Məhkəmə qərarları › İş №1(001)-260/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-260/2024

16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-260/2024 16.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.2002-ci ildə Kürdəmir rayonu, Sığırlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, azərbaycanlı, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməyən, fərdi əməklə məşğul olmuş, Kürdəmir rayonu,Sığırlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, 2-ci Motodrom adlanan ərazidə nömrəsiz fərdi yaşayış evində yaşamış, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 14 avqust 2023-cü il tarixdə saat 04 radələrində Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yerləşən “Turan Express” adlı mağazanın qarşısına gələrək ətrafda heç kimin olmamasından istifadə edərək cinayətkar niyyətini həyata keçirmək üçün əvvəlcədən üzərində daşıyaraq gətirdiyi dəmir materialdan olan kiçik ölçülü şişlə həmin mağazanın sensor sistemli giriş qapısının kilidini sındırmaqla natamam formada açdıqdan sonra qanunsuz olaraq həmin mağazaya daxil olub giriş hissədə sol tərəfdə quraşdırılmış saxlanc yeri hesab olunan kassa aparatını açıb qanunsuz daxil olaraq içərisindən 100 manat dəyərində, boş vəziyyətdə olan pul yığılan hissəsini, yuxarı vitrində yerləşdirilmiş dəyəri 2,50 (iki manat əlli qəpik) olan bir ədəd “Classic Silver SL” əmtəə nişanlı siqareti, bir ədədinin dəyəri 04 (dörd) manat olmaqla 48 (qırx səkkiz) manat dəyərində on iki ədəd “DAV SL Classic” əmtəə nişanlı siqareti, bir ədədinin dəyəri 4,30 (dörd manat otuz qəpik) manat olmaqla 30,1 (otuz manat on qəpik) manat dəyərində yeddi ədəd “X7” əmtəə nişanlı siqareti, bir ədədinin dəyəri 3,30 (üç manat otuz qəpik) manat olmaqla 33 (otuz üç) manat dəyərində on ədəd “LD X15” əmtəə nişanlı siqareti, bir ədədinin dəyəri 3,30 (üç manat otuz qəpik) manat olmaqla 42,9 (qırx iki manat doxsan qəpik) manat dəyərində on üç ədəd “LD Club Platinium” əmtəə nişanlı siqareti, bir ədədinin dəyəri 3,80 (üç manat səksən qəpik) manat olmaqla 41,8 (qırx bir manat səksən qəpik) manat dəyərində on bir ədəd “X16” əmtəə nişanlı siqareti, bir ədədinin dəyəri 3,80 (üç manat səksən qəpik) manat olmaqla 26,6 (iyirmi altı manat altmış qəpik) manat dəyərində yeddi ədəd “X25” əmtəə nişanlı siqareti, bir ədədinin dəyəri 4,30 (dörd manat otuz qəpik) manat olmaqla 73,1 (yetmiş üç manat on qəpik) manat dəyərində on yeddi ədəd “X10” əmtəə nişanlı siqareti, bir ədədinin dəyəri 4,30 (dörd manat otuz qəpik) manat olmaqla 43 (qırx üç) manat dəyərində on ədəd “ X17 ” əmtəə nişanlı siqareti, bir ədədinin dəyəri 4,30 (dörd manat otuz qəpik) manat olmaqla 68,8 (altmış səkkiz manat səksən qəpik) manat dəyərində on altı ədəd “ Sobiranie KSS Caster ” əmtəə nişanlı siqareti, bir ədədinin dəyəri 3,80 (üç manat səksən qəpik) manat olmaqla 15,2 (on beş manat iyirmi qəpik) manat dəyərində dörd ədəd “Winston XS Caster” əmtəə nişanlı siqareti, bir ədədinin dəyəri 2,90 (iki manat doxsan qəpik) manat olmaqla 23,2 (iyirmi üç manat iyirmi qəpik) manat dəyərində səkkiz ədəd “X6” əmtəə nişanlı siqareti, bir ədədinin dəyəri 2,90 (iki manat doxsan qəpik) manat olmaqla 29 (iyirmi doqquz) manat dəyərində on ədəd “X11” əmtəə nişanlı siqareti, bir ədədinin dəyəri 2,90 (iki manat doxsan qəpik) manat olmaqla 66,7 (altmış altı manat yetmiş qəpik) manat dəyərində iyirmi üç ədəd “Winchester KSS Silver” əmtəə nişanlı siqareti, bir ədədinin dəyəri 4,30 (dörd manat otuz qəpik) manat olmaqla 38,7 (otuz səkkiz manat yetmiş qəpik) manat dəyərində doqquz ədəd “X13” əmtəə nişanlı siqareti, bir ədədinin dəyəri 4,30 (dörd manat otuz qəpik) manat olmaqla 81,7 (səksən bir manat yetmiş qəpik) manat dəyərində on doqquz ədəd “X26” əmtəə nişanlı siqareti, bir ədədinin dəyəri 4,30 (dörd manat otuz qəpik) manat olmaqla 38,7 (otuz səkkiz manat yetmiş qəpik) manat dəyərində doqquz ədəd “X27” əmtəə nişanlı siqareti, bir ədədinin dəyəri 4,30 (dörd manat otuz qəpik) manat olmaqla 68,8 (altmış səkkiz manat səksən qəpik) manat dəyərində on altı ədəd “X20” əmtəə nişanlı siqareti, bir ədədinin dəyəri 4,30 (dörd manat otuz qəpik) manat olmaqla 30,1 (otuz manat on qəpik) manat dəyərində yeddi ədəd “Sobiranie KS White” əmtəə nişanlı siqareti, bir ədədinin dəyəri 4,30 (dörd manat otuz qəpik) manat olmaqla 41,8 (qırx bir manat səksən qəpik) manat dəyərində on bir ədəd “Winston SXS Silver” əmtəə nişanlı siqareti, bir ədədinin dəyəri 4,20 (dörd manat iyirmi qəpik) manat olmaqla 4,2 (dörd manat iyirmi qəpik) manat dəyərində bir ədəd “NEO Golden Tobacco” əmtəə nişanlı siqareti, bir ədədinin dəyəri 4,20 (dörd manat iyirmi qəpik) manat olmaqla 33,6 (otuz üç manat altmış qəpik) manat dəyərində səkkiz ədəd “NEO Melon Boost” əmtəə nişanlı siqareti, bir ədədinin dəyəri 2,60 (iki manat altmış qəpik) manat olmaqla 23,4 (iyirmi üç manat qırx qəpik) manat dəyərində doqquz ədəd “X32” əmtəə nişanlı siqareti, bir ədədinin dəyəri 2,60 (iki manat altmış qəpik) manat olmaqla 44,2 (qırx dörd manat iyirmi qəpik) manat dəyərində on yeddi ədəd “X30” əmtəə nişanlı siqareti, bir ədədinin dəyəri 2,60 (iki manat altmış qəpik) manat olmaqla 15,6 (on beş manat altmış qəpik) manat dəyərində altı ədəd “X31” əmtəə nişanlı siqareti, bir ədədinin dəyəri 2,40 (iki manat qırx qəpik) manat olmaqla 31,2 (otuz bir manat iyirmi qəpik) manat dəyərində on üç ədəd “X21” əmtəə nişanlı siqareti, bir ədədinin dəyəri 2,90 (iki manat doxsan qəpik) manat olmaqla 58 (əlli səkkiz) manat dəyərində iyirmi ədəd “X33 Silver” əmtəə nişanlı siqareti, bir ədədinin dəyəri 2,60 (iki manat altmış qəpik) manat olmaqla 67,6 (altmış yeddi manat altmış qəpik) manat dəyərində iyirmi altı ədəd göy rəngli “Want Line X Nano” əmtəə nişanlı siqareti, bir ədədinin dəyəri 2,60 (iki manat altmış qəpik) manat olmaqla 23,4 (iyirmi üç manat qırx qəpik) manat dəyərində doqquz ədəd qırmızı rəngli “Want Line X Nano” əmtəə nişanlı siqareti, bir ədədinin dəyəri 04 (dörd) manat olmaqla 32 (otuz iki) manat dəyərində səkkiz ədəd “Kent-4” əmtəə nişanlı siqareti, bir ədədinin dəyəri 04 (dörd) manat olmaqla 36 (otuz altı) manat dəyərində doqquz ədəd “Kent-8” əmtəə nişanlı siqareti, bir ədədinin dəyəri 04(dörd) manat olmaqla 76 (yetmiş altı) manat dəyərində on doqquz ədəd “Kent Nano-1” əmtəə nişanlı siqareti, bir ədədinin dəyəri 04(dörd) manat olmaqla 80 (səksən) manat dəyərində iyirmi ədəd “Kent Nano-4” əmtəə nişanlı siqareti, bir ədədinin dəyəri 04(dörd) manat olmaqla 72 (yetmiş iki) manat dəyərində on səkkiz ədəd “Kent Feel” əmtəə nişanlı siqareti, bir ədədinin dəyəri 2,40 (iki manat qırx qəpik) manat olmaqla 45,6 (qırx beş manat altmış qəpik) manat dəyərində on doqquz ədəd “Viceroy N-Series Silver” əmtəə nişanlı siqareti, bir ədədinin dəyəri 4,30 (dörd manat otuz qəpik) manat olmaqla 43 (qırx üç) manat dəyərində on ədəd “X22” əmtəə nişanlı siqareti, bir ədədinin dəyəri 4,30 (dörd manat otuz qəpik) manat olmaqla 21,5 (iyirmi bir manat əlli qəpik) manat dəyərində beş ədəd “X18” əmtəə nişanlı siqareti, bir ədədinin dəyəri 4,30 (dörd manat otuz qəpik) manat olmaqla 8,6 (səkkiz manat altmış qəpik) manat dəyərində iki ədəd “X23” əmtəə nişanlı siqareti, bir ədədinin dəyəri 2,90 (iki manat doxsan qəpik) manat olmaqla 66,7 (altmış altı manat yetmiş qəpik) manat dəyərində iyirmi üç ədəd bənövşəyi rəngli “Pall Mall” əmtəə nişanlı siqareti, bir ədədinin dəyəri 4,30 (dörd manat otuz qəpik) manat olmaqla 38,7 (otuz səkkiz manat yetmiş qəpik) manat dəyərində doqquz ədəd “X14” əmtəə nişanlı siqareti, bir ədədinin dəyəri 0,40 (qırx qəpik) manat olmaqla 10,8 (on manat səksən qəpik) manat dəyərində iyirmi yeddi ədəd əmtəə nişanı olmayan alışqanı, bir ədədinin dəyəri 0,89 (səksən doqquz qəpik) manat olmaqla 11,57 (on bir manat əlli yeddi qəpik) manat dəyərində on üç ədəd 13,6 qram çəkidə “Orbit podushki white bubblemint” əmtəə nişanlı saqqızı, bir ədədinin dəyəri 0,65 (altmış beş qəpik) manat olmaqla 5,2 (beş manat iyirmi qəpik) manat dəyərində səkkiz ədəd 13,6 qram çəkidə “Dirol podushki tropik” əmtəə nişanlı saqqızı, bir ədədinin dəyəri 0,89 (səksən doqquz qəpik) manat olmaqla 9,79 (doqquz manat yetmiş doqquz qəpik) manat dəyərində on bir ədəd 3,6 qram çəkidə “Orbit podushki osve/myata” əmtəə nişanlı saqqızı gizli olaraq talayıb zərərçəkmiş şəxs hüquqi şəxs ARMY Group MMC-yə ümumilikdə 1802,36 (min səkkiz yüz iki manat otuz altı qəpik) manat ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadələrindən başqa iş üzrə toplanmış dəlillərin məcmusu ilə - zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, hadisə yerinə baxış keçirilməsi, ifadənin yerində yoxlanması, üzləşdirmə və diskə baxış protokolları, ekspertiza rəyi, əldə edilmiş maddi sübutlar və iş üzrə toplanmış digər materiallarla tam təstiq olunaraq sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, xalası oğlu Şahid1lə birlikdə Bakı şəhəri Suraxanı rayonu ərazisində inşa edilməkdə olan hündürmərtəbəli binalarda usta olaraq işləmişdir. Təxminən avqust ayının əvvəllərində Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən “Ay İşığı” mağazasının arxa tərəfində “Turan Express” adlı mağazadan bir iki dəfə alış-veriş edən zaman həmin mağazada ticarət dövriyyəsinin böyük olmasını görüb həmin mağazadan pul və tütün məmulatları oğurlamaq barədə qərar vermişdir. Belə ki, həmin ərəfələrdə maddi vəziyyəti yaxşı olmadığından pula ehtiyacı olmuşdur. Lakin mağazada istər giriş qapısının üst tərəfində, istərsə də mağazanın içərisində xeyli sayda kamera qurğularının olması səbəbindən hazırlıqlı formada gəlmək üçün bir neçə gün vaxt lazım olmuşdur. Məhz həmin oğurluq planını həyata keçirmək üçün kustar üsulla parçadan maska və giriş qapısını açmaq üçün predmetə ehtiyac yaranmışdır. Kustar üsulla özünə məxsus olan geyimdən kəsərək hazırladığı parça maska və dəmir parçası əldə etdikdən sonra, nəhayət ki, 14 avqust 2023-cü il tarixə keçən gecə saat 04 radələrində “20 Yanvar” metrostansiyası yaxınlığından bir manat gediş haqqı müqabilində markası və dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı taksi avtomobili ilə Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən “Ay İşığı” adlı mağazanın yaxınlığında düşüb özü ilə əvvəlcədən cinayət əməli törətmək üçün gətirdiyi kustar üsulla hazırladığı maskanı başına geyindikdən sonra “Turan Express” adlı mağazanın qarşısına yaxınlaşmışdır. Ehmalla ətrafı müşahidə edib heç kimin olmadığına tam əmin olduqdan sonra özü ilə gətirdiyi kiçik ölçülü dəmir parçası ilə giriş qapısının kilidini sındıraraq plastik şüşə materialdan olan qapıları açıb mağazaya daxil olmuşdur. Mağazaya daxil olduqdan sonra isə ilkin olaraq kassa aparatını söküb pulların saxlanıldığını zənn etdiyi kiçik ölçülü dəmir materialdan olan qutunu çıxardıb masanın üzərinə qoyduqdan sonra kassanın yuxarı hissəsində vitrində yerləşdirilmiş bir neçə çeşiddə olan “Kent”, “Viceroy”, “Sobiranie”, “LD”, “Palmall” və sair əmtəə nişanlı siqaretləri kassanın yanından götürdüyü iki ədəd polietilen torbaya yerləşdirmişdir. Bundan əlavə həmin torbalara vitrindən bir neçə ədəd saqqız və alışqan da götürərək qoymuşdur. Daha sonra isə kassa aparatından sökdüyü içərisində pul olmasını zənn etdiyi dəmir materialdan olan qutunu və içərisinə siqaretləri, saqqızları və alışqanları yerləşdirdiyi iki ədəd polietilen torbanı da götürərək mağazadan çıxmaq istəyən zaman ani məqamda mağazanın yaxınlığından avtomobil keçdiyindən və hansısa səs-küy eşitdiyindən hər ehtimala qarşı aşkar olunmamağı üçün mağazanın içərisinə doğru hərəkət edib 1 -2 dəqiqə sonra heç kimin olmadığına əmin olduqdan sonra mağazadan çıxaraq uzaqlaşmışdır. Bundan sonra isə yol tərəfə çıxaraq özünə məxsus olmaqla istifadəsində olan 050 *** ** ** nömrəsi ilə xalası oğlu Şahid1 istifadəsində 051 *** ** ** mobil nömrəsinə zəng edərək Sulutəpə qəsəbəsində tanımadığı şəxslərin onu döyməsini bildirib təcili “Ay İşığı” adlı mağazanın yaxınlığına gəlməsini xahiş etmişdir. Şahid1 ona inandığından təxminən 15-20 dəqiqə sonra markasını və dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı taksi avtomobili ilə onun olduğu yerə gəlmişdir. Həmin zaman Sərxan onun döyülmədiyini və sərxoş vəziyyətdə olduğunu görüb hansı səbəbdən gecə saatlarında çağırmağını soruşduqda o, zarafat etdiyini, rayona getmək üçün köməklik etməsini xahiş etmişdir. Bu səbəbdən Sərxandan taksi tapmasını, əşyaları ilə onu Lökbatan dairəsinə aparmasını xahiş etmişdir. Bundan sonra Sərxan taksi tapmaq məqsədilə Xocasən qəsəbəsi dairəsi istiqamətində getmişdir. Bu zaman o, oğurladığı əşyaları yaxınlıqda qoyduğu yerdən götərərək yol kənarına gəlib Sərxanın gəlməsini gözləmişdir. Bir qədər sonra Sərxan qeydiyyat nişanını və markasını xatırlamadığı avtomobillə onun olduğu yerə yaxınlaşmışdır. Bundan sonra isə onlar həmin taksi avtomobili ilə “Meyvəli” adlı kənd təsərrüfatı bazarının qarşısına getmiş və məhz orada xalası oğlu onun oğurluq etməyi barədə bildiyindən ona iradlar bildirdiyindən o, Şahid1 ilə sağollaşaraq oğurladığı əşyalarla avtomobildən enmişdir. Piyada şəkildə bir qədər gedərək kassa aparatından söküb çıxardığı qutunu sındırdıqdan sonra içərisində heç bir məbləğdə pul olmadığını görüb həmin qutunu bir qədər kənara tullamışdır. Həmçinin oğurluq hadisəsini törətdikdən sonra kustar üsulla hazırladığı həmin parça materialdan olan maskanı və əl-barmaq izlərinin qalmaması üçün əllərinə geyindiyi əlcəkləri, saqqız və alışqanları kassa qutusunu tulladığı “Meyvəli” adlı kənd təsərrüfatı malları bazarının yaxınlığında tullamışdır. Oğurladığı iki ədəd polietilen torbada siqaretləri isə özü ilə götürərək yaşadığı evə yollanmışdır. Həmin gündən sonra isə gündə dörd beş qutu olmaqla həmin siqaretləri özü istifadə etmişdir. Oğurladığı siqaretlərdən qalan bir neçəsini polis əməkdaşları tərəfindən saxlanılıb polis bölməsinə aparılan zaman həmin siqaretlərin oğurladığı siqaretlərindən qalan hissəsi olduğunu etiraf edib təhvil vermişdir. Törədiyi cinayət əməlindən peşmandır. Oğurluq hadisəsini törətdikdən sonra kustar üsulla hazırladığı həmin parça materialdan olan maskanı və əl-barmaq izlərinin qalmaması üçün əllərinə geyindiyi əlcəkləri kassa qutusunu tulladığı “Meyvəli” adlı kənd təsərrüfatı malları bazarının yaxınlığında tullasa da özü ilə gətirdiyi dəmir materialdan olan şiş isə hadisə yerində qalmışdır. Belə ki, həmin şişlə mağazanın qapısının kilidini açdıqdan sonra həmin şişi yerə qoymuş və mağazadan çıxan zaman orada unutmuşdur. Törətdiyi oğurluq cinayət əməlində xalası oğlu Şahid1 heç bir iştirakçılığı olmamışdır. Həmin cinayət əməlini təkbaşına törətmişdir. Sadəcə oğurluq cinayət əməlini törətdikdən sonra xalası oğlu Şahid1lə mobil telefon vasitəsilə əlaqə saxlayaraq mübahisə etdiyini və tanımadığı şəxslərin onu döyməsini bildirib olduğu ünvanı Şahid1 bildirmişdir. Sonuncu isə bir neçə dəqiqə sonra taksi avtomobili ilə gəlib onu olduğu ünvandan götürmüşdür. Onun cinayət əməli törətməyi barədə Şahid1 “Meyvəli” adlanan bazarın yanında məlumatı olmuş və buna görə ona irad bildirmişdir. Bundan sonra isə o, “Meyvəli” adlanan kənd təsərrüfatı bazarının yaxınlığında avtomobildən enmişdir. Ətrafda heç kimin olmadığına tam əmin olduqdan sonra mağazaya daxil olduğundan heç kim onu görməmişdir. Cinayət əməlini başa çatdırıb mağazadan çıxan zaman da ətrafda heç kim olmamış və onu heç kim görməmişdir.Məhkəmə baxışı zamanı törətdiyi əməldən peşman olduğunu,atasının 2-ci qrup əlil olduğunu,anasının şəkər xəstəsi olduğunu nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə ifadəsində, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını, zərərin ödənilmədiyini lakin buna baxmayaraq aralarında barışıq olduğunu bildirmiş və xx.xx.2024-cü il tarixdə bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli VÖEN ilə fiziki şəxs qismində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən Turan Expres adlı marketin sahibi X5 ilə obyektin icazəsinə dair razılıq əldə etdikdən sonra icarə müqaviləsi bağlamışdır. Həmin zamandan sonra sözü gedən ünvanda Turan Expres adlı market onun adına olan VÖEN ilə fəaliyyət göstərmişdir. Lakin marketdə olan bütün məhsullar ARMY Group MMC tərəfindən təmin edilmişdir. Belə ki, məhsullar marketə təmin olunan zaman qaimə MMC-yə təqdim olunmuş, bundan sonra MMC-nin maliyyə əməkdaşı tərəfindən ödənişlər onun adına olan VÖEN üzərindən həyata keçirilmişdir. X29 adlı marketin ARMY Group MMC ilə bağlılığı heç bir rəsmi sənədlər ilə göstərilməmişdir. MMC-nin hadisə baş verən zaman icraçı direktoru Nümayəndə olmuşdur. O, hadisə baş verdikdən sonra Əziz ilə əlaqə saxladıqda Əziz marketin MMC ilə rəsmi bağlılığının olmadığını, onun adına olan VÖEN üzərindən fəaliyyət göstərdiyini və iş üzrə zərərçəkmiş şəxs qismində onun tanınmalı olduğunu, təqsirləndirilən şəxs tərəfindən maddi ziyanlığın ödəniləcəyi təqdirdə o, həmin ziyanlığı MMC-yə təqdim etməyini məsləhət görmüşdür. Bu səbəbdən o da maddi ziyanlığın özünə dəydiyini bildirmişdir. Lakin bu kimi halın istintaqın gedişinə maneçilik törədəcəyini əvvəlcədən düşünməmişdir. Verilən suallara cavab olaraq Şahid4 bildirmişdir ki, həmin market ********** qeydiyyat nömrəli VÖEN ilə fiziki şəxs qismində fərdi sahibkar kimi qeydiyyata alındığı onun öz adından fəaliyyət göstərsə də bütün malların ödənişi ARMY Group MMC tərəfindən edilmişdir. Belə ki, Turan Expres adlı market rəsmi sənədlər üzərində ARMY Group MMC ilə heç bir bağlılığı olmasa da marketə qəbul edilən bütün məhsulların ödənişi MMC-nin maliyyə işləri üzrə əməkdaşı tərəfindən qaimə əsasında onun adına olan ********** qeydiyyat nömrəli VÖEN üzərindən həyata keçirilmişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə saat 04:15 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən Turan Expres adlı marketdə baş vermiş oğurluq hadisəsi nəticəsində maddi ziyan ARMY Group MMC-yə dəymişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən Turan Expres adlı marketdə müdir vəzifəsində çalışmışdır. Həmin market icarə müqaviləsi əsasında sözü gedən ünvanda fəaliyyət göstərmişdir. O, qeyd olunan marketdə 1 il müddətində müdir vəzifəsini icra etmişdir. Onun iş fəaliyyəti işçilərə nəzarət etmək, malları qəbul etmək və satışını həyata keçirmək olmuşdur. İşlədiyi müddətdə müavin vəzifəsini Şahid2 icra etmişdir. Turan Expres adlı market ARMY Group MMC-yə rəsmi olaraq bağlılığı olmasa da bütün maddi öhdəçiliklər MMC-nin üzərində olmuşdur. Belə ki, həmin market ********** qeydiyyat nömrəli VÖEN ilə fiziki şəxs qismində fərdi sahibkar kimi qeydiyyata alınmış Şahid4 adından fəaliyyət göstərmişdir. Buna baxmayaraq marketin bütün maddi təminatı ARMY Group MMC tərəfindən idarə olunub. Belə ki, həmin marketə alınmış qida və qeyri qida məhsullarının ödəniş qaiməsi MMC-yə təqdim olunmaqla MMC-nin maliyyə işləri üzrə əməkdaşı tərəfindən Şahid4 ********** qeydiyyat nömrəli VÖEN hesabı üzərindən ödəmələr həyata keçirilmişdir. X24 adlı marketdən olsa da oradan oğurlanmış bütün məhsullar MMC-yə məxus olmuşdur və hadisə nəticəsində yalnız MMC-yə maddi ziyan dəymişdir. Hadisə baş verən müddətdə Nümayəndə həmin MMC-də icraçı direktor vəzifəsində çalışmışdır. xx.xx.2023-cü il tarixdən isə MMC rəsmi qaydada fəaliyyətini dayandırmışdır. Həmçinin Şahid4 oğurluq hadisəsi baş vermiş Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən Turan Expres adlı marketə dair heç bir maddi öhdəliyi və məsuliyyəti olmamışdır. Yalnız marketin rəsmi sənədləşdirmələr, alqı-satqı qaimələri və ödəmə əməliyyatları Şahid4 adına olan ********** qeydiyyat nömrəli VÖEN üzərindən həyata keçirilmişdir. Oğurluq hadisəsi nəticəsində Şahid4 heç bir maddi ziyan dəyməyib, oğurlanmış bütün məhsulların zərəri ARMY Group MMC-yə dəymişdir və həmin məhsullar alınan zaman ödəniş Şahid4 adına olan VÖEN üzərindən MMC tərəfindən həyata keçirilmişdir. Həmçinin o, oğurluq hadisəsi baş verən zaman Turan Expres adlı marketdə mağaza müdiri vəzifəsində çalışsa da hadisə nəticəsində ona heç bir maddi ziyan dəyməmişdir və maddi ziyan yalnız ARMY Group MMC-yə dəymişdir. Onun marketdə olan mallara heç bir məxsusluğu yoxdur, oğurlanmış əmlak MMC-yə məxsusdur və hadisə nəticəsində onunla ilə yanaşı Şahid4 da heç bir maddi ziyan dəyməmişdir. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, o, məhkəmə prosesinə Şahid4 tərəfindən dəvət olunmuşdur. Məhkəmə prosesi zamanı ona verilən suallara cavab olaraq marketdə müdir vəzifəsini icra etdiyini, lakin zərərçəkmiş şəxsin özünün olmadığını, ona heç bir ziyan dəymədiyini və hadisə nəticəsində ziyanlığın Army Group MMC-yə dəydiyini bildirmişdir. Oğurluq hadisəsi nəticəsində ona heç bir maddi ziyan dəyməyib, oğurluq əmlak ona məxsus olmayıb. Marketdə müxləlif adda siqaret, saqqız və alışqanların, eləcə də kassa aparatının saxlanc yeri hesab olunan qurğusunun oğurlanması nəticəsində Army Group MMC-yə ümumilikdə 1802 manat 36 qəpik maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən Turan Expres adlı marketdə müdir müavini vəzifəsində çalışmışdır. Həmin market icarə müqaviləsi əsasında sözü gedən ünvanda fəaliyyət göstərmişdir. Turan Expres adlı market ARMY Group MMC-yə rəsmi olaraq bağlılığı olmasa da bütün maddi öhdəçiliklər MMC-nin üzərində olmuşdur. Belə ki, həmin market ********** qeydiyyat nömrəli VÖEN ilə fiziki şəxs qismində fərdi sahibkar kimi qeydiyyata alınmış Şahid4 adından fəaliyyət göstərmişdir. Buna baxmayaraq marketin bütün maddi təminatı ARMY Group MMC tərəfindən idarə olunub. Belə ki, həmin marketə alınmış qida və qeyri qida məhsullarının ödəniş qaiməsi MMC-yə təqdim olunmaqla MMCnin maliyyə işləri üzrə əməkdaşı tərəfindən Şahid4 ********** qeydiyyat nömrəli VÖEN hesabı üzərindən ödəmələr həyata keçirilmişdir. X24 adlı marketdən olsa da oradan oğurlanmış bütün məhsullar MMC-yə məxus olmuşdur və hadisə nəticəsində yalnız MMCyə maddi ziyan dəymişdir. Hadisə baş verən müddətdə Nümayəndə həmin MMC-də icraçı direktor vəzifəsində çalışmışdır. xx.xx.2023-cü il tarixdən isə MMC rəsmi qaydada fəaliyyətini dayandırmışdır. Həmçinin Şahid4 oğurluq hadisəsi baş vermiş Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən Turan Expres adlı marketə dair heç bir maddi öhdəliyi və məsuliyyəti olmamışdır. Yalnız marketin rəsmi sənədləşdirmələr, alqısatqı qaimələri və ödəmə əməliyyatları Şahid4 adına olan ********** qeydiyyat nömrəli VÖEN üzərindən həyata keçirilmişdir. Oğurluq hadisəsi nəticəsində Şahid4 heç bir maddi ziyan dəyməyib, oğurlanmış bütün məhsulların zərəri ARMY Group MMC-yə dəymişdir və həmin məhsullar alınan zaman ödəniş Şahid4 adına olan VÖEN üzərindən MMC tərəfindən həyata keçirilmişdir. Həmçinin o, oğurluq hadisəsi baş verən zaman Turan Expres adlı marketdə mağaza müdir müavini vəzifəsində çalışsa da hadisə nəticəsində ona heç bir maddi ziyan dəyməmişdir və maddi ziyan yalnız ARMY Group MMC-yə dəymişdir. Onun marketdə olan mallara heç bir məxsusluğu yoxdur, oğurlanmış əmlak MMC-yə məxsusdur və hadisə nəticəsində onunla ilə yanaşı Şahid4 və Şahid3 da heç bir maddi ziyan dəyməmişdir. Turan Express marketin ********** qeydiyyat nömrəli VÖEN ilə fiziki şəxs qismində fərdi sahibkar kimi qeydiyyata alınmış Şahid4 adından fəaliyyət göstərdiyini bildiyindən ziyanlığın İlhama dəydiyini düşünüb ilkin ifadəsində belə bildirmişdir. Lakin oğurlanmış əmlak ARMY Group MMC-yə məxsus olmuşdur və maddi ziyan həmin MMC-yə dəymişdir. Məhkəmə iclasında iştirak edə bilməyən Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, ********* saylı cinayət işi xx.xx.2023-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanılmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs barəsində Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. 13 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. 20 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* saylı cinayət işinin istintaqı tamamlanmış və cinayət işi üzrə ittiham aktı tərtib olunaraq baxılması üçün Binəqədi rayon prokurorluğuna göndərilmişdir. xx.xx.2023-cü il tarixdə Binəqədi rayon Məhkəməsinin hakimi X4 4(011)-1148/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün, yəni xx.xx.2023cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* saylı cinayət işi ittiham aktı ilə birlikdə baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının 1(011)-728/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. xx.xx.2023-cü il tarixdə ********* saylı cinayət işi Binəqədi rayon prokurorluğuna daxil olmuş, həmin tarixdə əlavə istintaq aparılması üçün Binəqədi RPİ-nin İŞ-nə göndərilmiş və icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhər prokuroru, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elşən Abbasovun qərarı ilə cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay olmaqla 05 ayadək, yəni 29 fevral 2024-cü il tarixə kimi uzadılmışdır. xx.xx.2024-cü il tarixdə Binəqədi rayon Məhkəməsinin hakimi X1 4(011)-7/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti istintaq müddətinin sonunadək, yəni 29 fevral 2024-cü il tarixə kimi uzadılmışdır xx.xx.2024-cü il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 oktyabr 2023-cü il tarixli 9/7470 nömrəli rəyində görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların 2023-cü ilin avqust ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1703,06 manat müəyyən edilir.Cədvəlin 45-ci bəndində göstərilən kassa aparatının markalı modeli məlum olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən, iş materiallarına əlavə olunmuş hökümlərin və qərarların surətindən görünür ki, təqsirləndirilən şəxs Əmirov X9 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(004)-45/2021 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(003)-442/2022 nömrəli qərarına əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmış və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(003)-556/2023 nömrəli qərarına əsasən cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respubilkası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər təyin olunmuş cəzanın cəkib cəzanı qurtardığı gündən 2 il keçdikdə məhkumluğu ödənilmiş hesab olunurlar. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir və onun əməlində cinayətlərin residivi vardır. Hadisə yeriə baxış keçirilməsi protokolundan və fotoşəkillərdən görünür ki, oğurluq baş vermiş hadisə yeri Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yerləşən fiziki şəxs Şahid4 icarədarı olduğu “Turan Express” adlı marketdir. Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən zərərçəkmiş hüquqi şəxs ARMY Group MMC-nin nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə ifadəsi, şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 ifadələri, hadisə yerinə baxış, ifadənin yerində yoxlanması, üzləşdirmə və hadisənin video görüntüsünü özündə əks etdirən diskə baxış protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizasının ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/7470 saylı rəyi 13 noyabr 2023-cü il tarixdə sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmişdir. Hadisə yerində quraşdırılmış video müşahidə sisteminin yaddaşından götürülmüş hadisənin görüntüləri özündə əks etdirən 01 ədəd CD disk iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən 13 noyabr 2023-cü il tarixdə maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən hadisə zamanı istifadə olunan 01 ədəd dəmir şiş iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən 13 noyabr 2023-cü il tarixdə maddi sübut kimi tanınmış və saxlanması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli ifadələrin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları xx.xx.2023-cü il tarixdə ifadəsinin yerində yoxlanması zamanı göstərərək təsdiq etmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən oğurlanaraq istintaqla aşkar edilərək götürülmüş maddi sübut olan 6 ədəd “LD Compact” əmtəə nişanlı, 4 ədəd “Kent 4” əmtəə nişanlı, 2 ədəd “Winston Silver XS” əmtəə nişanlı, 2 ədəd “Winston Xstyle” əmtəə nişanlı, 2 ədəd “Kent 8” əmtəə nişanlı və 1 ədəd “Kent 1” əmtəə nişanlı siqaretləri saxlanılması üçün Şahid4 təhvil verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, şahidlərin ifadələri, üzləşdirmə, ifadələrin yerində yoxlanılması, hadisə yerlərinə baxışlar protokolları, əldə olunmuş maddi sübutlar və digər istintaq materialları yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CMnin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə və 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. AzərbaycanRespublikasıCinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğunolmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədiilətətbiqedilir; 56.1.3. xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Hazırki iş üzrə Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə cinayət törətmiş, məhkumluğu ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin ondan şikayətinin olmamasını, aralarında barışıq olmasını, gənc olmasını cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 22 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan 06 ədəd “LD Compact” əmtəə nişanlı,04 ədəd “Kent 4” əmtəə nişanlı, 02 ədəd «Winston Silver XS» əmtəə nişanlı, 02 ədəd «Winston Xstyle» əmtəə nişanlı, 02 ədəd “Kent 8” əmtəə nişanlı və 01 ədəd “Kent 1” əmtəə nişanlı siqarətlərin qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50(əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə Müdafiəçi sərf etdiyi 40 iş saatına görə 6 manat hesab edilməklə, 270 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 22 avqust 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut hesab edilən 06 ədəd “LD Compact” əmtəə nişanlı,04 ədəd “Kent 4” əmtəə nişanlı, 02 ədəd «Winston Silver XS» əmtəə nişanlı, 02 ədəd «Winston Xstyle» əmtəə nişanlı, 02 ədəd “Kent 8” əmtəə nişanlı və 01 ədəd “Kent 1” əmtəə nişanlı siqarətlərin qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba) keçirilsin Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 270 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar