Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-256/2025 19.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Saatlı rayonu, Əlisoltanlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, sıra 4, 24B ünvanında kirayədə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talamaq məqsədilə 04 sentyabr 2024-cü il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə hasardan aşmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq evin ikinci mərtəbəsində yerləşən dəyəri 500 manat olan 1 ədəd “Eco Gastherm” markalı kombi aparatını, həmin evin birinci mərtəbəsində qonaq otağında olan çamadanın içərisində olan dəyəri 7 manat olan 1 ədəd üzərində “Yıldız XXL 60” yazısı olan təzə maykanı, dəyəri 30 manat olan 1 ədəd üzərində “X8” yazısı olan istifadədə olmuş cins materialllı şalvarı, dəyəri 20 manat olan 1 ədəd üzərində “Pierre Cardin” yazısı olan köynəyi, dəyəri 40 manat olan 1 ədəd üzərində “Elle” yazısı olan kişi ayaqqabını, dəyəri 30 manat olan 1 ədəd üzərində “Dockers” yazısı olan idman ayaqqabını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 627 (altı yüz iyirmi yeddi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 15 radələrində Binəqədi rayonu, Ə.Əlixanov küçəsində piyada gedirmiş. Hell içkilərinin qabını yığırmış. Həmin vaxt orada birmərtəbəli balaca ev olmuşdur. Həmin evin hasarı dəmir çərçivədən ibarət olmuşdur. Həmin evin həyətində Hell qablarını görmüş və evin həyətinə daxil olmuşdur. Hell qablarını küçəyə tullamışdır. Bu zaman qonşuluqda olan iki mərtəbəli evin ikinci mərtəbəsində eyvanda kombinin mis turbalarını görmüşdür. Həmin misləri götürmək qərarına gəlmişdir. Bundan sonra həyətdə olan nərdivanı götürmüş, nərdivan vasitəsilə qonşuluqda olan evin ikinci mərtəbəsinin eyvanına çıxmışdır. Eyvanda olan zaman kombi aparatını görmüş və kombi aparatını oğurlamaq qərarına gəlmişdir. Kombi aparatı divarda olan mismara keçirilmişdir. Mismardan aparatı çıxarmış və birinci həyətinə daxil olduğu evin həyətinə aparmışdır. Sonra yenidən həmin evə qayıtmış, ikinci mərtəbənin eyvanının qapısı açıq olduğundan içəri daxil olub birinci mərtəbəyə düşmüşdür. Birinci mərtəbədə qonaq otağında kreslonun üzərində çamadan olmuşdur. Çamadanı açan zaman orada kişi paltarları görmüşdür. Çamadandan 01 cüt krasofka, 01 cüt ayaqqabı, 01 ədəd şalvar, 01 ədəd köynək və 01 ədəd mayka götürmüşdür. Sonra isə gəldiyi yerdən çıxıb getmişdir. Bundan sonra kombi aparatını belində Nəsimi rayonu ərazisində yerləşən 3-cü bazarı adlanan yerə aparmışdır. Orada kombi aparatını 100 manata Fərhad adlı şəxsə satmışdır. Fərhad kombi işinə baxır. Sonra isə paltarları özü ilə evinə aparmışdır. Daha sonra, yəni xx.xx.2024-cü il tarixdə Binəqədi rayon polis idarəsinin 4-cü PB-nin əməkdaşları ona yaxınlaşmışdırlar, ondan oğurluq edib-etmədiyini soruşmuşdurlar. Oğurluq etdiyini etiraf etmişdir. Oğurladığı paltarları da təqdim etmişdir. Həmçinin kombi aparatını satmış olduğu yeri demişdir. Oğurluq edən zaman tək olmuşdur. Oğurluq etməyi barədə heç kəsə deməmişdir. Həmçinin kombi aparatını satan zaman da Fərhad adlı şəxsə kombinin oğurluq olmasını deməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Cəfərov Samid afər oğlu törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkdiyini bildirərək cəza təyin edilən zaman nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmənin baxış iclasında Zərərçəkmiş şəxs iştirakını təmin etmək mümkün olmamış, zərərçəkmiş şəxslə aparılan telefon danışıqları zamanı o, oğurlanmış əmlakın ona geri qaytarıldığını, lakin təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Nəsimi rayonu ərazisində yerləşən 6 saylı bazar adlanan bazarda dəmir işi ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə bazarda olan zaman bir nəfər cavan oğlan gəlmişdir. Həmin oğlanın əlində kombi aparatı olmuşdur. Kombi aparatını satmaq istədiyini bildirmişdir. Həmin kombi aparatını 100 manata stmaq istəmişdir. Ona kombi aparatının özünün olmasını, işləmədiyi üçün satmaq istədiyini bildirmişdir. Ondan şəxsiyyət vəsiqəsinin olubolmamasını soruşmuşdur. Həmin şəxs də şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Şəxsiyyət vəsiqəsinə baxan zaman adının Səmid olmasını görmüşdür. Səmiddən kombi aparatının oğurluq olub-olmamasını soruşmuş, Səmid də oğurluq olmamasını bildirmişdir. Bundan sonra onun şəxsiyyət vəsiqəsinin surətini çıxarmış, həmin kağıza Səmidin özünə yaşadığı ünvanı və telefon nömrəsini yazmasını demişdir. Həmçinin Səmidin mobil telefon nömrəsinə zəng edərək həqiqətən də nömrənin onun olub-olmamasını yoxlamışdır. Bundan sonra nömrənin onun özünün olması müəyyən edilmişdir. Daha sonra kombi aparatını 100 manata almışdır. Daha sonra isə polis əməkdaşları gəlmişdirlər. Ondan Səmidin kombi aparatı satıb-satmamasmı soruşmuşlar, polis əməkdaşlarına Səmidin ona kombi aparatı satmasını bildirmişdir. Həmçinin də kombi aparatının onda olmasını və təqdim edə biləcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus evdə oğurluq hadisəsinin baş verməsi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli “təqdim edilmiş əşyalara baxış keçirilərək götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə ünvan 4 ünvanında yerləşən evdən oğurlamış olduğu 01 ədəd maykanı, 01 ədəd kişi şalvarını, 01 ədəd kişi köynəyini, 01 cüt krosofkanı və 01 cüt ayaqqabını təqdim etmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 17:50-də CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surətinin əks olunduğu kağızdan görünür ki, o yaşayış ünvanını – ünvan 5i ***-***-**-** saylı telefon nömrəsini qeyd etmişdir. xx.xx.2024-cü il tarixli “təqdim edilmiş əşyalara baxış keçirilərək götürülməsi haqqında” protokoldan görünür ki, Babayev X2 Səmid Afər oğlunun ona satdığı 01 ədəd kombi aparatını təqdim etmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-717/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs məxsus ünvan 6 ünvanında baş vermiş oğurluq faktı ilə əlaqədar aşkar edilib götürülmüş əl izləri Təqsirləndirilən şəxs əl izləri ilə eynilik təşkil etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8355 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 127 manat, təqdim edilməmiş nəzəri qaydada olan 01 ədəd 8 lt tutumlu “Eco Gastherm” markalı, ET-8 model kombi aparatının istifadə olunmuşunun qiymətinə dair yerli internet saytlarında və Mərkəzdə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. xx.xx.2024-cü il tarixli “maddi sübut kimi tanımaq haqqında” qərardan görünür ki, 01 ədəd “Eco Gastherm” markalı kombi aparatı, 01 ədəd mayka, 01 ədəd Pier Cardin fırmasına aid kişi köynəyi, 01 cüt Dockers Footwear firmasına aid kişi krasofkası və 01 cüt Elle firmasına aid kişi ayaqqabısı maddi sübut kim tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanılma anbarına göndərilmişdir. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və foto-şəkillərdən görünür ki, təqsirləndirilən şəxs Cəfərov X5 Əliyevə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Əlixanov küçəsi 38/34 nömrəli evdə ifadələrin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2024-cü tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs cnayət işinin materialları və maddi sübutlarla tanış olduqdan sonra sahibinə qaytarılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və götürülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən halla yanaşı, ona cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını və məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 15 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:50-də şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. 17 sentyabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)- 717/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-951 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün müddətə, 04 yanvar 2025-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 15 sentyabr 2024-cü il tarixdən bugünədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə sübut növü kimi tanınmış “Eco Gastherm” markalı kombi aparatı, 01 ədəd mayka, 01 ədəd Pier Cardin fırmasına aid kişi köynəyi, 01 cüt Dockers Footwear firmasına aid kişi krasofkası və 01 cüt Elle firmasına aid kişi ayaqqabısının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 62 (altmış iki) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6 təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 62 (altmış iki) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 62 (altmış iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 372 (üç yüz yetmiş iki) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Eco Gastherm” markalı kombi aparatı, 01 ədəd mayka, 01 ədəd Pier Cardin fırmasına aid kişi köynəyi, 01 cüt Dockers Footwear firmasına aid kişi krasofkası və 01 cüt Elle firmasına aid kişi ayaqqabısının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 62 (altmış iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 372 (üç yüz yetmiş iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-256/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-256/2025
19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver