Məhkəmə qərarları › İş №1(001)-257/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-257/2023

16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-257/2023 16.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Naxçıvan Mr., Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 2-4 aralığında yerləşən "xxxx"-ə məxsus şirkətin baş ofisinə xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində qeyd edilən ofisə bitişik yarımtikilinin dam hissəsindən keçərək ofisin tikilisinin damına keçib oradan da ofisə qanunsuz daxil olaraq ofisdən 01 ədəd dəyəri 849 manat 99 qəpik (səkkiz yüz qırx doqquz manat doxsan qoqquz qəpik) olan LENOVO İDEAPAD 320 13/4/1 NTEL/500/15.6/ markalı SPF13UZEZ seriyalı, 01 ədəd dəyəri 849 manat 99 qəpik (səkkiz yüz qırx doqquz manat doxsan doqquz qəpik) olan LENOVO İDEAPAD 320 13/4/1 NTEL/500/15.6/ markalı, SPF178J2W seriyalı, 01 ədəd dəyəri 999 manat 99 qəpik (doqquz yüz doxsan doqquz manat doxsan doqquz qəpik) olan LENOVO İDEAPAD 320-15İSK !3/4/NV2/ markalı, spf0t6qg0 seriyalı, 01 ədəd dəyəri 1499 manat 99 qəpik (min dörd yüz dosan doqquz manat doxsan qoqquz qəpik) olan LENOVO İDEAPAD 3 15İTL6 (82H8024PRK) markalı, SPF2P191S seriyalı, 01 ədəd dəyəri 1099 manat 99 qəpik (min doxsan doqquz manat doxsan qoqquz qəpik) olan HP 250 G8 (27K14EA) markalı CND1203JKS seriyalı notebooklar və 01 ədəd içərisində qiyməti 5 (beş) manat olan ***-***-**-** saylı və qiyməti 5 (beş) manat olan ***-***-**-** saylı nömrələr olan dəyəri 50 (əlli) manat olan “Nokia” markalı, ”TA-1114“ model, **********03663 və **********03662 İMEİ kodlu mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx"-ə xeyli miqdarda ümumilikdə 5359 manat 95 qəpik (beş min üç yüz əlli doqquz manat doxsan beş qəpik)manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ünvan 2 ünvanda yerləşən “X2 Uşaq Bağçası MMC”-ə məxsus “Nur” Uşaq Bağçasına xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində bağçanın giriş qapısının sol tərəfində quraşdırılmış kondisoner motorunun üzərinı çıxaraq plastik pəncərəsini əvvəlcədən özü ilə gətirdiyi armatur parçası açaraq qanunsuz baçya daxil olub müdir otağında masanın üzərində olan bir ədəd 500 (beş yüz) manat dəyərində Asus X541 /i36006/4/50068 markalı J3NOCX11MO7512C seriyalı notebooku və həmin masanın çəkməcəsindən 460 (dörd yüz altmış) manat nəğd pulu gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “X2 Uşaq Bağçası MMC”-ə ümumilikdə 960 (doqquz yüz altmış) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, ünvan 2 ünvanda yerləşən “X2 Uşaq Bağçası” MMC-ə məxsus “Nur” Uşaq Bağçasına xx.xx.2022-ci il tarixdə, saat 04 radələrində bağçanın giriş qapısının sol tərəfində quraşdırılmış kondisoner motorunun üzərinə çıxaraq plastik pəncərəsini əvvəlcədən özü ilə gətirdiyi armatur parçası açaraq qanunsuz bağçaya daxil olub uşaqların dərs otağı üçün tutulmuş ayri-ayri iki otağın hər birindən dəyəri 700 (yeddi yüz) manat olmaqla ümumilikdə 1400 (min dörd yüz )manat dəyərində 02 ədəd LG markalı televizoru gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “X2 Uşaq Bağçası MMC”-ə ümumilikdə 1400 (min dörd yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatdadır. Uzun müddət işsiz olduğu üçün 2022-ci ilin yanvar ayının sonlarında Bakı şəhərinə işləmək üçün gəlmişdir. Bakı şəhərində müxtəlif yerlərdə saat hesabı fəhlə kimi çalışıraraq Xutor qəsəbəsində günlük kirayə verilən evlərdə qalmışdır. Son zamanlar işsiz qaldığı üçün oğurluq etmək qərarına gəlmişdir. Buna görə də 10 noyabr 2022-ci il tarixdə saat 23:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 2-4 aralığında yerləşən sonradan “Kontakt Home mağazalar şəbəkəsinin baş ofisi kimi bildiyi binaya daxil olmaq məqsədi ilə həmin binanın böyründə yerləşən yarim tikili binaya daxil olmuşdur. O, həmin yarımtikiliyə daxil olub bir qədər orada gəzişdikdən sonra yarımtikili binanın 6-cı mərtbəsinə qalxaraq həmin tikili ilə birləşik olan tikiliyə yəni Konktak Home mağazalar şəbəkəsinin binasına doğru keçmişdir. Orada o, tikilinin damından pilləkənlər ilə ofisin içərisinə doğru hərəkət etmişdir. Ofisin içərisinə daxil olduqdan sonra o, orada axtarış etməyə başlamışdır. O, ofisdə müəyyən müddət axtarış etdikdən sonra ofisdə yerləşən bir otaqdan 03 ədəd, 2-ci otaqdan bir ədəd, 3-cü otaqdan bir ədəd olmaqla ümumilikdə 05 ədəd notebook və 3-cü otaqdan həmçinin 01 ədəd Nokia markalı telefonu oğurlamışdır. Notebookları və telefonu özü ilə gətirdiyi belindən asdığı idman çantasına qoymuşdur. O, ofisdən gəldiyi yolla, yəni həmin ofisinin damına qalxaraq ofisə bitişik yarımtikiliyə daxil olaraq oradan çıxmışdır. Oğurladığı notebooklardan 01 ədəd Asus markalı notebooku 180 manata Neftçilər metrostansiyasının yanında yerləşən dükana satmışdır. Nokia markalı mobil telefonu isə 13 noyabr 2022-ci il tarixdə 3-cü mikrorayon dairəsinin yanında yerləşən telefon mağazasına 15 manat müqabilində satmışdır. Digər 04 ədəd notebooku isə Tap.az elan saytında satışa qoyaraq hal hazırda dəqiq xatırlamadığı tarixlərdə ayrı-ayrı tanımadığı şəxslərə satmışdır. Bundan başqa, 18 noyabr 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr Svetalana Məmmədova küçəsi ilə hərəkətdə olan zaman “Nur” adlı uşaq bağçasının işıqlarının sönülü olduğunu görüb həmin uşaq bağçasından oğurluq etmək qərarına gəlmişdir. O, Xutor qəsəbəsində yaşadığı üçün adətən “Nur” adlı uşaq bağçasının qarşısından keçib gedən zaman oranın işıqlarının sönülü olmasından fəaliyyətsiz olduğunu düşünmüşdür. O, oğurluq etmək məqsədi ilə üzərində gəzdirdiyi armatur parçası ilə uşaq bağçasının giriş qapısının sol tərəfində yerləşən kondisonerin motorunun üzərinə çıxaraq orada olan pəncərəni açaraq bağçaya daxil olmuşdur. O, bağçada müəyyən müddət axtarış etdikdən sonra bağçadan masanın üzərində olan Asus markalı notebook və masanın çəkməcəsində olan 460 manat pulu oğurlamışdır. O, bağçadan eyni qayda olaraq pəncərədən çıxaraq uzaqlaşmışdır. Oğurladığı Asus markalı notebooku 19 noyabr 2022-ci il tarixdə saat 11 radələrində “28 Mall” Ticarət Mərkəzinin yaxınlığında yerləşən “İphone Baku” telefonların alqı satqısı ilə məşğul olan mağazada özünə məxsus şəxsiyyət vəsiqəsinin surəti ilə 200 manat müqabilində satmışdır. Satdığı notebookdan əldə etdiyim 200 manat pulu və oğurladığı 460 manat pulu həmin günü, yəni 19 noyabr 2022-ci il tarixdə Topaz mərc oyununda uduzmuşdur. O, oğurluq hadisəsini törətdikdən sonra əldə etdiyi pulları Topaz mərc oyununda uduzduğundan, yenidən həmin uşaq bağçasından oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, 26 noyabr 2022-ci il tarixdə saat səhər 04-05 radələrində yenə həmin “Nur” uşaq bağçasından oğurluq etmək üçün həmin bağçanın qarşısına gəlmişdir. O, bağçaya birinci dəfə daxil olduğu yolla, yəni giriş qapısının sol hissəsində yerləşən kondisonerin motorunun üzərinə çıxaraq orada olan pəncərəni üzərimdə olan armatur parçası ilə açaraq bağçaya daxil olmuşdur. O, pəncərədən bağçaya daxil olan kimi düşdüyü otağı nəzərdən keçirməyə başlamışdır. Həmin vaxtı otağda divarda quraşdırılmış 01 ədəd LG markalı televizorun olduğunu görmüşdür. O, həmin televizoru yuxarı qaldıraraq yerindən çıxartmışdır. Daha sonra isə televizoru götürdüyü otağla üzbəüz otağa daxil olaraq, yenidən axtarış etməyə başlamışdır. Bu zaman o, həmin otağda da olan divara quraşdırılmış 01 ədəd LG markalı televizorun olduğunu görmüşdür. Yenidən televizoru yuxarı qaldıraraq, yerindən çıxartmışdır. .Bundan sonra həmin televizorları özü ilə gətirdiyi ağ rəngli sellofan torbaya qoyaraq torbanın ağzını isə televizordan birinin üzərindən çıxartdığı kabel ilə bağlayaraq bağçaya daxil olduğu pəncərədən çölə çıxaraq oradan uzaqlaşmışdır. Bundan sonra internet vasitəsi ilə televizor alqı-satqısı ilə məşğul olan şəxslərin axtarışını etmişdir və sonradan adının Orxan Balabəyov olduğunu bildiyi şəxs ilə telefon vasitəsi ilə televizorların hər birini 220 manat olmaqla ümumilikdə 440 manat müqabilində satmağa razılaşmışdır. O, televizorları götürərək Azadlıq metrostansiyasının yaxınlığına gəlmişdir. Orada Orxan ilə görüşərək televizorları 440 manat müqabilində Orxana şəxsiyyət vəsiqəsinin surəti ilə satmışdır. İş üzrə vurulmuş maddi ziyanı yamamilə ödəmiş və zərərçəkmiş hüquqi şəxslərin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Hazırda törətdiyi cinayət əməlindən peşman olduğunu qeyd edib, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 ifadəsində göstərmişdir ki, "xxxx"xxxx"xxxx" olsa da, şirkətin tərkibində Kontakt Home əmtəə nişanı altında mağazalar fəaliyyət göstərir. Həmin mağazalarda elektronik və məişət əşyalarının alğı-satqısı həyata keçirilir. "xxxx" mağazaları şəbəkəsinin baş ofisi 10 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova 107 ünvanından ünvan 5çürülmüşdür. Baş ofisin ünvanının dəyişilməsi ilə əlaqədar olaraq onlar köhnə ofisdə olan əşyalarını yeni ünvanda olan ofislərinə daşımışdılar. 10 noyabr 2022-ci il tarixdə iş günü bitdikdən sonra ofisdə çalışan şəxslərin hamısı iş yerini tərk etmişdirlər. 11 noyabr 2022-ci il tarixdə işə gələn zaman müəyyən olmuşdur ki, gecə baş ofisdən oğurluq hadisəsi baş vermişdir. Belə ki, ofisə nəzər yetirən zaman baş ofisin 5-ci mərtəbəsində yerləşən hüquq şöbəsinin 03 ayrı ayrı otağından ümimilikdə 05 ədəd notebook oğurlanmışdır. Hadisə zamanı 01 ədəd dəyəri 849.99 manat olan LENOVO İDEAPAD 320 13/4/1 NTEL/500/15.6/ markalı SPF13UZEZ seriyalı, 01 ədəd dəyəri 849.99 manat olan LENOVO İDEAPAD 320 13/4/1 NTEL/500/15.6/ markalı, SPF178J2W seriyalı, 01 ədəd dəyəri 999.99 manat olan LENOVO İDEAPAD 320-15İSK !3/4/NV2/ markalı, spf0t6qg0 seriyalı, 01 ədəd dəyəri 1499.99 manat olan LENOVO İDEAPAD 3 15İTL6 (82H8024PRK) markalı, SPF2P191S seriyalı, 01 ədəd dəyəri 1099.99 manat olan HP 250 G8 (27K14EA) markalı CND1203JKS seriyalı notebooklar oğurlanmışdır. Baxış zamanı onlara məlum olmuşdur ki, hüquq şöbəsinin otaqlarının birindən həmçinin 01 ədəd içərisində qiyməti 5 manat olan ***-***-**- ** saylı və qiyməti 5 manat olan ***-***-**-** saylı nömrələr olan dəyəri 50 manat olan Nokia markalı mobil telefon oğurlanmışdır. Əlavə olaraq bildirir ki, mobil telefonun içərisində olan nömrələrin balansında heç bir məbləğdə pul olmamışdır. Oğurluq hadisəsi ilə əlaqədar ofisə quraşdırılmış təhlükəsizlik kameralarını izləyən zaman 10 noyabr 2022ci il tarixdə saat 23:20 radələrində şəxsiyyəti onlara məlum olmayan bir nəfər orta boylu, arıq bədən quruluşlu, başında idman papağı olan çiynində idman çantası asılmış şəxs ofisə qanunsuz yolla daxil olaraq, qeyd edilən hadisəni törətmişdir. Bundan sonra baş vermiş hadisə ilə əlaqədar olaraq "xxxx"-nin hüquq şöbəsinin müdiri Vurğun Quliyev DİNin 102 zəng xidmətinə məlumat vermiş və verilmiş məlumat əsasında hadisə yerinə polis əməkdaşları gəldilər və hadisə yerini müayinə etmişlər. Hazırda "xxxx" MMC-nə dəymiş ziyan tam şəkildə ödənilmiş və cəmiyyətin Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi yoxdur. İbtidai istintaq zamanı ifadəsi alınmış zərərçəkmiş hüquqi şəxs “X2 Uşaq Bağçası” MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, “X2 Uşaq Bağçası MMC”-nin direktorudur. Həmin MMC uşaq bağçası kimi fəaliyyət göstərir. İş prinsiplərinə görə bağça həftə içi beş gün olmaqla, saat 08:00-dan 18:00-dək fəaliyyət göstərir. Baş vermiş hadisə ilə bağlı onu bldirmək istəyirəm, 19 noyabr 2022-ci il tarixdə saat təxminən 23 radələrində bağçaya gələn zaman içəri daxil olduqda bağçada quraşdırılmış təhlükəsizlik kameralarının istiqamətinin dəyişdirildiyini görmüşdür. O, bağçanın içərisinə nəzər salan zaman uşaqların dərs otağının pəncərəsinin açıq olmasını görmüşdür. Artıq o, kiminsə bağçadan oğurluq etdiyi qənaətinə gəlmişdir. Buna görə də bağçada axtarış aparmağa başlamışdır. Həmin vaxtı o, quraşdırılmış təhlükəsizlik kameralarını izləyən zaman ona məlum olmuşdur ki, bir nəfər şəxs pəncərədən qanunsuz olaraq bağçaya daxil olaraq, müdir otağında yerləşən masanın üzərində bir ədəd dəyəri bugünki dəyəri 500 manat olan Asus markalı notebooku və həmin masanın çəkməcəsindən 460 manat nəğd pulu oğurlamışdır. O, baş vermiş hadisə ilə bağlı Binəqədi RPİ-nin 7-ci PB-nə məlumat vermişdir. Onun verdiyi məlumat əsasında hadisə yerinə polis əməkdaşları gəldilər və hadisə yerini müayinə etdilər. Bundan başqa, 26 noyabr 2022-ci il tarixdə saat təxminən 17 radələrində bağçaya gələn zaman bağçanın uşaqların dərs otağı üçün nəzərdə tutulmuş otağın pəncərənin açıq olmasını görmüşdür. O, yenidən bağçadan oğurluq olduğundan şübhələnib müşahidə kameralarına nəzərə yetirən zaman ona məlum olmuşdur ki, bir nəfər şəxs pəncərədən uşaqların dərs otağı üçün nəzərdə tutulmuş otağa daxil olmasını həmin otaqda divara bərkidilmiş dəyəri 700 manat olan LG markalı televizoru götürdüyünü, daha sonra isə dəhlizə çıxaraq digər uşaqların dərs otağı üçün nəzərdə tutulmuş otağdan dəyəri 700 manat olan 01 ədəd LG markalı televizoru oğurlayır. Daha sonra isə oğurladığı 02 ədəd televizoru bir ədəd sellefona qoyaraq bağçaya daxil olduğu pəncərədən çölə çıxaraq uzaqlaşır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5 və Şahid6 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material əsasında fakta görə CM-in 177.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə ünvan 2 ünvanda yerləşən “X2 Uşaq Bağçası” MMC-də baş vermişdir. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Könüllü təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və əlavə edilmiş diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, “X2 Uşaq Bağçası MMC”-nin nümayəndəsi Nümayəndə2 xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə qeyd edilən bağçadan baş vermiş oğurluq hadisəsini özündə əks etdirən videogörüntülər olan 01 ədəd CD disk təqdim etmiş və təqdim olunmuş diskdə h02_**********3225; ch02_**********3253; ch02_**********2314; ch02_**********2343; ch06_**********2044; ch06_**********2116; ch06_**********2146; ch06_**********3700; ch06_**********3808; ch06_**********3847; ch06_**********2107; ch07_**********2311; ch07_**********2748; ch07_**********3431; ch07_**********3539; ch13_**********3338; ch13_**********2327; ch15_**********3226; ch15_**********3440; ch15_**********3553; ch15_**********3631; ch15_**********4733; ch15_**********4754; ch15_**********4809; ch15_**********4829 adlı fayllar vardır. Həmin fayllardan birincisi “h02_**********3225” adlı fayldır. Həmin fayl 02 nömrəli kamera vasitəsi ilə çəkilmişdir, 31 saniyə davam edir. Video başladığı vaxt və tarix xx.xx.2022-ci il 22:32:19-dur. Videonun 4-cü saniyəsində xarici əlamətləri Təqsirləndirilən şəxs oxşayan uzun qol kapişonlu qış geyim gödəkçəsində, sağ əlində uşaqlar üçün nəzərdə tutulan kiçik stul ilə birlikdə dəhlizdən salona daxil olur və 11-ci saniyəsində müşahidə kamerasının altından keçir və həmin faylda bir daha görsənmir. Həmin diskdə ikinci görüntü “ch02_**********3253” adlı fayldır. Həmin fayla nəzər saldıqda məlum olur ki, həmin fayl 10 saniyə davam edir. Video başladığı vaxt və tarix xx.xx.2022-ci il 22:32:51-dir. 02 saylı kameranın çəkdiyi videonun 2-ci saniyəsində görünür ki, ekrana əl daxil olur və 02 saylı kameranın istiqamətini sola divara istiqamətləndirilir. Həmin diskdə üçüncü görüntü “ch02_**********2314” adlı fayldır. Həmin fayla nəzər saldıqda məlum olur ki, həmin fayl 30 saniyə davam edir. Video başladığı vaxt və tarix xx.xx.2022-ci il 05:23:07-dir. 02 saylı kameranın çəkdiyi videonun 06-ci saniyəsində, görünür ki, xarici əlamətləri Təqsirləndirilən şəxs oxşayan şəxs uzun qol kapişonlu qış geyim gödəkçəsində, sol əlində qara rəngli çanta tutaraq, 09-cu saniyyədə otağın sağ küncünə keçərək kameranın müşahisə ərazisində görünmür, 16-cı saniyyədə yəni xx.xx.2022-ci il tarixdə saat 05:23:23-də yenidən kameranın müşahidə ərazisinə daxil olaraq, otağın sağ küncündən otağın sol küncündə olan qapıya doğru istiqamətlənir və videonun 18-ci saniyyəsində sağ əli ilə qapını açıb otağa daxil olur. Həmin diskdə dördüncü görüntü “ch02_**********2343” adlı fayldır. Həmin fayla nəzər saldıqda məlum olur ki, həmin fayl 18 saniyə davam edir. Video başladığı vaxt və tarix xx.xx.2022-ci il 05:23:38-dir 02 saylı kameranın çəkdiyi videonun 5-ci saniyəsində yəni xx.xx.2022-ci il tarixdə saat 05:23:43-də görünür ki, həmin şəxs otağın sol küncünə girdiyi otaqdan çıxaraq sağa dönüb dəhliz istiqamətinə qaçır və kameranın müşahidə zonasından çıxır. Həmin diskdə beşinci görüntü “ch06_**********2044” adlı fayldır. Həmin fayla nəzər saldıqda məlum olur ki, həmin fayl 28:19 saniyə davam edir. Video başladığı vaxt və tarix xx.xx.2022-ci il 22:20:38-dir. 06 saylı kameranın çəkdiyi videonun 16-cİ saniyəsində yəni xx.xx.2022-ci il tarixdə saat 22:20:54-də görünür ki, otağın sağ küncündə pərdə arxasından sol əl çıxır və 19-cu saniyyəsində həmin əl geri qaytarılaraq müşahidə kamerasının görmə zonasından çıxır. Həmin diskdə altıncı görüntü “ch06_**********2116” adlı fayldır. Həmin fayla nəzər saldıqda məlum olur ki, həmin fayl 23 saniyə davam edir. Video başladığı vaxt və tarix xx.xx.2022-ci il 22:21:10-dur. 06 saylı kameranın çəkdiyi videonun 5-ci saniyəsində saat 22:21:15 radəsindən görünür ki, otağın sağ küncündə pərdə arxasından sol əl çıxır, daha sonra həmin şəxs pərdənin qaldıraraq, çiynində ryukzak və hər iki əllərində qara rəngli kiçik həcmli naməlum əşyalarla əyilib otağa daxil olur, faylın 12-ci saniyyəsində o, otağın yuxarı sol küncünə baxaraq müşahidə kamerasını görür, kameranın onu çəkdiyini bilib çəkilişdən gizlənir və kürəyi ilə divara söykənir. Həmin diskdə yeddinci görüntü “ch06_**********2146” adlı fayldır. Həmin fayla nəzər saldıqda məlum olur ki, həmin fayl 17 saniyə davam edir. Video başladığı vaxt və tarix xx.xx.2022-ci il 22:21:42-dir. 06 saylı kameranın çəkdiyi videonun 5-ci saniyəsində saat 22:21:47 radəsindən görünür ki, həmin şəxs otağın sağ küncündə divara söykənir və kameradan gizlənməyə çalışır. Başını aşağı salaraq sol istiqamətə doğru addımlayıb müşahidə kamerasının görmə zonasından çıxır. Həmin diskdə səkkizinci görüntü “ch06_**********3700” adlı fayldır. Həmin fayla nəzər saldıqda məlum olur ki, həmin fayl 40 saniyə davam edir. Video başladığı vaxt və tarix xx.xx.2022-ci il 04:37:00 saniyədir. 06 saylı kameranın çəkdiyi videonun 14-cü saniyəsində xarici əlamətləri Təqsirləndirilən şəxs oxşayan uzun qol, kapişonlu qış geyim gödəkçəsində, saat 04:37:14 radəsindən görünür ki, həmin şəxs otağın sağ küncündən çıxaraq qış geyim gödəkçəsinin kapişonunu başına keçirmişdir, asta addımlarla otağa daxil olur, sola və sağa baxıb düz istiqamətə addımlayıb, üzbə-üz olan digər otağa daxil olur. Həmin diskdə doqquzuncu görüntü “ch06_**********3808” adlı fayldır. Həmin fayla nəzər saldıqda məlum olur ki, həmin fayl 31 saniyə davam edir. Video başladığı vaxt və tarix xx.xx.2022-ci il 04:38:02 saniyədir. 06 saylı kameranın çəkdiyi 31 saniyyəlik videonun 13-cü saniyəsində xarici əlamətləri Təqsirləndirilən şəxs oxşayan uzun qol, kapişonlu qış geyim gödəkçəsində olan şəxs səkkizinci faylda daxil olduğu otaqdan çıxaraq, pəncərəyə doğru iti addımlara qaçır və pərdəni qaldırıb pəncərədən çıxır və müşahidə kamerasının görmə zonasından itir. Həmin diskdə onuncu görüntü “ch06_**********3847” adlı fayldır. Həmin fayla nəzər saldıqda məlum olur ki, həmin fayl 19 saniyə davam edir. Video başladığı vaxt və tarix xx.xx.2022-ci il 04:38:41 saniyədir. 06 saylı kameranın çəkdiyi 19 saniyyəlik videoda heç bir hərəkət müşahidə olunmur. Həmin diskdə on birinci görüntü “ch06_**********2107” adlı fayldır. Həmin fayla nəzər saldıqda məlum olur ki, həmin fayl 34 saniyə davam edir. Video başladığı vaxt və tarix xx.xx.2022-ci il 05:21:01 saniyədir. 06 saylı kameranın çəkdiyi xarici əlamətləri Təqsirləndirilən şəxs oxşayan uzun qol, kapişonlu qış geyim gödəkçəsində olan şəxs 34 saniyyəlik videonun 09-cu saniyyəsində pəncərədən otağa daxil olur, gödəkçəsinin kapişonunu başından çıxarıb yenidən geyinir və asta addımlarla üzbə-üz otağa doğru addımlayır və otağa daxil olur. Həmin diskdə on ikinci görüntü “ch07_**********2311” adlı fayldır. Həmin fayla nəzər saldıqda məlum olur ki, həmin fayl 18 saniyə davam edir. Video başladığı vaxt və tarix xx.xx.2022-ci il 22:23:04 saniyədir. 07 saylı kameranın çəkdiyi xarici əlamətləri Təqsirləndirilən şəxs oxşayan uzun qol, kapişonlu qış geyim gödəkçəsində olan şəxs 18 saniyyəlik videonun 04-cü saniyyəsində otağa giriş qapısında dayanıb otağa baxır və 07-ci saniyyədə geri qayıdaraq müşahidə kamerasının görmə zonasından itir. Həmin diskdə on üçüncü görüntü “ch07_**********2748” adlı fayldır. Həmin fayla nəzər saldıqda məlum olur ki, həmin fayl 41 saniyə davam edir. Video başladığı vaxt və tarix xx.xx.2022-ci il 22:27:42 saniyədir. 07 saylı kameranın çəkdiyi xarici əlamətləri Təqsirləndirilən şəxs oxşayan uzun qol, kapişonlu qış geyim gödəkçəsində olan şəxs 41 saniyyəlik videonun 5-ci saniyyəsində otağa daxil olur, 21-ci saniyyədə müşahidə kamerasının altında keçir, 27-ci saniyyədə kameranın istiqamətini sağa divara tərəf çevirir. Həmin diskdə on dördüncü görüntü “ch07_**********3431” adlı fayldır. Həmin fayla nəzər saldıqda məlum olur ki, həmin fayl 17 saniyə davam edir. Video başladığı vaxt və tarix xx.xx.2022-ci il 05:34:29 saniyədir. 07 saylı kameranın çəkdiyi xarici əlamətləri Təqsirləndirilən şəxs oxşayan uzun qol qış geyim gödəkçəsində olan şəxs 17 saniyyəlik videonun 5-ci saniyyəsində otağa otağa daxil olur, sağa dönüb 08-ci saniyyədə otağın sağ küncündə olan şkafa yaxınlaşıb dayanır və bu görüntü bitənə qədər şkafın qarşısında durur. Həmin diskdə on beşinci görüntü “ch07_**********3431” adlı fayldır. Həmin fayla nəzər saldıqda məlum olur ki, həmin fayl 17 saniyə davam edir. Video başladığı vaxt və tarix xx.xx.2022-ci il 05:34:24 saniyədir. 07 saylı kameranın çəkdiyi xarici əlamətləri Təqsirləndirilən şəxs oxşayan uzun qol qış geyim gödəkçəsində olan şəxs 17 saniyyəlik videonun 5-ci saniyyəsində otağa daxil olur, sağa dönüb 08-ci saniyyədə otağın sağ küncündə olan şkafa yaxınlaşıb dayanır və bu görüntü bitənə qədər şkafın qarşısında durur, kameraya onun yalnız ayaqları düşdüyündən əlləri ilə nə etdiyi görüntüdən məlum deyil. Həmin diskdə on altıncı görüntü “ch07_**********3539” adlı fayldır. Həmin fayla nəzər saldıqda məlum olur ki, həmin fayl 16 saniyə davam edir. Video başladığı vaxt və tarix xx.xx.2022-ci il 05:35:33 saniyədir. On beşinci videoda otağa daxil olub, sağa dönüb otağın sağ küncündə olan şkafa yaxınlaşıb dayanan şəxs, on altıncı videodan məlum olur ki, 01 dəqiqə 09 saniyyə həmin şkafın qarşısında dayanmışdır. Hazırki görüntünün 03-cü saniyyəsində həmin şəxs şkafdan uzaqlaşıb qapıya doğru addımlayır. Həmin diskdə on yeddinci görüntü “ch13_**********3338” adlı fayldır. Həmin fayla nəzər saldıqda məlum olur ki, həmin fayl 23 saniyə davam edir. Video başladığı vaxt və tarix xx.xx.2022-ci il 22:33:32 saniyədir. 13 saylı kameranın çəkdiyi xarici əlamətləri Təqsirləndirilən şəxs oxşayan uzun qol qış geyim gödəkçəsində olan şəxs 23 saniyyəlik videonun 3-cü saniyyəsində sağ əlində tutduğu uşaq stulu ilə otağa daxil olur, 08-ci saniyyədə kameranın altında durub əlindəki stulu yerə qoyur, 12-ci saniyyədə stulun üzərinə çıxıb sağ əli ilə kameranı sağa divara tərəfə döndərir. Həmin diskdə on səkkizinci görüntü “ch13_**********2327” adlı fayldır. Həmin fayla nəzər saldıqda məlum olur ki, həmin fayl 30 saniyə davam edir. Video başladığı vaxt və tarix xx.xx.2022-ci il 05:23:21 saniyədir. 13 saylı kameranın çəkdiyi xarici əlamətləri Təqsirləndirilən şəxs oxşayan uzun qol qış geyim gödəkçəsində olan şəxs 30 saniyyəlik videonun 5-ci saniyyəsində otağa daxil olur. Onun sağ əlində ayaqqabıları vardır. 07-ci saniyyədə o, sağ əlində tutduğu ayaqqabıları ağ rəngli masanın üzərinə qoyur, kamera görüntüsünün sağ küncündə ağ rəngli əşya olduğundan və görüntünün qarşısını aldığı üçün həmin şəxsin nə etdiyi görünmür. 17-ci saniyyədə həmin şəxs masanın üzərinə qoyduğu ayaqqabıları sağ əli ilə götürüb qaçaraq otaqdan çıxır. Həmin diskdə on doqquzuncu görüntü “ch15_**********3226” adlı fayldır. Həmin fayla nəzər saldıqda məlum olur ki, həmin fayl 01 dəqiqə 35 saniyə davam edir. Video başladığı vaxt və tarix xx.xx.2022-ci il 22:32:20 saniyədir. 15 saylı kameranın çəkdiyi xarici əlamətləri Təqsirləndirilən şəxs oxşayan uzun qol qış geyim gödəkçəsində, kürəyində ryukzak olan şəxs 01.35.16 saniyyəlik videonun 5-ci saniyyəsində sağ əlində ağ rəngli uaq stulu ilə otağa daxil olur. 11-ci saniyyədə o, çıxış qapısının sağ küncündə olan divara yaxınlaşır, əlindəki stulu yerə qoyur, sol ayağınu stula qoyub stula çıxır və stuldan düşərək, qarşısında olan tablonu götürüb sağ kənarına qoyur. Daha sonra stulu bir qədər qabağa çəkib yenidən stula çıxır. Sağ əli ilə nə isə axtarır və stuldan düşür. Onun əlində heçnə görünmür. 44-cü saniyyədə o yerində durub 6 saniyyə ərzində çıxış qapısının pəncərəsindən çölə baxır. 53-cü saniyyədə o, kənara qoyduğu tablonu yerinə qoyur, 01-ci dəqiqədə qarşısında olan qapını açıb otağa baxır, 01 dəqiqə 12 saniyyədə o, sağ əli ilə stulu götürüb otağa daxil olur daha sonra hazırkı video görüntüdə müşahidə olunmur. Həmin diskdə iyirmici görüntü “ch15_**********3440” adlı fayldır. Həmin fayla nəzər saldıqda məlum olur ki, həmin fayl 16saniyə davam edir. Video başladığı vaxt və tarix xx.xx.2022-ci il 22:34:34 saniyədir. 15 saylı kameranın görüntüdə heç bir hərəkət qeydə alınmamışdır. Həmin diskdə iyirmi birinci görüntü “ch15_**********3553” adlı fayldır. Həmin fayla nəzər saldıqda məlum olur ki, həmin fayl 16saniyə davam edir. Video başladığı vaxt və tarix xx.xx.2022-ci il 22:36:04: saniyədir. 15 saylı kameranın görüntüdə heç bir hərəkət qeydə alınmamışdır. Həmin diskdə iyirmi ikinci görüntü “ch15_**********3631” adlı fayldır. Həmin fayla nəzər saldıqda məlum olur ki, həmin fayl 14 saniyə davam edir. Video başladığı vaxt və tarix xx.xx.2022-ci il 22:36:26: saniyədir. 15 saylı kameranın görüntüdə heç bir hərəkət qeydə alınmamışdır. Həmin diskdə iyirmi üçüncü görüntü “ch15_**********4733” adlı fayldır. Həmin fayla nəzər saldıqda məlum olur ki, həmin fayl 18 saniyə davam edir. Video başladığı vaxt və tarix xx.xx.2022-ci il 22:47:27 saniyədir. 15 saylı kameranın görüntüdə 18 saniyyəlik videonun 05-ci saniyyəsində açıq qapıdan görünür ki, həmin şəxs otaqda stola yaxınlaşır, arxası kameraya doğru durub stol üzsərində nə isə edir. Həmin diskdə iyirmi dördüncü görüntü “ch15_**********4754” adlı fayldır. Həmin fayla nəzər saldıqda məlum olur ki, həmin fayl 15:11 saniyə davam edir. Video başladığı vaxt və tarix xx.xx.2022-ci il 22:47:48 saniyədir. 15 saylı kameranın görüntüdə həmin şəxsin otaqda arxası kameraya dayanıb, əyilərək stol üzərində nə isə etməyi müşahidə edilir. Həmin diskdə iyirmi beşinci görüntü “ch15_**********4809” adlı fayldır. Həmin fayla nəzər saldıqda məlum olur ki, həmin fayl 16 saniyə davam edir. Video başladığı vaxt və tarix xx.xx.2022-ci il 22:48:04 saniyədir. 15 saylı kameranın görüntüdə həmin şəxsin otaqda arxası kameraya dayanıb, əyilərək stol üzərində nə isə götürüb kənara çəkilir. Həmin diskdə iyirmi altıncı görüntü “ch15_**********4829” adlı fayldır. Həmin fayla nəzər saldıqda məlum olur ki, həmin fayl 37 saniyə davam edir. Video başladığı vaxt və tarix xx.xx.2022-ci il 22:48:23 saniyədir. 15 saylı kameranın görüntüdə həmin şəxsin otaqdan çıxaraq kameraya tərəf gəlib 31-ci saniyyədə sağ əli ilə kameranı obyektivini tutmuşdur. Könüllü təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid2 təqdim etdiyi notebook Asus x541U markalı notebookdur. Həmin notebook Çin Xalq Respublikasında istehsal olunmuşdur. Notebook 2018-ci il istehsallıdır, ağ rənglidir, intel core i3 prosessorludur və notebookun istifadədə olması nəzərə çarpır. Notebook satan zaman tərtib edilmiş alqı satqı kağızına baxış keçirilən zaman müəyyən olundu ki sənəd bir ədəd A4 formatlı kağızda tərtib edilmişdir. Sənədin bir üzündə Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin və xarici pasportunun surəti vardır. Sənədin digər üzündə isə xx.xx.2022 Asus X541 /i36006/4/50068 SN: J3NOCX11MO7512C, M.Nurlan ***-***-**-** yazıları vardır. Həmin yazının altında imza vardır. Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid2 təqdim etdiyi 1 ədəd Asus x541U markalı notebook zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 tanınmaya təqdim edilmiş sonuncu isə notebooku tanıyaraq ona məxsus olduğunu bildirmişdir. Cinayət işinin tövsif edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 177.2.2-ci maddəsindən həmin Məcəlləninn 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur. İfadənin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1350/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddəti əvvəli 29 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin icraata qəbul edilməsi və birləşdirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, CM-in 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi icraata qəbul edilərək Təqsirləndirilən şəxs barəsində istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilmiş və sonuncu nömrə altında istintaqı davam etdirilmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material əsasında fakta görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 2-4 aralığında yerləşən "xxxx"-ə məxsus şirkətin baş ofisində baş vermişdir. Könüllü təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 xx.xx.2022-ci il tarixdə qeyd edilən "xxxx" MMC-nin baş ofisindən baş vermiş oğurluq hadisəsini özündə əks etdirən videogörüntülər olan 01 ədəd CD disk təqdim etmiş və təqdim olunmuş DVD diskdə 3 ədəd «192.168.1.108_ch1_**********2521_**********2521», «192.168.1.108_ch4_**********2125_**********2125», «192.168.1.108_ch8_ **********2214_**********2214» adlı fayllar vardır. Həmin fayllardan birincisi «192.168.1.108_ch1_**********2521_**********2521» adlı fayldır. Həmin fayl 02 nömrəli kamera vasitəsi ilə çəkilmişdir, 31 saniyə davam edir. Video başladığı vaxt və tarix xx.xx.2022-ci il 23:25:20 dəqiqədir. Videonun 9-cu saniyəsində xarici əlamətləri Təqsirləndirilən şəxs oxşayan uzun qol kapişonlu qış geyim gödəkçəsində olan şəxs sağdakı qapıda müşahidə kamerasında görünür, o, əsas zala girməzdən əvvəl sağa, sola və yuxarı baxır, və zala daxil olur. Zala girən kimi sağ tərəfdə yerdə olan karton qutunun arxasında kamerada görünməyən naməlum əşyaya sol ayağı ilə toxunur və zalin ortasına doğru addımlamağa başlayır. 36-cı saniyyədə alın ortasında stolun solunda yerdə açıq karton qutuya sağ əlini soxur və əlini çıxarır. Onun əlində həmin an heç nə yoxdur. O qutudan heçnə çıxarmamışdır. Daha sonra 40-cı saniyyədə o, yenidən təkrarən əlini həmin qutuya salıb sol tərəfdə olan açıq qapıya baxır və əlini qutudan çıxarıb 47-ci saniyyədə həmin qapıya daxil olub müşahidə kamerasının görmə zonasından kənarlaşır. 01 dəqiqə 12 saniyyədə , yəni 25 saniyyədən sonra o, yenidən həmin qapıdan çıxıb bir addım zala doğru addım atıb dayanır sağa dönüb sağdakı qapıya doğru addımlayır. 01 dəqiqə 22 saniyyədə o, sağdakı açıq qapıya daxil olur və 01 dəqiqə 25-ci saniyyədə çönüb 09 saniyyə arxaya kamera istiqamətinə baxır. 01 dəqiqə 34-cü saniyyədə o, yenidən zala daxil olur. Kameraya baxa-baxa kamera istiqamətinə doğru addımlayıb 01 dəqiqə 42-ci saniyyədə kameranın altına keçir və kameranın müşahidə zonasindan çıxır. Bu hal saat 23:27: radələrində qeydə alınır, 00:25 də görüntü tamamlanır və həmin şəxs 58 dəqiqə ərzində müşahidə kamerasında görünməmişdir. Həmin diskdə ikinci görüntü «192.168.1.108_ch4_**********2125 _**********2125» adlı fayldır. Video başladığı vaxt və tarix xx.xx.2022-ci il. 23:21:31 dəqiqədir. Həmin fayla nəzər saldıqda məlum olur ki, həmin fayl 59 dəqiqə 56 saniyə davam edir. İkinci faylda müşahidə kamerasının çəkdiyi videonun 6-cı saniyəsində görünür ki, xarici əlamətləri Təqsirləndirilən şəxs oxşayan qara rəngli uzun qol kapişonlu qış geyim gödəkçəsində olan şəxs kameranın müşahidə zonasına düşən ərazinin sol tərəf hissəsində görünən divarın qarrşısında görünür. O, 04 saniyyə dayanıb sağına kameraya tərəf baxır. Kameranı görüb bir addım geri çəkilir və daha sonra bir addım irəli addımlayıb sağa dönüb kamerayaya baxa-baxa kamera istiqamətinə doğru addımlayır, 15-ci saniyyədə o kameranın müşahidə zonasından çıxır. 36 saniyyə sonra, yəni video faylın 51-ci saniyyəsində o, yenidən kameranın müşahidə zonasında görünür və sağa dəhliz ilə addımlayır və 01 dəqiqədə o dəhlizlə hərəkət edərkən 13 addımdan sonra 01:04-cü dəqiqədə ani anda sağa dönür və kameranın müşahidə zonasından çıxır. Video faylın 01:21-ci dəqiqəsində dəhlizin sol divarında olan şüşə pəncərədə həmin şəxsin əksi görünür və o, qapıdan çıxıb sağa dönüb dəhlizlə hərəkət edir və 01:27 dəqiqədə sola dönərək kameranın müşahidə zonasından çıxır. Video faylın 03:11-ci dəqiqəsində dəhlizin sol divarında olan şüşə pəncərədə həmin şəxsin əksi görünür və həmin şəxs dəhlizlə addımlayaraq kamera istiqamətinə geri qayıdır və 03:28 dəqiqədə kameranın müşahidə zonasına ilk girdiyi qapıya daxil olub mkameranın müşahidə zonasından çıxır və video faylda bir daha kameranın müşahidə zonasında görsənmir. Həmin diskdə üçüncü görüntü «192.168.1.108_ch8_**********2214 _**********2214» adlı fayldır. Video faylın başladığı vaxt və tarix xx.xx.2022-ci il, 23:22:14 dəqiqədir. Həmin fayla nəzər saldıqda məlum olur ki, həmin fayl 59 dəqiqə 59 saniyə davam edir.Həmin video faylın ilk saniyyəsində həmin şəxs kameranın müşahidə zonasında görünür. O, dəhliz ilə addımlayıb dəhlizin sağ divarında olan ikinci qapıya yaxınlaşıb dayanır və video faylın 00:16-cı saniyyəsində sağ əli ilə qapını açıb otağa daxil olur, 00:22-ci saniyyədə otaqdan çıxıb sağ əliilə qapını bağlayıb dəhlizlə hərəkətini davam edir, 00:35-ci saniyyədə sağa dönərək kameranın müşahidə zonasından çıxır. 01:51-ci saniyyədə o yenidən görünür və 02:00 dəqiqədə sola dönərək açıq şüşə qapıya daxil olur. 02 dəqiqə 15-ci saniyyədə həmin şəxs açıq şüşə qapıdan çıxır və kamera istiqamətinə doğru dəhlizlə addımlayıb hərəkət edir və 02 dəqiqə 35-ci saniyyədə kameranın müşahidə zonasından çıxır və video faylda bir daha kameranın müşahidə zonasında görsənmir. İfadənin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmişdir. Könüllü təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid3, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona məxsus dükana satdığı 01 ədəd Lenovo markalı notebookun alğı-satqısı zamanı tərtib edilmiş kağızı təqdim etmiş və həmin kağıza baxış zamanı sənədin bir üzündə Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti vardır. Sənədin digər üzündə isə tarix xx.xx.2022 madel Lenovo, əlaqə ***-***-**-** yazıları vardır. Həmin yazının altında imza vardır. Könüllü təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid1, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona məxsus dükana satdığı 01 ədəd Nokia markalı mobil telefonun alqı-satqısı zaman tərtib edilmiş kağızı təqdim etmiş və həmin kağıza baxış zaman müəyyən olundu ki, Sənədin sol hissəsində Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti vardır. Sənədin sağ hissəsində isə xx.xx.2022 Nokia 106/**********03663 yazıları vardır. Həmin yazının altında imza Mirzəyev. N yazıları vardır. Könüllü təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid5, xx.xx.2022-ci il tarixdə tarixdə “Əli Telecom”-dan aldığı Nokia markalı mobil telefonu təqdim etmiş və təqdim olunmuş telefona baxış keçirilən zaman müəyyən olundu ki, mobil telefon 01 ədəd Vyetnam istehsallı, “Nokia” markalı, ”TA- 1114“ model, **********03663 və **********03662 İMEİ kodlu plastmas-metal gövdəli, daxili antenalı, daxili yaddaşlı mobil telefondur. Həmin mobil telefon istifadədə olmuşdur Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid5 xx.xx.2022-ci il tarixdə tarixdə “Əli Telecom”-dan aldığı “Nokia” markalı, ”TA-1114“ model, **********03663 və **********03662 İMEİ kodlu mobil telefon zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 tanınmaya təqdim edilmiş sonuncu isə telefonu tanıyaraq ABC Telecom MMC-ə məxsus olduğunu bildirmişdir. Cinayət işinin tövsif edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 177.2.2 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8757 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına tədim edilmiş 01 ədəd “Asus” markalı notebookun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq, 2022-ci ilin noyabr ayına orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 350,0 (üç yüz əlli) manat müəyyən olunur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/9210 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına tədim edilmiş 01 ədəd Viyetnam istehsallı, “Nokia” markalı “TA-1114” modelli mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və yuxarıd qeyd edilən xüsusatlar nəzərə alınmaqla, 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 20,00 (iyirmi) manat müəyyən olunur. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 01 ədəd “Asus X541U” markalı notebook və “Nokia” markalı, ”TA-1114“ mobil telefon maddi sübut kimi tanınmış və sahiblərinə geri qaytarılmış, zərərçəkmiş hüquqi şəxs “X2 Uşaq Bağçası MMC”-nin nümayəndəsi Nümayəndə2 təqdim etdiyi videogörüntülər olan 01 ədəd DVD disk və zərərçəkmiş hüquqi şəxs "xxxx"-nin nümayəndəsi Nümayəndə1 təqdim etdiyi videogörüntülər olan 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, Şahid2 təqdim etdiyi xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona məxsus dükana satdığı 01 ədəd Asus x541U markalı notebooku satan zaman tərtib edilmiş alqı satqı kağızı, Şahid1 xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona məxsus dükana satdığı 01 ədəd Nokia markalı mobil telefonun alqı-satqısı zaman tərtib edilmiş kağızı, Şahid3 xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona məxsus dükana satdığı 01 ədəd Lenovo markalı notebookun alqı-satqısı zaman tərtib edilmiş kağızı maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə zərərçəkmiş hüquqi şəxs “X2 Uşaq Bağçası” MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cəmiyyətə vurulmuş maddi ziyan tamamilə ödənilmiş və hazırda cəmiyyətin Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə tədim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cəmiyyətə vurulmuş maddi ziyan tamamilə ödənilmiş və hazırda cəmiyyətin Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini CM-in 59.1.13-cü maddəsinə əsasən, törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Naxçıvan MR-nın Naxçıvan şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə baxışı zamanı iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 29 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1350/2022 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddəti əvvəli 29 noyabr 2022-ci il tarixdən hesablanmış və həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 29 noyabr 2022-ci il tarixdən hazırkı vaxtadək tutulduğu və həbsdə olduğu 3 (üç) ay 16 (on altı) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə zalından həbsdən azad edilməli və barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd “Asus X541U” markalı notebook və 1 (bir) ədəd “Nokia” markalı, ”TA-1114“ mobil telefonun sahiblərinə qaytarılması nəzərə alınmalı, həmçinin Şahid2 təqdim etdiyi xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona məxsus dükana satdığı 1 (bir) ədəd Asus x541U markalı notebooku satan zaman tərtib edilmiş alğı satqı kağızı, Şahid1 xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona məxsus dükana satdığı 1 (bir) ədəd Nokia markalı mobil telefonun alğı-satqısı zaman tərtib edilmiş kağızı, Şahid3 xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona məxsus dükana satdığı 1 (bir) ədəd Lenovo markalı notebookun alğı-satqısı zaman tərtib edilmiş kağızı cinayət işinin materiallarında saxlanılmalı, eləcə də iş üzrə sübut növü kimi tanınmış zərərçəkmiş hüquqi şəxs “X2 Uşaq Bağçası MMC”-nin nümayəndəsi Nümayəndə2 təqdim etdiyi videogörüntülər olan 1 (bir) ədəd DVD disk və zərərçəkmiş hüquqi şəxs "xxxx"-nin nümayəndəsi Nümayəndə1 təqdim etdiyi videogörüntülər olan 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 noyabr 2022-ci il tarixdən hazırkı vaxtadək tutulduğu və həbsdə olduğu 3 (üç) ay 16 (on altı) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Naxçıvan MR-nın Naxçıvan şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd “Asus X541U” markalı notebook və 1 (bir) ədəd “Nokia” markalı, ”TA-1114“ mobil telefonun sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Şahid2 təqdim etdiyi xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona məxsus dükana satdığı 1 (bir) ədəd Asus x541U markalı notebooku satan zaman tərtib edilmiş alğı satqı kağızı, Şahid1 xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona məxsus dükana satdığı 1 (bir) ədəd Nokia markalı mobil telefonun alğı-satqısı zaman tərtib edilmiş kağızı, Şahid3 xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona məxsus dükana satdığı 1 (bir) ədəd Lenovo markalı notebookun alğı-satqısı zaman tərtib edilmiş kağızı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə sübut növü kimi tanınmış zərərçəkmiş hüquqi şəxs “X2 Uşaq Bağçası MMC”-nin nümayəndəsi Nümayəndə2 təqdim etdiyi videogörüntülər olan 1 (bir) ədəd DVD disk və zərərçəkmiş hüquqi şəxs "xxxx"-nin nümayəndəsi Nümayəndə1 təqdim etdiyi videogörüntülər olan 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar