Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-252/2024 14.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Kəlbəcər rayonu, Zivel kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Kəlbəcər rayonu, Zivel kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində nömrəsiz fərdi yaşayış ünvanında yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Abşeron rayonu, Qobu kəndində yerləşən «OBA» marketin yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan “Vaqif’ adlı şəxsdən 70 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda 1,315 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib daşıyaraq, üzərində saxlamış, həmin tarixdə Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 18:30-da o, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində “AL” marketin yaxınlığında saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilmiş, orada saat 19:55-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki sarı rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 1,315 qram olan ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, onu xx.xx.2023-cü il tarixdə, axşam saatlarında, təxminən 18:00 və ya 19:00 radələrində “Eldəniz” adlı polis əməkdaşı saxlamışdır. Saxlanılan zaman Eldəniz tək olmuşdur, avtomobili onun yanında saxlayaraq əyləşməsini istəmiş, o da avtomobilə əyləşmişdir. Eldəniz əvvəldən onu tanıyırdı. O, narkotik vasitəni aldığı ittiham edilən “Vaqif” adlı şəxsi tanımır, həmin gün ümumiyyətlə “Oba” marketdə olmamışdır. Əslində isə o, evdən çıxıb marketə getmişdir. “Al” marketin içində onu tutmuşlar. Daha sonra isə polis bölməsinə aparmışlar. Bölmədə ona çoxlu işgəncələr vermişlər və oğurluq cinayəti törətməkdə təqsirli bilinəcəyi barədə hədə-qorxu gəlmişlər. Daha sonra “kakos” adlanan narkotik vasitə vermişlər, həmin “kakosu” istifadə etməsini tələb etmişlər. Ona bildirmişlər ki, “sən yaxşı oğlansan və ayağında şişib, səni sutkalığa göndərək, narkotiklə qeydiyyata alaq.” O da həmin təkliflə razılaşmışdır, çünki özü xəstədir, “metadon” köməyi ilə həyatda qalır. Təxminən 5-6 il müddətdir narkotik vasitə istifadəçisidir, sonra isə metadon proqramına yazılmışdır. 1 il, 7 ay müddətdir ki, istifadə etmir. Ona üzərindən aşkar edilmiş maddəni bölmədə verərərk cibinə qoyması tələb edilmişdir. Kimin verdiyini isə xatırlamır. Saxlanılan zaman üzərində heç bir maddə olmamışdır, əgər maddə olsa idi, həmin vaxt qaçardı. Çünki onu saxlayan “Eldəniz” adlı polis əməkdaşı tək idi. Ona metamfetamin verilən zaman vəziyyəti yaxşı olmamış və hər şeyi özü qəbul etmişdir. Saxlanıldığı zaman yanında heç kim olmamış, üzərində mobil telefon da olmamışdır. Həm qorxduğu üçün, həmçinin də hara şikayət edəcəyini bilmədiyi üçün saxlanıldıqdan sonra qeyd olunanları heç kimə deməmişdir. Müdafiəçisi ondan soruşan zaman qorxduğu üçün heç bir təzyiq olmadığını bildirmişdir. 19 aprel 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, o saxlanılan zaman həmin yerdə Şahid1 olmamışdır. Hadisə axşam saatlarında olmamışdır. Günorta saat təxminən 13:30 radələrində evdən çıxıb marketə gedərkən Eldəniz adlı polis əməkdaşı avtomobili saxlayaraq bölmə rəisinin onu çağırdığını bildrirək avtomobilə əyləşməsini tələb etmişdir. Ona bölmədə “onsuz sən tutulacaqsan, hər yerdə səni axtarırlar, biz səni tutaq və 48 saata yenidən çölə çıxacaqsan” demişlər. Əvvəlcə ona oğurluq törətməkdə təqsirli olaraq tutulması təklif edilmiş, daha sonra isə psixotrop maddəni boynuna götürməsi tələb edilmişdir. Oda qorxduğu üçün deyilənlə razılaşmışdır. Ona təzyiq olmamış, sadəcə təklif etmişlər, o da qəbul etmişdir. Onu günorta saat 13-14 radələrində tutaraq 40-cı Polis Bölməsinə aparmışlar, bölmədə təxminən 3-4 saat söhbət onunla söhbət etmişlər. Prokurorun yanına aparıldığı zaman da qorxduğu üçün heç bir məlumat verməmişdir. Şahid1 sadəcə bölmədə çəkiliş zamanı görmüşdür, psixotrop maddəni isə onun cibinə bölmənin rəisi qoymuşdur. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18:30-da Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən «AL» marketin yaxınlığında piyada gedən zaman, iki nəfər, bir nəfər mülkü və bir nəfər polis geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək və üzərində psixotrop maddə olmasından şübhə bilindiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət etmişlər. Bundan sonra öz razılığı ilə polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-nin 40-c PB-nə getmiş və orada yenidən öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifələri izah edilərək video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda, o əynində olan sarı rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofanda olan bükümü çıxararaq, masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa bir əşyanın olub-olmaması sual edilmiş və o da üzərində qeyri-qanuni başqa hər hansı bir əşyanın olmamasını bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən təqdim etdiyi bükümlərdən başqa qeyri-qanuni bir əşya aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları tərəfindən öz iştirakı ilə təqdim etdiyi bükümə baxış keçirilmiş, o da həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu və xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən «Oba» marketin yaxınlığında anket məlumatlarını bilmədiyi, üzdən tanıdığı Vaqif adlı şəxsdən 70 manat müqabilində şəxsi istifadəsi üçün aldığını, Vaqif adı ilə tanıdığı şəxsdən ilk dəfədir ki, psixotrop maddə metamfetamin əldə etdiyini bildirmiş və ifadəsini imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs son sözündə özünün xəstə olmasını, həmçinin övladının olmasını, anasının da xəstəlikdən əziyyət çəkməsini bildirərək məhkəmədən ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-in 40-cı PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə edərək üzərində saxlayaraq daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bakı şəhəri Binəqədi RPİ-in 40-cı PB-nin sahə rəisi, polis mayoru Şahid2 ilə birlikdə təqsirləndirilən şəxsin olduğu ehtimal edilən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “AL” marketin yaxınlığına getmişlər. Təqsirləndirilən şəxs yaxınaşaraq özlərini təqdim etmişlər, daha sonra təqsirləndirilən şəxsə psixotrop maddə əldə edilməsin, saxlanmasın və daşınmasında şübhəli olduğu bildirilmiş, bundan sonra isə 40-cı polis bölməsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs bölməyə gətirildikdən sonra təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və maddə olduğu halda könüllü təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan 01 ədəd bükümü könüllü təqdim etmiş və həmin bükümün içərisində psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Əməliyyat qrupunun rəhbəri o özü olmuşdur, əməliyyat tədbirinə Bakı şəhəri Binəqədi RPİ-in 40-cı PB-nin sahə rəisi, polis mayoru Şahid2 ilə birlikdə getmişlər. Təqsirləndirilən şəxs Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “Al” Marketin yaxınlığında saxlanılmışdır, üzərinə baxış isə bölmədə təhqiqatçı tərəfindən həyata keçirilmişdir. Təqsirləndirilən şəxs psixotrop maddəni təqdim edən zaman ağrıları olmasını və şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bölmədə təqsirləndirilən şəxsə hər hansı bir təzyiq edilməmiş, heç bir hədə-qorxu olmamışdır. Təqsirləndirilən şəxsin saxlanılan zaman üzərində psixotrop maddə olmaması, həmçinin təkcə Şahid2 tərəfindən saxlanılması barədə bildirdikləri həqiqəti əks etdirmir, Təqsirləndirilən şəxs saxlanılan zaman o da orada olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan əməli törətməsinə dair məlumat bir neçə dəfə daxil olmuşdur, təqsirləndirilən şəxsin saxlanıldığı gün daxil olmuş əməliyyat məlumatı isə sonuncunun harada olması ilə bağlı olmuşdur. Birinci dəfə əməliyyat məlumatı daxil olan zaman Zaurun yerini müəyyən edə bilməmişdilər. Həmçinin təqsirləndirilən şəxsin günorta saatlarında saxlanılması barədə bildirdikləri də yalandır, şəxs axşat 6-7 radələrində saxlanılmışdır. Tələsik çıxdıqları üçün mobil telefonu bölmədə otaqda qalmışdır, Zauru saxlamağa Şahid2 “Toyota Prado” markalı avtomobili ilə getmişlər. Bölmənin müşahidə kamerası, həmçinin qeydiyyat kitabı da vardır. Düzdür, müşahidə kamerasının saxlanılma müddəti 1 aydır, lakin qeydiyyat kitabı vasitəsi ilə kimin bölməyə nə vaxt gəldiyini müəyyən etmək mümkündür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddəni “Vaqif” adlı şəxsdən Qobu kəndində əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerdən bölməyə qədər olan məsafə təqribən 5 dəqiqəlik yoldur. Şəxsi axtarış keçirilən vaxtadək Təqsirləndirilən şəxs nəzarətsiz qalmamış, ya o özü ya da sahə rəisi ona nəzarət etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-in 40-cı PB-nin sahə rəisi Şahid2 ifadəsində bildirmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə edərək üzərində saxlayaraq daşıması barədə Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs saxlamaq üçün Bakı şəhəri Binəqədi RPİ-in 40-cı PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ilə birlikdə təqsirləndirilən şəxsin olması ehtimal edilən yerə getmişlər. Təqsirləndirilən şəxs yaxınaşaraq özlərini təqdim etmişlər, daha sonra cinayət əməlinin törədilməsində şübhəli olduğu Təqsirləndirilən şəxs bildirilmiş, bundan sonra isə o 40-cı polis bölməsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “AL” marketin yaxınlığında piyada hərəkət edərkən saxlanılmışdır. Təqsirləndirilən şəxs o və Şahid1 ilə ikisi birlikdə yaxınlaşmışdırlar. Təqsirləndirilən şəxs onun xidməti ərazisində yaşayır, hadisədən əvvəl də dəfələrlə Zauru ərazidə görmüşdür, lakin həmin gün əməliyyat məlumatı olduğundan şəxs saxlanılmışdır. Təqsirləndirilən şəxs saat təxminən 18:30 radələrində saxlanılmışdır. Psixotrop maddəni isə təqsirləndirilən şəxs özü bölmədə olan zaman şəxsi axtarış keçirilən zaman könüllü təqdim etmiş, Abşeron rayonu, Qobu kəndində Vaqif adlı şəxsdən aldığını bildirmişdir. Şahid1 özü gələrək əməliyyat məlumatı daxil olduğunu və birgə getməyi təklif etmişdir, ikisi tələsik bölmədən çıxmışlar, onun avtomobili ilə təqsirləndirilən şəxsi saxlamağa getmişlər. Tez-tələsik çıxdıqları üçün Şahid1 mobil telefonu bölmədə qalmışdır. Təqsirləndirilən şəxs psixotrop maddələrin daşınmasında şübhəli olduğu bildirilmişdir, həmin yerdən təqribən 10 dəqiqəyə bölməsinə gəlmişdirlər. Kimin gecikdiyini xatırlamasa da, kimsə gecikdiyi üçün şəxsi axtarış bir az gec həyata keçirilmişdir. Lakin istintaq hərəkəti keçirilənədək Təqsirləndirilən şəxs nəzarətdə saxlanmışdır. Bölmədə qeydiyyat kitabçası var və hər şey yazılır, həmçinin kamera görüntüləri də var, görüntülər 1 ay müddətinə saxlanılır. Şəxsi axtarışın keçirilməsində o özü də iştirak etmişdir. Bölmənin rəisi ümumiyyətlə Təqsirləndirilən şəxs görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata götürülmüşdür. xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:40-da şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2023-cü il tarixdən, saat 18:30-dan tutulmuş hesab edilmişdir. (i.v.21-22) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 19:55 dəqiqədən saat 20:15 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, həmin istintaq hərəkəti "Panasonic" markalı video kamera ilə video çəkilişlə qeydə alınmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarlarının ciblərində və ya bədənində biləcək digər əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan sarı rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, başqa əşya, maddə aşkar edilməmişdir. Büküm açılmış, içərisində qəhvəyi rəngli, spesifik iyə malik maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün “patı” deyilən psixotrop maddə olduğunu, həmin bükümü şəxsi istifadəsi üçün xx.xx.2023cü il tarixdə saat 14:00 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində Vaqif adlı üzdən tanıdığı şəxsdən alaraq üzərində gəzdirdiyini bildirmişdir. Həmin maddə “AOSAİ” markalı tərəzi ilə ölçülən zaman təxmini çəkisinin 1,55 qram olması müəyyən edilmişdir. “Ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixli, 3-6-16/2- 6/6587 nömrəli məhkəmə ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-6-16/2-6/6587 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdəki - təmiz çəkisi 1,315 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in siyahısına daxildir. Ekspert rəyinə əlavə edilmiş aktdan görünür ki, tədqiqata 1,315 qram kütlə qəbul edilmiş, 0,050 qram tədqiqat üçün istifadə edilmiş, 1,265 qram maddə geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskdə olan görüntü Binəqədi RPİ-nin 40-ci PB-də qeydə alınır, Binəqədi RPİ-nin 40-cı PBnin CA üzrə ǝ/m, polis baş leytenantı Şahid1 və Binəqədi RPİ-nin 40-cı PB-nin sahə rəisi polis mayoru Şahid2 iştirakları ilə Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı, polis leytenantı Kamil Cahangirov tərəfindən özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərinə şəxsi axtarış keçirildiyi müşahidə olunur. Görüntüdə Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunur, axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması ona təklif edilir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan sarı rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək, içərisində psixotrop maddə metamfetamin olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə baxış keçirilir, təhqiqatçı tərəifndən həmin bükümün açıldığı və içərsində maddə kütləsi qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürüldüyü müşahidə olunur. Həmçinin kütlələrin aşkar edilib götürülməsi barədə təhqiqatçı tərəfindən protokolun tərtib edildiyi, protokolun ucadan oxunduğu və bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokolun imzalandığı müşahidə olunur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-1235/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-252/2024 saylı məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkəməyə verilmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1,315 qram təşkil edən, təqdiqata təqdim edildikdən sonra çəkisi 1,265 qram qalan metamfetamin maddi sübut kimi tanınmış və saxlanması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanması yerinə verilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə AR CM-nin 315.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl cəzadan şərti azad edilmiş, xx.xx.2015-ci il tarixdə isə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(001)-398/14 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 315.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12 X10 X11 üzrə xx.xx.2024-cü il tarixli, 76 nömrəli rəyindən görünür ki, X5 OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.4-cü bəndinə uyğun olaraq hal-hazırda X1 olaraq müalicə olunan narkomanlıq xəstəliyinə düçar olmuş şəxs kimi hal hazırda narkomaniyadan məcburi müalicə olunmasına zərurət yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-6-16/2- 6/6587 saylı rəyi, ambulator məcburi-narkolji ekspertizasının xx.xx.2024-cü il tarixli, 76 nömrəli rəyi sübut növü kimi qiymətləndirilərək istintaq materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetaminin çəkisi 1,315 qram olaraq qəbul edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının video çəkilişini özündə əks etdirən bir ədəd “CD” disk maddi sübut növü hesab edilərək cinayət işi materiallarına əlavə edilmişdir. 1,315 qram təşkil edən, təqdiqata təqdim edildikdən sonra çəkisi 1,265 qram qalan metamfetamin maddi sübut kimi tanınması və saxlanması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanması yerinə verilməsi nəzərə alınmışdır. Məhkəmə iclasında bir ədəd CD diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola uyğun olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və psixotrop maddəni üzərində daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş şahidlər məhkəmə iclasında yuxarıda qeyd edilən məzmunda ifadələr verərək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təkzib etmişlər. Bundan başqa, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişə baxış zamanı şahidlərin ifadələrində göstərilən xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və müdafiəçisi imza etmişlər. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Təqsirləndirilən şəxs psixotrop maddənin ona polis bölməsində olan zaman polis əməkdaşları tərəfindən verilməsini bildirsə də, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişə baxış zamanı həmin xüsusatlar təkzib olunmuşdur. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında, baxış keçirilməsi haqqında protokollar, ekspert rəyləri, maddi sübutlar və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 1,315 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-in 59 və 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(001)-398/14 saylı hökmü ilə Təqsirləndirilən şəxs AR CM-nin 315.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2015-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmiş, xx.xx.2015-ci il tarixdə isə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin məcəllənin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Təqsirləndirilən şəxs AR CM-nin 315.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edildiyi 1 il müddətə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən 2 ildən artıq müddət keçmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi mövcud deyildir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, 28 dekabr 2023-cü il tarixdən hazırki tarixədək həbsdə saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına daxil edilməli (CM-nin 69.3), cəzaçəkmə müddətinin başlanğıcı 28 dekabr 2023cü il tarixdən hesablanmalı (CPM-158.2.1), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş “həbs” həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Binəqədi RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,265 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 114 (yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Müdafiəçi X2 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 35 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X7 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin maddi sübutların saxlanması yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,265 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-252/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-252/2024
14.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver