Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-263/2023 11.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1987-ci ildə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Qobustan rayonu, Göydərə kəndində yaşayan və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 noyabr 2022-ci il tarixdə saat 17:00 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manat müqabilində qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi olmadan təmiz çəkisi 1,428 qram olan psixotrop maddə metamfentamini əldə edərək üzərində saxlamış, 18 noyabr 2022-ci il tarixdə saat 20:30-da həmin narkotik vasitəni üzərində daşıyarkən, Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “Məhəllə” marketin yaxınlığında piyada olarkən saxlanılaraq ünvan 3 ünvanında yerləşən Bakı şəhəri, Binəqədi RPİ-nin 40-cı PB-yə gətirilmiş və polis bölməsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra saat 22:15-də xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan qara rəngli qolsuz qış gödəkçəsinin sağ yan cibindən şəffaf sellofana bükülmüş halda təmiz çəkisi 1,428 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasıın CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulana qədər təxminən 3 ay olardı ki, el arasında «patı» kimi tanınan psixotrop maddə metamfetamindən falqanın üzərində çəkməklə istifadə edir. 18 noyabr 2022-ci il tarixdə saat 17:00 radələrində Abşeron rayonu Masazır qəsəbəsində tanımadığı şəxsdən 10 manat pul verməklə şəxsi istifadəsi üçün bir büküm psixotrop maddə metmafetamini alıb üzərimdə gəzdirmiş, həmin gün saat 20:30 radələrində işlə bağlı tanışı ilə görüşmək məqsədi ilə Binəqədi rayonu, Sulutəpə qəsəbəsinə getmiş, həmin vaxt Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən «Məhəllə» marketin yaxınlığında piyada hərəkətdə olduğu zaman iki nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib ona üzərində narkotik vasitə və ya psixotrop maddə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 40-cı PB-yə dəvət etmişlər. Özünün razılığı ilə Binəqədi RPİ-nin 40-cı polis bölməsinə aparılmış, bölmədə təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilərək, öz razılığı ilə dövlət hesabına hüquqlarınının qorunması üçün təyin edilmiş müdafiəçinin iştirakı olmadan video çəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmiş, şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan qara rəngli qısa qol qış gödəkçəsinin sağ yan cibindən şəffaf sellofana büküulmüş, içərisində psixotrop maddə olan metamfetamin olan bir bükümü çıxararaq masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olubolmadığı sual edilmiş, üzərində hər hansı bir əşyanın olmadığını bildirmiş, paltarlarımın ciblərini açması tələb edilmiş, əynində olan paltarlarının ciblərini açmış, ciblərində hər hansı qanunla qadağan olunmuş əşya aşkar edilməmiş, ayağında olan ayaqqabısı çıxarılaraq içərisinə baxılmış, ayaqqabısının içərisindən də hər hansı bir əşya aşkar olunmamış, sonra onun iştirakı ilə həmin bükülü açılmış, ondan soruşulduqda həmin bükümün içərisində ağ rəngli kristalşəkilli olan maddənin el arasında «patı» kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni 18 noyabr 2022-ci il tarixdə saat 17:00 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını, həmin vaxtdan da özü istifadə etməsi üçün üzərində saxladığını bildirmiş, sonra həmin üzərindən aşkar edilmiş büküm ağ rəngli zərfə qoyularaq möhürlənmiş, həmin zərfin üzərini imzalamış, daha sonra protokol tərtib edilmiş, həmin protokolun doğru tərtib edilməsini də iştirakçılarla birlikdə imzalamış, 2 ədəd 1 manatlıq əskinaz özünə qaytarılmışdır. Himayəsində 5 övladı olmaqla 2 azyaşlı uşağı olduğunu, ilk dəfə cinayət törətməsini və əməlindən peşman olmasını, səhv etdiyini və səhvini anladığını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 40-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 17 noyabr 2022-ci il tarixdə tərəfindən xx xxxxxxx 1987-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Qobustan rayonu, Göydərə kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək, qəbul etməsi və üzərində saxlayaraq gəzdirməsi barədə qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, buna görə də Binəqədi RPİnin 40-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Telman oğlundan ibarət olmaqla əməliyyat qrupu təşkil olunmuş, bundan sonra Şahid2 Telman oğlu ilə birlikdə həmin məlumat əsasında xx.xx.2022-ci il tarixdə saat 20:30-da Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi «Məhəllə» marketin yaxınlığında piyada olan zaman məlumatda göstərilənlərə uyğun olan, xarici görünüşcə Niyatalıya oxşar şəxsi saxlamış, saxlanan şəxsdən kimliyi soruşulduqda o, özünü Qobustan rayonu, Göydərə kəndində yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmiş, Niyatalıya narkotik vasitələrin qanunsuz əldə etməsində, üzərində saxlayaraq gəzdirməsində şübhəli olması, həmin yerdə isə şərait olmadığından polis bölməsinə getməklərini, polis bölməsində videokameradan istifadə etməklə videoçəkiliş altında onun üzərinə şəxs axtarış keçiriləcəyi tərəfindən bildirilmiş, Niyatalı adlı şəxs heç bir etirazının olmadığını bildirmiş, birlikdə ünvan 6 ünvanında yerləşən Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsinə getmişlər. Polis bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsi ilə hüquq və vəzifələri izah edilərək, üzərinə şəxsi axtarış və götürmə aparılması barədə mövcud qərarla tanış edilərək, videoçəkiliş aparılacağı bildirilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, saxlanılan Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısaqol qış gödəkçəsinin sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş içərisində ağ rəngli duz kristallarından ibarət psixotrop maddəyə bənzər maddə olan 01 ədəd bükülünü, həmin gödəkçənin sol yan cibindən darvaza qapı üçün açarları, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 58 manat pulu, şəxsiyyət vəsiqəsini və həmin şalvarın sol yan cibindən “Samsung A” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymuş, bundan sonra Niyatalıdan üzərində hər-hansı başqa bir qanunsuz əşyanın olub-olmaması soruşulmuş, o, üzərində heç bir başqa əşya olmadığını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, heç bir qanunsuz əşya aşkar edilməmiş, bundan sonra Niyatalının üzərindən aşkar olunmuş həmin bükümə baxış keçirilən zaman bükülüdə ağ rəngli duz kristallarından ibarət psixotrop maddəyə bənzər maddənin olduğu müəyyən edilmiş, saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş şəffaf rəngli sellofana bükülmüş bükülüdəki kütlənin nə olduğu soruşulduqda o, həmin ağ rəngli maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddə metamfetamini 18 noyabr 2022-ci il tarixdə saat 17:00 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisindən tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını, özü istifadə etməsi üçün həmin vaxtdan üzərində saxladığını, özü ilə gəzdirdiyini, həmçinin üç ayadır ki, el arasında «patı» kimi tanınan psixotrop maddə hesab edilən metamfetamini falqanın üzərində çəkməklə istifadə etdiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükülünün içərisində olan psixotrop maddəyə bənzər kütlənin çəkisini, tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq möhürlənmiş, zərfin üzəri Təqsirləndirilən şəxs özü və digər iştirakçılar tərəfindən imzalanmış, bütün görülmüş hərəkətlər sənədləşdirilərək müvafiq qaydada protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyünü Təqsirləndirilən şəxs özü və digər iştirakçılar imzalarla təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 40-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Telman oğlu xidmət etdiyi bölmənin əməliyyat müvəkkili Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiklərini tam təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 220041345 nömrəli cinayət işi fakta görə Bakı şəhəri, Binəqədi RPİ-nin 40-cı PB-nin baş təhqiqatçısı, polis mayoru İlkin Əsgərov tərəfindən 19 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış və həmin tarixdə istintaq aidiyyəti üzrə Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. 18 noyabr 2022-ci il tarixdə Binəqədi RPİ-nin 40-cı PB-nin baş təhqiqatçısı, polis mayoru İlkin Əsgərov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 20 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham ona elan edilmişdir. 20 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanıldığı Binəqədi RPİ-nin MSYdən azad edilməsi haqqında qərar qəbul edilmiş və həmin tarixdə iş üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 19 noyabr 2022-ci il tarixli, 6/6664 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: «Azərbaycan Respublikası Daxili İŞlər Nazirliyi Zərflər üçün №234 möhür əksi, «…Təqsirləndirilən şəxs… » və sair sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,428 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasınının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 30 noyabr 2022-ci il tarixli 7247 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Binəqədi RPİ-nin 40-cı PB-nin baş təhqiqatçısı polis mayoru İlkin Əsgərov tərəfindən tərtib edilmiş «şəxsin üzərinə baxış keçirilməsi haqqında» 18 noyabr 2022-ci il tarixli protokol ilə müəyyən edilir ki, eyni tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Abdullayev küçəsində yerləşən “Məhəllə” marketin yaxınlığında piyada olarkən Təqsirləndirilən şəxs saxlanılaraq Binəqədi RPİ-nin 40-ci PByə aparılmış və inzibati otaqda Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qolsuz qış gödəkçəsinin sağ yan cibindən şəffaf sellofana bükülmüş ağ rəngli duz kristallarından ibarət narkotik maddəyə bənzər maddə olan bir bükümün, həmin gödəkçənin sol yan cibindən darvaza qapı açarlarını, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 58 manat pulun, şəxsiyyət vəsiqəsinin və həmin şalvarın sol yan cibindən “Samsung A” markalı mobil telefonun aşkar olunduğunun, sorğu zamanı Təqsirləndirilən şəxs üç aya yaxındır ki, el arasında “patı” kimi tanınan psixotrop maddə hesab edilən metamfetamini falqanın üzərində çəkməklə istifadə etdiyini bildirdiyinin, üzərindən aşkar olunmuş həmin bükümün içərisindəkinin metamfetamin olduğunu və həmin metamfetamini xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində Abşeron rayonu, Masazır qəsəbəsindən tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirdiyinin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddənin zərfə qoyularaq qabblaşdırıldığının, möhürləndiyinin, zərfin üzərinin və görülmüş həmin tədbirlə bağlı tərtib olunmuş protokolun Təqsirləndirilən şəxs özü və digər iştirakçılar tərəfindən imzalandığının görüntüləri aydın görünmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən «Panasonic» markalı video kamera vasitəsi ilə video çəkiliş üçün istifadə edilmiş 01 (bir) ədəd DVD disk cinayət işi üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi subut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,428 qram psixotrop maddə metamfetamin 20 noyabr 2022-ci il tarixdə tərəfimdən cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,328 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icrasınadək saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən sorğu əsasında alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci tarixli, 2 nömrəli qərarının 14-cü bəndində göstərilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, gənc olmasını, ilk dəfə cinayət törətməsini və cinayət əməlini etiraf etməsini, səmimi peşmanlığını, təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, gənc olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində 2 azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlinin sübut olunmasında çətinliklər yaratmamış, həmçinin məhkəmə iclasında çıxış edərkən törətdiyi əmələ görə təssüf hissi keçirdiyini bir daha qeyd etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 02 gün tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Hümbatov X2, hazırkı cinayət işi ilə bağlı tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılmasının dörd günü hesabı ilə hesablanaraq ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona azadlığın məhdudlaşdırılması növündə sanksiya həddində cəza təyin edilməli, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Qobustan rayonu, Göydərə kəndi ünvanı axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qobustan rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalı, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və narkomaniyadan məcburi müalicə təyin edilməli, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 26 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 156 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Qobustan rayonu, Göydərə kəndi ünvanı axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qobustan rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,328 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 26 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 156 (bir yüz əlli altı) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-263/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-263/2023
11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver