Məhkəmə qərarları › İş №1(001)-260/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-260/2025

24.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-260/2025 24.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim: Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Bayramov Tural Ural oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə 21 mart 1983-cü il tarixdə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, B.Mərcanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 10, mənzil 65-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 22 sentyabr 2024-cü il tarixdə saat 23:50-də idarə etdiyi “Opel Vectra” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Binəqədi rayonu ərazisindən keçən 22-ci kilometrliyində Bakı şəhəri istiqamətində təxminən 50-55 km/saat hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsininin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunları etməyərək hərəkəti istiqamətində yolun sağından soluna iti yerişlə keçən piyada X5 avtomobilin qabaq sağ hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Aqşin Babayevin beyin ödemi ilə müşaiyət olunmuş sağ təpə-gicgah sümüyünün xətti sınığı, baş beynin yumşaq qişasına, qişası altına, toxumasına və mədəciklərinə qansızmalar, iki tərəfli hemopnevmatoraksla müşaiyət olunmuş döş sümüyünün və ikitərəfli qabırğa sümüklərinin sınıqları, oma, qasıq və oturaq sümüklərinin çoxsaylı, yerdəyişmiş sınıqları, sol baldırın aşağı 1/3-i səviyyəsindən amputasiyası, sol bazu oynağı, sağ diz oynağı və sağ aşıqbaldır oynağı nahiyələrinin sıyrıqları kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən xx.xx.2024-cü il tarixdə saay 08:30-da X10 ölməsinə səbəb olmuşdur. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, o, özünü təqdirli bilir ona görə ki, ən azından hadisə nəticəsində bir insanın ölməsinə səbəb olmuşdur. xx.xx.2024-cü il tarixdə saat təxminən 22 radələrində idarə etdiyi “Opel Vectra” markalı, **- SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı yolu ilə Bakı şəhəri istiqamətində hərəkətdə olduğu zaman üst piyada keçidinin alt hissəsinə yaxın yerdə bir piyada kişi yolun sağ tərəfindən yola çıxıb iti yerişlə sola gəlməyə başladı, onun piyadaya yaxınlaşmasına baxmayaraq piyada dayanmamış, bu zaman idarə etdiyi avtomobilin sağ tərəfi piyadaya dəymiş, həmin şəxs daha sonra avtomobilin ön alın şüşəsinə çırpılaraq yerə yıxılmışdır. O, dərhal avtomobili kənara çəkib 102 xidmətinə məlumat vermiş və həmin şəxsi avtomobilə qoyub Respublika Kliniki Xəstəxanasına çatdırmışdır. Piyadanı avtomobilə qoyarkən onun ağzından spirtli içki iyi gəlirdi. Xəstəxanada vurduğu piyada reanimasiya şöbəsinə yerləşdirilmiş, bir neçə gün sonra vəfat etmişdir. O, vurduğu piyadanın müalicəsinə maddi kömək göstərmiş, öldükdən sonra da yas mərasimində iştirak edərək, müəyyən xərcləri ödəmişdir. Hazırda ölmüş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir, ölmüş şəxsin hüquqi varisinin ona qarşı hər hansı tələbi yoxdur. Sonda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və ifadəsində qeyd edilənləri nəzərə alıb barəsində mümkün qədər yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs X4 hüquqi varisi X2 göstərmişdir ki, zərər çəkmiş şəxs X9 onun mərhum arvadı Mətanətin qardaşıdır. Mərhum A.Babayev onunla eyni ünvanda yaşamış və faktiki olaraq onun himayəsində olmuşdur. 22 sentyabr 2024-cü il tarixdə saat 23:50-də A.Babayev Bakı-Şamaxı yolunu piyada keçmək istəyərkən “Opel Vectra” markalı avtomobil onu vurmuş, həmin gündən Aqşin xəstəxanaya yerləşdirilmişdir. xx.xx.2024-cü il tarixdə Aqşin stasionar müalicə olunduğu Bakı şəhər X11 ölmüşdür. Hadisənin baş verdiyi gün onun qızının toy mərasimi olmuş, Aqşin də həmin gün toy mərasimində iştirak etmişdir. A.Babayev mütəmadi olaraq spirtli içkilərdən istifadə etmişdir. Hadisə günü toy mərasimi olduğundan ehtimal edir ki, A.Babayev hadisə günü də spirtli içki qəbul etmişdir. Hadisənin ilk günündən Təqsirləndirilən şəxs bağışlamış, hazırda da ona qarşı hər hansı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs xəstəxana xərclərinə və yas mərasiminin keçirilməsini maddi köməklik göstərmişdir. Sonda zərər çəkmiş şəxsin hüquqi varisi X2 Təqsirləndirilən şəxs qanunvericiliklə mümkün olan ən yüngül cəzanın verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: • “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” 22 sentyabr 2024-cü il tarixli protokoldan, fotoşəkillər və sxemdən görünür ki, 22 sentyabr 2024-cü il tarixdə saat 23:50də “Opel Vectra” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə X4 vurulması hadisəsi Bakı-Şamaxı yolunun Binəqədi rayonu 28 may qəsəbəsində piyada üst keçidinin alt hissəsində baş vermişdir, yol örtüyünün ümumi eni 10 metrdir, hadisə baş verən zaman yol örtüyü quru və hava şəraiti qaranlıq, yol örtüyü asfalt olmuşdur. Heç bir tormoz izləri aşkar edilməmişdir. Piyada 5.7 m. məsafə qət etmişdir (i.v.10-14); • “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 23 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən “Opel Vectra” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ yan qanadının üzəri əzik, ön şüşəsi isə çat vəziyyətindədir (i.v. 15-16); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” X13 22 oktyabr 2024-cü il tarixli “Ekspert Rəyi”ndən görünür ki, mərhum A.H.Babayevdə aşkar edilmiş xəsarətlər - beyin ödemi ilə müşaiyət olunmuş sağ təpə-gicgah sümüyünün xətti sınığı, baş beynin yumşaq qişasına, qişası altına, toxumasına və mədəciklərinə qansızmalar, iki tərəfli hemopnevmatoraksla müşaiyət olunmuş döş sümüyünün və ikitərəfli qabırğa sümüklərinin sınıqları, oma, qasıq və oturaq sümüklərinin çoxsaylı, yerdəyişmiş sınıqları, sol baldırın aşağı 1/3-i səviyyəsindən amputasiyası, sol bazu oynağı, sağ diz oynağı və sağ aşıq-baldır oynağı nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, həyati əlamətlərə malik olmaqla ölümlə bilavasitə səbəbli əlaqələri vardır, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində, piyada qismində əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum A.H.Babayevdə ölümə səbəb sağ təpəgicgah sümüyünün xətti sınığı, baş-beyinə qansızma nəticəsində inkişaf etmiş kəskin başbeyin ödemi olmuşdur (i.v.47-52); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 noyabr 2024-cü il tarixli 8/3049 nömrəli rəyinə əsasən **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manatdır (i.v.73-75); • “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən iş üzrə “Opel Vectra” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış, avtomobilin saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmışdır (i.v.76-78); • Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin xx.xx.2024cü il tarixli 3-13-16/2-166157/2024 nömrəli məktubundan görünür ki, 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə (xx.xx.2026-cı il tarixədək etibarlı olan) AC 525109 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır (i.v. 43); • BD358423 nömrəli xx.xx.2023-cü il tarixli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, **-SS-*** dövlət qeydiyyat nişanlı “Opel Vectra” minik markalı avtomobil X1 məxsusdur. Həmin avtomobili idarə etmək səlahiyyəti etibarnamə əsasında xx.xx.2025-ci il tarixədək Təqsirləndirilən şəxs verilmişdir (i.v.36-37); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 42); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X13 xx.xx.2024-cü il tarixli 2/51981 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə Protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur (i.v. 17). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyətini müəyyən edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarının 3-cü hissəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Həmin qərarın 11-ci hissəsinə uyğun olaraq CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun, və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Sözügedən qərarın 12-ci hissəsinə əsasən bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmiin qərarın 19-cu hissəsinə görə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yolnəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2024-cü il tarixdə saat 23:50-də idarə etdiyi “Opel Vectra” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Binəqədi rayonu ərazisindən keçən 22-ci kilometrliyində Bakı şəhəri istiqamətində təxminən 50-55 km/saat hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördüyü və nəqliyyat vasitəsininin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görmək imkanı olduğu halda bunları etməmiş və X5 avtomobilin qabaq sağ hissəsi ilə vuraraq ehtiyatsızlıqdan A.Babayevin beyin ödemi ilə müşaiyət olunmuş sağ təpə-gicgah sümüyünün xətti sınığı, baş beynin yumşaq qişasına, qişası altına, toxumasına və mədəciklərinə qansızmalar, iki tərəfli hemopnevmatoraksla müşaiyət olunmuş döş sümüyünün və ikitərəfli qabırğa sümüklərinin sınıqları, oma, qasıq və oturaq sümüklərinin çoxsaylı, yerdəyişmiş sınıqları, sol baldırın aşağı 1/3-i səviyyəsindən amputasiyası, sol bazu oynağı, sağ diz oynağı və sağ aşıq-baldır oynağı nahiyələrinin sıyrıqları kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirib onun ölməsinə səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da onun tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməsi öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli və “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətimi, cəzanın yüngülləşdirən halların mövcudluğunu və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini müəyyən müddətə idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzalarının aşağı həddlərinə uyğun cəzaların təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli isə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə müvafiq olaraq onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 85 manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına köçürülməli, İş üzrə maddi sübut kimi tanınmış “Opel Vectra” markalı, “**-SS-***” dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs istifadəsində saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 6 (ay) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli onun həmin müəssisədə qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin (X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** hesab AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış “Opel Vectra” markalı, “**-SS-***” dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs istifadəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 240 manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar