Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-251/2022 31.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, X2 Addıxanovnanın, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 23 dekabr 2021-ci il tarixdə, saat 04 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbaev küçəsi 4\17 ünvanında yerləşən “Game center internet” kafe kulubun plastik giriş qapısını özü ilə gətirdiyi dəmir alətlə sıxıb açaraq qanunsuz binaya daxil olub, kafenin ikinci mərtəbəsində yerləşən zaldan və otaqlardan hər birinin dəyəri 20 manat olmaqla ümumi dəyəri 480 manat təşkil edən 24 ədəd “Dual shook” model josstik pultlarını, hər birinin dəyəri 180 manat olmaqla ümumi dəyəri 900 manat təşkil edən 5 ədəd “Sony Playstation 3” markalı CECH-2008A və CECH-2504A seriyalı oyun aparatlarını, dəyəri 400 manat olan “Sony Playstation 4” markalı oyun aparatını, hər birinin dəyəri 5 manat olan cəmi dəyəri 30 manat təşkil edən 6 ədəd HDMİ naqili, hər birinin dəyəri 2 manat olmaqla cəmi dəyəri 12 manat təşkil edən 6 ədəd elektrik naqilini, hər birinin dəyəri 1 manat olmaqla cəmi dəyəri 5 manat olan 05 ədəd “Sinikers” və hər birinin dəyəri 1 manat olmaqla cəmi dəyəri 3 manat təşkil edən 03 ədəd “Plitka” şkoladlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumillikdə 1830 manat məbləğdə ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, yaşadığı evin yaxınlığında olan “Game center internet” kafedə dəfələrlə olduğunu və orada olan playstation və komputerlərdən istifadə etdiyini bildirmişdir. Maddi sıxıntıları olduğundan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 23 dekabr 2021-ci il tarixdə, saat 04 radələrdinə həmin internet kafedən oğurluq etmək üçün obyektin qarşısında gəlmiş, ətrafda heç kimin olmadığını, kafenin bağlı oğluğuna əmin olub və özü ilə gətirdiyi kiçik dəmir parçası ilə obyektin plastik qapısını asanlıqla açmış və içəri daxil olmuşdur. Obyektə daxil olduqdan sonra ikinci mərtəbədə özündə olan qara rəngli böyük həcmli sellofanı açmış və oradan 6 ədəd playstation aparatı, 24 ədəd jossik, soyuducuda olan 5 ədəd “snikers” və 3 ədəd markalı yadında qalmayan damadama formalı şokaladları oğurlamış və sonra kafeni tərk etmişdir. Bundan sonra o, həmin aparatları satmaq qərarına gəlmişdir. Bu məqsədlə “Tap.az” saytında playstation və komputer satan şəxslərin elanlarını görmüşdür. Bu məqsədlə həmin şəxslərlə əlaqə saxlayıb playstation satdığını bildirib münasib qiymətə razılaşacağını söyləmişdir. 23.12.2021-ci il tarixdə günorta saatlarında tanımadığı şəxslə sonradan adını bildiyi Şahidlə Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən “Bravo” supermarketin qarşısında görüşmüş və 2 ədəd playstation aparatını və 4 ədəd jossiki ona göstərmiş, onları 250 manata satmaq istədiyini bildirmiş və həmin şəxs onunla razılaşaraq həmin əşyalaı almışdır. Bundan iki gün sonra digər aparatları tanımadığı şəxslərə tap.az saytında tapdığı şəxslərə satmaqla ümumi olaraq 800 manat qazanc əldə etmişdir. O əldə etdiyi pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra isə polis əməkdaşları tərəfindən saxlanılmış və sorğu-sual zamanı həmin cinayəti etməsini etiraf etmişdir. O, oğurluq hadisəni tək törətmiş və oğurladığı şokaladları isə özü yemişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. İş üzrə zərərçəkmiş şəxslə barışmış və zərərçəkmiş şəxsin ondan heç bir şikayəti, tələbi yoxdur. Məhkəmədən cinayət əməlini etiraf etməsini və deyilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. 21.04.2022-ci il tarixdə keçirilən məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o o, ünvan 2 ünvanında yerləşən playstation klub işlədir. O, həmin obyektin ikinci mərtəbəsini icarayə götürmüşdür. 22.12.2021-ci il tarixdə, saat 23.50 radələrində playstatotion internet klubun qapılarını bağlayaraq evə getmişdir. O, 23.12.2021-ci il tarixdə, saat 11 radələrində kluba yaxınlaşaraq plastik giriş qapının predmetlə sıxılaraq naməlum şəxs tərəfindən açılaraq 2-ci mərtəbədə yerləşən zaldan və otaqlardan 24 ədəd jossik, 6 ədəd PS3 və PS4 markalı playstation aparatı, 5 ədəd snikers, 3 ədəd plitka formalı şokaladalar oğurlandığını aşkar etmişdir. Onun icarayə götürüb işlətdiyi obyektdən 1 ədəd PS3 markalı playstation aparatının təxmini qiyməti 300 manat olmaqla ümumi 5 ədəd PS3 markalı aparatın qiyməti 1500 manat, PS4 markalı aparatın qiyməti isə 450 manat, 1 ədəd jossikin qiyməti 40 manat olmaqla 24 ədədinin qiyməti 960 manat, 5 ədəd snikersin qiyməti 5 manat, 3 ədəd dama-dama şokaladın qiyməti isə 3 manat olmaqla naqil və şunurlarla birlikdə oğurlanmışdır. Məhkəmə əmtəəşunaslıq ekspertizasının rəyinə əsasən, hər birinin dəyəri 20 manat olmaqla Dual shook” model josstik pultları, hər birinin dəyəri 180 manat olmaqla 5 ədəd “Sony Playstation 3” markalı CECH-2008A və CECH-2504A seriyalı oyun aparatlarını, dəyəri 400 manat olan “Sony Playstation 4” markalı oyun aparatını, hər birinin dəyəri 5 manat olan HDMİ naqili, hər birinin dəyəri 2 manat olmaqla 6 ədəd elektrik naqilinin qiyməti orta bazar satış qiymətlərinə uyğun hesablanmaqla qiymətləndirilmişdir. Beləliklə oğurlanmış əmlak hesablanaraq ümumillikdə əmlakın dəyərinin 1830 manat məbləğində olması müəyyən edilmişdir. Cinayət hadisəsi nəticəsində ona dəymiş ziyan ödənilmiş, hazırda Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Təqsirləndirilən şəxs həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasına çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 30.12. 2021-ci il tarixli qərardan görünür ki, faktla əlaqədar Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. (i.v 1) 23.12.2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş foto şəkillərdən görünür ki, 23 dekabr 2021-ci il tarixdə oğurluq hadisəsi ünvan 3 ünvanında yerləşən “Game center internet” kafe klubunda baş vermişdir. (i.v. 7-11) 30.12.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v 58) 31.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. ( i.v. 64-65) 31.12.2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş foto şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha ifadənin yerində yoxlanması zamanı göstərərək təsdiq etmişdir. (i.v. 81-85) Binəqədi rayon Məhkəməsinin 31.12.2021-ci il tarixli, 4/(001)-1371/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 30.12.2021-ci il tarixdən hesablanmışdır. (i.v 105-109) 05 yanvar 2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş foto şəkillərdən görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş 2 ədəd qara rəngli Sony Plastation 3 markalı oyun aparatı, 3 ədəd Sony markalı jostikləri, HDMİ və elektrik naqilini tanımış və onların işlətdiyi kafe klubdan oğurlandığını, həmin əşyaların onun özünə məxsus olduğunu bildirmişdir. (i.v. 110-111) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2022-ci il tarixli, 9/79 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim 5 adda malların istifadə olması nəzərə alınmaqla hazırda orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 427 manat, nəzəri qaydada 1 ədəd Sony Plastation 4 markalı plastation aparatı 400 manat müəyyən olunur. 01 ədəd Sony Plastation 3 markalı CECH-2008A seryalı oyun aparatı 180 manat, 01 ədəd Sony Plastation 3 markalı CECH-2504A seryalı oyun aparatı 180 manat, 03 ədəd Sony markalı “Dual shock” modelli pult(jostik) hər biri 20 manat olmaqla cəmi dəyəri 60 manat, HDMİ naqili 5 manat, elektrik naqili 2 manat, nəzəri qaydada 1 ədəd Sony Plastation 4 markalı aparatının dəyəri 400 manat müəyyən edilmişdir. (i.v.117- 118) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum edilmiş və o, Suraxanı rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli qərarı ilə 01 ay 07 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, 22.07.2020-ci il tarixdə cəzasının müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. (i.v.122-124,126-131) 11.03.2022-ci il tarixli qərardan görünür ki, 2 ədəd qara rəngli Sony Plastation 3 markalı oyun aparatı, 3 ədəd Sony markalı jostikləri, HDMİ və elektrik naqili maddi sübut kimi tanınmış və zərər çəkmiş şəxsə təhvil verilmişdir.(i.v. 141-148) Binəqədi rayon Məhkəməsinin 19.03.2022-ci il tarixli, 4/(001)-286/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 19.04.2022-ci il tarixədək uzadılmışdır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş 21.04.2022-ci il tarixli ərizədən görünür ki, cinayət hadisəsi nəticəsində ona dəymiş ziyan ödənilmiş, hazırda Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Təqsirləndirilən şəxs həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxsna CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxstəqsirləndirildiyi CM-in 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxsna cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.1.12, 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən yenidən qəsdən cinayət törətmişdir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olması ilə yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan 30.12.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 30.12.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və 2 ədəd qara rəngli Sony Plastation 3 markalı oyun aparatı, 3 ədəd Sony markalı jostikləri, HDMİ və elektrik naqilin saxlanması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 30 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 30 dekabr 2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd qara rəngli Sony Plastation 3 markalı oyun aparatı, 3 ədəd Sony markalı jostikləri, HDMİ və elektrik naqilin zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ **********0000003944 S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs Sergeyevə göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(001)-251/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-251/2022
31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver