Məhkəmə qərarları › İş №1(001)-250/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-250/2025

17.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-250/2025 17.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Universal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1970-ci ildə Ermənistan Respublikası, Krasnoselo rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 29, 318-1.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan görünür ki, o, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən Şahid1, habelə Şahid2 və qeyriləri ilə xarici ölkələrə səfər etmək, orada yaşamaq, İşləmək niyyətində olan ayrı-ayrı çoxsaylı şəxsləri müvafiq dövlətlərin səfirliklərindən onlar üçün guya qanuni yolla viza alınmasına köməklik göstəriləcəyi vədi ilə aldatmaq və etibarlarını qazandıqdan sonra hazırladıqları saxta sənədlər əsasında qanunsuz miqrasiyalarını təşkil edərək özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş ikidən çox şəxsdən ibarət olan sabit cinayətkar qrupda-mütəşəkkil dəstədə birləşdikdən sonra, 2019-cu ilin avqust ayında Şahid4 arvadı X4, övladları 2005-cü il təvəllüdlü X11 və 2014-cü il təvəllüdlü X12 ilə birlikdə yaşayıb işləmələrindən ötrü Almaniya Federativ Respublikasına səfər etmələri üçün viza alınması ilə bağlı Şahid4lə qohumluq münasibətdə olduğu Şahid3 vasitəsilə özünə edilmiş müraciəti mütəşəkkil dəstənin digər üzvü Şahid1 çatdırmış, sonuncu ilə aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, o, Şahid3 vasitəsilə Şahid4 bu sahədə fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona viza alınması və guya qanuni yolla xarici ölkələrə getməsini təmin etmək kimi imkana malik olduğunu yalandan bildirib, guya həmin vəzifəli şəxslərə Şahid4 və ailə üzvlərinin xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni rəsmi olaraq işləmədiyi və adına daşınmaz əmlak olmadığı halda bunların əksini təsdiq edən rəsmi sənədlərin hazırlanmaqla vizanın əldə edilməsi üçün birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi nemət olan 15800 (on beş min səkkiz yüz) manat məbləğində pulun verilməsi müqabilində 15 sentyabr 2019-cu ilə qədər vizanın əldə edilməsi və aviabiletlərin alınmasını yalandan vəd verib, Şahid4 aldadaraq, sonuncunun əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə və dəstə üzvlərinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, bu məqsədlə Şahid3 mütəşəkkil dəstənin üzvü olan Şahid1 nağd qaydada verdiyi ümumilikdə 15800 (on beş min səkkiz yüz) manat pul vəsaitini əvvəlcədən razılaşdırılmış plana uyğun olaraq hər hansı vəzifəli şəxsə vermədən Şahid1, Şahid2 və mütəşəkkil dəstənin digər üzvləri ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, viza alınması üçün tələb olunan sənədlərin mütəşəkkil dəstənin üzvləri tərəfindən qanunsuz hazırlanmasına nail olaraq, viza almaqla Azərbaycan Respublikasını qanunsuz yolla tərk etməsi məqsədi ilə dəstə üzvləri vasitəsi ilə Şahid4 təqdim etmiş, sonuncunun isə dəstə üzvləri tərəfindən qanunsuz yolla hazırlanmış həmin sənədlər əsasında viza alaraq Azərbaycan Respublikasını qanunsuz yolla tərk etmək məqsədi ilə sənədləri 2019-cu ilin sentyabr və oktyabr aylarında iki dəfə Almaniya Federativ Respublikasının ünvan 2 ünvanda yerləşən (İSR Plaza) Azərbaycan Respublikasındakı səfirliyinə təqdim etməsinə baxmayaraq, Şahid4 və ailə üzvlərinin adlarına həmin səfirlikdən viza verilməsindən imtina olunduğundan onların Azərbaycan Respublikasından qanunsuz getmələrini nəzərdə tutan cinayəti özünün və dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş, Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət təqibinə xitam verilmiş dələduzluq cinayət əməli üzrə aldatma və etibardan sui-istifadə etmə yolu ilə qeyd olunan məbləğdə əmlakı ələ keçirmiş, mütəşəkkil dəstə tərəfindən dörd nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 29, 318-1.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla hazırda orada qardaşı Nəsib Məmmədovun ailə üzvləri birlikdə yaşayır. xx.xx.1973-cü il təvəllüdlü X6 ilə 1996-cı ildə ailə həyatı qurmuş, bu nikahdan dörd uşağı olmuşdur. X10 1997-ci il, İnan Məmmədov xx.xx.2009-cu il, Rəfael Məmmədov xx.xx.2011-ci il, Rahil Məmmədov isə xx.xx.2013-cü il təvəllüdlüdürlər. Həyat yoldaşı və dörd oğlu ilə birlikdə Almaniya Federativ Respublikasında Köln şəhərində yaşayır, orada daşıma şirkətində sürücü işləyir. Ümumiyyətlə 1993-cü ildən etibarən Avropada yaşamış, müəyyən vaxtlarda qohumlarını görmək üçün Azərbaycan Respublikasına gəlmişdir. 1993-2012-ci illər arasında Yunanıstan Respublikasında, daha sonra isə Almaniya Federativ Respublikasında yaşamışdır. "xxxx" MMC- nin direktoru vəzifəsində işləyən Şahid1, habelə Şahid2 tanıyır. Onlarla münasibəti normal olmuşdur. Təxminən 2019-cu ilin birinci yarımilində Azərbaycana gələn zaman Almaniyada yaşayan qonşusunun tanışı ona 100 euro pul vəsaitini Azərbaycanda kiməsə çatdırılmalı olduğunu demişdir. Həmin tanışına bir neçə gündən sonra Azərbaycana gedəcəyini bildirib həmin pulu çatdırmaq imkanının olduğunu bildirmişdir. Həmin adını xatırlamadığı şəxs onun mobil telefon nömrəsini götürüb Azərbaycana çatanda pulun yiyəsinin onunla əlaqə saxlayacağını demişdir. Tarixini dəqiq xatırlamadığı vaxtda Azərbaycana gəlmiş, onunla 1-2 gün ərzində heç kim əlaqə saxlamamışdır. 1-2 gün sonra pulun sahibi onunla əlaqə saxlayıb mobil nömrə vermişdir. Xatırlamadığı həmin nömrəyə zəng etmiş, telefonu bir nəfər xanım götürüb ondan harada yaşadığını soruşmuşdur. Xanıma Əhmədli qəsəbəsi tərəfdə qaldığını dedikdə sonuncu oranın uzaq olduğunu, əgər şəhər mərkəzinə tərəf gələrsə, işlədiyi ofisə yaxınlaşmağını xahiş etmişdir. Ona sonradan məlum olmuşdur ki, telefonda danışdığı həmin xanım Şahid1dır. Şahid1 ona işlədiyi ofisin Nizami kinoteatrı tərəfdə olduğunu demişdir. Təxminən 2 gündən sonra həmin ərazidə olarkən Nərminə ilə mobil telefon vasitəsilə əlaqə saxlamış, ofisin yerini dəqiq öyrənib ora yollanmışdır. Adını xatırlamadığı ofisə daxil olmuş, Nərminə özünü təqdim edib otağına dəvət etmişdir. Şirkətin inzibati binasının ikinci mərtəbəsinə qalxıb Nərminənin otağına daxil olmuşdur. Nərminənin otağında ondan başqa bir nəfər də xanım olmuşdur. 100 avro pulu Nərminənin stolunun üstünə qoymuş, sonuncu ona vaxtilə pulu göndərən şəxsin ailə üzvlərinə tibbi yardımın göstərilməsinə kömək etdiyi üçün həmin pulun da bu səbəbdən ona göndərildiyini demişdir. Həmin ərəfədə otağa bir oğlan daxil olmuş, oğlanı otaqda olan digər xanım qarşılamışdır. Adını xatırlamadığı həmin oğlan Nərminənin stoluna yaxınlaşmış, həmin zaman Nərminə şkafın gözündən içərisində viza əks olunmuş pasportu çıxardıb oğlana təqdim etmişdir. Məsafə olduğu üçün hansı növ viza verilməsini dəqiq görməsə də Nərminə həmin oğlana vizanın verildiyini demişdir. Həmin oğlan da cibindən 50 manat pulu çıxardıb Nərminənin stolunun üstünə qoyub minnətdarlığını bildirmişdir. Bundan sonra Nərminə ona işlədiyi şirkətin xarici ölkələrə viza dəstəyi verdiyini, əgər gələcəkdə nəsə köməklik lazım olarsa ona müraciət edə biləcəyini söyləmişdir. Sağollaşıb otaqdan çıxmış, Nərminənin mobil telefon nömrəsini telefonunun yaddaşında saxlamışdır. 2019-cu ilin avqust ayında Şahid4 arvadı X4, övladları 2005-cü il təvəllüdlü X11 və 2014-cü il təvəllüdlü X12 ilə birlikdə yaşayıb işləmələrindən ötrü Almaniya Federativ Respublikasına səfər etmələri üçün viza alınması ilə bağlı Şahid4 yaxını olan Şahid3 vasitəsilə ona müraciət olunmuşdur. O da həmin şəxsi bu işlərlə məşqul olan Şahid1 yönləndirmişdir. Nərminənin konkret olaraq hansı qaydada və necə viza verilməsinə köməklik etməsindən onun dəqiq məlumatı olmamışdır. Həmin şəxsdən ümumilikdə 15800 manat pul alınmış, ona alınan puldan heç bir məbləğdə ödəniş olunmamış, burda heç bir maddi marağı olmamışdır. Belə ki, 2019-cu ilin avqust ayında həyat yoldaşını Əhmədli ərazisində olan qadın salonlarına birinə aparmış, Vüsalə adlı xanım həmin salonda işləmişdir. Vüsalə ilə yoldaşı orada tanış olmuş, söhbət əsnasında yoldaşı ona yaxınlaşıb Vüsalənin ailə üzvləri ilə birlikdə xarici ölkələrə getmək istədiklərini bildirmiş və viza alınmasına nə kimi məsləhət verə biləcəyini soruşmuşdur. Həmin zaman bir neçə gün öncə tanış olduğu Şahid1 mobil nömrəsini Vüsaləyə vermişdir. Həyat yoldaşı ilə Vüsalə bir birlərinin mobil nömrələrini götürmüş, münasibət saxlamışlar. Evdə olarkən yoldaşının saçına vurulan maddə sonuncuya əks təsir etdiyi üçün üzü və bədəni şişmiş, bu səbəbdən Vüsalə ilə bir neçə dəfə telefon əlaqəsi yaratmışdır. Bundan sonra onlarla münasibətləri daha da yaxınlaşmış və ailəvi şəkildə adını xatırlamadığı restoranların birində görüşüb yemək yemişlər. Restoranda olanda Musa, Murad və ailə üzvləri Avropanı gəzmək istədiklərini bir daha bildirmişlər. Musagil artıq Nərminə ilə mobil telefon vasitəsilə əlaqə saxlamış, viza haqqında danışmışlar. Daha sonra 2019-cu ilin avqust ayında “Kənd ocağı” restoranında oturub nahar edən zaman Murad ona zəng edib görüşmək istədiyini bildirmiş, restoranda olduğunu biləndən sonra oraya gəlmişdir. Həmin zaman Murad, Musa, daha sonra Şahid1 həmin restorana gəlmişdir. Orada həmin şəxslərin arasında viza üçün tələb olunan pulda güzəştə gedilməsi müzakirə olunmuş, yəni Şahid1 istədiyi pul Musagili razı salmamışdır. Ona görə də Musa maddi vəziyyətlərinə görə endirim etməsini xahiş etmiş, həmin zaman Nərminə özünə məxsus mobil telefon ilə kiminləsə əlaqə saxlamış, daha sonra Musagilə şad xəbər verib 1000 manat endirim elədiyini söyləmişdir. Həmin zaman Musa dərhal üzərində olan təxminən 10-15 min manat yaxın pulu çıxardıb Nərminəyə vermişdir. Bundan sonra Nərminə vərəq çıxardıb orada pulu təhvil alması barədə qeyd aparmışdır. Bu müddət ərzində Musa və onun ailə üzvləri bir neçə dəfə onunla və həyat yoldaşı ilə əlaqə saxlayıb, Nərminənin vəd verdiyi müddətə əməl etmədiyini, onları aldatdığını bildirmişlər. O isə bu barədə heç bir məlumatının olmadığını bildirmişdir. Təxminən 2019-cu ilin avqust ayının sonlarında Murad ona zəng edib Nərminənin onları aldatdığını söyləmiş, həmin zaman “28 MALL” ticarət mərkəzində olmuşdur. Nərminə ilə əlaqə saxlayıb onları həmin yerdə görüşdürmüşdür. Nərminə yenə bir həftə vaxt istəmiş, Musa da razılaşmışdır. Bundan sonra çıxıb getmiş, onlarla əlaqəsi olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla o, Bakıya gələn zaman Adil Məmmədov vasitəsilə tanış olmuş və ona vizaların təşkili ilə bağlı müraciət etmişdir. Daha sonralar Təqsirləndirilən şəxs ona müraciət edərək bir ailənin visa almaq istədiyini və onun turizm şirkəti olduğu üçün Allahverdinin həmin ailəni ona yönləndirdiyini bilmişdir. Daha sonrakı məsələlərdə Təqsirləndirilən şəxs olmamışdır. Aralarında hər hansı sövdələşmə olmamış, həmin ailəni ona yönləndirməsi qarşılığında Təqsirləndirilən şəxs hər hansı pul verməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Şahid1 sifarişi ilə müştərilər üçün saxta sənədləri Zakir Əmirova sifariş verib hazırlatdırmış, Zakir Əmirov həmin saxta sənədləri ünvan 4 ünvanda yerləşən “City Center” ticarət mərkəzində ofisdə hazırlayırdı. Vizaların alınmasından ötrü saxta sənədlərin təşkili ilə bağlı qiymətləri Nərminə ilə öz aralarında müəyyənləşdirirmiş və Nərminəyə demişdir ki, Almaniya və Macarıstan səfirliklərindən hər adama görə 1200- 1300 manat, İtaliya səfirliyindən isə 700-800 manat məbləğində pul qarşılığında o, vizanın alınması ilə bağlı zəruri sənəd və arayışları saxtalaşdırıb hazırlatdıracaq və müştərilər həmin saxta sənədlərlə səfirliklərə müraciət etdikdə səfirliklərdən viza ala biləcəklər. Hazırlanan sənədlər yüksək ustalıqla, peşəkarlıqla hazırlanacaqdır. Nərminə də onunla razılaşmışdır. Şahid3 adlı şəxsin adını, həmçinin Şahid1 ona Şahid4, arvadı X7, övladları Elay Nağıyeva və Rəhim Nağıyevlə bağlı vizaların alınmasından ötrü saxta sənədlərin hazırlanması ilə əlaqədar müraciətini xatırlamır. Ola bilsin ki, Şahid4 və ailə üzvlərinə viza almalarından ötrü saxta iş yerindən arayış hazırlatdırmışdır. Lakin Şahid1 ona Şahid4 və onun ailə üzvləri ilə bağlı vizaların təşkili ilə əlaqədar saxta sənəd hazırlatdırmağından ötrü heç bir pul, o cümlədən 13000 manat pul verməmişdir. Şahid4 imtina aldığından Nərminə ona heç bir pul verməmişdir. Əgər Muradgil viza alsaydılar, o halda Nərminə ona pul verərdi. Çünki Nərminə ilə razılaşması belə olmuşdur. O, Təqsirləndirilən şəxs tanımamış, sonradan adını eşitmişdir. O. Nərminənin müştərilərini görməmişdir, Nərminə müştərilərlə danışaraq görüşmüş və pulu alıb gətirib ona verməli idi, iş bu qaydada qurulmuşdur. Nərminə onun hər adama görə deyəcəyi qiyməti də əvvəlcədən bilirmiş, həmin pulun üstünə öz qazancını qoyub müştəridən pulu alırmış, gətirib sənədləri ona verirmiş. Viza alındığı təqdirdə Nərminə ona bildirdiyi məbləğləri verməli idi. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid4 yaxını Vüsalə Məmmədovanın əridir. Vüsələnin anası onun arvadıdır. 2019-cu ilin yay ayında Vüsalənin işlədiyi gözəllik salonunda müştəri kimi müraciət etmiş adını xatırlamadığı qadının əri Təqsirləndirilən şəxsla təsadüfən tanış olmuşlar. Təqsirləndirilən şəxsla söhbət əsnasında sonuncu mütəmadi olaraq Almaniya FR-na yollandığını, oradan Azərbaycan Respublikasına avtomobil gətirdiyini, Nərminə adlı tanışının vasitəsi ilə Almaniya FR-na yollanmaq istəyən şəxslərə viza təşkil edə biləcəyini, Muradla Vüsalənin də, Almaniva FR-na yollanmaq istədikləri təqdirdə onlara viza almalarından ötrü yardım edə biləcəyini bildirmisdir. Bundan sonra o, Təqsirləndirilən şəxs inanıb şəxsi vəsaiti hesabına Murad və Vüsaləni, o cümlədən onların iki azyaşlı övladlarını Almaniya FR-na yollamaq qərarına gəlmişdir. 2019-cu ilin avqust ayının əvvəllərində bu məqsədlə Allahverdi Muradla görüşüb onu Bakı şəhəri, Nəsimi rayonunda yerləşən "Nizami" kino mərkəzinin yaxınlığında yerləşən "xxxx" MMC-yə aparmış, orada işləyən Şahid1 Təqsirləndirilən şəxs iştirakı ilə Murada özünü turizm şirkətinin əməkdaşı kimi təqdim ediberi Memmedovun sonra bildirmişdir ki, cəmi 14500 manat pulun müqabilində Muraduradı dinlədikdən X2, övladları 2005-ci il təvəllüdlü X8 və 2014-cü il təvəllüdlü X9 Almaniya Frend yollanmalarından üçün viza almaları üçün iş yerindən, bank arayışları kimi tələb olunan zəruri sənədləri hazırlatdırıb tanışlarının yardımı ilə 15 sentyabr 2019-cu il tarixdak Almaniya FR-nın Azərbaycan Respublikasındakı səfirliyi vasitəsilə viza təşkil edib onlar aviayolla Almaniya FR-na yola sala bilər. Nərminə həmin pulu kimə verəcəyini deməmiş, onlar da onun turizm şirkətində işlədiyinə görə öz əlaqələri hesabına viza işini həll edəcəyini fikirləşmişlər. Nərminənin təklifi ilə razılaşdıqdan sonra 2019-cu ilin avqust ayının 15-də o, Murad, Təqsirləndirilən şəxs və Şahid1 ünvan 5 ünvanında yerləşən "Kənd ocağı" restoranında görüşmüşlər, Nərminə əvvəllər dəfələrlə Almaniya FR-nın Azərbaycan Respublikasındakı səfirliyi vasitəsilə həmin ölkəyə getmək üçün viza təşkil etdiyini, narahat olmadığını və Muradgil üçün də rahatlıqla viza təşkil edə biləcəyini deyib tam inamını qazanmışdır. Bundan sonra o, qabaqcadan razılaşdığı kimi 14500 manat puldan 8000 manat pulu masa ətrafında sayıb Nərminəyə vermiş, Nərminə də pulu ondan alıb özü də saydıqdan sonra öz əl çantasına qoymuşdur. Bundan sonrakı günlərdə Nərminənin deməsinə əsasən, Murad özünün, arvadının və ümümvətəndaş pasportu olan övladının pasportlarının əsillərini, şəxsiyyət vəsiqələrinin, doğum haqqında şəhadətnamənin, nikah haqqında şəhadətnamənin surətlərini, nəvəsinin adına olan orta məktəbdən arayışı, fotoşəkilləri Nərminəyə vermişdir. Həmin Nərminə isə Muradgildən iş yerindən arayışlar istəməmişdir. 2019-cu ilin avqust ayının sonuncu on günlüyündə, yəni 25-də ikinci dəfə o, Murad, Allahverdi və Nərminə ünvan 5 Ünvanında yerləşən "Kənd ocağı" restoranında görüşmüş və həmin görüş zamanı Şahid1 vəd verdiyi vizaların təşkili ilə bağlı daha 6500 manat məbləğində də vermişdir. Nərminə ondan pulu təhvil aldıqdan sonra viza sənədlərinin sentyabr ayının 15-nə qədər hazır olacağını demişdir. Həmin vaxtı hətta Təqsirləndirilən şəxs Nərmnəyə 02 sentyabr 2019-cu il tarixdə Almaniya FR-na yollanacağını deyib Nərminədən Muradgilin də onunla getməsi üçün vizaları tezləşdirməsini xahiş etmişdir. Sonrakı günlərdə Nərminə Muradla görüşüb onu "28 may" metrostansiyasının yaxınlığında yerləşən "xxxx" ASC-nin filialına aparıb orada viza işi ilə əlaqədar adına bank hesabının açılmasının vacib olduğunu, hesaba özü pul qoyacağını bildirib Muradın adına ərizə yazdırıb boş hesab açdırmışdır. Daha sonra Nərminə vizaların quya həmin ilin sentyabr ayının 15-nə qədər hazır olacağını, Almaniyaya aviayolla yollanmaq üçün Almaniyaya aviabilet almaq lazım olduğunu, aviabiletlərin qiymətinin 1300 manat olduğunu bildirib, 11 sentyabr 2019-cu il tarixdə Muradla zəngləşərək Bakı şəhəri, Nərimanov rayonu, X23 küçəsində yerləşən "Gənclik Mall" ticarət mərkəzində görüşmüş və Murad aviabiletlərin alınması üçün onun Nərminəyə göndərdiyi 1300 manat məbləğində pulu Nərminəyə vermişdir. Nərminə hətta həmin vaxtı pulu qəbul etməsi ilə bağlı «X21ə xx.xx.2019-cu il tarixində Şahid4, Məmmədova Vüsalə, Nağıyev Rəhim və Nağıyeva Elayın aviabileti üçün 1400 AZN qəbul etdim" məzmunlu qəbz yazıb Murada vermişdir ki, ona çatdırsın. Nərminə bundan əlavə Muradın, Vüsalənin, onların övladları Rəhim və Elayın adına dörd ədəd aviabiletlərdən elektron çıxarış təqdim etmişdir. Həmin aviabiletlərdən çıxarışlar hazırda onda qalmamışdır. 12 sentyabr 2019-cu il tarixdə Şahid1 onlara 15700 manat pulun alınması ilə bağlı «X21 Şahid4, Məmmədova Vüsalə, Nağıyev Elay (uşaq), Nağıyev Rəhim (uşaq) Almaniya səfəri məqsədi ilə 15700 AZN almışam və bu pulun müqabilində onları bu səfərə yola salacağıma söz verirəm”məzmunlu mətn yazaraq 12 sentyabr 2019-cu il tarixini qeyd edib imza etməklə təqdim etmişdir. 1300 manat pul alanda 100 manat artıq, 12 sentyabr 2019-cu il tarixdə isə aldığı ümumi pulu 100 manat az yazmışdır. Həqiqətdə Nərminə 11 sentyabr 2019-cu il tarixdə onun əlavə olaraq 1300 manatı, ümumilikdə 15800 manat pulunu almışdır. Buna baxmayaraq 2019-cu sentyabr ayının sonlarına yaxın Muradgil Nərminənin təşkil etdirdiyi sənədlərlə səfirliyə müraciət etmişlər, həmin sənədləri Almaniya dövlətinin Azərbaycan Respublikasındakı səfirliyə Nərminənin tanışı gətizdirmişdir, həmin şəxsi tanımırlar, həmin sənədlərlə səfirliyə müraciət olunmuşdur. 2019-cu ilin sentyabr ayının sonlarında Almaniya FR-nın Azərbaycan Respublikasındakı səfirliyindən zəng edilərək Muradgili səfirliyə dəvət etmiş və orada onlara vizaların verilməsindən imtina edildiyi bildirilmişdir. Nərminəyə verdikləri həqiqi sənədlərini qaytarmışlar. Bunu Nərminəyə deyəndə Nərminə razılaşmayıb həmin sənədləri yenidən ona qaytarmağı və yenidən səfirliyə müraciət edəcəyini bildirmiş, onlar da həmin sənədləri yenidən Nərminəyə vermişlər. Nərminənin hazırlatdığı sənədlərlə Muradgil 2019-cu ilin oktyabr ayında təkrarən Almaniya FR-nın Azərbaycan Respublikasındakı səfirliyinə müraciət etsələr də, onlara yenə də viza verilməsindən imtina olunuşdur. Nərminə yenə də bəhanə ilə vizaların tezliklə hazır olacağını desə də, sonda Almaniya FR-nın Azərbaycan Respublikasındakı səfirliyinə gedib maraqlananda Murad, Vüsalə və sonuncuların övladlarının adına orada heç bir sənəd olmadığını öyrənmişlər. O, Nərminəni oraya çağırıb bu barədə soruşduqda Nərminə susub qalmış, artıq Nərminənin onlara viza düzəltmək adı ilə 14500 manat və aviabilet satmaq adı ilə 1300 manat pulunu ələ keçirib onlara cəmi 15800 manat maddi ziyan vurduğunu anlamışlar, pulu tələb etdikdə Nərminə hər dəfə pulu ödəyəcəyini vəd versə də, ödəmədiyi üçün sonunda barəsində hüquq mühafizə orqanlarına şikayət etmişlər. Polisdə araşdırma zamanı Nərminədən Muradgilə aid pasportları və digər sənədlər götürülüb özünə qaytarılmışdır. Hazırki vaxta qədər də Nərminə onu aldadıb aldığı 15800 manat puldan ona heç bir pul qaytarmamış, maddi ziyan ona dəymişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yönləndirdyi Şahid1 onunla ailə üzvlərinin Almaniya FR-na yollanmaları üçün vizaların təşkili ilə bağlı yaxınları olan Şahid3 onun və Təqsirləndirilən şəxs özünün iştirakı ilə 8000 manat və 6500 manat olmaqla cəmi 14500 manat məbləğində pul aldıqdan sonra aviabiletlərin təşkili vədi ilə onun vasitəsi ilə Şahid3 məxsus daha 1300 manat məbləğində də pul almış, həmin 1300 manat və ümumilikdə 15800 manat pulu alması barədə şəxsən mətnlər yazaraq onlara təqdim etmiş, Şahid1 hazırladığı saxta sənədlərdə o ailə üzvləri ilə bərabər Almaniya FR-nın Azərbaycan Respublikasındakı səfirliyinə müraciət etsələr də, onlara viza verilməsindən imtina olmuşdur. Təqsirləndirilən şəxs və Şahid1 vədlərinə əməl etməmişlər, Şahid3 məxus 15800 manat məbləğində pul hazırki vaxta qədər onlara qaytarılmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 28 avqust 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 178.3.1, 29, 178.3.1, 313, 320.1, 32.4, 312.2, 29, 318- 1.2.1, 29, 318-1.2.2, 29, 318-1.2.3, 318-1.2.1, 318-1.2.3-cü maddələri ilə cinayət işi ********* nömrəsi adı altında ayrıca icraata ayrılmış və icraata qəbul edilmişdir. 24 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.1, 29, 178.3.1, 320.1, 320.2, , 32.4, 312.2, 29, 318-1.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin ibtidai istintaqdan qaçıb gizləndiyinə görə həmin qərarı ona elan edib ittiham etmək mümkün olmadığından həmin tarixdə barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-1053/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-853/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 02 mart 2025-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. 18 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində CM-nin 178.3.1 və 29, 178.3.1-ci maddələri ilə aparılan cinayət təqibinə CM-nin 73-1.3-cü və CPM-nin 40.2-ci maddəsinə əsasən xitam verilmişdir. 18 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin ********* nömrəli cinayət işində davam etdirilməsi nəzərə alınmaqla həmin cinayət işindən Azərbaycan Respublikası CM-nin 178.3.1, 29, 178.3.1, 178.3.2, 308.1, 308.2, 310, 32.4, 312.2, 312-1.1, 313, 318-1.2.1, 318-1.2.2, 318-1.2.3, 29, 318-1.2.1, 29, 318-1.2.2, 29, 318-1.2.3, 320.1 və 320.2-ci maddələri ilə ayrıca cinayət işi ayrılmış və ayrılmış cinayət işinə ********* nömrəsi verilmişdir. 18 noyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində CM-nin 320.1-ci maddəsi ilə aparılan cinayət təqibinə CPM-nin 39.1.3-cü maddəsinə, CM-nin 320.2 və 32.4, 312.2-ci maddələri ilə aparılan cinayət təqibinı isə CPM-nin 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilmiş, onun barəsində CM-nin 178.3.1 və 29, 178.3.1-ci maddələri ilə aparılan cinayət təqibinə CM-nin 73-1.3-cü və CPM-nin 40.2-ci maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdırılmaqla hissəvi xitam verilməsi ilə bağlı ayrıca qərar qəbul edilmişdir. Şahid1 tərəfindən tərtib olunmuş «X21ə xx.xx.2019-cu il tarixində Şahid4, Məmmədova Vüsalə, Nağıyev Rəhim və Nağıyeva Elayın aviabileti üçün 1400 AZN qəbul etdim” məzmunlu və «X21 Şahid4, Məmmədova Vüsalə, Nağıyev Elay (uşaq), Nağıyev Rəhim (uşaq) Almaniya səfəri məqsədi ilə 15700 AZN almışam və bu pulun müqabilində onları bu səfərə yola salacağıma söz verirəm» məzmunlu mətnlərin surətləri, habelə X3 ünvanlanmış Cavid Məmmədovun adına xx.xx.2019- cu il tarixdə "X24 Azərbaycan” QSC-də 6000 avro məbləğində pulun olmasını təsdiq edən ingilis dilində yazılmış xx.xx.2019-cu il tarixli, 1916 nömrəli məktubun və həmin hesabdan çıxarışın surətləri, 02 dekabr 2020-ci il tarixli protokolla götürülmüş "Rabitəbank” ASC-nin Baş offisindən X5 məxsus depozit qovluğu, əmanət kitabçası, əmanətin vaxtından əvvəl götürməsinə dair 03 ədəd ərizə, 1 ədəd mədaxil orderinin əsli, 02 ədəd kassa mədaxil orderinin əsli və 01 ədəd surəti, imza nümunələrinin əsli, əmanat hesabatları üzrə cari hesab müqaviləsinin əsli, 3-cü şəxsin xeyrinə bank əmanət müqaviləsinin əsli və özünü qiymətləndirmə anketinin ********* nömrəli cinayət işi üzrə xx.xx.2021-ci il tarixli qərarla maddi sübut kimi tanınması və ********* nömrəli cinayət işinin materiallarında saxlanılması nəzərə alınmışdır. 02 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 318-1.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. 02 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin istintaqı zamanı cinayət məsuliyyətindən azad olunma məqsədi ilə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına keçirdiyi 4919 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdiyi ifadələri, iş üzrə keçirilmiş ekspertiza, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası CM-in 318-1.2.1-ci maddəsinə əsasən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasına qanunsuz gəlməsini, Azərbaycan Respublikası ərazisində qanunsuz qalmasını, Azərbaycan Respublikası ərazisindən qanunsuz tranzit keçidini və ya hər hansı şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmə mütəşəkkil dəstə tərəfindən törədildikdə iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi CM-in 318-1.2.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 29, 318-1.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Xətai rayonu, 9-cu Əhmədli küçəsi, ev 19A ünvanında yaşayan Təqsirləndirilən şəxs haqqında yaşadığı müddətdə heç bir şikayət daxil olmamışdır. Məhkəməyə təqdim olunmuş 28 fevral 2025-ci il tarixli “tibbi-sığorta xatırlatma” məktubundan görünür ki, Təqsirləndirilən şəxsla AOK Rheiland/Hamburq sığorta şirkəti arasında bağlanan sığorta müqaviləsinin müddəti 30 noyabr 2024-cü il tarixdə başa çatır, lakin hazırki vaxta qədər sığorta müqaviləsinin müddətinin uzadılması barədə ərizə daxil olmamışdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən evli olmasını və himayəsində xəstə həyat yoldaşının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən cinayətin CM-in 61.3-cü maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olmuş mütəşəkkil dəstə tərəfindən törədilməsini onun cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (şəhid ailəsinin üzvü olmasını, məcburi köçkün olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alaraq məhkəmə, qeyd edilənləri CM-in 62-ci maddəsində göstərilən müstəsna hallar hesab edərək, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 29, 318-1.2.1-ci maddəsində müəyyən ediləndən daha yüngül cəza növünün və əlavə cəza qismində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. CM-in 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. CM-in 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. CM-in 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən gələcəkdə yeni cinayətlərin törədilməsinin qarşısının alınması və sosial ədalətin bərpası məqsədi ilə əlavə cəzanın təyin edilməsi qənaətinə gəlmişdir. Çünki, təyin ediləcək həmin cəzanın məqsədi vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edəcəkdir. Belə ki, CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Göründüyü kimi qüvvədə olan cinayət qanunvericiliyi qanunla nəzərdə tutulan hallar mövcud olduqda cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə imkan verir. Həmçinin cinayət qanunvericiliyinə nəzər salsaq görərdik ki, qanun işin müstəsna halları anlayışını dəqiq müəyyən etmir. Ona görə də, belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməli, onlar konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə, həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu cür halların məcmusunu, yəni cinayətin mötivi və məqsədini, təqsirkarın cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışını, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və s. qiymətləndirməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməməsini, törətdiyi cinayət əməlini qismən etiraf edərək əməlindən səmimi peşmançılıq keçirtməsini CM-in 62-ci maddəsində göstərilən müstəsna hallar hesab edərək, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 29,318-1.2.1 maddəsində müəyyən ediləndən daha yüngül cəza növünün və əlavə cəza qismində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb, ona törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddələrdə müəyyən ediləndən daha yüngül cəza növü ilə yanaşı müəyyən vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, 24 avqust 2021-ci il tarixli qərarla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.1, 29, 178.3.1, 320.1, 320.2, 32.4, 312.2, 29, 318-1.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin ibtidai istintaqdan qaçıb gizləndiyinə görə həmin qərarı ona elan edib ittiham etmək mümkün olmadığından həmin tarixdə barəsində axtarış elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Axtarışda olan təqsirləndirilən şəxs Məmmədov X1 Federativ Respublikasından xx.xx.2024-cü il tarixdə ekstradisiya edilmiş, həmin gün ona Azərbaycan Respublikası CM-nin 178.3.1, 29, 178.3.1, 320.1, 320.2, 32.4, 312.2, 29, 318-1.2.1-ci maddələri ilə ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 02 mart 2025-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 02 noyabr 2024-cü il tarixdən bugünədək həbsdə və ev dustaqlığında saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. CM-in 69.4-cü maddəsinə əsasən, həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə, CM-in 69.4-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi ilə bağlı 02 noyabr 2024-cü il tarixdən hazırki vaxta qədər təqsirləndirilən şəxs qismində həbsdə və ev dustaqlığında olduğu müddət nəzərə alınaraq, ona təyin edilmiş cərimə cəzasını yüngülləşdirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Şahid1 tərəfindən tərtib olunmuş «X21ə xx.xx.2019-cu il tarixində Şahid4, Məmmədova Vüsalə, Nağıyev Rəhim və Nağıyeva Elayın aviabileti üçün 1400 AZN qəbul etdim” məzmunlu və «X21ə Şahid4, Məmmədova Vüsalə, Nağıyev Elay (uşaq), Nağıyev Rəhim (uşaq) Almaniya səfəri məqsədi ilə 15700 AZN almışam və bu pulun müqabilində onları bu səfərə yola salacağıma söz verirəm» məzmunlu mətnlərin surətləri, habelə X3 ünvanlanmış Cavid Məmmədovun adına xx.xx.2019- cu il tarixdə "X24 Azərbaycan” QSCdə 6000 avro məbləğində pulun olmasını təsdiq edən ingilis dilində yazılmış xx.xx.2019-cu il tarixli, 1916 nömrəli məktubun və həmin hesabdan çıxarışın surətləri, 02 dekabr 2020-ci il tarixli protokolla götürülmüş "Rabitəbank” ASC-nin Baş ofisindən X5 məxsus depozit qovluğu, əmanət kitabçası, əmanətin vaxtından əvvəl götürməsinə dair 03 ədəd ərizə, 1 ədəd mədaxil orderinin əsli, 02 ədəd kassa mədaxil orderinin əsli və 01 ədəd surəti, imza nümunələrinin əsli, əmanat hesabatları üzrə cari hesab müqaviləsinin əsli, 3-cü şəxsin xeyrinə bank əmanət müqaviləsinin əsli və özünü qiymətləndirmə anketi iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318- 1.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə dövlət, yerli özünüidarəetmə orqanlarında, özəl sektorda rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 14000 (on dörd min) manat miqdarda cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət işi ilə bağlı 02 noyabr 2024-cü il tarixdən hazırki vaxta qədər təqsirləndirilən şəxs qismində həbsdə və ev dustaqlığında olduğu müddət nəzərə alınaraq, ona təyin edilmiş cərimə cəzasından çıxılaraq, üzərində qəti olaraq 10000 (on min) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edlmiş dövlət, yerli özünüidarəetmə orqanlarında, özəl sektorda rəhbər və maddi məsul vəzif tutmaq hüququndan məhrum edilmə əlavə cəzasının çəkilmə müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Şahid1 tərəfindən tərtib olunmuş «X21ə xx.xx.2019-cu il tarixində Şahid4, Məmmədova Vüsalə, Nağıyev Rəhim və Nağıyeva Elayın aviabileti üçün 1400 AZN qəbul etdim” məzmunlu və «X21 Şahid4, Məmmədova Vüsalə, Nağıyev Elay (uşaq), Nağıyev Rəhim (uşaq) Almaniya səfəri məqsədi ilə 15700 AZN almışam və bu pulun müqabilində onları bu səfərə yola salacağıma söz verirəm» məzmunlu mətnlərin surətləri, habelə X3 ünvanlanmış Cavid Məmmədovun adına xx.xx.2019- cu il tarixdə "X24 Azərbaycan” QSC-də 6000 avro məbləğində pulun olmasını təsdiq edən ingilis dilində yazılmış xx.xx.2019-cu il tarixli, 1916 nömrəli məktubun və həmin hesabdan çıxarışın surətləri, 02 dekabr 2020-ci il tarixli protokolla götürülmüş "Rabitəbank” ASC-nin Baş ofisindən X5 məxsus depozit qovluğu, əmanət kitabçası, əmanətin vaxtından əvvəl götürməsinə dair 03 ədəd ərizə, 1 ədəd mədaxil orderinin əsli, 02 ədəd kassa mədaxil orderinin əsli və 01 ədəd surəti, imza nümunələrinin əsli, əmanat hesabatları üzrə cari hesab müqaviləsinin əsli, 3-cü şəxsin xeyrinə bank əmanət müqaviləsinin əsli və özünü qiymətləndirmə anketi iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar