Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-256/2021 24.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X4 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bərdə rayonunun Nazirli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İ Mədən, 17-ci korpusdakı X13 ünvanda yaşamış, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 11 sentyabr 2021-ci il tarixdə, saat 16:50-də sürücülük vəsiqəsi olmaqla etibarnamə əsasında idarə etdiyi “Man” markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı Betonqarışdıran yük avtomobili Bakı şəhəri, Binəqədi rayonunun Sulutəpə qəsəbəsindən asfalt yolu ilə Binəqədi rayonunun M.S.Rəsulzadə qəsəbəsi istiqamətində idarə edərkən Binəqədi qəsəbəsi, Binəqədi şossesi 54 ünvanında yerləşən “Zeytun” aptekinin qarşısından keçən hissəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini yəni, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda həmin tələblərə riayət etməyərək və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək yolun hərəkət hissəsini sağdan sola keçən piyada X8 avtomobilin sağ yan tərəfinin qabarıq hissəsi ilə vurub, beyinin yumşaq qişaları altına, mədəciklərinə və toxumasına qansızmalar, sağ alın-gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, sağ alın-gicgah nahiyəsinin dərialtı hematoması, sağ V-İX qabırğaların yerdəyişməyən sınıqları, sağ göz ətrafının qançır-hematoması, hematoma fonunda sıyrıqları, sağ və sol diz oynağının səthi əzilmiş yaraları, sağ və sol əlin arxa səthlərinin sıyrıqları ilə nəticələnən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətlərin yetirilməsi ilə əlaqədar ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X5 həmin tarixdə 3 saylı Bakı şəhər Klinik xəstəxanasında ölümünə səbəb olmuş yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, idarə etdiyi “MAN” markalı, Betonqarışdıran seriyalı **-XO-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin mülkiyyətçisi X2r. İdarə etməyə başladığı vaxtdan etibarən avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş və avtomobilin hər hansı bir texniki nasazlığı olmamışdır. Hər gün reysə çıxmamış o, yük avtomobilin sazlığını yoxlayırdı. 11 sentyabr 2020-ci il tarixdə, saat 16:40-da idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “MAN” markalı, Betonqarışdıran seriyalı **-XO-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə sifarişlə əlaqədar Bakı şəhəri, Binəqədi rayonunun Sulutəpə qəsəbəsi istiqamətindən DSK yolu ilə Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi istiqamətinə hərəkət edirdi. Həmin vaxt avtomobildə tək olmuş və avtomobildə yük olmamışdır. Hərəkətdə olduğu yolda nəqliyyat vasitələrinin hərəkəti iki istiqamətli olmuşdur. O, da öz hərəkət istiqamətində yaranmış şəraitə uyğun normal sürətlə hərəkətdə idi. Hava mülayim və yağmursuz idi. Yol örtüyü isə asfalt-beton olmaqla quru olmuşdur. Binəqədi qəsəbəsi ərazisində öz hərəkət zolağında hərəkətdə olarkən onunla eyni istiqamətdə qarşısında hərəkət edən bütün avtomobillərin hərəkəti dayandırılmışdır. Həmin yolda daima sıxlıq olduğu üçün avtomobili maksimum saatda 30-40 km surətlə idarə etmək olurdu. Lakin köməkçi yollardan əsas yola avtomobillər çıxanda ümumiyətlə avtomobillərin hərəkəti dayanırdı. O da idarə etdiyi yük avtomobilini zolaqda hərəkət dayandığı üçün dayandırmışdır. Təxminən 2-3 dəqiqədən sonra qarşısında olan avtomobillər yenidən hərəkətə başladıqda o, da hərəkətə başlamışdır. Artıq təxminən saat 16:50 radələri olardı. Həmin vaxtı idarə etdiyi avtomobilin surəti təxminən, saatda 10 km olardı. Dayandığı yerdən təxmini 30-40 metr avtomobili sürəndən sonra qarşı hərəkət zolağda hərəkətdə olan markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilin sürücüsü uca səslə qışqıraraq ona idarə etdiyi avtomobillə yolun kənarı ilə hərəkətdə olan piyadanı vurduğumu bildirdi. Nə baş verməsini aydınlaşdırmaq məqsədilə o, dərhal avtomobilin hərəkətini dayandırıb sükan arxasından düşdü. Həmin vaxt avtomobilin sağ tərəfi boyunca, Binəqədi şossesinin “Zeytun” aptekinin qarşısından keçən hissəsində əvvəllər tanımadığı və görmədiyi, təxminən 70-75 yaşlarında olan, adını sonradan bildiyi piyada X5 yerdə uzandığını gördü. O, dərhal yerdə uzanan piyada Fuat Ağayevə yaxınlaşıb onun vəziyyəti ilə maraqlandı. Həmin vaxt hadisə yerinə yol-patrul xidmətinə məxsus avtomobil yaxınlaşdı. Yol-patrul xidmətinin əməkdaşları yerdə uzanmış piyada Fuat Ağayevin vəziyyətinin ağır olmasına görə onu dərhal yoldan keçən digər avtomobilə əyləşdirib tibbi yardım göstərilməsi üçün xəstəxanaya yola saldılar. O, isə polis əməkdaşlarına yaxınlaşıb hadisənin onun tərəfindən törədildiyini bildirərək özünə məxsus və avtomobilə aid sənədləri polis əməkdaşlarına təqdim etməklə ilkin sənədləşdirmədə iştirak etmişdir. Hadisə anında piyada Fuat Ağayevi görmədiyindən hadisənin necə və hansı şəraitdə baş verməsi barədə məlumatı yoxdur. Hadisə anına qədər də piyada Fuat Ağayevin hansı formada avtomobilin sağ tərəfinə keçməsini görməmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. 10.06.2021-ci il tarixli məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, mərhum X6 oğludur. X20 heç yerdə işləmirdi, təqaüdçü idi. 11 sentyabr 2020-ci il tarixdə o, evdə idi, saat 17:30-da ona atasına məxsus ***-***-**-** nömrəli mobil nömrəsindən zəng gəlmişdi. Zəngə cavab verəndə atasının mobil telefonu ilə danışan şəxs ona bildirdi ki, yol nəqliyyat hadisəsi baş verib və o, təcili Binəqədi şossesinə, yəni DSK-ya M.Ə.Rəsulzadə qəsəbəsi istiqamətində olan yerə gəlsin. O, da dərhal həmin yerə getmişdir. Təxminən 10-15 dəqiqə ərzində o, hadisə yerinə çatmışdır. Orada olan vaxtı X20 yerdə uzanmışdı. Hadisə yerinə gələn polis əməkdaşları hadisə yerinin yaxınlığından keçən avtomobil ilə onu və atasını xəstəxanaya göndərmişlər və sürücü onları 3 saylı Bakı şəhər klinik xəstəxanasına çatdırmışdır. Lakin göstərilmiş tibbi yardıma baxmayaraq atası xəstəxanada vəfat etmişdir. X20 tam sağlam adam olmuşdur. Atası hadisədən təxmini bir saat əvvəl hava almaq üçün çölə çıxmışdır. Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin DYPŞ-si YPX inspektoru, polis baş serjantı Şahid1 ifadə verərək göstərmişdir ki, 11 sentyabr 2020-ci il tarixdə o, Binəqədi RPİ-nin DYPŞ-si YPX inspektoru, polis baş serjantı Şahid2 ilə xidmətdə olmuşlar. İstifadələrində **-YP-*** dövlət qeydiyyat nişanlı “KİA” markalı xidməti avtomobil olmuşdur. Xidməti avtomobili Şahid2 idarə edirdi, saat 16:50-də onlar xidməti avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi ilə irəlləyərkən, şossenin Binəqədi qəsəbəsində yerləşən Zeytun aptekinin qarşısından keçən hissəsində adamların toplaşdığını görmüşlər. Şahid2 idarə etdiyi avtomobili həmin yerdə saxlayıb nə baş verdiyi ilə maraqlananda yerdə tanımadığı yaşlı adamın, adını sonradan bildiyi Fuat Ağayevin uzandığını görmüşlər. Sonuncunun vəziyyəti çox ağır olduğuna görə onlar təcili olaraq yolnan keçən avtomobillərin biri ilə tibbi yardımın göstərilməsi üçün Fuat Ağayevi xəstəxanaya yola salmışlar. Sonra isə nə baş verdiyini aydınlaşdırmağa başlayanda bir nəfər əvvəllər tanımadığı şəxs onlara yaxınlaşaraq özünü hadisəni törətmiş sürücü kimi təqdim edərək idarə etdiyi betonqarışdıran yük avtomobili ilə piyadanı vurduğunu bildirmiş, həmin şəxs özünə məxsus və avtomobilə aid sənədləri ona təqdim etmişdir. Sürücü Təqsirləndirilən şəxs piyadanı vurduğu müəyyən olunmuşdur, hadisəni törətdiyi “MAN” markalı, Betonqarışdıran seriyalı **-XO-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini isə etibarnamə ilə idarə edir. Təqsirləndirilən şəxs BC kateqoriyalı sürücülük vəsiqəsi var idi. O, baş vermiş hadisə barədə Binəqədi RPİ-nin Növbətçi hissəsinə məlumat vermişdir. Onun zəngindən sonra hadisə yerinə Binəqədi RPİ-nin əməkdaşları gəlmiş və o, sürücü Təqsirləndirilən şəxs tərəfindən təqdim etdiyi sənədləri və sürücünün özünü Binəqədi RPİnin əməkdaşlarına təhvil vermiş, Şahid2lə özü isə xidmətlərini davam etdirmək üçün hadisə yerindən kənarlaşmışlar. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş: 11.09.2020-ci il tarixli qərardan görünür ki, 11 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində aldığı “qapalı kəllə-beyin travması və çanağın sınığı” xəsarətləri ilə daxil olmuş 1934-cü il təvəllüdlü X7 xəstəxanada ölməsi barədə 3 saylı Bakı şəhər Klinik xəstəxanasından Binəqədi RPİ-nin Növbətçi hissəsinə daxil olmuş telefon məlumatına əsasən CM-in 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. (i.v.1) 11.09.2020-ci il tarixli, 2/14524 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı, yəni 11.09.2020-ci il tarixdə ayıq vəziyyətdə olmuşdur. (i.v.11) 11.09.2020-ci il tarixli, 218 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji anatomiya Birliyi” Publik hüquqi şəxs rəyindən görünür ki, X6 meyitində aşkar olunmuş xəsarətlər - beyinin yumşaq qişaları altına, mədəciklərinə və toxumasına qansızmalar, sağ alın-gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, sağ alın-gicgah nahiyəsinin dərialtı hematoması, sağ V-İX qabırğaların yerdəyişməyən sınıqları, sağ göz ətrafının qançır-hematoması, hematoma fonunda sıyrıqları, sağ və sol diz oynaqlarının səthi əzilmiş yaraları, sağ və sol əlin arxa səthlərinin sıyrıqları həyati olub, bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmiş və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X14 ölümünə səbəb sağ alın-gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı nəticəsində beyin qişaları altına, toxumasına və mədəciklərə qansızmalar olmuşdur. Fuat Ağayevin ölümü 11.09.2020-ci il tarixdə, saat 19.30-da 3 saylı şəhər klinik xəstəxanasında baş vermişdir. X14 meyitində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 11 sentyabr 2020-ci il tarixdə hərəkətdə olan yük avtomobilinin qabarıq hissələri ilə piyadanın vurulması nəticəsində əmələ gələ bilərdilər. Fuat Ağayevin meyitindən götürülmüş qarda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. (i.v.69-71) 17.10.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs 07.09.2012-ci il tarixdə AB seriyalı 757762 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun adı sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. (i.v.77) 28.09.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.61) Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 17 mart 2021-ci il tarixli, 8/566 saylı rəyinə görə “MAN” markalı avtomobilin sürücü Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini rəhbər tutmalı idi. Həmin maddənin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Qeyd olunan vəziyyətdə sürücü Zaur İbrahimov diqqətini daimi dəyşən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıda hərəkət hissəsinin sağ kənarında dayanmış piyadanı nəzərə alaraq ondan hərəkətin təhlükəsizliyini təmin edən lazımı yan məsafə seçərək onun yanından keçib getməli idi. Lakin sürücü Təqsirləndirilən şəxs idarə etdiyi MAN markalı avtomobili qeyd olunan yol şəraitində hərəkət etdirərkən qarşıda hərəkət hissəsinin sağ kənarında dayanmış vəziyyətdə olan piyadanı vurması onu izah edir ki, mövcud vəziyyətdə hadisə sürücü Təqsirləndirilən şəxs hərəkətin təhlükəsizliyini təmin etməyən, öz hərəkətləri və ya hərəkətsizliyi ilə əlaqədar baş vermişdir. Ona görə də göstərilən vəziyyətdə sürücü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və orıun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v.96-97) 27.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “MAN” markalı, Betonqarışdıran seriyalı **-XO-*** dövlət qeydiyyat nişanlı yük avtomobili maddi sübut kimi tanınaraq saxlanması üçün sahibinə qaytarılmışdır. (i.v.98-103) 27.04.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v.113) 06.10.2021-ci il tarixli iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X12 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsdən heç bir şikayəti, tələbi yoxdur, Təqsirləndirilən şəxs həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. AZ-İİİ 843367 və AZ-İV 475481 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 22.09.2016-cı il təvəllüdlü X9 və 15.02.2020-ci il təvəllüdlü X3 adlı iki azyaşlı uşağı vardır. Məhkəmə, həmin Məcəllənin 59.1.4 və 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin yaxın qohumu olan hüquqi varis ilə barışıq əldə edilməsini və Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən yuxarıda göstərilənlərdən başqa, onun cəzasını yüngülləşdirən halların olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, CM-in 60-cı maddəsinin tələblərinə əsasən ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzalarını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan 27.04.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 134) Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, ““MAN” markalı Betonqarışdıran seriyalı **-XO-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 35 saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi 35 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, “Man” markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs geri qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(001)-256/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-256/2021
24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver