Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-264/2023 14.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1998-ci il tarixdə Şamaxı rayonu, Mirikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli ilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, Şamaxı rayonu, Mirikənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat kəndi, Kərpic zavodun yaxınlığında fərdi evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubilkası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilir ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 30 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağlar massivində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi bağ evinin həyətinə hasarı aşmaq yolu ilə qanunsuz daxil olub, həyətdəki yaşayış evinin pəncərəsinin dəmir barmaqlığını sındırmaq yolu ilə içəri qanunsuz daxil olaraq mətbəxdə divardan asılmış vəziyyətdə, dəyəri 500 (beş yüz) manat olan 01 ədəd “Samsung” markalı televizoru, mətbəx şkafından ümumi dəyəri 50 (əlli) manat olan adi qaşıq və bıçaq dəstlərini, qonaq otağındakı saxlanc yeri hesab edilən şkafdan 4000 (dörd min) manat pulu, bir ədədinin dəyəri 50 manat olmaqla beş ədəd qutuda 6 ədəd olmaqla cəmi 30 ədəd olan ümumilikdə 1500 (min beş yüz) manat dəyərində gümüşdən ibarət qaşıq dəstini, dəyəri 100 (yüz) manat olan 01 ədəd çay dəstini və dəyəri 100 (yüz) manat olan 01 ədəd suvenir xəncəri gizli olaraq talayıb zərərçəkmiş şəxsə 6250 (altı min iki yüz əlli) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2022-ci il tarixdə saat 01 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivi 5-ci küçədə yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi bağ evinin həyətinə hasarı aşmaq yolu ilə qanunsuz daxil olub, həyətdəki yaşayış evinin arxa hissəsindəki plastik pəncərənin dəmir barmaqlığını sındırmaq yolu ilə içəri qanunsuz daxil olaraq yataq otağında divardan asılmış vəziyyətdə, dəyəri 400 (dörd yüz) manat olan 01 ədəd “Samsung” markalı televizoru gizli olaraq talayıb zərərçəkmiş şəxsə həmin məbləğdə ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 29 oktyabr 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağlar massivində yerləşən kafelərin birində yemək yeyib 300 qram araq içmişdir. Yeyib-içdikdən sonra kafedən çıxıb Fatmayı bağlar massivində bir qədər gəzmiş və orada olan bağ evinin birində işıqların yanmadığını gördüyündən evdə heçkimin olmadığını fikirləşmişdir. Artıq 30 oktyabr 2022-ci il tarixdə gecə saat 02 radələrində həmin vaxt ətrafda heç kim olmadığından əmin olduqdan sonra işıqları yanmayan həmin bağ evinin hasarından aşaraq həyətə keçmişdir. Həyətə düşəndən sonra evdə heçkimin olmadığına tam əmin olduqdan sonra bir mərtəbəli həmin evin pəncərəsinin dəmir barmaqlığını həyətdən tapdığı dəmir parçası ilə sındıraraq evə girmişdir. Ev iki otaq, bir mətbəxtdən ibarət olmuşdur. Otaqlardakı və mətbəxtdəki şkafların içərisini axtarmış, əvvəlcə mətbəxtdə divardan asılmış vəziyyətdə olan “Samsunq” markalı televizoru çıxardıb yerə qoymuş, sonra mətbəxtdəki şkafın içərisində olan bıçaq və qaşıq dəstlərini götürüb sellofan torbaya yığmışdır. Sonra isə otaqlarda şkafın içərisini axtarmağa başlamışdır. Oradan tapdığı, 4000 manat pulu götürüb cibinə qoymuşdur. Sonra həmin şkafın içərisindən təxminən 30 ədəd gümüş qaşıqları götürüb sellofan torbaya qoymuş və sonra digər otaqdakı şkafdan karobkada olan çay dəstini və bir ədəd xəncəri götürmüşdür. Sonra isə həmin əşyaları evdən tapıbdığı sellofan torbanın içərisinə yığmışdır. Evin plastik qapısını əli ilə itələyib açaraq pilləkənlərlə həyətə düşmüş, sonra evin zirzəmisinə girib orada quraşdırılmış əşyaları və kombi aparatını yerindən çıxardıb yerə qoymuşdur. Lakin həmin əşyalar mağır olduğundan apara bilməyəcəyini düşünüb oradan çıxmış və sonra gedib həyətin giriş qapısını içəri tərəfdən açıb evin içərisindən oğurladığı əşyaları götürüb oradan uzaqlaşıb getmişdir. Gecə vaxtı əlində torba ilə getdiyi halda onu görən şəxslərin oğlurluq etdiyini düçünəcəkləri üçün həmin əşyaları xatırlamadığı bir yerdə yol kənarına qoyub, pulu isə cibində uzaqlaşıb evinə getmişdir. Həmin pulları özü üçün yeyib-içməyə xərcləmişdir. Daha sonra cəzaçəkmə müəssisəsində cəza çəkən zaman tanış olduğu Şahid1 ilə birlikdə 12 noyabr 2022-ci il tarixdə saat 23 radələrində işdən çıxıb Zabrat qəsəbəsindəki kafelərin birində yeyib-içmişlər. X7 bağlar massivinə getmələrini təklif etmişdir. Zakir onun təklifi ilə razılaşmış və onlar birlikdə həmin yerə getmişlər. Artıq 13 noyabr 2022-ci il tarixdə saat 01 radələrində ətrafa heç kimin olmadığını gördüyündən Zakirə hasarın yanında dayanıb onu gözləməsini demişdir. Həmin bağ evinin hasarından tullanmaqla həyətə keçib bağ evinin arxa hissəsindəki pəncərədən içəri girərək yataq otağında divardan asılmış “Samsung” markalı televizoru götürüb, evdə olan ağ parçaya büküb evə keçdiyi yerdən də çıxmışdır. Həmin televizoru hasarın üstündən aşmaqla küçəyə çıxartmış və oradan uzaqlaşmışdır. Həmin vaxt ətrafda heç kim olmamışdır. 13 noyabr 2022-ci il tarixdə səhər saat 08 radələrində həmin “Samsung” markalı televizoru aparıb əvvəldən tanıdığı, 2-ci Zabrat dairəsi “Bolmart” marketin yaxınlığında metal qəbulu məntəqəsində işləyən Nəvai adlı şəxsə 150 manata satmışdır. Əldə etdiyi həmin pulu özü üçün xərcləmişdir. Həmin eveə girərkən dosdu Zakirə öz evlərinə getdiyini, evdə heç kim olmadığından açarının üstündə olmadığını, pul lazım olduğu üçün televizoru götürüb satacağını bildirmişdir. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən, törətdiyi cinayət əməlindən səmimi olaraq peşman olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Binəqədi rayonu, Goradil bağlar massivi 5-ci küçədə yerləşən bağ evi ona məxsusdur. Sonuncu dəfə həmin bağ evində təxminən bir ay əvvəl olmuşdur. xx.xx.2022-ci il tarixdə bağ evinə nəzarət edən qonşusu X4 ona zəng edərək evin arxa hissəsindəki pəncərənin dəmir barmaqlığının sındırıldığını bildirmişdir. Ona görə də dərhal bağ evinə gəlmişdir. Evə gələndən sonra evin arxa hissəsindəki plastik pəncərənin dəmir barmaqlığının sındırıldığını və pəncərənin açıq vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt evindən oğurluq edildiyini başa düşmüşdür. Ona görə də evə giriş qapısından girib baxanda yataq otağındakı divardan asılmış “Samsung” markalı televizorun yerində olmadığını görmüşdür. Evdən televizordan başqa bir əşya oğurlanmamışdır. Televizorun oğurlandığını gördükdən sonra dərhal 102 xidmətinə zəng vurub oğurluq hadisəsi barədə məlumat vermişdir. Hazırda ona məxsus olan bağ evindən oğurlanmış “Samsung” markalı televizor özünə geri qaytarılmışdır. Ona dəymiş ziyan tam şəkildə ödənildiyi üçün Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və hazırda ondan heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Binəqədi rayonu, Fatmayı bağlar massivində bağ evi var. Həmin evdə daimi yaşamır. 30 oktyabr 2022-ci il tarixdə saat 10:00-da həmin bağ evinə getmiş və bağ evinin həyət qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. İcəri daxil olanda eyvanın plastik qapısının və otağın pəncərəsinin də dəmir barmaqlığının sındırılaraq yerindən ayrılmış vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt ona məxsus olan bağ evinə naməlum şəxsin girdiyini başa düşmüşdür. Evin içərisinə daxil olanda otaqda olan şkafda qoyduğu 4000 (dörd min) manatın yerində olub-olmadığını yoxlayanda həmin pulun, mətbəxtdə divara asılmış vəziyyətdə olan dəyəri 500 (beş yüz ) manat olan “Samsung” markalı televizorun, mətbəxt şkafından ümumi dəyəri 50 (əlli manat) manat olan adi qaşıq və bıçaq dəstlərinin, pulun götürüldüyü şkafdan isə bir ədədinin dəyəri 50 manat olmaqla beş ədəd qutuda 6 ədəd olan, cəmi sayı 30 ədəd ümumi dəyəri 1500 (bir min beş yüz) manat olan gümüşdən ibarət qaşıq dəstinin, qonaq otağında olan şkafdan isə dəyəri 100 (yüz ) manat olan çay dəstinin və 01 ədəd dəyəri 100 manat olan xəncərin oğurlandığını görmüşdür. Həmçinin evin çöl tərəfində zirzəmidə quraşdırılmış əşyaların və istixanada isə kombi cihazının yerindən sökülərək yerə qoyulmuşdur. Lakin ona məlum olmayan səbəbdən həmin əşyaların, kombi cihazının oğurlanmadığını bilmişdir. Ümumilikdə ona 6.250 manat maddi ziyan dəymişdir. Təqsirənditilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyan ödənilməmişdir və hazırda ondan şikayətçidir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyan ödənilməmişdir, hazırda ondan şikayətçidir və sonuncunun barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat dairəsi, «Bolmart» marketin yaxınlığında metal qəbulu məntəqəsində işləyir. 13 noyabr 2022-ci il tarixdə saat 08 radələrində Elgün adlı şəxs iş yerinə gələrək pula ehtiyacı olduğunu üçün ona məxsus «Samsung» markalı televizorunu satmaq istədiyini bildirmişdir. O, televizora baxıb Elgünə televizoru 150 manata ala biləcəyini demişdir. Elgün onunla razılaşdığından Elgünə 150 manat verib həmin «Samsung» markalı televizoru işdə istifadə etmək məqsədi ilə almışdır. Elgünü tanısa da, həmçinin həmin «Samsung» markalı televizorun özünə məxsus olduğunu bildirsə də, televizoru Elgünün şəxsiyyət vəsiqəsinin surətini götürməklə almışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, hadisə gününü xatırlamır. Hadisə baş verən günü Təqsirləndirilən şəxs ilə yeyib-içdikdən sonra Pirşağı tərəfdə Elgüngilin evinə getmişlər. Həmin vaxt hər ikisi içkili olmuşlar. Elgün ona demişdir ki, məhəllədə onu gözləsin. O, Elgünün evindən 50-60 metr aralıda məhəllədə Elgünü gözləmişdir. Elgün qayıdanda əlində televizor olmuşdur. Elgün qayıdandan sonra o, öz evinə getmişdir. Sonradan bölmədə bilmişdir ki, həmin televizorun Elgün oğlurlamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli cinayət işi başlanılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin İŞ-də CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə həmin tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)- 1307/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli cinayət işinin birləşdirilməsi və icraata qəbul olunması haqqında qərardan görünür ki, Binəqədi RPİ-də istintaq olunun ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilərək Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ibtidai istintaqı ********* nömrə altında davam davam etdirilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(008)-238/2019 nömrəli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzanını umumi rejimli cəzaçəkmə müəssisəində çəkməsi müəyyən edilərək, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli 011-13216-1222 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağlarında yaşayan Zərərçəkmiş şəxs2 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2022-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-nin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində yaralı olan əl izlərindən 01 ədəd (ADİS-in məlumat bankına Sabunçu RPİ və BİTİ-dən daxil olmuş) xx.xx.1998-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin adsız (01 nömrəli lent kəsiyi üzərindəki əl-barmaq izi) barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli 011-13962-1222 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Goradil Bağlar massivi 5-ci küçədə yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2022-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-nin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədəd (ADİS-in məlumat bankına BİTİ-dən, Sabunçu MSY-dən və Sabunçu RPİ-nin 42-ci polis bölməsindən daxil olan) xx.xx.1998-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin şəhadət barmağı (girilən pəncərənin çərçivəsi üzərindən götürülmüş iz) ilə eynilik müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, 9/8622 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkli təqdim edilmiş 01 ədəd “Samsunq” markalı “UE40J5100AU” modelli televizorun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 400,0 manat müəyyən edilir. xx.xx.2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “Samsunq” markalı televizor cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus “Samsunq” markalı “UE40J5100AU” modelli televizor qəbz əsasında sahibi Zərərçəkmiş şəxs1 qaytarılmışdır. Bakı şəhər Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin xx.xx.2023-cü il tarixli 330- 1573-1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağlar massivində Zərərçəkmiş şəxs2 məxsus evindən oğurluq etməsi faktı öz təsdiqini tapsada, lakin Təqsirləndirilən şəxs həmin evdən oğurladığı məişət əşyalarını tulladığı ərazini müəyyən etmək və həmin əşyaları tapmaq mümkün olmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(001)-102/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti istintaq müddətinin sonunadək yəni, xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsini xx.xx.2023-cü il tarixli 4(001)-127/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 gün, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsini xx.xx.2023-cü il tarixli 1(001)-264/2023 nömrəli hazırlıq icilasının qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2,177.2.3 və 177.2.4-cü maddələri ilə məhkəməhə baxışına verilmiş və onun barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanmışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlu X6 adlı bir azyaşlı uşağı var. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vurmuş olduğu zərəri ödəməsini, Zərərçəkmiş şəxs1 ondan heç bir şikayət və tələbinin olmamasını və himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(008)-238/2019-cu il nömrəli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmış və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan iki il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Belə ki, CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayətin törədilməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 65.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2, 177.2.3 və 177.2.4cü maddəsinin sanksiyasında daha ciddi cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmənin yuxarı həddi beş il olaraq müəyyən edilmiş və şəxsə də təyin edilə bilən minimum cəza müddəti CM-nin 65.2-ci maddəsinə əsasən 2 il 6 aydan az ola bilməz. Təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağın olmasını, iş üzrə iki zərərçəkmişdən birinə vurulmuş maddi ziyanın ödənilməsinin, həmin zərərçəkmiş şəxsin hər hansı şikayət və tələbinin olmamasını da nəzərə alaraq məhkəmə hesab edir ki, təqsriləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətini 2 il 8 ay müəyyən etməklə cəzanın məqsədinə nail olmaq mümkündür. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2022-ci il tarixdə məhdudlaşdırılmaqla şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)- 1307/2022 nömrəli qərarı ilə barəsində 02 (iki) ay 20 (iyirmi) gün müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(001)-102/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixli, 4(001)-127/2023 nömrəli qərarı ilə xx.xx.2023-cü il tarixədək uzadılmış, xx.xx.2023-cü il tarixli 1(001)-264/2023 nömrəli hazırlıq icilasının qərarı ilə isə CM-nin 177.2.2,177.2.3 və 177.2.4-cü maddələri ilə məhkəmə baxışına verilmiş və onun barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanmış və hazırkı tarixədək həbsdədir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, 1 ədəd “Samsunq” markalı, “UE40J5100AU” modelli televizor qəbz əsasında sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 45 (qırx beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Seyidquqlu oğlu təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 (qırx beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cinayət hadisəsi zamanı onlara vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət etməmişlər və Zərərçəkmiş şəxs1 vurulmuş ziyan tam həcmdə ödənilmişdir. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs2 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquququnun olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs oğluna təyin edilmiş cəzanın əvvəli 21 noyabr 2022-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, 1 ədəd “Samsunq” markalı, “UE40J5100AU” modelli televizorun qəbz əsasında sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə Zərərçəkmiş şəxs2 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı şəhər Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-264/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-264/2023
14.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver