Məhkəmə qərarları › İş №1(001)-262/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-262/2020

10.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-262/2020 10.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin vəkili Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2, tərcüməçi X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 2, ev 3, mənzil 18 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, xx xxxxxxx 2019-cu il tarixdə saat 21 radələrində Baki şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində yerləşən "xxxxxxxxxxxxxx" MMC-nin qarşısında, özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan "VAZ-21063" markalı 10 DS-392 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən "Yol Hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü onun üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma hədinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunları etməmiş, yolun hərəkət hissəsində idarə etdiyi avtomobil ilə hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq, yolun solundan sağına keçmək istəyən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan avtomobilin qabaq sağ küncü il vurmuş, sonuncuya qapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan alının, sağ qaşüstü və sağ gicgah nahiyələrinin sıyrıqları, sağ qasıq və oturaq sümüklərinin qapalı yerdəyişən sınıqları, simfiz və oma-qalça birləşməsinin cırılması ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirmiş və "Yol Hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə, yəni zərər çəkən şəxsə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, «Təcili tibbi yardım» maşını çağırmalı, zərər çəkən şəxsin həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, sonra hadisə yerinə qayıtmalı olduğu halda qeyd edilənlərə əməl etməmiş və törətdiyi yol-nəqliyyat hadisəsi barədə müvafiq orqanlara xəbər vermədən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263.1 və 264-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünə məxsus «Vaz 21063» markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. xx xxxxxxx 2019-cu il tarixdə saat 20 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan « Vaz 21063 » markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsində yerləşən «Army» marketin qarşısında taksi fəaliyyəti ilə məşğul olan zaman əvvəllər tanımadığı bir nəfər orta yaşlı qadın əl işarəsi edərək avtomobili saxlatdırmışdır. Həmin qadın qabaq sağ oturacaqda sərnişin qismində əyləşərək onu Mehdiabad qəsəbəsinə aparmasını xahiş etmişdir. O, da həmin qadınla razılaşıb avtomobili Biləcəri qəsəbəsindən Mehdiabad qəsəbəsi istiqamətində idarə etməyə başlamışdır. Təxminən saat 21 radələrində Biləcəri qəsəbəsi ərazisində saatda 40-50 km/saat sürətlə hərəkətdə olarkən «xxxxxxxxxxxxx» MMC-nin qarşısına çatdıqda anidən avtomobilin hərəkətdə olduğu istiqamətdə yolun hərəkət hissəsindən bir nəfər kişi cinsindən olan şəxsin soldan sağa doğru keçməsini müşahidə etmişdir. Lakin həmin piyadanı gördüyü anda onunla idarə etdiyi avtomobil arasında məsafə çox az olduğundan avtomobilin sükanını sola tərəf istiqamətləndirsə də, piyada avtomobilin qabaq sağ tininə dəymişdir. Həmin zaman o, özünü itirmiş və idarə etdiyi avtomobillə oradan uzaqlaşmışdır. Daha sonra isə avtomobildə olan sərnişin qadını Mehdiabad qəsəbəsində ünvanını dəqiq olaraq bilmədiyi ərazidə düşürərək idarə etdiyi avtomobillə yaşadığı evə qayıtmışdır. Həmin günü yaşadığı mənzildə qalmış və baş vermiş hadisə barədə hər hansı bir hüquq-mühafizə orqanına məlumat verməmişdir. xx xxxxxxx 2019-cu il tarixdə isə polis əməkdaşları yaşadığı mənzilə gələrək onu Binəqədi RPİ-nə aparmışlar. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı ödədiyindən zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 264-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx xxxxxxx 2019-cu il tarixdə saat 21 radələrində yaşadığı evdən çıxaraq dostu Nazim Musayev ilə birlikdə piyada Xırdalan qəsəbəsinə getmək üçün Baki şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən "xxxxxxxxxxxxxx" MMC-nin qarşısında olan yolu keçmək istəmişlər. Yolun sağından soluna tərəf birinci hissəsini keçmiş, qoşa xəttin üstündə dayanaraq Biləcəri qəsəbəsi tərəfdən avtomobil gəlib-gəlməməsinə nəzər saldıqda, təxminən 25-30 metr aralıda “VAZ-21063” markalı avtomobilin ona tərəf hərəkətdə olduğunu görmüşdür. O, həmin avtomobilin kifayət qədər uzaqda olduğunu görmüş və səkiyə tərəf asta qaçışla hərəkətini davam etdirmişdir. Səkiyə çatmağa təxminən 1-2 metr qalmış həmin “VAZ- 21063” markalı avtomobilin sürücüsü idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə sağ ayağının bud hissəsindən vurub onu yolun kənarına tullamışdır. Həmin sürücü avtomobili saxlamadan hərəkətini davam etdirmiş və onu yolun kənarında qoyub getmişdir. Yaxınlıqda olan tanımadığı şəxslər ona yaxınlaşaraq təcili tibbi yardıma zəng etmişlər. Bundan sonra hadisə yerinə gələn həkim briqadası onu təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə saat 21 radələrində tanışı Zərərçəkmiş şəxs ilə birlikdə piyada Xırdalan qəsəbəsinə getmək üçün Baki şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən "xxxxxxxxxxxxxx" MMC-nin qarşısında olan yolu keçmək istəmişlər. Sənan yolun hərəkət hissəsini keçdiyi anda yolun sağ hərəkət istiqamətindən hərəkətdə olan dövlət qeydiyyat nişanını görmədiyi «Vaz 2106» markalı avtomobil Sənanı vurmuş və sonuncu zərbənin təsirindən yerə yıxlımışdır. Bundan sonra, həmin avtomobilin sürücüsü avtomobilin hərəkətini dayandırmadan dərhal hadisə yerindən uzaqlaşmışdır. Bundan sonra o, hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Orada olan tanımadığı şəxslər təcili tibbi yardıma zəng etmişlər və hadisə yerinə gələn həkim briqadası Sənanı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli qərardan görünür ki, xx xxxxxxx 2019-cu il tarixdə saat 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadı küçəsində yerləşən “xxxxxxxxxxxxxx” MMC-nin qarşısında baş vermiş yol nəqliyyat hadisəsi zamanı piyada Zərərçəkmiş şəxs xəsarət alması və sürücünün hadisə yerindən qaçması ilə bağlı toplanmış material üzrə fakta görə CM-in 263.1-1 və 264-cü maddələri ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli protokoldan, ona əlavə edilmiş sxem və fotoşəkillərdən görünür ki, xx xxxxxxx 2019-cu il tarixdə saat 21 radələrində piyada Zərərçəkmiş şəxs xəsarət alması və sürücünün hadisə yerindən qaçması ilə nəticələnən yol nəqliyyat hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadı küçəsində yerləşən “xxxxxxxxxxxxxx” MMC-nin qarşısında baş vermişdir. xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X7 QİŞ tərəfindən verilmiş AD 167036 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BCD” kateqoriyalı sürücülük vəsiqəsi vardır və həmin vəsiqə xx.xx.2024-cü il tarixədək etibarlıdır. xx.xx.2019-cu il tarixli protokoldan, ona əlavə edilmiş sxem və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərməklə istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. xx.xx.2019-cu il tarixli, 2180 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə - Tibbi Ekspertiza və Patoloji X3 Binəqədi rayon şöbəsinin rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan aının sağ qaşüstü və sağ gicgah nahiyələrinin sıyrıqları, sağ qasıq və oturaq sümüklərinin qapalı yerdəyişən sınıqları, simfiz və omaqalça birləşməsinin cırılması bərk küt əşyanın (əşyaların) təsirindən, onun tibbi yardım üçün Bakı Baş Sİ-nin X6 müraciət etdiyi xx xxxxxxx 2019-cu il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətə aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər xx xxxxxxx 2019-cu il tarixdə minik avtomobilinin onu vurması nəticəsinə əmələ gələ bilərdilər. xx.xx.2019-cu il tarixli, 27580 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, VAZ-21063 markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş, və onun hərəkətlərində “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyinə görə, onun hərəkətlərində “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikasının Qanununun” 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət əməlləri CM-in 263.1-1 və 264-cü maddələrindən həmin Məcəllənin 263.1 və 264-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs təqsilrəndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 263.1 və 264-cü maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu il tarixli qərardan və xx.xx.2020-ci il tarixli ittiham aktına əlavə edilmiş arayışdan görünür ki, «VAZ 21063» markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanması üçün Təqsirləndirilən şəxs təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli Baş Dövlət X7 sorğuya cavab məktubundan görünür ki, Baş Dövlət X7 kompyuter bazasına əsasən Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum olunanlar siyahısında yoxdur. xx.xx.2020-ci il tarixli Binəqədi rayon İcra və probasiya şöbəsinin sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü xx.xx.2011-ci il tarixdə şöbənin icraatına daxil olmuş və məhkum qeydiyyata alınmışdır. Məhkum Təqsirləndirilən şəxs cəzasını çəkməsi üçün xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı Xüsusi Müəssisəsinə göndərilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 600 manat cərimə cəzası ilə əvəz edilmiş və sonuncu 600 manat məbləğində cərimə cəzasını tam ödədiyi üçün xx.xx.2011-ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. xx.xx.2020-ci il tarixdə iş üzrə Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tam şəkildə ödənilmiş və təqsirləndirilən şəxsdən şikayəti, tələbi yoxdur. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 1(001)-262/2020 nömrəli qərarına əsasən iş üzrə cinayət əməlini törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən CM-in 263-cü maddəsinin Qeydinə əsasən Təqsirləndirilən şəxs həmin Məcəllənin 263.1-ci maddəsi ilə olan cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilmiş və onun əməlində inzibati xəta tərkibinin əlamətlərinin olması ilə əlaqədar qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan CM-in 264-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi onun etiraf edici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdiyi ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 264-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 264-cü maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddətinin əvvəli isə hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu CM-in 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 2, ev 3, mənzil 18 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış «VAZ 21063» markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanması üçün Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Həmçinin məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddətinin əvvəli isə hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 2, ev 3, mənzil 18 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «VAZ 21063» markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanması üçün Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə yol-nəqliyyat ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar