Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-261/2022 05.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Kazımov Araz Nurəddin oğlunun sədrliyi Ağayev Taleh Valeh oğlunun katibliyi Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1980-ci ildə Xocavənd rayonunda anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Xocavənd rayonu Xocavənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 32 saylı evin 236-cı mənzilində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 05 may 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir ona görə ki, o, 18 fevral 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektindən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda- bir büküm 1,051 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 18 fevral 2022-ci il tarixdə saat 19:00-da həmin narkotik vasitəni üzərində daşıyarkən Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Binəqədi rayonu, Azadlıq prospekti, 37 saylı binanın yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 191 ünvanında yerləşən Binəqədi RPİ-nin 4-cü PB-nin inzibati binasına aparılaraq saat 21:30-da orada üzərində şəxsi axtarış keçirilən zaman onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofanda olan bükülünün icərisində təmiz çəkisi 1,051 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Bununla da, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cinayət əməli aşağıda şərh olunan qaydada sübuta yetirilir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, özünü ona elan edilmiş Azərbaycan Respublikasıın CM-nin 234.1-ci maddəsi ilə olan ittihamda təqsirli bildi və ifadəsində göstərdi ki, təxminən 10 ildir ki, narkotik vasitədən, əsasən də, narkotik vasitə heroindən istifadə edir. 18.02.2022-ci il tarixdə Bakı şəhər Binəqədi rayonu, Azadlıq prospektində piyada gəzən zaman yerdə bir büküm görmüş, həmin bükümə baxan zaman narkotik vasitə olan heroin olduğunu görmüş, onu şəxsi istifadəsi üçün götürüb üzərində saxlamış, 18.02.2022-ci il tarixində saat 19 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində olduğu zaman Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər, onu 4-cü PŞ-nə dəvət etmişlər, həmin vaxtı əynimdə olan göy rəngli cins şalvarın sağ yan cibində bir büküm narkotik vasitə olmuş, üzərinə baxış keçirilən zaman sağ yan cibində şəffaf sellafonda olan 01 ədəd bükülünü təqdim etmiş, həmin bükümün içərisindəki maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. O, daha sonra əməlindən peşiman olduğunu göstərdi. İş üzrə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 4-cü Polis şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərdi ki, 18 fevral 2022-ci il tarixdə xx.xx.1980-ci ildə Xocavənd rayonunda anadan olmuş, Xocavənd rayonu, Xocavənd kəndində qeydiyyatda olan, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması barədə qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə onun tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, həmin tədbirin keçirilməsi ilə bağlı Binəqədi RPİ-nin 4-cü PŞ-nin kiçik inspektoru, polis baş serjantı Şahid2 ibarət olmaqla əməliyyat qrupu təşkil olunduqdan sonra Fəridlə birlikdə məlumat əsasında həmin tarixdə Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospektində bir qədər gizli müşahidə apardıqdan sonra saat 19:00-da məlumatda əlamətləri uyğun gələn və xarici görünüşcə Anara oxşar şəxsi piyada olduğu zaman saxlamışlar. Saxlanan şəxsdən kimliyi və harada yaşadığı soruşulduqda o, özünü təqdim edərək ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmiş, Anara narkotik vasitələrin əldə edib, üzərində saxlamasında, daşımasında və qəbul etməsində şübhəli olması, həmin yerdə isə şərait olmadığından polis şöbəsinə getməyi və polis şöbəsində videokameradan istifadə etməklə videoçəkiliş altında onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, Anar isə heç bir etirazının olmadığını bildirmiş, birlikdə Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinə getmişlər. Polis şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CPMnin 90-cı maddəsi ilə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilərək, üzərinə şəxsi axtarış və götürmə aparılması barədə mövcud qərarla tanış edilmiş, videoçəkiliş aparılacağı bildirilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitəni, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofanda olan bükülünü təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin sellofanın içərisində olan kəskin spesifik iyə məxsus qəhvəyi rəngli toz şəkilli maddənin narkotik vasitə heroin olduğunu, 18.02.2022-ci il tarixdə yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonuncunun üzərinə əlavə olaraq baxış keçirilmiş, üzərindən heç bir predmet və ya əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükülünün içərisində olan narkotik vasitəyə bənzər kütlənin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq möhürlənmiş, zərfin üzəri Təqsirləndirilən şəxs özü və iştirakçılar tərəfindən imzalanmış, görülmüş hərəkətlər müvafiq qaydada sənədləşdirilərək protokol tərtib olunmuş, ucadan oxunmuş, Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı bir zor, təzyiq göstərilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 4-cü Polis şöbəsinin cinayət axtarışı üzrə kiçik inspektoru, polis baş serjantı Şahid2 Şahid1 ifadəsinə tam uyğun ifadə verdi. Təqsirləndirilən şəxs cinayət əməli onun özünün etdiyi cinayət əməlini etiraf etməsi, şahidlərin ifadələri ilə yanaşı iş materialları ilə də, tam sübuta yetirilir. İş materiallarının 36-41-ci vərəqlərindəki məhkəmə kimyəvi ekspertizasının 19 fevral 2022-ci il tarixli, 6/5040 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «...Təqsirləndirilən şəxs » və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,051 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in İ siyahısına daxildir. İş materiallarının 91-92-ci vərəqlərindəki məhkəmə-narkoloji ekspertizasının 22.02.2022-ci il tarixli, 877 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindoromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarının 31-32-ci vərəqlərindəki Binəqədi RPİ-nin 4-cü PŞ-nin baş təhqiqatçısı polis kapitanı Şəhliyar Hacıyev tərəfindən tərtib edilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 18 fevral 2022-ci il tarixli protokol ilə müəyyən edilir ki, eyni tarixdə saat 19:00-da Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində Təqsirləndirilən şəxs saxlanılaraq Binəqədi RPİ-nin 4-ci PŞ-nə aparılmış və orada inzibati otaqda texniki vasitə olan «Samsunq» markalı videokameradan istifadə etməklə, video çəkiliş altında Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofanda olan bükülü aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin sellofanın içərisində olan kəskin spesifik iyə məxsus qəhvəyi rəngli toz şəkilli maddənin narkotik vasitə heroin olduğunu, 18.02.2022-ci il tarixdə narkotik vasitəni Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospektində yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə zərfdə qablaşdırılmış, möhürlənmiş və görülmüş tədbir barədə tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarının 94-96-cı vərəqlərindəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 13.11.2011-ciil tarixli hökmünə əsasən, Azərbaycan Respublikasının CM-nin 181.3.2-ci maddəsi ilə təqsirli bilinib,5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 28.02.2006-cı il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 07.07.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 23.10.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 28.10.2014-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 04 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 30.05.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü (məhkumluq) maddəsinə əsasən hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs X2 məhkumluğu olmayan hesab edilməlidir. İş materiallarının 25-ci vərəqindəki şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 18 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. İş materiallarının 72-ci vərəqindəki təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında 20 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2022-ci il tarixdə MSY-dən azad olunmuşdur. İş materiallarının 74-cü vərəqindəki 20 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqında iltizam» qətimkan tədbiri seçilmişdir. Binəqədi rayon məhkəməsinin məhkəmə hazırlıq iclasının 12 aprel 2022-ci il tarixli, 1(001)-261/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli ona tam sübutdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsüf edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayət xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlini etiraf edib, əməlindən peşiman olmasını, şəhid ailəsinin üzvü olmasını, bir azyaşlı uşağının olmasını, məhkumluğunun olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edib qiymətləndirir, iş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanları, işin bütün hallarını nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilmədən də, islah edilib tərbiyə olunmasını mümkün hesab edir və onun azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini lazım bilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın 4 (dörd) gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbayan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir, ərazi narkoloji dispaserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə kimyəvi ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Bakı şəhər Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,001 qram narkotik vasitə heroin məhv edilməlidir. Binəqədi RPİ-nin 4-cü Polis şöbəsinin təhqiqatçısı tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunarkən aparılmış video çəkilişi əks etdirən iş üzrə maddi sübut 1 (bir) ədəd CD disk iş materiallarına əlavə edilməlidir. İş üzrə mülki iddia, başqa maddi sübut və başqa ekspertiza xərci yoxdur. Binəqədi rayon məhkəməsində məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçisinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərdiyi 30 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilməlidir və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 349, 351-353-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın 4 (dörd) gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iiki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov 32 saylı evin 136-cı mənzilində çəksin. Təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. X4 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi bütün dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24:00dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqana iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrasına və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Azərbayan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə kimyəvi ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının büdcəsinə keçirilsin. (Keçiriləcək hesab:Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3; SAP (XİİS) hesabı-X1,kodu 21005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi –VÖEN **********, hesab AZ34CTRE********************) İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,001 qram narkotik vasitə heroin məhv edilsin. Binəqədi RPİ-nin 4-cü Polis şöbəsinin təhqiqatçısı tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunarkən aparılmış video çəkilişi əks etdirən iş üzrə maddi sübut 1 (bir) ədəd CD disk iş materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi 30 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Araz Kazımov
Məhkəmə qərarları › İş №1(001)-261/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-261/2022
05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver