Məhkəmə qərarları › İş №1(001)-260/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-260/2021

02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-260/2021 02.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Naxçıvan MR, Şərur rayonu, Ş.Məmməd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, «xxxx» MMC-də çilingər vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Danyeri ərazi dairəsi, Danyeri kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədəndə yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 29,177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyəti ilə neft kəmərlərinə münasibətdə özgənin əmlakını gizli talamaq məqsədi ilə 23 yanvar 2021-ci il tarixdə saat 22:00 radələrində 29 sentyabr 2004-cü il tarixində imzalanmış Azərbaycan Respublikasında Binəqədi, Qirməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandaq və Sianşor neft yataqlarının daxil olan blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş üzrə Podratçıların adından neft-qaz əməliyyatlarının aparılması üçün əməliyyat şirkəti qismində fəaliyyət göstərən Zərərçəkmiş şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının istifadəsinə verilmiş kontrakt sahəsinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən ərazisinin 3-cü sahəsində «Bakı Neft Emalı» zavodunadək xam neft məhsulunun hasil edildiyi diametri 110 mm olan dəmir borunun üzərində özü ilə gətirdiyi drel ilə 5 mm ölçüdə dəlik açıb oradan hər 01 barelin qiyməti 80 (səksən) manat olmaqla 240 (iki yüz qırx) manat dəyərində 03 barel xam nefti özü ilə gətirdiyi çəllək və kanistrə yığıb gizli talayan zamanı həmin vaxt ərazidə olan naməlum şəxslərin onu görəcəyindən ehtiyatlanıb cinayətdə istifadə etdiyi əşyaları kənara qoyub bir qədər gözləmiş və qısa müddət ərzində Zərərçəkmiş şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının işçilərinin hadisə yerinə gəldiyindən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialına ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluğa cəhd etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 29,177.2.3-2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, qardaşı Məhəmməd 2014-cü ildə rəhmətə getdiyindən qardaşının iki az yaşlı uşağı onun himayəsində qalmış və ailəyə yeganə qazanc gətirən şəxsdir. O, maddi imkanı olmadığı üçün qaz pulu, işıq pulu və sair kommunal xərcləri ödəməkdə çətinlik çəkmişdir. Bu səbəbdən o, yaşadığı evin yaxınlığında yerləşən Dövlət Neft Şirkətinin neft buruğundan qaz çıxdığını düşünüb oradan yaşadığı evin soyuq günlərdə istiliyini təmin etmək üçün qaz çəkmək qərarına gəlmişdir. O, usta işlədiyi üçün evdə özünə məxsus dreli götürüb 23 yanvar 2021-ci ildə saat 22 radələrində həmin yerdə olan boruya yaxınlaşıb borunu deşmiş və bu zaman borudan neft təzyiqlə yerə axmağa başlamışdır. O, ətrafa baxıb açdığı deşiyi bağlamağa bir şey tapa bilməmiş və yaşadığı evə gedərək 200 litrlik çəlləyi, bir ədəd 20 litrlik boya qabını, bir ədəd balaca 20 litrlik bidonu, qıf və qara rezin borunu, bir ədəd deşiyi bağlamaq üçün şurup götürüb yenidən həmin yerə qayıtmışdır. O, geri qayıdan kimi özü ilə götürdüyü şurupla deşiyi bağlamış və borudakı deşikdən axan neftin qarşısını kəsmişdir. Yerə yığılan nefti isə boya qabına yığıb göy rəngdə olan 200 litrlik çəlləyə doldurmuşdur. O, həmin zaman bir nəfərin yoldan keçdiyini görüb, həmin şəxsin onu görəcəyindən ehtiyat etdiyi üçün özü ilə apardığı qıfı, boya qabını, balaca bidonu və borunu götürüb yaşadığı evin yanında olan boş həyətə qoymuşdur. Bundan bir müddət sonra o, Neft Şirkətinin işçilərinin həmin yerə gəlməsini və orada təmir işi ilə məşğul olmalarını görmüşdür. 26 yanvar 2020-ci ildə polis əməkdaşları onu saxlayıb bölməyə gətirmiş və o, törətdiyi əməli etiraf etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun niyyət həmin borudan yaşadığı evə qaz xətti çəkmək olmuş, lakin oradan neft çıxdığı və yerə dağıldığı üçün o, yerə dağılmış nefti yığaraq satmaq istəmişdir. İfadəsinin yerində yoxlanılması zamanı müstəntiq tərəfindən götürülmüş bir ədəd iri plastik butulkanın üst hissəsinin kəsiyi, bir ədəd üzərində «KSM» yazısı olan boya qabı, bir ədəd qara rəngli kanistr, bir ədəd qara rəngli şlanq kəsiyi və hadisə yerində qoyub getdiyi bir ədəd göy rəngli çəlləyin onun üçün dəyəri yoxdur və qaytarılmasını istəməmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır, cinayət hadisəsi nəticəsində dəymiş ziyanı tamamilə ödəmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 29,177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, 23 aprel 2019-cu il tarixdən etibarən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi şosesi, mədən 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialında hüquqşünas vəzifəsində işləyir. 29 sentyabr 2004-cü il tarixində imzalanmış Azərbaycan Respublikasında Binəqədi, Qirməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandaq və Sianşor neft yataqlarının daxil olan blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş üzrə Podratçıların adından neft-qaz əməliyyatlarının aparılması üçün əməliyyat şirkəti qismində fəaliyyət göstərən Zərərçəkmiş şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının istifadəsinə verilmişdir. 23 yanvar 2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının istifadəsinə verilmiş kontrakt sahəsinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən ərazisinin 3-cü sahəsində «Bakı Neft Emalı» zavodunadək xam neft məhsulunun hasil edildiyi diametri 110mm olan dəmir borunun üzərində xam neftin oğurlanması məqsədi ilə naməlum şəxs (şəxslər) tərəfindən 5mm ölçüdə dəliyin açılması və dəlikdən xam neftin əraziyə dağılması aşkar edilmişdir. Həmin fakt aşkar edildikdən dərhal sonra müvafiq qurumlara məlumat verilmiş və şirkət tərəfindən qısa zaman ərzində neft xətti bərpa edilmişdir. Baş vermiş hadisə nəticəsində şirkətə 240 manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının işçiləri tərəfindən götürülmüş üzərində «Valvoline» yazısı olan göy rəngli çəlləyin içərisində olan neft məhsulu torpaqla qarışdığı üçün dəyərsizdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs şirkətinə dəymiş 240 (iki yüz qırx) manat məbləğində maddi ziyan tam şəkildə ödənilmiş, lakin şirkət olaraq Təqsirləndirilən şəxs şikayətçidirlər. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 11 ildir Zərərçəkmiş şəxs Şirkətində müxtəlif vəzifələrdə işləmiş, hal-hazırda 7 ildir ki, növbə rəisi vəzifəsində işləyir. İşinin mahiyyəti şirkət ərazisində yerləşən neft quyularına və həmin ərazilərdən keçən neft boru kəmərlərinə, həmçinin neft quyularının ətraflarında quraşdırılmış avadanlıqlara nəzarəti həyata keçirirməkdir. Belə ki, 23.01.2021-ci il tarixdən 24.01.2021-ci il tarixinə keçən gecə növbədə olduğu zaman şirkətin 2-ci mədən 3-cü sahəsində Bakı Neft Emalı Zavoduna çəkilən və içərisindən xam neft məhsulu axan 110 mm-lik boru kəmərinin həmin ərazidə yoxlama aparan növbətçi operator Şahid2 tərəfindən təxminən 5 mm ölçüdə deşilməsi və həmin açılan dəlik vasitəsi ilə xam neft məhsulunun təxminən 300 litr həcmdə itkiyə getməsi haqda mənə məlumat verilmişdir. O, dərhal hadisə yerinə gəlmiş və orada kəmərdə dəlik açıldığını, xam neftin bir hissəsinin yerə axıtdığını, bir hissəsinin isə göy rəngli çəlləyə yığılaraq hadisə yerində qoyulduğunun şahidi olmuşdur. O, dərhal bu barədə şirkət rəhbərliyinə məlumat vermiş və DİN-in 102 xidməti zəng mərkəzi sisteminə zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər. Sonra şirkətin müvafiq əməkdaşları gələrək ərazidə və kəmərdə bərpa işləri aparmışlar. Hadisə yerində aşkar edilmiş içərisində xam neft olan göy rəngli çəllək götürülərək şirkətin həyətinə gətirilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26.01.2021-ci il tarixli qərardan görünür ki, 23 yanvar 2021-ci il tarixdə Zərərçəkmiş şəxs şirkətinin saziş ərazisi hesab edilən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən ərazisindən «Bakı Neft Emalı» zavodunadək xam neft məhsulunun hasil edildiyi diametri 110mm olan dəmir borunun üzərində 5mm ölçüdə dəlik açılaraq, 300 litr həcmində xam neftin itkiyə getməsinə dair Binəqədi RPİ 43-cü PB-də toplanmış material üzrə CM-in 29,177.2.3-2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 23.01.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 23.01.2021-ci il tarixdə olan oğurluq hadisəsi Zərərçəkmiş şəxs» şirkətinin saziş ərazisi hesab edilən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən ərazisinin 3-cü sahəsində baş vermişdir. 26.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2021-ci il tarixdə saat 23:40-da şübhəli şəxs qismində tutulmuşdur. 28.01.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə əməl CM-in 177.2.3-cü maddəsindən həmin Məcəllənin 29,177.2.3-2-ci maddəsinə tövsif edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.01.2021-ci il tarixli, 4(001)-93/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək, sonuncu dərhal həbsdən azad edilmişdir. 29.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə alınmış iltizamdan görünür ki, Nümayəndə iş üzrə icraat yekunlaşanadək Zərərçəkmiş şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının işçiləri tərəfindən götürülmüş üzərində «Valvoline» yazısı olan göy rəngli çəlləyin şirkətin inzibati binasında saxlanılması üçün öhdəlik götürmüşdür. 12.04.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 26.04.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmiş və istintaq hərəkəti zamanı içərisində xam neftin izləri olan 01 ədəd iri plastik butulkanın üst hissəsinin kəsiyi, içərisində xam neftin izləri olan 01 ədəd üzərində «KSM» yazısı olan boya qabı, içərisində və üzərində xam neftin izləri olan 01 ədəd qara rəngli kanistr və 01 ədəd qara rəngli şlanq kəsiyi iş üçün əhəmiyyət kəsb etdiyinindən maddi sübut kimi götürülmüşdür. 26.04.2021-ci il tarixli qərardan görünür ki, içərisində xam neftin izləri olan 1 (bir) ədəd iri plastik butulkanın üst hissəsinin kəsiyi, içərisində xam neftin izləri olan 1 (bir) ədəd üzərində «KSM» yazısı olan boya qabı, içərisində və üzərində xam neftin izləri olan 1 (bir) ədəd qara rəngli kanistr və 1 (bir) ədəd qara rəngli şlanq kəsiyi iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, həmçinin üzərində «Valvoline» yazısı olan göy rəngli çəllək maddi sübut kimi tanınmış və saxlanması üçün Zərərçəkmiş şəxs» şirkətinin Azərbaycan Respublikasındakı filialının inzibati binasına təhvil verilmişdir. 26.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 29,177.2.3-2-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. 02.06.2021-ci il tarixli iş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə tərəfindən məhkəmə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən şirkətə vurulmuş 240 (iki yüz qırx) manat məbləğində maddi ziyan tam ödənilmiş, lakin şirkət olaraq Təqsirləndirilən şəxs şikayətçidirlər. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 29,177.2.3-2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 29,177.2.3-2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 29,177.2.3-2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədəndə yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə baxışı zamanı iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 26 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.01.2021-ci il tarixli, 4(001)-93/2021 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək, dərhal həbsdən azad edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 26 yanvar 2021-ci il tarixdən 29 yanvar 2021-ci il tarixədək, 3 (üç) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 26 yanvar 2021-ci il tarixdən 29 yanvar 2021-ci il tarixədək tutulduğu 3 (üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan içərisində xam neftin izləri olan 1 (bir) ədəd iri plastik butulkanın üst hissəsinin kəsiyi, içərisində xam neftin izləri olan 1 (bir) ədəd üzərində «KSM» yazısı olan boya qabı, içərisində və üzərində xam neftin izləri olan 1 (bir) ədəd qara rəngli kanistr və 1 (bir) ədəd qara rəngli şlanq kəsiyi, həmçinin Zərərçəkmiş şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialında saxlanılan üzərində «Valvoline» yazısı olan göy rəngli çəllək dəyəri olmadığından məhv edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 16 (on altı) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 16 (on altı) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 96 (doxsan altı) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 344-349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.3- 2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 yanvar 2021-ci il tarixdən 29 yanvar 2021-ci il tarixədək tutulduğu 3 (üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədəndə yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan içərisində xam neftin izləri olan 1 (bir) ədəd iri plastik butulkanın üst hissəsinin kəsiyi, içərisində xam neftin izləri olan 1 (bir) ədəd üzərində «KSM» yazısı olan boya qabı, içərisində və üzərində xam neftin izləri olan 1 (bir) ədəd qara rəngli kanistr və 1 (bir) ədəd qara rəngli şlanq kəsiyi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialında saxlanılan üzərində «Valvoline» yazısı olan göy rəngli çəllək və içərisində olan xam neft hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 16 (on altı) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 96 (doxsan altı) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar