Məhkəmə qərarları › İş №1(001)-257/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-257/2025

10.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-257/2025 10.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X4 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X9 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1956-cı il tarixdə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ndə yerləşən fərdi yaşayış evi ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Təqsirləndirilən şəxs, üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmasına baxmayaraq, onun tərəfindən bu qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur.

2. Belə ki, o, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda, onun tərəfindən 2024-cü ilin aprel ayında, dəqiq tarixi istintaqa məlum olmayan vaxtda fərdi yaşayış evinin otağında özbaşına olaraq qaz cihazını sökməsi və qaz xəttinin sonluğunun tıxac qoymaqla bağlanılmasını təmin etmədiyinə görə “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nı (YTQ№01-2001) 1.10.2-ci, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları” nm 9.233, 9.240-ci və “Qazdan istifadə qaydaları”nı 3.4.1-ci bəndlərinin tələblərinin pozulması, 5 sentyabr 2024-cü il tarixində, saat 18 radələrində otağın içərisinə daxil olduqda üzbəüz divarın sol tərəfində yerləşən, sonluğu açıq vəziyyətdə, yəni hər hansı qaz cihazı bağlanılmamış diametri 15 millimetr olan qaz borusunun qaz kranının bağlı vəziyyətində sızan təbii qazın otağın daxilinə dolması, həmin evdə kirayəçi qismində yaşayan X1 çəkmək məqsədilə alışqanı yandırması nəticəsində partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığı alışqanın alovunun təsirindən alışaraq partlayış baş verməsi, ehtiyatsızlıqdan X5 partlayış zamanı alovun təsirindən əmələ gələn sifətin, boyunun, döş qəfəsinin arxa və ön səthinin, sağ və sol sağrı nahiyələrinin, hər iki yuxarı və aşağı ətrafın, ümumilikdə bədən səthinin 90-95%- nin İİİ dərəcəli termiki yanıq yaraları ilə müşayiət olunan, dərəcələrinə görə sağlamlığına ağır zərər vurmağa xarakterik olan xəsarətləri alması ilə əlaqədar 12 sentyabr 2024-cü il tarixində, saat 04:25-də müalicə olunduğu “X16” X17 Yanıq şöbəsinin inzibati binasında bədənin ümumi intoksikasiyasmdan ölümünə səbəb olmuşdur.

3. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 225.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, evi Sulutəpə qəsəbəsində yerləşir. Həmin evi Nicat adlı şəxsə kirayə vermişdir. Həmin evdə dörd nəfərlə yaşamışdır. Hadisə günü nəvəsi ona evin yandığını demişdir. Yaşadığı ev ilə kirayə verdiyi ev bir həyətdə yerləşir, lakin evlər ayrıdır. Həmin vaxt axşam saatları olmuşdur. Görmüşdür ki, hamamdan bir nəfər yana-yana çölə çıxmışdır. Səhərləri evdə 2 nəfər, axşamları isə 2 nəfər qalmışdır. Onu 5 saylı yanıq xəstaxanasına aparmışlar. Qaz turbasının qırması səbəbindən hadisə baş vermişdir. Ölən adamın yatdığı yer qaz kranının üstündə yerləşmişdir. Siqaret çəkmək istədikdə içəriyə qaz dolduğundan alışmış və partlayış baş vermişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, qazın kranı bağlama hissəsindən qırılmışdır. Evin sənədi olmamışdır. O, Nicatdan ödəniş almışdır. Lakin aralarında kirayə müqaviləsi olmamışdır. Həmin evin ayrı sayğacı olmuşdur. Heç bir yoxlama və təlimat olmamışdır. Ev onun adına olmuş, lakin rəsmi sənədləri olmamışdır. Əməlindən peşman olduğunu qeyd edib məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir.

4. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 225.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır.

5. Məhkəmə iclasına çağırılmış zərərçəkmiş şəxsin hüquqi varisi X11 məhkəmənin hazırlıq iclasında iştirak etsə də sonradan məhkəmə baxış iclaslarında iştirak etməmiş, məhkəməyə iştirak etməməsi ilə bağlı teleqram ünvalamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 məhkəmə iclasında iştirak etməməsi, eləcə də tərəfindən verilmiş teleqram nəzərə alınaraq, işə zərərçəkmiş şəxsin hüquqi varisinin iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuşdur.

6. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, nəvəsi evə xəbər gətirmişdir ki, evləri yanır. O da tez bayıra çıxmış və kirayə verdikləri evin yandığını görmüşdür. Bu zaman evdə kirayə yaşayan uşaq yanmış və ətrafdakılar onu büküb dərman vurmuşlar. Həmin uşaq sakit biri olmuş və onu hər zaman yoxlamışdır. Həmişə qapını açıq qoymuşlar, lakin hadisə zamanı ola bilsin evin qapısını bağlamış və qoxu hiss etməmişdir. Həmçinin ona veilən suallara cavab olaraq bildirmişdir ki, onlar evi Nicata kirayə vermişlər. Qızdırıcını isə həmişə özləri qoşub sökmüşlər.

7. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X10 ifadəsində göstərmişdir ki, həmin evdə yaşamamış, lakin əvvəllər 3-4 gün qonaq kimi orada qalmışdır. Həmin gün axşam saat 9 radələrində xəbəri olmuşdur. Ölən şəxsə zəng edəndə telefonu müdürü açmışdır. Demişlər ki, Ömər yanıb. İşdən icazə alıb oraya getmək istəmiş, lakin iş çox olduğu üçün icazə verməmişlər. İşdən çıxan kimi oraya getdimiş, evə daxil olanda görmüşdür ki, döşəklər və əşyalar yanıb. Rəhmətə gedən şəxs özü demişdir ki, siqareti yandıran zaman yanmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, rəhmətliyi 5-6 ay əvvəl tanıyımışdır. Qonaq kimi 3-4 gün evdə qalmışdır. Bu da hadisədən 2-3 ay əvvəl olmuşdur. Heç bir qaz iyi hiss etməmişdir. Ömər qaz iyi hiss etməyi ilə bağlı heç nə deməmişdir.

8. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə vaxtı bərbərdə saçını kəsdirmişdir. Həmin an yoldaşı zəng etmişdirdi ki, təcili evə getsin. Evə getdikdə kirayə yaşyayan uşağın artıq yandığını görmüşdür. Tez gedib yanıq üçün dərman almışdır. Ömərin müdiri Nurlan gəlmiş onu 5 saylı xəstəxanaya aparmışlar. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin evdə 3-4 nəfər qalmış və 2 ilə yaxın müddət olar ki, orada yaşamışlar. Evdəki kran qırılmış və onlar da lentlə bağlamışlar. Evdə yaşayan şəxslər özləri həmin qaz peçini quraşdırmışlar.

9. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Bakı Regional Qaz Satışı Departamentinin Binəqədi rayonu üzrə qaz satışı üzrə çilingər işləmişdir. Hadisə sentyabr ayında baş vermişdir. Hadisədən bir gün əvvəl həmin evin qaz xəttinin çıxış hissəsində vinterin yarı hissəsi qırılmışdır. Səhəri gün rayona məlumat verilmişdir ki, həmin günü sızma aşkarlanmışdır. O, çilingər kimi xətti köhnə vəziyyətinə qaytarıb, 3-4 gün sonra isə əvvəlki vəziyyətinə qaytarmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, kran 1 gün əvvəl onlardan xəbərsiz dəyişdirilmişdir. Əvvəlki vəziyyətə ona görə qaytarmışdır ki, fövqəladə hallarda izahat yazanda demişlər ki, köhnə vəziyyətinə qaytarın, o də köhnə vəziyyətinə qaytarmışdır. 3-4 gün sonra isə xətti bərpa etmişdir. Bunun ekspremet üçün lazım olduğunu bildirmişdir. Həmin evdə sayğac olubolmamasını bilməmişdir. Çünki o, ərazinin nəzarətçisi deyildir. O, həmin evə çilingər usta kimi getmişdir. Hadisə olan günün sabahı həmin evə getmişdir. Qaz sızma nəticəsində partlayış olmuşdur. Evin çıxış hissəsində dəmir çarpayı olmuşdur. Xəttin dirsək hissəsində “patupka” gəlir, “patupka” ilə “uvolniklə” o hissəsi yarısı qırılıb o hissədə qalmışdır. Vinterin özü qırılmışdır. Onlar hadisə yerinə gedib, görmüşlər ki, artıq vintlər dəyişdirilmişdir, sadəcə qırılan köhnə “patupka” hissəsini FHN əməkdaşları gələndən sonra əvvəlki vəziyyətə qaytarılmışdır. Krant onlardan əvvəl dəyişdirilmiş hadisə isə axşam olmuşdur. Ondan 3-4 gün müddət sonra yenidən xətti bərpa etmişlər. Axşam krant qırılmış, həmin krant da dəyişdirilmişdir. Səhəri gün onlar gedib “patupka” olan hissəni köhnə vəziyyətə qaytarandan sonra, görmüşlər ki, vintel qırılmış və o, təzə dəyişilənə oxşayır. Çilingər kimi sabun köpüyü ilə yoxlaya bilirlər. Təmiz qaz adlı təşkilat vardır və onları da çağırmışlar ki, aparatları vasitəsi ilə yoxlanış etsinlər. Yoxlanış zamanı çıxış hissədə “vinter” qırılmış, bu səbəbdən də qaz sızması olmuşdur. Abonentə aid olan hissədə çıxışda, ceyran peçi olmuş, lakin yay fəslində çıxarılmışdır. Ondan 2-3 ay sonra isə hadisə baş vermişdir. Onlar oraya gedəndə peç orada olmamışdır. Həmin vaxt orada, çıxış xəttində sızma olmuşdur, köhnə vəziyyətinə qaytarılmazdan əvvəl aşkarlanmış, sonra bərpa olunmuşdur. Ondan 3-4 gün sonra onu çağırmışlar ki, əvvəlki vəziyyətinə qaytarsın. Əvvəlki vəziyyətə qaytarandan sonra çıxış xəttində sızma olmasını aşkar etmişlər. Yarı hissəsi qırılıb qalmışdır. Şəxs özü də gördü ki, o, “patupka” ilə yenidən “rezva” açmışdır. Partlayış baş verəndə, turba dağılmır, rezin hissəsindən qırılır. Orada şovlu, şovsuz söhbəti vardır. Şovlu turba olanda deformasiyaya uğrayırsa, korroziyaya uğrayırsa, bir neçə müddət sonra yenidən o hal baş verə bilər, şovsuz turba qaz üçün əlverişli olan materialdır. Bir daha ifadəsinə əlavə etmişdir ki, onu hadisə yerinə usta çilingər kimi çağırmışlar. Turbanın ağzında isə tıxac olmuşdur.

10. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Azərqaz İB-nin Binəqədi rayonu üzrə təbii qazın qəbulu və satışı departamentinin 5-ci dərəcəli qaz hesabatı nəzarətçisi vəzifəsində işləmişdir. Yəni ki, əsas vəzifəsi texniki baxış keçirtməkdən ibarətdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, onlar idarə tərəfindən verilən qrafik üzrə evlərdə qaz xəttlərinə texniki baxış həyata keçirmişlər. 2024-cü ilin 1 noyabrına qədər tam baxış həyata keçirilməli idi, hadisə olan ev isə qrafikə uyğun olaraq, hələ yoxlanılmamış, onlar qrafik üzrə oktyabrın sonları yazılıb Fövqəladə Hallara təqdim olunmuşdur. İldə bir dəfə hər ilin noyabr ayının birindən, gələn ilin noyabrın ayının 1-nə qədər texniki baxşı keçirirlər. Hadisənin baş veridyi ərazi onun xidməti ərazisi olmuşdur. Həmin ərazidə 25 avqust 2023-cü il tarixdən işləyir. Təqsirləndirilən şəxsi hadisə baş verən günü görmüş, əvvəllər tanımamışdır. Ünvanlara texniki baxış keçirilməsinə dair onda siyahı olmuşdur. Oktyabr ayının sonuna qədər texniki baxış keçirilmiş, bütün texnika, vasitələrin hamısı orda qeyd olunmuşdur. İş materiallarında onunla bağlı müqavilə yoxdur, sadəcə olaraq Qaz satış departamentinin abonentlə bağlı çıxarışı vardır. Əsas olaraq, texniki baxışdır, qrafik üzrə o müddətdə oranı çatdırmamışlar. Bölmələr qrafik üzrə təyin olunur, həmin qrafik əsasında abonentlərə yoxlanış il ərzində bir dəfə keçirilir. Texniki baxış 2024-cü il üzrə aparılmış, qrafik üzrə 2025-ci il üzrə də aparılacaqdır. Texniki baxış 2016-cı ildən 2024-cü il noyabr ayının 1-nə qədər FHN-da olmuşdur. Hadisə gününün sabahı idarəyə məlumat gəlmişdir ki, hadisə yerinə baxış keçirmək lazımdır. Partlayışla bağlı əraziyə əməkdaşları getmiş, həmin saatda iş saatı olmadığından, hadisə gününün sabahı getmişlər. Orda əməkdaşları təyin etmişlər ki, hadisə qaz sızması nəticəsində baş vermişdir. Hadisə yay vaxtı baş vermişdir. Qaz çıxarılmış, amma turbanın baş hissəsindən sızma olub, şəxs evdə siqaret yandıranda partlayış baş verib. Qazın baş hissəsi qırılmışdır. FHN-nin işçiləri də orada olmuşdu, krantın baş hissəsindən qırılmışdı, bizə orada məlumat verildi ki, kirayə qalan şəxs özü söküb. Həmin şəxs də, gecə durub, hava küləkli olub deyə qapı-pəncərə bağlı olub, siqaret yandırıb və nəticədə partlayış baş vermişdir. Yoxlanış etdikləri dövrdə, qaz cihazlarının mövqeyi, yeri və digər məsələlərə dair olan məlumatlar abonentlərə verilir. İl ərzində qrafik üzrə yoxlanış etmişlər. Akt hadisədən sonradır, yəni noyabrda təsdiq olunan qrafikdən söhbət gedir. Onu Azəriqaz FHN-ə təqdim etməli idi. FHN-nin baxışı həyata keçirməsi üçün o qədər fiziki cəhətdən gücü yoxdur. Lakin onların işçiləri vardır və yoxlamaya nəzarət və digər işləri həyata keçirirlər. Cərimə yazma səlahiyyətini ona vermişlər. İl ərzində abonentləri sıraya uyğun olaraq bölürlər, onun əsasında aylara görə nəzarət həyata keçirilir. Baxdıqları ərazidə 1300-1400 arası abonent vardır.

11. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, hadisə Sulutəpə qəsəbəsində baş vermiş və hadisə yerində olmamış, orada işçilər olmuşdur. Hadisə səhv etmirsə senytabr ayında baş vermişdir. Həmin dövrdə Bakı Regional Qaz daşınması departamentinin rəisi vəzifəsini yerinə yetirmişdir. İş üzrə şahid qismində dindirilməsinin səbəbi, Bakı Regional Qaz idarəsinin Binəqədi üzrə müavini vəzifəsini yerinə yetirməsi olmuşdur. Rəhbər olduğu üçün şahid qismində çıxış etmişdir. Rəhbər kimi vəzifəsi təbii qazın satışı, qazla təmin edilmə olmuşdur. O, hadisə baş verən ünvanda olmamışdır. Hadisə ilə bağlı olan məlumatı, evin Təqsirləndirilən şəxs adına olmasıdır. Həmin evə qazın verilməsi ilə bağlı heç bir problem olmamışdır. İşçilər hadisə yerinə baxış keçirdikdən sonra məlumat vermişlər ki, yataq qaz borusunun üzərinə olduğundan, çatlamış qaz borusundan qaz sızması baş vermiş və orada həmin vaxt qalan şəxs siqaret yandırmaq istəyəndə partlayış baş vermişdir. Təlimatlandırma işi, ildə bir dəfə qrafik əsasında həyata keçirilir, işçilər həmin müddətdə qeyd olunan mənzilə çatmamışlar. Qrafiki mühəndis təsdiq edir, illik və aylıq qrafiklər olur. İş üzrə aidiyyəti şəxs olsa da, qrafikə baxıb qol atan şəxs deyildir. Keçən il təlimatlandırma aparılmamış, onlar təlimatlandırma işlərini, keçən ilin yanvar ayından başlamaqla aparmışlar. Ondan əvvəl qaz nəzarətinə FHN baxmış, 2016-cı ildən onlarda olmamışdır. 2024-cü ilin yanvarından başlanmaqla təlimatlandırma işi onlara verilmişdir. Təlimatlandırmanın əsas mahiyyəti, abonentlərin qazdan təhlükəsiz istifadə etməsi, qaz avadanlıqlarının yoxlanması, hər hansı bir nasazlıq varsa onun aradan qaldırılmasıdır. Təqsirləndirilən şəxs Qaz təchizatı ilə bağlı onlarla müqaviləsi vardır. Həmin müqavilə bazada da vardır və qərarda da deyildiyi kimi, 2 tərəfdən biri etiraz etmədiyi halda, həmin müqavilə qüvvədə qalır. Müqavilə istintaqa təhvil verilmişdir. Onun təlimatlandırma ilə bağlı müqaviləsi olmamışdır.

12. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, təlimatlandırma ilə bağlı nümayəndələrdə qrafik ayrılır və həmin mənzil qrafikdə oktyabra düşmüşdür. Hadisə isə sentyabrda baş vermişdir. Bununla bağlı məlumat gəlmiş, işçilər hadisə yerinə baxış keçirmişlər. İşçilər baxış keçirdiyi zaman hadisənin vintin qırılması və qazsızma nəticəsində partlayış baş verməsi müəyyən olunmuşdur. Vəzifə təlimatı, sayğacın göstəricilərin götürülməsi, qeyri-qanuni halların aşkarlanması və aktlaşdırılmasıdır. 2023-cü ildən də eyni vəzifəni daşımışdır. Mənzilə baxış keçrilməsi üçün qrafikə uyğun vaxt düşməmişdir. Vəzifələri sayğaca olan qeyri-qanuni qoşulmaları müəyyən edib aradan qaldırmaqdır. Ev daxilində olan qeyri-qanuni və yaxud qazdan istifadə qaydalarının pozulması hallarına 2024-cü ilin yanvar ayına qədər onlar baxmamış, 2024-cü ilin yanvar ayından sonra isə Azəri Qaza verilmişdir. Belə halları təyin etmək üçün akt tərtib olunur, daha sonra həmin aktın əsasında qrafik müəyyən olunur və bundan sonra isə növbətçi həmin qrafik əsasında günlük 7-8 mənzilə baxış həyata keçirir. Sızma varsa müəyyən edilir, hər hansı problem və yaxud digər hallar müəyyən olunduqda bununla bağlı abonentə məlumat verilməklə akt tərtib edilir. Qrafik üzrə hərəkət etmələrinin səbəbi odur ki, Sulutəpədə ünvan yoxdur, baxılmalı olan evlər ancaq küçələr əsasında müəyyən olunur, nəzarətçi öz marşrutu üzrə gedəcəkləri yeri müəyyən edir. Qrafiki gün ərzində 9, ay ərzində 180 mənzilə baxış keçirilməsi üçün hazırlanır. Lakin həmin mənzil qrafikdə olmamışdır. Mənzilin Təqsirləndirilən şəxs adına olduğundan məlumatlı olmuşlar. Onunla abonent müqavilələri vardır və onlar müqavilənin bağlanılmasını təmin etmişlər. Əgər evdə heç bir dəyişiklik olmayıbsa, müqavilənin müddəti uzadılır. Hər dəfə müqavilənin bağlanmasına ehtiyyac yoxdur. Təqsirləndirilən şəxs ilə 1 dəfə müqavilə bağlanılmışdır. Evdə 2 ayrı-ayrı sayğac və həmin sayğaclara uyğun olaraq 2 ayrı müqavilə vardır. Əgər sayğacı varsa, müqavilə bağlanılır. Hər sayğac üçün 1 müqavilə bağlanılır. Partlayış baş verən evin ayrıca sayğacı vardır.

13. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, hadisə günü saat hardasa 7-8 olardı işdən gəlmiş və partlayış olduğunu demişlər. O, qonşu evdə yaşayır. Ölən şəxsi tanımır və onu heç görməmişdir. Evdəkilər partlayış səsi eşitmişlər. Hadisə baş verən zaman evdə olmamışdır. Evə gedəndə yanan şəxsi xəstəxanaya aparmışlar. Hadisədən sonra evə girməmiş, lakin bundan qabaq evdə çox olmuşdur. Evdə qaz sobası olmuşdur. Orada kimlərin yaşamasını bilmir. Əvvəl orada qohumları və sonra dostu kirayə yaşadığından həmin evə o vaxt gedib-gəlmişdir. Qohumlarının qaldığı dövrdə qaz sobasını özlərininin yığıb-sökməsi barədə məlumatı yoxdur. Qaz sobası iki otağın arasında olmuşdur. Həyətə girəndə, bir otaq solda, bir otaq sağdadır.

14. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, havalar isinəndə qaz sobasını sökən, havalar soyuyanda isə o sobanı quraşdıran elə Təqsirləndirilən şəxs olmuşdur. O qaz sobasına ümumiyyətlə əl vurmamışdır. Ev sahibi ilə arasında kirayə müqaviləsi olmamış, lakin şifahi razılığa əsasən evi özü kirayayə götürmüşdür. Daha sonra isə ev sahibinin də xəbəri olmaqla daha iki nəfər də evdə qalmaq üçün gətirmişdir. Onlar növbəli işlədiklərindən çox vaxt bir-birlərini görməmişlər. Hadisə baş verən gün özü rayonda olmuş, sonradan mərhumun müdiri hansı ki, onun mağazasında işləmişlər o xəbər verəndən sonra bilmişdir. Məhkəmə iclas zalında ifadə verən Şahid3 onu da ifadəsinə əlavə etmişdir ki, qaz borusu hansı ki, sobaya birləşirdi, o otaqda yerləşdirilən çarpayılardan birinin altında qalırdı.

15. Məhkəmə iclasına çağırılmış şahidlər Şahid5 və Şahid11 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələr elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

16. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 225.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir.

17. Baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən 1 otaqlı fərdi yaşayış evidir. Evin üzərində partlayışın zərb dalğasından dağılmalar yaranmamış, otağın daxilində içəri tərəfdən qapı və pəncərə üzərində qarsalanma izləri, otaqda olan çarpayının ayaq tərəfində döşəyin üzərində isə kömürləşmə izləri yaranmışdır. Otağa daxil olduqda sol tərəfdə diametri 15 mm olan sonluğuna tıxac bağlanılmış vəziyyətdə qaz kranı və qaz xətti vardır. Baxışda iştirak edən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Şahid11 istifadəsində olan “Sensid Gold G-2” markalı qaz analizator cihazı ilə yoxlamalar aparılmış və qeyd olunan istifadəsiz qaz xəttindən qaz sızması aşkar edilməmişdir. Baxış zamanı qaz xəttinin üzərində olan qaz kranı, həmçinin tıxac əsas qaz xəttindən seçilmiş və həmin kranla tıxacın yeni bağlandığı müəyyən edilmişdir. Bundan sonra qazanalizator cihazı ilə həyətdə, həmçinin döşəmə üzərində yoxlamalar aparılmış və qaz sızması aşkar edilməmişdir.

18. Baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisədən sonra ev sakinləri tərəfindən evin daxilində olan qaz xəttinə bağlanmış tıxac yerindən açılmış və qaz xəttinin hadisədən sonra sökülmüş hissəsi yerinə bağlanılaraq əvvəlki vəziyyətinə gətirilmişdir. Baxış iştirakçısı Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisədən əvvəl qaz xəttinin sonluğunda yarımdövrlü kran olmuş, həmin kranın sonluğuna digər boru bağlı olmuş, borunun sonluğuna isə künclük bağlanmış, kiincülüyün sonuna uzadıcı boru və uzadıcı borunun sonluğu isə açıq vəziyyətdə olmuş, yəni tıxac olmamışdır. Baxışda iştirak edən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşının istifadəsində olan qazanalizator cihazı vasitəsi ilə yoxlamalar aparıldıqda, qeyd olunan yarımdövrlü qaz kranının bağlı vəziyyətində borunun birləşmə yerindən və qaz borusunun sonluğundan 50- 70 VOL səviyyəsində qaz sızmasının olması aşkar edilmişdir.

19. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 13-13/2-1/16- 14181/2024 nömrəli məktubundan görünür ki, səhmdar cəmiyyətinin elektron-məlumat bazasında qeyd olunan ünvan 14 iyul 2001-ci il tarixdən, **********20231 saylı abunə kodu ilə X13 adma qeydiyyata alınmışdır. Hadisənin baş verdiyi 5 sentyabr 2024-cü il tarixdə, saat 18 radələrində elektrik enerjisinin verilişində gərginliyin artıb-azalması barədə Açıq Səhmdar Cəmiyyətinə heç bir məlumat daxil olmamışdır.

20. “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2024-cü il tarixli, 14-2-2-4/2-1661/2024 nömrəli məktubundan görünür ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 629 nömrəli yaşayış evi **********00000 saylı abunə kodu ilə X13 adına qeydiyyata alınmışdır.

21. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3/1525 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən “1, 2” rəqəmləri ilə işarələnmiş boruların tamlığı pozulmuşdur. Belə ki, vint oyuqlarının bir-birilərinə birləşmə xəttində sınma, qopma zədəsi vardır. Həmin zədələr borunun məruz qaldığı mexaniki təsir (sıxılma, əyilmə və s.) nəticəsində əmələ gəlmişdir.

22. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” X22 xx.xx.2024-cü il tarixli, 172 nömrəli rəyindən görünür ki, X3 5 sentyabr 2024-cü il, saat 21:09-da “X16” X21 “başın tüklü hissəsinin, sifətin, hər iki qulaq seyvanının, hər iki yuxarı və aşağı ətrafın, gövdənin ön və arxa səthinin” İİ-İİİ dərəcəli terimiki (alov) yanığı və ağır dərəcəli yanıq şoku diaqnozu ilə gətirilmişdir. Xəstə betadin vasitəsilə sarğı olunmuş, təcili vena daxili sistem qoşulmuş və infuziya başlanmışdır. 12 sentyabr 2024-cü il tarixdə, saat 03:40-da xəstənin vəziyyəti qəflətən pisləşmiş, xəstədə spontan tənəffüs və ürək fəaliyyəti dayanmışdır. Dərhal reanimasyon tədbirlərə başlanılmış, 45 dəqiqə davam edən reanimasyon tədbirlərə baxmayaraq, saat 04:25-də xəstədə bioloji ölüm qeydə alınmışdır. Ölümün səbəbi: bədən səthinin 90-92% İİİA - İİİB dərəcəli termiki alov yanığı. Son klinik diaqnoz: başın, sifətin, qulaq seyvanlarının, boyunun, gövdənin, hər iki yuxarı ətrafların, hər iki sağrının, hər iki aşağı ətrafların İİİ dərəcəli termiki (alov) yanığı. Y.T.Y.Y 92-95%. X2 meyitində aşkar olunmuş xəsarətlər sifətin, boyunun, döş qəfəsinin arxa və ön səthinin, sağ və sol sağrı nahiyələrinin, hər iki yuxarı və aşağı ətrafın (ümumilikdə bədən səthinin 90-95%- nin) İİİ dərəcəli termiki yanıq yaraları yüksək hərarətin (alovun) təsirindən onun tibbi yardım üçün “X16” X22 gətirildiyi və qərarda göstərilən 5 sentyabr 2024-cü il tarixdə baş verən partlayış zamanı alovun təsirindən əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Qeyd olunan yanıq yaraları fonunda onun bədən səthində digər xəsarət aşkar olunmamışdır. X2 meyitinin sağ və sol dirsək çuxurlarında aşkar olunmuş nöqtəşəkilli yaracıqlar (inyeksiya yerləri) həmin nahiyələrdə yerləşən venoz damarlarına onun ölümündən az əvvəl iynə vurulması nəticəsində əmələ gələ bilərdilər. X2 ölümünə səbəb bədən səthinin 90-95%-nin İİİ dərəcəli termiki yanıq yaraları nəticəsində baş verən bədənin ümumi intoksikasiyası olmuşdur. X2 ölümü 12 sentyabr 2024-cü il tarixdə, saat 04:25-də “X16” X20 baş vermişdir. İlkin meyit əlamətləri ilə həmin vaxt öz təsdiqini tapır. X3 05.09-xx.xx.2024-cü il tarixlərdə xəstəxanada stasionar müalicə aldığı üçün onun meyitindən etil spirtinin və narkotik maddələrin təyini _ üçün qan nümunəsi götürülməmişdir. Mərhum Ö.Ş.Məhərrəmlinin adma tərtib olunmuş stasionar xəstənin tibbi kartasmda onun xəstəxanaya gətirilərkən alkoqol sərxoşuluğu vəziyyətində olub-olmaması ilə bağlı hər hansı bir qeydiyyat aparılmamışdır.

23. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-13- 121/2-18-282xx/xx/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxx 1956-cı il tarixdə Azərbaycan Respublikasında anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.

24. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/7100 nömrəli rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən 1 otaqlı fərdi yaşayış evində baş vermiş partlayışın mənbəyi, evin daxilində olmuşdur. Partlayışa səbəb, evin otağında sonluğu açıq vəziyyətdə, yəni hər hansı qaz cihazı bağlanmamış qaz borusunun qaz kranının bağlı vəziyyətində sızan təbii qazın otağın daxilinə dolması, qaz-hava qarışığının əmələ gəlməsi və həmin qarışığın alışqanın alovunun təsirindən alışması olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarf’nm (YTQ№01- 2001) 1.10.2-ci, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.233, 9.239, 9.240-cı, “Qazdan istifadə qaydaları”nın 3.4.1-ci, “Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi Qaydası”nın 3.1, 3.2-ci və “Qazdan istifadə qaydaları”na 2 nömrəli əlavə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.1.2-ci bəndlərinin tələbləri pozulmuşdur. ünvan 2 ünvanında yerləşən 1 otaqlı fərdi yaşayış evinin otağında qızdırma mövsümü qurtardıqdan sonra özbaşına olaraq qaz cihazı sökülməklə qaz borusunun sonluğuna tıxacın bağlanılması təmin edilmədiyinə görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarf’nm (YTQ№01-2001) 1.10.2-ci, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.233, 9.240-cı, “Qazdan istifadə qaydaları”nın 3.4.1-ci bəndlərinin tələbləri partlayış baş vermiş fərdi yaşayış evinin sahibi tərəfindən pozulmuşdur. Hadisə baş vermiş fərdi yaşayış evində ildə bir dəfə müayinə keçirilərək mövcud nöqsanların aşkar edilməsi təmin edilmədiyinə görə, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.239, 9.240-cı bəndlərinin tələblərinin və “Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydası”nın 3.1,3,2-ci bəndlərinin tələbləri həmin müayinəni həyata keçirməli olan təşkilatın vəzifə təlimatlarına görə müvafiq funksiyaları yerinə yetirməli əməkdaşları tərəfindən pozulmuşdur (konkret şəxslər araşdırılmalarla istintaq tərəfindən müəyyən edilə bilər). “Qazdan istifadə qaydaları”na 2 nömrəli əlavə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazm alqı-satqısı barədə müqavilə”nin 2.1.2-ci bəndinin tələbi abonentin qazdan istifadə qaydalarına dair təlimatlandırılmasını həyata keçirən “Azəriqaz” İstehsalat Birliyinin vəzifə təlimatlarına görə müvafiq funksiyaları yerinə yetirməli olan əməkdaşları tərəfindən pozulmuşdur.

25. Maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, hadisə yerindən götürülmüş 1 (bir) bağlamada uzunluğu 22 sm,diametri 15 mm olan polad boru iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin ƏMəliyyat-İstintaq İdarəsinin Təsərrüfat Sektoruna təhvil verilmişdir.

26. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 225.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur.

27. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.

28. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X7 məhkəməyə ünvanladığı teleqramdan görünür ki, Təqsirləndirilən şəxs şikayətçi olmadığını və müraciətinin nəzərə alınmasını xahiş etmişdir. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi:

29. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

30. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

31. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur.

32. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş digər sübutlarla təsdiq edilmişdir.

33. Məhkəmə qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi “Yanğın təhlükəsizliyini pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda” CM-in 225.2-ci maddəsinin obyekti qismində zərərçəkmiş şəxs X5 həyatı və sağlamlığı, çıxış etmişdir. Əməl subyektiv cəhətdən ehtiyatsızlıqla törədilmişdir. Əməlin ehtiyatsızlıqla törədilməsi dedikdə şəxsin öz əməlinin ictimai təhlükəli olduğunu dərk etməsi, lakin kifayət qədər əsas olmadan onun qarşısını alacağını düşünərək, yaxud ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu hallarda onları görməyərək törətməsidir.

34. Həmin cinayət əməlinin obyektiv cəhəti yanğın təhlükəsizliyi qaydalarını pozma, insan sağlamlığına ağır və ya az ağır zərər vurulması, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olması, yanğın təhlükəsizliyi qaydalarının pozulması ilə qeyd olunan ictimi təhlükəli nəticələrin baş verməsi arasında səbəbli əlaqənin olmasıdır.

35. Qeyd edilməlidir ki, CM-in 225.2-ci maddəsi bu cinayətin ağırlaşdırıcı tərkib əlamətləri kimi zərərçəkmiş şəxsin ölümü və ya digər ağır nəticələr nəzərdə tutmuşdur. Ağır nəticə dedikdə isə bir neçə şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurulması, müəssisə və təşkilatların işinin əhəmiyyətli dərəcədə pozulması, mühüm maddi ziyan vurulması və s. başa düşülür.

36. Göründüyü kimi, CM-in 225.2-ci maddəsinin tərkib əlamətləri üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda yaranır.

37. Bu cinayət maddi tərkibli olduğundan kriminal nəticələr baş verdiyi andan başa çatmış hesab edilir. Yanğının başqa səbəblərdən baş verməsi CM-nin 225-ci maddəsi ilə məsuliyyətin yaranmasını istisna etdiyindən bu cinayətlərdə yanğının səbəblərinin müəyyən edilməsi üçün yanğın-texniki ekspertizasının təyin olunması zəruridir.

38. İş materiallarında olan 3/1525 nömrəli xx.xx.2024-cü il tarixli Məhkəmə- trasoloji ekpertizasının nəticəsinə görə, partlayış baş vermiş evdə qaz borularının tamlığı pozulmuş, vint oyuqlarının bir-birlərinə birləşmə xəttində sınma, qopma zədəsi vardır və bu zədə partlayış, zərbə nəticəsində baş verə bilərdi. 10/7100 nömrəli, xx.xx.2024-cü il tarixli Yanğıntexniki ekspertizasının nəticəsinə görə isə ekspert sonda belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən 1 otaqlı fərdi yaşayış evinin otağında qızdırma mövsümü qurtardıqdan sonra özbaşına olaraq qaz cihazını sökməklə qaz borusunun sonluğuna tıxacın bağlanması təmin edilmədiyinə görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları” nın (YTQ № 01- 2001)1.10.2-ci, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.233, 9.240-cı, “Qazdan istifadə qaydaları”nın 3.4.1-ci bəndlərinin tələbləri partlayış baş vermiş fərdi yaşayış evinin sahibi tərəfindən pozulmuşdur.

39. Məhkəmə onu da qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs və evi kirayəyə verdiyi Şahid3 məhkəmədə eyni məzmunlu ifadələr verərək bildirmişlər ki, havalar isinəndə qaz sobasını sökən, havalar soyuyanda isə o sobanı quraşdıran elə Təqsirləndirilən şəxs olmuşdur. Məhkəmə iclas zalında ifadə verən Şahid3 onu da ifadəsinə əlavə etmişdir ki, qaz borusu hansı ki, sobaya birləşirdi, o otaqda yerləşdirilən çarpayılardan birinin altında qalırdı. Hansı ki, həmin çarpayının üstündə də X3 yatırdı. Qeyd edilən ifadələr bir daha onu göstərir ki, riayət edilməli olan qaydalar ehtiyatsızlıqla pozulmuş və nəticədə də CM-in 225.2-ci maddəsinin tərkibi yaranmışdır. Lakin yanğın təhlükəsizliyi qaydalarında istehlakçılar tərəfindən özbaşına qaz qurğularının quraşdırılmasının, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğularla qaz xəttinin çəkilişini aparmaq qadağan edilmiş, eyni zamanda qaz cihazlarının yerinin ancaq qaz təsərrüfatı müəssisələri tərəfindən dəyişdirlə bilməsi birbaşa göstərilmişdir.

40. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 225.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir.

40. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 225.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur.

42. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

43. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.

44. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.

45. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür.

46. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

47. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

48. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini və törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

49. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır.

50. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.

51. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.

52. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 225.2-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.

53. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

54. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.

55. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 60.1-ci maddəsinə müəyyən edilmiş hallar olduğundan ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş həddən artıq ola bilməz. Çünki CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur.

56. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən yuxarıda göstərilənlərdən başqa, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını həmçinin CM-in 60-cı maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 10.3-cü maddəsinin birinci cümləsində göstərilmişdir ki, həbsin cəza sistemində məhbuslar üçün əsas məqsədi islah etmək və sosial baxımdan yenidən tərbiyə etməkdir.

57. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir.

58. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir.

59. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır.

60. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır.

61. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsinin inzibati-təsərrüfat sektorunda saxlanılan hadisə yerindən götürülmüş 1 (bir) ədəd bağlamada uzunluğu 22 sm, diametri 15 mm olan polad boru hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir.

62. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 165 (yüz altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır.

63. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir.

64. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.

65. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.

66. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir.

67. CPM-in 38.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur.

68. CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi).

69. “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Ali Məhkəmənin Plenum Qərarında göstərilir ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1 - 346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.

70. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.

71. Beləliklə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

72. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməliyyat-istintaq idarəsinin inzibati-təsərrüfat sektorunda saxlanılan hadisə yerindən götürülmüş 1 (bir) ədəd bağlamada uzunluğu 22 sm, diametri 15 mm olan polad boru hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 165 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X6 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar