Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-26/2020 12.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi daxil olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2018-ci il tarixdə saat 22.00 radələrində vətəndaş Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev «küçəsi 10 ünvanında yerləşən fərdi evinin ikinci mərtəbəsinin plastik pəncərəsini itələyib açmaqla içəri qanunsuz daxil olub evdən hər birinin dəyəri 1.000 manat olan cəmi 2.000 manat dəyərində 583 əyarlı bir ədəd qızıl boyunbağı və bir ədəd qızıl qolbağı, hər birinin dəyəri 750 manat olan iki ədəd cəmi 1.500 manat dəyərində tros formalı qızıl qolbağı, 1 ədəd 1.500 manat dəyərində 750 əyarlı traktor adlanan qızıl qolbağı, bir cüt 700 manat dəyərində 583 əyarlı kitab formasında qızıl sırğanı, bir ədəd 800 manat dəyərində 583 əyarlı kulonla birlikdə qızıl sepi, bir ədəd 500 manat dəyərində 583 əyarlı kulonla birlikdə qızıl sepi, bir ədəd 800 manat dəyərində 583 əyarlı qızıl kişi üzüyünü, bir ədəd 10.000 manat dəyərində, 750 əyarlı, üzərində Atatürkün şəkli həkk olunmuş böyük qızıl kulonu, hər biri 4.000 manat dəyərində olan cəmi 8.000 manat dəyərində 750 əyarlı üzərində Atatürkün şəkli həkk olunmuş iki ədəd kiçik qızıl kulonu, bir ədəd 583 əyarlı 600 manat dəyərində qadın üçün qızıl üzüyü, bir ədəd 2.000 manat dəyərində 583 əyarlə brilyant qaşlı qadın üzüyünü və 500 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs cəmi 29.900 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasi CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-26/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə ona təyin edilmiş cəza Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(001)-39/2019 nömrəli hökm ilə təyin edilmiş 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx xxx 2018-ci il tarixdən hesablanmışdır. İş üzrə mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs qarşı «maddi zərərin ödənilməsinə dair» mülki iddiaçı baxılmamış saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-26/2020 saylı saylı qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-26/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarına düzəliş edilmiş, hökmün nəticə hissəsinin 2-ci cümləsi - "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəza Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)- 12019 saylı, xx xxxxx 2019-cu il tarixli hökm ilə təyin edilmiş 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin" əvəzinə "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəza Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-39/2019 saylı, xx xxxxx 2019-cu il tarixli hökm ilə təyin edilmiş 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin" kimi oxunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(103)-896/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)- 26/2020 nömrəli hökmü və məhkəmənin hazırkı iş üzrə xx.xx.2020-ci il tarixli hazırlıq iclasının qərarı ləğv edilərək, hökmdən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə xitam verilmiş və cinayət işi birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclası mərhələsinə göndərilmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilərək, barəsində olan cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilərək, barəsində olan cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı iş üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilərək, barəsində olan cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Dövlət ittihamçısı CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs məhkəmə baxışına verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən, eləcə də, cinayət işinin materialları məhkəmə hazırlıq iclasının gedişatında tədqiq olunarkən müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayon X1 şöbəsinin müstəntiqi, polis mayoru X2 tərəfindən ********* nömrəli cinayət işi üzrə aparılan istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) tələbləri pozulmuş və cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verilmişdir. Belə ki, ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat verilməsinə dair xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Emin Muxtarov CPM-in 284- 287-ci maddələrinin tələblərinə riayət etməklə, təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 icraatında olan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqın qurtarmasını bildirib, cinayət işi ilə tanış olmaq, əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsi barədə vəsatət vermək hüquqları olduğunu göstərmişdir. Bununla yanaşı, müstəntiq tərəfindən istintaqın qurtarması Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 elan edildikdən sonra CPM-in 285-286-cı maddələrinə əsasən cəmi “----” cilddən ibarət olan ********* nömrəli cinayət işinin materiallarını nömrələnmiş və tikilmiş halda tanış olmaq üçün təqsirləndirilən şəxsə müdafiəçisi ilə birlikdə təqdim ediləcəyi, tanışlığı xx.xx.2019-cu il tarixdə 15 saylı Cəzaçəkmə Müəssisəsində vaxt məhdudiyyəti qoyulmadan ayrılıqda və birlikdə aparmaq, ona aid olan zəruri sənədlərdən çıxarışlar etmək, surətini çıxarmaq, maddi sübutların fotoşəkilini çəkmək hüququna malik olmaları izah edilmişdir. Həmçinin izah olunmuşdur ki, özündə şəxsi, ailə, dövlət, peşə və kommersiya sirrini əks etdirən sənədlərdən çıxarışlar etməyə, surət çıxarmağa, fotoşəkilini çəkməyə icazə verilmir. Təqsirləndirilən şəxs və Müdafiəçi1 etirazın və vəsatətlərin olmadığını bildirmişlər, imzaları ilə protokolu təsdiq etmişlər, protokol müstəntiq Emil Muxtarov tərəfindən tərtib edilərək imzalanmışdır. İşdə olan ibtidai istintaqın qurtarması barədə zərərçəkmiş şəxsə məlumat verilməsinə dair xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi RPİnin İstintaq şöbəsinin müstəntiqi Emil Muxtarov CPM-in 51, 87.6.10, 284-286-cı maddələrinə əsasən ********* nömrəli cinayət işi üzrə ittiham aktının tərtib edilməsi və cinayət işinin başa çatdırılması barədə Zərərçəkmiş şəxs məlumat verərək CPM-in 284.1.1-ci maddəsinə əsasən cinayət işinin materialları ilə xx.xx.2019-cu il tarixdə Binəqədi RPİ-də tanış ola biləcəyini izah etmiş, həmçinin izah edilmiş ki, cinayət işinin materialları ilə vaxt məhdudlaşdırıla bilməz, lakin o bu vaxtı süni surətdə uzatdıqda cinayət işinin materialları tanış olmaq üçün cədvəl müəyyən olunacaqdır. Bundan əlavə o, özündə şəxsi, ailə, dövlət, peşə və kommersiya sirrini əks etdirən sənədlər istisna olmaqla cinayət işində təqsirləndirilən şəxsə aid zəruri sənədlərdən çıxarışlar etmək, surət çıxarmaq, maddi sübutların fotoşəkilini çəkmək hüququna malikdir. Protokoldan görünür ki, Zərərçəkmiş şəxs bildirmişdir ki, cinayət işi üzrə istintaqın qurtarması haqqında ona məlumat verildi, iş materialları ilə tanış olmaq hüququnun olması izah edildi, istintaqın baş çatmasına dair heç bir etiraz və vəsatət yoxdur, iş materialları ilə tanış olmaq niyyəti var, cinayət işinin materialları ilə tanış olma yeri və vaxtı haqqında ona məlumat verildi. Protokolu Zərərçəkmiş şəxs və müstəntiq Emil Muxtarov imza etmişlər. İşdə olan “zərərçəkmiş şəxsin cinayət işinin materialları ilə tanış etmək haqqında”xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, müstəntiq E.Muxtarov Zərərçəkmiş şəxs ilə bağlı aşağıdakı məzmunu protokolda qeyd etmişdir: “Cinayət işi üzrə istintaqın qurtarması haqqında ona məlumat verildi, iş materialları ilə tanış olmaq hüququnun olması izah edildi, istintaqın başa çatmasına dair heç bir etirazı və vəsatəti yoxdur, iş materialları ilə tanış olmaq niyyəti var, cinayət işi materialları ilə tanış olma yeri və vaxtı haqqında ona məlumat verildi. Bundan əlavə, eyni protokolda Zərərçəkmiş şəxsn 09:30-dan 10:20-a kimi cinayət işinin materialları ilə tanış olması qeyd olunsa da faktiki olaraq sözü gedən şəxsə ibtidai istintaqın qurtarması barədə məlumat verilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli protokolda göstərilən hərəkətlər təkrar olaraq icra olunmuş və bir daha zərərçəkmiş Zərərçəkmiş şəxs cinayət işi üzrə istintaqın qurtarması haqqında məlumat verilmiş, iş materialları ilə tanış olmaq hüququnun olması izah edilmiş, istintaqın baş çatmasına dair heç bir etiraz və vəsatət olmaması, iş materialları ilə tanış olmaq niyyətinin olduğu, cinayət işinin materialları ilə tanış olma yeri və vaxtı haqqında ona məlumat verilməsi göstərilmişdir. Göründüyü kimi, işdə olan xx.xx.2020-ci il tarixli protokol “zərərçəkmiş şəxsin cinayət işinin materialları ilə tanış etmək haqqında” adlansa da, faktiki olaraq ibtidai istintaqın qurtarması barədə bir daha zərərçəkmiş şəxsə xx.xx.2019-cu il tarixli protokolla müəyyən olunan məlumatlar verilmiş və o, iş materialları ilə tanış olmaq niyyətinin olduğunu bildirdiyindən müstəntiq Emil Muxtarov bu faktı protokollaşdırmışdır. Eyni zamanda işdən göründüyü kimi, ibtidai istintaqın qurtarması barədə zərərçəkmiş şəxsə məlumat verilməsinə dair xx.xx.2019-cu il tarixli protokolla Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Emil Muxtarov ********* nömrəli cinayət işi üzrə ittiham aktının tərtib edilməsi və cinayət işinin başa çatdırılması barədə Zərərçəkmiş şəxs məlumat verərək cinayət işinin materialları ilə xx.xx.2019-cu il tarixdə Binəqədi RPİdə tanış ola biləcəyini izah etməsinə baxmayaraq, həqiqətən sözü gedən tarixdə prosessual hərəkətin icra olunmasını işdən müəyyən etmək mümkün olmamış, buna baxmayaraq xx.xx.2020-ci il tarixlə ibtidai istintaqın qurtarması barədə zərərçəkmiş şəxsə bir daha eyni məzmunlu məlumat verilmiş və protokol bu dəfə “zərərçəkmiş şəxsin cinayət işinin materialları ilə tanış etmək haqqında” adlandırılmışdır. Məhkəmə qeyd edir ki, CPM-in 285.1-ci maddəsinə əsasən, müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. Cinayət prosesinin iştirakçılarını cinayət işinin materialları ilə tanış edərkən müstəntiq onların xahişi ilə müvafiq texniki vasitələrdən istifadə etməklə protokollara əlavə edilən yazılar, fotoşəkillər, çəkiliş lentləri və başqa məlumat daşıyıcılarını nümayiş etdirir. Təqsirləndirilən şəxs və müdafiəçi cinayət işinin materialları ilə cinayət prosesinin digər iştirakçılarından əvvəl tanış olur və bu tanışlığı birlikdə və ya ayrı-ayrılıqda aparmaq hüququna malikdirlər. Zərər çəkmiş şəxs, mülki iddiaçı və ya mülki cavabdeh cinayət işinin materialları ilə öz nümayəndəsi ilə birlikdə tanış olmaq hüququna malikdirlər. Müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün vaxtı məhdudlaşdıra bilməz. Eyni zamanda cinayət prosesinin iştirakçıları bu vaxtı süni surətdə uzatdıqda, müstəntiq cinayət işinin həcmini və onunla tanış olmaq üçün kifayət olan vaxtı nəzərə almaqla cinayət işinin materialları ilə tanış olmaq üçün cədvəl müəyyən edə bilər. Cinayət işinin materialları ilə tanış olan şəxslər ona aid zəruri sənədlərdən çıxarışlar etmək, surət çıxarmaq, maddi sübutların fotoşəklini çəkmək hüququna malikdirlər. Müstəntiq cinayət işinin materialları ilə tanış olan şəxslərə özündə şəxsi, ailə, dövlət, peşə və ya kommersiya sirrini əks etdirən sənədlərdən çıxarışlar etməyə, surət çıxarmağa, foto şəklini çəkməyə icazə verməməlidir. Göründüyü kimi, ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat verilməsinə dair xx.xx.2019-cu il tarixli protokol tərtib olunmuş, Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Emil Muxtarov Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 icraatında olan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqın qurtarmasını bildirmiş, ********* nömrəli cinayət işinin cildləri barədə məlumat təqdim etməmiş və protokolun həmin hissəsini cəmi “----” cilddən ibarət olması kimi göstərmişdir. CPM-in 286-cı maddəsinə əsasən, müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. Cinayət prosesi iştirakçılarından hər birinin cinayət işinin materialları ilə tanış edilməsi haqqında ayrıca protokol tərtib edilir. Cinayət işinin materialları ilə müdafiəçi və nümayəndə təmsil etdiyi şəxslə birlikdə tanış olduqda onların cinayət işinin materialları ilə tanış edilmələrinə dair bir protokol tərtib olunur. Cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir. Protokolda cinayət işinin materialları ilə tanış etmənin hər günü üçün tanış etmənin başlanmasının və qurtarmasının tarixi, saatı və dəqiqəsi göstərilir. Protokola cinayət işinin materialları ilə tanış etmədən sonra verilmiş şifahi vəsatətlər daxil edilir. Göründüyü kimi, ibtidai istintaqın qurtarması barədə Zərərçəkmiş şəxs məlumat verilməsinə dair xx.xx.2019-cu il tarixli protokol tərtib olunmuş, cinayət işinin materialları ilə xx.xx.2019-cu il tarixdə Binəqədi RPİ-də tanış ola biləcəyini izah edilmiş, lakin bundan sonra xx.xx.2020-ci il tarixlə “zərərçəkmiş şəxsin cinayət işinin materialları ilə tanış etmək haqqında” adlanan növbəti protokol tərtib edilmiş və bu protokolla Zərərçəkmiş şəxs bir daha ibtidai istintaqın qurtarmasına dair məlumat verilməsi mübahisəsiz olmuşdur. Zərərçəkmiş şəxs isə öz növbəsində iş materialları ilə tanış olmaq niyyətini nümayış etdiyindən müstəntiq Emil Muxtarov faktı protokollaşdırmış, qanunvericiliklə nəzərdə tutulan sonrakı prosessual hərəkətləri icra etməmişdir. Bundan sonra proses iştirakçısının xahişi nəzərə alınmadan, əlavə vaxt verilmədən, vəsatətə münasibət bildirilmədən cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmiş və xx.xx.2020-ci il tarixdə ittiham aktı təsdiq olunaraq baxılması üçün məhkəməyə verilmişdir. Qeyd olunmalıdır ki, CPM-in 287-ci maddəsinə əsasən, cinayət işinin materialları ilə tanış olduqdan sonra müstəntiq təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin və onların nümayəndələrinin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsi barədə vəsatətlərinin olub-olmamasını aydınlaşdırır. Cinayət prosesi iştirakçısının xahişi ilə yazılı vəsatətin hazırlanması və verilməsi üçün 48 saatadək vaxt verilə bilər. Vəsatətin tam və ya qismən rədd edilməsi haqqında müstəntiq əsaslandırılmış qərar çıxarır və həmin qərarın surətini vəsatətin verildiyi andan 48 saatdan gec olmayaraq vəsatəti vermiş şəxsə təqdim edir. Vəsatət həll edilməyənədək cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilə bilməz. Müstəntiqin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsindən imtina olunması barədə qərarından bu vəsatətin rədd edilməsi barədə qərarın surəti verildiyi vaxtdan 48 saat müddətində istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət verilə bilər. Məhkəməyə göndərilmiş iş üzrə vəsatətin rədd edilməsinə dair şikayətin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən rədd edilməsi həmin vəsatətin məhkəmə qarşısında qaldırılmasına mane olmur. CPM-in 288-ci maddəsinə əsasən, vəsatətin kimin tərəfindən verilməsindən və kimin mənafeyinə toxunmasından asılı olmayaraq, vəsatət təmin edildikdən sonra müstəntiq təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, habelə zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə cinayət işinin materiallarının vəsatətə dair hissəsi ilə tanış olmaq üçün imkan yaratmalıdır. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən istintaqın nöqsanlı aparılması məhkəmə baxışı zamanı aradan qaldırılması mümkün olmayan kobud pozuntu olmaqla yanaşı, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq CPM-in tələbləri pozulmasına dəlalət edir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışının yüksək səviyyədə hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmamazlıqları olan cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə baxışına keçməsinin qarşısını alır. CPM-in 303.3-cü maddəsində sadalanmış kobud pozuntular mahiyyət etibarilə cinayət mühakimə icraatının, xüsusən də məhkəməyədək icraatın ən mühüm və prinsipial xarakterli tələblərin pozulmasından ibarətdir. Belə ki, CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-in 303.3.8-ci maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması zamanı kobud pozuntulara yol verildikdə çıxarılır. Məhkəmə onu da qeyd edir ki, cinayət işi üzrə qəbul edilmiş prosessual qərarlar və protokollar işi üzrə müəyyən edilmiş halları özündə əks etdirən çox mühüm prosessual sənədlər olmaqla cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib edilməlidir. Qeyd olunanlara əsasən də məhkəmə belə qənaətə gəlmişdir ki, ibtidai istintaq orqanı tərəfindən CPM-in 284-286 və 288-ci maddələrinin tələbləri pozulmuş və bu pozuntular məhkəmə tərəfindən CPM-in 303.3.8-ci maddəsinə müvafiq olaraq məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair CPM-in tələblərinin pozulması kimi qiymətləndirilərək, cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin prokurora qaytarılması barədə qərar qəbul edilməsi ilə nəticələnməlidir. Beləliklə, yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, eləcə də qeyd olunan pozuntulara görə işin ibtidai istintaqını aparmış müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(001)-39/2019 nömrəli hökmü ilə məhkum olunduğu cinayət işi üzrə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalı və barəsində qətimkan tədbiri seçilməməlidir. Bununla yanaşı, məhkəmə iş üzrə zərərçəkmiş tərəfin iş materiallarında olan vəsatətlərində göstərilən xüsusatlar istintaq orqanı tərəfindən nəzərə alınmaqla, hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmalıdır. Göstərilənlərə əsasən və CPM-in 8, 10, 284-286, 288, 303, 306 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün məhkəmənin hazırlıq iclasında cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokuroruna qaytarılsın.
2. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(001)-39/2019 nömrəli hökmü ilə məhkum olunduğu cinayət işi üzrə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın və barəsində qətimkan tədbiri seçilməsin.
3. Zərərçəkmiş tərəfin iş materiallarında olan vəsatətlərində göstərilən xüsusatlar istintaq orqanı tərəfindən nəzərə alınmaqla, hərtərəfli, tam və obyektiv şəkildə araşdırılsın.
4. İşin ibtidai istintaqını aparmış Bakı şəhəri Binəqədi rayon X1 şöbəsinin müstəntiqi, polis mayoru X2 barəsində xüsusi qərar çıxarılsın.
5. Qərarın surəti 3 (üç) gün müddətində dövlət ittihamçısına, zərərçəkmiş şəxsə, onun nümayəndəsinə, müdafiəçiyə, təqsirləndirilən şəxsə və həbsdə saxlanma yerinə göndərilsin.
Sədrlik edən: Vüsal Tağıyev