Məhkəmə qərarları › İş №1(001)-261/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-261/2024

16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-261/2024 16.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin sentyabr ayında “Tik-tok” adlı internet sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs Bakı şəhəri Baş Polis İdarəsinin dəftərxanasına polis nəfəri - operator vəzifəsi üzrə işə qəbul etdirəcəyini yalan vəd verib aldadaraq bu məqsədlə Zərərçəkmiş şəxs 06 iyul 2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 167 ünvanında yerləşən Binəqədi rayon İcra və Probasiya şöbəsinin binasının yaxınlığında 4600 manat pul almış, Zərərçəkmiş şəxs 06 iyul 2023-cü il tarixdə saat 12:45 dəqiqədə Bakı şəhəri Azadlıq prospekti 179 ünvanında mobil tətbiq vasitəsi ilə özünə məxsus 4098 5844 9289 7754 nömrəli “Leo bank” hesabından Təqsirləndirilən şəxs məxsus 4098 5844 5841 7043 nömrəli “Leobank” hesabına göndərdiyi 150 manatı, həmin ünvanda həmin tarixdə saat 13:15 dəqiqədə həmin bank kartından Zamiqə məxsus həmin bank kartına göndərdiyi 800 manatı, həmin ünvanda həmin tarixdə saat 13:37 dəqiqədə özünə məxsus 4169 7388 3513 1495 nömrəli “Kapital bank” hesabından Təqsirləndirilən şəxs məxsus 4169 7388 1834 6490 nömrəli “Kapital Bank” hesabına göndərdiyi 200 manatı, 08 iyul 2023-cü il tarixdə saat 14:33 dəqiqədə Bakı şəhəri Azadlıq prospekti 179 ünvanında mobil tətbiq vasitəsi ilə özünə məxsus 4098 5844 9289 7754 nömrəli “Leo bank” hesabından Təqsirləndirilən şəxs məxsus 4098 5844 5841 7043 nömrəli “Leobank” hesabına göndərdiyi 500 manatı, 09 iyul 2023-cü il tarixdə saat 18:16 dəqiqədə ünvan 4 ünvanında özünə məxsus 4169 7388 3513 1495 nömrəli “Kapital bank” hesabından Təqsirləndirilən şəxs məxsus 4169 7388 1834 6490 nömrəli “Kapital Bank” hesabına göndərdiyi 1500 manatı, 20 iyul 2023-cü il tarixdə saat 15:51 dəqiqədə Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 167 ünvanında yerləşən “Emanat” ödəniş terminalından “mpay” tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus 4098 5844 5841 7043 nömrəli “Leobank” hesabına göndərdiyi 150 manatı, 26 iyul 2023-cü il tarixdə saat 09:17 dəqiqədə həmin ödəniş terminalından “mpay” tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus həmin hesaba göndərdiyi 100 manatı və 04 avqust 2023-cü il tarixdə saat 15:11 radələrində Bakı şəhəri Azadlıq prospekti 179 ünvanında mobil tətbiq vasitəsi ilə özünə məxsus 4098 5844 9289 7754 nömrəli “Leo bank” hesabından Təqsirləndirilən şəxs məxsus 4098 5844 5841 7043 nömrəli “Leobank” hesabına göndərdiyi 250 manatı alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 8250 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, işini aparan müstəntiq işə qərəzli yanaşaraq fərziyyə ilə işə baxılmışdır. 3360 manat almağısına baxmayaraq, xanım hərkəsi yığmağa başlamışdır ki, “onu işə düzəltməsi üçün 8000 manat pul alıbdı”. Gültac ona zəng vurub ondan pul aldığını demiş, o isə xanıma “mən səndən nə qədər, harada pul almışam?” dedikdə xanım ona cavab verə bilməmişdir. Onlar 5000 manat üçün sözləşmişlər. İstintaqda 4600 ilə tanış olmuşdur. O, Gültaca 3350 manatdan 600 manat və 200 manat olmaqla 2 dəfə pulu qaytarmışdır. Çünki bilirdi ki, ona nə qədər pul verilib və nə qədər qaytarmalıdır. Bundan sonra Gültac ona nalayiq ifadələr işlətməyə və yazmağa başlamışdır. 2023-cü ilin iyul ayının 6-sı saat 12-də xanımla görüşməsinə baxmayaraq ayın 4-ü üçün anten məlumatı çıxmışdır. Həmin məlumata əsasən onun Binəqədi rayonunda olduğum göstərilmiş, 1 dəqiqə sonrası üçün olan antendə isə Sabunçu rayonunda olduğu göstərilmişdir. Müstəntiq dedi ki, onlar Bakcelldən ümumi anten istəmiş, idarə də onlara zəngləri təqdim etmişdir. Gültac xanım tərəfindən ona 4600 manat pul verilməmişdir. Həmçinin xanım vəzifə səlahiyyətində olmamasına baxmayaraq, sistemdən onun şəxsi məlumatlarına baxılmışdır. Müstəntiq ona yalandan soyadını səhv yazdığını qeyd edərək, tarixi dəyişdirmişdir. Ayın 6-sı ifadə verməsinə baxmayaraq, tarixi ayın 5-nə dəyişdirilmişdir. Güya ayın 4-ü görüşmüş, ayın 5-i pulu almışdır. Xanım həmçinin atasına yığaraq səhv iş gördüyünü bildirib, əlavə ***-**** manat istəmişdir. Xanım özü 200 manata kirayədə qalır, 500 manat maaş alır. Atası da ona 4600 yox, 800 manat yollamışdır. O, işlədiyi əməldən peşmandır, lakin o qədər pul almamışdır. Aldığı pulun 800 manatını 600 və 200 manat olaraq 2 hissəyə qaytarmışdır. Xanıma deyirdi ki, əgər ona inanmırsa, polisə müraciət etsin və onlar araşdırsın. Gültac onu təhqir etmiş, telefonu üzünə bağlamış, onu bloklamışdır. Sonra blokdan çıxarıb, yenidən yazıb ardınca yenə də bloklamışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Gültac ilə ilk gündən 5000 manat üzrə sözləşmişlər. Bir nəfər ona söz vermişdir ki, 5000 manatı verəcəkdir. İyul ayın 6-sı saat 12-də ona demişdir ki, pulu götürsün. Həmin şəxs sənədlərlə gəlmiş, lakin sənədləri arasından pul çıxmamışdır. Ona demişdir ki, söz vermiş bu pulu bugün çatdırmalıdır. Həmin vaxt atasından 800 manat borc almışdır. Onlar Gültacın iş yerinin yanında görüşlər. Xanıma pulu verəcək şəxs telefonu götürmürdü. İyul ayının 5-i gecə 12-yə işləmiş xanımı evindən götürüb ağ şəhərə aparmış, orada avtomobildə oturub kofe içdikdən sonra onu evə geri qaytarmışdır. Gültacı həmin pul qarşılığında polis idarəsinə dəftərxanaya işə düzəldəcəkdi. İşə düzəltmək məsələsini Nizami adlı şəxslə danışmış, lakin pulu verməmişdir. İşin alınmaması avqust ayında bilinmişdir. Anten bağlı problem odur ki, iyul ayının 4-ü Binəqədi qəsəbəsində olduğu göstərilir. Müstəntiqin köməkçisi bildirmişdir ki, iyul ayınnın 5-i saat 13:12-də Binəqədidə, 1 dəq sonra isə Sabunçuda olduğu göstərilir. İyul ayının 6-na olan anten isə onu Gültac xanımın iş yerində göstərir. Gültac xanım onu ayın 6-sı iş yerinin yanına çağırdı ki, 5000 manat verəcədir. Əvvəlcə ayın 5-i demiş, sonra ayın 6-da görüşmüşlər. Elə olsa idi 4600 manatı aldıqdan sonra çıxıb gedərdi, atasından gələcək 800 manatı neyniyəcəkdi? O, müstəntiqə izah etmişdir ki, iyul ayının 5-i danışmışlar, ayın 6-da isə görüşmüşlər. Anten çıxarılmış, lakin anten ayın 6 tarixini göstərməmişdir. Gültac xanımı may ayında Tiktok sosial şəbəkəsi üzərindən tanımış və onunla iş söhbəti may ayından iyula qədərki dövrdə danışılmışdır. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 8250 manat pulu tam şəkildə nəğd və əlbəəl olara qvermişdir. 2023cü ilin avqust ayından bu yana pulunu geri istəmişdir. Çünki pulu verdikdən sonra işlə bağlı onunla kontakta girilməmiş, zəngləri götürülməmiş, bloka atılmışdır. Hətta şəxs ona Gömrük Komitəsində işlədiyini deyəndə, Komitəyə elektron formada məlumat vermişdir. Şəxsin özünə də bu barədə məlumat vermiş və qanuni yollara baş vurduğunu qeyd etmişdir. Gömrük Komitəsində artıq çalışmadığını bildikdən sonra o, Prokurorluğa müraciət etmişdir. Bu günə qədər ona heç bir ödəniş olunmamışdır. Ailəsi də həmçinin ona zəng edərək narahat etmişdir. Dayanmadan etdiyi zənglər nəticəsində sentyabr ayında 600 və 200 olmaqla 2 dəfə 800 manat pul almış və həmin puldan başqa ona heç bir məbləğdə pul geri ala bilməmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, pulu verməsi ilə bağlı şahidi yoxdur. O, pulu sənədin arasında təqdim etmiş, özü də 2 dəfə saymışdır. Pulun miqdarı mesajlarda vardır. Qayıdan pullarla bağlı çekləri istintaqa təqdim etmişdir. Onlar iyul ayının 5 və 6-da saat 12-1 raddələrində görüşmüşlər. 4600 manat nəğd şəkildə əlidə idi. Bu günə kimi olan bütün mesajlar durur və hamısını istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyandan cəmi 800 manat pul ödənilmiş qalan pul isə bugünədək ödənilməmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və ondan qalan pulunun qaytarılmasını tələb edir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Gültac onun qızıdır. 2023-cü ilin iyul ayının 6-da saat 12-1 raddələrində ona zəng gəlmiş və qızı demişdir ki, ona təcili 800 manat pul lazımdır. Nə üçün lazım olduğunu soruşduqda qızı vacib olduğunu, ehtiyacının olduğunu bildirmişdir. Kimə isə pul verəcəyini ona bildirməmişdir. Çünki bunu bilsə pul verməzdi. Bir müddət keçdikdən sonra qızından pulu nə etdiyini soruşduqda qızı ona pulu işə düzəlməsi üçün Gömrük işçisinə verdiyini bildirmişdir. Bir xeyli müddət keçdikdən sonra qızından iş məsələsinin nə yerdə qaldığını soruşduqda qızı həmin adam tərəfindən aldadıldığını və pulu verməsinə baxmayaraq işədüzəldə bilmədiyini demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq saxlanılma yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)- 1198/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 09 dekabr 2023-cü il tarixdən hesablanmışdır. Baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi bank qəbzləri, WhatsApp yazışmaları və səsyazının olduğu bir ədəd “CD” diski tərəfimdən götürülərək baxış keçirilmişdir. 06 iyul 2023-cü il tarixli qəbzdən görünür ki, həmin tarixdə saat 12:45 dəqiqədə Zərərçəkmiş şəxs özünə məxsus “Leo bank” kartından Təqsirləndirilən şəxs məxsus 4098 58 **** 7043 nömrəli “Leobank” hesabına 150,00 manat pul köçürmüşdür. 06 iyul 2023-cü il tarixli qəbzdən görünür ki, həmin tarixdə saat 13:15 dəqiqədə Zərərçəkmiş şəxs özünə məxsus “Leo bank” kartından Təqsirləndirilən şəxs məxsus 4098 58 **** 7043 nömrəli “Leobank” hesabına 800,00 manat pul köçürmüşdür. ********** nömrəli qəbzdən görünür ki, 06 iyul 2023-cü il tarixdə saat 13:37 dəqiqədə Zərərçəkmiş şəxs məxsus 416973******1495 nömrəli kartdan Təqsirləndirilən şəxs məxsus kart hesabına 200,00 AZN məbləğ köçürmə əməliyyatı icra olunmuşdur. 08 iyul 2023-cü il tarixli qəbzdən görünür ki, həmin tarixdə saat 14:33 dəqiqədə Zərərçəkmiş şəxs özünə məxsus “Leo bank” kartından Təqsirləndirilən şəxs məxsus 4098 58 **** 7043 nömrəli “Leobank” hesabına 500,00 manat pul köçürmüşdür. ********** nömrəli qəbzdən görünür ki, 09 iyul 2023-cü il tarixdə saat 18:16 dəqiqədə Zərərçəkmiş şəxs məxsus 416973******1495 nömrəli kartdan Təqsirləndirilən şəxs məxsus 416973******5281 nömrəli kart hesabına 1500,00 AZN məbləğ köçürmə əməliyyatı icra olunmuşdur. 7065 nömrəli qəbzdən görünür ki, 20 iyul 2023-cü il tarixdə saat 15:51 dəqiqədə Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 167 Referans Stomoloji ünvanından Təqsirləndirilən şəxs məxsus ****58417043 nömrəli bank kartına “Mpay” ödəmə sistemi ilə 150,00 manat ödəniş edilmişdir. 5851 nömrəli qəbzdən görünür ki, 26 iyul 2023-cü il tarixdə saat 09:17 dəqiqədə Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 167 Referans Stomoloji ünvanından Təqsirləndirilən şəxs məxsus ****58417043 nömrəli bank kartına “Mpay” ödəmə sistemi ilə 100,00 manat ödəniş edilmişdir. 04 avqust 2023-cü il tarixli qəbzdən görünür ki, həmin tarixdə saat 15:11 dəqiqədə Zərərçəkmiş şəxs özünə məxsus “Leo bank” kartından Təqsirləndirilən şəxs məxsus 4098 58 **** 7043 nömrəli “Leobank” hesabına 250,00 manat pul köçürmüşdür. “WhatsApp” yazışmalarında Zərərçəkmiş şəxs istifadə etdiyi ***-***-**-** saylı telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında aparılmış yazışmaların məzmunu qeyd edilmişdir. Həmin yazışmada Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs işə qəbul olunması ilə bağlı pul verməsi, sonuncunun onu iş qəbul etdirməməsi və pulunu qaytarmaması ilə bağlı yazışmalar qeyd edilmişdir. “WhatsApp” səs yazılarında bir nəfər şəxs “bu iş bitəcək e, bu adamla sən danış birdən deyər alınmadı, eləmədi, biabır olaram mən, belə şey birinci dəfədir eləyirəm, mən həmişə pulu əlimə alıb sonra işləmişəm, ona görə, başa düşdün”, “Ədliyyədə işləyirsənsə mən səni perevod edirəm o qiymətə başa düşdün, ümumiyyətlə 25 yaşa qədərdir polisə girmək, sən prosto stajın olduğu üçün səni perevod edirik”, “sən əgər dövlətdə işləməsən 25 yaşa qədərdir, sən axı uje dövlətdə işləyirsən, iki il stajın var axı başa düşdün, onda pervod eləmək olur da, orqandan orqana keçirmək olur, sənə perevod alsam da Bakı şəhər polis idarəsinin dəftərxanasına alacam səni, ora gedəssən, başqa hara gedə bilərsən, post patrula gedə bilmərsən, harasa gedə bilmərsən, ya 102-yə zəni verə bilərik, ya da Qoratdelin dəftərxanasına, dəftərxana yaxşıdır da, maaşı normal, bayramları bayram, iş saatı da normal saat beş altı iş qutarır”, “yadında saxla dəftərxananın paketi çox olur, deyim bilginən, başa düşdün, üç yez neçə manat maaşdırsa, paket gəlir min beş yüzə”, “səni çağıranda uje sənə lazım olan nə sənədlər var onu tələb edəcəklər, bugünkü gündə nə verlibsə odur, bir də elə şübhəli danışırsan ki, elə bil sənin pulunu atıblar neynəyiblər, sənə dedim ki, ortada mən varam, sənin pulun bata bilməz” məzmununda danışmışdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu, Zamiqin həmin səsləri onun telefonuna ona göndərdiyini, Zamiqin onun işə qəbul olunması və pulunu alması ilə bağlı danışıq apardığını bildirmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, lakin hazırda ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur. İfadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmişdir. Diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, "xxxx" Telekom MMC-dən 19 fevral 2024-cü il tarixli BKC/LGL- 1824/24 nömrəli məktubla göndərilmiş bir ədəd CD diskə tərəfimdən baxış keçirilmişdir. Baxış zamanı CD diskdə “995030202 ********* daxil olan”, “995030202 ********* xaric olan”, “Əhatə dairəsi **********4907 995030202”, “nomrenin mexsusluq tarixcesi **********4952 995030202” adlı dörd ədəd qovluğun olduğu müəyyən edilmişdir. “995030202 ********* daxil olan” adlı qovluğa baxış keçirildi və baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadə etdiyi ***-***-**-** saylı telefon nömrəsi arasında 20 iyul 2023-cü il tarixdə saat 15:54 dəqiqədə, 05 avqust 2023-cü il tarixdə saat 23:20 dəqiqədə, 09 avqust 2023-cü il tarixdə saat 18:36 dəqiqədə, 23 avqust 2023-cü il tarixdə saat 22:50 dəqiqədə və 29 sentyabr 2023-cü il tarixdə saat 19:11 dəqiqədə danışıq aparılmışdır. “995030202 ********* xaric olan” adlı qovluğa baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs istifadə etdiyi ***-***-**-** saylı telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 04 iyul 2023-cü il tarixdə saat 13:18 dəqiqədə, 04 iyul 2023-cü il tarixdə saat 23:14 dəqiqədə, 06 iyul 2023-cü il tarixdə saat 10:56 dəqiqədə, 06 iyul 2023-cü il tarixdə saat 11:40 dəqiqədə, 06 iyul 2023-cü il tarixdə saat 13:34 dəqiqədə, 06 iyul 2023-cü il tarixdə saat 19:56 dəqiqədə, 07 iyul 2023-cü il tarixdə saat 21:31 dəqiqədə, 08 iyul 2023-cü il tarixdə saat 13:38 dəqiqədə, 08 iyul 2023cü il tarixdə saat 17:25 dəqiqədə, 08 iyul 2023-cü il tarixdə saat 17:55 dəqiqədə, 08 iyul 2023-cü il tarixdə saat 20:10 dəqiqədə, 08 iyul 2023-cü il tarixdə saat 20:14 dəqiqədə, 08 iyul 2023-cü il tarixdə saat 23:12 dəqiqədə, 09 iyul 2023-cü il tarixdə saat 12:40 dəqiqədə, 09 iyul 2023-cü il tarixdə saat 15:10 dəqiqədə, 09 iyul 2023-cü il tarixdə saat 17:58 dəqiqədə, 11 iyul 2023-cü il tarixdə saat 15:56 dəqiqədə, 12 iyul 2023-cü il tarixdə saat 21:26 dəqiqədə, 13 iyul 2023-cü il tarixdə saat 20:44 dəqiqədə, 15 iyul 2023-cü il tarixdə saat 19:38 dəqiqədə, 28 iyul 2023-cü il tarixdə saat 20:47 dəqiqədə, 01 avqust 2023-cü il tarixdə saat 20:57 dəqiqədə, 01 avqust 2023-cü il tarixdə saat 21:03 dəqiqədə, 02 avqust 2023-cü il tarixdə saat 22:36 dəqiqədə, 03 avqust 2023-cü il tarixdə saat 18:18 dəqiqədə, 04 avqust 2023-cü il tarixdə saat 15:58 dəqiqədə, 04 avqust 2023-cü il tarixdə saat 22:54 dəqiqədə, 05 avqust 2023-cü il tarixdə saat 23:20 dəqiqədə, 06 avqust 2023-cü il tarixdə saat 12:44 dəqiqədə, 14 avqust 2023-cü il tarixdə saat 10:56 dəqiqədə, 14 avqust 2023-cü il tarixdə saat 10:59 dəqiqədə, 15 avqust 2023-cü il tarixdə saat 19:40 dəqiqədə, 19 avqust 2023-cü il tarixdə saat 15:35 dəqiqədə, 19 avqust 2023-cü il tarixdə saat 21:15 dəqiqədə, 22 avqust 2023-cü il tarixdə saat 21:20 dəqiqədə, 24 avqust 2023-cü il tarixdə saat 00:34 dəqiqədə, 08 sentyabr 2023-cü il tarixdə saat 18:18 dəqiqədə və 01 oktyabr 2023-cü il tarixdə saat 14:28 dəqiqədə danışıq aparılmışdır. “nomrenin mexsusluq tarixcesi **********4952 995030202” adlı qovluğa baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Axundzadə küçəsi ev 18-də qeydiyyatda olan, xx xxxxx 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adınadır. “Əhatə dairəsi **********4907 995030202” adlı qovluğa baxış keçirildi və baxış zamanı həmin qovluqda Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin anten-əhatə dairəsi barədə məlumatlar təsbit edilmişdir. Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin anten-əhatə dairəsi 04 iyul 2023-cü il tarixdə saat 10:23 dəqiqədə Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsi Həmid Sultanov küçəsi ev 22-də, 04 iyul 2023-cü il tarixdə saat 12:19 dəqiqədə Bakı şəhəri Biləcəri qəsəbəsində, 05 iyul 2023-cü il tarixdə saat 13:41 dəqiqədə Bakı şəhəri Əhməd Rəcəbli küçəsi 11/33 Binəqədi rayonu ərazisində, 05 iyul 2023-cü il tarixdə saat 22:28 dəqiqədə Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndan küçəsi 150-də, 05 iyul 2023-cü il tarixdə saat 22:34 dəqiqədə Bakı şəhəri 8-ci mikrorayon H.Hüseynov küçəsi 11A mənzil 28-də, 05 iyul 2023-cü il tarixdə saat 22:39 dəqiqədə Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndan küçəsi 150-də, 05 iyul 2023-cü il tarixdə saat 22:40 dəqiqədə Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndan küçəsi 150-də, 05 iyul 2023-cü il tarixdə saat 22:41 dəqiqədə Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndan küçəsi 150-də, 05 iyul 2023-cü il tarixdə saat 22:42 dəqiqədə Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndan küçəsi 150-də, 05 iyul 2023-cü il tarixdə saat 22:43 dəqiqədə Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndan küçəsi 150-də, 06 iyul 2023-cü il tarixdə saat 11:57 dəqiqədə Bakı şəhəri Azadlıq prospekti 155 Binəqədi rayonu ərazisində, 06 iyul 2023-cü il tarixdə saat 12:08 dəqiqədə Bakı şəhəri 8-ci mikrorayon H.Hüseynov küçəsi 11A mənzil 27 Binəqədi rayonu ərazisində, 06 iyul 2023-cü il tarixdə saat 12:35 dəqiqədə Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndan küçəsi 150-də, 06 iyul 2023-cü il tarixdə saat 12:35 dəqiqədə Bakı şəhəri 8ci mikrorayon H.Hüseynov küçəsi 11A mənzil 27 Binəqədi rayonu ərazisində, 06 iyul 2023cü il tarixdə saat 12:36 dəqiqədə Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndan küçəsi 150də, 06 iyul 2023-cü il tarixdə saat 12:43 dəqiqədə Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 161 B-də olmuşdur. Üzləşdirmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif olunması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi bank qəbzləri, “WhatsApp” yazışmaları, səsyazının olduğu 1 (bir) ədəd disk, "xxxx" Telekom MMC-dən alınmış telefon məlumatlarını özündə əks etdirən 1 (bir) ədəd disk iş üzrə maddi sübur kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-142/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün müddətə, yəni 29 mart 2024-cü il tarixədək uzadılmışdır. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsinə dair verdiyi ifadəsinə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, təqsirləndirilən şəxsin ifadələrini, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.4-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasını və belə olan halda təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 09 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-1198/2023 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək həbsdə saxlanılma müddətinin əvvəli 09 dekabr 2023-cü il tarixdən hesablanmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 4(001)-142/2024 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti 20 gün müddətə, yəni 29 mart 2024-cü il tarixədək uzadılmış və sonuncu həmin tarixdən hazırkı vaxtadək həbsdə olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 09 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi bank qəbzləri, “WhatsApp” yazışmaları, səsyazının olduğu 1 (bir) ədəd disk, "xxxx" Telekom MMC-dən alınmış telefon məlumatlarını özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X1 cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 09 dekabr 2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi bank qəbzləri, “WhatsApp” yazışmaları, səsyazının olduğu 1 (bir) ədəd disk, "xxxx" Telekom MMC-dən alınmış telefon məlumatlarını özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar