Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-264/2021 05.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X4 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Qobustan rayonu, Mərəzə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllə məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki ünvan 2 ünvansız fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 15.02.2021-ci il tarixdə, saat 01:00-da ünvan 2 ünvansız fərdi evdə arvadı Zərərçəkmiş şəxs onun mobil telefonuna dəfələrlə zəng vurması və ünvanına xoşagəlməz sözlər deməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı otaqda olan paltar şkafının dəmir borusu ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə vuraraq ona başın təpə nahiyəsinin dərialtı hematoması, sol süd vəzisinin, sol said nahiyəsinin, bel nahiyəsinin qançırları, sağ və sol əlin sıyrıqları ilə müşayiət olunan xəsarətlər yetirib sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 2006-cı ildə ailə həyatı qurmuşdur, birgə nikahlarından 4 uşaqları var. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və X5 mübarizə fakültəsini bitirmiş, yeniyetmə vaxtından ciu-citsu idman-döyüş növü ilə məşğul olmuşdur. Təhsilini bitirdikdən sonra Daxili İşlər Nazirliyinin “Dinamo” İdman Cəmiyyətində və Qobustan Rayon Uşaq və Gənclər İdman İdarəsində məşqçi-müəllim vəzifəsində işləmiş, maddi ehtiyaclarını qarşıya bilmədiyi üçün son 10 ildə Bakı-Moskva xətti üzrə avtobus sürücüsü kimi işləyib ailəsini dolandırmağa çalışmışdır. 2020-ci ilin mart ayından etibarən pandemiya ilə əlaqədar sərhədlər bağlandığından işləyə bilməmiş və Bakıda şəhərdaxili 102 saylı marşrut xəttində sürücü kimi işləməyə davam etmişdir. Hər gün gecə 11-12-yə qədər işləmiş, gecə 12-də avtobusun yanacağın doldurub, qaraja təhvil verib evə qayıtması ən azı iki saat çəkmişdir. Zərərçəkmiş şəxs xaraktercə çox qısqanc insan olduğu üçün mübahisələri yaranmışdır. 14.02.2021-ci il tarixdə eyni qaydada işdə olarkən, yəni avtobus sürərkən saat gecə 11dən etibarən Zərərçəkmiş şəxs onun işdə olduğunu bilə-bilə telefonuna dalbadal zəng vurmağa və “WhatsApp” proqramı vasitəsilə dayanmadan yazmağa başlamışdır. Həyat yoldaşı çox qısqanc olduğu üçün onu yola verməyə çalışmış, amma “WhatsApp” proqramında ona “hardasan”, “niyə telefona cavab vermirsən”, “kişisənsə cavab ver” tipli suallar göndərdikdən sonra çox əsəbiləşmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs cavab yazmamış, telefonunu da açmamışdır. O, evə gəldikdən sonra ona çox sayda zəng vurub narahat etdiyinə, “WhatsApp” proqramında ünvanına kobud sözlər yazdığına görə həddindən çox əsəbiləşdiyi üçün ilk olaraq Zərərçəkmiş şəxs yaxınlaşıb üstünə qışqırmış və otaqda olan şkafın paltar asılan dəmir borusunu götürərək onun baş nahiyəsinə, bədəninə və belinə bir neçə zərbə endirmişdir. Uşaqları həmin vaxt öz otaqlarında olmuş, onlar onun Zərərçəkmiş şəxs xəsarət yetirməsini görməmişər. O, Şəbnəmin vəziyyətinin yaxşı olmadığını görsəydi, hadisədən sonra anasıgilə getməzdi və ona kömək edərdi. O, evə qayıdanda Zərərçəkmiş şəxs təcili tibbi yardım çağırmışdır. Hazırda həyat yoldaşı Zərərçəkmiş şəxs ilə barışmış, sonuncu onu bağışlamışdır, ondan heç bir şikayəti və tələbi yoxdur, bir evdə yaşamağa davam edirlər. O, himayəsində azyaşlı uşaqların olmasın, zərərçəkmiş şəxslə barışıq əldə edilməsinin, törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasının, idman sahəsində çoxsaylı uğurlar əldə etməsinin nəzərə alınaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2007-ci ilə ailə həyatı qurmuş, birgə nikahlarından ikisi qız, ikisi oğlan olmaqla 4 uşaqları olmuşdur. Təqsirləndirilən şəxs ilə evləndikdən sonra həmişə mehriban yaşasalar da son bir neçə ildə aralarında narazılıqlar yaranmağa başlamışdır. 14.02.2021-ci il tarixdə Təqsirləndirilən şəxs evə gəlmədiyi üçün narahat olmuş və gecə 23.00-dan etibarən onun telefonuna dalbadal zəng vurmağa və “WhatsApp” proqramı vasitəsilə dayanmadan yazmağa başlamışdır. O, xaraktercə qısqanc insan olduğu üçün həyat yoldaşı evə gec gələndə çox narahat olmuşdur. “WhatsApp” proqramında ona “hardasan”, “niyə telefona cavab vermirsən”, “kişisənsə cavab ver” tipli suallar göndərmişdir. Təqsirləndirilən şəxs isə onun mesajlarını oxusa da cavab yazmamışdır, telefon zənglərini də açmamışdır. Təqsirləndirilən şəxs evə gəldikdən sonra çox sayda zəng vurub narahat etdiyinə, “WhatsApp” proqramında kobud sözlər yazdığına görə sonuncunun ona həddindən çox əsəbiləşdiyini görmüşdür. Təqsirləndirilən şəxs ona yaxınlaşıb üstünə qışqırmış və otaqda olan şkafın paltar asılan dəmir borusunu götürərək onun baş nahiyəsinə, bədəninə və belinə bir neçə zərbə endirmişdir. O, özünü qorumaq üçün müqavimət göstərməyə çalışmışdır. Hacı ona xəsarət yetirdikdən sonra evdən çıxıb yaxınlıqda yaşayan anasıgilə getmişdir. Uşaqları həmin vaxt öz otaqlarında olmuş, onlar Təqsirləndirilən şəxs ona xəsarət yetirməsini görməmişlər. Əvvəllər də qısqanc olduğu üçün bir neçə dəfə belə mübahisələri olmuşdur. Amma məsələ çox böyümədən yoluna qoymağa çalışmışdır. Təqsirləndirilən şəxs ilə barışdığı və ondan şikayətçi olmadığı üçün sonuncunun barəsində yüngül cəza veilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 17.03.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək icraat materialı üzrə tərtib edilmiş yekun protokolu ləğv edilmiş və faktla bağlı material üzrə cinayət işi başlanmışdır.(i.v. 1-2) 15.02.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 15.02.2021-ci il tarixdə Zərərçəkmiş şəxs yüngül bədən xəsarətləri yetirməsinə dair cinayət hadisəsi ünvan 2 ünvansız fərdi evdə baş vermişdir.(i.v. 25-30) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” X9 Binəqədi Rayon Şöbəsi tərəfindən verilmiş 15.02.2021-ci il tarixli, 209 saylı məhkəmətibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – başın təpə nahiyəsinin dərialtı hematoması, sol süd vəzisinin, sol said nahiyəsinin, bel nahiyəsinin qançırları, sağ və sol əlin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, qərarın təsviri hissəsində göstərilən 15.02.2021-ci il tarixdə insan bədəninin hissələri (əl, əl barmaqlarının dırnaqları və s.) və dəmir parçası ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdilər, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşməsinə baxmayaraq şəxsin özü tərəfindən yetirilməsi və eləcə də öz boyu hündürlüyündən sərbəst yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri az inandırıcıdır. (i.v. 58-60) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 28.08.2018-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat aparılmış, böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılmasının nəticələrinə dair yekun protokolu tərtib edilərək təsdiq edilməsi üçün Binəqədi Rayon Prokurorluğuna göndərilmiş, 19.09.2018-ci il tarixdə tərəflərin barışması və zərərçəkmiş şəxsin şikayətinin olmaması səbəbindən məhkəməyədək sadələşdirilmiş icraat qaydasında toplanmış material üzrə cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilmişdir. (i.v. 55-56, 144-145) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocasən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 63) 31.03.2021-ci il tarixli qərardan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş şkafın paltar asılan dəmir borusu mühum sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Təqsirləndirilən şəxs qaytarılmışdır.(i.v. 82) 26.04.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v. 106-107) 26.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 119-120) AZ-İİ seriyalı, 206341 saylı, AZ-İİ seriyalı, 437016 saylı, AZ-İİİ seriyalı, 574196 saylı, AZ-İİİ seriyalı, 019518 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 27.05.2008-ci il təvəllüdlü X6, 07.02.2010-cu il təvəllüdlü X7, 18.08.2014-cü il təvəllüdlü X8, 06.06.2012-ci il təvəllüdlü X2 adlı dörd azyaşlı uşağı vardır. (i.v. 8-11) İş materiallarına əlavə olunmuş diplomlar və fəxri fərmanlardan görünür ki, Təqsirləndirilən şəxs idman sahəsində çox saylı uğurları olmuşdur. (i.v. 123-143) 24.06.2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, onlar birlikdə yaşamaqla Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 128-ci maddələri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşaqların olması, CM-nin 59.1.12-ci maddəsinə əsaslanmaqla zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, idman sahəsində çoxsaylı uğurlar əldə etməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxıb, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 128-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 40 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. İş üzrə maddi sübut kimi tanınmış şkafın paltar asılan dəmir boru saxlanması üçün sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(001)-264/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-264/2021
05.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver