Məhkəmə qərarları › İş №1(001)-254/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-254/2023

31.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-254/2023 31.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, əvvəllər məhkum olunmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsində yerləşən yeni sahədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə axşam saatlarında Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi çəkisi 0,181 qram ağ rəngli kristallik maddə kustar üsulla hazrlanmış psixotrop maddə metamfetamin və ümumi çəkisi 0,321 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsində saxlanılıb oradan ünvan ünvanda yerləşən 4-cü PŞ-nə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən boz rəngli qutunun içərisində 02 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,224 qram, 0,097 qram olmaqla ümumi təmiz çəkisi 0,321 qram kustar üsulla hazırlanmış qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan narkotik vasitə “heroin”, 04 ədəd ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,096 qram, 0,012 qram, 0,043 qram, 0,030 qram olmaqla ümumi təmiz çəkisi 0,181 qram kustar üsulla hazırlanmış ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan psixotrop maddə olan metamfetamin, narkotik vasitə və pixotrop maddəni istifadə etmək üçün kustar üsulla hazırlanmış yandırıcı cihaz, boru halına gətirilmiş falqa kağız aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə axşam saatlarında Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 bükümdə 0,361 qram çəkidə ağ rəngli kristallik maddə kustar üsulla hazrlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində saxlanılıb oradan ünvan ünvanda yerləşən 4-cü PŞ-nə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,361 qram olan psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1 və 234.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, son zamanlar bədənində ağrılar olduğundan narkotik maddələrin istifadəsi ilə məşğuldur. 14 may 2022-ci il saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsində olan zaman olan tanımadığı şəxslər ona yaxınlaşaraq özlərini polis kimi təqdim etmişlər, xidməti vəsiqələrini göstərdikdən sonra həmin şəxslərin polis əməkdaşları olduqlarını öyrənmişdir. Polis əməkdaşları ona narkotik vasitələrin saxlanmasında şübhəli olduğunu və üzərinə baxış keçirmək istədiklərini bildirmişlər. Buna görə də, onu Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət etmişlər. Orada ona müdafiəçi təyin olunmuşdur. Lakin müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Sonra polis əməkdaşları tərəfindən ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməyi təklif olunmuşdur. Daha sonra video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı üzərində qeyri-qanuni əşyanın olubolmadığı soruşulduqda o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd boz rəngli qutu və həmin şalvarın sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Sonra ona üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra ondan üzərindən çıxan 01 ədəd boz rəngli qutunu açmağı təklif olunmuşdur. O, həmin qutunu açaraq qutunun içərisində 01 ədəd bağlama falqa, 01 ədəd narkotik vasitəni istifadə etmək üçün kustar üsulla hazırlanmış yandırıcı cihaz, 01 ədəd narkotik vasitəni qəbul etmək üçün boru halına gətirilmiş falqa, 01 ədəd “Palmalİ” markalı siqaret, 01 ədəd tikiş işlərini görmək üçün istifadə olunan iynə, 02 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərdə olan maddənin narkotik vasitə heroin və 04 ədəd ağ rəngli kağıza bükülmüş bükümlərdə olan maddənin isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. O, həmin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini xx.xx.2022-ci il tarixdə axşam saatlarında Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün ümumilikdə 30 manata aldığını bildirmişdir. Bundan başqa o, 17 avqust 2022-ci il saat 20 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində olan zaman tanımadığı şəxslər ona yaxınlaşaraq özlərini polis kimi təqdim etmişlər, xidməti vəsiqələrini göstərdikdən sonra sonuncuların polis əməkdaşları olduqlarını öyrənmişdir. Polis əməkdaşları ona narkotik vasitə və ya psixotrop maddələrin saxlanmasında şübhəli olduğunu və üzərinə baxış keçirmək istədiklərini bildirmişlər. Buna görə də, onu Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət etmişlər, orada ona müdafiəçi təyin olunmuşdur. Lakin müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməyi təklif olunmuşdur. Sonra video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı üzərində qeyri-qanuni əşyanın olubolmadığı soruşulduqda o, əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm və həmin şalvarın sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Sonra ona üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra ondan üzərindən çıxan 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü açmağı təklif olunmuşdur. O, həmin bükümü göstərərək içərisindəki maddənin psixotrop maddə olan “metamfetamin” olduğunu bildirmişdir. O, həmin psixotrop maddə olan “metamfetamin”i xx.xx.2022-ci il tarixdə axşam saatlarında Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan yerdə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 5 manata aldığını bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü yalnız AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmiş, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, narkotik vasitələrdən istifadə etdiyini bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ-nin 4-cü PŞ-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və həmin PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o, İslam ilə birlikdə məlumat əsasında xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsinə getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə “Babək”ın əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Babəkə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu saxlayaraq Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət etmişlər. Babək də buna etiraz etmədikdən sonra sonuncunu həmin PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün X3yə təhvil vermişlər. X3 də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Orada ona müdafiəçi təyin olunmuşdur. Lakin müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirməmişdən əvvəl Babəkə üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Babək də əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd boz rəngli qutu və həmin şalvarın sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq, 01 ədəd boz rəngli qutunu açmağı təklif olunmuşdur. O, həmin qutunu açaraq qutunun içərisində olan 01 ədəd bağlama falqa, 01 ədəd narkotik vasitəni istifadə etmək üçün kustar üsulla hazırlanmış yandırıcı cihaz, 01 ədəd narkotik vasitəni qəbul etmək üçün boru halına gətirilmiş falqa, 01 ədəd “Palmalİ” markalı siqaret, 01 ədəd tikiş işlərini görmək üçün istifadə olunan iynə, 02 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərdə olan maddənin narkotik vasitə heroin və 04 ədəd ağ rəngli kağıza bükülmüş bükümlərdə olan maddənin isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. O, həmin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini xx.xx.2022-ci il tarixdə axşam saatlarında Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün ümumilikdə 30 manata aldığını bildirmişdir. Sonra Babəkin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ-nin 4-cü PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid3 məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid2 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdikləri xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ-nin 4-cü PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində narkotik vasitələri qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Binəqədi RPİ-nin 4-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o, Yasin ilə birlikdə məlumat əsasında xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Abşeron rayonu, Mehdabad qəsəbəsi ərazisində olan zaman xarici görkəm əlamətlərinə görə Babəkin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir, onlar Babəkə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu saxlayaraq Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət etmişlər. Babək də buna etiraz etmədikdən sonra sonuncunu PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Malik Əhmədova təhvil vermişlər. Təhqiqatçı da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilməsinə baxmayaraq, müdafiəçinin iştirakı olmadan video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmiş və sonuncunun üzərinə baxış və axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Babəkə üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Babək də əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm və həmin şalvarın sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində olan maddənin heroin olduğunu, həmin həmin bükümü göstərərək içərisindəki maddənin psixotrop maddə olan “metamfetamin” olduğunu bildirmişdir. O, həmin psixotrop maddə olan “metamfetamin”i xx.xx.2022-ci il tarixdə axşam saatlarında Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan yerdə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 5 manat pul verib aldığını bildirmişdir. Sonra Babəkin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Məhkəmə iclasına çağırılmış digər şahid Binəqədi RPİ-nin 4-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlamışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 may 2022-ci il tarixdə saat 17:50-də CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Purəziz X4 RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən boz rəngli qutunun içərisində 02 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,224 qram, 0,097 qram olmaqla ümumi təmiz çəkisi 0,321 qram kustar üsulla hazırlanmış qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan narkotik vasitə “heroin”, 04 ədəd ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,096 qram, 0,012 qram, 0,043 qram, 0,030 qram olmaqla ümumi təmiz çəkisi 0,181 qram kustar üsulla hazırlanmış ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan psixotrop maddə olan metamfetamin, narkotik vasitə və pixotrop maddəni istifadə etmək üçün kustar üsulla hazırlanmış yandırıcı cihaz, boru halına gətirilmiş falqa kağız aşkar olunaraq götürülmüşdür. xx.xx.2022-ci il tarixli, 6/2796 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd boz rəngli qabda 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,096 qram, 0,012 qram, 0,043 qram, 0,030 qram ümumi təmiz çəkisi 0,181 qram ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,224 qram, 0,097 qram ümumi təmiz çəkisi 0,321 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli “videogörüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə Binəqədi RPİ-nin 4-cü PŞ-də şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən boz rəngli qutunun içərisində 02 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,224 qram, 0,097 qram olmaqla ümumi təmiz çəkisi 0,321 qram kustar üsulla hazırlanmış qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan narkotik vasitə “heroin”, 04 ədəd ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,096 qram, 0,012 qram, 0,043 qram, 0,030 qram olmaqla ümumi təmiz çəkisi 0,181 qram kustar üsulla hazırlanmış ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan psixotrop maddə olan metamfetamin, narkotik vasitə və pixotrop maddəni istifadə etmək üçün kustar üsulla hazırlanmış yandırıcı cihaz, boru halına gətirilmiş falqa kağız aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs dediyinə görə aşkar edilmiş 2 ədəd şəffaf sellofan bükümlərdəki kütlə narkotik vasitə olan heroindir, 04 ədəd yazılı kağız bükümlərdəki kütlə isə psixotrop maddə metamfetamindir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-531/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2022ci il tarixdə saat 21:30-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Purəziz X4 RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,361 qram olan psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. xx.xx.2022-ci il tarixli, 6/4389 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd bükümdə təmiz çəkisi 0,361 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə CM-in 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Ramil Qabulovun xx.xx.2022-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilinib, qəti olaraq 02 il 01 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 1 il 4 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-315/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixli, 4597 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1327/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 1 ədəd “Samsung” markalı mobil telefon aparatı açıldıqda, içərisində sübut əhəmiyyəti kəsb edən heç bir mesaj və ya digər bir xüsusat aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 1 ədəd “Redmi” markalı mobil telefon aparatı açıldıqda, içərisində sübut əhəmiyyəti kəsb edən heç bir mesaj və ya digər bir xüsusat aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli “DVD-R diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə Binəqədi RPİ-nin 4-cü PŞ-də üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana büküm aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddə olan “metamfetamin”i xx.xx.2022-ci il tarixdə axşam saatlarında Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan yerdə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 5 manata aldığını bildirmişdir. xx.xx.2023-cü il tarixli “DVD-R diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, «Azərcell MMC» tərəfindən təqdim edilmiş DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə müxtəlif vaxtlarda müxtəlif tipli, yəni “babek seni gozdemirem men noş mei qana salisan ki gelsem evize teref başqa şeler olacaq axi men temami ver, qaqa qurban olum bew manat qulum var bırazda weyım mene bıraz kola el at nolar bawva donum”, “Brat emim gildeyem 5diy das alnar?”, “gelende bunu başa sal de ser 3 4 de verecem men 8nakimi duz qos edim” tipli mesajların olması qeyd olunmuşdur. Təqsirləndirilən şəxs bu mesaj mətnləri barədə nə deyə biləcəyi soruşulduqda ********** saylı mobil nömrənin ona məxsus olduğunu, ********** saylı mobil nömrə barəsində isə heç bir məlumatı olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi, sübutların qiymətləndirilməsi və maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1 və 234.2-ci maddələrinə tövsif edilərək ona CM-in 234.1 və 234.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə təmiz çəkisi 0,321 qram (qalıq 0,311 qr) olan narkotik vasitə olan heroin, 04 ədəd bükümdə təmiz çəkisi 0,181 qram (0,141 qr) və 01 ədəd bükümdə təmiz çəkisi 0,361 qram (qalıq 311 qr) olan psixotrop maddə metamfetamin, 01 ədəd narkotik vasitəni istifadə etmək üçün kustar üsulla hazırlanmış yandırıcı cihaz, 01 ədəd narkoik vasitəni qəbul etmək üçün boru halına gətirilmiş falqa, 01 ədəd falqa bağlama sübut əhəmiyyəti kəsb etdiyindən, cinayət işinə əlavə edilməklə maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icrasınadək saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması videogörüntüsünü özündə əks etdirən ümumilikdə 02 ədəd DVD disklər, həmçinin də "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-86/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 (iyirmi) gün müddətə, yəni 01 mart 2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, Təqsirləndirilən şəxs məxsus mobil telefon nömrəsinə daxil olan və çıxan mesaj mətnləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-1920/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Binəqədi RPİ-nin İŞ-də istintaq olunan ********* saylı cinayət işi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində ***-***-**-** saylı mobil telefon nömrəsinin kimin istifadəsində olması ilə bağlı qeyd olunan nömrə sahibinin anket məlumatının, ***-***-**-** saylı nömrəyə daxil olan və çıxan telefon danışıqlarının siyahısının, həmçinin həmin nömrəyə daxil olan və çıxan mesaj mətnlərinin və müəyyən ediləcək həmin telefon nömrələrinin sahiblərinin anket məlumatlarının və mobil nömrələrin hansı anten əhatə dairələrində istifadə olunmasına dair məlumatların «Azərcell MMC» şirkətindən ələ keçirilməsi qərara alınmışdır. Qərar «Azərcell MMC» tərəfindən icra olunaraq, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrələrinə daxil olan və çıxan mesaj mətnlərinə dair DVD disk təqdim edilmişdir. Məhkəmə tərəfindən diskdə olan məlumatlara baxış keçirilərkən aşağıdakılar aşkar edilmişdir. Birinci və ikinci fayl açıldıqda ekranda içərisindəki mətnlərdən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi üzrə "xxxx" MMC-nin anten dairələrinin yerləşdiyi ərazilərdə olması qeyd olunmuşdur. Üçüncü və dördüncü fayl açıldıqda ekranda içərisindəki mətnlərdən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə telefon əlaqəsi saxlamış müxtəlif mobil nömrələrin kimin adına qeydiyyatda olması qeyd olunmuşdur. Beşinci fayl açıldıqda, faylın içərisində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** mobil telefon nömrəsi ilə müxtəlif vaxtlarda müxtəlif tipli, yəni “babek seni gozdemirem men noş mei qana salisan ki gelsem evize teref başqa şeler olacaq axi men temami ver, qaqa qurban olum bew manat qulum var bırazda weyım mene bıraz kola el at nolar bawva donum”, “Brat emim gildeyem 5diy das alnar?”, “gelende bunu başa sal de ser 3 4 de verecem men 8nakimi duz qos edim” tipli mesajların olması qeyd olunmuşdur. Təqsirləndirilən şəxs CM-in 234.1 və 234.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəmə iclasında verdiyi, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməllərinin törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək, metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1 və 234.2-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1 və 234.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:50-də şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci ildə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin gün barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimatla məhkməyə müraciət edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-531/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş, həmin gün təqsirəndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs yenidən xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)- 1327/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək ümumlikdə 4 gün müddətinə şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdən hazırkı vaxtadək isə həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 24 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,311 qram, 0,141 qram olan psixotrop maddə metamfetamin, təmiz çəkisi 0,241 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 3 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 110 (yüz on) və 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 32 (otuz iki) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 32 (otuz iki) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 32 (otuz iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 192 (yüz doxsan iki) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, xx.xx.2022-ci ildən xx.xx.2022ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 24 noyabr 2022-ci il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,311 qram, 0,141 qram olan psixotrop maddə metamfetamin, təmiz çəkisi 0,241 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 3 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (yüz on) və 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 32 (otuz iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 192 (yüz doxsan iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar