Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-251/2021 01.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X63 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X28, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1980-ci il tarixdə Ermənistan SSR-in Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2016-2018-ci illər ərzində, Bakı şəhərində Şahid2, Şahid1, X64, Almaniya Federativ Respublikasında yaşayan X74 və qeyriləri ilə hüquq verən rəsmi sənədləri saxtalaşdırıb qanunsuz olaraq hazırlamaqla maddi qazanc əldə etmək məqsədilə cinayət əlaqəsinə girərək mütəşəkkil dəstədə birləşib, dəstə tərkibində üzərinə düşən vəzifələri yerinə yetirərək xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim edib həmin saxta sənədlər əsasında siyasi sığınacaq alaraq xarici ölkələrdə yaşamaq hüququ əldə etmək istəyən Azərbaycan Respubilkasının vətəndaşları X75, X65, X66, X50, X67, X68 və X29 dəstə üzvü Fəxri Hüseynov vasitəsilə və birbaşa Şahid1 müraciətləri ilə əlaqədar hazırlanacaq saxta sənədlərin forma və məzmununu, həmçinin hüquq mühafizə orqanları tərəfindən istintaqa çağırılmaları barədə çağırış vərəqələri, bildirişlərin 350 manata, təqsirləndirilən şəxs kimi barələrində həbs qətimkan tədbiri seçilməklə axtarışa elan olunmaları barədə qərarların 300 manata, cinayət işi başlanmasının rədd edilməsi və ya xitam vermə qararlarınm 600 manata hazırlanmasını, eləcə də, digər sənədlər üçün ödəniləcək pul vəsaitlərinin məbləğini, pulların və hazır olacaq sənədlərin çatdırılma üsullarını onunla müzakirə edib razılaşdıran dəstə üzvü Şahid2 tərəfindən həmin məlumatlar ona çatdırıldıqdan sonra, öz növbəsində qeyd olunan məlumatları dəstə üzvü X37 təqdim etməsi ilə sonuncu tərəfindən 26 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası ərazisini tərk etmiş Mahir Abbasovun guya Azərbaycan xalq cəbhəsi partiyasının üzvü kimi mitinqlərdə fəal iştirakına, siyasi baxış və mövqeyinə görə dövlət hakimiyyət orqanları tərəfindən dəfələrlə təqib və təzyiqlərə məruz qalmasına dair 23 noyabr 2015-ci il tarixli 156 nömrəli arayışı, həmçinin 26 oktyabr 2015-ci il tarixdə ölkə ərazisini tərk etmiş Rifan İbrahimovun guya müxalifət partiyaları tərəfindən Bakı şəhərində keçirilən mitinq və kütləvi aksiyalarda aktiv iştirak edərək polis əməkdaşlarına müqavimət göstərməsi səbəbindən inzibati qaydada həbs olunması ilə bağlı Bakı şəhəri Yasamal rayon məhkəməsinin 30 may 2015-ci il tarixli, 0055 (0278)-125/2015 nömrəli qərarı, habelə haqqında hər hansı araşdırmı və cinayət təqibi aparılmadığı, cinayət məsuliyyətinə cəlb olunmadığı halda cinayət işi üzrə təqsirləndirilən şəxs qismində Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin İstintaq şöbəsinə çağırılmasına dair 29 sentyabr 2015-ci il tarixli çağırış vərəqəsini və Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi tərəfindən barəsində təqsirləndirilən şəxs qismində axtarış elan edilməsi haqqında 26 noyabr 2015-ci il tarixli, 33/648-41 nömrəli qərarı, 05 noyabr 2017-ci il tarixdə ölkə ərazisini tərk etmiş Ayaz Hacıəliyevin guya Bakı şəhərində fiziki təzyiqələrə məruz qalaraq döyülməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X86 təcrübi və tədris birliyinin 24 iyul 2017-ci il tarixli, EP/16-28 nömrəli ekspert rəyini, Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin 16 avqust 2018-ci il tarixli arayışını, müraciətinə dair Bakı şəhər prokurorluğunun 22 avqust 2018-ci il tarixli 16/83-431 nömrəli cavab məktubunu, cinayət işi üzrə Ayaz Hacıəliyevin təqsirləndirilən şəxs qismində Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin İstintaq şöbəsinə çağırılmasına dair 28 sentyabr və 13 oktyabr 2017-ci il tarixli çağırış vərəqələrini, həmin idarə tərəfindən həbs qətimkan tədbiri seçilməsi və axtarışa verilməsinə dair qərarı, 16 avqust 2015-ci il tarixdə ölkə ərazisini tərk etmiş X21 guya fiziki təzyiqlərə məruz qaldığı halda barəsində əsassız cinayət təqibinin aparılıb həbs qətimkan tədbiri seçilməklə axtarışa elan olunması haqqında Bakı şəhər baş polis idarəsinin 10.05.2018-ci il tarixli, 78/361-49 nömrəli qərarı, 30 iyul 2015-ci il tarixdə ölkə ərazisini tərk etmiş X30 guya fiziki zorakılığa məruz qalması barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi 1 saylı X3 04 iyul 2018-ci il tarixli, 1/196 nömrəli arayışı, 26 sentyabr 2016-cı il tarixdə ölkə ərazisini tərk etmiş X29 guya fiziki təzyiqlərə məruz qalaraq ağır bədən xəsarətləri alması barədə Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin 15.02.2016-cı il tarixli, 197 nömrəli epiqrizi, Bakı baş səhiyyə idarəsi 1 saylı X3 02.02.2016-cı il tarixli 2/197 nömrəli epiqrizini, eləcə də 16 avqust 2017-ci il tarixdə Azərbaycan Respublikası ərazisini tərk etmiş X31 barəsində hər hansı cinayət işi və araşdırma aparılmadığı halda guya siyasi baxışlarına görə haqqında cinayət işi başlanmaqla təqsirləndirilən şəxs qismində cəlb olunaraq axtarış elan edilməsi haqqında Bakı şəhəri Yasamal rayon polis idarəsinin istintaq şöbəsinin 14.09.2017-ci il tarixli 21/218-46 nömrəli qərarı və çağırış vərəqələrini, həmçinin istintaqa məlum olmayan şəxsin fotoşəklindən istifadə etməklə guya 22.05.1988-ci il tarixdə Astara rayonunun Şahağac kəndində doğulmuş, faktiki mövcud olmayan X51 adına 05.06.2013cü il tarixli AZE ********* nömrəli şəxsiyyət vəsiqəsini maddi qazanc əldə etmək müqabilində istifadə məqsədilə qanunsuz olaraq elektrofotoqrafik çap qurğusu və axınlı printer vasitəsilə hazırlayıb məzmununa bilə-bilə yalan məlumatlar daxil edilmiş hüquq verən həmin rəsmi sənədlərdəki məhkəmə, istintaq, səhiyyə orqanları və digər qurumların vəzifəli şəxslərinin imzasını, möhür əkslərini, blank və qeydiyyat rekvizitlərini saxtalaşdırılaraq ona verilməsinin ardınca özü dəstə üzvləri Şahid2 vasitəsilə Şahid1 verməsindən sonra, sonuncunun satışı həyata keçirərək Dadaş Paşayev, Anar Fərzəliyev, Rafiq Əliyev barədə olan sənədləri aidiyyəti üzrə sahiblərinə çatdırılması, Mahir Abbasov və Rifan İbrahimov barədə saxtalaşdırılmış sənədləri Mahir Abbasovun adına Almaniya Federativ Respublikasının Bochum şəhəri, Herm Rebhuhnweq 44892 ünvanına göndərilməsi üçün 30 yanvar 2018-ci il tarixdə «xxxx» MMC-nin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 1021 saylı poçt şöbəsinə təqdim edilməsi, Ayaz Hacıəliyev, Əkrəm Yusibov barədə tərtib olunmuş sənədlərin 19 dekabr 2018-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Şahid1 yaşadığı ünvan 2 ünvanına baxış zamanı aşkar edilərək götürülməsi, X81 barəsindəki şəxsiyyət vəsiqəsinin isə Şahid2 idarə etdiyi «Toyota Prado» markalı, ** XE *** dövlət nömrə nişanlı avtomobilin salonundan aşkar edilməsi ilə mütəşəkkil dəstə tərkibində bilə-bilə hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədi ilə saxtalaşdıraraq qanunsuz hazırlayıb satmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 sentyabr 2020-ci il tarixdə, səhər saatlarında Almaniya Federativ Respublikasında Passau şəhərində olarkən polislər tərəfindən tutulmuş, 08 aprel 2021-ci il tarixdə,saat 16-17-də Münhen-İstanbul və İstanbul- Bakı aviareysi ilə Almaniya Federativ Respublikasından Azəbaycan Respublikasına ekstradisiya olunmuşdur. X75, X65, X66, X50, X67, X68, X69, X81 və Şahid1 heç birini tanımamış, həmin şəxslərlə hər hansı münasibəti olmamış, həmin şəxslərin harada yaşamaları, nə işlə məşğul olmaları barədə məlumatı olmamışdır. Mahir Abbasovun guya Azərbaycan xalq cəbhəsi partiyasının üzvü kimi mitinqlərdə fəal iştirakına, siyasi baxış və mövqeyinə görə dövlət hakimiyyət orqanları tərəfindən dəfələrlə təqib və təzyiqlərə məruz qalmasına dair 23.11.2015-ci il tarixli 156 nömrəli arayış, Rifan İbrahimovun guya müxalifət partiyaları tərəfindən Bakı şəhərində keçirilən mitinq və kütləvi aksiyalarda aktiv iştirak edərək polis əməkdaşlarına müqavimət göstərməsi səbəbindən inzibati qaydada həbs olunması ilə bağlı Bakı şəhəri Yasamal rayon məhkəməsinin 30.05.2015-ci il tarixli, 0055(0278)-125/2015 nömrəli qərarı, habelə haqqında hər hansı araşdırma və cinayət təqibi aparılmadığı, cinayət məsuliyyətinə cəlb olunmadığı halda cinayət işi üzrə təqsirləndirilən şəxs qismində Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin İstintaq şöbəsinə çağırılmasına dair 29.09.2015-ci il tarixli çağırış vərəqəsini və Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi tərəfindən barəsində təqsirləndirilən şəxs qismində axtarış elan edilməsi haqqında 26.11.2015-ci il tarixli 33/648-41 nömrəli qərar, Ayaz Hacıəliyevin guya Bakı şəhərində fiziki təzyiqələrə məruz qalaraq döyülməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X86 təcrübi və tədris birliyinin 24.07.2017-ci il tarixli EP/16-28 nömrəli ekspert rəyini, Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin 16.08.2018-ci il tarixli arayışını, müraciətinə dair Bakı şəhər prokurorluğunun 22.08.2018-ci il tarixli, 16/83-431 nömrəli cavab məktubunu, cinayət işi üzrə Ayaz Hacıəliyevin təqsirləndirilən şəxs qismində Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin İstintaq şöbəsinə çağırılmasına dair 28.09.2017 və 13.10.2017-ci il tarixli çağırış vərəqələrini, həmin idarə tərəfindən həbs qətimkan tədbiri seçilməsi və axtarışa verilməsinə dair qərar, X21 guya fiziki təzyiqlərə məruz qaldığı halda barəsində əsassız cinayət təqibinin aparılıb həbs qətimkan tədbiri seçilməklə axtarışa elan olunması haqqında Bakı şəhər baş polis idarəsinin 10.05.2018-ci il tarixli 78/361-49 nömrəli qərar, X30 guya fiziki zorakılığa məruz qalması barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi 1 saylı X4 04.07.2018-ci il tarixli, 1/196 nömrəli arayış, X29 guya fiziki təzyiqlərə məruz qalaraq ağır bədən xəsarətləri alması barədə Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin 15.02.2016-cı il tarixli 197 nömrəli epiqrizi, Bakı baş səhiyyə idarəsi 1 saylı X3 02.02.2016-cı il tarixli, 2/197 nömrəli epiqrizini, X31 barəsində hər hansı cinayət işi və araşdırma aparılmadığı halda guya siyasi baxışlarına görə haqqında cinayət işi başlanmaqla təqsirləndirilən şəxs qismində cəlb olunaraq axtarışa elan edilməsi haqqında Bakı şəhəri Yasamal rayon polis idarəsinin istintaq şöbəsinin 14.09.2017-ci il tarixli, 21/218-46 nömrəli qərarı və çağırış vərəqələri, həmçinin başqa bir şəxsin fotoşəklindən istifadə etməklə guya 22.05.1988-ci il tarixdə Astara rayonunun Şahağac kəndində doğulmuş, faktiki mövcud olmayan X51 adına 05.06.2013-cü il tarixli, AZE ********* nömrəli şəxsiyyət vəsiqəsinin hamısını tanışı Elsəvər Əliyev hazırlamış, E.Əliyevin də həmin sənədləri hansı şəraitdə, harada hazırlaması, kimə hansı miqdarda pul verməsi barədə məlumatı olmamış, E.Əliyevə verəcəyi pul Şahid1 tərəfindən ayrıca olaraq ona verilmiş, E.Əliyevə hər bir sənəd üçün təxminən 20-30 manat arası pul vermiş, E.Əliyevə verəcəyi pul Şahid1 tərəfindən ayrıca olaraq ona verilmişdir. Həmçinin tanışı olan Şahid2 ayrı-ayrı vətəndaşlardan lazım olan sənədləri toplayıb görəcəkləri işə görə alman pullarla birlikdə ona vermiş, həmin sənədləri pulla birlikdə tanışı E.Əliyevə vermiş, sonuncu həmin sənədləri bilmədiyi şəraitdə hazırlayıb ona təqdim etmiş, həmin saxta sənədləri E.Əliyevdən götürüb Şahid2, Şahid2 isə öz növbəsində həmin sənədləri həmin vətəndaşların yaxınlarına vermiş, bu sənədlərin hazırlanması üçün hər sənədə görə Şahid1 Şahid2 50-100 manat arası manat pul vermiş, sonra isə həmin pulu Şahid2 onunla bölmüş, təxminən hər sənəd üçün Şahid2lə ona hərəsinə 25-50 manat arası pul qalmış, Şahid1 həmin şəxslərdən hər sənəd üçün təxminən 350 manata yaxın pul almış, yuxarıda qeyd edilən sənədlərin hamısını tanışı E.Əliyev hazırlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli hökmü ilə ittiham hökmü çıxarılmışdır. O, Təqsirləndirilən şəxs ilə qonşudur. Təqsirləndirilən şəxs xaricə getmək üçün ona müraciət etmiş, o, isə Təqsirləndirilən şəxs “Elsever” adlı tanışının ofisinə aparmış və Təqsirləndirilən şəxsla Elsevəri tanış etmişdir. Şahid1 müxtəlif sənədlərin hazırlanması üçün ona müraciət etmiş, o, öz növbəsində bunu Təqsirləndirilən şəxs bildirmiş, onunla Elsever arasında pul haqq hesabı olduğu üçün lazım olan sənədləri toplayıb görəcəkləri işə görə alınan pullarla birlikdə Təqsirləndirilən şəxs vermiş, sonuncu isə həmin sənədləri pulla birlikdə tanışları E.Əliyevə vermiş, sonuncu həmin sənədləri hazırlayıb Təqsirləndirilən şəxs təqdim etmiş, Təqsirləndirilən şəxs isə ona vermişdir. O, isə həmin sənədləri həmin vətəndaşların yaxınlarına vermiş, bu sənədlərin hazırlanması üçün hər sənədə görə Şahid1 ona 50-100 manat arası manat pul vermiş, sonra isə həmin pulu o, Təqsirləndirilən şəxsla bölmüş, təxminən hər sənəd üçün Təqsirləndirilən şəxsla ona hərəsinə 25-50 manat arası pul qalmış, Şahid1 həmin şəxslərdən hər sənəd üçün təxminən 350 manata yaxın pul almış, yuxarıda qeyd edilən sənədlərin hamısını tanışları E.Əliyev hazırlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 30 ildir ki, Şahid2lə ailəlidir, özü evdar qadındır, nikahlarından 3 qız övladları vardır. Fridun xırda ticarətlə, ev alqı-satqısı ilə, müxtəlif şəxslərə fərdi olaraq viza düzəltməyə köməklik etməklə məşğuldur. 20 dekabr 2018-ci il tarixdə saat 01 radələrində Fridun qızının baldızını evlərinə aparmaq üçün evdən çıxıb getmişdir. Bir qədər sonra o, ev telefonuna zəng edərək onu 2 maşının izlədiyini, yəqin ki, tutulacağını dedi. Bundan qorxaraq Fridunun saxlamaq üçün ona verdiyi flyaş yaddaş daşıyıcısını evin sanitar qovşağındakı unitaza atmış və suyu çəkərək onu məhv etmişdir. Belə ki, Fridun əvvəllər də məhkum olunubdur, o zaman da evlərinə axtarışa gəlmişdilər. Həmin flyaş kartın içində ona və qızlarına xələl gələ biləcək hər hansı məlumat ola bilməsindən ehtiyat etdiyindən onu məhv etmək qərarına gəlmişdir. Fridun bu yaddaş qurğusunu təxminən 1 həftə əvvəl haradansa gətirib evdə saxlamaq üçün ona vermişdir. Flyaş-kartı məhv etdikdən sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Fridunla birgə evə gəlib baxış keçirmişlər və onlara flyaş-kartı məhv etməsini bildirmişdir. Fridun əvvəllər saxta sənəd düzəltdiyinə görə 2 dəfə məhkum olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 1988-ci ildən ailəsi ilə birgə Bakı şəhərinə köçmüşdür. 20 dekabr 2018-ci il tarixdə işdən çox yorğun gəlmişdir, buna görə də yatmışdır. O qədər yorğun olduğu üçün evlərinə gələn qonaqları da görməmişdir.DTX əməkdaşları atası ilə birgə evə daxil olmalarını görmüşdür. Daha sonra evlərində baxış keçirilmiş və bir neçə sənəd götürülmüşdür. Atası anasına zəng edib 2 avtomobil tərəfindən təqib olunduğunu deyibdir və onda olan əşyanı gizlətməyi tapşırıbdır. Sonradan anası ona demişdir ki, həmin əşya elektron yaddaş daşıyıcısı olmuşdur. Lakin həmin flyaş-kartın içərisində nə olduğundan məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2000-ci ildə sənəd saxtalaşdırma əməlinə görə Sabunçu rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə məhkum olunub islah işləri cazası almışdır. Şahid2 1988-ci ildən tanıyır, ailəvi gediş-gəlişləri vardır. Tez-tez bir-birləri ilə telefon əlaqəsi saxlayıb danışmışlar. 19 dekabr 2018-ci il tarixdə, saat 11-12 radələrində Şahid2 onun istifadəsində olan ********** nömrəsinə zəng edərək özündə olan bir ədəd ölüm haqqında şəhadətnamənin mətnində 1 rəqəmini yazmasını xahiş etmişdir. Demişdir ki, sadəcə ölüm haqqında şəhadətnaməyə 1 rəqəmi yazılmalıdır. Şahid2 hazırda iş başında, Bakı şəhəri Babək prospektindəki obyektlərin birində olduğunu ona demişdir. Şahid2 isə ona axşam əlavə olaraq bununla bağlı zəng edəcəyini demişdir. Həmin ölüm haqqında şəhadətnamənin kimin adına olması və hansı səbəbdən oraya 1 rəqəmini yazmağı xahiş etməsini bilmir. Bununla bağlı Şahid2 ona heç nə deməmişdir, özü də soruşmamışdır. Axşam saatlarında Şahid2 ona bir daha zəng etmiş, ona evin yaxınlğında olduğunu, domino oynadığını söyləmişdir. Şahid2 isə sabah üçün əlaqə saxlayacağını deyərək sağollaşmışdır. Şahid1 adlı şəxsi tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2 yaşı olanda valideynləri ilə birlikdə daimi yaşamaq üçün Rusiya Federasiyasının Tümen vilayətinin Abatsk rayonuna köçmüşlər. Orada atası kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olmuşdur. Özü Abatsk kənd orta məktəbində təhsil almış, Şəmkir rayonuna qayıtdıqları üçün təhsilini Şəmkir peşə liseyində davam etdirmişdir. İxtisası kəndin elektrikləşməsi üçün 3-cü dərəcəli montyordur.2015- 2017-ci illərdə hərbi xidmətdə olmuşdur. Hazırda Bakı şəhərində “Avenyu” mehmanxanasının yeməkxanasında ofisiant işləyir. Bacısı Günel 2013 və ya 2014- cü ildə Fəxri Hüseynov adlı şəxslə ailə həyatı qurmuşdur. Onların birgə nikahdan iki uşaqları vardır və onlar Almaniyada yaşayırlar. Miqrasiya orqanlarına saxta sənədlər təqdim edərək oturum icazəsi almış şəxslərdən heç kimi tanımır. Şahid1 adlı şəxsi cəmi 1 dəfə görmüşdür.Onunla şəxsi münasibətləri yoxdur, ancaq qohumluq əlaqələri vardır. Mübariz bacısı Günelin qaynanası Kamilənin qardaşıdır. Şahid1 bir dəfə onlarda olmuş onu və həyat yoldaşını tanımışdır. Belə ki, bacısı ilə görüşmək üçün Almaniyaya getmək istədiyindən Kamilə xala ilə danışıb sənədlərini, hərbi biletini, pasportunu, doğum haqqında şəhadətnamənin surətini, peşə liseyi və məktəbi qurtarması barədə sənədləri attestatı, yaşayış yerindən arayışı Fəxriyə göndərilməsi üçün ona verməli idi və Fəxri də ona AFR-ə getmək üçün dəvətnamə göndərməli idi. Təxminən 2-3 ay əvvəl sənədləri topladıqdan sonra Kamilə xala ilə danışanda sonuncu Badamdar qəsəbəsində yaşayan qardaşı Şahid1 evində olduğunu deyib sənədləri ora gətirməyi tapşırmışdır. Bu məqsədlə də Şahid1 evinə getmiş və onu da ilk dəfə orada görmüş, ancaq ona dəvətnamə gəlməmişdir, sənədləri də elə orada qalmışdır. X87 kimlər üçünsə saxta sənədlər hazırlatmasından xəbəri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 1989-cu ildən “xxxx” MMC-nin Poçt daşıma mərkəzində müxtəlif vəzifələrdə işləmiş, 2000ci ildən çeşidləmə sexinin rəisi vəzifəsində qulluq edir. 31 yanvar 2018-ci il tarixdə sexin rəis müavini Şahid8 və sexin briqadiri Şahid10 iştirakı ilə Bakı şəhəri AZ 1021 saylı poçt şöbəsindən 30 yanvar 2018-ci ildə daxil olmuş AZ 1021AZ909580019K109 saylı kisə onların çeşidləmə sexində açılaraq içindən RR 004579965AZ ştrix kodlu üzərində “Məktub göndərənin ünvanı /From” qrafasında “X82, ünvan 3 tel:**********” sözləri, “Kimə/To” qrafasında “Mahir Abbasov” və “hara/Vhere” qrafasında isə “Herm, Rebhuhnveq 20, 44892, Bochum. Germany, tel: +**********550” sözləri yazılmış boyaya batmış zərf aşkar olunmuşdur. Zərfin boyaya batmış vəziyyətdə xaricə göndərilməsi Azərbaycan Respublikasına xələl gətirəcəyindən bununla bağlı şikayətin qarşısını almaq üçün məktubun zərfini dəyişib ünvanına göndərməyi qərara almışlar. Zərfin içindəkini başqa zərfə qablaşdırarkən mövcud Azərbaycan qanunvericiliyinə əsasən vətəndaşlar arasında aparılan danışmaların sirr olması nəzərə alınaraq zərfin içində olan sənədlər oxunmadan gözəyarı baxışla onların eyni qələmlə imzalanması, möhürlərin birinin rəngli, digərinin ağqara olması, kustar üsulla çap olunması onlarda şübhə yaratmışdır. Bu səbəbdən müvaifq akt tərtib olunaraq sənədlər Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 1990-cı ildən “xxxx” MMC-nin Poçt daşıma mərkəzində müxtəlif vəzifələrdə işləmiş, 2000ci ildən çeşidləmə sexinin rəis müavini vəzifəsində qulluq edir. 31 yanvar 2018-ci il tarixdə işlədiyi sexin rəisi Əhliman müəllim və sexin briqadiri Şahid10 iştirakı ilə Bakı şəhəri AZ 1021 saylı poçt şöbəsindən 30 yanvar 2018-ci ildə daxil olmuş AZ 1021AZ909580019K109 saylı kisə onların çeşidləmə sexində açılaraq içindən RR 004579965AZ ştrix kodlu üzərində “Məktub göndərənin ünvanı /From” qrafasmda “X82, ünvan 3 tel:**********” sözləri, “Kimə/To” qrafasmda “Mahir Abbasov” və “hara/Vhere” qrafasında isə “Herm, Rebhuhnveq 20, 44892, Bochum. Germany, tel: +**********550” sözləri yazılmış boyaya batmış zərf aşkar olunmuşdur. Zərfin boyaya batmış vəziyyətdə xaricə göndərilməsi Azərbaycan Respublikasına xələl gətirəcəyindən bununla bağlı şikayətin qarşısını almaq üçün məktubun zərfini dəyişib ünvanına göndərməyi qərara almışlar. Zərfin içindəkini başqa zərfə qablaşdırarkən mövcud Azərbaycan qanunvericiliyinə əsasən vətəndaşlar arasında aparılan danışmaların sirr olması nəzərə alınaraq zərfin içində olan sənədlər oxunmadan gözəyarı baxışla onların eyni qələmlə imzalanması, möhürlərin birinin rəngli, digərinin ağ-qara olması, kustar üsulla çap olunması onlarda şübhə yaratmışdır. Bu səbəbdən müvaifq akt tərtib olunaraq sənədlər Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, “xxxx” MMC-nin Poçt daşıma mərkəzinin çeşidləmə sexinin briqadiri vəzifəsində çalışır. 31 yanvar 2018-ci il tarixdə işlədiyi sexin rəisi Əhliman müəllim və onun iştirakı ilə Bakı şəhəri AZ 1021 saylı poçt şöbəsindən 30 yanvar 2018-ci ildə daxil olmuş AZ 1021AZ909580019K109 saylı kisə onların çeşidləmə sexində açılaraq içindən RR 004579965AZ ştrix kodlu üzərində “Məktub göndərənin ünvanı /From” qrafasmda “X82, ünvan 3 tel:**********” sözləri, “Kimə/To” qrafasında “Mahir Abbasov” və “hara/Vhere” qrafasında isə “Herm, Rebhuhnveq 20,44892, Bochum. Germany,tel: +**********550” sözləri yazılmış boyaya batmış zərf aşkar olunmuşdur. Zərfin boyaya batmış vəziyyətdə xaricə göndərilməsi Azərbaycan Respublikasına xələl gətirəcəyindən bununla bağlı şikayətin qarşısını almaq üçün məktubun zərfini dəyişib ünvanına göndərməyi qərara almışlar. Zərfin içindəkini başqa zərfə qablaşdırarkən mövcud Azərbaycan qanunvericiliyinə əsasən vətəndaşlar arasında aparılan danışmaların sirr olması nəzərə alınaraq zərfin içində olan sənədlər oxunmadan gözəyarı baxışla onların eyni qələmlə imzalanması, möhürlərin birinin rəngli, digərinin ağ-qara olması, kustar üsulla çap olunması onlarda şübhə yaratmışdır. Bu səbəbdən müvaifq akt tərtib olunaraq sənədlər Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş: ********* nömrəli cinayət işi 24 aprel 2021-ci il tarixdə Baş Prokurorluğun İstintaq idarəsində barələrində axtarış elan edilmiş X74, X76, X70 və digərləri barədə qanunsuz miqrasiyasının təşkili məqsədilə hüquq verən rəsmi sənədlərin saxtalaşdırılmaqla qanunsuz hazırlanması, satılması, istifadə edilməsi və sair faktlar üzrə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs bilə-bilə hüquq verən rəsmi sənədləri saxtalaşdırıb qanunsuz hazırlamaqla satma əməlləri üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə ayrıca icraata ayrılmışdır. (İ cild i.v. 1) ********* nömrəli cinayət işi Azərbaycan Respublikasının bir qrup vətəndaşlarının özgənin külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirməsi, səlahiyyətli dövlət orqanları və digər qurumların vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xarici ölkələrdə «oturum icazəsi» almaq məqsədilə Azərbaycan Respublikasında hüquqlarının pozulması, daşınmaz əmlak və torpaq sahələrinin əllərindən alınması, siyasi baxışlarına, sosial mənsubiyyətlərinə görə təqib olunmaları, barələrində cinayət işi başlanmaqla axtarışa verilmələri haqqında saxta sənədlər hazırlayaraq xarici dövlətlərin yerli miqrasiya orqanlarına təqdim etməklə vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı, qanunsuz miqrasiyanın təşkili, rəsmi sənədləri saxtalaşdırma və istifadə etmə əməllərinin törədilməsi faktları üzrə 28 noyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının sabiq Baş prokuroru, İ dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2, 313, 318-1.2.3, 320.1, 320.2ci maddələri ilə başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə həvalə olunduğundan həmin gün idarənin sabiq xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, baş ədliyyə müşaviri Vüqar Nəsibovun icraatına qəbul edilmiş, 10 iyun 2020-ci il tarixdən isə müstəntiq Q.Məmmədov tərəfindən qəbul edilməklə ibtidai istintaq davam etdirilir. (İ cild i.v. 9-11) Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və qeyrilərinin ayrı-ayrı şəxslərə xarici ölkələrdə «oturum icazəsi» almaq üçün rəsmi sənədləri saxtalaşdıraraq istifadə məqsədi ilə qanunsuz hazırlanması faktları üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin 2-ci şöbəsinin rəisi, ədliyyə polkovniki X83 tərəfindən 19 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmaqla, həmin idarənin mühüm işlər üzrə baş müstəntiqi, ədliyyə kapitanı X38 icraatında, onun rəhbərlik etdiyi istintaq qrupu tərəfindən istintaq aparılmış, 25 dekabr 2018-ci il tarixdə ibtidai istintaqının davam etdirilməsi üçün Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə göndərilərək 27 dekabr 2018-ci ildə həmin cinayət işi Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin sabiq rəis müavini - Kriminalistika şöbəsinin rəisi, baş ədliyyə müşaviri X52 icraatına qəbul edilib eyni tarixli qərarla Azərbaycan Respublikasının bir qrup vətəndaşlarının səlahiyyətli dövlət orqanları və digər qurumların vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xarici ölkələrdə «oturum icazəsi» almaq məqsədilə guya Azərbaycan Respublikasında hüquqlarının pozulması, siyasi baxışlarına, sosial mənsubiyyətlərinə görə təqib olunmaları, barələrində cinayət işi başlanmaqla axtarışa verilmələri haqqında saxta sənədlər hazırlayaraq xarici dövlətlərin yerli miqrasiya orqanlarına təqdim etməklə vəzifə səlahiyyətlərindən sui-istifadə, dələduzluq, vəzifə saxtakarlığı, qanunsuz miqrasiyanın təşkili, rəsmi sənədləri saxtalaşdırma və istifadə etmə əməllərinin törədilməsi faktları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313, 318-1.2.3, 320.1, 320.2-ci maddələri ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmiş, 21 fevral 2019-cu il tarixdə Kriminalistika şöbəsinin sabiq rəisi, istintaq qrupunun rəhbəri, baş ədliyyə müşaviri Vüqar Nəsibov tərəfindən qəbul edilmiş qərarla Şahid1 və Şahid2 mütəşəkkil dəstə tərkibində bilə-bilə hüquq verən rəsmi sənədləri istifadə məqsədilə saxtalaşdırmaqla qanunsuz hazırlama və satma əməlləri üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət işi ********* nömrəsi altında ayrıca icraata ayrılaraq, həmin gün də müstəntiq Q.Məmmədovun icraatına qəbul edilməklə ibtidai istintaqı rəhbərlik etdiyi istintaq qrupu tərəfindən davam etdirilmiş və 25 fevral 2019-cu il tarixdə Şahid1 və Şahid2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət ittiham aktı ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail rayon məhkəməsinə göndərilmişdir. ( İİ cild, i.v. 4-5, 58, 192-193,200- 201) 24.03.2021-ci il tarxili qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq müddəti 3 ay, yəni 20.06.2021-ci il tarixə kimi uzadılmışdır. ( İ cild, i.v.189-192) 04 fevral 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. (İİİ cild i.v.126-128) 04 fevral 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir.(İİİ cild i.v.129-131) Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 05.02.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 ay 23 gün müddətində həbs qətimkan tədbiri seçilmişdir.(İİİ cild i.v.141-143) Beynəlxalq axtarışda olan Təqsirləndirilən şəxs 07 aprel 2021-ci il tarixdə Ədliyyə Nazirliyinin əməkdaşlarının müşayiəti ilə Almaniya Federativ Respublikasından Azərbaycan Respublikasına ekstradisiya olunmuş, həmin tarixdən etibarən Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılmış və Təqsirləndirilən şəxs 01.09.2020-ci il tarixdən etibarən Almaniya Federativ Respublikasında Azərbaycan Respublikasına ekstradisiya olunması məqsədi ilə həbsdə saxlanılmışdır. (İV cild i.v.157) 21 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (İV cild i.v.175-177) Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin «xxxx» Məhdud məsuliyyətli cəmiyyətinin Poçt daşıma mərkəzinin 01.02.2018-ci il tarixli 05-02/74 nömrəli məktubu və Bakı Poçtdaşıma Mərkəzi tərəfindən tərtib olunmuş 31.01.2018-ci il tarixli aktdan görünür ki, 31.01.2018-ci il tarixdə, AZ 1021 saylı poçt şöbəsindən Bakı Poçt Daşıma Mərkəzinə 1 ədəd AZ 1021AZ909580019K109 məktub kisəsi daxil olmuşdur. Kisə açılarkən onun içərisindən üzərinə rəngli boya tökülmüş bir ədəd RR0045 799665 AZ saylı 30.01.2018-ci il tarixdə ünvan 4 ünvanlanmış beynəlxalq məktub çıxdı. Məktubun boyaya batmış vəziyyətdə xaricə göndərilməsi Azərbaycan poçtuna xələl gətirəcəyini və əlavə şikayət yaranmasının qarşısını almaq məqsədilə məktubun üz zərfinin dəyişərək gecikdirilmədən ünvanı üzrə göndərilməsiin təmin etmək qərara alınmışdır. Məktub göndərənin ünvanı X84 Bakı Badamdar qəsəbə Gənclər küç. Ev 8 a, Tel:**********, məktub alanın ünvanı X138, Rebhuhnweg 20, 44892 Bochum, Germany Tel:+**********550-dir. Göstərilən zərf açılarkən onun içərisindən 4 vərəqdən ibarət məktub çıxmışdır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məktubun məzmunu oxunulmamış, lakin sənədlər başqa bir təmiz zərfə qoyularkən ayrı-ayrı tarixlərdə imzalanasa da, eyni qələmlə imzalanmağa xarakterik Bakı şəhər Baş Polis İdarəsinin məktubu və Yasamal rayon məhkəməsinin qərarları aşkar olunmuş, Bakı şəhər Baş Polis İdarəsinə məxsus eyni A 4 tipli vərəqlərdən birində rəngli,digərində isə ağ-qara həkk edilmiş gerblərin olması və AXCP tərəfindən verilmiş arayışın başlığının kustar üsulla çap olunması şübhələr yaratmış, bu məqsədlə həmin sənədlər yoxlanılması üçün dövlət orqanına təqdim olunmuşdur. (İİ cild i.v.13-14) RR********** AZ ştrix kodlu zərfin içərisində X13, X138, Rebhuhnweg 20, 44892 Bochum, Germany ünvanına göndərilən zərfin içərisində aşkar edilmiş, məzmununa, formasına, dövlət orqanlarında kargüzarlığın aparılması qaydalarına zidd tərtib edilmə üsuluna, mətninə, strukturuna, hüquq normalarına istinadlarına görə aşkar surətdə həqiqi normativ və xidməti sənədlərdən saxtalığı ilə fərqlənən sənədlərə baxış keçirilməsi haqqında 13.02.2019-cu il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin blankında tərtib olunmaqla istintaq şöbəsinin müstəntiqi M.Hüseynovun adından imzalanmış və möhürlə təsdiqlənmiş 26.11.2015-ci il tarixli 33/648-41 nömrəli «Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında Qərar»ın mətninə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru M.Hüseynov icraatında olan 33/648-41 saylı cinayət işinin materiallarını nəzərdən keçirib müəyyən etmişdir ki, 04.08.1982-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı, azərbayanlı, Şəki şəhəri, H.Çələbixan küçəsi ev 1 a-da qeydiyyatda olan X65 barəsində qaldırılmış 33/648- 41 saylı cinayət işi Bakı şəhər prokurorluğu tərəfindən təsdiq olunaraq aidiyyəti üzrə Bakı şəhəri Baş prolis idarəsinin istintaq şöbəsinə göndərilmişdir.Müəyyən edilmişdir ki, X88 partiyasının qeyri-qanuni mitinq və aksiyasının keçiirilmə vaxtını broşürlər vasitəsilə müəyyən edilmiş yerlərə, divarlara yapışdıraraq, mitinqin keçiriləcəyi 25.10.2015-ci il tarixli günü broşurlərdə təyin edilmişdir. 28.09.2015-ci il tarixdə broşürləri təyin olunmuş və əhalinin gediş-gəlişli mərkəzi küçələrinin birində yayımladığı vaxt ərazi üzrə xidmətdə olan polis əməkdaşı ona yaxınlaşaraq onun kim olmasını və kimliyini təsdiq edən sənəd istəmişdir. X8 şəxsiyyəti təsdiq edən sənədi polis əməkdaşına təqdim etmiş və polis əməkdaşı özünə məxsus kitabçada lazımi qeydlər etmiş, sonradan sənədləri vətəndaşa qaytararaq küçələrə broşürləri yaymamasını və dinc əhalini narahat etməməsini bildirmişdir. X111 polisin dediklərinə qarşı qərəzli şəkildə öz etirazını bildirərək etdiyi hərəkətlərin heç bir qanunsuz olmadığın bildirmiş və qanun daxilimdə dinc mitinqin keçiriləcəyini bildirmişdir. Polisin qanuni tələblərinə riayət etməyəcəyini və broşürların yayımlanmasını davam etdirəcəyini bildirərək polisə qarşı qeyri-etik hərəkətlər etmişdir. Polis əməkdaşı hadisəni dinc yolla həll etmək üçün xidmətdə olan əlavə polis nəfəri çağırarkən X8 hadisə yerindən qaçaraq uzaqlaşmışdır. 25.10.2015-ci il tarixdə vətəndaş X88 partiyası parlament seçkilərinə qarşı mitinqində iştirak etmiş, mitinq qurtardıqdan sonra, polis əməkdaşları ona yaxınlaşaraq saxlamaq istəsələr də onun ətrafına toplaşmış partiya yoldaşları yenə də polis əməkdaşlarına kütləvi müqavimət göstərərək Rifan İbrahimovu yenə də qaçırmağa müvəffəq olmuşlar. Baş vermiş hadisə ilə əlaqədar olaraq Bakı ŞBPİ-nin İstintaq şöbəsində Rifan İbrahimova qarşı Azərbaycan Respublikası CM-in 318.1 -ci maddəsi ilə İXM-nin 223 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 281.1 (dövlət əlyehinə yönələn açıq çağırışlar) və 281.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi açılmışdır. Cavabdehə tərəfimizdən təqsirləndirilən şəxs qismində 05.10.2015-ci il tarixlərdə rəsmi çağırış vərəqəsi göndərilsə də, o ibtidai istintaqdan müxtəlif yerlərdə gizlənərək heç bir çağırışa gəlməmişdir. Göstərilənləri və Azərbaycan Respublikası CPM-in 278-ci maddəsinin tələblərini nəzərə alaraq Şəki şəhəri, H.Çələbixan küçəsi, ev 1a-da qeydiyyatda olan, 04.08.1982-ci il təvəllüdlü X65 barəsində qaldırılmış Azərbaycan Respublikası CM-nin 318.1 və CPM-in 281.1 və 281.2-ci maddələri ilə təqsirli bilinərək ibtidai istintaqdan yayındığına görə onun barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilməsi, axtarışın verildiyi 26.11.2015-ci ildən qüvvədə olduğu, axtarış barədə məlumatın nəzarətedici prokurora göndərilməsi, qərarın surətinin Dövlət Sərhəd Xidmətinin keçid məntəqələrinə təqdim olunması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin blankında tərtib olunmaqla həmin idarənin istintaq şöbəsinin müstəntiqi, polis mayoru M.Hüseynovun adından çəkilmiş imza və möhürlə təsdiq olunmuş 29.09.2015-ci il tarixli «Çağırış vərəqəsi»nin mətnindən görünür ki, X65 05.10.2015-ci il tarixdə, saat 10:30-da şəxsiyyətini təsdiq edən sənədlə birgə cinayət işi üzrə təqsirləndirilən şəxs qismində istintaqa çağırılır. Bakı şəhəri Yasamal rayon məhkəməsi hakimi A.S.Məmmədovun adından imzalanmaqla möhürlə təsdiqlənmiş, 0055 (0278)-125/2015 nömrəli iş üzrə «İnzibati xəta haqqında iş üzrə 30 may 2015-ci il tarixli qərar»ının mətnindən görünür ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin hakimi X6 rayon polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşı, Şəki şəhəri, H.Çələbixan küçəsi, ev 1a-da qeydiyyatda olan 04.08.1982-ci il təvəllüdlü X65, 30 may 2015-ci il tarixdə Milli Şuranın «Xilas olaq» şüarı altında keçirdiyi mitinqdə,öz fəallığı ilə seçilərək xalq arasında ziddiyyətli hərəkətlər edərək dinc əhalini öz arxasınca aparmağa, dövlət əleyhinə şüarlar səsləndirməyə, dövlət başçımızın və məmur özbaşınalığına qarşı çıxmalarına təhrik etmişdir. Lakin polis əməkdaşları onların qanunsuz hərəkətlərindən çəkindirməyə çalışsalar da, onların arasında öz fəallığı ilə fərqlənən X65 öz ətrafına topladığı müxalifət nümayəndələri ilə polisin qanuni tələblərinə heç bir əhəmiyyət verməmiş, hakimiyyət əleyhinə şüarlar səsləndirərək özünün qanunsuz hərəkətlərini davam etdirmiş və ətrafdakıları da qanunsuz hərəkətlərə cəlb etmişdir. Onun bu hərəkətlərinin qarşısını almaq istəyən polis əməkdaşlarına müqavimət göstərmişdir. Yasamal rayon polis əməkdaşları X39 bu hərəkətlərindən çəkindirmək üçün idarəyə gətirmişlər. Polislərin dediklərinə əsasən idarəyə gətirilərkən onlara yolda təzyiq və müqavimət göstərmişdir. Bunları nəzərə alaraq X32 bu hərəkətlərinə polis idarəsində protokol tərtib edilərək AR İXM-nin 281.1 və 282.1-ci maddələrinin sanksiya hissəsi nəzərdə tutulan inzibati xətanı törətmişdir. X8 məhkəmə zalında hakimin onun təqsirli bilməsini əsassız hesab edərək özünü təqsirli bilməmiş və heç bir polis hüquqlarının tapdalanmasına yol verməməsini bildirmişdir. İnzibati xəta materiallarını nəzərdən keçirərək X32 İXM-nin 281.1 və 282.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməklə təqsirli bilinməli və müyyən müddətə inzibati qaydada cəzalandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 281.1 və 282.1-ci maddələrini rəhbər tutaraq X32 həmin maddələrdə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək Yasamal rayon məhkəməsinin qərarı ilə 15 gün müddətinə azadlıqdan məhrum edilməsi, inzibati həbs cəzasının əvvəlinin 30.05.2015-ci ildən hesablanması, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə biləcəyi qərara alınmışdır. Azərbaycan xalq cəbhəsi partiyasının blankında tərtib olunmaqla, təşkilat şöbəsinin müdiri Saqit Qurbanovun adından imza və möhürlə təsdiqlənmiş 23.11.2015-ci il tarixli 156 nömrəli arayışın mətinindən görünür ki, həmin arayış 30.11.1982-ci il təvəllüdlü X54 ona görə verilir ki, o, həqiqətən 18 avqust 2013-cü ildən AXCP-nin üzvüdür. AXCP-nin fəal üzvlərindən biri kimi partiyanın və Milli Şuranın keçirdiyi bütün mitinqlərdə, tədbirlərdə iştirak etmişdir. O, 2013cü ilin prezident seçkilərində Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin imza toplama kampaniyasında və seçkisində yaxından iştirak etmişdir. X75 Bakının Yasamal rayon ərazisində Milli Şuranın mitinqində iştirakına və fəallığına görə hakimiyyət strukturları tərəfindən dəfələrlə təqiblərə, təzyiqlərə məruz qalmışdır. Arayış tələb olunan yerə təqdim olunmaq üçün verilir və qeyd olunanların nəzərə alınması xahiş olunur. (İİİ cild, i.v. 233-235) 182990105 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər Şahid1 və Şahid2 yaşadıqları evlərdən və idarə etdikləri nəqliyyat vasitələrindən aşkar edilərək götürülmüş, məzmununa, formasına, dövlət orqanlarında kargüzarlığın aparılması qaydalarına zidd tərtib edilmə üsuluna, mətninə, strukturuna, hüquq normalarına istinadlarına görə aşkar surətdə həqiqi, normativ və xidməti sənədlərdən saxtalığı ilə fərqlənən sənədlərə baxış keçirilməsi haqqında 13.02.2019-cu il tarixli protokoldan görünür ki, Şahid1 yaşadığı ünvan 6 ünvanında yerləşən evin saxlanc yerindəki geyim əşyalarının altından göy rəngli sənəd qovluğunun içindən aşkar edilmiş X66 barəsində tərtib edilmiş «Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi A/B Y\sahəsi ev 38, mənzil 106-da qeydiyyatda olan, 10.09.1990-cı il təvəllüdlü X33 döyülməsinə dair həkim ekspert rəyi» adlı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X86 Təcrübi və Tədris Birliyinin blankında tərtib olunmaqla möhür və imzalarla təsdiqlənmiş 24.07.2017-ci il tarixli, EP/16-28 nömrəli sənədin məzmununa daxil edilmiş təhrif olunmuş məlumatlar aşağıdakı kimidir: 16 iyul 2017-ci il tarixdə mərkəzimizə ağır dərəcədə xəsarətlər almış xəstə daxil olmuşdur. Xəstə təcili olaraq müayinə otağı götürülərək ilkin müayinəyə başlamışdır. İlkin müayinə zamanı məlum olmuşdur ki, xəstə tanımadığı bir neçə şəxslər tərəfindən heç bir sorğu-sual olmadan ona qarşı hücum edərək onu döyərək ağır dərəcəli bədən xəsarətləri yetirmişlər. Xəstənin bədənində olan xəsarətlər baş-beyin hissəsinə küt alətlə xəsarətlər yetirilməsi, bədənin müxtəlif yerlərində cızılmış, qaralmış ləkələr, sifətinin göyərməsi, hər iki göz altının göyərməsi, gözdaxili qan ləkələrinin olması kimi hallar aşkarlanmışdır. Xəstə 10.09.1990-cı il təvəllüdlü Bakı şəhər sakini X66 olduğu məlum olmuşdur. Xəstə tərəfimizdən təcili olaraq intensiv palataya yerləşdirilmişdir. Həkim mütəxəssisləri tərəfindən müayinə və müalicə tədbirləri keçirilmişdir. Xəstənin aldığı xəsarətlər üzrə bir neçə ekspertiza və analizlər götürülərək laboratoriya araşdırmasına göndərilmişdir. Araşdırmanın cavabı olaraq müsbət cavablar alınmışdır. 16.07.2017-ci il tarixdə xəstə kimlər tərəfindən döyülərək xəstəxanamıza gətirilməsinin səbəbini xəstənin dediklərindən məlum olmuşdur ki, işlədiyi lombard müdiri X77 və müştəri olan X18 şübhələnmişdir. Çünki onlar məni bir neçə dəfə şantaj edərək lombardın 160.000 ABŞ dolları pulunu mənim mənismsəməyimlə əlaqələndirirdilər və məndən tələb edirdilər ki, pulu mən ödəyim. Mənim döyülərək ağır bədən xəsarətləri almağımın səbəbkarları onlardır. X15 9 gün müalicə olunduqdan sonra 24.07.2017-ci il tarixdə ambulator müalicə üçün ev şəratinə buraxılmışdır. X123 əsasən 10.09.1990-cı il təvəllüdlü X33 aldığı xəsarətlərin dərəcəsi, psixoloji sarsıntılar keçirmişdir. Bu səbəbdən sakit həyat tərzi, stressiz yaşayış şəraitində olmalıdır. Baş nahiyyəsindən ağır dərəcəli zədələr, bədənin müxtəlif yerlərindən xəsarətlər, hər iki göz altının göyərməsi, sifətinin göyərməsi, gözdaxili qan ləkələri və sair kimi xəsarətlər aşkarlanmışdır. Psixoloji və nevroloji durmu ilə uzun müddət müalicəyə ehtiyacı var». X66 barəsində tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin blankında tərtib olunmaqla möhür və imzalarla təsdiqlənmiş 16.08.2017-ci il tarixli, 1/149 nömrəli arayışın məzmununa daxil edilmiş təhrif olunmuş məlumatlar aşağıdakı kimidir: «26 iyul 2017-ci il tarixdə saat 18:40 radələrində təcili yardım maşını ilə xəstəxanamızın qəbul şöbəsinə xəstə daxil olmuşdur. Xəstə 10.09.1990cı il təvəllüdlü X66 olduğu məlum olmuşdur. Xəstə xəstəxanamıza daxil olanda onun psixi durumu çox kəskin və anlaqsız vəziyyətdə idi. Xəstəxananın nevropatoloqları və psixoloqları tərəfindən təcili keçirilmiş tədbirlər xəstənin düşdüyü koma vəziyyətindən və psixi durumunun stabilləşməsinə qarşı keçirilən müayinə və müalicə xəstəni normal vəziyyətə gətirmişdir. Xəstənin belə ağır stress keçirməsinin hansı şəraitdə olması ilə əlaqədar sorğu-sual etdikdə yaxınları tərəfindən bildirilmişdir ki, 16.07.2017-ci il tarixdə tanımadığı şəxslər tərəfindən döyülərək ağır dərəcəli baş-beyin nahiyəsindən aldığı xəsarətlərlə və bədənin müxtəlif yerlərində olan xəsarətlərdən sonra ağır dərəcəli psixi durum yaranmışdır. Xəstədə olan psixi pozuntu, özünü düzgün idarə edə bilməməsi, danışıq və nitq pozuntusu, gözdaxili qan ləkələri və sair kimi hallardan sonra olmuşdur. X15 vəziyyətinin qənaətbəxş olduğundan sonra həkim mütəxəssislərin rəyinə əsasən 15 gün xəstəxanada intensiv müalicə aldıqdan sonra 16.08.2017-ci il tarixdə müalicəsini ambulator şəraitdə davam etdirmək üçün ev şəraitinə buraxılmışdır. Xəstə daima həkim nəzarətində olmalıdır. Xəstənin son durumu orta kafidir». X66 barəsində tərtib edilmiş Bakı şəhər prokurorluğunun blankında tərtib olunmaqla möhürlə və Bakı şəhər Prokurorluğunun müstəntiq A.S.Əliyevin adından icra olunmuş imza iləə təsdiqlənmiş, 22 avqust 2017-ci il tarixli 16/83-431 nömrəli məktubun məzmurda daxil edilmiş təhrif olunmuş məlumatlar aşağıdakı kimidir: «Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A\B Y\sahəsi ev 38, mənzil 106-da qeydiyyatda olan 10.09.1990-cı il təvəllüdlü X33 ərizə və şikayətinə cavab olaraq müəyyən etdi: Bakı şəhər sakini X33 18.08.2017-ci il tarixdə idarəmizə ünvanladığı şikayət məktubunda bildirmişsiniz ki, 16.07.2017-ci il tarixdə sizi tanımadığın bir neçə şəxs hücum edərək sizə ağır dərəcəli bədən xəsarətləri yetirmişlər. Xəsarətlər baş hissəsində ağır dərəcədə zədələr yetirmişlər, hər iki gözün daxilində qan ləkələrinin olması kimi hallar baş vermişdir. Bunun da səbəbkarı olaraq işlədiyiniz lombardın müdiri keçmiş polis əməkdaşı olan X77 və onun müştərisi olan X55 olmasını göstərmişsiniz. Ərizədə göstərirsiniz ki, hər iki şəxs bir neçə dəfə mənə hədə qorxu gəlmişlər və şantaj etmişlər. X40 lombardından 160000 ABŞ dollarının əskik gəlməsinin səbəbkarı və pulun mənimsəməyimi məni göstərir. Bir neçə dəfə məni tutduracağı və öldürəcəyi ilə hədələmişdir. Bununla bağlı Sizə müraciət edərək təhlükəsizliyimin qorunmasını xahiş edirəm. Cavab olaraq bildirirəm ki, vətəndaş X14 bizə prokurorluğun ünvanına yazdığınız məktubla tanış oldum və bir neçə araşdırmalar aparıldı. Sizin yazıb və göndərdiyiniz məlumat heç bir əsası yoxdur. Araşdırmalardan aydın oldu ki, sizi döyərək xəsarət yetirən tanımadığınız şəxslər X77 və adını qeyd etdiyiniz müştəri qismində X55 olmamışlar. Sizin onlar barəsində yazdığınız və göstərdiyiniz faktlar öz sübutunu tapmayıb və prokurorluq tərəfindən təsdiqlənməyib. Sizə cavab olaraq bildirirəm ki, faktla bağlı heç bir cinayət işi açılmasına sübut və dəlillər yoxdur. Yazdığınız şikayət məktubu ilə əlaqədar prokurorluq tərəfindən işin gedişatında xitam verilərək rədd edilmişdir». X66 barəsində tərtib edilmiş Bakı şəhər Baş Polis idarəsinin istintaq şöbəsinin müstəntiqi M.Hüseynovun imzası və möhürlə təsdiqlənmiş 28.09.2017-ci il tarixli çağırış vərəqəsindən görünür ki, o, 02.10.2017- ci il tarixdə saat 13.30-da təqsirləndirilən şəxs qismində istintaqa çağırılır, 13.10.2017-ci il tarixli çağırış vərəqəsi isə onun 18.10.2017-ci il tarixdə saat 11.00- da təqsirləndirilən şəxs qismində istintaqa çağırılması barədədir. X66 barəsində tərtib edilmiş Bakı şəhər Baş Polis idarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru M.Hüseynovun imzası və möhürlə təsdiqlənmiş, Ayaz Hacıəliyevin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair axtarış adlı sənədin məzmununa daxil edilmiş təhrif olunmuş məlumatlar aşağıdakı kimidir: «Bakı şəhəri baş polis idarəsinin istintaq şöbəsinə daxil olmuş 18/34-621 saylı cinayət işi mənim icraatıma verilməsi ilə əlaqədar mənim tərəfimdən faktla bağlı ilkin araşdırma aparılmışdır. Fakt üzrə təqsirləndirilən şəxsin qismində göstərilən vətəndaş Bakı şəhər sakini 10.09.1990-cı il təvəllüdlü X66 olduğu məlum olmuşdur. Zərərçəkmiş şəxslər lombard müdiri X77 və miüştəri qismində şahid kimi göstərilən X55 ifadələrində bildirirlər ki, lombardda şöbə müdiri işləmiş X66 lombardda işlədiyi müddətdə lombarda məxsus olan qızıl əşyalarını və pulları gizli yolla mənimsəyərək lombard mağazasına külli miqdarda 160.000 ABŞ dolları ziyan vurub və pulların qaytarılmasına qarşı heç bir cavabdehlik daşımadığını və olmadığını bildirir. Materialla tanış olduqdan sonra göstərilən faktla bağlı vətəndaş təqsirləndirilən şəxs X41 ifadə vermək üçün istintaqa dəvət etdim. Lakin istintaqın gedişatına ifadə verməkdən boyun qaçıraraq müxtəlif yerlərdə gizlənərək gəlməmişdir. Tərəfimizdən keçirilmiş istintaq əməliyyat tədbirləri nəticəsində vətəndaş X33 yaşadığı ünvana tərəfimizdən rəsmi olaraq 02.10.2017-ci il tarixdə və 18.10.2017-ci il tarixlərdə çağırış vərəqələri göndərilsə də, heç bir çağırışa gəlməyərək qaçıb gizlənməyə nail olmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq vətəndaş X33 barəsində AR Cinayət Məcəlləsinin (başqa şəxsin əmlakını külli miqdarda mənimsəmə) 186.3.4-cü maddəsinin tələbini nəzərə alaraq qərara alıram: 1.Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB Y\sahəsi ev 38, mənzil 106-da qeydiyyatda olan 10.09.1990-cı il təvəllüdlü X66 barəsində qaldırılmış AR CM-nin (başqa şəxsin əmllakının külli miqdarda mənimsəmə) 286.3.4.-ü maddəsi lə təqsirli bilinərək cinayət işinin ibtidai istintaqdan ifadə verməkdən yayındığına görə onun barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilsin. 2. Axtarış verildiyi gündən qüvvədədir. 3. Axtarış barəsində məlumat vətəndaşın yaşadığı ünvana göndərilsin». Bir ədəd 48 vərəqdən ibarət dama-dama dəftərin içərisində müxtəlif qeydlər, eləcə də «tranzaksiya/göndəriş № RR ********* AZE Abbasov Mahir 30.01.2018 göndərən: Aliyev Müşviq» sözləri yazılmışdır. 182990105 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid1 yaşadığı ünvan 6 ünvanında yerləşən evin qonaq otağındakı masanın üzərindən aşkar edilmiş X69 barəsində tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin imza və möhürü ilə təsdiqlənmiş 15.02.2016-cı il tarixli, 197 nömrəli epiqrizin məzmununa daxil edilmiş təhrif olunmuş məlumatlar aşağıdakı kimidir: Verilir 11.09.1987ci il təvəllüdlü, Bakı şəhər, Səbail rayonu, Badamdar qəsəbəsi, 4-cü Badamdar küçəsi ev 8a-da yaşayan X42 ondan ötəri ki, o həqiqətən 24.01.2016-cı il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinə psixo-nevroloji narahatlıqlarla stasionara daxil olmuşdur. Xəstə tərəfimizdən müayinə olunaraq xəstəxanaya qəbul edilmişdir. Xəstədə diffür qorxular, ürək döyüntüləri ilə olan panikalar, daxili narahatlıq, səs-küyə həssaslıq, depressiv səs vəziyyəti, yaddaşsızlıq, danışıq və düşüncə pozuntusu müşahidə olunmuşdur. X11 psixoloq və həkimlər tərəfindən yardımlar göstərilmişdir və müalicə təyin edilmişdir. Xəstəyə sağlamlığını qorumaq üçün bir müddət əsəb və stressdən uzaq sakit bir mühitdə yaşaması məsləhət görülmüşdür. X16 15.02.2016-cı il tarixdə müalicəsini davam etdirmək üçün evə buraxılmışdır. Xəstənin son durumu orta kafidir». X69 barəsində tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi 1 saylı X3 imza və möhürü ilə təsdiqlənmiş 02.06.2016-cı il tarixli 2/197 nömrəli epiqrizin məzmununa daxil edilmiş təhrif olunmuş məlumatlar aşağıdakı kimidir: Xəstə 11.09.1987-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı X69 18 may 2016-cı il tarixdə, saat 19.30 radələrində Səhiyyə Nazirliyinin 1 saylı mərkəzləşdirilmiş klinik xəstəxanasına təcili yardım maşını ilə ağır vəziyyətdə gətirilmişdir. Xəstə xəstəxanamızın travmatologiya şöbəsinə yerləşdirilmişdir. Xəstədə ilkin müayinə zamanı məlum olmuşdur ki, özünün dediklərinə əsasən Ceyhun və Azər adlı şəxslər tərəfindən döyülərək ağır dərəcəli xəsarətlər almışdır. Tərəfimizdən aparılmış intensiv müayinə və müalicə zamanı xəstədə aşağıdakı zədələr və xəsarətlər müəyyən olunmuşdur. Həkim Rəyi: Kəllə-beyin silkələnməsi, sağ əlinin qapalı sümük sınığı, başından ağır dərəcəli travma, hər iki gözün konyuktiv kisəsinə qansızma, sağ gözünün altında şişkinlik, üz nahiyəsində hematomalar, dodağının partlaması, hər iki diz nahiyəsində əzilmiş qanayan yaralar və qabırğalarında əzilmə müşahidə olunmuşdur. Xəstənin travmatologiya şöbəsində əlindən cərrahi əməliyyat keçirilmişdir və 7 gün travmatologiya şöbəsində yatmışdır. Lakin xəstənin nevroloji durumunun ağır olmasını nəzərə alaraq nevrologiya şöbəsinə köçürülmüşdür. Xəstə 2 həftə müddətində əsəb sistemlərinin müalicəsi aparılmış və nevroloji durumu normal səviyyəyə gətirilmişdir. Xəstə müalicəsini ambulator şəraitdə davam etdirilməsi üçün evə buraxılmışdır və mütəmadi olaraq müalicəsini davam etdirməsi məsləhət görülmüşdür». 182990105 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid1 məxsus «Kia Soul» markalı ** GM *** dövlət nömrə nişanlı avtomobilin salonundan aşkar edilmiş göy üzlü kitabçanın içərisində «2-bildiriş 350», «1-axtarış 300», «2-Rədd polis və prok 600, 1250» qeydlərinin yazıldığı müəyyən edilir. «xxxx» MMC-nin 043327 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin surətindən görünür ki, Şahid1 tərəfindən 17.05.2018-ci il tarixdə Almaniya Federativ Respublikasının Essen şəhərində yaşayan Dadaş Paşayevin ünvanına zərf göndərilmişdir. Bu sənədlə təqsirləndirilən şəxs Şahid1 mütəşəkkil dəstə üzvləri tərəfindən qanunsuz hazırlanmış saxta sənədləri sifarişçilərin ünvanına göndərməsi faktı bir daha təsdiq olunur. Təqsirləndirilən şəxs Şahid2 məxsus «Toyota Prado» markalı, ** XE *** dövlət nömrə nişanlı avtomobilin salonundan aşkar edilmiş X61 adına tərtib olunmuş AZE ********* nömrəli şəxsiyyət vəsiqəsi, sonuncunun anket məlumatları olan kompyuterdə çap olunmuş kağız parçasından görünür ki, Anar Ağalarov ad-soyadlı şəxs barədə təhrif olunmuş məlumatlara əsasən həmin şəxs 22.05.1988-ci il tarixdə Astara rayonunun Şahağac kəndində anadan olmaqla boyu 175 sm, yaşayış yeri Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 45, mənzil 92, evlidir, şəxsiyyət vəsiqəsi ASAN 2 tərəfindən 05.06.2013-cü il tarixdə verilmişdir. (İİİ cild, i.v. 236-240) Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Konstitusiya quruluşunun mühafizəsi və terrorçuluğa qarşı mübarizə baş idarəsi tərəfindən aparılmış araşdırma barədə 19.12.2018-ci il tarixli 5/1/13738 nömrəli arayışdan görünür ki, Bakı Poçtdaşıma Məhdud Məsuliyyətli Cəmiyyətindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş poçt göndərişinə baxış zamanı 04.08.1982-ci ildə ünvan 8 ünvanında qeydiyyatda olan X65, 30.11.1982-ci ildə Ağdam rayonunda anadan olmuş, Ağdam rayonu Əlimərdanlı sahəsində qeydiyyatda olan X9 sənədlərdən istifadə etməklə xarici ölkələrdə siyasi sığınacaq almağa çalışmasına dair əsaslı şübhələr yaranmışdır. Məlumatla əlaqədar keçirilmiş tədbirlər nəticəsində məlum olmuşdur ki, X80 Federativ Respublikasında siyasi qaçqın statusu ilə yaşayır, əvvəllər Şəki şəhərində ərzaq malları firmasında sürücü işləmişdir. İAMAS məlumatlarına əsasən 26.10.2015-ci il tarixdə Azərbaycanı Avstriya istiqamətində tərk etmişdir. X133 rayonu Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra ünvan 10 ünvanında məskunlaşmışdır. İAMAS məlumatlarına əsasən 26.11.2015-ci il tarixdə Azərbaycanı Gürcüstan istiqamətində tərk etmişdir, hazırda AFR-də yaşaması ehtimal edilir. Poçt bağlamasının üzərində qeyd edilmiş nömrənin sahibinin Şahid1 olduğu müəyyənləşdirilmişdir. Keçirilmiş əməliyyataxtarış təbirləri zamanı ünvan 11 ünvanında Şahid1 yaşaması və taksi fəaliyyəti ilə məşğul olması müəyyən edilmişdir. Poçt göndərişinin üzərində məktubu göndərən şəxsin ünvanı kimi «Bakı şəhəri, Badamdar qəsəbəsi, Gənclər küçəsi ev 8 a» qeyd edilmişdir. X44 ünvanlanan sənədlərin saxtalığının müəyyən edilməsi və eyniləşdirmənin aparılması üçün Bakı Şəhər Baş Polis İdarəsinin möhürünün əldə edilməsi məqsədilə həmin quruma 5/4377 saylı, 21.08.2018-ci il tarixli məktub göndərilmişdir. Araşdırma nəticəsində Rifan İbrahimov barəsində çağırış vərəqəsi və axtarış qərarının Bakı şəhər BPİ tərəfindən icra edilməməsi, İstintaq və Təhqiqat İdarəsinin adının «İstintaq şöbəsi» olaraq qeyd olunması, həmin idarədə «M.Hüseynov» ad və soyadlı müstəntiqin xidmət etməməsi, eləcə də vətəndaş Rifan İbrahimovun haqqında araşdırma aparılmaması müəyyən edilmişdir. X65 barəsində Yasamal Rayon Məhkəməsində (0278)-125/2015, 30 may 2015-ci il tarixli qərarın olub-olmaması, həmçinin eyniləşdirmə üçün nümunənin əldə edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilmişdir. Yasamal rayon məhkəməsinin qeydiyyatında qeyd edilən məlumatlara uyğun qərar müəyyən edilməmişdir. Yasamal rayon məhkəməsi tərəfindən çıxarılan qərarların «0278» kodu ilə deyil, «004»-lə başlaması müəyyən edilmişdir. Sənədlərin saxtalığının müəyyən edilməsi üçün DTX Vİ Baş İdarənin imkanları vasitəsilə xətşünaslıq və sənədlərin texniki-kriminalistik tədqiqatları aparılmışdır. Tədqiqat nəticəsində Yasamal rayon məhkəməsi hakiminin inzibati xəta haqqında 0055 (0278)- 125/2015 №-li iş üzrə 30.05.2015-ci il tarixli qərarında, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 29.09.2015-ci il tarixli çağırış vərəqəsində və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 26.11.2015ci il tarixli 33/648-41 nömrəli qərarında icra edilən möhür əkslərinin saxta olması təsdiqlənmişdir. Tədqiqata təqdim edilən 156 nömrəli, 23.11.2015-ci il tarixli Azərbaycan xalq cəbhəsi tərəfindən X75 adına rəsmiləşdirilmiş arayışda icra edilən imza Saqif Qurbanov tərəfindən icra edilməmişdir. Şahid1 barəsində Səbail rayon məhkəməsindən alınmış 5 (009)-3942/2018-ci il tarixli qərar əsasında zəruri əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Şahid1 adına rəsmiləşdirilmiş +944 50-353-56-91 telefon sayının müxtəlif şəxslərin mobil telefonlarının yaddaş kitabçasında hansı ad altında qeyd olunmasına aydınlıq gətirmək məqsədilə «Get Contact» proqramına baxış keçirilmişdir. Baxış zamanı «Get Contact» prorqramında qeyd olunan telefon sayının «X113 X124» adı altında qeyd ediliməsi aşkar olunmuşdur. Almaniya Federativ Respublikasında yaşayan X75 istifadəsində olan +491 573 ******* telefon sayının müxtəlif şəxslərin mobil telefonlarının yaddaş kitabçasında hansı ad altında qeyd olunmasına aydınlıq gətirmək məqsədilə «Show caller» proqramına baxış keçirilmiş və həmin nömrənin «Mahir» adı ilə qeyd olunduğu müəyyən edilmişdir. RR004579965 AZ ştrix kodlu poçt göndərişinin üzərində qeyd edilmiş X56 müəyyənləşdirilməsi məqsədilə İAMAS sisteminə baxış keçirilmiş, lakin qeyd edilən müəyyənedici məlumatlara uyğun şəxs aşkar edilməmişdir.(İİ cild, i.v.10-12) Bakı şəhər Baş Polis İdarəsinin 05.09.2018-ci il tarixli 9/A-645m saylı məktubundan görünür ki, 04.08.1982-ci il təvəllüdlü Şəki şəhəri, H.Çələbixan küçəsi, ev 1 a-da qeydiyyatda olan X65 26.10.2015-ci il tarixdə Avstriyaya gedərək xaricdə siyasi sığınacaq almaq məqsədilə Azərbaycanda təqiblərə məruz qalmasını təsdiq edən saxta sənədlər təqdim etmişdir. Belə ki, «Bakı şəhər BPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis mayoru M.Hüseynov» uydurma adından istifadə edilərək vət.R.İbrahimovun Müsavat partiyası tərəfindən keçirilən mitinq və tədbirlərdə iştirak etdiyinə görə barəsində cinayət işi başlanılaraq istintaqa çağırılması ilə bağlı 29.09.2015-ci il tarixli çağırış vərəqəsi və barəsində axtarış elan edilməsi haqda 26.11.2015-ci il tarixli qərar tərtib edilmiş,həmin sənədlərə Bakı şəhər Baş Polis idarəsinin rekvizitlərini əks etdirən saxta möhür vurulmuşdur. Xidməti təhqiqat nəticəsində vət. Rifan İbrahimovun barəsində olan çağırış vərəqəsi və axtarış qərarının Bakı şəhər BPİ tərəfindən icra edilməməsi, İstintaq və Təhqiqat idarəsinin adının «İstintaq şöbəsi» olaraq qeyd olunması, həmin idarədə «M.Hüseynov» ad və soyadlı müstəntiqin xidmət etməməsi, eləcə də vət. R.İbrahimov haqda araşdırma aparılmaması müəyyən edilmişdir. (İİ cild, i.v. 29-30) Bakı şəhəri Yasamal rayon məhkəməsinin 26.11.2018-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin X65 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 281.1 və 282.1-ci maddələri ilə 15 gün müddətində həbs inzibati tənbeh tədbirinin seçilməsinə dair 0055 (0278)-125/2015 saylı 15 may 2015-ci il tarixli qərarı mövcud deyildir, məhkəmənin kodu «0278» deyil, «004»dür. (İİ cild, i.v. 47) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin 08.02.2019-cu il tarixli 479, 13.02.2019-cu il tarixli 547 nömrəli məktublarından görünür ki, X66 və X10 müraciət etməmiş, dispanser müşahidəsi aparılmamış, həmin şəxslərin adlan məxaric sənədlərində aşkarlanmamışdır. (İİİ cild, i.v. 151,246) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər baş səhiyyə idarəsi X99 18.02.2019-cu il tarixli 323 nömrəli məktubundan görünür ki, X69 həmin müalicə müəssisəsinin qeydiyyat jurnallarından keçmir. (İV cild, i.v. 1) Məhkəmə sənədlərin texniki ekspertizasının 07.02.2019-cu il tarixli 1459 nömrəli rəyinə əsasən təqsirləndirilən şəxslər Şahid1 və Şahid2 yaşadığı evlərdən və idarə etdikləri nəqliyyat vasitələrindən aşkar edilərək götürülmüş sənədlərdən X32 adına 26.11.2015-ci il tarixli 33/648-41 nömrəli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında Qərarın, 29.09.2015-ci il tarixli çağırış vərəqəsinin, Bakı şəhəri Yasamal rayon məhkəməsi hakiminin inzibati xəta haqqında iş üzrə 30 may 2015-ci il tarixli Qərarının blankları və mətnləri, X69 barəsində tərtib edilmiş «Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin 15.02.2016- cı il tarixli 197 nömrəli epiqrizin, «Bakı baş səhiyyə idarəsi 1 saylı X3 02.06.2016-cı il tarixli 2/197» nömrəli epiqrizin blankları, mətnləri, üzərindəki möhür əksi və imza elektrofotoqrafık çap qurğusunda (lazer printer, surətçıxaran və s.) çap edilmişdir. X32 adına 26.11.2015-ci il tarixli, 33/648-41 nömrəli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında qərarında, 29.09.2015-ci il tarixli çağırış vərəqəsində, Bakı şəhəri Yasamal rayon məhkəməsi hakiminin inzibati xəta haqqında iş üzrə 30 may 2015-ci il tarixli qərarında olan möhür əksləri, X75 barəsində tərtib edilmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının 23 noyabr 2015-ci il tarixli, 156 nömrəli arayışının blankı, mətni və möhür əksi, X33 adına 28.09.2017-ci, 13.10.2017-ci il tarixli çağırış vərəqələrinin, Bakı şəhər prokurorluğunun 22 avqust 2017-ci il tarixli, 16/83- 431 nömrəli məktubunun, Psixi Sağlamlıq Mərkəzinin 16.08.2017-ci il tarixli, 1/149 nömrəli arayışının, Məhkəmə-tibbi ekspertiza və X86-Təcrübi və Tədris Birliyinin 24.07.2017-ci il tarixli, EP/16-28 nömrəli rəyinin, X33 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair axtarışının blankları, mətnləri, üzərlərindəki əlyazılan, möhür əksləri və imzalar axınlı printerdə çap edilmişdir. X32 adıa 26.11.2015-ci il tarixli, 33/648-41 nömrəli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında qərarında, 29.09.2015-ci il tarixli çağırış vərəqəsində, Bakı şəhəri Yasamal rayon məhkəməsi hakiminin inzibati xəta haqqında iş üzrə 30.05.2015-ci il tarixli qərarında, X75 barəsində tərtib edilmiş Azərbaycan xalq cəbhəsi partiyasının 23.11.2015-ci il tarixli, 156 nömrəli arayışında olan imzalar hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa icra edilmişdir. X75 barəsində tərtib edilmiş Azərbaycan xalq cəbhəsi partiyasının 23.11.2015-ci il tarixli, 156 nömrəli arayışında və X33 adına Məhkəmə-tibbi ekspertiza və X86-Təcrübi və Tədris Birliyinin 24.07.2017-ci il tarixli, EP/16-28 nömrəli Rəyinin blankları müvafiq olaraq Azərbaycan xalq cəbhəsi partiyasının və Məhkəmə-tibbi ekspertiza və X86-Təcrübi və Tədris Birliyinin blank nümunələri ilə eynilik təşkil etmir. X32 adına 26.11.2015-ci il tarixli, 33/648-41 nömrəli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqinda qərarda, 29.09.2015-ci il tarixli çağırış vərəqəsində, X33 adına 28,09.2017, 13.10.2017-ci il tarixli çağırış vərəqələrində, X33 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair axtarışında olan möhür əksləri Bakı şəhər Baş Polis İdarəsinin möhürün eksperimental əks nümunəsi ilə eynilik təşkil etmir. X32 barəsində tərtib edilmiş Bakı şəhəri Yasamal rayon məhkəməsi hakiminin inzibati xəta haqqında iş üzrə 30 may 2015-ci il tarixli qərarında olan möhür əksi Bakı şəhər Yasamal rayon məhkəməsinin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. X75 barəsində tərtib edilmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının 23 noyabr 2015-ci il tarixli, 156 nömrəli arayışında olan möhür əksi Azərbaycan Xalq Cəbhəsi Partiyasının möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. X33 adına tərtib edilmiş Bakı şəhər prokurorluğunun 22 avqust 2017-ci il tarixli, 16/83-431 nömrəli məktubunda olan möhür əksi Bakı şəhər prokurorluğunun möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. X33 adına tərtib edilmiş Məhkəmə-tibbi ekspertiza və X86-Təcrübi və Tədris Birliyinin 24.07.2017-ci il tarixli, EP/16-28 nömrəli rəyində olan möhür əksi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. (İİİ cild, i.v. 181-191) Məhkəmə sənədlərin texniki ekspertizasının 18.02.2019-cu il tarixli, 4086 nömrəli rəyinə əsasən X51 adına AZE 13289449 nömrəli şəxsiyyət vəsiqəsinə oxşar sənədin blankı, üzərindəki möhür əksi və imzalar hər hansı bir eyni növ sənəddən texniki qurğu vasitəsilə kompüterə köçürülmüş və qrafik təminat proqramından istifadə etməklə axınlı printerdə çap edilmişdir, o, həqiqi şəxsiyyət vəsiqəsi nümunəsi ilə eyniyyət təşkil etmir.(İV cild, i. v. 4-6) Məhkəmə-xətşünaslıq ekspertizasının 08.02.2019-cu il tarixli, 1460 nömrəli rəyinə əsasən üzərində “MANUSCRİPT BOOK” yazılan qeyd kitabçasındakı «2- bildiriş 350 1- Axtarış 300 2-Rədd polis və prok. 600 1250» əlyazmaları və üzərində “Oyal” yazılan ümumi dəftərdə qeyd olunan «Tranzaksiya /Göndəriş: № RR 004579966AZ Abbasov Mahir 30.01.2018 Göndərən: Aliyev Müşfiq» əlyazmaları, X69 barəsində tərtib edilmiş «Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin 15.02.2016-cı il tarixli, 197 nömrəli epiqrizin kserosurətində əks olunmuş “ 197, 15 02 16” əlyazmaları, «Bakı baş səhiyyə idarəsi 1 saylı X3 02.02.2016-cı il tarixli, 2/197 nömrəli” epiqrizinin kserosurətində əks olunmuş “2/197 08 06 16” əlyazmaları, «X56 adından Mahir Abbasovun adına göndərilən məktub zərfinin üzərində olan əlyazmalar - eyni şəxs - Şahid1 tərəfindən icra olunmuşdur. X32 adına tərtib edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər baş polis idarəsinin 26.11.2015-ci il tarixli, 33/648-41 nömrəli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” qərarda “33/648-41, 26 11 15” əlyazmaları, X75 barəsində tərtib edilmiş “Azərbaycan xalq cəbhəsi partiyasının 23.11.2015-ci il tarixli, 156 nömrəli arayışı”ndakı “156, 23 noyabr 15” əlyazmaları, X33 barəsində tərtib edilmiş "Bakı şəhər prokurorluğunun 22.08.2017-ci il tarixli, 16/83-431 nömrəli məktubu»nda “16/83-431 22 avqust 17” əlyazmaları, «Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin 16.08.2017-ci il tarixli, 1/149 nömrəli arayışı»nda “1/149, 16.08.17” əlyazmaları, «Səhiyyə Nazirliyi Məhkəmə- tibbi ekspertiza və X26 24.07.2017-ci il tarixli, EP/16-28 nömrəli rəyi»ndəki “EP/16-28 24 07 17” əyazmaları eyni şəxs-Şahid2 tərəfindən icra olunmuşdur. X33 barəsində tərtib edilmiş «Bakı şəhər baş polis idarəsinin 28.09.2017, 13.10.2017-ci il tarixli çağırış vərəqələri"nin kserosurətlərində əks olunmuş əlyazmalar-eyni şəxs tərəfindən icra olunmuşdur. X43 barəsində tərtib edilmiş «Azərbaycan xalq cəbhəsi partiyasının 23.11.2015-ci il tarixli 156 nömrəli arayışı»ndakı imza - X78 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. (İİİ cild i.v.174-180) Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Konstitusiya quruluşunun mühafizəsi və terrorçuluğa qarşı mübarizə baş idarəsinin 21.12.2018-ci il tarixli 5/7401 nömrəli məktubu ilə daxil olmuş «Saxtakarlar» şərti adlı siqnal yoxlaması çərçivəsində Bakı şəhəri Səbail rayon məhkəməsinin 13.11.2018-ci il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı əldə edilmiş telefon danışıqlarının olduğu 7609-2018 saylı diskə baxış keçirilməsi haqqında 12.01.2019-cu il tarixli protokoldan görünür ki, həmin diskdə 9 ədəd MP formatında fayllar mövcuddur. «1001.MP 3» başlıqlı fayldakı danışıqlar aşağıdakı kimidir: 1-ci şəxs: Hə, Şərif; 2-ci şəxs; Axşamın xeyir. 1-ci şəxs: Axşamın xeyir. 1-ci şəxs Axşamın xeyir. 2-ci şəxs: Evdəsiz dayı? 1-ci şəxs: Yox, yox, başqa yerdəyəm. 2-ci şəxs: İnşallah neçədə əlaqə saxlayaq? 1-ci şəxs: Şərif, belə baxıram ki, mən onu gecə saat 11-ə, 12-yə götürürəm, yenə səhər saat 9-da verim də sənə. 2-ci şəxs: Olsun da dayı, gec də olsa qoy götürüm, göndərim də onu, necə olur-olsun, problem yoxdur. 1-ci şəxs: Yaxşı, necə olur-olsun, yaxşı. Çünki mən imenno (məhz) o originala 1 qoydurmaq üçün Mərdəkana getməliyəm. Bax Allaha and olsun. 2-ci şəxs: Başa düşdüm. 1-ci şəxs: Originalın qabağına 7-di, 1 qoyduracağam, l-dən sonra da, görüm haradan mən kserokopiya eləməliyəm, kserokopiyaya yetişməliyəm. Düzdür? 2-ci şəxs: Bəli, bu da mənə deyir ki, saat 9-da gələcəklər çatdır. Deyirəm cəhənnəm onun taksisinin nömrəsini verib mənə, verim taksisinə, daha özləri neçədə aparar-aparar da səhər. 1-ci şəxs: Yaxşı. 2-ci şəxs: Yaxşı, gözləyəcəyəm zənginizi. «1002 MP 3» başlıqlı faylda olan danışıq aşağıdakı kimidir: 1-ci şəxs: Alo. 2-ci şəxs: Axşamınız xeyir olsun dayı. 1-ci şəxs: Axşamın xeyir. 2-ci şəxs: Bu Anar idi ey, Rəşadın bacısı oğlu. 1-ci şəxs: Hə, hə eşidirəm qadası, eşidirəm. 2-ci şəxs: Sənədlərimizi mən götürmək istəyirdim, daha alınmadı-alınmadı da, qalıb Sizdə pasportlarım. 1-ci şəxs: Ayə o ildən çoxdu, eləmi. Səhv eləmirəmsə maqazinə qoymuşdum, qoy baxım hələ harasa qoymuşam. Sabah verərəm. Sabah zəng et, yadıma sal. 2-ci şəxs: Sabah neçə üçün zəng edim Sizə? 1-ci şəxs: Günorta üçün zəng vur, maşında olmalıdır deyəsən, 4 nəfər idi də deyəsən? 2-ci şəxs: Hə, 2 uşaq, 2-də özümüz. 1-ci şəxs: Hə, sabah bir əlaqə saxlayaq, onu şey eləyib verərəm, maşına baxım. 2-ci şəxs: Oldu, sağ ol. 1-ci şəxs: Sağ ol. «1003 MP 3» başlıqlı faylda olan danışıqlar aşağıdakı kimidir: 1-ci şəxs: Bəli. 2-ci şəxs: Qaqa. 1-ci şəxs: Nə var nə yox? 2-ci şəxs: Sağlığın, gözəlliyin. 1-ci şəxs; Gəlsəm iki dənə 1 rəqəmi düzəldə bilərsən? 2-ci şəxs: Bu dəqiqə Yusifgildə domino oynayıram. 1-ci şəxs: Yusifgildə? 2-ci şəxs: Hə, problem yoxdur. 1-ci şəxs: Çox içibsən, az? 2-ci şəxs: Problem yoxdur, yüngül var idi 1-ci şəxs: Bilirsən niyə, oriqinal ölüm kağızında 9 əvəzinə 7 yazıblar, qabağına bir artırmaq lazımdır. 2-ci şəxs: Bəlkə, onu səhər tezdən eləyək? 1-ci şəxs: Elə? 2-ci şəxs: - Hə. 1-ci şəxs: Yaxşı onda. 2-ci şəxs: Tezdənnən şey eləyərəm, səninlə bərabər baxaram. 1-ci şəxs: Yaxşı oldu.2-ci şəxs: Yaxşı. «1004 MP3» və «1005 MP 3» başlıqlı fayllarda olan eyni məzmunlu danışıqlar aşağıdakı kimidir: 1-ci şəxs: Balaca, bayaqdan dalımca iki maşın düşüb? 2-ci şəxs: Nə? 1-ci şəxs: Dalımca iki maşın düşüb, fırlanır. Gətirdim qızı qoydum evə, dalımca fırlanırlar. 2-ci şəxs: Aha. 1-ci şəxs: Gəlirəm də, görüm, Xəzərin kruqundayam, gəlirəm indi. 2-ci şəxs: Səninlə bərabər gedib-gəlirlər? 1-ci şəxs: Hə, bu dey, dalımca da gəlirlər. 2ci şəxs: Yaxşı. 1-ci şəxs :0 dey, yaxınlaşıb, mənə deyir saxla, ev-eşiyi şey elə. 2-ci şəxs- Yaxşı. 1-ci şəxs Saxladılar he, bütün nə var ey, hammısını. 2-ci şəxs: Yaxşı. «1006 MP 3» başlıqlı fayldakı danışıqlar aşağıdakı kimidir: 1-ci şəxs: Alo, 2-ci şəxs -alo? 1-ci şəxs: Balaca, mənim dalımca gəlib, sıxışdırırlar. 2-ci şəxs: Neynirlər? 1-ci şəxs: Tutacaqlar məni. 2-ci şəxs Yaxşı ey. 1-ci şəxs: Canım üçün hə, sıxırlar uje. 2-ci şəxs: De Quran haqqı, denən də mən «1007 MP 3» başlıqlı fayldakı danışıqlar aşağıdakı kimidir: 1-ci şəxs: Alo. 2-ci şəxs: Alo 1-ci şəxs, Sakit, məni tuturlar bayaqdan dalımca fırlanırlar, uje kiki maşındır, bir şey olsa, şeyə denəndə, qurban olum sənə. 2-ci şəxs: Hə, yaxşı. 1-ci şəxs: Tutacaqlar, uje tuturlar ey, sıxışdırırlar məni. 2-ci şəxs: Doğrudan? 1-ci şəxs: Quran haqqı, bura Neapol kruqudur, mən çıxdım uje dalımca gəldilər uje sıxırlar biri sağdan, biri soldan. 2ci şəxs: Hə, yaxşı. «1008 MP 3» başlıqlı fayldakı danışıqlar aşağıdakı kimidir: 1-ci şəxs: Sakit, KQB-dəndir 2-ci şəxs: Haradan? 1-ci şəxs: KQB-dən. «1009 MP 3» başlıqlı fayldakı danışıqlar aşağıdakı kimidir: 1-ci şəxs: Hə, alo. 2-ci şəxs: Az, den, hər şeyi şey eləyin, qapıda KQB-dəndirlər, KQB-dən. Hər şeyi zad eləyin, yumru şeylər var idi, nə isə mən qapıdayam, uje saxladılar. 1-ci şəxs, Hə yaxşı. Məhkəmə-fonoskopik ekspertizasının 05.02.2019-cu il tarixli 1480 nömrəli rəyinə əsasən 1-ci şəxsin adından səsləndirilən nitq Şahid2 məxsusdur. (İİ cild i. v.220-222) Məhkəmə kompyuter-texniki ekspertizasının 06.02.2019-cu il tarixli 1458 nömrəli rəyinə və həmin rəyə əlavə olunmuş xarici yaddaş daşıyıcısına baxış keçirilməsi haqqında 12.02.2019-cu il tarixli protokolla müəyyən edilir ki, təqsirləndirilən şəxs Şahid1 məxsus “Nokia” markalı “101” modeili “**********93909, **********93917” imei kodlu mobil telefon olmaqla, hal-hazırda işlək vəziyyətdədir. Bir ədəd həssas təzyiqlə (sensorlu) çalışan “Android” əməliyyat sistemi ilə təhciz olunmuş “HUAWEİ” markalı “Tl-701u” modeili “**********99649" imei kodlu mobil planşet olmaqla, hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd həssas təzyiqlə (sensorlu) çalışan “ios” əməliyyat sistemi ilə təhciz olunmuş “İPhone 6S” markalı “A 1688” modeili GSM danışıq kartının yuvasında olan “**********16455” imei kodlu mobil telefon olmaqla, hal-hazırda işlək vəziyyətdədir. Təqsirləndirilən şəxs Şahid2 istifadəsində olmuş bir ədəd “Windows 7” əməliyyat sistemi ilə təhciz olunmuş “HP” markalı “625” modeili noutbuk olmaqla, hal-hazırda işlək vəziyyətdədir. Ekspertiza tədqiqatı zamanı qeyd olunan mobil cihaz, planşet və noutbukda müəyyən edilmiş məlumatlar xarici yaddaş daşıyıcısına köçürülmüşdür ki, həmin yaddaş daşıyıcısına keçirilmiş baxışla müəyyən edilir ki, «HUAWEİ markalı mobil telefon» qovluğunda təqsirləndirilən şəxs Şahid1 məxsus eyni markalı planşetin içində olan məlumatlar əks olunmuşdur. Həmin məlumatlardan iş üçün əhəmiyyət kəsb edən «Teleqram» faylında olan Şahid1 naməlum şəxsə göndərdiyi «Ə işləyirəm, bir az nə bili melə, taksovatlıq da edirəm, ondan sonra, əlavə bir az sənəd-zad işi, olanda olur, başımızı girələyirik də» məzmunlu səsli mesajının mövcudluğu müəyyən edildi. Bundan başqa, həmin qovluğun «WhatsApp» faylında aşağıdakı sənədlərin fotoşəkilləri aşkar edildi:
1. 13.04.1961-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Gəncə şəhəri Atatürk prospekti ev 158-də qeydiyyatda olan X22 Gəncə şəhəri Nizami rayon polis idarəsi tərəfindən 12.05.2012-ci il tarixdə verilmiş AZE 09336492 nömrəli şəxsiyyət vəsiqəsinin fotoşəkli;
2. “xxxx” MMC-nin Aliyev Müşviq adlı şəxsin adından AFR-ə Abbasov Mahirə beynəlxalq poçtla məktub göndərilməsinə dair ödəniş qəbzinin bir hissəsinin fotoşəkli;
3. Üzərinə «Tranzaksiya/Göndəriş: № RR 004579966AZ Abbasov Mahir» və «Üzərinə «Tranzaksiya/Göndəriş: № RR 004579966AZ Abbasov Mahir 30.01.2018 X100» sözləri yazılmış dama-dama dəftərin vərəqlərinin fotoşəkli;
4. Almaniya Federativ Respublikasına Şahin Paşayevə məktub göndərilməsinə dair zərfin bir hissəsinin fotoşəkli;
5. Üzərində «X12 r-nu. Böyük qışlaq kəndi, 05.05.1974-cü ildə anadan olub, Qeydiyyatı: Tovuz rayonu Böyük qışlaq kəndi. Deyir ki, onun yolunu kəsiblər, o da gedib icra hakimiyyətinə şikayət edib. Şikayət etdiyi adam polislə əlbir olub onu döyüblər, sonra aparıb polis şöbəsində 5 sutka saxlayıb buraxıblar. Hədə-qorxu gəliblər ki, səni öldürtdürəcəm. Mən də qorxub qaçmışam. 2018-in 2-ci ayından 4-cü ayın 10-na kimi: 2bildiriş, 1- axtarış, 1 -məhkəmə» sözləri yazılmış vərəqin fotoşəkli;
6. X13 Dadaş Paşayevə məktub göndərilməsinə dair zərfin bir hissəsinin fotoşəkli;
7. X13 xanım Gyulia Samivina-ya məktub göndərilməsinə dair zərfin bir hissəsinin fotoşəkli;
8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər baş polis idarəsinin 10.05.2018-ci il tarixli 78/361-49 nömrəli, BŞBPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru M.Hacyevin imzası və möhürlə təsdiqlənmiş «təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında qərar» adlı sənədin fotoşəkli. Sənəddə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər baş polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru M.Hacyeva icraatında olan 26/207 saylı cinayət işinin materiallarını nəzərdən keçirib müəyyən etmişdir ki, 05.05.1974-cü il təvəllüdlü, Azərbaycan Respublikası Tovuz Rayonu. Böyük Qışlaq kəndində qeydiyyatda olan X50 barəsində qaldırılmış 26/207 saylı cinayət işi Bakı şəhər Prokurorluğu tərəfindən təsdiq olunaraq Bakı şəhər baş Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. Mən polis mayoru M.Hacıyeva təyin olunmuş həmin cinayət işi ilə tanış olarkən müəyyən oldu ki, vətəndaş X12 Rayon İcra Hakimiyyətinə müraciət edərək bildirmişdir ki, qonşusu X45 onun yaşadığı ünvana gedən yolunu icazəsiz bağlayaraq gediş gəlişini məhdudlaşdırmışdır. Hadisəylə bağlı olaraq Rayon Polis İdarəsi tərəfindən material araşdırılması üçün hər iki tərəf iddiaçı X50 və cavabdeh şəxs X45 polis idarəsinə dəvət olunaraq hadisənin necə baş verməsi ilə bağlı ifadələri alınmışdır. X19 ifadəsi zamanı məlum olmuşdur ki, X34 göstərişi ilə X21 yaşadığı ünvana gedən yolunu kəsmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, X50 20.07.2015-ci ildən 25.07.2015-ci il tarixə qədən azadlıqdan məhrum edilmişdir. Qərara alınmışdır ki, 1. Tovuz rayonu Böyük Qışlaq kəndində qeydiyyatda olan 05.05.1974-cü il təvəllüdlü X50 barəsində qaldırılmış AR CM-nin 147.1-ci maddələri ilə təqsirli bilinərək cinayət işi ibtidai istintaqından yayındığına görə barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilsin. 2.Axtarış verildiyi gündən qüvvədədir. 3.Axtarışın surəti isə nəzarət edən prokurorluğa göndərilsin. 4.Qərar Dövlət sərhəd xidmətinin keçid məntəqələrinə təqdim edilsin.»
9. Üzərində «Haqverdiyeva Günel, 04.02.1962-ci ildə Rusiya Federasiyasının Ryazan şəhərində anadan olub, Hal-hazırda anasıgilnən bir yerdə. Sumqayıt şəhəri Kərim Kərimov küçəsi, bina 23, mənzil 20-də yaşayıb (əri öləndən sonra). Bu qadının əri narkoman olub, bir yerdə yaşayırlarmış. Əri narkotikdən ölür. Oğlanın atası və yaxın qohumları vəzifədə olduqları üçün istəməyiblər ki, həqiqi ölüm səbəbi aşkar olsun. Buna görə də ölənin arvadına şər atıblar ki, onu sən öldürmüşəm Ölən ərinin adı Elçin Rəfıyev. Anadan olmuş. 11.10.2014-cü ildən evli olublar. 2016-da sentyabr ayında rəhmətə gedib. Xətai rayonu Sadıxcan küçəsi ev 33-də yaşayıblar. Şikayət edən: Qadının qaynatası, ölən ərinin atası Rəsul Rəfıyev. Nizami rayonu Nəsimi küçəsi ev 48. 1. Bildiriş 3 oktyabr 2017. 2.Bildiriş 30 oktyabr 2017. 3.Məhkəmə qərarı 15 dekabr 2017.4. Axtarış 22 fevral 2018.» əlyazmaları olan vərəq.
10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi 1 saylı X4 möhürü və imzalarla təsdiq olunmuş 04 iyul 2018-ci il tarixli 1/196 nömrəli arayışı. Sənəddəki mətn aşağıdakı kimidir: «03 mart 2015-ci il tarixdə sat 20:30 radələrində anasının köməkliyi ilə taksi xidməti maşını ilə xəstəxanamızın qəbul şöbəsinə daxil olmuşdur. Qəbul şöbəsində qeydiyyatdan keçərkən məlum olmuşdur ki, xəstə 20.08.2000ci il tarixdə Almaniya demokratik Respublikasının berlin şəhərində anadan olmuş, halhazırda Bakı şəhəri. Xətai rayonu, Babək pr., mənzil 79-da qeydiyyatda olduğu X67 olduğu məlum olmuşdur. X17 xəstəxanamıza daxil olarkən onun vəziyyətinin ağır olması və bədəninin müxtəlif yerlərində kəsilmiş deşilmiş yaraları aşkarlanmışdır. Həkim ekspert qrupu tərəfindən yaradılmış həkimlər X30 vəziyyətinin getdikcə ağırlaşmasını görərək təcili olaraq müayinə və müalicəyə başlayaraq birinci dərəcəli qanaxmanın qarşısının alınması, kəsilmiş deşilmiş yaraların izalyasiya olunması və bədənin müxtəlif yerlərində döyülərək göyərmələrin və qan laxtalarının müayinəsini aparmışlar. Xəstə müayinə və müalicə olunduqdan sonra müalicəsinin davam etdirilməsi üçün palata şəraitinə yerləşdirilmişdir. Gündəlik müayinə zamanı o da məlum olmuşdur ki, X2 sol tərəfindən küt alət olan qayçı ilə vurularaq kəsilmiş, deşilmiş yaralar aşkarlanmışdır. X30 belə ağır dərəcəli bədən xəsarətləri almasının səbəbini və hansı şəraitdə kimlər tərəfindən döyülməsinin səbəbini soruşarkən bildirmişdir ki, anasının ikinci həyat yoldaşı olan, atalığı X71 tərəfindən döyülərək ağır bədən xəsarətləri almışdır. Hadisənin baş verməsinin səbəbini araşdırmaq üçün ərazi üzrə yerləşən polis idarəsinə məlumat verilmişdir. Polis idarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparmağa gəlmiş polis əməkdaşına X67 verdiyi ifadəsində onu atalığının döyərək xəsarət aldığını yox, özünün ağacdan yıxılaraq xəsarətlər aldığını bildirmişdir. Anasının dediklərinə görə atalığının adını çəkməmişdir. X67 7 gün xəstəxanada müalicə olunaraq səhhəti normallaşıb nəzarəti altında olmaqla ambulator müalicə üçün ev şəraitinə buraxılmışdır. X123 əsasən X30 aldığı xəsarətlərin və yaraları, sol kürəyindəndeşilmiş yaralar, baş fırlanması, ürək bulanması, qusma kimi hallar bədənin yerlərində cızılmış, qızarmış, küt əlatlə vurulmuş göyərmələr və qan laxtalan hallar olmuşdur.»
11. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı A.S.Əliyevin adından tərtib olunmaqla imza və möhürlə təsdiqlənmiş, 14.09.2017-ci il tarixli 21/218-46 nömrəli «Təqsirləndirilən şəxsin saxlanılması barəsində qərar» adlı sənəd. Sənədin mətnindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı A.S.Quliyev icraatında olan 21/218- 46 saylı cinayət işinin materiallarını nəzərdən keçirib müəyyən etmişdir ki, 18 may 2017-ci il tarixində Bakının Yasamal rayon idarəsində Hüseyn Cavid prospekti ilə Zahid Xəlilov küçəsinin kəsişməsində yerləşən Elmlər Akademiyası metrosunun qarşısında tələbə və vətəndaşların çox hərəkətli olan hissəsində vətəndaş X68 ətrafına bir qrup müxalifət yönlü insanları və dinc əhalini öz ətrafına toplayaraq dövlətimizə, dövlətçiliyimizə çoxhörmətli olan prezidentimiz başda olmaqla bütün məmurlar barəsində xoşagəlməz sözlər işlətmişlər. Yasamal rayon polis idarəsinin ərazi üzrə təyin olunmuş əməkdaşları tez bir zamanda öz fəallıqları ilə qanunsuz keçirilən aksiyanı dağıtmağa müvəffəq olmuşlar. Hadisə ilə bağlı araşdırmalar aparılarkən məlum olmuşdur ki, aksiyaya rəhbərlik edən X68 olmuşdur. İstintaq araşdırmalarından məlum olmuşdur ki, vətəndaş X68 bu hərəkətləri ilə əlaqədar olaraq 17.05.2011-ci il tarixində Yasamal rayon polis idarəsinin İXM-nin 281.1, 282.1-ci maddələrinin tələblərini pozduğu üçün 500 azn cərimə edilmişdir. 17 noyabr 2012-ci il tarixində Yasamal rayon ərazisində müxalifətin keçirdiyi qanunsuz mitinqdə yenə dinc əhali arasında çaşqınlıq salaraq dövlət əleyhinə çıxışlara təhrik etmişdir. Bununla da Yasamal rayon məhkəməsinin qərarı ilə 15 müddətində azadlıqdan məhrum edilmişdir. Bununla kifayətlənməyən X68 növbəti dəfə dövlətimizə qarşı iri miqyaslı çıxışını 08.07.2014-cü il tarixində göstərmişdir. O, yenə də insanlar arasında qarşıdurma yaradaraq əhalini öz arxasınca aparmağa vadar etmişdir. Polis əməkdaşları vətəndaş X68 ilə danışıqlar apararaq onun Yasamal rayon polis idarəsində aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, vətəndaş X31 əməllərində AR İXM-nin 315.1 və 535.1-ci maddələri var və onun sanksiya hissəsi həddində 3 gün saxlanılaraq cəzalandırılmışdır. 18 may 2017-ci il tarixdə dinc əhali arasında törətdiyi hadisə ilə əlaqədar olaraq istintaqa ifadə vermək üçün 03.07.2017-ci il tarixdə idarəmizə dəvət edilmiş və Yasamal rayon polis idarəsi rəisinin qəbulunda olmuşdur. Sonradan 15.08.2017-ci il tarixdə yenidən istintaqa ifadə verməyə çağırılsa da, heç bir çağırışa gəlməyərək ifadə verməkdən müxtəlif yerlərdə gizlənməklə yayınmışdır. Bununla da X68 barəsində AR CM-nin 274.1, 281.1 və 282.1-ci maddələri ilə barəsində cinayət işi açılmışdır. Qərara alınır ki, l.Bakı şəh., Nərimanov ray., Hidayətzadə küç.ev 14, mənzil 39-da qeydiyyatda olan, 1960-cı il təvəllüdlü X68 barəsində qarldırılmış AR CM-nin 274.1, 281.1 və 282.1-ci maddələriylə təqsirli bilinərək ibtidai istintaqdan yayındığına görə onun barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilsin. 2. Axtarış verildiyi tarixdən qüvvədədir. 3. Axtarışın surəti işə nəzarət edən prokurora göndərilsin. 4. Dövlət Sərhəd Xidmətinin Keçid Məntəqələrinə verilsin».
12. Bakı şəhəri Yasamal rayon polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı A.S.Əliyevin adından tərtib olunmuş və imza və möhürlə təsdiqlənmiş X31 03.07.2017-ci il tarixdə və 15.08.2017-ci il tarixlərdə istintaqa dəvət olunması bardə çağırış vərəqələri. (İİİ cild 152-161, 200-221) Şahid1 yaşadığı ünvan 13 ünvanında yerləşən evinə və idarə etdiyi «Kia Soul» markalı ** GM *** dövlət nömrə nişanlı avtomaşına baxış keçirilməsi haqqında 19.12.2018ci il tarixli protokollardan görünür ki, qonaq otağındakı masanın altından X57 məxsus ümumvətəndaş pasportu, hərbi bilet, Şahid6 məxsus ümumvətəndaş pasportu, hərbi bilet, sürücülük vəsiqəsi, ortə təhsil haqqında attestat, ilk peşə təhsili haqqında diplom, RF tərəfindən verilmiş attestat,doğum haqqında şəhadətnamənin surəti, yaşayış yeri haqqında arayış, Karine Vorobey barəsində tibbi dəyərləndirmə, dəhlizdəki plləkənin tutacağından asılmış selofan torbadan Şahid11 aid şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, doğum haqqında şəhadətnamə, X23 aid doğum şəhadətnaməsi, X58 məxsus doğum haqqında şəhadətnamə, X46 və X24 məxsus doğum şəhadətnamələri, saxlanc yerindəki geyim əşyalarının altından göy rəngli sənəd qovluğunun içindən X33 axtarışa verilməsinə dair Bakı şəhər Baş polis idarəsinin qərarı, çağırış vərəqələri, Psixi Sağlamlıq Mərkəzinin arayışı, Məhkəmə Tibbi Ekspertiza və X26 ekspert rəyi, Ayaz Hacıəliyevin müraciətinə dair Bakı şəhər prokurorluğunun cavab məktubu, Şahid1 adına olan əmək kitabçası, eləcə də bir ədəd üzlüksüz əmək kitabçası, 1 ədəd içərisində müxtəlif qeydlər, eləcə də trazaksiya/göndəriş № RR ********* AZE Abbasov Mahir 30.01.2018 göndərən: Aliyev Müşviq sözləri yazılmış 48 vərəqdən ibarət dama-dama dəftər, 1 ədəd qara üzlüklü qeyd kitabçası, qonaq otağından masanın üzərindən X29 adına Psixi Sağlamlıq Mərkəzi və 1 saylı mərkəzləşdirilmiş kliniki xəstəxananın epikriz sənədinin surəti, ikinci mərtəbədəki ikinci yataq otağının çarpayıya bitişik dolabın içindən Şahid1 ümumvətəndaş pasportu, X85 və X25 adına verilmiş uşaq musiqi məktəbinin şəhadətnamələri, İran vətəndaşı Maharram Janmohammadiyə məxsus müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, X1 uçotu haqqında şəhadətnaməsi, avtomobilin salonundan 1 ədəd «Nokia» markalı, 1 ədəd «Apple» markalı mobil cihazlar, 1 ədəd «Huavey» markalı planşet, avtomobilin günlüyündən Şahid1 şəxsiyyət vəsiqəsi, qəbz, içərisində «2-bildiriş 350», «1-axtarış 300», «2-Rədd polis və prok 600, 1250» qeydləri yazılmış göy üzlü kitabça, «İman tərcümə notarial təsdiqlə» qeydli vizit kartı, həmçinin Şahid1 üzərindəki dəri üzlüklü cüzdandan 1 ədəd 500, 1 ədəd 100, 3 ədəd 50 avro əskinasları olmaqla cəmi 750 avro məbləğində pul vəsaiti aşkar edilərək götürülmüşdür. (İİ cild i.v. 48-54) Şahid2 yaşadığı ünvan 14 ünvanında yerləşən evinə və idarə etdiyi «Toyota Prado» markalı ** XE *** dövlət nömrə nişanlı avtomaşına baxış keçirilməsi haqqında 20.12.2018-ci il tarixli protokollardan görünür ki, evin birinci yataq otağında yerləşən dolabın siyirməsindən Şahid2 məxsus ümumvətəndaş pasportları, hərbi bilet, Ermənistan SSR tərəfindən verilmiş bir ədəd içərisi yazılı, bir ədəd isə içərisində yazılar olmayan attestat,içərisi boş olan orta təhsil haqqında attestat, Şahid2 adına tərtib olunmuş ******* nömrəli əmək kitabçası, möhürlü, yazısız doğum haqqınlda şəhadətnamənin surəti, «Xətai» kiçik müəssisəsinin adına verilmiş dövlət qeydiyyat şəhadətnaməsi, Şahid2 sahibkar kimi şəhadətnaməsi, 1 ədəd «Notebok» markalı kompyuter, şəxsiyyət vəsiqəsi, avtomobilin salonundan isə 2 ədəd möhürləri rəngləmək üçün nəzərdə tutulan yastıqça, X61 adına tərtib olunmuş AZE ********* nömrəli şəxsiyyət vəsiqəsi, anket məlumatları olan kompyuterdə çap olunmuş kağız parçası, 10 ədəd kimlik kartı üçün nəzərdə tutulmuş «Assis» sözləri yazılmış üzlük, X59 adına tərtib olunmuş «Gələcək Azərbaycan Partiyası»nın üzvlük vəsiqəsi, 10 ədəd naməlum şəxslərin vəsiqə üçün nəzərdə tutulmuş müxtəlif ölçülü fotoşəkilləri, notarial təsdiq üçün lazım olan müxtəlif ləvazimatlar, qızılı rəngli düymələr, qızılı rəngli gerb rəsmi həkk olunmuş predmet aşkar edilərək götürülmüşdür.(İİ cild i.v. 96-101) Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Konstitusiya quruluşunun mühafizəsi və terrorçuluğa qarşı mübarizə baş idarəsinin 24.12.2018-ci il tarixli 5/7453 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində «Nahid» adlı şəxsin xx xxxx 1980-ci ildə Ermənistan SSR Vardenis rayonunda anadan olmuş, ünvan 15 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs 11.12.2018-ci il tarixdə ölkəni Almaniya istiqamətndə tərk edərək 063 nömrəli reyslə Berlin şəhərinə getmişdir Təqsirləndirilən şəxs qeyd edilən ünvanda yaşamaqla Bakı şəhərində apteklərin birində işləmişdir. (İİ cild i.v.183-184) Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 16.01.2019-cu il tarixli qərarına əsasən mobil rabitə operatorlarından istintaqa daxil olmuş təqsirləndirilən - Şahid1 və Şahid2 istifadəsində olmuş mobil telefon nömrələri üzrə 01.01.2016-cı ildən 02.12.2018-ci ilədək 4-cü ildən 13 noyabr 2018-ci ilədək olan müddət ərzində daxil olan və çıxan zənglərin izahlı qaiməsinin, həmin zənglərin antena məlumatlarının, SMS mesajlarının yazılı mətnlərinin, əlaqə saxlanılmış telefon nömrə istifadəçilərinə dair məlumatlara baxış keçirilməsi haqqında 11.02.2019-cu il tarixli protokoldan görünür ki, göstərilən müddət ərzində X35 ********** saylı nömrə ilə X7 istifadəsində olan **********, Şahid5 istifadəsində ********** və Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı nömrələr arasında zənglər və SMS-lər qeydə alınmamışdır. Həmin müddət ərzində X35 istifadəsində olan ********** saylı nömrə ilə X7 istifadəsində olan ********** saylı nömrə arasında 21 avqust 2017-ci il saat 09-50 dəqiqədə müddəti 31 saniyə və 25 avqust 2017-ci ildə saat 15-41 dəqiqədə müddəti 27 saniyə olan cəmi 2 daxil olan zəng qeydə alınmışdır. X7 istifadəsində olan ********** saylı nömrə ilə 01 yanvar 2016-cı ildən 02 dekabr 2018-ci ilədək olan müddət ərzində X35 istifadəsində olan ********** saylı nömrə ilə və Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı nömrələr arasında zənglər və SMSlər qeydə alınmamışdır. Eyni müddət ərzində X7 ********** saylı nömrə ilə X35 istifadəsində olan ********** saylı nömrə arasında aşağıda göstərilən tarix və vaxtlarda cəmi 34 qarşılıqlı daxil və xaric olan zəng qeydə alınmış: 09 yanvar 2017-ci ildə saat 12-34 dəqiqədə müddəti 83 saniyə;11 yanvar 2017-ci ildə saat 14-44 dəqiqədə müddəti 37 saniyə;11 yanvar 2017-ci ildə saat 15-11 dəqiqədə müddəti 20 saniyə;04 fevral 2017-ci ildə saat 12-19 dəqiqədə boş SMS;05 mart 2017-ci ildə saat 21-50 dəqiqədə müddəti 25 saniyə;22 mart 2017-ci ildə saat 22-18 dəqiqədə müddəti 91 saniyə;22 mart 2017-ci ildə saat 23-03 dəqiqədə müddəti 173 saniyə;22 mart 2017-ci ildə saat 23-07 dəqiqədə müddəti 63 saniyə;27 mart 2017-ci ildə saat 17-30 dəqiqədə müddəti 58 saniyə;27 mart 2017-ci ildə saat 19-22 dəqiqədə müddəti 13 saniyə;02 may 2017-ci ildə saat 19-34 dəqiqədə müddəti 50 saniyə;07 may 2017-ci ildə saat 13-35 dəqiqədə müddəti 29 saniyə;08 may 2017-ci ildə saat 19-22 dəqiqədə müddəti 20 saniyə;09 may 2017-ci ildə saat 23-03 dəqiqədə müddəti 21 saniyə;10 may 2017-ci ildə saat 19-20 dəqiqədə müddəti 53 saniyə;19 may 2017-ci ildə saat 14-20 dəqiqədə müddəti 10 saniyə;07 iyul 2017-ci ildə saat 21-13 dəqiqədə müddəti 23 saniyə;15 iyul 2017-ci ildə saat 15-14 dəqiqədə müddəti 31 saniyə;20 iyul 2017-ci ildə saat 14-07 dəqiqədə müddəti 167 saniyə;20 iyul 2017-ci ildə saat 16-48 dəqiqədə müddəti 14 saniyə;20 iyul 2017-ci ildə saat 17-30 dəqiqədə müddəti 24 saniyə;21 iyul 2017-ci ildə saat 14-21 dəqiqədə müddəti 0 saniyə;21 iyul 2017-ci ildə saat 14-24 dəqiqədə müddəti 0 saniyə;17 avqust 2017-ci ildə saat 17-28 dəqiqədə müddəti 18 saniyə;17 avqust 2017-ci ildə saat 17-29 dəqiqədə boş SMS;17 avqust 2017-ci ildə saat 17-29 dəqiqədə müddəti 209 saniyə;21 avqust 2017-ci ildə saat 10-36 dəqiqədə boş SMS;21 avqust 2017-ci ildə saat 10-41 dəqiqədə boş SMS;21 avqust 2017-ci ildə saat 10-42 dəqiqədə boş SMS;21 avqust 2017-ci ildə saat 10- 43 dəqiqədə boş SMS;21 avqust 2017-ci ildə saat 10-46 dəqiqədə boş SMS;09 sentyabr 2017-ci ildə saat 19-34 dəqiqədə müddəti 60 saniyə;28 sentyabr 2017-ci ildə saat 16-31 dəqiqədə müddəti 40 saniyə;22 yanvar 2018-ci ildə saat 10-49 dəqiqədə müddəti 76 saniyə. X5 istifadəsində olan ********** saylı nömrə ilə X35 istifadəsində olan ********** saylı nömrə arasında yalnız bir dəfə 25 aprel 2018-ci ildə, saat 15-24 dəqiqədə boş SMS qeydə alınmışdır. 01 yanvar 2016-cı ildən 19 dekabr 2018-ci ildək olan müddət ərzində X5 istifadəsində olan ********** saylı nömrə ilə Şahid5 istifadəsində olan ********** nömrə arasında birinci zəng 07 iyul 2016-cı ildə saat 12-56 dəqiqədə, sonuncu isə 19 dekabr 2018-ci ildə saat 11-46 dəqiqədə olmaqla cəmi 314 qarşılıqlı daxil və xaric olan zəng qeydə alınmışdır. Bundan başqa Şahid5 istifadəsində olan ********** saylı nömrədən X5 istifadəsində olan «Bakcell» mobil operatoruna aid ********** saylı nömrəsi arasında 16 yanvar 2017-ci ildə saat 15-45-dəqiqədə «80 cı ilin atestatı varmı» məzmunda xaric olan mesaj qeydə alınmışdır. Şahid3 istifadəsində olan ********** saylı nömrə ilə X35 **********,********** və **********, Şahid5 istifadəsində olan ********** və Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı nömrələr arasında zəng və SMS qeydə alınmamışdır. Bununla yanaşı, Şahid3 istifadəsində olan ********** saylı nömrədən istintaq əhəmiyyət kəsb edən vaxtda 20 dekabr 2018-ci ildə saat 23-07 dəqiqədə ********** saylı nömrə ilə müddəti 95 saniyə, saat 23-10 dəqiqədə ********** saylı nömrə ilə müddəti 701 saniyə və saat 23-27 dəqiqədə ********** saylı nömrə ilə müddəti 45 saniyə olan xaric olan zeng qeydə alınmışdır. Şahid4 Firudin qızının istifadəsində olan ********** saylı nömrə ilə X35 **********,********** və **********, Şahid5 istifadəsində olan ********** və Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı nömrələr arasında zeng və SMS qeydə alınmamışdır. (İİİ cild, i.v.193-197) X27 Sisteminin «Sərhəd nəzarəti» altsisteminin məlumatları ilə təqsirləndirilən şəxslər Şahid1 07.12.2000-ci il tarixdən 31.10.2015-ci il tarixədək olan dövrdə dörd dəfə xarici ölkələrə, o cümlədən bir dəfə Almaniya Federativ Respublikasına, Şahid2 06.05.2009-cu ildən 11.10.2012-ci il tarixədək olan dövrdə dörd dəfə xarici dövlətlərə səfər etməsi, Təqsirləndirilən şəxs 11.12.2018-ci il tarixdə “Bakı-Berlin” aviareysi ilə ölkəni tərk etməsi müəyyən edilir. Bundan başqa, təqsirləndirilən şəxslərin yaşayış ünvanlan və nəqliyyat vasitələrinə keçirilmiş baxış zamanı şəxsiyyətlərinə dair sənədləri və barələrində tərtib olunmuş saxta sənədlər aşkar olunmuş X43 30.11.1982-ci ildə Ağdam rayonunun Əlimərdanlı kəndində anadan olmaqla Azərbaycan Respublikasının vətəndaşı olması və 26.11.2015-ci il tarixdə “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə ölkə ərazisini tərk edib bir daha geri qayıtmaması, X32 04.08.1982-ci ildə Mingəçevir şəhərində anadan olmaqla Azərbaycan Respublikasının vətəndaşı olması və 26.10.2015-ci ildə “Bakı- Vyana” aviareysi ilə ölkəni tərk edib bir daha qayıtmaması, X47 08.01.1988-ci ildə Bakı şəhərində doğulmaqla Azərbaycan Respublikasının vətəndaşı olması və 22.09.2016-cı ildə “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə ölkə ərazisini tərk edib bir daha geri qayıtmaması,Janmohammadi Moharramın 24.08.1984-cü il təvəllüdlü İran İslam Respublikasının vətəndaşı olması və 15.06.2015-ci ildə “Bakı-Frankfurt” aviareysi ilə ölkəni tərk etməsi, X33 10.09.1990-cı ildə Bakı şəhərində doğulmaqla Azərbaycan Respublikasının vətəndaşı olması və 05.11.2017-ci ildə “Bakı-İstanbul” aviareysi ilə ölkəni tərk edib bir daha qayıtmaması, X29 11.09.1987-ci ildə Özbəkistan Respublikasının Daşkənd şəhərində doğulmaqla Azərbaycaen Respublikasının vətəndaşı olması və 26.09.2016-cı ildə “Qəbələ-İstanbul” aviareysi ilə ölkəni tərk edib bir daha qayıtmaması, X31 10.11.1960-cı ildə Saatlı şəhərində doğulmaqla Azərbaycan Respublikasının vətəndaşı olması və 16.08.2017-ci il tarixdə “Şıxlı” sərhəd buraxılış məntəqəsindən keçərək ölkəni tərk edib bir daha qayıtmaması, X30 20.08.2000-ci ildə Almaniya Demokratik Respublikasının Berlin şəhərində doğulmaqla Azərbaycan Respublikasının vətəndaşı olması və 13.07.2015- ci il tarixdə “Bakı-İstanbul” aviareysi ilə ölkəni tərk edərək bir daha qayıtmaması, X21 05.05.1974-cü il tarixdə Tovuz rayonunun Böyük Qışlaq kəndində doğulmaqla Azərbaycan Respublikasının vətəndaşı olması və 16.08.2015-ci il tarixdə “Şıxlı” sərhəd-nəzarət məntəqəsindən keçərək ölkəni tərk edib bir daha qayıtmaması, Vorobey Karina və X51 isə sistemdə məlumatlarının olmadığı müəyyən edilir.(İİ cild i. v. 203-219, 232-257) Bakı şəhər Səbail rayon məhkəməsinin 15.04.2019-cu il tarixli, 1(009)-66/2019 nömrəli hökmündən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə birlikdə mütəşəkkil dəstə tərkibində törətdikləri cinayət əməllərinə görə təqsirləndirilən şəxslər Şahid2 və Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər.(İV cild i. v. 96-136) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir.(İİİ cild i.v. 116) AZE12574450 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 27.01.2008-ci il təvəllüdlü X95 adlı bir azyaşlı uşağı vardır. (İV cild i.v.261) Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMnin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddə ilə ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində az yaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Bununla yanaşı, qeyd edilməlidir ki, cinayətin mütəşəkkil dəstə tərəfindən törədilməsi Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə təqsirləndirildiyi maddədə tövsif edici əlamət kimi göstərilmədiyindən, məhkəmə CM-in 61.1.3-cü maddəsinə əsasən cinayətin mütəşəkkil dəstə tərəfindən törədilməsini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 01.09.2020-ci il tarixdən etibarən Almaniya Federativ Respublikasında Azərbaycan Respublikasına ekstradisiya olunması məqsədi ilə həbsdə saxlanılmış, 07.04.2021-ci il tarixdə Almaniya Federativ Respublikasından Azərbaycan Respublikasına ekstradisiya olunmuş, həmin tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılmış, hazırkı vaxtadək, yəni 10 aydır ki həbsdə saxlanılır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası faktiki olaraq çəkilmiş hesab olunmalıdır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə zalından həbsdən azad edilməlidir. Səbail rayon Məhkəməsinin 15.04.2019-cu il tarixli hökmündən görünür ki, ekspertiza xərci 802,86 manat Şahid1 oğıu və Şahid2 müştərək qaydada tutulub dövlət nəfinə keçirilməsi müəyyən olunmuşdur. Məhkəmə məsrəfləri ilə bağlı qeyd olunmalıdır ki, ekspertiza xərclərinə münasibətdə hökmün qeyd edilən hissəsi nəzərə alınmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. 23.04.2021-ci il tarixli qərarından görünür ki, RR********** AZ ştrix kodlu zərf, X75 barəsində Azərbaycan xalq cəbhəsi partiyasının 23 noyabr 2015-ci il tarixli 156 nömrəli arayışı, X65 barəsində Bakı şəhəri Yasamal rayon məhkəməsinin 30 may 2015-ci il tarixli, 0055 (0278)-125/2015 nömrəli qərarı, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin İstintaq şöbəsinə çağırılmasına dair 29 sentyabr 2015-ci il tarixli çağırış vərəqəsi, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin 26 noyabr 2015-ci il tarixli 33/648-41 nömrəli qərarı, X66 barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X86 təcrübi və tədris birliyinin 24 iyul 2017-ci il tarixli EP/16- 28 nömrəli ekspert rəyi, Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin 16 avqust 2018-ci il tarixli arayışı, Bakı şəhər prokurorluğunun 22 avqust 2018-ci il tarixli 16/83-431 nömrəli məktubu, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin İstintaq şöbəsinə çağırılmasına dair 28 sentyabr və 13 oktyabr 2017-ci il tarixli çağırış vərəqələri, həmin idarə tərəfindən həbs qətimkan tədbiri seçilməsi və axtarışa verilməsinə dair qərarı, X69 barəsində tərtib edilmiş Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin 15.02.2016-cı il tarixli 197 nömrəli epiqrizi, Bakı baş səhiyyə idarəsi 1 saylı X3 02.02.2016-cı il tarixli 2/197 nömrəli epiqrizi, X50 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər baş polis idarəsinin 10.05.2018-ci il tarixli 78/361-49 nömrəli qərarı, X67 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi 1 saylı X4 04 iyul 2018-ci il tarixli 1/196 nömrəli arayışı, X68 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon polis idarəsinin istintaq şöbəsinin 14.09.2017- ci il tarixli 21/218-46 nömrəli qərarı, Bakı şəhəri Yasamal rayon polis idarəsinin çağırış vərəqələri, X61 adına tərtib olunmuş AZE ********* nömrəli şəxsiyyət vəsiqəsi, həmçinin təqsirləndirilən şəxs Şahid1 götürülmüş X57 məxsus ümumvətəndaş pasportu, hərbi bilet, Şahid6 məxsus ümumvətəndaş pasportu, hərbi bilet, sürücülük vəsiqəsi, orta təhsil haqqında attestat, ilk peşə təhsili haqqında diplom, RF tərəfindən verilmiş attestat, doğum haqqında şəhadətnamənin surəti, yaşayış yeri haqqında arayış, Karine Vorobey barəsində tibbi dəyərləndirmə, Şahid11 qızma aid şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, doğum haqqında şəhadətnamə, X23 aid doğum şəhadətnaməsi, X58 məxsus doğum haqqında şəhadətnamə, X46 və X24 məxsus doğum şəhadətnamələri, bir ədəd üzlüksüz əmək kitabçası, 1 ədəd içərisində müxtəlif qeydlər, eləcə də trazaksiya/göndəriş № RR ********* AZE Abbasov Mahir 30.01.2018 göndərən: Aliyev Müşviq sözləri yazılmış 48 vərəqdən ibarət dama-dama dəftər, 1 ədəd qeyd kitabçası, X85 və X25 adına verilmiş uşaq musiqi məktəbinin şəhadətnamələri, İran vətəndaşı Maharram Janmohammadiyə məxsus müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, X1 uçotu haqqında şəhadətnaməsi, 1 ədəd «Nokia» markalı, 1 ədəd «Apple» markalı mobil cihazlar, 1 ədəd «Huavey» markalı planşet, qəbz, içərisində «2-bildiriş 350», «1- axtarış 300», «2-Rədd polis və prok 600, 1250» qeydləri yazılmış göy üzlü kitabça, «İman tərcümə notarial təsdiqlə» qeydli vizit kartı, təqsirləndirilən şəxs Şahid2 götürülmüş Ermənistan SSR tərəfindən verilmiş bir ədəd içərisində yazılar olmayan attestat, içərisi boş olan orta təhsil haqqında attestat, möhürlü, yazısız doğum haqqında şəhadətnamənin surəti, 1 ədəd «Notebok» markalı kompyuter, 2 ədəd möhürləri rəngləmək üçün nəzərdə tutulan yastıqça, X61 adına tərtib olunmuş anket məlumatları barədə kompyuterdə çap olunmuş kağız parçası, 10 ədəd kimlik kartı üçün nəzərdə tutulmuş «Assis» sözləri yazılmış üzlük, X59 adına tərtib olunmuş «Gələcək Azərbaycan Partiyası»nın üzvlük vəsiqəsi, 10 ədəd naməlum şəxslərin vəsiqə üçün nəzərdə tutulmuş müxtəlif ölçülü fotoşəkilləri, notarial təsdiq üçün lazım olan müxtəlif ləvazimatlar, qızılı rəngli düymələr, qızılı rəngli gerb rəsmi həkk olunmuş predmet, əməliyyat-axtarış tədbirləri çərçivəsində əldə olunmuş telefon danışıqları barədə 1 ədəd CD diski, təqsirləndirilən şəxslər Şahid1 və Şahid2 səs nümunələrinin olduğu 2 ədəd CD diski, təqsirləndirilən şəxs Şahid1 məxsus «HUAWEİ markalı planşetdən aşkar edilmiş səsli mesaj, X22 Gəncə şəhəri Nizami rayon polis idarəsi tərəfindən 12.05.2012-ci il tarixdə verilmiş AZE 09336492 nömrəli şəxsiyyət vəsiqəsinin fotoşəkli, «xxxx» MMC-nin Aliyev Müşviq adlı şəxsin adından AFR-ə Abbasov Mahirə beynəlxalq poçtla məktub göndərilməsinə dair ödəniş qəbzinin fotoşəkli, üzərinə «Tranzaksiya/Göndəriş: № RR 004579966AZ Abbasov Mahir» və «Üzərinə «Tranzaksiya/Göndəriş: № RR 004579966AZ Abbasov Mahir 30.01.2018 X100» sözləri yazılmış dama-dama dəftərin vərəqlərinin fotoşəkli, X13 Şahin Paşayevə məktub göndərilməsinə dair zərfin bir hissəsinin fotoşəkli, X50 barədə məlumatlara dair vərəqin fotoşəkli, X13 Dadaş Paşayevə məktub göndərilməsinə dair zərfin bir hissəsinin fotoşəkli, X13 xanım Gyulia Samivina-ya məktub göndərilməsinə dair zərfin bir hissəsinin fotoşəkli, «Haqverdiyeva Günel barədə məlumatlara dair vərəqin fotoşəkli iş üzrə maddi sübut kimi tanınmışdır. (İV cild i.v. 197- 238) RR********** AZ ştrix kodlu zərf, X75 barəsində Azərbaycan xalq cəbhəsi partiyasının 23 noyabr 2015-ci il tarixli 156 nömrəli arayışı, X65 barəsində Bakı şəhəri Yasamal rayon məhkəməsinin 30 may 2015-ci il tarixli, 0055 (0278)-125/2015 nömrəli qərarı, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin İstintaq şöbəsinə çağırılmasına dair 29 sentyabr 2015-ci il tarixli çağırış vərəqəsi, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin 26 noyabr 2015-ci il tarixli 33/648-41 nömrəli qərarı, X66 barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X86 təcrübi və tədris birliyinin 24 iyul 2017-ci il tarixli EP/16-28 nömrəli ekspert rəyi, Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin 16 avqust 2018-ci il tarixli arayışı, Bakı şəhər prokurorluğunun 22 avqust 2018-ci il tarixli 16/83-431 nömrəli məktubu, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin İstintaq şöbəsinə çağırılmasına dair 28 sentyabr və 13 oktyabr 2017-ci il tarixli çağırış vərəqələri, həmin idarə tərəfindən həbs qətimkan tədbiri seçilməsi və axtarışa verilməsinə dair qərarı, X69 barəsində tərtib edilmiş Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin 15.02.2016-cı il tarixli 197 nömrəli epiqrizi, Bakı baş səhiyyə idarəsi 1 saylı X3 02.02.2016-cı il tarixli 2/197 nömrəli epiqrizi, X50 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər baş polis idarəsinin 10.05.2018-ci il tarixli 78/361-49 nömrəli qərarı, X67 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi 1 saylı X4 04 iyul 2018-ci il tarixli 1/196 nömrəli arayışı, X68 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon polis idarəsinin istintaq şöbəsinin 14.09.2017-ci il tarixli 21/218-46 nömrəli qərarı, Bakı şəhəri Yasamal rayon polis idarəsinin çağırış vərəqələri cinayət işinin saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, digər maddi sübutlar isə ********* saylı cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi ilə əlaqədar Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutların saxlanc yerində saxlanılması nəzərə alınmalıdır. Bakı şəhər Səbail rayon məhkəməsinin 15.04.2019-cu il tarixli, 1(009)-66/2019 nömrəli hökmü ilə iş üzrə maddi sübut kimi tanınmış Şahid1 məxsus 750 avro məbləğində pul vəsaitinin dövlət nəfinə alınmasının müəyyən edilməsi nəzərə alınmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X28 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 40 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X72 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X48 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 10 ay (on ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətini əhatə etdiyindən, Təqsirləndirilən şəxs cəzasını faktiki çəkmiş hesab edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış 0055 (0278)-125/2015 nömrəli qərarı, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin İstintaq şöbəsinə çağırılmasına dair 29 sentyabr 2015-ci il tarixli çağırış vərəqəsi, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin 26 noyabr 2015-ci il tarixli 33/648-41 nömrəli qərarı, X66 barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X86 təcrübi və tədris birliyinin 24 iyul 2017-ci il tarixli EP/16-28 nömrəli ekspert rəyi, Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin 16 avqust 2018-ci il tarixli arayışı, Bakı şəhər prokurorluğunun 22 avqust 2018ci il tarixli 16/83-431 nömrəli məktubu, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin İstintaq şöbəsinə çağırılmasına dair 28 sentyabr və 13 oktyabr 2017-ci il tarixli çağırış vərəqələri, həmin idarə tərəfindən həbs qətimkan tədbiri seçilməsi və axtarışa verilməsinə dair qərarı, X69 barəsində tərtib edilmiş Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin 15.02.2016-cı il tarixli 197 nömrəli epiqrizi, Bakı baş səhiyyə idarəsi 1 saylı X3 02.02.2016-cı il tarixli 2/197 nömrəli epiqrizi, X50 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər baş polis idarəsinin 10.05.2018-ci il tarixli 78/361-49 nömrəli qərarı, X67 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi 1 saylı X4 04 iyul 2018-ci il tarixli 1/196 nömrəli arayışı, X68 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon polis idarəsinin istintaq şöbəsinin 14.09.2017-ci il tarixli 21/218-46 nömrəli qərarı, Bakı şəhəri Yasamal rayon polis idarəsinin çağırış vərəqələri cinayət işinin saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın, digər maddi sübutlar isə ********* saylı cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi ilə əlaqədar Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutların saxlanc yerində saxlanılması nəzərə alınsın. Bakı şəhər Səbail rayon məhkəməsinin 15.04.2019-cu il tarixli, 1(009)-66/2019 nömrəli hökmü ilə iş üzrə maddi sübut kimi tanınmış Şahid1 məxsus 750 avro məbləğində pul vəsaitinin dövlət nəfinə alınmasının müəyyən edilməsi nəzərə alınsın. Səbail rayon Məhkəməsinin 15.04.2019-cu il tarixli hökmü ilə ekspertiza xərci 802,86 manat Şahid1 və Şahid2 müştərək qaydada tutulub dövlət nəfinə keçirilməsinin müəyyən olunması nəzərə alınsın. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X48 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Mahirə Kərimova