Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-26/2023 23.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 11, Kristal ünvan 3 ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2019-cu ilin iyul ayının ortalarından 2021-ci ilin dekabr ayının əvvəllərinədək olan müddət ərzində ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 50 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 200 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs3 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 2020-ci ilin mart ayından 2021-ci ilin noyabr ayının ortalarınadək olan müddət ərzində ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 50 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 200 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs1 təkrarən tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 12 fevral 2022-ci il tarixdə ünvan 6 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu istintaqa məlum olmayan ünvana göndərib tanışı olan kişi müştəri ilə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və 100 manat məbləğində gəlir əldə etmək məqsədi ilə həmin kişi müştəri ilə 300 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs2 təkrarən tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Azinko adlanan binada kirayədə yaşamışdır. O Zərərçəkmiş şəxs3 xatırlaya bilmədiyini, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 isə o müxtəlif vaxtlarda bir yerdə olduqları məclislərdən tanımışdır. Zərərçəkmiş şəxs3 o uzun müddətdir ki, tanıyır. Lakin onu haradan tanıdığını hazırda xatırlamır. Uzun müddətdir ki, heç biri ilə əlaqəsi olmamaışdır. Hazırda məhkəmədən ona ittiham edilən cinayət əməlini törətmədiyini bildirərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, təxminən 2012-ci ildən etibarən maddı sıxıntılarım olduğu üçün müxtəlif məclislərdə tanış olduğu kişi müştərilərlə görüşüb onlarla pul müqabilində cinsi əlaqədə olmasını bildirmişdir. Təxminən 2019-cu ilin təxminən iyul ayının ortalarında istifadəsində olan 055 *** ** ** rəqəmli mobil nömrəyə özünü Toppuş Gülü kimi təqdim edən 055 *** ** ** rəqəmli mobil telefon istifadəçisi zəng vurmuş, onu ortaq tanışları vasitəsilə tapdığını bildirmişdir. Gülü ona bildirmişdir ki, çoxlu kişi tanışları var, əgər həmin kişi müştərilərlə görüşüb cinsi əlaqədə olsa yaxşı pul qazana bilər. Gülü ona təklif etmişdir ki, müştərilərlə ilə görüşüb cinsi əlaqədə olsa ona 220 manat pul verəcəkdir. O həmin pulun 50 manatını müştəri tapdığı üçün Günlə verəcək qalan 170 manat isə özünə qalacaqdır. O Gülünün bu təklifi ilə razılaşmışdır. Belə ki, 2019-cu ilin iyul ayının ortalarından 2021-ci ilin dekabr ayının əvvəllərinədək olan müddət ərzində Gülü onu 6-7 dəfə müştəri ilə görüşdürmüşdür. Hər dəfəsində aldığı 220 manat pulun 150 manatını müştəri tapdığı üçün Gülüyə vermişdir. Artıq 2021-ci ilin dekabr ayının əvvəllərindən etibarən Gülü ilə əlaqəni kəsmişdir. Gülü onunla həmişə hazırda yaşadığı ünvan 4 ünvanında olan zaman Whatsapp proqamı vasitəsilə əlaqə saxlamışdır. Gülü hərdənbir onunla birlikdə müştərinin yanına getmişdir. Həmin zamanlar müştəridən pulu özü almışdır. Bəzi hallarda isə Gülü ona getməli olduğu yeri demişdir. O müştəri ilə cinsi əlaqədə olduqdan sonra pulu almışdır. Daha sonra Gülü ilə görüşüb müştəri tapdığı üçün ona 50 manat pul vermişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi olmadığının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində təxminən 2020-ci ilin əvvəllərində Bakı şəhərində olan ad günü məclislərinin birində Təqsirləndirilən şəxs ilə tanış olmasını, onun özünü özünü “Toppuş Günel” kimi təqdim etməsini, aralarında səmimi söhbət yarandığı üçün mobil nömrələrini bir birlərinə verdiklərini bildirmişdir. O həmin zamanlar istifadə 055 *** ** ** rəqəmli mobil telefonla Günelin istifadəsində olan 055 *** ** ** rəqəmli mobil telefonla əlaqə saxlamışdır. Günel əsasən Whatsapp proqramı vasitəsilə ona mesaj yazıb zəng etmişdir. Aralarında olan səmimi söhbət zamanı Günel ona hansı işlə məşğul olması barədə suallar vermişdir. O heçyerdə işləmədiyini ailəsinin ona baxdığını bildirmişdir. Günel ona təklif etmişdir ki, onun çoxlu kişi tanışları var. Əgər onlarla pul müqabilində görüşüb cinsi əlaqədə olsa yaxşı pul qazana bilər. Günel bildirmişdir ki, o müştərilərlə 200 manat pul müqabilində görüşüb cinsi əlaqədə olacaqdır, həmin pulun 50 manatını müştəri tapdığı üçün özünə götürəcək, qalan 150 manatını isə ona verəcəkdir. Maddi sıxıntıları olduğu üçün Günellə razılaşmışdır. Günel onun fotoşəkillərini istəmiş və həmin fotoşəkillərini ona göndərmişdir. Təxminən 2020-ci ilin mart ayından 2021-ci ilin noyabr ayının ortalarınadək olan müddət ərzində Günel onu 7-8 nəfər müştəri ilə görüşdürmüşdür. Hər dəfəsində ondan 50 manat pul almışdır. O hazırda yaşadığı evdə olan zaman Günel onunla əlaqə saxlamışdır. Günel ona müştəri olduğunu və hansı evə yaxud hotelə getməli olduğunu bildirmişdir. O da Günelin tapşırığına əsasən dediyi yerə gedib müştəri ilə cinsi əlaqədə olmuşdur. Pulu müştəridən o aldıqda daha sonra Günellə görüşüb 50 manatını ona vermişdir. Bəzi hallarda Günel müştəridən pul almamasını bildirmişdir. Daha sonra onla görüşdükdə Günel ona 150 manat pul vermişdir. Artıq 2021-ci ilin noyabr ayının sonlarında mobil telefonunu dəyişdiyi üçün Günellə əlaqə saxlamamışdır. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi olmadığının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 istintaqa verdiyi fadəsində Təqsirləndirilən şəxs təxminən 2018-ci ildən etibarən tanıdığını, onunla Bakı şəhərində olan məclislərin birində tanış olduğunu bildirmişdir. Günel özünü “Toppuş Gülü” kimi təqdim etmişdir. Günellə normal münasibətləri olmuşdur hərdənbir əlaqə saxlayıb danışmışlar. Təxminən 2019-cu ildən etibarən Günellə əlaqə saxlamamışdır. Günelin mobil nömrəsini də silmişdir. İbtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini qeyd edərək təxminən 12 fevral 2022-ci il tarixdə hazırda yaşadığı ünvan 6 ünvanında olan zaman Günel onun istifadəsində olan 055 *** ** ** rəqəmli mobil telefonuna hazırda xatırlamadığı mobil nömrəylə Whatsapp vasitəsilə zəng vuraraq hal əhvalımı soruşmuşdur. Günel danışıq zamanı onun yaşayış vəziyyəti ilə maraqlanmışdır. O işləmədiyini və maddi sıxıntıları olduğunu bildirmişdir. Bundan sonra ona təklif etmişdir ki, bir nəfər tanışı olan kişi müştəri var, əgər onunla görüşüb cinsi əlaqədə olsa 300 manat pul alacaqdır. Həmin pulun 100 manatını müştəri tapdığı üçün Günelə verməli qalan 200 manatı isə özünə götürməli imiş. O Günelin bu təklifi ilə razılaşmışdır. Günel ona adını bilmədiyi bir hotelin ünvanını və otaq nömrəsini göndərmiş oraya getməli olduğunu bildirmişdir. O Günelin dediyi hotelin otağına getdiyində orada onu bir nəfər təxminən 40-45 yaşlarında kişi qarşılamışdır. O həmin kişi müştəri ilə cinsi əlaqədə olduqdan sonra ona 300 manat pul vermişdir. Daha sonra Günellə danışmış və həmin pulun 100 manatını taksi vasitəsilə Günelə göndərmişdir. Bundan sonra da aralarında olan yazışmaları və danışıqları silmişdir. Günel həmin vaxtdan onunla əlaqə saxlamamışdır. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi olmadığının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən iki üç ildir ildir ki, tanıdığını, onunla Bakı şəhərində məclislərin birində tanış olduğunu, Günellə ilkin tanışlıq zamanı hansı işlə məşğul olması barədə məlumatı olmamışdır. Günellə aralarında olan söhbət zamanı ona bildirmişdir ki, ətrafında çoxlu qız tanışları var əgər, istəsə həmin qadınlarla onu tanış edib cinsi əlaqədə olmasına şərait yarada bilər. Günel ümumilikdə iki dəfə ona cinsi əlaqədə olmaq üçün qadın təşkil etmişdir. O həmin qadınlarla Bakı şəhərində hazırda adlarını və yerlərini xatırlamadığı hotellərin birinə görüşüb cinsi əlaqədə olmuşdur. Hər iki dəfə o cinsi əlaqədə olduğu qadına təxminən 50-100 manat arası pul vermişdir. Verdiyi pulların dəqiq məbləğlərini xatırlamasa da həmin pulları cinsi əlaqədə olduğu qadınların özünə vermişdir. Pulun miqdarını ona Günel özü bildirmişdir. O istifadəsində olan 055 *** ** ** rəqəmli mobil nömrə ilə Günelin istifadəsində olan 055 *** ** ** rəqəmli mobil nömrə ilə Whatsapp ani mesajlaşma mübadilə sistemi və hərdənbir zəng vasitəsilə əlaqə saxlamışdır. Günellə təxminən 2 ildir ki, görüşməmişdir. O təxminən 3-4 ay bundan əvvəl avtomobillə bağlı ondan məsləhət almaq üçün zəng etmişdir. Ondan sonra da Günellə heçbir əlaqəsi olmamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs cinsi əlaqdə olmaq üçün təşkil etdiyi qadınlardan heçkimi tanımır. Günel cinsi əlaqədə olmaq üçün ona təxminən 2-3 dəfə qadın göndərmişdir. O da qadınlarla cinsi əlaqədə olduqdan sonra həmin qadınlara 50-100 manat aralığında pul vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Təqsirləndirilən şəxs təxminən iki-üç ildir ki, tanıdğını, onunla harada və necə tanış olmasını tam olaraq xatırlamadığını, xatırladığı qədəri ilə Günellə məclislərin birində tanış olmuşdur. Təqsirləndirilən şəxs ilə sıx əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs ilə kişi qadın münasibətləri olmuşdur. Təxminən 2 ildir ki, Günellə heçbir əlaqəsi olmamışdır və onunla əlaqə saxlamamışdır. O Günellə istifadəsində olan 050 *** ** ** rəqəmli mobil nömrə ilə əlaqə saxlamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona cinsi əlaqədə olmaq üçün qadın təşkil etməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş telefon danışıqlarında 050 *** ** ** rəqəmli mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 *** ** ** rəqəmli mobil nömrəyə xx.xx.2020-ci il tarixdə «Salam, necasen?kim var indiye, sheherde oteldayem” məzmunlu mətn mesajı daxil olmuşdur mesajına münasibət olaraq həmin mətin mesajını hansı məqsədlə yazdığını xatırlamadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 fadəsində Təqsirləndirilən şəxs adlı qadını təxminən 7-8 aydır ki, tandığını, Günellə instagram sosial şəbəkəsi vasitəsilə tanış olduğunu, Təqsirləndirilən şəxs ilə aralarında olan danışıq zamanı ətrafında çoxlu qadın tanışlarının olmasını bildirmişdir. İstədiyi halda həmin qadınlarla onu tanış edib cinsi əlaqədə olmasına şərait yarada bilər. Günel ümumilikdə iki dəfə ona cinsi əlaqədə olmaq üçün qadın təşkil etmişdir. O Təqsirləndirilən şəxs şəxsən görməsə də sosial şəbəkələr vasitəsilə Günellə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs təşkil etdiyi iki qadınla Bakı şəhərində hazırda xatırlamadığı hotellərin birinə görüşüb cinsi əlaqədə olmuşdur. Hər iki dəfə o cinsi əlaqədə olduğu qadına 200 manat pul ödəmişdir. Həmin pulu şəxsən cinsi əlaqədə olduğu qadıının özünə vermişdir. Belə ki o istifadəsində olan 050 *** ** ** rəqəmli mobil nömrə ilə Günelin istifadəsində olan 055 *** ** ** rəqəmli mobil nömrə ilə Whatsapp ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlamışdır. Belə ki, o Günelə cinsi əlaqədə olmaq üçün qadın təşkil etməsini bildirmişdir. Günel də ona həmin qadınların fotoşəkillərini göndərmişdir. O həmin şəkillərdən birini seçdikdən sonra Günel ona seçdiyi qadının qiymətini bildirmişdir. O razılaşdıqda isə hansı hotelə gəlməsini bildirmişdir. Həmin qadınlarla şəxsən əlaqə saxlamamışdır. İlk dəfə Günel təxminən 2021-ci ilin dekabr ayında ona cinsi əlaqədə olmaq üçün qadın təşkil etmişdir. Sonuncu dəfə isə təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində Güneldən cinsi əlaqədə olmaq üçün qadın təşkil etməsini istəmişdir və Güneldə də ona həmişəki qaydada fotoşəkillər göndərmişdir. Həmin qadınla görüşüb cinsi əlaqədə olduqdan sonra Günelin sözünə görə ona 200 manat pul vermişdir. Demək olar ki, həmin vaxtdan sonra da Günellə əlaqə saxlamamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs fahişəliyə cəlb etdiyi qadınlardan heçkimi tanımadığını, lakin şəkillərdən gördüyü qədəri ilə 5-6 nəfər qadının onun tərəfindən fahişəliyə cəlb edildiyini bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Təqsirləndirilən şəxs təxminən iki ildir ki, tanıdığını, Günellə harada və necə tanış olmasını xatırlamadığını, Təqsirləndirilən şəxs ilə sıx əlaqəsi olmadığını bildirmişdir. Aralarında olan söhbət zamanı Günel ona bildirmişdir ki, ətrafında çoxlu qız tanışları var əgər, istəsə həmin qadınlarla onu tanış edib cinsi əlaqədə olmasına şərait yarada bilər. Günel ümumilikdə iki dəfə ona cinsi əlaqədə olmaq üçün qadın təşkil etmişdir. O həmin qadınlarla Bakı şəhərində hazırda xatırlamadığı hotellərin birinə görüşüb cinsi əlaqədə olmuşdur. Hər ikisində o cinsi əlaqədə olduğu qadına 150 manat pul vermişdir. Pulun miqdarını ona Günel özü bildirmişdir. O istifadəsində olan 050 *** ** ** rəqəmli mobil nömrə ilə Günelin istifadəsində olan 055 *** ** ** rəqəmli mobil nömrə ilə Whatsapp ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlamışdır. Günelə hərdənbir də olmuşdur. İlk dəfə Günel təxminən 1 il bundan əvvəl ona cinsi əlaqədə olmaq üçün qadın təşkil etmişdir. Sonuncu dəfə isə təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində ondan cinsi əlaqədə olmaq üçün qadın təşkil etməsini istəmişdir. Həmin qadınla hotellərin birində görüşüb cinsi əlaqədə olduqdan sonra Günelin sözünə görə ona 150 manat pul vermişdir. Demək olar ki, həmin vaxtdan sonra da Günellə əlaqəsi olmamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs cinsi əlaqdə olmaq üçün təşkil etdiyi qadınlardan heçkimi tanımadığını, lakin həmin qadınların sayının bir neçə nəfər olmasını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi 25 yanvar 2022-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində tərəfimdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 fahişəliyə cəlb edilmələri faktı əsasında Azərbaycan Respublikası CM-in 243.1-ci maddəsi ilə başlanmışdır. 25 fevral 2022-ci il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmış, 31 may 2022-ci il tarixdə cinayət işi üzrə icraat təzələnərək ibtidai istintaq davam etdirilmişdir. 13 iyun 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 243.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. "xxxx" MMC-dən götürülmüş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən 01 ədəd kompakt diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 *** ** ** saylı mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs2 mobil telefon nömrəsinə, habelə əks istiqamətdə vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. Bundan başqa 050 *** ** ** rəqəmli mobil nömrə istifadəçisinin xx.xx.2020-ci il tarixdə «Salam, necasen?kim var indiye, sheherde oteldayem” məzmunlu mətn mesajı daxil olmuşdur İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə istintaqı zamanı "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD diskə baxış keçirilən zaman içərisində sübut əhəmiyyətli fakt müəyyən edilməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxslər və şahid ifadələrinə və digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə tövsif edilmişdir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət az ağır cinayət olmaqla, gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə nəzərdə tutulur. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs gəlir və ya digər fayda əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsləri fahişəliyə cəlb etmişdir. Təqsirləndirilən şəxs CM-in 243.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək məsuliyyətdən yayınmaq kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli qeyd edilən Sərəncamının13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61.1.1ci 61.1.6-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi cinayətin təkrar və tamah məqsədilə törədilməsi müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxıb, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkumluğunun olmamasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun ilk dəfə olaraq az ağır cinayət törətməsini və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cərimə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər 60 iş saatına görə 6 manat hesab edilməklə, 360 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirli bilinərək 3500 (üç min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Cinayət işi üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Cinayət işi üzrə 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-26/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-26/2023
23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver