanın bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar k, həmin xəsarətlər zərərçəkənin qeyd etdiyi şəraitdə, yəni insan bədəninin hissələri (yumruq, təpik və s) və eləcədə də küt əşya ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdilər. Vət. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsi özü tərəfindən yetirilməsi az inandırıcıdır. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3, 177.2.4 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair istintaqı aparılan ********* nömrəli cinayət işi sonuncunun CM-in 128-ci maddəsi ilə təqsriləndirildiyi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək istintaq həmin nömrə altında CM-in 128, 177.2.2, 177.2.3, 177.2.4 və 221.2.2-ci maddələri ilə davam etdirilmişdir. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsində yerləşən “Oba” marketdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə keçmiş arvadı Zərərçəkmiş şəxs2 təpik və yumuruqla zərbələr endirərək xəsarət yetirməsi və ictimai qaydanın pozulmasının qarşısını alan şəxs Zərərçəkmiş şəxs3 sol sifət nahiyəsindən zərbə endirərək xəsarət yetirməklə xuliqanlıq etməsi faktına görə CM-in 221.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-ci il tarixdə saat 10 radələrində keçmiş arvadı Zərərçəkmiş şəxs2 təpik və yumuruqla zərbələr endirərək xəsarət yetirməsi və ictimai qaydanın pozulmasının qarşısını alan şəxs Zərərçəkmiş şəxs3 sol sifət nahiyəsindən zərbə endirərək xəsarət yetirməklə xuliqanlıq etməsinə dair cinayət hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsində yerləşən “Oba” marketdə baş vermişdir. xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanılması istintaq hərəkəti aparılan zaman Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini hadisə yerində bir daha təsdiq edərək, hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2019-cu il tarixli, 1570 nömrəli Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədənində aşkar olunmuş xəsarətlər sol yanaq nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən müayinədən bir neçə saat əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Vət. Zərərçəkmiş şəxs3 bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar k, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissəsinin (əl və s.) təsirindən əmələ gələ bilərdi. Vət. Zərərçəkmiş şəxs3 bədənində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsi özü tərəfindən yetirilməsi və eləcədə şəxsin öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilməsi az inandırıcıdır. xx.xx.2019-cu il tarixli, 1571 nömrəli Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlər-başın təpə nahiyəsinin, sol əlin, sol baldır nahiyəsinin və sol sağrı nahiyəsinin qançırları bərk küt əşyanın təsirindən müayinədən bir neçə saat əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlər aid edildiklərindən dərəcələri təyin olunmur. Vət. S,C,Bayramovanın bədən səthinin aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələri ilə (əl, ayaq və s.) endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdilər. Vət. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq şəxsin özü tərəfindən yetirilməsi və eləcə də şəxsin öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri az inandırıcıdır. xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2019-cu il tarixdə, saat 04 radələrində Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyi, küçə 2-də yerləşən nömrəsiz evə qanunsuz daxil olaraq, Zərərçəkmiş şəxs4 məxsus əmlakı oğurlaması və onun təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2019-cu il tarixdə, saat 04 radələrində Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən nömrəsiz evə qanunsuz daxil olaraq, X1 məxsus əmlakı oğurlaması faktına görə CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə, saat 04 radələrində Zərərçəkmiş şəxs4 məxsus əmlakı oğurlamasında dair cinayət hadisəsi Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyi, küçə 2-də yerləşən nömrəsiz evdə baş vermişdir. xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə, saat 04 radələrində X1 məxsus əmlakı oğurlamasına dair cinayət hadisəsi Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən nömrəsiz evdə baş vermişdir. xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, şahidin ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti aparılan zaman Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini hadisə yerində bir daha təsdiq edərək, hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair istintaqı aparılan ********* nömrəli cinayət işi sonuncunun CM-in 221.2.2-ci maddəsi ilə təqsriləndirildiyi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək istintaq həmin nömrə altında CM-in 177.2.2, 177.2.3 və 221.2.2ci maddələri ilə davam etdirilmişdir. xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşayan Zərərçəkmiş şəxs6 Məhəmmədquluq oğlu xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, naməlum şəxs(lər) xx.xx.2019-cu il tarixdə onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi Şuşa şəhərciyində yerləşən yaşayış evinə qanunsuz daxil olaraq xeyli miqdarda ziyan vurmaqla oğurluq etməsi faktına görə CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs6 məxsus əmlakın oğurlanması ilə bağlı olan cinayət hadisəsi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi Şuşa şəhərciyində yerləşən yaşayış evində baş vermişdir. xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, tanınmaya təqdim olunmuş əşyalara baxış keçirilərkən Zərərçəkmiş şəxs6 ona məxsus olan sikkəni tanımışdır. xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, ifadənin yerində yoxlanılması istintaq hərəkəti aparılan zaman Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini hadisə yerində bir daha təsdiq edərək, hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2019-cu il tarixli, 24013/24014 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, təqdim edilmiş 1 ədəd sarı rəngli metaldan, üzərində ərəb və fars əlifbalı yazısı olan sikkə- metallı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 4.70 qramdır. Ekspertiza tədqiqatına təqdim olunan sikkənin 2019-cu ilin iyul ayına olan orta bazar qiyməti 5,0 manat müəyyən olunur. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair istintaqı aparılan ********* nömrəli cinayət işi sonuncunun CM-in 177.2.2, 177.2.3 və 221.2.2-ci maddələri ilə təqsriləndirildiyi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək istintaq həmin nömrə altında CM-in 177.2.2, 177.2.3, 177.2.4 və 221.2.2-ci maddələri ilə davam etdirilmişdir. xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanılması istintaq hərəkəti aparılan zaman Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini hadisə yerində bir daha təsdiq edərək, hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2019-cu il tarixli protokollardan görünür ki, iş üzrə Şahid5 təqdim etdiyi Şahid3 şəxsiyyət vəsiqəsinin və alğı-satqı qəbzinin surətinə baxış keçirilmiş və baxış zamanı Şahid3 məxsus AA0329739 seriyalı şəxsiyyət vəsiqəsinin surəti və alğı-satqı qəbzinin A4 formatlı kağız üzərində çap edilməsi, alğı satqı-qəbzinin xx xxxx 2019-cu il tarixli olması, qəbzin üzərində “Ziynət əşyaların adları” qrafasında “üzük” yazısı, “əyarı” qrafasında 750, “ümumi miqdarı” qrafasında 6.6, bir vahidin qiyməti manatla qrafasında 510 m yazıları və “Təhvil verdi- Təhvil aldı” qrafalarında isə şəxsi imzaları yazılarının olması aşkar olunmuşdur. xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Şahid5 təqdim etdiyi 01 ədəd xx.xx.2019-cu il tarixli alğı-satqı qəbzi və Şahid3 məxsus şəxsiyyət vəsiqəsinin surəti cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Şahid2 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkilərdən görünür ki, ifadənin yerində yoxlanılması istintaq hərəkəti aparılan zaman Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini hadisə yerində bir daha təsdiq edərək, hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. İstintaq zamanı verilmiş qəbzdən görünür ki, Zərərçəkmiş şəxs7 ona məxsus olan bir ədəd sikkəni Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Ramil Vəliyevdən təhvil almışdır. xx.xx.2019-cu il tarixli protokollardan görünür ki, şahidlər Şahid1 və Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, Şahid1 və Şahid3 istintaqa verdikləri ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişlər. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsində yerləşən “Oba” marketdə baş vermiş xuliqanlıq hadisəsinin görüntülərini əks etdirən diskə baxış keçirilməsi müəyyən edilmiş, eləcə də baxış zamanı xx.xx.2019-cu il tarixdə saat 10:15-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq edərək onu döyməsi, daha sonra isə Zərərçəkmiş şəxs3 baş verən hadisəyə müdaxilə edib onları aralayaraq Zərərçəkmiş şəxs2 döyməyə qoymaması və saat 10:16-da Zərərçəkmiş şəxs2 kömək məqsədi ilə qaçaraq bayıra çıxan zaman Təqsirləndirilən şəxs onu yerə yıxaraq döyməsi, bir qədər sonra isə bir nəfər şəxs gəldikdən sonra Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşması müşahidə edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, iş üzrə cinayət hadisəsinin görüntülərini əks etdirən bir ədəd disk cinayət işinin materiallarına əlavə edilmiş və Təqsirləndirilən şəxs oğurladığı bir ədəd sikkə maddi sübut kimi tanınaraq saxlanması üçün sahibi Zərərçəkmiş şəxs7 təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Şahid2 barəsində CM-in 194.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 128, 177.2.2, 177.2.3, 177.2.4 və 221.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan yeni məzmunlu ittiham elan olunmuşdur. xx.xx.2020-ci il tarixdə Binəqədi RPİ-dən daxil olmuş qəbzlərdən görünür ki, iş üzrə maddi sübut olan bir ədəd “Adidas” markalı kiçik ölçülü pul qabı saxlanması üçün Zərərçəkmiş şəxs4, bir ədəd “Etro” markalı qara rəngli qadın çantası saxlanması üçün Zərərçəkmiş şəxs5 təhvil verilmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128, 177.2.2, 177.2.3, 177.2.4 və 221.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 128, 177.2.2, 177.2.3, 177.2.4 və 221.2.2-ci maddələri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən yüngül zərər vurduqdan sonra təkrarən Zərərçəkmiş şəxs2 da sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təkrar törətmişdir. Lakin CM-in 128-ci maddəsində təkrarçılıq tövsifedici hal kimi nəzərdə tutulmamışdır. Ona görə də, məhkəmə 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təkrar törədilməsinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 128, 177.2.2, 177.2.3, 177.2.4 və 221.2.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 4(001)-667/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan 1 (bir) ədəd sikkənin saxlanması üçün sahibi Zərərçəkmiş şəxs7, 1 (bir) ədəd “Adidas” markalı kiçik ölçülü pul qabının saxlanması üçün sahibi Zərərçəkmiş şəxs4, 1 (bir) ədəd “Etro” markalı qara rəngli qadın çantasının saxlanması üçün sahibi Zərərçəkmiş şəxs5 təhvil verilməsi nəzərə alınmalı və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109,50 (bir yüz doqquz manat əlli qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 cinayət hadisəsi zamanı onlara vurulmuş maddi ziyanın ödənilməməsi ilə bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət etməmişdir. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 cinayət hadisəsi nəticəsində dəymiş maddi ziyanın və ya həmin ziyanın ödənilməmiş hissəsinin ödənilməsi məqsədi ilə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 45 (qırx beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 (qırx beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128, 177.2.2, 177.2.3, 177.2.4 və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 6 (altı) ay müddətə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 3 (üç) il müddətə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109,50 (bir yüz doqquz manat əlli qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə maddi sübut olan 1 (bir) ədəd sikkənin saxlanması üçün sahibi Zərərçəkmiş şəxs7, 1 (bir) ədəd “Adidas” markalı kiçik ölçülü pul qabının saxlanması üçün sahibi Zərərçəkmiş şəxs4, 1 (bir) ədəd “Etro” markalı qara rəngli qadın çantasının saxlanması üçün sahibi Zərərçəkmiş şəxs5 təhvil verilməsi nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 cinayət hadisəsi nəticəsində dəymiş maddi ziyanın və ya həmin ziyanın ödənilməmiş hissəsinin ödənilməsi məqsədi ilə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar