Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-262/2024 25.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçioğlunun iştirakı ilə xx xxxxxxx 2003-cü ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli 7(010)-454/2023 saylı qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 04 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, üzərində məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilməmiş və ya götürülməmiş, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi A.Marxiyevka küçəsi ev 28-də qeydiyyatda olan və Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində nömrəsiz evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 noyabr 2023-cü il tarixdə saat 01:30 radələrində ünvan 1 ünvanında, yerləşən saxlanc yeri hesab edilən ünvan 2rta məktəbin həyətinə hasardan aşıb qanunsuz daxil olaraq məktəbin birinci mərtəbəsində yerləşən saxlanc yeri hesab edilən sinif otağının plastik pəncərəsini əli ilə açıb qanunsuz olaraq içəri daxil olub həmin orta məktəbin balansında olan sinif otağının tavanına bərkidilmiş 1402,85 manat dəyərində “Acer” markalı, X1126AH modelli, qara rəngli bir ədəd proyektoru, 70 manat dəyərində həmin proyektorun tavana bərkidilməsi üçün nəzərdə tutulan bir ədəd kranşteyni, həmin məktəbdə ibtidai sinif müəllimi işləyən Zərərçəkmiş şəxs məxsus 1000 manat dəyərində “Hp” markalı, qara rəngli bir ədəd notebooku və 30 manat dəyərində həmin notebookun bir ədəd qara rəngli çantasını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs ünvan 2rta məktəbə ümumilikdə 1472,85 manat məbləğində və Zərərçəkmiş şəxs ümumilikdə 1030 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadələrindən başqa iş üzrə toplanmış dəlillərin məcmusu ilə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, hadisə yerinə baxış keçirilməsi, ifadənin yerində yoxlanması, üzləşdirmə protokolları, ekspertiza rəyi, əldə edilmiş maddi sübutlar və iş üzrə toplanmış digər materiallarla tam təstiq olunaraq sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Binəqədi rayonu 7-ci mikrorayon A.Kunanbayev 24 ünvanında yerləşən 244 nömrəli tam orta məktəbdə 9-cu sinfə qədər oxuduğu üçün həmin məktəbin yerləşdiyi yeri və giriş-çıxışını yaxşı bilmişdir. Bu səbəbdən o, həmin məktəbə daxil olub komputer, notebuk və bu kimi digər əşyalar oğurlamağı, həmin əşyaları satıb pul əldə etməyi qərara almışdır. O, 7-ci mikrorayona gələrkən darıxmamaq üçün tanışlarından biri ilə gəlmək qərarına gəlmişdir. 21 noyabr 2023-cü il tarixdə saat 21 radələrində o, Qara Qarayev metrosunun yaxınlığında olarkən tanışı Şahid3 ilə rastlaşmışdır. O, Nəsirə birlikdə 7-ci mikrorayona getmələrini demişdir. O, Nəsirə yalan olaraq orada bir nəfər dostu ilə görüşəcəyini demişdir. Nəsir onunla birlikdə getməyə razı olmuşdur. O, Nəsirlə birlikdə metro ilə 7-ci mikrorayona gəlmişdir. O, Nəsirlə birlikdə piyada olaraq orta məktəbin olduğu istiqamətdə getmişlər. 244 nömrəli orta məktəbin olduğu yerə çatmağa təxminən 300 metr qalmış o, Nəsirə onu orada olan məhlədə gözləməsini, dostu ilə görüşüb Nəsirin yanına qayıdacağını demişdir. Nəsir onunla birlikdə getmək istədiyini deməmiş və orada dayanıb onu gözləmişdir. O, 244 nömrəli orta məktəbin yanına çatmışdır. Həmin vaxt 22 noyabr 2023-cü il saat 01:30 radələri olmuşdur. O, məktəbin hasarının üstünə çıxıb həyətə düşmüşdür. O, məktəbin həyətində heç kimin, qarovulçunun da olmadığını görmüşdür. O, məktəbin siniflərdən birinin pəncərəsinə yaxınlaşmış və içəriyə baxmışdır. O, sinifin içərisində tavanda bir ədəd proyektorun olduğunu görmüşdür. O, otağın ağ rəngli plastik pəncərəsini əli ilə güc verib açmışdır. Sonra o, pəncərədən həmin sinif otağına daxil olmuşdur. O, sinifdə olan partanın üstünə çıxmış və əli ilə proyektoru dartıb yerindən çıxarmışdır. O, sinifdəki masanın üstündə bir ədəd əl çantasının olduğunu görmüşdür. Həmin çantanın zəncirbəndini açmış və içərisində bir ədəd notebukun olduğunu görmüşdür. O, həmin notebuku çantası ilə birlikdə və bir ədəd proyektoru götürüb sinifdən çıxmışdır. O, yenidən hasarın üstünə çıxmış və bu dəfə küçəyə düşmüşdür. O, oğurladığı bir ədəd proyektoru və bir ədəd notebuku çantası ilə birlikdə əlində götürüb Nəsirin yanına qayıtmışdır. Nəsirin oğurluq etdiyini bilməməsi üçün o, Nəsirə dostu ilə ayaqüstü görüşdüyünü, əlində olan əşyaları dostundan götürdüyünü demişdir. O, Nəsirə geri qayıtmalarını demişdir. O, istifadə etdiyi ***-***-**-** saylı telefonla taksi sifariş vermişdir. Tanımadığı şəxsin idarə etdiyi xatırlamadığı taksi avtomobili ilə o, Nəsirlə birlikdə Qara Qarayev metrosunun yaxınlığına gəlmişdir. Nəsir onunla sağollaşıb getmişdir. O, oradan taksi sifariş vermiş və tanımadığı şəxsin idarə etdiyi xatırlamadığı taksi avtomobili ilə Şuşa şəhərciyinə getmişdir. O, oğurladığı əşyaları yaşadığı evin yerləşdiyi küçədə yerləşən qarajda gizlətmişdir. Səhəri gün o, əşyaları satmaq qərarına gəlmişdir. O, notebuku “Tap.az” saytında satmağı barədə elan yerləşdirmişdir. Sonra proyektoru satmaq üçün internert vasitəsi ilə axtarış aparmışdır. O, Amerika səfirliyinin yaxınlığında yerləşən bir mağazanın proyekt aldığını müəyyən etmişdir. Lakin, həmin vaxt o, şəxsiyyət vəsiqəsini tapa bilmədiyi üçün dostu Hüseynin vəsiqəsi ilə oğurladığı proyektoru satmaq qərarına gəlmişdir. O, mobil telefonu ilə “İnstagram” sosial şəbəkəsində Hüseynə yazaraq görüşmələrini demişdir. O, oğurladığı əşyaları götürüb Bakı şəhəri 28 may metrosunun yanına gəlmiş və orada Hüseynlə görüşmüşdür. O, bir ədəd proyektoru Hüseynə vermiş, həmin proyektoru Amerika səfirliyinin yaxınlığında yerləşən bir mağazaya təxminən 300-400 manata satmasını və pulunu ona verməsini demişdir. O, Hüseynə proyektorun dostuna məxsus olduğunu, satmaq üçün ona verdiyini, lakin, şəxsiyyət vəsiqəsini tapa bilmədiyim üçün öz adından sata bilmədiyini demişdir. Hüseyn onunla razılaşmış və proyektoru götürüb getmişdir. O, Hüseyni orada gözləmişdir. Bir neçə saat sonra Hüseyn onun yanına qayıdaraq proyektoru 200 manata həmin mağazaya satdığını demiş və pulun hamısını ona vermişdir. Bundan sonra Hüseyn onunla sağollaşıb getmişdir. Yerləşdirdiyi elanla bağlı bir nəfər şəxs onun telefonuna zəng edərək notubuku hansı qiymətə satdığını soruşmuşdur. O, həmin şəxsə notebuku 150 manata satacağını demişdir. Həmin şəxs görüşüb söhbət etmələrinii demişdir. O, Memar Əcəmi metrostansiyasına gedib həmin tanımadığı şəxslə görüşmüşdür. Həmin şəxs notebuka baxıb 100 manat pul verəcəyini demişdir. O, həmin şəxslə razılaşmış və bir ədəd notebuku çanta ilə birlikdə 100 manata həmin şəxsə satmışdır. O, oğurluqdan əldə etdiyi pulu bir neçə gün müddətində gündəlik tələbatına xərcləyib qurtarmışdır. Məhkəmədən törətdiyi əməldən peşman olduğunu bildirəərk ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş X8 ifadəsində, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını, zərərin ödənilmədiyini lakin buna baxmayaraq aralarında barışıq olduğunu bildirmiş və xx.xx.2024-cü il tarixdə bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, İsmayıllı rayonu Kürdmaşı kəndində anadan olmuş və ailəsi ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayonda yaşamışdır. O, 2017-ci il tarixdən Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon A.Kunanbayev 24 ünvanında yerləşən Əsəd Ələsgərov adına 244 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi işləmişdir. Məktəbin binası iki korpuslu, üç mərtəbəli olmuşdur. Onun dərs keçdiyi sinif ikinci korpusun birinci mərtəbəsində yerləşmişdir. Sinifin iki ədəd pəncərəsi olmuşdur. Pəncərənin önündə dəmir barmaqlıq olmamış, pəncərə ağ rəngli plastik materialdan və şüşədən ibarət olmuşdur. O, həftənin 1-5-ci günlərini saat 08 radələrindən saat 16 radələrinədək həmin sinifdə 3-cü sinif şagirdlərinə dərs keçmişdir. Sinif otağında partalar, şkaflar, plastik lövhə, elektron lövhə, proyektor, stendlər, şəkillər və digər bu kimi əşyalar olmuşdur. Bundan başqa o, şagirdlərə dərs keçmək məqsədi ilə proyektora qoşmaq üçün özünə məxsus notebukdan istifadə etmişdir. Çox vaxt həmin notebuku sinifdə saxlamış və bəzi vaxt həftənin beşinci günü yaşadığı evə aparmışdır. 21 noyabr 2023-cü il tarixdə o, qeyd etdiyi sinifdə olmuş və 3-cü sinif şagirdlərinə dərs keçmişdir. Saat 15 radələrində onun dərsi bitmiş və şagirdləri evə buraxmışdır. O, sinifin pəncərələrini, giriş qapısını bağlayıb sinifdən çıxmış və yaşadığı evə getmişdir. 22 noyabr 2023-cü il tarixdə saat 07:45 radələrində o, 244 nömrəli orta məktəbə gəlmişdir. Həmin vaxt şagirdlərin valideyinləri ona sinifin pəncərəsinin açıq olduğunu, sinifdən proyektorun oğurlandığını demişlər. Oğurluq baş verdiyi üçün o, sinifə daxil olmamışdır. O, otağın giriş qapısının şüşəsindən içəri baxmış və stolunun üstünə çantada qoyduğu notebukun yerində olmadığını görmüşdür. O, sinifdən oğurluq edilməsi ilə bağlı məktəbin direktoru Yəhya müəllimə məlumat vermişdir. Yəhya müəllim mobil telefonla 102-yə zəng edib sinifdən oğurluq edilməsi ilə bağlı məlumat vermişdir. Binəqədi rayon polis idarəsinin 5-ci polis idarəsinin əməkdaşları məktəbə gəlmişlər və sinifə baxış keçirmişlər. Polis əməkdaşlarının iştirakı ilə o, da sinifə daxil olmuş və sinifdə olan əşyalara baxmışdır. Həmin vaxt o, sinifdən məktəbə məxsus bir ədəd proyektorun və ona məxsus bir ədəd notebukun çantası ilə birlikdə oğurlandığını müəyyən etmişdir. Otaqdan başqa bir əşya oğurlanmamışdır. Yəhya müəllim bir ədəd proyektorun və bir ədəd notebukun oğurlanması barədə 5-ci polis bölməsinə ərizə yazmışdır. Polis əməkdaşları sinifə baxış keçirmiş, fotoşəkillər çəkmişlər. Baxış zamanı naməlum şəxsin sinifə pəncərəni açıb daxil olduğu, otağın tavanında olan proyektoru kranşteynlə birlikdə yerindən çıxardığı, ona məxsus notebuku isə müəllim masasının üzərindən çanta ilə birlikdə oğurladığı müəyyən edilmişdir. Ona məxsus oğurlanmış notebuk “Hp” markalı olmuş, qara rəngli, kitab formasında açılıb-bağlanan formada olmuşdur. O, notebuku üç il əvvəl almış və oğurlanan vaxta qədər istifadə etmişdir. Notebuk işlək və salamat vəziyyətdə olmuş və oğurlanan zaman qiyməti 1000 manat olmuşdur. Çanta notebukun çantası olmuş, qara rəngli, qiyməti təxminən 30 manat olmuşdur. Notebukun başqa hissələri oğurlanmamışdır. Oğurlanmış proyektor qara rəngli, “Acer” markalı, işlək və salamat vəziyyətdə olmuşdur. Proyektor 2020-ci ilin yanvar ayında Təhsil idarəsi tərəfindən orta məktəbə verilmiş, qiyməti 1402,85 manat olmuşdur. Kranşteyn sonradan alınmış, qiyməti təxminən 70 manat olmuşdur. O, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 fevral 2024-cü il tarixli 3-16-16/2-9/622/2024 nömrəli rəyində göstərilmiş ona məxsus oğurlanmış bir ədəd notebookun və bir ədəd çantanın qiyməti ilə razı olmamışdır. Belə ki, ona məxsus oğurlanmış bir ədəd notebookun qiyməti 1000 manat, notebookun bir ədəd çantasının qiyməti 30 manat olmuşdur. Oğurluq nəticəsində ona cəmi 1030 manat məbləğində maddi ziyan dəymişdir. O məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, 2011-ci il tarixdən Əsəd Ələsgərov adına 244 saylı tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini işləmişdir. Məktəbin binası iki korpuslu, üç və iki mərtəbəli olmuşdur. Məktəbin bütün inventarı onun tabeliyində olmuşdur. Məktəbin dairəvi formada gerbli möhürü olmuşdur. Həftənin 1-5-ci günlərini saat 08 radələrindən saat 19 radələrinədək məktəbdə dərs keçirilmiş, müəllimlər və şagirdlər məktəbdə olmuşlar. Məktəbin yerləşdiyi ərazi 2-2,40 metr hündürlüklə hasarla əhatələnmişdir. Məktəbin həyətinə iki ədəd giriş darvazası olmuşdur. Dərslər bitdikdən sona darvazaların hər ikisi bağlı vəziyyətdə olmuşdur. Şahid2 və Almaz Sofuyev məktəbin gündüz və gecə qarovulçuları işləmişlər. Məktəbin sinif otaqlarında partalar, şkaflar, plastik lövhə, elektron lövhə, proyektor, stendlər, şəkillər və digər bu kimi əşyalar olmuşdur. 22 noyabr 2023-cü il tarixdə saat 07 radələrində o, orta məktəbə işə gələn zaman qarovulçu işləyən Şahid2 ona Məhəbbət müəllimənin dərs keçdiyi sinifin pəncərəsinin açıq olduğunu demişdir. Lakin, sinifin giriş qapısı bağlı vəziyyətdə olmuşdur. O, qapının şüşəsindən sinifə baxmış və tavanda olan proyektorun naqillərinin sallandığını, proyektorun isə yerində olmadığını görmüşdür. O, hansısa şəxsin pəncərəni açıb sinifə daxil olduğunu və sinifdə olan proyektoru oğurladığını bilmişdir. Məktəbin direktoru Yəhya müəllim gələrək mobil telefonla 102-yə zəng edərək sinifdən oğurluq olması ilə bağlı məlumat vermişdir. Binəqədi rayon polis idarəsinin 5-ci polis idarəsinin əməkdaşları məktəbə gəlmiş və sinifə baxış keçirmişlər. Polis əməkdaşlarının iştirakı ilə o, da sinifə daxil olmuş və sinifdə olan əşyalara baxmışdır. Həmin vaxt onlara sinifdən məktəbə məxsus bir ədəd proyektorun kranşteynlə birlikdə və Məhəbbət müəlliməyə məxsus bir ədəd notebukun çantası ilə birlikdə oğurlandığı məlum olmuşdur. Otaqdan başqa bir əşya oğurlanmamışdır. Yəhya müəllim bir ədəd proyektorun və bir ədəd notebukun oğurlanması barədə 5-ci polis bölməsinə ərizə yazmışdır. Polis əməkdaşları sinifə baxış keçirmiş, fotoşəkillər çəkmişlər. Baxış zamanı naməlum şəxsin sinifə pəncərəni açıb daxil olduğu, otağın tavanında olan proyektoru kranşteynlə birlikdə yerindən çıxardığı, Məhəbbət müəlliməyə məxsus notebuku isə müəllim masasının üzərindən çanta ilə birlikdə oğurladığı müəyyən edilmişdir. Bir neçə gün sonra Hüseyn adlı şəxs proyektoru məktəbə gətirərək həmin proyektoru dostu Təqsirləndirilən şəxs Xəlil oğlunun satmaq üçün verdiyini, həmin proyektoru mağazaya satdığını, sonra məktəbdən bir nəfər qadın müəllimənin mağaza sahibinə zəng edərək sinifdən proyektorun oğurlandığını dediyini, həmin vaxt mağaza sahibinin müəlliməyə bir gün əvvəl proyektor aldığını dediyini, sonra mağaza sahibinin həmin proyektorun oğurluq olduğunu bildiyi üçün Fəridə zəng edərək proyektoru götürməsini dediyini, Fərid proyektoru mağazadan götürüb gətirdiyini bildirmişdir. Onlar proyektora baxmış və həmin proyektorun Məhəbbət müəllimənin sinifindən oğurlanmış proyektor olduğunu görmüşlər. 5-ci polis bölməsinin əməkdaşları Hüseyn adlı şəxsli proyektorla birlikdə polis bölməsinə aparmışlar. O məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2012-ci il tarixdən Əsəd Ələsgərov adına 244 saylı tam orta məktəbin gözətçisi işləmişdir. Məktəbin binası iki korpuslu, üç və iki mərtəbəli olmuşdur. O, həftənin 1-5-ci günlərini bir gündən bir olaraq saat 17 radələrindən saat 08 radələrinədək orta məktəbdə olmuş və məktəbin gözətçiliyini etmişdir. Həftənin altıncı və bazar günlərini isə o, digər gözətçi ilə növbəli şəkildə bir sutka ərzində məktəbin gözətçiliyini etmişdir. Həftənin 1-5-ci günlərini saat 08 radələrindən saat 19 radələrinədək məktəbdə dərs keçirilmiş, müəllimlər və şagirdlər məktəbdə olmuşlar. Məktəbin yerləşdiyi ərazi hasarla əhatələnmişdir. Məktəbin həyətinə iki ədəd giriş darvazası olmuşdur. Dərslər bitdikdən sona darvazaların hər ikisi bağlı vəziyyətdə olmuşdur. 21 noyabr 2023-cü il tarixdə saat 17 radələrində o, məktəbə işə gəlmişdir. Saat 19 radələrində məktəbdə dərslər yekunlaşmış, şagirdlər və müəllimlər məktəbdən çıxıb getmişlər. Məktəbin xadiməçiləri təmizlik işləri apardıqdan sonra onlar da getmişdir. Bundan sonra o, məktəbin binasında olan işıqları söndürmüş, giriş qapılarını, darvazaları qıfıllamışdır. O, məktəbin sinif otaqlarının pəncərələrinə diqqət yetirmiş və bütün pəncərələrin bağlı vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra o, məktəbin giriş hissəsində yerləşən gözətçi otağına gedərək orada olmuşdur. O, bir saat, bir saat yarımdan bir olaraq məktəbin həyətində gəzərək müşahidə aparmışdır. O, hər dəfə müşahidə apardıqdan sonra gözətçi otağına qayıdaraq orada olmuşdur. Saat 06:20 radələrində o, məktəbin giriş darvazalarını, əsas giriş qapılarını açmış və məktəbin binasına baxmışdır. Həmin vaxt o, ibtidai korpusun birinci mərtəbəsində olan Zərərçəkmiş şəxs dərs keçdiyi sinif otağının pəncərəsinin açıq olduğunu görmüşdür. O, nə baş verdiyini bilmək üçün həmin sinifin giriş qapısına baxmışdır. O, qapının kiçik ölçülü şüşəsindən sinifə baxmışdır. Həmin vaxt o, sinif otağının tavanından naqillərin sallandığını, tavanda olan bir ədəd proyektorun yerində olmadığını görmüşdür. O, hansısa şəxsin pəncərədən sinif otağına daxil olduğunu və otaqda yerləşən bir ədəd proyektoru oğurladığını bilmişdir. Direktor müavini Nümayəndə gəldikdən sonra o, hadisə barədə sonuncuya məlumat vermişdir. Əsgər müəllim də direktor Yəhya müəllimə dedikdən sonra sonuncu mobil telefonla 102-yə zəng edərək məlumat vermişdir. Məktəbə Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinin əməkdaşları gəlib baxış keçirmişlər. Baxış zamanı naməlum şəxsin sinifə pəncərəni açıb daxil olduğu, otağın tavanında olan bir ədəd proyektoru kranşteynlə birlikdə yerindən çıxardığı, Məhəbbət müəlliməyə məxsus bir ədəd notebuku isə müəllim masasının üzərindən çanta ilə birlikdə oğurladığı müəyyən edilmişdir. Şahid2 həmçinin, ifadəsində göstərmişdir ki, o, oğurluq etmiş şəxsin pəncərədən sinif otağına daxil olduğunu, otaqdan bir ədəd proyektoru və bir ədəd notebooku oğurladığını görməmişdir. Həmin vaxt o, gözətçi otağına olmuş, həmin otaqdan isə sinif otağının pəncərəsi görünməmişdir. Oğurluq etmiş şəxs onun gözətçi otağında olmağından istifadə edərək gizli şəkildə pəncərədən otağa daxil olub oğurluq etmişdir. 22 noyabr 2023-cü il tarixdə saat 01:30 radələrində oğurluq baş verən zaman o, məktəbin həyətində olmasa da, gözətçi otağında olmuşdur. Həmin otaqda olduğu üçün oğurluq etmiş şəxs, yəni Təqsirləndirilən şəxs onu, o, da sonuncunu görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş İstintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhərində anadan olmuş, Qubadlı rayonu Teymur Müskanlı qeydiyyatda olmaqla, Bakı şəhəri Nizami rayonu Rizvan Teymurov küçəsi ev 28 mənzil 36-da yaşamışdır. O, rəsmi olaraq heç bir yerdə işləməmiş, dolanmaq üçün Babək prospektində avtomobil ustası İlqar adlı şəxsin yanında işləmişduir. O, Bakı şəhərində anadan olmuş və atası Xəlillə birlikdə yaşamışdır. O, əvvəllər hər hansı bir cinayət etməmiş, onun məhkumluğu olmamışdır. Sağ gözündə görmə zəifliyi olduğundan o, hərbi xidmətə aparılmamışdır. O, Təqsirləndirilən şəxs təxminən iki-üç ildir tanımışdır. Həmin vaxt onlar Qara Qarayev metrosunun yaxınlığında yerləşən stadionda futbol oynamışlar. Sonra Fərid cinayət etdiyi üçün həbs edilmiş, o, sonuncunun oğurluq etdiyi üçün tutulduğunu bilmişdir. Təxminən iki ay əvvəl o, Qara Qarayev metrosunun yaxınlığında Fəridlə rastlaşmış və sonuncunun həbsdən azad edildiyini bilmişdir. Həmin vaxtdan sonra da o, Fəridlə bir dəfə görüşmüş, hal-əhval tutmuşdur. 21 noyabr 2023-cü il tarixdən saat 22 radələrində o, işdən çıxaraq metro ilə Qara Qarayev metrostasiyasına gəlmişdir. O, həmin metronunun yaxınlığında Fəridlə rastlaşmışdır. O, Fəridlə görüşüb birbirinin hal-əvalını soruşmuşlar. Fərid ona “azadlıq tərəfdə dostum var, birlikdə gedək onunla görüşək” demişdir. O, Fəridə etiraz etməmiş və Fəridlə birlikdə getməyə razılaşmışdır. O, Fəridlə birlikdə metro vasitəsi ilə Azadlıq metrostansiyasına gəlmişdir. O, Fəridlə birlikdə həmin ərazidə piyada olaraq gəzmiş və Fərid onu tanımadığı bir yerə aparmışdır. Fərid ona tanımadığı məhlədə gözləməyini, dostu ilə görüşüb qayıdacağını demişdir. O, razılaşmış və orada Fəridi gözləmişdir. Fərid getdikdən sonra təxminən 40 dəqiqə sonra onun yanına qayıtmışdır. Həmin vaxt Fəridin əlində bir ədəd proyektor və bir ədəd qara rəngli çanta olmuşdur. Fərid çantada bir ədəd notebukun olduğunu, həmin əşyaları dostundan götürdüyünü demişdir. Fərid proyektoru götürmək üçün ona vermişdir. Bundan sonra o, istifadə etdiyi mobil telefonla yaşadığı əraziyə taksi sifarişi vermişdir. Dövlət qeydiyyat nişanını xatırlamadığı “Toyota Pirius” markalı avtomobil onların yanına gəlmişdir. Onlar həmin avtomobilə əyləşib Qara Qarayev metrosunun yaxınlığına getmişlər. O, Fəridlə sağollaşıb yaşadığı evə getmişdir. Fərid isə əşyaları götürüb getmişdir. 27 noyabr 2023-cü il tarixdə o, Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və həmin vaxt Fəridin dostundan aldığını bildirdiyi əşyaları Fəridin orta məktəbdən oğurladığını bilmişdir. Şahid3 həmçinin, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs etdiyi oğurluqda iştirak etməmiş, Fəridə heç bir kömək etməmişdir. Təqsirləndirilən şəxs oğurluq edəcəyini ona deməmiş, Fərid ona dostu ilə görüşəcəyini demişdir. Fərid kiminlə görüşəcəyini ona deməmiş, onun yanında Fərid heç kimlə görüşməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhərində anadan olmuş və valideyinləri ilə birlikdə həmin şəhərdə yaşamışdır. O, rəsmi olaraq heç bir yerdə işləməmiş və heç bir işlə məşğul olmamışdır. O, Təqsirləndirilən şəxs kiçik yaşlarından tanımışdır. Onun Fəridlə qohumluğu, ədavət və düşmənçiliyi olmamışdır. O, əvvəllər Fəridlə eyni ərazidə, 7-ci mikrorayonda yaşamışdır. Fərid 244 nömrəli orta məktəbdə, o, isə 126 nömrəli məktəbdə oxumuşdur. Fərid bəzi vaxt taksafonla onun istifadə etdiyi telefon nömrəsinə zəng edərək onunla danışmışdır. Sonuncu dəfə o, X9 prospektində yaşadığını bilmişdir. 2023-cü ilin oktyabr ayında o, hərbi xidmətini başa vurub yaşadığı evə qayıtdıqdan sonra Fəridin yenicə azadlıqdan məhrum etmə yerindən azadlığa buraxıldığını bilmişdir. O, Fəridin oğurluq etdiyinə görə həbs edildiyini və azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edildiyini bilmişdir. O, hərbi xidmətdən qayıtdıqdan sonra Fəridlə bir neçə dəfə görüşüb söhbət etmişdir. Sonuncu dəfə o, Fəridlə 2023-cü ilin noyabr ayının sonlarında görüşmüşdür. Belə ki, Fərid 2023-cü ilin noyabr ayının sonlarında xatırlamadığı gün “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə ona zəng edərək 28 May metrostansiyasının qarşısına gəlməyini, onunla görüşmək istədiyini demişdir. Həmin gün günorta saatlarında o, 28 May metrostansiyasının qarşısına gedib orada Fəridlə görüşmüşdür. Fərid tək olmuş və əlində qara rəngli bir ədəd sellofan torba olmuşdur. Fərid ona əlindəki torbada bir ədəd proyektorun olduğunu, həmin proyektoru satmaq istədiyini demişdir. Fərid proyektorun dostuna məxsus olduğunu, dostunun işlədiyi obyekti bağladığı üçün proyektoru satmaq üçün sonuncuya verdiyini demiş və proyektoru satmaqda kömək etməsini xahiş etmişdir. Fərid əvvəllər oğurluq cinayəti törətdiyi üçün o, sonuncuya inanmamış və proyektoru haradansa oğurladığını hesab etmişdir. Fərid ona proyektoru 28 May adlanan ərazidə yerləşən bir obyektə satacağını, özünün həmin obyektə girə bilmədiyini, əvvəllər həmin obyektə oğurluq mal satdığı üçün obyektin sahibinin Fəridi tanıyacağını, bu səbəbdən həmin şəxsin proyektoru almayacağını demişdir. O, Fəridə inanmamış və proyektoru satmaqdan imtina etmişdir. Lakin, Fərid and içərək proyektorun oğurluq olmadığını demiş və həmin proyektoru yaxınlıqda yerləşən obyektə satmağını, heç bir problemin olmayacağını demişdir. Bundan sonra o, Fəridə inanmış və proyektoru satmağa razı olmuşdur. O, Fəridlə birlikdə sonuncunun qeyd etdiyi obyektin qarşısınadək getmişdir. Fərid orada proyektoru ona verərək mağazaya daxil olub mağazanı işlədən şəxsə proyektoru 300 manata satmaq istədiyini deməyini, həmin şəxsin proyektora hansı qiymət verəcəyi halda satıb pulunu Fəridə gətirməsini demişdir. O, Nəsimi rayon polis idarəsinin yaxınlığında yerləşən proyektor alqı-satqı mağazasına daxil olmuşdur. O, mağazada olan təxminən 40 yaşlı tanımadığı şəxsə satmaq üçün proyektor gətirdiyini, həmin proyektorun tanışına məxsus olduğunu, tanışının obyekti bağlandığı üçün proyektoru satmaq üçün ona verdiyini demişdir. O, həmin şəxsə proyektoru 300 manata satdığını demişdir. Həmin şəxs proyektora 200 manat pul verəcəyini demiş və o, da razılaşmışdır. Bundan sonra o, proyektoru həmin şəxsə verib əvəzində 200 manat pul almışdır. Həmin şəxs onun şəxsiyyət vəsiqəsinin surətini çıxarmış və telefon nömrəsini qeyd etmişdir. O, Fəridin yanına gedərək proyektorun pulu olan 200 manat pulun hamısını sonuncuya vermişdir. Fərid 200 manat pulun təxminən 2-3 manatı ilə ona və özünə hər birinə bir ədəd dönər almışdır. O, Fəridlə birlikdə bir neçə saat ərzində şəhərdə gəzişmiş və axşam saatlarında Fəridlə sağollaşıb yaşadığı evə getmişdir. Səhəri gün proyektoru almış şəxs ona zəng edərək proyektorun oğurluq olduğunu, gəlib proyektoru götürməyini, həmin şəxsin 200 manat pulunu da gətirməsini demişdir. O, atası Elxandan 200 manat pul alaraq həmin obyektə getmişdir. Proyektoru almış şəxs ona məktəbdə işləyən müəllimənin proyektorun seriya nömrəsini göndərib həmin seriyalı proyektoru alıb-almadığını soruşduğunu, onun satdığı proyektora baxdıqda həmin proyektorun müəllimənin seriya nömrəsini göndərdiyi proyektor olduğunu demişdir. Həmin şəxs müəllimənin mobil telefon nömrəsini ona verib proyektoru həmin şəxsə qaytarmasını demişdir. O, həmin şəxsə dostunun onu aldatdığını, proyektorun oğurluq olduğunu bilmədiyini demişdir. O, həmin şəxsə 200 manat pul qaytarıb proyektoru təhvil almışdır. O, mobil telefon vasitəsi ilə qadın müəllimə ilə danışıb 7-ci mikrorayonda yerləşən 244 nömrəli orta məktəbə getmişdir. O, 5-ci polis bölməsinin əməkdaşlarının məktəbdə olduğunu görmüş və bir ədəd proyektoru polis əməkdaşlarına təhvil vermişdir. O, Fəridin proyektoru əvvəllər təhsil aldığı həmin 244 nömrəli tam orta məktəbin sinif otağından oğurladığını, Fəridin həmçinin, bir ədəd notebook da oğurladığını bilmişdir. Şahid4 həmçinin, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs satmaq üçün ona verdiyi bir ədəd proyektor qara rəngli, salamat vəziyyətdə olmuşdur. Proyektor alqı-satqısı ilə məşğul olmadığı üçün o, proyektorun qiymətini bilməmişdir. Fərid proyektoru oğurladığını ona deməmişdir. Fərid həmin proyektorun dostuna məxsus olduğunu, dostunun obyekti bağladığı üçün satmaq istədiyini demişdir. Lakin, Fərid əvvəllər bir neçə dəfə oğurluq etdiyi üçün o, sonuncuya inanmamışdır. Fərid and içərək proyektoru oğurlamadığını bildirib onu özünə inandırmışdır. Bu səbəbdən o, Fəridə inanmış və proyektorun oğurluq olduğunu bilməmişdir. O, proyektoru mağazaya satarkən proyektoru almış şəxs proyektorun oğurluq olduğunu bilməmişdir. Belə ki, o, həmin şəxsə proyektorun tanışına məxsus olduğunu, tanışının obyekti bağlandığı üçün proyektoru satmaq istədiyini demişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dsövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan edilmişdir. O, ifadəsində göstərmişdir ki, 1999-cu il tarixdən Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon A.Kunanbayev 24 ünvanında yerləşən Əsəd Ələsgərov adına 244 saylı tam orta məktəbin direktoru işləmişdir. Məktəbin binası iki korpuslu, üç mərtəbəli olmuşdur. O, həftənin bütün günlərini orta məktəbdə olmuş və ümumi nəzarəti həyata keçirmişdir. Həftənin 1-5-cü günlərini saat 08 radələrindən saat 19 radələrinədək məktəbdə dərs keçirilmiş, müəllimlər və şagirdlər məktəbdə olmuşlar. Məktəbin yerləşdiyi ərazi 2-2,40 metr hündürlüklə hasarla əhatələnmişdir. Məktəbin həyətinə iki ədəd giriş darvazası olmuşdur. Dərslər bitdikdən sona darvazaların hər ikisi bağlı vəziyyətdə olmuşdur. Şahid2 və Almaz Sofuyev məktəbin gündüz və gecə qarovulçuları işləmişlər. Məktəbin sinif otaqlarında partalar, şkaflar, plastik lövhə, elektron lövhə, proyektor, stendlər, şəkillər və digər bu kimi əşyalar olmuşdur. 22 noyabr 2023-cü il tarixdə saat 07:30 radələrində o, orta məktəbə işə gələn zaman qarovulçu Şahid2 ona Məhəbbət müəllimənin dərs keçdiyi sinifin pəncərəsinin açıq olduğunu demişdir. Məhəbbət müəlllimə gəldikdən sonra sinifdən bir ədəd proyektorun və bir ədəd notebukun oğurlandığını bildirmişdir. O, istifadə etdiyi mobil telefonla 102-yə zəng edərək sinifdən oğurluq olması ilə bağlı məlumat vermişdir. Binəqədi rayon polis idarəsinin 5-ci polis idarəsinin əməkdaşları məktəbə gəlmiş və sinifə baxış keçirmişlər. Polis əməkdaşlarının iştirakı ilə o, da sinifə daxil olmuş və sinifdə olan əşyalara baxmışdır. Həmin vaxt onlar sinifdən məktəbə məxsus bir ədəd proyektorun və Məhəbbət müəlliməyə məxsus bir ədəd notebukun çantası ilə birlikdə oğurlandığını müəyyən etmişlər. Otaqdan başqa bir əşya oğurlanmamışdır. O, bir ədəd proyektorun və bir ədəd notebukun oğurlanması barədə 5-ci polis bölməsinə ərizə yazmışdır. Polis əməkdaşları sinifə baxış keçirmiş və fotoşəkillər çəkmişlər. Baxış zamanı naməlum şəxsin sinifə pəncərəni açıb daxil olduğu, otağın tavanında olan proyektoru kranşteynlə birlikdə yerindən çıxardığı, Məhəbbət müəlliməyə məxsus notebuku isə müəllim masasının üzərindən çanta ilə birlikdə oğurladığı müəyyən edilmişdir. Araşdırma zamanı sinifə Təqsirləndirilən şəxs Xəlil oğlunun daxil olduğu, sinifdə olan bir ədəd proyektor və bir ədəd notebuku oğurladığı müəyyən edilmişdir. O, Təqsirləndirilən şəxs tanımışdır. Təqsirləndirilən şəxs 9-cu sinifə qədər həmin 244 orta məktəbdə oxumuşdur. Təqsirləndirilən şəxs oğurluq etdiyi üçün icbari təhsil olan 9-cu sinifi bitirdikdən sonra məktəbə qəbul edilməmişdir. Şahid1 həmçinin, ifadəsində göstərmişdir ki, oğurlanmış proyektor qara rəngli, “Acer” markalı, işlək və salamat vəziyyətdə olmuşdur. Proyektor 2020-ci ilin yanvar ayında Təhsil idarəsi tərəfindən orta məktəbə verilmiş, məktəbin balansında olmuş və qiyməti 1402,85 manat olmuşdur. Kranşteyn sonradan alınmış, qiyməti təxminən 70 manat olmuşdur. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Şəki rayonu İncə kəndində anadan olmuş və Sumqayıt şəhərdə yaşamışdır. O, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 119 A ünvanında yerləşən “proyektor.az” adlı mağazada servis ustası və satıcı işləmişdir. O, mağazada proyektor avadanlıqlarını alışını və satışını, həmçinin, texniki servis xidmətini həyata keçirmişlər. 22 noyabr 2023-cü il tarixdə günorta saatlarından sonra o, mağazada olan zaman tanımadığı bir nəfər şəxs əlində bir ədəd proyektorla mağazaya gəlmişdir. Həmin şəxs gətirdiyi bir ədəd proyektoru satmaq istədiyini demişdir. O, proyektora baxaraq “Acer” markalı, qara rəngli, əvvəllər istifadə edildiyini və istifadəyə yararlı vəziyyətdə olduğunu görmüşdür. O, həmin şəxsdən proyektoru hansı qiymətə satmaq istədiyini soruşmuşdur. Həmin şəxs proyektoru 250 manata satmaq istədiyini demişdir. O, proyektorun istifadə edilmiş vəziyyətdə olduğunu nəzərə alıb həmin proyektora 200 manat pul verə biləcəyini demişdir. Həmin şəxs onunla razılaşmış və bir ədəd proyektoru 200 manata satacağını demişdir. O, həmin şəxsdən şəxsiyyət vəsiqəsini almış və mobil telefonu ilə vəsiqənin fotoşəklini çəkmişdir. O, həmin şəxsin Şahid4 olduğunu, Hüseynin yaşının 18-dən çox olduğunu və yetkinlik yaşına çatdığını görmüşdür. O, malların qeydiyyatı kitabına Hüseynin anket məlumatını, istifadə etdiyi ***-***-**-** saylı telefon nömrəsini, proyektoru aldığı 200 manatı və 22 noyabr 2023cü il tarixini qeyd etmişdir. O, Hüseyndən proyektorun oğurluq olub-olmadığını soruşmuşdur. Hüseyn proyektorun oğurluq olmadığını, proyektorun qohumuna məxsus olduğunu, istifadə etmədikləri üçün satdığını demişdir. O, Hüseynə 200 manat pul verib həmin bir ədəd proyektoru almış və Hüseyn çıxıb getmişdir. Proyektor tozlu olduğu üçün o, həmin proyektoru təmizləyib servis bölməsinə qoymuşdur. 23 noyabr 2023-cü il tarixdə günün birinci yarısında tanımadığı bir nəfər qadın zəng edərək orta məktəbdə müəllimə işlədiyini, təcili olaraq bir ədəd proyektor lazım olduğunu, sinifdəki proyektorun oğurlandığını demişdir. O, həmin qadın müəllimədən oğurlanmış proyektorun hansı markalı olduğunu soruşmuş və bir gün əvvəl cavan bir oğlanın mağazaya bir ədəd proyektor satdığını demişdir. Həmin qadın müəllimə oğurlanmış proyektorun “Acer” markalı olduğunu demişdir. Qadın müəllimə oğurlanmış proyektorun fotoşəkilini ona məxsus mobil telefona göndərmişdir. O, həmin şəkilə baxmış və aldığı proyektorun həmin oğurlanmış proyektor olduğunu görmüş, bu barədə qadın müəlliməyə məlumat vermişdir. O, qadın müəlliməyə proyektoru satmış şəxslə əlaqə saxlayıb məsələni aydınlaşdıracağını demişdir. Bundan sonra o, Hüseynin istifadə etdiyi mobil telefona zəng edərək bir gün əvvəl ona satdığı proyektorun oğurluq olduğunu, həmin proyektorun orta məktəbdə işləyən bir nəfər qadın müəlliməyə məxsus olduğunu, mağazaya gəlib proyektoru götürüb sahibinə verməsini və 200 manat pulu gətirməsini demişdir. Həmin gün Hüseyn mağazaya gəlmişdir. Hüseyn proyektorun oğurluq olmasından məlumatının olmadığını, anlaşılmamazlıq olduğunu, proyektoru aparıb sahibinə qaytaracağını demişdir. Hüseyn ona 200 manat pul qaytarmış, o, da həmin proyektoru sonuncuya verib müəlliməyə aparmasını demişdir. Bundan sonra Hüseyn getmişdir. Həmin gün o, yenidən qadın müəllimə ilə əlaqə saxlamış, müəllimə ona proyektorun qaytarıldığını demişdir. Qadın müəllimə həmçinin, ona sinifdən bir ədəd notebookun da oğurlandığını demiş və həmin notebookun ona satılıb-satılmadığını soruşmuşdur. O, qadın müəlliməyə notebookun ona satılmadığını demişdir. Şahid5 həmçinin, ifadəsində göstərmişdir ki, o, təzə, istifadə edilməmiş proyektorun ***-**** manata arası qiymətə satmışdır. O, ikinci əl proyektoru isə 300-600 manata satmışdır. Həmçinin, o, ikinci əl proyektoru 200-400 manata almışdır. Hüseynin ona satdığı proyektor qara rəngli, “Acer” markalı, istifadə edilmiş, işlək vəziyyətdə olmuşdur. O, Hüseynin ona satdığı bir ədəd proyektorun cinayət yolu ilə əldə edildiyini bilməmişdir. Hüseyn proyektorun oğurluq olmadığını ona bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 25 noyabr 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, ********** saylı cinayət işi həmin tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanılmışdır. 27 noyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə 27 noyabr 2023-cü il saat 23:05 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. 29 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, ********** nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1171/2023 saylı, 29 noyabr 2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-108/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 25 mart 2024-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 fevral 2024-cü il tarixli 3-16-16/2- 9/622/2024 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 3 adda malların orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 555,00 manat müəyyən edilir. Digər qərarda göstərilən “HP” markalı notebook haqqında kifayət qədər məlumat (modeli, texniki göstəriciləri və s.) olmadığından həmin notebook üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, İdrisov X3 rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 09 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs cəza müddəti başa çatmışdır. İdrisov X3 rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 28 oktyabr 2020-ci il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində hökm dəyişdirilmiş, ona 01 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs Nizami rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Nizami rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 02 ay 18 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İdrisov X4 rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli qərarı ilə 01 il 04 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən oğurlanaraq istintaqla aşkar edilərək götürülmüş maddi sübut olan 01 ədəd “Acer” markalı saxlanılması üçün Nümayəndə təhvil verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, üzləşdirmə, ifadələrin yerində yoxlanılması, hadisə yerlərinə baxışlar protokolları, əldə olunmuş maddi sübutlar və digər istintaq materialları yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CMnin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə və 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. AzərbaycanRespublikasıCinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğunolmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədiilətətbiqedilir; 56.1.3. xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Hazırki iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi müddətdə cinayət törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərin ondan şikayətlərinin olmamasını, dəymiş ziyanın qaytarılmasını, əməlini etiraf edərək peşman olmasını və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən etmişdir. Belə ki, CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-454/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-228/2022 nömrəli hökmü ilə təyin olunmuş cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması ləğv edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)- 228/2022 nömrəli hökmü ilə təyin olunmuş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 il 04 günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 27 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan 01 ədəd proyektorun Nümayəndə qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50(əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza hesabına ödənilməlidir. İş üzrə mülki iddia və müsadirə ediləsi əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-454/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-228/2022 nömrəli hökmü ilə təyin olunmuş cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması ləğv edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-228/2022 nömrəli hökmü ilə təyin olunmuş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 il 04 gün müddəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 27 noyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut hesab edilən 01 ədəd proyektorun zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba) keçirilsin Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-262/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-262/2024
25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver