Məhkəmə qərarları › İş №1(001)-254/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-254/2024

02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-254/2024 02.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Xaliq oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 1, inzibati binada qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, H.Sultanov küçəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)- 83/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmış və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında cəza çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 29 noyabr 2023-cü il tarixdə saat 02:00 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, H.Sultanov küçəsi yeni sahədə yerləşən bina hesab edilən “Kəngərli” kafeyə nəfəsliyi sıxıb açmaqla qanunsuz daxil olaraq oradan ümumi dəyəri 42,5 manat olan 05 ədəd 0,5 litrlik "xxxx" MMC istehsalı olan “MARS” markalı arağı, 10,5 manat dəyərində 01 ədəd 1 litrlik "xxxx" MMC istehsalı olan “MARS” markalı arağı, 8,5 manat dəyərində 01 ədəd 0,5 litrlik "xxxx" MMC istehsalı olan “CLASSİC” markalı arağı, ümumi dəyəri 25,8 manat təşkil edən 03 ədəd 0,5 litrlik "xxxx" MMC istehsalı olan “İCE BEAR” markalı arağı, 80 manat dəyərində 01 ədəd “TVT” markalı, TD-2008TS-HL modeli video müşahidə kamerasının yaddaş cihazını, 30 manat dəyərində 01 ədəd Pusello markalı laqundanı, 20 manat dəyərində 01 ədəd “ART Royce” markalı dreli, eləcə də kafedən götürdüyü dəmir parçası ilə kafeyə bitişik yerləşən Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən “Kəngərli” mağazasının plastik qapısının üzərində olan qıfılı sındırıb plastik qapını sıxıb açmaqla oraya qanunsuz daxil olaraq oradan ümumi dəyəri 116 manat olan 02 ədəd 1 litrlik Rusiya istehsalı olan “Absolut” markalı arağı, ümumi dəyəri 92 manat olan 02 ədəd 0,7 litrlik Rusiya istehsalı olan “Absolut” markalı arağı, ümumi dəyəri 68 manat olan 02 ədəd 0,5 litrlik Rusiya istehsalı olan “Absolut” markalı arağı, ümumi dəyəri 176 manat olan 02 ədəd 1 litrlik “Jack Daniels” markalı viskini, ümumi dəyəri 264 manat olan 04 ədəd 0,7 litrlik “JACK DANİELS N°7” markalı viskini, ümumi dəyəri 147 manat olan 03 ədəd 0,5 litrlik “Jack Daniels” markalı viskini, 9 manat dəyərində 01 ədəd 0,75 litrlik "xxxx" MMC istehsalı olan “BOHEMA” markalı ağ şərabı, ümumi dəyəri 3 manat olan 2 ədəd “SNİCKERS” markalı şokoladı, ümumi dəyəri 21,6 manat olan 09 ədəd qutuda X3 markalı siqareti, ümumi dəyəri 12 manat olan 05 ədəd qutuda X2 markalı siqareti, ümumi dəyəri 7,2 manat olan 03 ədəd qutuda Argo markalı siqareti, 2,4 manat dəyərində 01 ədəd qutuda Argo compact markalı siqareti, 2,4 manat dəyərində 01 ədəd qutuda Viceroy white markalı siqareti, 2,4 manat dəyərində 01 ədəd qutuda X4 markalı siqareti, ümumi dəyəri 2 manat olan 02 ədəd qutuda olan 04 ədəd Power markalı batareyanı, ümumi dəyəri 0,5 manat olan 10 ədəd qutuda olan “Balabanovskie” markalı kibriti, ümumi dəyəri 52 manat olan 13 ədəd qutuda Kent4 slim markalı siqareti, ümumi dəyəri 36 manat olan 9 ədəd qutuda Kent4 qalın markalı siqareti, ümumi dəyəri 44 manat olan 11 ədəd qutuda Kent8 qalın markalı siqareti, ümumi dəyəri 38,7 manat olan 9 ədəd qutuda Sobranie slim ballı markalı siqareti, ümumi dəyəri 60,2 manat olan 14 ədəd qutuda Sobranie slim göy markalı siqareti, ümumi dəyəri 43 manat olan 10 ədəd qutuda Sobranie göy qalın markalı siqareti, ümumi dəyəri 30,1 manat olan 7 ədəd qutuda Sobranie slim qara markalı siqareti, ümumi dəyəri 34,4 manat olan 8 ədəd qutuda Sobranie qara qalın markalı siqareti, ümumi dəyəri 38 manat olan 10 ədəd qutuda Winston slim markalı siqareti, ümumi dəyəri 53,2 manat olan 14 ədəd qutuda Winston mentol markalı siqareti, ümumi dəyəri 64,6 manat olan 17 ədəd qutuda Winston boz kompakt markalı siqareti, ümumi dəyəri 41,8 manat olan 11 ədəd qutuda Winston ballı kompakt markalı siqareti, ümumi dəyəri 34,2 manat olan 9 ədəd qutuda Winston ağ nazik markalı siqareti, ümumi dəyəri 68,4 manat olan 18 ədəd qutuda Winston ağ kompakt markalı siqareti, ümumi dəyəri 44,8 manat olan 16 ədəd qutuda Winchester boz nazik markalı siqareti, ümumi dəyəri 36,4 manat olan 13 ədəd qutuda Winchester göy nazik markalı siqareti, ümumi dəyəri 25,2 manat olan 9 ədəd qutuda Winchester boz kompakt markalı siqareti, ümumi dəyəri 19,6 manat olan 7 ədəd qutuda Winchester göy kompakt markalı siqareti, ümumi dəyəri 37,7 manat olan 13 ədəd qutuda Rothmans boz kompakt markalı siqareti, ümumi dəyəri 26,1 manat olan 9 ədəd qutuda Rothmans mentol markalı siqareti, ümumi dəyəri 20,3 manat olan 7 ədəd qutuda Rothmans göy compact markalı siqareti, ümumi dəyəri 37,8 manat olan 14 ədəd qutuda West qalın markalı siqareti, ümumi dəyəri 40,8 manat olan 17 ədəd qutuda Prima göy qalın markalı siqareti, ümumi dəyəri 19,2 manat olan 8 ədəd qutuda Magna slim qara markalı siqareti, ümumi dəyəri 21,6 manat olan 9 ədəd qutuda Magna boz nazik markalı siqareti, ümumi dəyəri 16,8 manat olan 7 ədəd qutuda Magna ağ nazik markalı siqareti, ümumi dəyəri 28,8 manat olan 12 ədəd qutuda Magna boz kompakt markalı siqareti, ümumi dəyəri 19,2 manat olan 8 ədəd qutuda Viceroy slim qara markalı siqareti, ümumi dəyəri 28,8 manat olan 12 ədəd qutuda Viceroy slim boz (lxl) markalı siqareti, ümumi dəyəri 33,6 manat olan 14 ədəd qutuda Viceroy göy nazik markalı siqareti, ümumi dəyəri 29,7 manat olan 11 ədəd qutuda Want slim qara markalı siqareti, ümumi dəyəri 24,3 manat olan 9 ədəd qutuda Want slim boz markalı siqareti, ümumi dəyəri 40,8 manat olan 17 ədəd X4 markalı siqareit, ümumi dəyəri 33,6 manat olan 14 ədəd qutuda Keno slim göy markalı siqareti, ümumi dəyəri 49,3 manat olan 17 ədəd qutuda Pall-Mall slim boz markalı siqareti, ümumi dəyəri 23,2 manat olan 8 ədəd qutuda Pall-Mall lxl markalı siqareti, ümumi dəyəri 37,7 manat olan 13 ədəd qutuda Pall-Mall mentol markalı siqareti, ümumi dəyəri 21,5 manat olan 43 ədəd alışqanı, ümumi dəyəri 12 manat olan 12 cüt kişi corabını və 80 manat dəyərində 01 ədəd “Newtech” markalı, TVİ-1004NSTR modelli video müşahidə kamerasının yaddaş cihazını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 2590,2 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 29 noyabr 2023-cü il tarixdə saat 01 radələrində özünə məxsus olan velosipedlə yaşadığı evdən çıxmış, saat 02 radələrində Xocasən qəsəbəsi, H.Sultanov küçəsində yolun kənarında yerləşən “Kəngərli” kafesinə bitişik mağazanın qarşısına gəlmişdir. Həmin vaxt kafe də mağaza da bağlı olmuşdur. O, mağazanın qapısına yaxınlaşmış və plastik qapının qıfıllı bağlandığını görmüşdür. Bundan sonra mağazanın qapısının yanında olan kafenin mətbəxinə açılan plastik qapını da yoxlamışdır. Bundan sonra kafenin arxa tərəfinə keçmiş, bu vaxt kafenin plastik nəfəsliyini sıxmış və nəfəslik açılmışdır. O, həmin nəfəslikdən kafenin içərisinə keçmiş və nəfəsliyin yanında 01 ədəd drel görmüşdür. Bundan sonra kafenin içində müşahidə kamerası olduğunu görmüş və görüntülərin yaddaşda qeydə alınmaması üçün yaddaş qurğusunu naqillərdən ayırmışdır. Daha sonra pilləkənlə 3-4 pillə qalxıb digər zala keçmişdir. Həmin zalda olan soyuducuya baxmış və bu vaxt soyuducuda spirtli içki, qazlı içkilər və digər qida məhsullarının olduğunu görmüşdür. Soyuducu ilə üzbəüz yerdə bir-birinin üstünə yığılmış vəziyyətdə karton qutular olmuşdur. Həmin qutuları açıb baxanda içində araqlar olduğunu görmüşdür. O kafenin içindən 3-4 ədəd sellofan götürüb, 2 karton qutusunun içində olan sayını dəqiq bilmədiyi araqların hamısını sellofana boşaltmışdır. Orada karton qutularda araqlar qalmış, lakin daşıya bilməyəcəyi üçün həmin araqlara toxunmamışdır. Sonra yenidən kafenin digər zalına keçmiş və naqillərdən ayırdığı yaddaş qurğusunu, eləcə də nəfəsliyin yanında olan 01 ədəd dreli, 01 ədəd laqondanı da sellofanın içinə qoymuşdur. Daha sonra içində oğurladığı əşyalar olan sellofanları nəfəslikdən özü ilə birlikdə çıxararaq kafedən çıxmışdır. Həmin sellofanları özünə məxsus velosipedə quraşdırdığı plastik yeşiyin içinə qoymuşdur. Bundan sonra kafedən götürdüyü dəmir parçası ilə kafeyə bitişik mağazanının plastik qapısının önündə olan qıfılı sındırmış və sonra plastik qapısını sıxaraq açmışdır. Mağazaya daxil olan zaman orada da müşahidə kamerasının olduğunu görmüş və girişdən sağ tərəfdə yerləşən yaddaş qurğusunu naqillərdən ayırmış, həmin qurğunu sellofana qoymuşdur. Bundan sonra mağazadan bir neçə şüşə spirtli içkini sellofana qoymuşdur. Daha sonra vitrinin arxa tərəfinə keçmiş və orada qoyulmuş müxtəlif növ siqaretlərin hamısını oradan götürüb sellofana qoymuşdur. Mağazadan olan bütün siqaretləri götürdüyü üçün mağazada siqaret qalmamışdır. Bundan sonra sellofanları götürüb çölə çıxmış və həmin sellofanları da velosipeddə olan plastik yeşiyə yerləşdirmişdir. Oğurladığı əşyalar ağır və həcmi çox olduğu üçün mağazadan başqa heç bir şey götürməmişdir. Mağazanının qapısını açdığı dəmir parçasını və qıfılı yolda atmaq üçün özü ilə götürmüşdür. Velosipedlə oradan uzaqlaşıb gedən zaman yolda xatırlamadığı yerdə həmin dəmir parçasını və qıfılı atmışdır. Yük çox olduğu üçün velosipedlə çətin hərəkət etmişdir. Yolda gedən zaman uzaqdan PPX avtomobilinin gəldiyini gördükdə velosipedi dərhal yoldan çıxarmış və bu vaxt velosiped yüklü olduğundan ani manevrdən sonra aşmışdır. Həmin vaxt sellofanın içində olan əşyaların bir hissəsi yerə düşmüş və onlardan bəziləri sınmışdır. O sınmayan spirtli içki şüşələrini yenidən sellofana yığıb velosipedlə evə gəlmişdir. Oğurladığı əşyaları həyətində saxladığı göyərçinlərin hininə yığmışdır ki, ailə üzvləri onları görməsin. O, siqaretlərin bəzisini özü çəkmişdir. Səhəri gün sonra saat 11 radələrində o özünə məxsus velosipedlə evdən Xocasən qəsəbəsi ərazisinə çıxmışdır ki, oğurladığı əşyalara müştəri tapsın və onları satsın. Təxminən 10-15 dəqiqə sonra ara yollarla gedən zaman mülki geyimli şəxslər onu səsləmişlər və o həmin şəxslərdən birinin polis əməkdaşı olduğunu xatırlamışdır. Belə ki, həmin əməkdaş 2023-cii ilin yay aylarında onun narkotik vasitə ilə tutmuşdur. O özünü eşitməməzliyə vurub uzaqlaşmağa başlamış və döngəni döndükdən sonra velosipedi atıb, piyada qaçmağa başlamışdır. Bir az uzaqlaşdıqdan sonra polis əməkdaşlarından biri qaçaraq ona çatmış və saxlamışdır. Daha soma digər polis əməkdaşı da gəlib oraya çatmışdır. Həmin əməkdaş ona oğurluqda şübhəli olduğunu bildirib polis bölməsinə aprmışdır. Maddi imkanı olmadığına görə zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəyə bilməmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, maddi ehtiyacım olduğu üçün oğurluq etmişdir .Ona qabaqcadan həmin yeri heç kəs məsləhət görməmişdir. O, törətdiyi cinayət əməlindən peşman olduğunu bildirib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs İbrahim oğlu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, H.Sultanov küçəsi yeni sahədə yerləşən “Kəngərli” kafe-mağaza ona məxsusdur, həmin tikilidə bir- birinə bitişik kafe və mağaza işlədir. Kafedə və mağazada 4 işçisi olmuşdur. Özü bütün gün həmin kafedə olmuş, onun təşkilati işlərinə rəhbərlik etmiş, işin gedişatına nəzarət etmişdir. Kafemağaza saat 07:00-dan saat 00:00-dək işləmişdir. xx.xx.2023-cü il tarixdə saat 23:45 radələrində kafe-mağazanı bağlamışdır. Bundan sonra təxminən 1 saat kafedə müəyyən təmizlik və ertəsi günə hazırlıq işləri görülmüşdür. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində kafedən çıxmış və evə getmişdir. xx.xx.2023-cü il tarixdə saat 05 radələrində kafeyə gəldikdə mağazanın plastik qapısının qıfılının olmadığını və qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. İçəri keçib baxdıqda mağazada vitrinin bir hissəsinin boş olduğunu görmüşdür. Bundan sonra kafeyə keçdikdə orada ümumi vəziyyət pozulmadığını, lakin spirtli içki, drel, laqundanın yerində olmadığını görmüş, həmçinin mağazadan müxtəlif markalı siqaretlərin oğurlandığını aşkar etmişdir. Müşahidə kameralarının görüntülərinə baxmaq istədikdə həm kafedə, həm də mağazada olan müşahidə kameralarının 02 ədəd DV-R yaddaş qurğularının da yerində olmadığını aşkar etmişdir. Bundan sonra o kafe-mağazanın işçilərinə zəng etmiş və hadisə barədə məlumat vermişdir. Səhərin açılmasını gözləmiş, ərazinin polis sahə inspektoruna bu barədə məlumat vermişdir. Daha sonra DİN-in 102 xidmətinə də zəng etmişdir. Oğurlanmış əşyaların hamısı ona məxsusdur və baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2590,2 manat maddi ziyan dəymişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərdən 1000 manat qaytarılmış olsa da o, şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, H.Sultanov küçəsində yerləşən kafemağazada baş vermişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsi, H.Sultanov küçəsi yeni sahədə yerləşən “Kəngərli” kafe və mağazadan oğurladığı 05 ədəd 0,5 litrlik və 01 ədəd 1 litrlik “MARS” markalı arağı, 01 ədəd 0,5 litrlik “CLASSİC” markalı arağı, 03 ədəd 0,5 litrlik “İCE BEAR” markalı arağı, 01 ədəd 0,75 litrlik “ “BOHEMA” markalı şərabı, 01 ədəd 0,7 litrlik “JACK DANİELS” markalı viskini, 02 ədəd “SNİCKERS” markalı şokoladı, 14 ədəd qutuda “Classic” markalı siqareti, 04 ədəd qutuda “Argo” markalı siqareti, 01 ədəd qutuda “Viceroy” markalı siqareti, 01 ədəd qutuda “Keno” markalı siqareti, 04 ədəd “Power” markalı batareyanı, 10 ədəd qutuda olan kibriti, 01 ədəd “TVT” markalı video müşahidə kamerasının yaddaş cihazını, 01 ədəd “Newtech” markalı video müşahidə kamerasının yaddaş cihazını, 01 ədəd “Pusello” markalı laqundanı və 01 ədəd “ART Royce” markalı dreli istintaqa təqdim etmiş və qeyd olunan əşyalar götürülmüşdür. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 noyabr 2023cü il tarixdə saat 15:15-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)- 1176/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, eləcə də müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-412/2020 nömrəli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsndən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının tam çəkib qurtarmışdır. xx.xx.2024-cü il tarixli, 9/702 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti ümumi dəyəri təxminən 425,80 manat müəyyən edilir. Təqdim edilməyən qərarda göstərilən malların 2023-cü ilin noyabr ayına olan bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1966,40 manat müəyyən edilir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 05 ədəd 0,5 litrlik və 01 ədəd 1 litrlik “MARS” markalı araq, 01 ədəd 0,5 litrlik “CLASSİC” markalı araq, 03 ədəd 0,5 litrlik “İCE BEAR” markalı araq, 01 ədəd “BOHEMA” markalı ağ şərab, 01 ədəd 0,7 litrlik viski, 02 ədəd “SNİCKERS” markalı şokolad, 09 ədəd qutuda “X3” markalı siqaret, 05 ədəd qutuda “X2” markalı siqaret, 03 ədəd qutuda “Argo” markalı siqaret, 01 ədəd qutuda “Argo compact” markalı siqaret, 01 ədəd qutuda “Viceroy white” markalı siqaret, 01 ədəd qutuda “X4” markalı siqaret, 02 ədəd qutuda olan 04 ədəd “Power” markalı batareya, 10 ədəd qutuda olan “Balabanovskie” markalı kibrit, 01 ədəd “TVT” markalı, “TD-2008TS- HL” modeli video müşahidə kamerasının yaddaş cihazı, 01 ədəd “Newtech” markalı, “TVİ- 1004NSTR” modelli video müşahidə kamerasının yaddaş cihazı, 01 ədəd “Pusello” markalı laqunda və 01 ədəd “ART Royce” markalı drel iş üzrə sübut əhəmiyyətini nəzərə alaraq maddi sübut qismində tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-83/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixli göstərişdən görünür ki Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-83/2024 nömrəli hökmü qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-in Umbakı Penitensiar Müəssəsisinə göndərilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən isə törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmış 1(001)-83/2024 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbirinin seçilməsi üçün vəsatət verilmiş, prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən qəbul edilmiş qərarla vəsatətin müdafiə edilməsindən imtina edilərək saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Həmçinin Təqsirləndirilən şəxs hazırki iş üzrə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-1176/2023 nömrəli qərarı ilə barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-83/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmış 1(001)-83/2024 nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 (iki) gün şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuş, habelə hazırki cinayət işi üzrə xx.xx.2023-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 5 (beş) ay 17 (on yeddi) gün müddətində həbsdə saxlanılmış, xx.xx.2024-cü il tarixdən azadlıqdan məhrum etmə cəzasını çəkməyə başlamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmış 1(001)-83/2024 nömrəli cinayət işi üzrə xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün, habelə hazırki cinayət işi üzrə xx.xx.2023-ci il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 5 (beş) ay 17 (on yeddi) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-83/2024 nömrəli qərarı ilə məhkum olunduğu 01 il 06 ay azadlıqdan məhrum etmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin ediləcək cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-83/2024 nömrəli hökmü ilə məhkum olunduğu azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza müddətinin əvvəli 17 may 2024-cü il tarixdən hesablanmalı və cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, 05 ədəd 0,5 litrlik və 01 ədəd 1 litrlik “MARS” markalı araq, 01 ədəd 0,5 litrlik “CLASSİC” markalı araq, 03 ədəd 0,5 litrlik “İCE BEAR” markalı araq, 01 ədəd “BOHEMA” markalı ağ şərab, 01 ədəd 0,7 litrlik viski, 02 ədəd “SNİCKERS” markalı şokolad, 09 ədəd qutuda “X3” markalı siqaret, 05 ədəd qutuda “X2” markalı siqaret, 03 ədəd qutuda “Argo” markalı siqaret, 01 ədəd qutuda “Argo compact” markalı siqaret, 01 ədəd qutuda “Viceroy white” markalı siqaret, 01 ədəd qutuda “X4” markalı siqaret, 02 ədəd qutuda olan 04 ədəd “Power” markalı batareya, 10 ədəd qutuda olan “Balabanovskie” markalı kibrit, 01 ədəd “TVT” markalı, “TD-2008TS- HL” modeli video müşahidə kamerasının yaddaş cihazı, 01 ədəd “Newtech” markalı, “TVİ-1004NSTR” modelli video müşahidə kamerasının yaddaş cihazı, 01 ədəd “Pusello” markalı laqunda və 01 ədəd “ART Royce” markalı drelin saxlanması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Xaliq oğlunun təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 45 (qırx beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Xaliq oğlu təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 (qırx beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Xaliq oğluna Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manatödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs İbrahim oğlu ona vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət etməmişdir. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs İbrahim oğluna cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-83/2024 nömrəli hökmü ilə məhkum olunduğu 1 (bir) il 6 (altı) ay müddət azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmış 1(001)-83/2024 nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün, habelə hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 5 (beş) ay 17 (on yeddi) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (bir) il 3 (üç) ay 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməklə cəzasının əvvəli 17 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 05 ədəd 0,5 litrlik və 01 ədəd 1 litrlik “MARS” markalı araq, 01 ədəd 0,5 litrlik “CLASSİC” markalı araq, 03 ədəd 0,5 litrlik “İCE BEAR” markalı araq, 01 ədəd “BOHEMA” markalı ağ şərab, 01 ədəd 0,7 litrlik viski, 02 ədəd “SNİCKERS” markalı şokolad, 09 ədəd qutuda “X3” markalı siqaret, 05 ədəd qutuda “X2” markalı siqaret, 03 ədəd qutuda “Argo” markalı siqaret, 01 ədəd qutuda “Argo compact” markalı siqaret, 01 ədəd qutuda “Viceroy white” markalı siqaret, 01 ədəd qutuda “X4” markalı siqaret, 02 ədəd qutuda olan 04 ədəd “Power” markalı batareya, 10 ədəd qutuda olan “Balabanovskie” markalı kibrit, 01 ədəd “TVT” markalı, “TD-2008TS- HL” modeli video müşahidə kamerasının yaddaş cihazı, 01 ədəd “Newtech” markalı, “TVİ-1004NSTR” modelli video müşahidə kamerasının yaddaş cihazı, 01 ədəd “Pusello” markalı laqunda və 01 ədəd “ART Royce” markalı drelin saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Xaliq oğluna Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar