Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-251/2024 24.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən Şahid2 məxsus fərdi yaşayış evini inşa etmək üçün ayrılmış 300 kv. metr torpaq sahəsində yaşayış evi inşa etmək üçün Xocasən icra nümayəndəliyindən və polis orqanından rəsmi icazə sənədləri alacağını yalan vəd verib aldadaraq bu məqsədlə əvvəlcədən aralarında olan razılaşmaya əsasən 26 may 2023-cü il tarixdə günorta saatlarında, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs 1500 manat, həmin gün saat 17 radələrində, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən Bələdiyyənin inzibati binasının qarşısında, o, Zərərçəkmiş şəxs 6500 manat nağd pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 8000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 1(001)-251/2024 nömrəli qərarı ilə CM-in 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət təqibinə xitam verilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağdam şəhərində anadan olmuş, ünvan 1-də qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən nömrəsiz evdə yaşamışdır. Belə ki, o, Təqsirləndirilən şəxs2lə əlbir olmamışdır. Sarvanın Adilə 1500 manat pul verməsindən əvvəlcdən xəbəri olmamışdır. Sarvanın Adilə 1500 manat pul verməsini sonradan bilmişdir. Sarvan Mehman adlı qohumu vasitəsi ilə ona 6500 manat pul vermişdir. O, həmin 6500 manat puldan Adilə və ya başqa şəxsə pul verməmişdir. Adil adlı şəxsi təxminən beş ildir ki, tanımışdır. Adil ev və torpaq alqı-satqısı ilə məşğul olmuşdur. Belə ki, Adil satlıq torpaq və evlərə alıcı tapmış, həmin ev və torpaqlar satıldıqdan sonra alan və satan şəxslər Adilə müəyyən miqdarda pul vermişlər. Həmçinin, o, da həmin işlə məşğul olmuşdur. 2023-cü ilin may ayının sonlarında Adillə görüşən zaman sonuncu ona Sarvan adlı şəxsin Sulutəpə qəsəbəsində sənədli və sərəncamlı 3 sot torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsində ev tikmək istədiyini, torpaq sahəsində tikinti işlərinin aparılması üçün Xocəsən icra nümayəndəliyindən icazə alınması ilə bağlı onun tanışının olub-olmadığını, olduğu halda köməkkil edə bilib-bilməyəcəyini soruşmuşdur. O, Adilə tanışlarının olduğunu və köməklik edə biləcəyini demişdir. Bundan sonra Adil ona Sarvanla danışacağını və ona xəbər edəcəyini demişdir. İki-üç gün sonra Adil ona zəng edərək Xocasən bələdiyyəsinin qarşısına gəlməyini, Sarvanla görüşəcəklərini demişdir. Saat 14 radələrində o, Xocasən bələdiyyəsinin binasının qarşısında Adillə görüşmüş, sonra oraya Sarvan və qohumu Mehman gəlmişlər. Adil Sarvanı onunla tanış etmişdir. Sarvan ona aldığı Sulutəpə qəsəbəsində yerləşən torpaq sahəsində ev tikdirmək istədiyini demiş və icra nümayəndəliyindən icazənin alınmasını həll edib-edə bilməyəcəyini soruşmuşdur. O, Sarvana tanışlarının olduğunu, icazə ilə bağlı sənəd ala biləcəyini və bunun üçün 6500 manat pulun lazım olduğunu demiş, Sarvan da razılaşmışdır. Sarvan ona yanında olan qohumu Mehman vasitəsi ilə 6500 manat pulu göndərəcəyini demişdir. O, razılaşaraq getmişdir. Həmin gün günorta saatlarında Mehman onunla telefon vasitəsi ilə əlaqə saxlamış və saat 17 radələrində o, Xocasən bələdiyyəsinin qarşısında Mehmanla görüşmüşdür. Həmin vaxt Mehman ona 6500 manat pul verib Sarvanın göndərdiyini demiş və getmişdir. O, həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Sarvan hər dəfə ona zəng edib icazə ilə bağlı məsələnin həll olunub-olunmadığını soruşduqda, o, müxtəlif bəhanələr deyib vaxt almağa, Sarvanın pulunu geri qaytarmağa çalışmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs dəymiş zərərin ona aid hissəsini yəni 6500 manatı tam olaraq ödədiyini, evli olduğunu, himayəsində iki azyaşlı uşağının olduğunu bildirərək barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağdam rayonu, Seyidli kəndində anadan olmuş, Ağdam rayonu Seyidli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamışdır. O, Təqsirləndirilən şəxs1la əlbir olmamış və Sarvanın xeyli miqdarda pulunu ələ keçirməmişdir. Sarvanın ona 1500 manat pul verməsindən əvvəlcədən Fəxrəddinin xəbəri olmamışdır. Sarvan Mehman adlı qohumu vasitəsi ilə Fəxrəddinə 6500 manat pul vermişdir. Fəxrəddin həmin 6500 manat puldan ona pul verməmişdir. O, ev və torpaq alqı-satqısı ilə məşğul olmuşdur. O, satılıqda olan torpaq və evlərə alıcı tapmış, həmin ev və torpaqlar satıldıqdan sonra alan və satan şəxslər ona müəyyən miqdarda pul vermişlər. Zərərçəkmiş şəxs təxminən bir ay müddətdir tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs Sulutəpə qəsəbəsində almaq üçün torpaq sahəsi axtarmışdır. O, həmin qəsəbədən satılan torpaq sahəsi taparaq Sarvana demiş, sonuncu da həmin torpaq sahəsini almışdır. Bundan sonra onun Sarvanla tanışlığı yaranmışdır. Təqsirləndirilən şəxs1 təxminən beş ildir tanımış, sonuncu da ev və torpaq alqı-satqısı ilə məşğul olmuşdur. 2023-cü ilin may ayının sonlarında o, Sarvanla Sulutəpə qəsbəsində aldığı torpağın yaxınlığında görüşmüş, Sarvan ona həmin torpaq sahəsində ev tikdirmək istədiyini demiş, lazımi qurumlardan icazə alınması ilə bağlı onun tanışının olub-olmadığını soruşmuşdur. O, Sarvana Fəxrəddin adlı tanışının olduğunu, Fəxrəddinlə söhbət etmələrini demişdir. Bundan sonra Fəxrəddinlə görüşüb bu barədə demiş, sonuncu tanışlarının olduğunu, Sarvanla görüşmələrini və söhbət etmələrini bildirmişdir. İki gün sonra Xocasən bələdiyyə binasının qarşısında o və Fəxrəddin, Sarvan və sonuncunun qohumu ilə görüşmüşlər. Sarvan torpaq sahəsində ev tikdirmək istədiyini, bu səbəbdən Xocasən icra nümayəndəliyindən icazə alınması ilə bağlı kömək olunmasını onlara demişdir. Fəxrəddin tanışlarının olduğunu və köməklik edəcəyini demişdir. O, Fəxrəddinin dediyini təsdiqləmişdir. Fəxrəddin icra nümayəndəliyindən icazənin alınması ilə bağlı 6500 manat pulun lazım olduğunu demişdir. Sarvan razılaşmış, həmin pulu günorta saatlarından sonra özü olmaması səbəbindən qohumunun gətirib Fəxrəddinə verəcəyini demişdir. Həmin gün saat 15 radələrində Sarvanın həmin qohumu Xocəsən bələdiyyəsi binasının qarşısında Fəxrəddin və onunla görüşmüş, Fəxrəddinə 6500 manat pul verərək getmişdir. Həmin gündən iki-üç gün əvvəl o, Sarvanla əlaqə saxlamış, Sarvanla Fəxrəddinə pul verən qohumunun yaşadığı Sulutəpə qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarşısında görüşmüş, Sarvana polisdən icazə alınması ilə bağlı 1500 manat pulun lazım olduğunu demiş, Sarvan orada ona 1500 manat pul vermişdir. O, Sarvandan aldığı pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Sarvan hər dəfə ona zəng edib icazə ilə bağlı məsələnin həll olunub-olunmadığını soruşduqda, o, müxtəlif bəhanələr gətirib vaxt almağa və pulu geri qaytarmağa çalışmışdır. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs icazə ilə bağlı 8000 manat pul verməsini deməmişdir. Sarvan torpaq sahəsini aldıqdan sonra ona yaxınlaşıb həmin torpaq sahəsində ev tikdirmək istədiyini demiş, bu səbəbdən lazımi qurumlardan icazənin alınmasından ötrü tanışının olub-olmadığını soruşduqda o, tanışının olduğunu demişdir. Bundan sonra Sarvan ona 8000 manat pulunun olduğunu, həmin məbləğə icazə məsələsini həll edib-edə bilməyəcəyini soruşmuşdur. Bu zaman o, tanışının olduğunu və bir xəbər verəcəyini demişdir. Fəxrəddinə bu barədə demiş, sonra Xocasən bələdiyyə binasının qarşısında görüşüb birlikdə söhbət etmişlər. O, Sarvandan 1500 manat məbləğində pulu Fəxrəddinə 6500 manat verilməmişdən iki-üç gün əvvəl Sarvanın Fəxrəddinə 6500 manat pulu verən qohumunun yaşadığı Sulutəpə qəsəbəsində yerləşən yaşayış evinin qarşısında görüşdükləri zaman almışdır. O, Sarvana aldığı torpaq sahəsində ev tikdirməsi üçün polisdən lazımi icazəni alacağını demişdir. Sarvandan 1500 manat pulu aldıqdan sonra Sarvana söz verdiyi həmin torpaqda tikinti işləri aparması ilə bağlı icazənin lazımi qurumlardan alacağı ilə bağlı tanışlarına bildirməmiş, buna səbəb həmin pulu şəxsi ehtiyaclarına xərcləməsi olmuşdur. Sarvanın ona 1500 manat pul verməyindən Fəxrəddinin əvvəlcədən xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittihamla təqsirli bilərək, Zərərçəkmiş şəxs dəymiş zərərin ona aid hissəsini tam olaraq ödədiyini və qanunvericilikdə nəzərdə tutulmuş ona aid ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödədiyini bildirərək barəsində olan cinayət təqibinə bəraət verici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş CMin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Yevlax şəhərində anadan olmuş, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 11, mənzil 9-da qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşamışdır. O, latın qrafikalı əlifba ilə sərbəst yazıb-oxumağı bacarmışdır. 13 ildir ki, kirayədə yaşadığından torpaq alıb ev tikdirmək qərarına gəlmişdir. Bu səbəbdən Masazır qəsəbəsi, Xırdalan şəhəri və Sulutəpə qəsəbəsini gəzərək ev və ya torpaq barədə maraqlanmışdır. 2023-cü ilin may ayında Binəqədi rayonu, Sulutəpə qəsəbəsində sonradan adının Təqsirləndirilən şəxs2 olmasını bildiyi şəxsin ofisinə yaxınlaşmışdır. Adillə torpaq barədə söhbət etmiş, sonuncu Sulutəpə qəsəbəsində ona torpaq sahəsi göstərmişdir. Torpaq sahəsinə baxdıqdan sonra həmin torpaq sahəsini almışdır. Torpaq sahəsini 24 may 2023-cü il tarixdə qayınanası Şahid2qulu qızının adına sənədləşdirmişdir. Təqsirləndirilən şəxs2 məxsus ofis onun aldığı torpaq sahəsinin yaxınlığında yerləşmişdir. 25 may 2023-cü il tarixdə aldığı torpaq sahəsindən çıxarkən Adilin ofisinin qarşısında sonuncu ilə rastlaşmışdır. Adil ondan torpaq sahəsində nə vaxt ev tikdirəcəyini soruşmuşdur. Adilə kirayə yaşadığını və tez bir vaxtda ev tikdirmək üçün işə başlamaq istədiyini demişdir. Adil ona torpaq sahəsində ev tikdirmək üçün lazımi qurumlardan icazə almasını, icazə alınmadan ev tikdirə bilməyəcəyini demişdir. Bu barədə Adildən soruşmuş, sonuncu ona torpaq sahəsində ev tikdirmək üçün Xocasən icra nümayəndəliyindən və polisdən icazə almalı, bunun qarşılığında pul verməli olduğunu bildirmişdir. Adildən nə qədər pul verməli olduğunu soruşmuş, Adil bir nəfər dostunun olduğunu, həmin işləri hər ikisinin birlikdə həll edəcəklərini, ümumilikdə 8000 manat pul verməli olduğunu, bundan sonra torpaq sahəsində ev tikdirməyi üçün icazəni alacaqlarını demişdir. O, Adilə bu barədə fikirləşib bir xəbər verəcəyini demişdir. Həmin gün axşam saatlarında o, arvadı X7 xalası oğlu Şahid1 ilə danışıb olanları sonuncuya demişdir. O, Adilə zəng edib sonuncu ilə razılaşacağını deyəcəyini, birlikdə Adillə görüşmələrini Mehmana demiş, Mehman da onunla razılaşmışdır. O, Adilə zəng edib sonuncu ilə razılaşdığını demiş və nə vaxt görüşə biləcəklərini soruşmuşdur. Adil ona ertəsi gün, yəni 26 may 2023-cü il tarixdə saat 10-da Xocasən bələdiyyə binasının qarşısında görüşmələrini demişdir. 26 may 2023-cü il tarixdə saat 10-da o, Mehmanla birlikdə Xocasən bələdiyyə binasının qarşısına getmişdir. Təxminən beş dəqiqə sonra Adil bir nəfər şəxslə birlikdə onların yanına gəlmişdir. Adil yanında olan şəxsin Fəxrəddin adlı olduğunu, aldığı torpaq sahəsində ev tikdirmək üçün icazə alınması ilə bağlı məsələni Fəxrəddinlə birlikdə həll edəcəyini demişdir. Adil ondan pulu gətirməyi barədə soruşmuşdur. O, Adilə 8000 manat pulu gətirdiyini demişdir. Fəxrəddin mobil telefonu ilə kiməsə zəng edib danışmış, sonra ona “müəllim deyir günortadan sonra görüşərik” demişdir. Fəxrəddin ona günorta saatlarından sonra əlaqə saxlamalarını bildirmişdir. O, həmin vaxt işdə olacağını, pulu qohumu Mehmanla göndərəcəyini demişdir. Adil və Fəxrəddin onunla razılaşmışlar. Fəxrəddin Mehmanın mobil telefon nömrəsini telefonuna qeyd etmişdir. Gedərkən Adil də onunla birlikdə getmək istədiyini, qarşıda avtomobildən düşəcəyini demişdir. Bunan sonra o, Adil və Mehmanla birlikdə idarə etdiyi avtomobillə getmişlər. Sulutəpə qəsəbəsində yerləşən onun aldığı torpaq sahəsinin yaxınlığında Adil düşəcəyini demişdir. Adil ondan 1500 manat pul istəyərək həmin pulla torpaq sahəsində ev tikdirmək üçün lazım olan icazəni polisdən alacağını, 6500 manat pulu isə günorta saatlarından sonra Fəxrəddinlə görüşüb sonuncuya verməsini demişdir. Onlar avtomobildən düşmüş, o, üzərində olan 8000 manat puldan 1500 manat pulu Adilə vermişdir. Adil ona lazımi icazəni alacağını deyib getmişdir. O, 6500 manat pulu Fəxrəddinə verməsi üçün Mehmana vermiş, bundan sonra o, işə getmişdir. Həmin gün günorta saatlarından sonra Mehman ona zəng edib Fəxrəddinlə birlikdə Xocasən bələdiyyə binasının qarşısında olduğunu, 6500 manat pulu Fəxrəddinə verdiyini demişdir. Onun Adil və Fəxrəddinlə aralarında olan razılaşmaya əsasən o, pulu verdikdən sonra sonuncular iki gün müddətində Xocasən icra nümayəndəliyindən və polisdən torpaq sahəsində ev tikdirməyi üçün icazə almalı olmuşlar. İki gün keçdikdən sonra o, Adil və Fəxrəddinə zəng edib lazımi icazənin alınıb-alınmaması ilə bağlı soruşmuşdur. Adil və Fəxrəddin ona biraz da gözləmələrini, icazə sənədinin hazır olacağını demişlər. Bundan sonra Adil və Fəxrəddin ona müxtəlif bəhanələrlə icazə sənədinin veriləcəyini və gözləməyini demişlər. O, Adil və Fəxrəddinin onu aldatdıqlarını başa düşüb verdiyi pulu geri istəmişdir. Lakin, Adil və Fəxrəddin onun pulunu qaytarmamışlar. O, aldığı torpaq sahəsində ev tikintisinə icazə alınması ilə bağlı Təqsirləndirilən şəxs2lə söhbət etmiş, sonuncu ona icazənin alınması üçün dostu Fəxrəddinlə birlikdə həmin məsələni həll edəcəklərinə söz vermiş, sonra Adil və Fəxrəddinlə görüşüb bu barədə danışmışı Adil və Fəxrəddin də həmin icazənin alınması ilə bağlı Xocasən icra nümayəndəliyi və polisdən icazə alınması ilə bağlı söz vermişlər. O, Adillə söhbət edərkən icazə ilə bağlı 8000 manat pul verməsini demişdir. Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, Adilə 1500 manat pul verdiyi zaman Fəxrəddin yanlarında olmamış, lakin Fəxrəddin və Adillə birlikdə söhbət etdikləri zaman Adil ondan 8000 manat pulu gətirməyini soruşduqda gətirdiyini demiş, həmin vaxt Fəxrəddin bu barədə bilmiş, hər ikisi torpaq sahəsində ev tikintisi ilə bağlı icazənin alınmasına ona söz vermişlər. Mehman Fəxrəddinlə görüşdüyü zaman 6500 manat pulu sonuncuya vermiş, həmin vaxt Mehman Fəxrəddinə 1500 manat pulu da Adilə verdiyini demiş, Fəxrəddin də məlumatının olduğunu demişdir. O, Adilə 1500 manat pul verərkən yanında Mehman olmuş, başqa heç kim olmamışdır. O, istifadəsində olan ***-***- **-** və ***-***-**-** saylı mobil nömrələrlə Adilin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə, Fəxrəddinin isə istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri ilə əlaqə saxlayıb danışmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs cinayət işi üzrə təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, bu səbəbdən təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 və Şahid2 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 178.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə ərazisində, fərdi yaşayış evlərinin qarşısında baş vermişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Binəqədi RPİ-nin inzibati binasında, müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 əməlində CM-nin 178.1-ci maddəsinin tərkib əlamətləri olmadığından saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmış və ona CPM-in 87-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1201/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində ibtidai istintaq müddətinin sonunadək, yəni 24 yanvar 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. Bakı Binəqədi Rayon Məhkəməsinin 4(001)-50/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin uzadılmasına dair verilmiş vəsatət və təqdimat təmin edilməmiş və o dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və qətimkan tədbirinin şərtləri ona elan edilmişdir. xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil telefon nömrəsi arasında 02 may 2023-cü il tarixdən 26 iyun 2023-cü il tarixə olan müddət ərzində 177 dəfə danışıq aparılmışdır. xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil telefon nömrəsi arasında 08 may 2023-cü il tarixdən 25 iyun 2023-cü il tarixə olan müddət ərzində 110 dəfə danışıq aparılmışdır. xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X10 tərəfindən ona ayrılmış Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsində torpaq sahəsi 73000 (yetmiş üç min) manata Şahid2 satılmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və zərərçəkmiş şəxsin, şahidlərin, təqsirləndirilən şəxslərin ifadələri, baxış keçirilməsi, üzləşdirmə haqqında protokollar, telefon məlumatlarını özündə əks etdirən 02 ədəd CD disk cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X2 CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində tutulmuş yenidən ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X3 xx.xx.2016-cı il təvəllüdlü X1 Fəxrəddin Elman oğlunun övladlarıdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-in 178.2.1 və 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşaqlarının olmasını, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, himayəsində 2 azyaşlı övladının olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, nömrəsiz evini saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Binəqədi RPİ-nin inzibati binasında şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə əməlində CM-nin 178.1-ci maddəsinin tərkib əlamətləri olmadığından saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1201/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 24 yanvar 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, Binəqədi Rayon Məhkəməsinin 4(001)-50/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin uzadılmasına dair verilmiş vəsatət və təqdimat təmin edilməmiş və o dərhal məhkəmə iclas zalından həbsdən azad edilərək istintaq orqanı tərəfindən barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1, hazırkı cinayət işi ilə bağlı 07 iyul 2023-cü il tarixdən 08 iyul 2023-cü il tarixədək, 13 dekabr 2023-cü il tarixdən 19 yanvar 2024-cü il tarixədək həbsdə olduğu, 01 (bir) ay 07 (yeddi) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçinin təqdim etdiyi hesabata əsasən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 50 (əlli) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 təqsirləndirilən şəxslərin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə cəmi 50 (əlli) saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 07 iyul 2023-cü il tarixdən 08 iyul 2023-cü il tarixədək, 13 dekabr 2023-cü il tarixdən 19 yanvar 2024-cü il tarixədək həbsdə olduğu 01 (bir) ay 07 (yeddi) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 16 (onaltı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, nömrəsiz evini saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 göstərdiyi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-251/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-251/2024
24.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver