Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-26/2024 15.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində xx.xx.2023-cü il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə, təkrarən özgənin əmlakını xeyli miqdarda ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, sonuncu tərəfindən “Tap.az” sosial ticarət saytında yerləşdirilmiş, 3629 manat dəyərində 2020-ci il istehsallı “NAMA-48-2” markalı mopedin satıldığına dair elanla tanış olub alıcı qismində Zərərçəkmiş şəxs1 zəng edərək, sonuncunun şərtləri ilə razı olduğunu, ilkin ödəniş etməklə aylıq ödənişlərini öhtəsinə götürəcəyinə dair yalandan vəd verib aldadaraq inandırmış, 2021-ci ilin mart ayında Bakı şhərəi, Nəsimi rayonu, Bülbül prospekti ”Nizami” kinoteatrının qarşısında həmin mopedi ələ keçirdikdən sonra, vədinə əməl etdiyinə görüntü yaradıb cəmi 578 manat məbləğində ödəniş etməklə, həmin mopedi istintaqa məlum olmayan şəxsə sataraq, Zərərçəkmiş şəxs1 nəticədə 3051 (üç min əlli bir) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. (İ epizod) Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 etibarından suiistifadə edərək, sonuncu tərəfindən “Tap.az” sosial ticarət saytında yerləşdirilmiş 1700 manat dəyərində 2021-ci il istehsallı «TUFAN-M50» markalı mopedin satıldığına dair elanla tanış olub alıcı qismində Zərərçəkmiş şəxs5 zəng edərək, sonuncunun şərtləri ilə razı olduğunu, aylıq ödənişlərini öhtəsinə götürəcəyinə dair yalandan vəd verib aldadaraq inandırmış, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən «Kolizey» şadlıq evinin yaxınlığında mopedi ələ keçirdikdən sonra, vədinə əməl etdiyinə görüntü yaradıb cəmi 800 manat məbləğində ödəniş etməklə, həmin mopedi istintaqa məlum olmayan şəxsə sataraq, Zərərçəkmiş şəxs5 nəticədə 900 (doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. (İİ epizod) Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 etibarından suiistifadə edərək, sonuncuda 05 ədəd müxtəlif markalı mopedlərinin olduğunu və həmin mopedlərin icarəyə verildiyi barədə məlumat əldə etdikdən sonra, özünün də bu işlərlə məşğul olduğunu və həmin mopedləri ona gündəlik 12 manat müqabilində icarəyə verildiyi halda mopedlərin baxımını həyata keçirməklə yanaşı yaxşı gəlir verəcəyinə yalandan vəd verib aldadaraq inandırmış, 2021-ci ilin mart ayında ünvan 2 ünvanının qarşısında 1500 manat dəyərində 2020-ci il istehsallı “NOON-49KB” markalı və 1700 manat dəyərində qırmızı rəngli «TUFAN-49KB» markalı mopedləri alıb ələ keçirdikdən sonra, vədinə əməl etdiyinə görüntü yaradıb cəmi 300 manat məbləğində ödəniş etməklə, 2021-ci iln aprel ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti «Nəsimi bazarı» adlanın yerin qarşısında 1500 manat dəyərində «TUFAN-49KB» markalı, 1800 manat dəyərində «SHYAPEER-49KB» markalı daha iki ədəd mopedlərini, 2021-ci ilin aprel ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən «Ağ çiçəyim» gül dükanının qarşısında 1200 manat dəyərində «NAMO-49KB» markalı mopedi vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirdikdən sonra, həmin mopedləri ünvan 3 ünvanında yerləşən lombarda girov qoymaqla, Zərərçəkmiş şəxs6 ümumilikdə 7400 (yeddi min dörd yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. (İİİ epizod) Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, sonuncuya məxsus 2020-ci il istehsallı «NAMA-48-2» markalı mopedi 1800 (bir min səkkiz yüz) manat məbləğində alcağına dair yalandan vəd verib aldadaraq inandırmış, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində həmin mopedi alıb ələ keçirdikdən sonra, istintaqa məlum olmayan şəxsə sataraq, Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. (İV epizod) Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından suiistifadə edərək, sonuncu tərəfindən “Tap.az” sosial ticarət saytında yerləşdirilmiş 2000 (iki min) manat dəyərində «TUFAN-CUB-50CC» markalı, mopedin icarəyə verilməsinə dair elanla tanış olub Zərərçəkmiş şəxs2 zəng edərək, həmin mopedi gündəlik 12 manata icarəyə götürə biləcəyinə yalandan vəd verib aldadaraq inandırmış, xx.xx.2021-ci il tarixdə ünvan 4 ünvanında həmin mopedi alıb ələ keçirdikdən sonra, istintaqa məlum olmayan şəxsə sataraq, Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. (V epizod) Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək, sonuncuya özünə məxsus 2000 manat dəyərində «TUFAN-CUB- 50CC» markalı mopedinin olması barədə yalandan məlumat verərək, həmin mopedi dəyərindən 500 manat aşağı satacağına dair yalandan vəd verib aldadaraq inandırmış, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən mağazada olan terminal vasitəsilə kart hesabına göndərilmiş 400 manat və xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektində yerləşən «Çinar-Plaza» biznes mərkəzinin qarşısında 200 manat məbləğində nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərməklə, verdiyi vədinə əməl etmyərək, Zərərçəkmiş şəxs4 ümumilikdə 600 (altı yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir.(Vİ epizod) Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 etibarından suiistifadə edərək, sonuncu tərəfindən «Tap.az» sosial ticarət saytında yerləşdirilmiş 1600 (bir min altı yüz) manat dəyərində 2020-ci il istehsallı 49,6 c.c Silindr həcmli «BLAZER- 50XR-RKS» markalı mopedi icarəyə götürəcəyi və gündəlik 11 manat icarə haqqı ödəyəcəyinə yalandan vəd verib aldadaraq inandırmış, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri dairəsi, R.İsmayılov küçəsində həmin mopedi alıb ələ keçirdikdən sonra, istintaqa məlum olmayan şəxsə sataraq, Zərərçəkmiş şəxs7 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. (Vİİ epizod) Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ittiham edilmişdir. Lakin məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən 4-cü və 6-cı epizodlar üzrə ümumiyyətlə cinayət hadisəsinin olmadığı, həmin münasibətlərin mülki münasibətlər olduğu müəyyən edilmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qisməm təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 şikayətləri ilə razıdır, Zərərçəkmiş şəxs6 şikayəti ilə isə razı deyildir. Bundan əlavə təqsiləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamın 1-ci epizod üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs1 motosikleti götürəndə Bakıxanov qəsəbəsində yerləşən SKY-EXPRESS mağazasında 500 manata yaxın ödəniş etmişdir. Aylıq krediti 289 manat olsa da 4 ay ərzində hər ay 300 manat olmaqla 1200 manat ödəniş etmişdir. Ümumilikdə isə 1700 manat ödəniş etmişdir. Geri qalan məbləği isə ödəməmiş, sonra isə həmin motosikleti 1000 manata satmışdır. Daha sonra isə qeyd etmişdir ki, Zərərçəkmiş şəxs1la bağlı epizod üzrə hər hansı bir problem yoxdur, ödənilməli məbləğ 3051 manat olmuşdur, həmin ödənişlərdən ödəniş etmiş və 850 manat borc qalmışdır. Həmin hadisə 2021-ci ilin mart ayında baş vermişdir. 2-ci epizod üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs5 aldığı mopedə görə 1700 manat ödəniş etmişdir. Zərərçəkmiş şəxs5 sığortadan da pul almılşdır. Bununla bağlı qəbzlər də mövcuddur. 6-7 ay müddətinə 2550 manata ödəniş etmək şərti ilə satmışdır. 1580 manat ödəniş etmişdir, zərəçəkən isə 900 manat borc qaldığını bildirmişdir. 3-cü epizod üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs6 dörd ədəd moped götürüb lombarda qoymuşdur. Bunun müqabilində isə Zərərçəkmiş şəxs6 lombarddan ona verdiyi 4 mopeddən əlavə özünə məxsus mopedi də götürmüşdür. Zərərçəkmiş şəxs6 lombarddan götürdüyü bir ədəd “Noon-49” markalı moped onun öz şəxsi mopedi olmuşdur. Zərərçəkmiş şəxs6 götürdüyü dörd ədəd mopedə görə Bayram lombarddan beş ədəd moped götümüşdür. Bununla da Zərərçəkmiş şəxs6 olan borc bağlanmışdır. Bayramdan “Tufan-49”, “Namo-49”, “Shyaper-49”, “Noon-49” markalı mopedlər götürmüşdür. İttiham aktında “Tufan-49” markalı mopedin 2 ədəd yazılması səhvdir. “Noon-49” markalı mopedin biri özünə aid olmuşdur. Bayramın 5-ci mopedi götürməsini isə istintaq zamanı bilmişdir. 4-cü epizod üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs3 ilə 4000 manat dəyərində lə onun mopedinin dəyişməsi barədə razılaşma əldə etmişlər. Razılaşmaya əsasən Sərxanın mopedini 1400 manata dəyərləndirib götürmüşdür. Əvəzində ona 4000 manat dəyərində motosiklet vermişdir. Razılaşmaya görə Sərxan 2500 manatı 10 ay müddətinə ona verməli idi. Həmin motosikletin həcminin 125 kub olduğunu Zərərçəkmiş şəxs3 alarkən bilmişdir. Onun motosiklet sürmək üçün sürücülük hüququ olmadığından etibarnamə verə bilməmişdir. Motosikleti ona verəndə bunun üçün sürücülük vəsiqəsinin lazım olduğunu Sərxan bilmişdir. Lakin motosikleti götürüb gedəndən bir həftə sonra gələrək sürücülük vəsiqəsi olmadığı üçün motosikleti qaytamaq istəmişdir. Ondan aldığı mopedi elə onun yanında başqa şəxsə satdığı üçün Sərxan motosikleti qaytarandan sonra ona bir neçə moped vermişdir. Sərxan həmin mopedləri bir iki gün sürdükdən sonra geri qaytarmış, özünün ona verdiyi mopedi və ya pulunu verməsini istəmişdir. Sərxana ümümilikdə 4 moped təklif etmiş, həmin mopedləri götürüb bir neçə gün sürdükdən sonra heç birini bəyənməyərək geri qaytarmışdır. Ona satdığı motosikleti isə o öz adına deyil kreditlə atasının adına almışdır. Ona qarşı dələduzluq etməmişdir. Zərərçəkmiş şəxs3 sürücülük hüququ olmadığı üçün qaytarmaq istəmişdir. 5-ci epizod üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs2 günlük 11 manata “Tufan Cub 50CC” markalı mopedi icarəyə götürmüş, ilkin ödəniş kimi 100 manat, 2 ay da aylıq 330 manatdan ödəniş etmiş, daha sonra hər hansı ödəniş etməmişdir. Həmin mopedi Ayxan adlı tanışına borcu olduğu üçün 3-4 günlük idarə etmək üçün ona vermişdir. Daha sonra həmin Ayxan adlı tanışı ona olan borcunun əvəzi olaraq mopedi götürüb satmışdır. Bundan sonra Zərərçəkmiş şəxs2lə danışaraq ya mopedi ya da pulunu qaytaracağını bildirsə də, daha sonra qaytara bilməmişdir. Həmin epiozd üzrə də özünü təqsirli hesab edir. 6-cı epizod üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs4la hər hansı motosiklet söhbəti etməmiş, bu barədə hər hansı razılaşmaları olmamışdır. Zərərçəkmiş şəxs4la 2019-2020ci illərdə bir yerdə işləmiş, həmin vaxtdan da münasibətləri yaranmışdır. Özünə alan zaman pulu çatmadığından ondan borc almışdır. Onunla əlaqə saxlayıb özünə motosiklet almaq üçün 150-200 manat lazım olduğunu, aldığı borcu artıqlaması ilə qaytaracağını bildirmişdir. İlkin isə ona üstündə əlavə pul vermək şərti ilə ona borc verə biləcəyini bildirmişdir. Ondan ilk olaraq 150 manat borc almış, bir həftə ərzində 190 manat qaytarmışdır. Daha sonra yenə borc pul lazım olduğundan ondan 250 manat borc almış lakin qaytara bilməmişdir. İlkini uzun müddət görməmiş, onunla telefonla əlaqə saxlamışdır. Borc aldığı pulu da kartına atmışdır. Ona borcu 250 manatdır və danışdıqları kimi həmin pulun üstündə əlavə 50 manat da artıq verməlidir. Ona ümumi borcu 300 manatdır. Lakin ittiham aktında 600 manat yazıblar. Çinar-Plazanın yanında 400 manat pul verməsi yalandır. O Zərərçəkmiş şəxs4 3 ildir ki, görməmiş, onunla telefonla əlaqə saxlamışdır. Aralarında moped alqı-satqısına dair hər hansı bir söhbət və ya razılaşma olmamışdır. Sadəcə İlkindən borc pul almışdır onu da sonra qaytara bilməmişdir. İttiham aktında yazılanlar doğru deyildir. Birinci dəfə tutulanda ona bildirmişlər ki, imza çəksin o da tələsik sənədləri imzalamışdır. Müstəntiq ifadəsini yazandan sonra bir hissəsini oxuyub imzalamış, bir hissəsini isə oxumadan tələsik imzalamışdır ki, ordan çıxsın. (Vİ epizod) 7-ci epizod üzrə isə bildirmişdir ki, Zərərçəkmiş şəxs7 günü 11 manata icarəyə moped götürmüşdür. Daha sonra ödənişləri etməmişdir. Tutulandan sonra Zərərçəkmiş şəxs7 vurulmuş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs son sözündə Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1la bağlı olan epizodlar üzrə iki ildən artıq müddət keçdiyindən bəraət verici əsaslar olmadan müddəti keçən hissədə cinayət təqibinə xitam verilməsinə razı olduğunu, Zərərçəkmiş şəxs3 qarşı dələduzluq etmədiyini, ona satdığı mopedi onun könüllü gəlib qaytardığını, ona təklif etdiyi mopedləri isə qəbul etmədiyini, Zərərçəkmiş şəxs4 isə borc aldığını, aralarında borc münasibətləri olduğunu, mopedlə bağlı aralarında hər hansı razılıq və ya alış veriş olmadığını, törətdiyi əməllərdə özünü qismən təqsirli bildiyini, etdiyi əmələ görə də peşman olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və əlavə olaraq bildirir ki, o, “Tap.az” saytında elan yerləşdirmiş, daha sonra Təqsirləndirilən şəxs gələrək ondan motosikleti istəmişdir. “Nama-48-2” markalı, 2020-ci il istehsalı olan motosiklet tam yadında qalmasa da 4000 manata yaxın məbləğə kreditə götürmüşdür. Təqsirləndirilən şəxs “Razin” adlanan ərazidə yaşadığından daha əvvəl onu tanımışdır. Həmin motosikletin ilkin ödənişini ödəmiş, daha sonra 2 aylıq kreditini özü ödəmişdir. Kənanla razılaşmaya əsasən ona 1028 manat ödəniş etməli, ondan sonrakı aylıq kreditləri də o ödəməli idi. Motosikleti Kənana satdıqdan sonra 1 və ya 2 ay krediti Kənan ödəmiş, lakin sonradan Kənanı tapa bilməmiş, kreditləri də ödəməmişdir. Bir neçə dəfə evlərinə gedərək Kənanın atası ilə danışmış, lakin sonradan atası “mənim elə bir övladım yoxdur” demişdir. Ondan sonrakı kreditləri də özü ödəmişdir. Hal-hazırda şikayətçidir, motosiklet ona geri qaytarıldığı və ya bazar dəyəri ona ödənildiyi halda şikayətçi olmayacaqdır. Daha sonra isə 1000-1500 manat ona ödəniş ediləcəyi halda şikayətçi olmayacağını bildirmişdir. (İ Epizod) Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 2020-ci ilin oktyabr ayında Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsində yerləşən «Skyexpress» dükanından ******* alqı-satqı müqaviləsi əsasında «Nama-48-2» markalı, 2020ci il istehsalı olan tünd qırmızı-yəni zoğalı rəngdə mopedi həmin şirkətlə müqavilə bağlayaraq 3468 manata razılaşıb 450 manat ödəməklə 12 ay müddətinə kredit əsaslarla qaynı X4 adına sənədləşdirib almışdır. Hər ay 289 manat olmaqla 2 ay kreditini ödədikdən sonra maddi imkanı olmadığından həmin mopedi satmaq qərarına gəlmişdir. Aylıqlarını ödəyə bilmədiyindən “Tap.az” ticarət saytında elan yerləşdirmişdir. Həmin mopedi ilkin ödədiyi 450 və 2 aylıq 289 manatını ona ödəyib qalan kreditini bağlamaqla özünə götürmək şərtini qeyd etmişdir. Təxminən 2-3 gündən sonra Təqsirləndirilən şəxs onun elanda yerləşdirdiyi ***-***-**-** nömrəsinə zəng edərək, mopedi almaq istədiyini bildirmişdir. O, bütün şərtləri açıqlamış və mopedin kreditdə olduğunu, 10 ay müddətinə hər ay 289 manat olmaqla kredit borcunu ödəməli olduğunu demişdir. Bundan başqa ona 1028 manat ödəməli olduğunu demiş və Kənan da onunla razılaşmışdır. Bundan sonra o, şirkətin müqaviləsini Kənana təqdim etmiş və sonuncunun hərbi biletinin fotoşəklini çəkib götürmüşdür. 2021-ci ilin mart ayında Təqsirləndirilən şəxsla Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, Nizami kinoteatrı qarşısında görüşmüş və o, mopedi sənədləri ilə birlikdə Kənana vermişdir. Sonuncu mopedi özü sürüb getmiş və aradan üç ay keçdikdən sonra, şirkətdən ona zəng olunaraq, ödənişlərin edilmədiyini bildirmişlər. O, Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlayaraq nə üçün ödəniş etmədiyini soruşduqda, sonuncu onu arxayın etmişdir ki, ödənişləri edəcəkdir. Buna baxmayaraq yenə aradan bir ay keçdikdə, şirkətdən zəng edilərək ödənişlərin edilmədiyini bildirmişlər. O, məcbur qalıb Kənanın ünvanına getmiş və mopedi özünə qaytarmasını tələb etmişdir. Sonuncu bir neçə ay yenə onu aldatmış və nəticədə qalan bütün ayların ödənişini etməli olmuş və Kənandan mopedini ala bilməmişdir. Mopedin 3468 manat dəyərindən əlavə kredit şərtləri ilə o ödənişlər etmişdir. Cəmi 2 ay, cəmi 578 manatı Təqsirləndirilən şəxs tərəfindən ödənilsədə, ümumilikdə 3629 manatın qalan 3051 manatı onun tərəfindən ödənilmiş, Təqsirləndirilən şəxs isə nə mopedi nədə onun dəyərini ona ödəməmiş, nəticədə ona 3051 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və əlavə olaraq bildirir ki, 2020-ci ilin fevral ya mart ayında moped almışdır. Həmin mopedi icarə vermək niyyəti olmuş, Bünyad adlı tanışı vasitəsi ilə Təqsirləndirilən şəxs tanımışdır. Öz aralarında razılıq əldə etmişlər və mopedi Təqsirləndirilən şəxs 6-7 ay müddətində ödəməklə 2550 manata satmışdır. Günlük ödənişi təxminən 14 manat olmuşdur. Mopedin dəyəri isə təxminən 1800 manat civarında olmuşdur. Təqsirləndirilən şəxs ona təxminən 800 manat ödəniş etmişdir. Kənan əvvəlcə may-iyun ayınadək ardıcıl ödənişlər etmiş, daha sonra isə ödənişləri etməmiş və telefonunu söndürmüşdür. Sonra atası ilə əlaqə saxlamış, atası ödəniş edəcəyini bildirsə də bugündək ödəniş etməmişdir. Təqsirləndirilən şəxs ona 800 manat ödəniş etmiş, mopedlə qəza olduğu üçün sığortadan 650 manat almışdır. Hal-hazırda şikayətçidir. ***- **** manat civarında ödəniş edildiyi halda şikayətçi olmayacaqdır. (İİ epizod) Zərərçəkmiş şəxs5 oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən "xxxx" MMC-dən 1700 manat nağd pul ödəməklə qırmızı rəngli 2021-ci il istehsallı “Tufan M50” markalı moped almışdır. Həmin gün mopedi yaşadığı Lökbatan qəsəbəsinə aparmış çoxmərtəbəli binada yaşadığı üçün mopedi həyətdə saxlamalı olmuşdur. Həyətdə saxlanması və sürə bilməməsi səbəbindən mopedi sürmək fikrindən daşınmışdır. İki gün sonra mopedi satmaq üçün “Tap.Az”ticarət saytında elan yerləşdirərək 1700 manata nağd satışa qoymuşdur. Elə həmin gün ona Təqsirləndirilən şəxs ona ***-***-**-** nömrədən zəng daxil olmuş və mopedi kredit əsaslarla almaq istədiyini bildirmişdir. O, nağd satış etmək istədiyini bildirsə də, Kənan buna imkanının olmadığını, qabaqcadan 200 manat ödəməklə 06 ay müddətinə, ayda 450 manat ödəyəcəyi təklifini etdikdə, mopedin həyətdə oğurlana biləcəyindən qorxub Kənanla razılaşmışdır. Kənanla danışandan sonra, sonuncu xx.xx.2021-ci il tarixdə mopedi Babək prospektindəki “Kolizey” şadlıq sarayının yanına evakuatorla aparmış və orada Kənanla görüşmüşdür. Kənan ona ilkin olaraq 200 manat pul verib mopedi sürüb aparmışdır. Ara sıra onun Kənana göndərdiyi kart hesabına kiçik hesablar göndərmişdir. Təxminən beş ay müddətində ona cəmi 800 manat pul ödəmiş və bundan sonra yoxa çıxmış, zənglərinə cavab verməmişdir. Təxminən 5-6 ay Kənanı tapıb və əlaqə yarada bilməmişdir. Məcbur olub Kənanın yaşadığı Bakı şəhəri, Sabunçu qəsəbəsi, Maştağa qəsəbəsinə getmiş və orada Kənanın əmisi ilə görüşmüş, sonuncu da ona Kənanın yaxşı insan olmadığını bildirmişdir. O, vəziyyəti başa düşüb geri qayıtmış və sonra sosial şəbəkədə mopedçilər qrupunda, eləcədə dostları arasındakı əlaqələrdən ona Kənanın dələduz olması məlum olmuşdur. Kənan adlı şəxsin niyyətinin qabaqcadan onu aldatmaq olduğunu sonradan başa düşmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, əvvəllər o da kuryer işlədiyindən Təqsirləndirilən şəxsla dostluqları olmuşdur. Günü 10 manat ödəniş edilməsi və Təqsirləndirilən şəxs qalmamaq şərti ilə ona 5 ədəd moped vermişdir. Təqsirləndirilən şəxs da həmin mopedləri başqa şəxslərə verərək ortada bir miqdar gəlir əldə edirdi. 2-3 ay ödəniş olunsa da, daha sonra ödəniş olunmamışdır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mopedlərin beşini də aparıb lombarda qoymuş, oradan pul götürərək gətirib ona ödənişlər etmişdir. 3-4 aydan sonra Təqsirləndirilən şəxs tapa bilməmiş və həmin mopedlərin ödənişləri onun üzərində qalmışdır. O da həmin mopedlərin hər birinə hər ay 300 manat ödəniş etmiş, 5 ay Təqsirləndirilən şəxs yerinə ödəniş etmişdir. Daha sonra həmin mopedləri lombarddan çıxarmaq üçün özünə məxsus opel markalı maşını əvvəlcə lombarda qoyub 2200 manat pul götürmüş, sonra isə həmin avtomobili sataraq lombarda ödəniş etmiş, qalanını isə mopedlərin aylıq ödənişlərini etmişdir. Ona verilmiş suallara acavab olaraq mopedlərin hamısının hazırda ona qayıtdığını, ümumilikdə ona təxminən 8750 manat məbləğində ziyan dəydiyini, bu ziyanın avtomobilini satması, eyni zamanda mopedlərin aylıq ödənişlərinin edilməsi ilə əlaqədar yarandığını, mopedlərin lombarddan götürmək üçün təxminən 4800 manat məbləğində ödəniş etdiyini, sonra isə ödənişləri edə bilmədiyindən avtomobilini satdığını bildirmişdir. Daha sonra isə ona verilmiş suallara cavab olaraq mopedlərə görə isə nə qədər ödəniş etdiyini xatırlamadığını, mopedləri Kənana satmadığını, icarəyə verdiyini, özünə məxsus olmadığı üçün mopedləri Kənana satmağının mümkün olmadığını, Təqsirləndirilən şəxs dörd deyil beş ədəd moped verdiyini, hansı mopedləri verdiyini hazırda xatırlamadığını, beş ədəd mopedi Kənana verməsini təsdiq edəcək şahidlərinin olduğunu, məhkəmə iclasına tələsik gəldiyi üçün bunları dəqiləşdirmədiyini, növbəti məhkəmə iclasında Kənana verdiyi mopedlərin hansı mopedlər olmasını dəqiləşdirib deyəcəyini bildirmişdir. Lakin sonradan Zərərçəkmiş şəxs6 məhkəmə iclasına gəlməmiş, onun barəsində iki dəfə məcburi gətirilmə barədə qərar qəbul edilsə də icrası mümkün olmamışdır. (İİİ epizod) Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, 2020-2021ci il tarixlərdə lombardda işçi kimi işləmişdir. Təqsirləndirilən şəxs gətirib lombarda mopedlər qoymuş, həmin mopedlərin oğurluq olmasından xəbərləri olmamışdır. Daha sonra Bayram adlı şəxs gələrək həmin mopedlərin ona məxsus olduğunu bildirmiş və sənədlər göstərmişdir. Girov qəbul etdikləri zaman şəxsiyyət vəsiqələrini götürürmüş, mopedlərin isə sənədi olmamışdır. Kənan iki dəfə onların lombardına moped qoymuşdur. Bayramı isə sonradan tanımışdır. Lombarda gələrək mopedlərin sahibinin özü olduğunu, mopedləri ona qaytarmağımızı, lombardın da pulunun onun özünün verəcəyini bildirmişdir. Həmin vaxtı bir polis əməkdaşı bildirmişdir ki, mopedləri Bayrama qaytarsın o söz verir ki, lombardın pulunu Bayram gətirb ödəyəcəkdir. Ondan əvvəl Kənanın atası gəlib Bayramın şikayət etdiyi üçün mopedləri qaytarmasını xahiş etmişdir. Sonradan Nəsimi Rayon Polis İdarəsinin 20-ci bölməsindən maraqlanmışdır ki, Bayramın özü də dələduzun biridir. Mopedləri Bayrama qaytarsa da Bayram bunun müqabilində lombarda hər hansı vəsait ödəməmişdir. O orda işçi olduğu üçün həmin pulu da onun maaşından tutulmuşdur. Ortada 2000 manat yaxın ziyan olmuş həmin ziyan da onlara dəymişdir. Daha sonra onun ona verilmiş suallara cavab olaraq Kənanla Bayramla birlikdə gəlib gəlməməsini xatırlamadığını, Bayramın götürdüyü mopedlərə görə lombarda hər hansı ödəniş etmədiyini, Kənanın hal hazırda onlara borcunun olduğunu, təqdim edilmiş girov biletlərinin onların verdiyi girov biletləri olduğunu, girov biletlərindəki imzaların ona məxsus olduğunu, Kənanın lombarda neçə ədəd moped verdiyini dəqiq xatırlamadığını, lombard bağlandığı, borc siyahsısının olduğu dəfətin hal hazırda tapa bilmədiyindən məhkəməyə təqdim edə bilmədiyini, lombard bağlandığı üçün artıq heç kimdən borc tələb edilmədiyini, Bayramın neçə ədəd moped götürdüyünün, həmin mopedləri Kənan girov qoyarkən ona nə qədər pul verildiyinin dəqiq yadında qalmadığını, lakin Bayramın götürdüyü mopedlərə görə hər hansı ödəniş etmədiyini isə dəqiq xatırladığını, istintaqda 4800 manat məbləğində borcun lombarda Zərərçəkmiş şəxs6 adlı şəxsin ödəməsini və həmin mopedləri oradan götürməsi barədə ifadə verdiyini isə xatırlamadığını, çünki Bayramın onlara hər hansı pul vəsaiti ödəmədiyini dəqiq xatırladığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun iş yerinə yaxın yerdə yaşamış, oradan münasibətləri yaranmışdır. O, “Nama-48-2” markalı mopedini Kənanda olan başqa motosikletlə dəyişmişdir. Onun mopedinin qiyməti əslində 1800-2000 manat dəyərində olmuşdur. Sadəcə olaraq həmin moped işlənmiş moped olduğundan Kənanla 1400 manata razılaşmış, Kənan onun mopedini ondan 1400 manata razılaşaraq götürmüş və əvəzində ona 4000 manat dəyəri olan daha iri mühərrikli motosiklet vermişdir. Həmin motesikletin mühərrikinin həcmi 125 kub olmuşdur. Aralarında olan razılaşmaya əsasən Kənana 10 ay müddətinə 2500 manat verməli idi. Onun Kənana satdığı mopedi Kənan başqa şəxsə satarkən o da orda olmuş, bundan məlumatlı olmuş lakin hansı qiymətə satdığını bilməmişidir. Razılaşmaya əsasən qalan ödənişləri 10 ay ərzində tam ödədikdən sonra aldığı motosiklet onun adına keçirilməli idi. Həmin motosikleti təxminən 15 gün idarə etdikdən sonra Kənana geri qaytarmışdır. Geri qaytarmağının səbəbi də onu idarə etmək üçün özünün sürücülük hüququnun olmaması, həm də sonradan həmin motosikletin Kənana deyil, başqa şəxslərə, “əxilərə” məxsus olması olmuşdur. Mopedin Kənana məxsus olmamasını ona tanışları bildirmişdir. O, 15 gün motosikleti sürdükdən sonra Kənana geri qaytararaq ya verdiyi mopedi geri qaytarmasını ya da pulunun ona verilməsini istəmişdir. İstifadə etdiyi 15 günə görə Kənana hər hansı ödəniş etməmişdir. Lakin Kənan onun mopedini satdığını bildirib, ona bir neçə moped təklif etmişdir. Kənanın təklif etdiyi mopedlər yaxşı olmadığına görə, yəni onun verdiyi mopedin dəyərində olmadığına görə qəbul etməmişdir. 15 gün isə həvəsli olduğundan həmin motosikleti idarə etmişdir. Təqsirləndirilən şəxs onun mopedini satan zaman o Kənanın yanında olmuş, lakin mopedin neçəyə satılmasını bilməmişdir. Kənanın onun mopedini ələ keçirmək kimi planının olub-olmaması barədə hər hansı bir söz deyə bilməz. Kənana ondan aldığı motosikleti geri qaytarnda Kənan ona bir neçə moped təklif etsə də onun təklif etdiyi mopedləri rədd etmiş, daha sonra isə Kənan ona hər hansı moped təklif etməmiş və pulunu da ödəməmişdir. Hadisədən təxminən 2 il sonra bu barədə şikayət etmişdir. Ona verimiş suallara cavab olaraq Kənanın ilk dəfə ona təqdim etdiyi motosikletin yaxşı motosiklet olduğunu, özünün aylıq ödənişləri vaxtında ödəsə və motosikletin onun adına rəsmiləşdirlsəydi hazırda heç bir problemin olmayacağını, motosikletin adına keçirilməsi üçün özünün heç bir cəhd göstərmədiyini, bunun da səbəbinin motosikletin mühərrikinin həcminin iri olduğu üçün həmin motosikleti idarə etmək hüququnun olmadığı olmasını bildirmişdir. ( İV epizod) Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, özünə məxsus dəyəri 2000 manat olan mopedin günlük 12 manat olmaqla aylıq 360 manata Təqsirləndirilən şəxs icarəyə verilməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə razılaşma əldə etmişlər. Müqavilənin bir nüsxəsi onda, digər nüsxəsi isə Təqsirləndirilən şəxs qalmışdır. Təqsirləndirilən şəxs mopedi götürüb getmiş, təxminən 10-15 gün ödəniş etmiş, daha sonra isə ödəniş etməmişdir. Təxminən bir ay sonra bilmişdir ki, Kənan onu aldatmışdır. O mopedi idarə etmək üçün Kənana versə də, daha sonra müəyyən etmişdir ki, həmin mopedi başqa şəxsə satmışdır. Mopedini başqa şəxsdə gördüyü üçün həmin şəxsə yaxınlaşmış, həmin şəxs mopedi Kənanın ona satdığını bildirmişdir. Kənan və atası onlunla danışaraq qısa müddətdə vurulmuş ziyanı ödəyəcəklərini bildirmişlər, lakin hələ də ona ödəniş edilməmişdir. Kənanla mopedin günlük 12 manata icarəyə verilməsi ilə bağlı razılaşmaları olmuşdur. İcarə müddəti barədə isə razılaşmaları olmamış, Kənan istədiyi vaxtı həmin mopedi gətirib geri qaytara bilərdi. Həmin mopedin satılması barədə isə razılaşmaları olmamışdır. Ona həm mopedin öz dəyəri həm də aylıq icarə haqqı olaraq ümumilikdə 8000 manatdan çox ziyan dəymişdir. Kənan mopedi götürərkən ilkin olaraq 100 manat etdiyi ödəniş mopedi geri qaytarakən onun özünə qaytarılacaqdı. Həmin 100 manat ona görə əvvəldən götürülmüşdür ki, moped geri qaaytarılan zaman mopeddə nasazlıq olsa həmin nasazlıq aradan qaldırılsın. Əgər moped tam normal vəziyyətdə olsa isə həmin pul Kənanın özünə qaytarılacaqdı. Ona verilmiş suallara cavab olaraq isə ekspert tərəfindən ona məxsus 2020-ci il istehsallı «Tufan-CUB-50CC» markalı mopedə qoyulmuş 1600 manat qiymətlə razılaşdığını bildirmişdir. Sonda isə 2020-ci il istehsallı «Tufan-CUB-50CC» markalı mopedin Kənana icarəyə verilməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixli «İcarə Aktı»nı məhkəməyə təqdim edərək, hazırda təqsirləndirilən şəxslə barışmadığını, ona dəymiş ziyanın ödənilmədiyini bildirmişdir. (V epizod) Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəldən tanımış, onlar bir yerdə işləmişlər. Təqsirləndirilən şəxs bir dəfə ona zəng edərək özü üçün motosiklet almalı olduğunu bildirmiş və ondan borc pul istəmişdir. O da 250 manat pul göndərmiş, Təqsirləndirilən şəxs da həmin pulu bir həftəyə qaytaracağını bildirsə də qaytarmamışdır. Daha sonra ona borcunu qaytarmaq üçün zəng edəndə bir işinin olduğunu, onu həll etdikdən sonra qaytaracağını bildirmişdir. Sonra ona yənə pul lazım olduğunu bildirdiyi üçün yenidən 350 manat ödəmə aparatı ilə ona pul göndəridyini, lakin həmin pulu da qaytarmadığını bildirmişdir. Ümumilikdə ona 600 manat pul göndərmişdir. Ona verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ondan pulu borc olaraq aldığını, alqı-satqı və ya mopedlə bağlı aralarında heç bir razılaşma olmadığını, bundan əvvəl də 150 manat borca pul aldığını, həmin pulu 190 manat olaraq ona geri qaytardığın, sonuncu dəfə göndərdiyi ümumilikdə 600 manat pulu isə ona qaytarmadığını bildirmişdir. İbtidai istintaqdakı ifadəsi ilə məhkəmə iclasında verdiyi ifadə arasında ziddiyətlər olduğundan onun ifadəsi elan edilmiş, lakin o istintaq zamanı hazırda elan edilən ifadəsində göstərilən məzmunda ifadə vermədiyini, sadəcə müstəntiqin ona həmin sənədi imzalamaq lazım olduğunu bildirdiyi üçün oxumadan imza etdiyini bildirmişdir. (Vİ epizod) Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, biznes məqsədi ilə öznə məxsus “RKS Blazer” markalı moped barədə “Tap.az” saytında elan yerləşdirmiş və Təqsirləndirilən şəxs ona müraciət etmiş, Kənanı da ordan tanımışdır. Mopedini günü 10 manata Təqsirləndirilən şəxs icarəyə vermişdir. Aralarında olan razılaşmaya əsasən 11 aylıq ödənişin tamamında moped Təqsirləndirilən şəxs qalacaqdı. Mopedin qiyməti 1600 manat olmuşdur. Mopedi Kənana 19 may 2022-ci il tarixdə vermiş, ondan sonra Kənan ona hər hansı günlük icarə haqqı verməmişdir. Ona zənglər etsə də zənglərinə cavab verməmiş, məcbur qalıb mopedi verəndən 6-7 ay sonra, təxminən 2022ci ilin sonlarında polisə şikayət etmişdir. Ona günlük icarə haqqı kimi ümumilikdə 2200 manat pul ödənməli idi. Kənanı polisə gətiriləndən sonra atası ilə danışıb verdiyi mopedi qaytardığı halda günlük icarə haqlarını istəməyəcəyini bildirmişdir. Daha sonra onun mopedini olduğu kimi özünə qaytarmışlar və o da Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbinin olmaması barədə istintaqa ərizə təqdim etmişdir. Hazırda ona vurulumuş ziyan tam şəkildə ödənilmişdir, Kənan Daşdaşova qarşı hər hansı şikayət və tələbi yoxdur. Şikayət və tələbinin olmaması və onun cinayət məsuliyyətinə cəlb edilməsini istəməməsi barədə ərizəsini məhkəməyə təqdim etmişdir. (Vİİ epizod) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə AR CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. (cild 1, i.v 1) xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Əliyev X8 RPİ-nin 6-cı Polis Bölməsinə müraciət edərək Təqsirləndirilən şəxs yalandan vəd verib, onu aldatmaqla mopedini alıb ələ keçirməsi ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (cild 1, i.v 6) xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsinə dair qərardan görünür ki, Zərərçəkmiş şəxs7 müraciəti əsasında toplanmış material üzrə Binəqədi RPİ-nin 6-cı PB-nin baş təhqiqatçısı polis mayoru Kamandar Ələsgərov tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar əsassız və qanunsuz olduğuna görə ləğv edilmiş və material əlavə araşdırma aparılması üçün Binəqədi RPİ-nin İŞ-nə göndərilmişdir. (cild 1, i.v 19-20) xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Qafarov X3 RPİ-nə müraciət edərək, Təqsirləndirilən şəxs ona məxsus 2020-ci il istehsallı “Nama”markalı mopedini dələduzluq yolu ilə ələ keçirərək, ona 3041 manat məbləğində maddi ziyan vurmasını bildirmişdir. (cild 1, i.v 29) xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Kərimli X5 RPİ-nə müraciət edərək, Təqsirləndirilən şəxs ona məxsus «Nama» markalı mopedini icarə adı ilə alıb ələ keçirmsəini, sonradan həmin mopedi başqasına sataraq, ona 1800 manat məbləğində maddi ziyan vurmasını bildirmişdir. (cild 1, i.v 32) xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Qurbanov X9 RPİ-nə müraciət edərək, Təqsirləndirilən şəxs onu aldadaraq ona 600 manat ziyan vurmasını bildirmişdir. (cild 1, i.v 35) xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Nağıyev X6 RPİ-nə müraciət edərək, Təqsirləndirilən şəxs ona məxsus «Tufan-Cub 50CC» markalı mopedini icarə adı ilə alıb ələ keçirməsini, sonradan həmin mopedi başqasına sataraq, ona 2000 manat məbləğində maddi ziyan vurmasını bildirmişdir. (cild 1, i.v 38) xx.xx.2023-cü il tarixli “Zərər çəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. (cild 1, i.v 44-45) xx.xx.2023-cü il tarixli “Zərər çəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. (cild 1, i.v 64-65) xx.xx.2023-cü il tarixli “Zərər çəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs3 cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. (cild 1, i.v 77-78) xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə əməlin tövsif olunması haqqında” qərardan görünür ki, cinayət işi üzrə ictimai təhlükəli əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif olunmaqla istintaq davam etdirilmişdir. (cild 1, i.v 89-90) xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs6 Binəqədi RPİ-nə müraciət edərək, Təqsirləndirilən şəxs ona məxsus bir neçə ədəd mopedləri icarə adı ilə alıb ələ keçirməsini, sonradan həmin mopedləri başqalarına sataraq, ona 8650 manat məbləğində maddi ziyan vurmasını bildirmişdir. (cild 1, i.v 96) xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs5 Bİnəqədi RPİ-nə müraciət edərək, Təqsirləndirilən şəxs ona məxsus tərəfindən etibarından-sui-istifadə etmə və aldatma yolu ilə xx.xx.2021-ci il tarixdə, 2021-ci il istehsallı «Tufan-M50» markalı mopedini icarə adı ilə alıb ələ keçirməsini, sonradan həmin mopedi başqasına sataraq, ona 1600 manat məbləğində maddi ziyan vurmasını bildirmişdir. (cild 1, i.v 99) xx.xx.2023-cü il tarixli “Zərər çəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs4 cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. (cild 1, i.v 100-101) xx.xx.2023-cü il tarixli “Zərər çəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs5 cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. (cild 1, i.v 113-114) xx.xx.2023-cü il tarixli “Zərər çəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs6 cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. (cild 1, i.v 131-132) xx.xx.2023-cü il tarixli “Zərər çəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs7 cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. (cild 1, i.v 144-145) xx.xx.2023-cü il tarixli “Şəxsin şübhəli şəxs qismində tutulması və tutulması üçün barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması, tutulması üçün barəsində axtarış elan edilmişdir. (cild 1, i.v 156-157) xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə icraatın dayandırılması barədə” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq aparılan ********* nömrəli cinayət işinin icraatı CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. (cild 1, i.v 159-160) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17.00-da tutulmuşdur. (cild 1, i.v 163) xx.xx.2023-cü il tarixli “Cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilməklə ibtidai istintaqın davam etdirilməsi qərara alınmışdır. (cild 1, i.v 164-165) xx.xx.2023-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulması qərara alınmışdır. (cild 1, i.v 180-182) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (cild 1, i.v 194-197) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-75/2023 nömrəli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli tutulduğu vaxtdan yəni, xx.xx.2023cü il tarixdən saat 17.00-dan hesablanmışdır. (cild 1, i.v 225-229) xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs7 ona vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar ibtidai istintaqı həyata keçirən müstəntiqə ərizə təqdim etmişdir. (cild 1, i.v 235) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-262/2023 nömrəli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (cild 2, i.v 27-29) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/1805 nömrəli rəyindən görünür ki, mopedlərin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq qərarda göstərilən tarixlərə olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 13800,00 manat müəyyən edilir. Həmin mopedlərin ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hisəsində gəöstərilmişdir. Qeyd: Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil etmişdir. (cild 2, i.v 31-34) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş Zərərçəkmiş şəxs6 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin onun üzünə qarşı dediklərini təsdiq edərək, bir daha əməlini etiraf etmişdir. (cild 2, i.v 52-54) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş Zərərçəkmiş şəxs4 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin onun üzünə qarşı dediklərini təsdiq edərək, bir daha əməlini etiraf etmişdir. (cild 2, i.v 55-57) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş Zərərçəkmiş şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin onun üzünə qarşı dediklərini təsdiq edərək, bir daha əməlini etiraf etmişdir. (cild 2, i.v 58-60) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş Zərərçəkmiş şəxs3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin onun üzünə qarşı dediklərini təsdiq edərək, bir daha əməlini etiraf etmişdir. (cild 2, i.v 61-62) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin onun üzünə qarşı dediklərini təsdiq edərək, bir daha əməlini etiraf etmişdir. (cild 2, i.v 63-65) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş Zərərçəkmiş şəxs7 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin onun üzünə qarşı dediklərini təsdiq edərək, bir daha əməlini etiraf etmişdir. (cild 2, i.v 66-67) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş Zərərçəkmiş şəxs5 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin onun üzünə qarşı dediklərini təsdiq edərək, bir daha əməlini etiraf etmişdir. (cild 2, i.v 68-70) xx.xx.2023-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. (cild 2, i.v 86-89) xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 ədəd “A4” formatlı kağız vərəqədə əl yazma ilə tərtib olunmuş təhvil-təslim aktı iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 2, i.v 71-83) xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (cild 1, i.v 237) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-361/2023 saylı hazırlıq iclasının qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Zərərçəkmiş şəxs7 məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir, ona qarşı hər hansı şikayət və tələbi yoxdur, onun cinayət məsuliyyətinə cəlb edilməsini istəmir və ərizəsinin nəzərə alınmasını xahiş edir. Təqsilrəndirilən şəxs tərəfindən təqdim edilmiş 53 ədəd ödəniş çeklərindən görünür ki, 2021-2022-ci illər ərzində hissə-hissə olmaqla 54174*******6311 saylı kart hesabına ümumilikdə 1350 manat, 53743****2626 saylı kart hesabına 170 manat və 46138****7251 saylı kart hesabına 60 manat pul vəsaiti köçürülmüşdür. Binəqədi Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli 1(001)-26/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs verilmiş ittihamın zəzərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 qarşı 3051 manat dələduzluq epizodu və Zərərçəkmiş şəxs5 qarşı 900 manat dələdzuluq epizodu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti bitdiyindən həmin epizodlar üzrə ona qarşı cinayət təqibinə xitam verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irlə sürülmüş ittihamın 4-cü və 6-cı epizodları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin tərkibinin olması ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CM-nin 178.1-ci madddəsinin dispozisiyasına görə dələduzluq - şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsidir. Maddənin dispozisiyasının mənasına görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir (yəni əmlak ələ keçirilir, qarşılığında isə heç nə vəd edilmir). Dələduzluq - cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Odur ki, əmlakı sahibliyinə keçirərkən (məsələn, razılaşmaya əsasən, müqaviləyə əsasən) şəxsdə aldatma, etibardan sui-istifadə etməklə əmlakı əvəzsiz olaraq ələ keçirmə kimi niyyətlərin olmaması, sonrakı dövrdə əmlak, yaxud əmlakın əvəzi hər hansı bir səbəbdən mülkiyyətçiyə qaytarılmadıqda şəxsin belə hərəkət etməsi CM-nin 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülki hüquqi pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin subyektindən dələduza çevirmir. Şəxsin özgə əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyəti olmadığı halda həmin əmlak barəsində sahibkarla sövdələşmə zamanı onu bu cür razılaşmanı bağlamağa sövq etmək üçün yalandan istifadə etməsi də şəxsin əməlində dələduzluq cinayətinin tərkibinin olmasına dəlalət etmir. Çünki belə vəziyyətdə şəxs qarşı tərəfi əmlakdan məhrum etmək niyyətində olmadığından, onun istifadə etdiyi yalan əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə deyil, müstəsna olaraq sövdələşmənin baş tutmasına yönəlmiş olur və yalnız bu məqsədə xidmət edir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs 4-cü epizod üzrə ittiham ona görə verilmişdir ki, o təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 etibarından suiistifadə edərək, sonuncuya məxsus 2020-ci il istehsallı «NAMA-48-2» markalı mopedi 1800 (bir min səkkiz yüz) manat məbləğində alcağına dair yalandan vəd verib aldadaraq inandırmış, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində həmin mopedi alıb ələ keçirdikdən sonra, istintaqa məlum olmayan şəxsə sataraq, Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X10 ilə zəzərçəkmiş şəxs Zərərçəkmiş şəxs3 arasında 4000 manat dəyərində motosiklet ilə Kərmili Sərxanın mopedinin dəyişməsi barədə razılaşma əldə edilmiş, razılaşmaya əsasən Zərərçəkmiş şəxs3 məxsus moped 1400 manat qiymətəndirilərək Təqsirləndirilən şəxs təqdim edilmiş, bunun müqabilində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 4000 manat dəyərində olan motosiklet təqdim etmiş, əlavə olaraq Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs 10 ay müddətinə ümumilikdə 2500 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Qeyd edilən motosiklet Zərərçəkmiş şəxs3 təqdim edildikdən sonra sürücülük hüququ olmasa da həmin motosikleti 10 gündən artıq müddətdə idarə etmiş, daha sonra həmin motosikleti sürücülük hüququnun olmamasını və mühərrikinin həcminin çox olmasını bəhanə gətirərək Kənan Dadaşa geri qaytararaq ona verdiyi, Təqsirləndirilən şəxs da həmin mopedi başqa şəxsə satdığını bildiyi halda öz mopedini tələb etmiş, həmin moped artıq movcud olmadığından Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 bir neçə moped təqdim etmiş, lakin Zərərçəkmiş şəxs3 həmin mopedləri bir neçə gün idarə etdikdən sonra geri qaytarmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs3 arasında moped və motosikletin dəyişdirilməsinə dair mülkü münasibətlər olmuşdur. Həmin mopedlə motosiklet dəyişdirilərkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 pulunu və ya əmlakını ələ keçirmək niyyəti olmamış, 1400 manat dəyərində mopedi götürərək əvəzində 4000 manat dəyərində motosikleti Zərərçəkmiş şəxs3 təqdim etmiş, Zərərçəkmiş şəxs3 isə üzərinə 10 ay müddətində Təqsirləndirilən şəxs 2500 manat vəsait ödəmək öhdəliyi götürmüşdür. Göründüyü kimi Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 arasında Mülki Məcəllənin 31-ci fəslində nəzərdə tutulmuş “Dəyişdirmə” müqaviləsindən irəli gələn mülki münasibətlər yaranmışdır. Yəni həmin hadisədə cinayət hadisəsi mövcud deyildir, şəxslər arasında olan münasibətlər dəyişdirmə müqaviləsindən irəli gələn mülki münasibətlərdir. Bundan başqa Təqsirləndirilən şəxs 6-cı epizod üzrə ittiham ona görə verilmişdir ki, o təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək, sonuncuya özünə məxsus 2000 manat dəyərində «TUFAN-CUB-50CC» markalı mopedinin olması barədə yalandan məlumat verərək, həmin mopedi dəyərindən 500 manat aşağı satacağına dair yalandan vəd verib aldadaraq inandırmış, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən mağazada olan terminal vasitəsilə kart hesabına göndərilmiş 400 manat və xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektində yerləşən «Çinar-Plaza» biznes mərkəzinin qarşısında 200 manat məbləğində nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərməklə, verdiyi vədinə əməl etmyərək, Zərərçəkmiş şəxs4 ümumilikdə 600 (altı yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Lakin məhkəmə araşdırması zamanı Zərərçəkmiş şəxs4 bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəsini oxumadan müstəntiq tərəfindən həmin ifadəni imzalamaq lazım olduğunu bildirdiyi üçün imzalamışdır. Onun məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsindən isə müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs ittihamda qeyd edildiyi kimi şəxsin pulunu ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 yalandan dəyərindən aşağı qiymətə hər hansı mopedi satacağına dair və ya hər hansı başqa vəd verməmiş, Təqsirləndirilən şəxs özünə motosiklet alan zaman tanışı kimi Zərərçəkmiş şəxs4 borc pul almışdır. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs4 arasında daha əvvəl də borc münasibətləri olmuş, şəxs aldığı əvvəlki borcu qaytarmışdır. Lakin sonuncu aldığı borcu isə qaytarmamışdır. Göründüyü kimi bu epizod üzrə də onlar arasında Mülkü Məcəlləsinin 37-ci fəsli ilə tənzimlənən borc münasibətləri yaranmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 pulunu ələ keçirmək üçün ona yalandan hər hansı vəd verib onun pulunu dələduzluq yolu ilə ələ keçirməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın 4-cü və 6-cı epizodları üzrə cinayət hadisəsi mövcud deyildir, həmin epizodlarda göstərilənlər mülki xarakterli münasibətlərdir və cinayət hadisəsi olmadığından təqsiləndirilən şəxsə həmin epizodlar üzrə bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin məzmunundan aydın olduğu kimi şəxsin CM-nin 178.2.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməli olması haqqında nəticəyə gəlmək, yəni törədilmiş əməlin göstərilən maddə ilə tövsif edilməsi üçün ilk öncə dələduzluq əməlinin təkrar törədilməsi halının mövcudluğu müəyyən edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Qasımov Azərbaycana qarşı" iş üzrə 10 noyabr 2016-cı il tarixli Qərarında qeyd edir ki, “Bu nəticə yox vasitə öhdəliyidir. Dövlət orqanları hadisə ilə bağlı sübutları toplamaq üçün ağlabatan addımlar atmalıdırlar. Hansı üsuldan istifadə edilməsindən asılı olmayaraq dövlət orqanları onların diqqətinə çatdırılan məsələ barədə öz təşəbbüsləri ilə tədbirlər görməlidirlər. Bundan əlavə təcrübədə cavabdehliyin təmin edilməsi üçün istintaq və onun nəticələri üzərində kifayət qədər ictimai nəzarət elementi olmalıdır”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit sedilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X11 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə, 4-cü və 6-cı epizodlar üzrə hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə onun təqsirliliyini təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü CPM-nin 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda, CPM-in 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda; CPM-in 42.1.3-cü maddəsinə əsasən cinayətin törədilməsinə aidiyyəti olmadıqda; CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-nin 42.2.1-ci maddəsinə əsasın həmin Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda bəraət hökmü çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın 4-cü və 6-cı epizodları üzrə cinayət hadisəsi mövcud deyildir, həmin epizodlarda göstərilənlər mülki xarakterli münasibətlərdir və təqsiləndirilən şəxsə həmin epizodlar üzrə bəraət verilməlidir. Bununla belə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs7 ilə bağlı epizodlar üzrə məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, həmin zərər çəkmiş şəxslərin və həmin zərərçəkmiş şəxslərlə bağlı şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs7 dair epizodlar üzrə cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, tövsifə hər hansı bir təsir etməsə də təqsirləndirilən şəxsə verilmiş ittihamdan 1-ci və 2-ci epizodlar üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyi üçün cinayət təqibinə Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə xitam verildiyindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6a 2021-ci ilin mart, aprel aylarında ümumilikdə 7400 (yeddi min dörd yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi epizodundan təkralıq müddəası da çıxarılmalıdır. Bundan başqa təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın 3-cü epizodu üzrə vurulmuş ziyanın həcmi 7400 manat olduğundan onun əməli Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilməli olduğundan, həmin əmələ görə Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsində nəzərdə tutulmuş yeddi ilik cəlbetmə müddəti keçmədiyindən 3-cü epizoddan sonra olan epizodlar üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətləri vurulmuş ziyanın həcmindən aslı olaraq 178.1-ci maddə ilə ayrı-ayrılıqda deyil, 178.2.2-ci maddədə qeyd edilən təkrarlıq əlaməti kimi götürülməli və cəlbetmə müddəti də CM-nin 75.1.2-ci maddəsinə əsasən yeddi il hesab edilməli olması Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında ətraflı şəkildə əsaslandırıldığından hazırkı hökümdə həmin əsaslandırmanı geniş şəkildə təkrar göstərərək hökmün mətinin ağırlaşdırılmasına məhkəmə lüzum görmür. Beləliklə məhkəmə hesab edir ki, təqəsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamın 3-cü, 5-ci və 7-ci epizodlarında göstərilən cinayət əməllərini törətmişdir və onun həmin əməlləri CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs7 vurulmuş ziyanı tam olaraq ödəməsini, zərəçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmamasını, digər zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs6 mopedlərinin hazırda onun özünə geri qayıtmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsinə baxaraq, cəzasını, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, təqsili bilindiyi üç epizoddan biri üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs7 vurulmuş ziyanı tam olaraq ödəməsini, zərəçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmamasını, digər epizod üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs6 mopedlərininin hazırda zərəçəkmiş şəxsə qaytarılmasını, təqsiləndirilən şəxsin xx.xx.2023-cü ildən hazırkı tarixədək həbsdə saxlanılmasını nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə azadlığının məhdudlaşdırılması cəzası təyin etməklə cəzanın məqəsinə nail olmaq mümkündür. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olması ilə yanaşı cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-75/2023 nömrəli qərarı ilə barəsində 02 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-262/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Eyni zamanda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-361/2023 saylı hazırlıq iclasının qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmış və şəxs hazırkı tarixədək həbsdədir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun 28 yanvar 2023-cü il tarixdən hazırkı tarixədək həbsdə saxlanıldığı 1 (bir) il, bir (bir) ay, 16 (on altı) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla 2 il 3 ay 2 gün, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İlqar Həsənov küçəsi, ev 7-də yerləşən yaşayış yerini gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzası cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması təyin ediləcəyindən və həmin cəzanı yaşayış yeri üzrə çəkməli olduğundan barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclası zalından azad edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər tərəfindən cinayət hadisəsi nəticəsində vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət olunmamışdır. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslərə cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “A4” formatlı kağız vərəqədə əl yazma ilə tərtib olunmuş təhvil-təslim aktı cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, cinayət işinin materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 85 (səksən beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət işinin materialları ilə tanış olmaqla təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 85(səksən) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 85(səksən beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 510 (beş yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 42, 344-349, 350-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona üç (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 yanvar 2023-cü il tarixdən hazırkı tarixədək həbsdə saxlanıldığı 1 (bir) il, bir (bir) ay, 16 (on altı) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla 2 il 3 ay 2 gün , ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 8 (səkkiz) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad edilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İlqar Həsənov küçəsi, ev 7-də yerləşən yaşayış yerini gecə saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və cəzanın icrası onun yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Zəzərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qarşı dələduzluq cinayət əməllərinin törətməsi ilə bağlı Təqsirləndirilən şəxs verilmiş ittihamlar üzrə Təqsirləndirilən şəxs bəraət verilsin. İş üzrə sübut kimi tanınmış 01 ədəd “A4” formatlı kağız vərəqədə əl yazma ilə tərtib olunmuş təhvil-təslim aktı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə zərərçəkmiş şəxslərə cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 510 (beş yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-26/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-26/2024
15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver