Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-259/2025 19.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim: Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Bayramov Tural Ural oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Xəsənxan oğlunun, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirəndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, “X9” şirkətinin mühafizə xidmətində işləyən, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 132, mənzil 29-da qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Verilmiş ittihama görə Təqsirləndirilən şəxs 15 fevral 2024-cü il tarixdə saat 16 radələrində X5 ilə birlikdə iddiaçı olduğu cavabdehlər Şahid2 Məmməd oğlu, Zərərçəkmiş şəxs və X1 qarşı əmlakın qanunsuz sahibliyindən geri alınması, tikili və torpaq sahəsindən çıxarılma tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)- 380/2023 nömrəli mülki iş üzrə həmin məhkəmə tərəfindən təyin olunan baxışda ünvan 2 ünvanında iştirak edərkən orada olan şəxslərin gözləri önündə özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşaiyət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, həmin ünvan ilə qonşuluqda yerləşən Şahid2 məxsus fərdi yaşayış evinə aid dəmir darvazanın qapısını əli ilə möhkəm şəkildə vurmasına həmin baxışa dəvət olunan Zərərçəkmiş şəxs etiraz etməsini bəhanə edib onu nalayiq ifadələrlə təhqir edərək, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs üzərinə hücum edib yumruq zərbələri ilə sifət nahiyyəsinə vuraraq ona sol gözün iç bucağının və gözaltı nahiyyəsinin qançırı, burun sümüyünün sınıqları, şişkinliyi və burun qanaxması halında burunun küt travması kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuş və zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşaiyət olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 221.1-ci maddəsinin tərkib əlamətləri müyyən edilməmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, təxminən 20 il bundan əvvəl ünvan 2 ünvanında atası Şahid3 yaşayış təyinatlı ərazidə torpaq sahəsi ayrılmışdır. 2003-cü ildə məcburi köçkünlər olan Şahid2 və Zərərçəkmiş şəxs onların torpaq sahəsini zəbt edərək, özlərinə həyət ayırmış və yaşayış evi tikməklə orada yaşayırlar. Onlara özlərinin razılığı, icazələri olmadan torpaqlarını zəbt etmələrinə görə etirazlarını bildirəndə isə Hüseyn də, Asif də bəhanə gətirmişdirlər ki, guya onlara pul verib torpaq sahəsini alıblar. Bu səbəbdən aralarında torpaqla bağlı mübahisə yaranmış və uzun müddətdir ki, aralarında məhkəmə prosesləri davam edir. 2022-ci ildən mübahisəli torpaq sahəsi 1/2 hissədə onun paylı mülkiyyətindədir. Xəsarət almaqları ilə bağlı hadisə 15 fevral 2024-cü ildə saat 16-17 radələrində baş vermişdir. Binəqədi Rayon Məhkəməsi onların mübahisəli torpaq sahəsi ilə bağlı qaldırdıqları mülki iş üzrə 15 fevral 2024-cü il tarixə yerində baxış keçirilməsi haqqında qərar vermiş, ona görə də günün ikinci yarısında o, atası Şahid3 və müqavilə üzrə vəkilləri Şahid1 həmin ünvana getmişdirlər. Baxışda məhkəmənin nümayəndəsi və ekspert də iştirak etmişdir. Saat 16:30 radələrində Zərərçəkmiş şəxslə onun arasında sözlü mübahisə yaranmışdır. Asif onun və atasının ünvanına nalayiq ifadələrlə təhqiramiz danışmağa başlamış, o, da həmin sözləri Asifə qaytarmışdır. Asif qəflətən əsəbi halda yerdən daş parçasını götürüb ona hücum etmiş və daşla onun başına zərbə endirmişdir. O, özünü müdafiə etmək məqsədilə hərəkət etmiş və Asifi özündən uzaqlaşdırmağa çalışmışdır. Asifin sifət nahiyyəsinə hər hansı zərbə endirməmiş, Asif burnunun hansı səbəbdən qanaması ona məlum deyildir. O, sadəcə özünü müdafiə etmək üçün hərəkət etmişdir. Onların arasında mübahisə zamanı yanlarında yalnız müdafiəçiləri Şahid1 olmuş, digər şəxslər isə baxış keçirilən həyətdə olmuşlar. Həyətdə olanlar sonradan çölə çıxdıqda, o və Zərərçəkmiş şəxs arasında mübahisə bitmiş olduğundan və onlar ayrılaraq bir-birindən kənarda dayandıqlarından baxışda iştirak edən şəxslərin onları ayırmalarına zərurət olmamışdır. Zərərçəkmiş şəxslə aralarında olan mübahisə təxminən 1 dəqiqə davam etmişdir. Göstərilən hadisə zamanı xuliqanlıq etmək məqsədi olmamış və xuliqanlıq etməmişdir. Ona görə də özünü xuliqanlıq etməkdə və xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs xəsarət yetirməkdə təqsirli bilmir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə istintaqında verdiyi ifadəsində göstərmişdir ki, 1998-ci ildə onun atası Əliş Orucov təqsirləndirilən şəxsin atası Şahid3 ünvan 4 ünvanında yerləşən yaşayış massivindən 6 sot torpaq sahəsi almışdır. Torpaq sahəsini alandan sonra həmin torpaqda ev tikərək, oraya köçmüşlər və həmin vaxtdan həmin evdə yaşayırlar. Torpağı satan Nurağa onlara yerin sənədi olaraq 5 nəfərin imzası ilə torpağın onlara satılması barədə əlyazma vermiş, amma rəsmi sənədləri də verəcəyinə söz vermişdir. Bundan bir müddət sonra aldıqları torpaq sahəsinin sənədlərini onlara vermədən Nurağa və oğlu Təqsirləndirilən şəxs ölkə xaricinə getmişdir. Üç ildən sonra Nurağa və oğlu Təqsirləndirilən şəxslər ölkəyə qayıtdıqdan sonra torpağın rəsmi sənədlərini vermək üçün onlardan əlavə 5.000 manat istəmişlər. Onlar Nurağa ilə razılaşmamışlar, daha sonra Nurağa onlar barəsində polisə şikayət vermiş, sonra iş mülki mübahisə kimi məhkəməyə keçmiş, həmin vaxtdan sonra torpaq üstündə məhkəmə mübahisəsi 21-22 ildir ki, davam edir. İndiyədək keçirilmiş məhkəmə proseslərində Rzayevlərin iddiaları rədd olunmuşdur. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 15 fevral 2024-cü il tarixdə mübahisəli torpaq sahəsinə yerində baxış keçirilməsi təyin olunmuşdur. Həmin tarixdə günün ikinci yarısı yerində baxışa məhkəmənin nümayəndəsi, ekspert, Təqsirləndirilən şəxs, onun atası Şahid3 və onların vəkili Sücahət xanım gəlmişlər. Baxış keçirilən zaman saat 16-17 arası məhkəmənin nümayəndəsi, ekspert və iştirak edənlərdən daha kimsə qonşusu Şahid2 həyətinə girmişlər. Həmin vaxt o, həyət qapısının qabağında küçə tərəfdən dayanmış, avtomobildə əyləşən Nurağa və oğlu Ülvi avtomobildən enərək qonşuluqda yaşayan və özü evdə olmayan İsmət Hümmətovun həyət qapısını sındırıb açmağa cəhd etmişlər. O, Rzayevlərin hərəkətini görəndə etirazını bildirib, qapını sındırmaqları ilə bağlı onlara irad tutmuşdur. Rzayevlər isə onun sözünə əhəmiyyət verməyib qapını vurub açmışlar. Daha sonra Təqsirləndirilən şəxs aqressiv tərzdə onun üstünə gələrək, əlində məhkəmə qərarı olduğunu bildirmiş və onu nalayiq sözlərlə təhqir etmişdir. Ülvi onu təhqir etdiyi üçün cavabında Ülvinin atası Nurağanın ünvanına təhqir sözlərini qaytarmışdır. Onun cavabından sonra Ülvi gözlənilmədən üzünə yumruqla güclü zərbə vurmuş, zərbə burun və sol gözünü tutmuşdur. Təqsirləndirilən şəxs vurduğu zərbənin nəticədində burnundan qan açılmış, bir müddət sonra sol gözünün altı qaralmışdır. Həmin vəziyyətdə Ülvini özündən uzaqlaşdırmaq və təkrar zərbə vurmasına imkan verməmək üçün sonuncunu əli ilə itələmişdir. Hadisə baş verən anlarında yanlarında yalnız təqsirləndirilən şəxsin vəkili Şahid1 olmuşdur. Onun burnunun qanı dayanmadığından, X11 çağırılmış və o, xəstəxanaya aparılmışdır. Bundan sonra olanlardan məlumatı yoxdur. Təqsirləndirilən şəxslə aralarında olan mübahisə ani anda başlamış və bitmişdir. Təqsirləndirilən şəxs hansı şəraitdə xəsarət alması barədə məlumatı yoxdur. Ola bilsin ki, onlar əlbə-yaxa olan zaman Təqsirləndirilən şəxs baş nahiyyəsi harasa dəydiyindən, qanamışdır. O, Təqsirləndirilən şəxs vurmamışdır. Məhkəmənin sonuncu iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs şikayətçi olmadığını, hal-hazırda barışdıqlarını bildirmiş və bu halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, mülki iş üzrə Rzayevlərin müdafiəçisidir. Hadisə baş verən zaman, yəni 15 fevral 2024-cü il tarixdə həmin mülki iş üzrə məhkəmə tərəfindən təyin edilmiş yerində baxışda iştirak etmişdir. Yerində baxış zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs baxış keçirilən sahəyə buraxmadığından, o, da acıq edərək içəri daxil olmamış, küçədə Təqsirləndirilən şəxslə birlikdə dayanmışdır. Qəfildən Zərərçəkmiş şəxs baxış keçirilən həyətdən çıxaraq, söyüşlər söyərək onlara tərəf yaxınlaşmış, nə olduğunu bilmədiyi əlində olan cisimlə Təqsirləndirilən şəxs baş nahiyyəsinə zərbə endirmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs təxminən 1 dəqiqəyə yaxın müddətdə əlbə-yaxa olmuş, daha sonra aralaşmışlar. Onlar aralaşdıqdan sonra Təqsirləndirilən şəxs başının qanadığını görmüş, Zərərçəkmiş şəxs isə əlini burnuna salaraq bir qədər qarışdırdıqdan sonra onun da burnundan qan gəlmişdir. O, münaqişəni görüb yüksək səslə qışqırmış və baxış keçirilən həyətdə olan şəxslər çölə çıxmışdırlar. Baxışda iştirak edən şəxslər çölə çıxdıqlarında mübahisə artıq başa çatmışdı. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərmişdir ki, 1999-cu ildə Təqsirləndirilən şəxs atasından torpaq sahəsi almışdır. Binəqədi Rayon Məhkəməsində baxılan mülki iş üzrə təyin edilmiş yerində baxışda iştirak etmək üçün 15 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs, onun atası Şahid3 və müdafiəçiləri Şahid1 mübahisəli torpaq sahəsinin yerləşdiyi əraziyə gəlmişdilər. Onun torpaq sahəsinə baxış keçirilən zaman küçədən səslər gəlmiş, onlar həyətə çıxmaq istəyərkən Zərərçəkmiş şəxs burnundan qan gəldiyini görmüş və arvadı ilə birlikdə Zərərçəkmiş şəxs həyətə salaraq, burnunun qanını dayandırmağa çalışsalar da, bu mümkün olmamışdır. Ümumiyyətlə o, evinin həyətindən çölə çıxmamış və Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasındakı davanı görməmişdir. Tərəflərin hansı şəraitdə xəsarət almaları barədə hər hansı məlumatı yoxdur. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs atasıdır. 15 fevral 2024-cü il tarixdə Binəqədi Rayon Məhkəməsində baxılan mülki iş üzrə təyin edilmiş yerində baxışda iştirak etmişdir. Zərərçəkmiş şəxs baxış keçirilməsinə maneçilik törətmək məqsədilə qapını açmaqdan imtina etdiyindən, qapı polis sahə rəisinin köməkliyi ilə açılmışdır. Bundan sonra müdafiəçiləri Şahid1 baxış keçirilən həyətə daxil olmaq istədikdə Zərərçəkmiş şəxs onu itələyərək, həyətə girməsinə icazə verməmişdir. Bundan sonra o, həyətə daxil olmuş, oğlu Təqsirləndirilən şəxs və müdafiəçiləri küçədə gözləmişlər. Bir neçə dəqiqədən sonra səs-küyə küçəyə çıxmış və oğlu Təqsirləndirilən şəxs başının qanadığını görmüşdür. Hadisə baş verən yerdə olan Şahid2 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs öz həyətlərinə salmışdır. Daha sonra hadisə yerinə polis əməkdaşları və X11 gəlmişdir. Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasındakı davanı görməmişdir. İş materiallarında olan: • Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 Binəqədi rayon şöbəsinin: • 16.02.2024-cü il tarixli 318 saylı ekspert rəyinə əsasən, vət. X7 bədəni üzərində aşkar edilmiş xəsarət – sağ təpə-gicgah nahiyyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası bərk küt əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 15 fevral 2024-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyəyə bərk küt əşya ilə (alətlə), ola bilsin daşla vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir (i.v. 22-24); • 16.02.2024-cü il tarixli 320 saylı ekspert rəyinə əsasən, vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol gözün iç bucağının və gözaltı nahiyyənin qançırı, burunun cüzi şişkinliyi və burun qanaxması halında əziyi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 15 fevral 2024-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi (i.v. 25-27); • 16.02.2024-cü il tarixli 320 saylı rəyə 28 iyun 2024-cü il tarixli 41/320 saylı əlavə ekspert rəyinə əsasən, vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol gözün iç bucağının və gözaltı nahiyyənin qançırı, burun sümüyünün sınıqları, şişkinliyi və burun qanaxması halında burunun küt travması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yənin 15 fevral 2024-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyyələrə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa Az AĞİR zərərvurmaya aiddirlər (i.v. 38-40); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27 sentyabr 2024-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs dair əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 120); • “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 01 oktyabr 2024-cü il tarixli qərara əsasən vət. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 137-138); • “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin hüquqi tövsifinin dəyişdirilməsi haqqında” 21 oktyabr 2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə cinayət əməli CM-nin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3 və 221.1-ci maddələrinə tövsif edilmişdir (i.v. 162-168); • “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 21 oktyabr 2024-cü il tarixli qərara əsasən Zərərçəkmiş şəxs barəsində CM-nin 221.3-cü maddəsi ilə cinayət işi ayrı icraata ayrılmışdır (i.v.169-176); • 21 oktyabr 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 190). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə müvafiq olaraq cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün onlara isnad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarına müvafiq olaraq cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Hazırki iş üzrə ittiham aktında Təqsirləndirilən şəxs əməli xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma və zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşaiyət olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətlərini törətməkdə ifadə olunur. Məhkəmə qeyd edir ki, xuliqanlıq cinayətinin əsas (sadə) tərkibi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi.Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006cı il tarixli Qərarında göstərilmişdir ki, xuliqanlıq əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Konstitusiya Məhkəməsi Plenumunun bu qərarında, həmçinin, göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında əsasən məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. İzah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 2022-ci il 12 oktyabr tarixli Qərardadında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Təqsirkar şəxsin digər cinayət-hüquqi mühafizə obyektlərinə (şəxsiyyət, mülkiyyət və s.) qarşı hərəkəti o halda xuliqanlıq kimi tövsif oluna bilər ki, bu hərəkətlər həmin şəxs tərəfindən birbaşa ictimai münasibətlərin kobud pozuntusu ilə müşayiət olunsun. Həmçinin, “Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin İcmalında qeyd olunmuşdur ki, təsvir edilən normada (Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi) cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Bundan başqa, qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X2rşı 18 yanvar 1978-ci il qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-in 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət işinin materiallarına əlavə olunan sənədlərdən (bax səh. 73-105) görünür ki, təqsirləndirilən şəxslə, o cümlədən onun ailə üzvləri ilə zərər çəkmş şəxs arasında uzun müddətdir ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə sahiblik üzərində mübahisə davam edir. Hadisənin yeganə bilavasitə şahidi Şahid1 ibtidai istintaqda və məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, 15 fevral 2024-cü il tarixdə keçirilən yerli baxışda iştirak etdikləri zaman, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs baxış keçirilən sahəyə buraxmadığından, o, da acıq edərək içəri daxil olmamış, küçədə Təqsirləndirilən şəxslə birlikdə dayanmışdır. Qəfildən Zərərçəkmiş şəxs baxış keçirilən həyətdən çıxaraq, söyüşlər söyərək onlara tərəf yaxınlaşmış, əlində olan əşyayla Təqsirləndirilən şəxs baş nahiyyəsinə zərbə endirmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs təxminən 1 dəqiqəyə yaxın müddətdə əlbəyaxa olmuş, daha sonra aralaşmışlar. Onlar aralaşdıqdan sonra Təqsirləndirilən şəxs başının qanadığını görmüş, Zərərçəkmiş şəxs isə əlini burnuna salaraq bir qədər qarışdırdıqdan sonra onun da burnundan qan gəlmişdir. O, münaqişəni görüb yüksək səslə qışqırmış və baxış keçirilən həyətdə olan şəxslər çölə çıxmışdırlar. Baxışda iştirak edən şəxslər çölə çıxdıqlarında mübahisə artıq başa çatmışdı. Aparılmış məhkəmə istintaqı zamanı toplanmış sübutlarla kifayət qədər təsdiq olunmuşdur ki, baş vermiş hadisədən xeyli əvvəl Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında kəskin ədavət olmuşdur. Belə ki, tərəflər arasında uzun müddətdir ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə sahibliklə bağlı ədavət olmuş, çoxsaylı məhkəmə mübahisələri baş tutmuş, hadisə də məhz müvafiq məhkəmə mübahisəsi üzrə yerində baxış keçirilməsi zamanı baş vermişdir. Lakin, sadalananlara baxmayaraq ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini CM-nin 221.1-ci maddəsi ilə tövsif edərkən nəzərə almamışdır ki, hadisə şəxsi ədavət zəminində baş vermiş, Təqsirləndirilən şəxs hərəkətləri məhz aralarında münaqişə olan Zərərçəkmiş şəxs qarşı yönəlmiş, çox qısa zaman kəsiyində (təxminən 1 dəqiqə) davam etmişdir. Hadisənin yeganə bilavasitə şahidi isə həm ibitidai istintaqda, həm də məhkəmədə verdiyi ifadəsində münaqişənin zərər çəkmiş şəxsin hərəkətləri nəticəsində başlandığını göstərmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində xuliqanlıq cinayətinin tərkib əlamətlərinin mövcud olması qənaətinə o vaxt gəlinə bilər ki, onun hərəkətlərində ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilsin. Yuxarıda sadalanan bütün hallarla Təqsirləndirilən şəxslə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs arasında yaranmış və onların xəsarət alması ilə nəticələnmiş mübahisədə Təqsirləndirilən şəxs hərəkətlərində CM-nin 221.1-ci maddəsinin tərkib əlamətlərinin olmasını müəyyən etmək olmur. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlili isə (ilk olaraq Zərərçəkmiş şəxs onun üzərinə hücum çəkməsi, ona daşla xəsarət yetirməsi) təkzib edə biləcək tutarlı sübut ittiham tərəfindən məhkəməyə təqdim oluna bilinməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs əməlində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs zor tətbiq etməklə xuliqanlıq cinayətinin tərkibinin yaranmasını şərtləndirən obyektiv və subyektiv cəhətlərin zəruri elementləri müəyyən oluna bilinmir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi üzrə bəraət verilməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxstəqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: • Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (21.2-ci maddə); • Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (21.3-cü maddə); • Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (28.5-ci maddə); • İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (145.3cü maddə); • Məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır (42.1.4-cü maddə); • Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir (55.1-ci maddə); • Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır (350.2-ci maddə). Həmçinin məhkəmə qeyd edir ki, məhkəmənin 19 fevral 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 127.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilmişdir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349-350, 352-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından, ona həmin maddə üzrə bəraət verilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №1(001)-259/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-259/2025
19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver