Məhkəmə qərarları › İş №1(001)-265/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-265/2021

11.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-265/2021 11.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-ci il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, “Saç əkim mərkəzi” klinikasında direktor müavini vəzifəsində işləyən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 32.4,297.1 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşı olması görüntüsü yaradan hüquq verən xidməti vəsiqəni qanunsuz olaraq istifadə etmək məqsədi ilə 2020-ci ildə Azərbaycan Respublikasının Prokurorluğuna aid xidməti vəsiqəyə oxşar vəsiqə üzlüyü və blanklarını istintaqa məlum olmayan şəraitdə əldə edib, Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə məzmununa kompüterdə özünün ədliyyə müşaviri xüsusi rütbəsi daşımaqla Azərbaycan Respublikasının Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə böyük prokuroru vəsifəsində işləməsinə, vəsiqənin 10.06.2025-ci il tarixədək etibarlı olmasına, habelə vəsiqənin şəkil qrafasına öz baş nahiyəsinin foto əksini istintaqla müəyyən edilməyən şəraitdə kompüterdə xüsusi proqram təminatı ilə Prokurorluğun xidməti geyim formasında olan istintaqla müəyyən edilməyən şəxsin baş nahiyəsinin şəkli hissəsində yerləşdirməklə bilə-bilə yalan məlumatları daxil edib, istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi başqa rəsmi sənəddən istifadə etməklə skayner vasitəsilə kompüterin yaddaşına köçürdüyü və içərisində «Azərbaycan Respublikasının Baş Prokurorluğu» yazıları olan möhürün elektron əksini çap qurğusu vasitəsilə həmin elektron sənəddə əks etdirməklə surətini xüsusi blankın üzərində çıxardıqdan sonra, diyircəkli qələmlə səlahiyyətli şəxsin imzasını blank üzərində fərqli formada imzalayıb həmin blankları qeyd edilən iki hissəli üzlüyə xüsusi yapışdırıcı maddə ilə bərkidib hüquq verən rəsmi sənəd olan 10.06.2020-ci il tarixli 214-17 №-li xidməti vəsiqəni qanunsuz olaraq saxtalaşdırmaqla hazırlayıb üzərində daşımış, bir müddət sonra həmin saxta xidməti vəsiqəni istintaqa məlum olmayan şəraitdə Bakı şəhəri, Yasamal rayonu, Balabala Məcidov küçəsi ilə Sübhi Salayev küçəsinin kəsişməsində, Sübhi Salayev küçəsi istiqamətində yerləşən avto dayanacağın girişində düşürməsi və həmin saxta xidməti vəsiqənin 26 noyabr 2020-ci il tarixdə həmin ərazidə xidmətdə olan Yasamal rayon Polis İdarəsinin Post patrul xidməti bölüyünün polis nəfərləri Şahid3 və Şahid4 tərəfindən aşkar olunaraq müvafiq araşdırma aparılması üçün 27.11.2020-ci il tarixli raportla aidiyyəti üzrə təqdim edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğunda faktla bağlı 08.12.2020-ci il tarixdə hazırkı cinayət işi başlanılmaqla aparılan istintaq zamanı istintaqa cəlb edildiyi zaman həmin vəsiqənin aşkar olunmasına görə cinayət əməllərinin ifşa olunacağına əmin olub, məsuliyyətdən kənarda qalmaq məqsədilə 2021-ci ilin mart ayında tanışları Şahid1 və Şahid2 müraciət edərək özünün qeyd edilən əməli üzrə cinayət məsuliyyətinə cəlb olunmamasına köməklik etmələrini xahiş edərək, 28 mart 2021 -ci il tarixdə Şahid1 və Şahid2la ünvan 3 ünvanında yerləşən “Köhnə qala” restoranında görüşüb hüquq verən saxta rəsmi sənəd olan 10.06.2020-ci il tarixli 214-17 №-li saxta xidməti vəsiqənin hazırlanması ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində istintaqı aparılan hazırkı cinayət işi üzrə ibtidai istintaqda yalan ifadə verərək həmin saxta xidməti vəsiqənin guya Şahid2 tərəfindən hazırlanmasını, Şahid1 isə bu barədə məlumatının olmasını istintaqa bildirmələrini xahiş edib, Şahid2 bunun müqabilində gələcəkdə işə düzəldəcəyini vəd verərək, onun istintaqda həbs olunmayacağını, məhkəmədə ona təyin olunacaq cərimə cəzasını isə özünün ödəyəcəyini bildirib, aralarındakı münasibətlərdən istifadə edib Şahid1 və Şahid2 razılıqlarını almaqla onları ələ alması ilə əlaqədar 29 mart 2021-ci il tarixdə şəxsən istintaqa müraciət edərək öz adına olan saxta vəsiqənin guya aldığı məlumata əsasən Tahir Qurbanov tərəfindən hazırlanması və Şahid1 guya bunun şahidi olmasına dair məlumat verib 30 mart 2021-ci il tarixdə Şahid1 və Şahid2 istintaqa şahid qismində ifadə vermələri üçün dəvət olunmalarına, sonuncuların özünün saxtalaşdırmaqla qanunsuz olaraq hazırladığı 10.06.2020-ci il tarixli 214-17 №-li saxta xidməti vəsiqənin məhz Şahid2 tərəfindən hazırlanmasına və bu barədə Şahid1 guya özünə məlumat verməsinə dair ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin inzibati binasında Şahid1 və Şahid2 yalan ifadə vermələrinə nail olub, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış, Şahid1 və Şahid2 ibtidai istintaqda şahid qismində yalan ifadə verməyə vahid niyyətlə təhrik etmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-in 32.4,297.1 və 320.1 -ci maddəsində nəzərdə tutulmuş ittiham irəli sürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 32.4,297.1 və 320.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin noyabr ayından etibarən **********211 nömrəsindən “Whatsapp” mobil proqramı vasitəsi ilə ona və ailə üzvlərinə hədələyici ismarıclar göndərilmişdir. Bu ismarıclar onun Türkiyə Respublikasında qeydiyyata alınmış nömrəsinə göndərilmişdir. Bundan başqa istifadəsində olan ***-***-**-** nömrəsinə **********272 nömrəsindən təhdidedici ismarıclar göndərilmişdir. O, bu ismarıclardan dərhal sonra Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova barəsində təxribat hazırlandığını və təhlükəsizliyinin təmin olunması barədə elektron müraciət ünvanlamışdır. Sözügedən təhdid ismarıclarından sonra 26.11.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov və Sübhi Salayev küçələrinin kəsişməsində guya onun hazırladığı prokurorluğa aid saxta xidməti vəsiqə Yasamal RPİ-nin post-patrul əməkdaşları tərəfindən aşkar olunmuşdur. Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən DİN-in Bakı şəhər BDYPİ-nə ona məxsus avtomobillərin 25.11.2021-28.11.2021 tarixləri arasında hərəkət trayektoriyasının müəyyənləşdirilməsi barədə sorğu ünvanlanmış və sözügedən tarixdə vəsiqənin tapıldığı Bakı şəhəri, Yasamal rayonu, Balabala Məcidov və Sübhi Salayev küçələrinin kəsişməsində və ətraf ərazisində ona aid avtomoblin olmadığı aşkar edilmişdir. Eyni zamanda bu motivdə anten sorğuları verilmiş və yenə də həmin ərazidə həmin tarixlərdə ümumiyyətlə onun olmadığı müəyyənləşdirilmişdir. Lakin istintaq orqanı tərəfindən belə bir önəmli fakta heç bir hüquqi qiymət verilməmiş, hətta ittiham aktında belə göstərilməmişdir. Bundan başqa cinayət obyekti sayılan saxta vəsiqədə ”şəxsi imza” qrafasındakı imzanın məhkəmə-xəttşünaslıq ekspertizası ilə onun tərəfdən imzalanmadığı müəyyən edilmişdir. Bu zaman sual olunur ki, əgər vəsiqə onundursa və onun tərəfdən hazırlanmışdırsa niyə “şəxsi imza” qrafasındakı imza onun tərəfindən imzalanmır? İstintaqı orqanı tərəfindən bu xüsasata da tam və hərtərəfli qiymət verilməmiş, habelə ittiham aktında da bu fakt qeyd olunmamışdır. Sözügedən vəsiqədəki şəkil də ona məxsus “Facebook” hesabından götürülərək fotomontaj vasitəsilə vəsiqəyə yerləşdirilmişdir. Lakin burada da sual doğuran başlıca məqam ondan ibarətdir ki, onun özünün başqa şəkli yoxdur ki, sosial şəbəkədəki şəklini fotomontaj edir? Əgər vəsiqəni o, hazırlasaydı ən diqqət çəkən qismində belə bir səhvə yol verməyi əslində öz əleyhinə olan bir xüsusat olardı. Həmçinin müstəntiq Emil Kərimova telefona gələn təhdid mesajları ilə bağlı və saxta vəsiqənin hazırlanması ilə bağlı şübhələndiyi 11 nəfər şəxsin adını və telefon nömrələrini verməsinə baxmayaraq sadəcə biri araşdırıldı. Hətta sonradan şübhələndiyi daha bir nəfər haqqında yəni X10 barəsində məlumat versə də bu şəxsə dair heç bir araşdırma aparılmamışdır. Tanışları olan Şahid1 və Şahid2 cinayət işi üzrə istintaqa yalan ifadə vermələrindən məlumatsız olmuş, bu barədə sonunculara heç vaxt müraciət etməmiş, onlardan yalan ifadə vermələrini xahiş etməmişdir. Şahid1 2021–ci il mart ayında onunla əlaqə saxlayaraq görüşmüşdür. Görüş zamanı isə ona saxta xidməti vəsiqəni kimin hazırladığını bildiyini, lakin bu barədə həmin şəxsə heç nə etməyəcəyinə və bu məsələnin sadəcə ikisinin arasında qalmasına dair söz verməyini istədi. O, da ona söz verdi. Bundan sonra isə Şahid1 bu sənədi ümumi tanışları olan Şahid2 hazırladığını bildirdi. O, əvvəlcə ona inanmayaraq bir qədər tərəddüd içində qaldı. Şahid2 niyə belə bir şey etdiyini Şahid1 soruşduqda isə o, Şahid2la onun arasında bir neçə il əvvəl Qəbələ şəhərində olan incikliyi xatırladaraq Şahid2 bu yolla ondan qisas aldığını bildirdi. Şahid2 da nəşriyyat işçisi olmuşdur. Eyni zamanda vəsiqəni tapan polis əməkdaşları da vəsiqəni tapmazdan əvvəl xidmət apardıqları ərazidə bir nəfər nəşriyyat əməkdaşı saxladıqlarını və yaxın ərazidə qaldığı üçün buraxdıqlarını bildirmişdilər. Bu minvalla Şahid1 dediklərinə tam inanmışdır. Bundan sonra isə müstəntiq Emil Kərimova zəng edərək belə bir məsələ olduğunu və bu vəsiqəni Şahid2 hazırladığını bildirmişdir. Lakin o, təkidlə ona gəlib ərizə yazmalı olduğunu bildirdi. İdarəyə getdikdən sonra isə müstəntiq əvvəlcədən hazırladığı ərizəyə sadəcə qol çəkməli olduğunu bildirdi. Bundan sonra isə Şahid1 və Şahid2 Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyada qarşı Mübarizə Baş İdarəsinə çağrılmış və ifadələri alınmışdır. Sözügedən şəxslərin əlavə ifadələrindən sonra o, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağrılmışdır. O, burada isə sözün əsl mənasında şok yaşamışdır. Belə ki, 10-a yaxın əməkdaş bir anda üstünə düşərək göstərilən sənədlərə qol çəkməli olduğunu bildirdi. O, imtina etdikdə isə onu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin padvalına apararaq toka verəcəklərini bildirdilər. Bütün bu təhdidlərdən sonra o, hər hansısa işgəncəni özünə sığışdırmayaraq məcbur şəkildə oxumadan qabağına qoyulan sənədlərə qol çəkmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 da məhkəmə iclası zamanı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində bu şəkildə təhdid və təzyiqlərə məruz qalaraq məcburi şəkildə bir neçə sənədə qol çəkdiklərini bildirdilər. İttiham aktında göstərilənin əksinə olaraq o, istintaq zamanı heç vaxt Şahid1 və Şahid2la üzləşməmişdir. O, Bakı şəhərində kifayət qədər tanınan bir şəxsdir. Yəni sözügedən saxta xidməti vəsiqəni harada və kimə göstərə bilər ki? Onun karantin vaxtı işi ilə əlaqədar olaraq istənilən yerə, istənilən vaxtda getməyə icazəsi olmuşdur. Yəni onun hər hansısa saxta vəsiqə düzəltməyinə dair heç bir zərurəti olmamışdır. İş materiallarından da açıq-aşkar görünür ki, o, heç vaxt Baş Prokurorluğuna aid saxta xidməti vəsiqə düzəltməmişdir. Telefonuna gələn təhdid mesajlarından da aydın görünür ki, kimlərsə ona problem yaratmaq üçün bu cür üsul və vasitəyə əl atmışlar. İstintaq orqanı isə əsl cinayətkarları tapmaq yerinə işi bağlamaq xatirinə belə bir qondarma ittiham hazırlamışdır. Buna görə özünü irəli sürülmüş ittihamda təqsirli bilmir. Ona qarşı irəli sürülən ittihamın həqiqətə uyğun olmadığını nəzərə alaraq, ona CM-in 32.4,297.1 və 320.1-ci maddələri ilə bəraət verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2020-ci il tarixdən Yasamal rayon polis idarəsinin post patrul xidməti bölməsində polis nəfəri, polis siravisi vəzifəsində işləyir. 27 sentyabr 2020-ci il tarixdən başlayaraq hərbi vəziyyətlə əlaqədar gücləndirilmiş vəziyyətdə xidmət aparır. O, gecə növbəsində və eyni zamanda gündüz növbəsində xidmət aparmışdır. O, eyni ərazidə xidmət aparmamış, həm silahlı postda, həm də, patrul formasında xidmətdə olmuşdur. Hər gün onunla müxtəlif polis əməkdaşları xidmət aparmışlar. Həmçinin onların yanında polis əməkdaşından başqa Daxili Qoşunların hərbi qulluqçuları da, xidmət aparmışlar. 26 noyabr 2020-ci il tarixdə saat 20 radələrində Yasamal rayon polis idarəsində toplanışda iştirak etmişdir. Həmin vaxt cədvəl əsasında onun xidmət ərazisi müəyyən olunmuşdur. O, həmin gün Şahid4 ilə birlikdə xidmət aparmışdır. Onlar həmin gün Yasamal rayon polis idarəsinin 27-ci Polis Bölməsinin ərazisində Cəfər Cabbarlı, Balababa Məcidov, Mirzə Fətəli və Mustafa Sübhi küçələrində patrul xidməti aparmışlar. Həmin vaxt onların yanında 2 nəfər X5 Artıq Hərbi Xidmət edən hərbi qulluqçuları da olmuşlar. Həmin şəxslərin ad və soyadlarını xatırlamır. Onlar Yasamal rayonu, Balababa Məcidov küçəsi ilə Mirzə Fətəli küçələrinin kəsişməsində piyada xidmət apararkən təxminən saat 21 və yaxud 23 radələri arasında avtomobil dayanacağının qarşısında olarkən bir nəfər şəxsi saxlayaraq sənədlərini yoxlamışlar. Həmin şəxs nəşriyyat əməkdaşı idi. Onun komendant müddətində hərəkət etmək hüququ var idi. O, eyni zamanda yaxın ərazidə yaşadığını bildirdiyi üçün onu buraxmışlar. Həmin şəxs gedəndən sonra Şahid4 ona yerdə dikinə vəziyyətdə olan zoğalı rəngdə nəsə olduğunu gördüyünü dedi və həmin əşyanı qaldırmağı ondan xahiş etdi. O, həmin əşyanı qaldırıb baxanda Prokurorluğun xidməti vəsiqəsi olduğunu müəyyən etdi. Həmin vəsiqə Təqsirləndirilən şəxs adına idi. O, həmin vəsiqəni Bəhruza verdi. Bəhruz əvvəlcə vəsiqənin sahibini tapmaq istəmiş, bununla bağlı həmin ərazidə olan dayanacağın mühafizəçisinə yaxınlaşaraq ona vəsiqəni göstərmiş və ondan həmin vəsiqədə şəkli əks olunmuş şəxsi tanıyıb-tanımadığını soruşmuşdur. Həmin mühafizəçi şəkildə olan şəxsi tanımadığını demişdir. Bundan sonra onlar yaxınlıqda olan çoxmərtəbəli binanın mühafizəçisinə yaxınlaşaraq ondan da, soruşmuşlar. Həmin şəxs də, onlara bu şəxsi tanımadığını demişdir. Bundan sonra onlar portalda Təqsirləndirilən şəxs adını yazaraq onun ünvanı və əlaqə telefon nömrəsini öyrənmək istəmişlər. Həmin vaxt şəxsin “Saç əkdirmə” klinikasında direktor müavini işlədiyini müəyyən etmişlər. Bundan sonra Bəhruz tanışları vasitəsi ilə prokurorluqda belə bir şəxsin işləyib-işləməməsi ilə maraqlanmağa başlamışdır. Eyni zamanda onlar 27-ci Polis Bölməsinin növbətçisinə prokurorluq əməkdaşının vəsiqəsini aşkar etdikləri barədə şifahi qaydada məlumat vermişlər. Sonradan Bəhruzun tanışları ona belə bir şəxsin prokurorluqda xidmət etmədiyini demişlər. Onlar 27 noyabr 2020-ci il tarixdə, səhər saat 8-9 radələrində 27-ci polis bölməsində raport yazaraq həmin vəsiqəni bölməyə təqdim etmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 12 ildir tanıyır və Zamiqlə aralarında dost münasibətləri yaranmışdır. O, Təqsirləndirilən şəxs son vaxtlar çox əsəbi olduğunu, tez-tez telefonla söyüşlə danışdığını görürdü. O, Təqsirləndirilən şəxs neçə vaxtdır belə əsəbi olmağının səbəbini soruşduqda sonuncu xaricdəki biznesi ilə bağlı olduğunu bildirmişdir. Lakin sonra kiminsə onun adına Azərbaycan Respublikasının Baş Prokurorluğuna aid saxta xidməti vəsiqə düzəltdiyini demiş və həmin adamın Rusiya Federasiyasının Surqut, Tumen şəhərlərində olduğunu bildiyini və onu tapıb öldürəcəyini demişdir. O, qonşusu və Təqsirləndirilən şəxs ilə ortaq dostları olan Şahid2 Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikasının Baş Prokurorluğuna aid saxta xidməti vəsiqənin düzəldildiyinin və Zamiqin vəsiqənin düzəldən adamı axtarmasını demişdir. Şahid2 Təqsirləndirilən şəxs ilə 7-8 il olar ki, tanış idi, Təqsirləndirilən şəxs Qəbələ rayonunda ev tikdiyi üçün Şahid2 ora nəzarətçi qoymuşdur. Şahid2 iş vaxtı içki içdiyi üçün aralarında münaqişə baş vermiş və Təqsirləndirilən şəxs Şahid2 işdən çıxartmışdır. Ona görə Təqsirləndirilən şəxs həmin adamı axtarmaq fikrindən yayındırmaq üçün Şahid2 sən Təqsirləndirilən şəxs ilə iş üstündə dalaşmısan, saxta vəsiqənin sənin tərəfindən düzəldiyini deyərək Təqsirləndirilən şəxs əsl saxta vəsiqə düzəldən adamı axtarmasını dayandırmaq qərarına gəlmişdir. O, Şahid2la razılaşdıqdan sonra Təqsirləndirilən şəxs ilə görüşüb saxta vəsiqənin Şahid2 tərəfindən düzəldiyini demiş, həmin şəxsə heç nə etməyəcəyinə və bu məsələnin sadəcə ikisinin arasında qalmasına dair söz verməsini israr etmişdir. Bu planı qurarkən Təqsirləndirilən şəxs işinin Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırıldığını bilməmişdir, əks təqdirdə belə bir addım heç vaxt atmazdı. Çünki onun belə bir hərəkət eməkdə məqsədi Təqsirləndirilən şəxs saxta sənədi düzəldən şəxsdən qisas almasının qarşısını almaq olmuşdur. Təqsirləndirilən şəxs ilə danışdıqdan 1 həftə sonra onun telefonuna Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi tərəfindən zəng gəlmiş və ona İdarəyə gəlməsi bildirilmişdir. 10 dəqiqə sonra evdə olarkən qonşusu Tahir onlara gələrək onun Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağrıldığını bildirmişdir. Onlar Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə getmişlər. Orada Təqsirləndirilən şəxs onlardan şikayət etdiyi məlum olmuşdur. Daha sonra Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 3-4 nəfər üstünə gələrək burdan çıxmaq istəyirsənsə sənədlərə qol çəkməli olduğunu bildirmişlər. O, da qorxduğu üçün, eyni zamanda Təqsirləndirilən şəxs onlardan şikayət etdiyi üçün sənədləri oxumadan imza etmişdir. Xüsusilə vurğulamaq istəyir ki, Təqsirləndirilən şəxs saxta vəsiqəni düzəldən şəxsə qarşı edə biləcəyi neqativ hərəkətlərdən çəkindirmək üçün Şahid2la belə bir plan qurmuşdur, Təqsirləndirilən şəxs bu plandan qətiyyən xəbəri olmamışdır, xəbəri olsaydı belə bir hərəkətə razı olmazdı. Şahid2 tərəfindən saxta sənədin hazırlandığını Təqsirləndirilən şəxs bildiyi təqdirdə Şahid2 heç bir şey etməyəcəyini dəqiq bildiyi üçün sonuncunun adını vermişdir. Çünki Təqsirləndirilən şəxs Şahid2la münasibətləri çox yaxşı olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Şahid1 ilə uzun müddətdir qonşudur. Təqsirləndirilən şəxs qonşusu Şahid1 görə təxminən 10 ildir tanıyır və Zamiqlə aralarında dost münasibətləri yaranmışdır. O uzun müddət nəşriyyatda işləmişdir. Son vaxtlar işsiz idi. Təqsirləndirilən şəxs onun işsiz olduğu üçün Qəbələ rayonunda tikdirdiyi evə nəzarətçi qoymuşdur. Lakin o, iş vaxtı içki içdiyi üçün Zamiqlə aralarında münaqişə baş vermiş və Təqsirləndirilən şəxs onu işdən çıxartmışdır. Şahid1 ona kiminsə Zamiqin adına Azərbaycan Respublikasının Baş Prokurorluğuna aid saxta xidməti vəsiqə düzəltdiyini demiş və Zamiqin həmin adamın Rusiya Federasiyasının Surqut, Tumen şəhərlərində olduğunu bildiyini və onu tapıb öldürəcəyini demişdir. Şahid1 ona Təqsirləndirilən şəxs həmin adamı axtarmaq fikrindən yayındırmaq üçün sən Təqsirləndirilən şəxs ilə iş üstündə dalaşmısan, saxta vəsiqənin sənin tərəfindən düzəldiyini deyərək Təqsirləndirilən şəxs əsl saxta vəsiqə düzəldən adamı axtarmasını dayandırmaq təklifini vermişdir. Onlar razılaşdıqdan sonra Şahid1 Təqsirləndirilən şəxs ilə görüşüb saxta vəsiqənin Şahid2 tərəfindən düzəldiyini demiş, bunun ikisinin arasında qalmasını israr etmişdir. Bu planı qurarkən Təqsirləndirilən şəxs işinin Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırıldığını bilməmişdir, əks təqdirdə belə bir addım heç vaxt atmazdı. Çünki onun belə bir hərəkət eməkdə məqsədi Təqsirləndirilən şəxs saxta sənədi düzəldən şəxsdən qisas almasının qarşısını almaq olmuşdur. Təqsirləndirilən şəxs ilə danışdıqdan 1 həftə sonra onun telefonuna Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi tərəfindən zəng gəlmiş və ona İdarəyə gəlməsi bildirilmişdir. O, qonşusu Qurbangilə gedərək onun Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağrıldığını bildirmişdir. Onlar Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə getmişlər. Orada Təqsirləndirilən şəxs onlardan şikayət etdiyi məlum olmuşdur. Daha sonra Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində məsuliyyətə cəlb olunacağı ilə bağlı təhdidlərdən qorxduğu üçün, eyni zamanda Təqsirləndirilən şəxs onlardan şikayət etdiyi üçün sənədləri oxumadan imza etmişdir. O, xüsusilə qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs saxta vəsiqəni düzəldən şəxsə qarşı edə biləcəyi neqativ hərəkətlərdən çəkindirmək üçün Şahid1 təklif etdiyi plana razı olmuşdur, Təqsirləndirilən şəxs bu plandan qətiyyən xəbəri olmamışdır, xəbəri olsaydı belə bir hərəkətə razı olmazdı. Məhkəmə baxışı zamanı ifadəsi elan edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2010-cu ildən Daxili İşlər orqanlarında xidmət edir. O, 2019-cu ilin sentyabr ayından Yasamal rayon polis idarəsinin post patrul xidməti bölməsində xidmət edir. 27 sentyabr 2020- ci il tarixdən başlayaraq mövcud hərbi vəziyyətlə əlaqədar gücləndirilmiş vəziyyətdə xidmət aparır. O, gecə növbəsində və eyni zamanda gündüz növbəsində xidmət aparmışdır. O, eyni ərazidə xidmət aparmamış, həm silahlı postda, həm də, patrul formasında xidmət etmişdir Onun yanında polis nəfərlərindən başqa Daxili Qoşunların hərbi qulluqçuları da, təhkim olunaraq xidmət aparmışlar. 26 noyabr 2020-ci il tarixdə saat 20 radələrində Yasamal rayon polis idarəsində toplanışda iştirak etmişdir. Həmin vaxt cədvəl əsasında onun xidmət ərazisi və xidmət edəcəyi şəxs müəyyən olunmuşdur. O, həmin gün Şahid3 ilə birlikdə xidmət aparmışdır. Onlar birlikdə həmin gün Yasamal rayon polis idarəsinin 27-ci Polis Bölməsinin ərazisində yerləşən Cəfər Cabbarlı, Balababa Məcidov, Mirzə Fətəli və Mustafa Sübhi küçələrində patrul xidməti aparmışlar. Həmin vaxt onların yanında 2 nəfər X5 Artıq Hərbi Xidmət edən hərbi qulluqçuları da olmuşlar. Həmin şəxslərin ad və soyadlarını xatırlamır. Onlar Yasamal rayonu, Balababa Məcidov küçəsi ilə Mirzə Fətəli küçələrinin kəsişməsində piyada xidmət apararkən təxminən saat 21 və 23 radələri arasında avtomobil dayanacağının qarşısında olarkən bir nəfər şəxsi saxlayaraq sənədlərini yoxlamışlar. Həmin şəxs nəşriyyat əməkdaşı idi. Onun komendant müddətində hərəkət etmək hüququ var idi. O, eyni zamanda yaxın ərazidə yaşadığını bildiyi üçün onu buraxmışlar. Həmin şəxs gedəndən sonra onun gözü yerdə dikinə vəziyyətdə olan zoğalı rəngdə nəsə olduğunu görmüşdür. O, Şahid3 həmin əşyanı qaldırıb baxmasını demişdir. Kamil həmin əşyanı götürəndə Prokurorluğun xidməti vəsiqəsi olduğunu müəyyən etmişdir. Həmin vəsiqə Təqsirləndirilən şəxs adına idi. O, həmin vəsiqənin sahibini tapmaq istəmişdir. Bununla bağlı o, həmin ərazidə olan dayanacağın mühafizəçisinə yaxınlaşaraq ona vəsiqəni göstərmişdir və ondan həmin vəsiqədə şəkli əks olunmuş şəxsi tanıyıbtanımadığını soruşmuşdur. Həmin mühafizəçi şəkildə olan şəxsi tanımadığını demişdir. Bundan sonra o, yaxınlıqda olan çoxmərtəbəli binanın mühafizəçisinə yaxınlaşaraq ondan da, soruşmuş. Həmin şəxs də, ona bu şəxsi tanımadığını demişdir. Bundan sonra o, portalda Təqsirləndirilən şəxs adını yazaraq onun ünvanı və əlaqə telefon nömrəsini öyrənmək istəmiş, həmin vaxt bu şəxsin “Saç əkdirmə” klinikasında direktor müavini işlədiyini müəyyən etmişdir. Bundan sonra o, tanışları vasitəsi ilə prokurorluqda belə bir şəxsin işləyib-işləməməsi ilə maraqlanmağa başlamışdır. Eyni zamanda o, 27-ci Polis Bölməsinin növbətçisinə prokurorluq əməkdaşının vəsiqəsini aşkar etdiklərini şifahi qaydada məlumat vermişlər. Sonradan onun tanışları belə bir şəxsin prokurorluqda xidmət etmədiyini demişlər. O, 27 noyabr 2020-ci il tarixdə səhər saat 8-9 radələrində 27-ci polis bölməsində raport yazaraq həmin vəsiqəni bölməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 08 dekabr 2020-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki fakta görə CM-in 320.1-ci maddəsi maddəsi ilə cinayət işi başlanmış və həmin tarixli qərarla istintaq aparılması üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, kiçik ədliyyə müşaviri X13 tərəfindən icraata qəbul edilmişdir. (1-ci cild i.v.4) 09 dekabr 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, 214- 17 saylı xidməti vəsiqədə Təqsirləndirilən şəxs ədliyyə müşaviri xüsusi rütbəsi daşımaqla Azərbaycan Respublikasının Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə böyük prokuroru vəsifəsində işləməsinin, vəsiqənin 10.06.2025-ci il tarixədək etibarlı olmasının qeyd olunduğu və 10.06.2020-ci il tarixli 214-17 №-li xidməti vəsiqə olduğu müəyyən olunmuşdur. (1-ci cild, i.v.55) Bakı şəhəri Baş Polis İdarəsi Dövlət yol polis idarəsi tərəfindən verilmiş 08.12.2020ci il tarixli məktubdan görünür ki, “Nömrə tanınma” sistemi vasitəsilə araşdırma aparılarkən “Mercedes” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomaşının 26.11.2020-ci il tarixdə Bakı şəhərində idarə olunmaması müəyyən edilmişdir. (1-ci cild i.v.113) Bakı şəhəri Baş Polis İdarəsi Dövlət yol polis idarəsi tərəfindən verilmiş 11.01.2021ci il tarixli məktubdan görünür ki, “Nömrə tanınma” sistemi vasitəsilə araşdırma aparılarkən Təqsirləndirilən şəxs istifadəsində olan “Audi” markalı **-SY-*** və «Mercedes» markalı **- SL-*** dövlət qeydiyyat nişanlı avtomobillərin 25.11.2020-ci il tarixdən 28.11.2020-ci il tarixədək olan müddət ərzində Bakı şəhər ərazisində hərəkət trayektoriyası barədə hər hansı bir məlumat aşkar edilməmişdir, “Mercedes” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeyd olunan tarixlərdən yalnız 28.11.2020-ci il tarixdə Bakı şəhərində idarə edilməsi müəyyən edilmişdir. (1-cild i.v.159) 11.12.2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Şahid4 Təqsirləndirilən şəxs adına tərtib olunmuş saxta vəsiqəni aşkar etdiyi yer dəqiq müəyyən olunmuşdur. 17.12.2020-ci il tarixli məktubdan görünür ki, Kadrlar idarəsində saxlanılan “Xidməti vəsiqələrin 2017-ci il tarixə olan qeydiyyat kitabı” na baxış keçirilərkən 214-17 saylı xidməti vəsiqənin 11.07.2017-ci il tarixdə həmin vaxt Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsində işləmiş X1 verilmiş, etibarlılıq müddəti 11.07.2022-ci il tarixədək olmuşdur. “Xidməti vəsiqələrin 2020-ci il tarixə olan qeydiyyat kitabı” nda isə 10.06.2020-ci il tarixdə verilmiş və etibarlılıq müddəti 10.06.2025ci il tarixədək olan 3 ədəd xidməti vəsiqənin qeydiyyata alındığı müəyyən edilmişdir. (1cild i.v.115) Məhkəmə baxışı zamanı ifadəsi elan edilmiş şahid X3 ifadəsində göstərmişdir ki, Yasamal rayonunda, Mirzə Fətəli küçəsində yerləşən avto dayanacaqda mühafizəçi işləyir. Təqdim olunan Təqsirləndirilən şəxs fotoşəkilini tanımadığını, əvvəllər görmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs adına olan saxta vəsiqədən məlumatı yoxdur, 26.11.2020-ci il tarixdə növbədə olarkən Təqsirləndirilən şəxs obyektdə görməmişdir. (1cild i.v.98) Məhkəmə baxışı zamanı ifadəsi elan edilmiş şahid X6 ifadəsində göstərmişdir ki, 2020-ci ilin aprel ayından Saray MTK-nın B.Məcidov küçəsi ilə Mirzə Fətəli küçələrinin kəsişməsində yerləşən 14 mərtəbəli yaşayış binasının mühafizəçisi işləyir, bir gündən bir növbədə olur. Təqdim olunan Təqsirləndirilən şəxs fotoşəkilini tanımadığını, əvvəllər görmədiyini bildirmişdir. O, işlədiyi dövrdə Təqsirləndirilən şəxs binaya gəlib-getdiyinin şahidi olmamışdır. 26.11.2020-ci il tarixdə növbədə olarkən gecə saatlarında onun olduğu tikiliyə əvvəllər tanımadığı polis əməkdaşı yaxınlaşmış, həmin şəxs ona prokurorluq vəsiqəsini göstərərək vəsiqədə şəkli olan şəxsi tanıyıb-tanımadığını soruşmuş, o isə tanımadığını bildirmişdir. (1- cild i.v.101) Məhkəmə Ekspertiza Mərkəzinin 16 dekabr 2020-ci il tarixli, 5/918 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş xidməti vəsiqənin 1-ci səhifəsindəki fotoşəkil qrafik redaktə vasitəsi ilə montaj edilərək yaradılmışdır və emal edildikdən sonra fotokağız üzərinə çap edilmişdir. (1- cild i.v.128-129) Məhkəmə kompyuter-texniki ekspertizasının 16 dekabr 2020-ci il tarixli, 5/927 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs məxsus «X22 9» markalı mobil smartfonunun yaddaşında müəyyən olunmuş (mövcud və silinmiş) kontaktlar, istifadəçi lüğəti, quraşdırılmış tətbiqləri, istifadəçilərin qeydiyyat yazıları, zaman ardıcıllığı, məlumat ilə fayllar və digər məlumatlar DVD tipli optik diskə köçürülmüşdür. (1-ci cild i.v. 123-125) 28 dekabr 2020-ci il tarixli baxış protokoluna əsasən “X22 9” markalı mobil smartfonun yaddaşında müəyyən edilmiş kontaktlar, istifadəçi lüğəti, quraşdırılmış tətbiqləri, istifadəçilərin qeydiyyat yazıları, zaman ardıcıllığı, məlumat ilə fayllar və digər məlumatlar DVD tipli optik diskə baxış zamanı Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi +**********1 nömrəsindən özünü və ailəsini hədələyici ismarıcların «Whatsapp» mobil proqramı vasitəsi ilə göndərilməsi aşkar olunmamışdır. (1- cild i.v.130) Sənədlərin məhkəmə texniki ekspertizasının 24 dekabr 2020-ci il tarixli, 5/930 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs adına tərtib olunmuş 10 iyun 2020-ci il tarixli 214-17 №-li vəsiqədə olan möhür əkslərinin təsviri başqa sənəddən rəqəmsal qurğu (skaner, fotoaparat) vasitəsi ilə köçürülərək axınlı çap qurğusunda (çoxaldıcı qurğuda, printerdə) çap edildiyi, həmin vəsiqədə olan imzalar bir başa qələmlə icra olunduğu müəyyən edilmişdir. (1- cild i.v.139-140) Məhkəmə-xətşünaslıq ekspertizasının 05 yanvar 2021-ci il tarixli, 4/1107-4/1122 №li rəyinə əsasən Təqsirləndirilən şəxs adına olan 214-17 №-li vəsiqənin sol hissəsinsə “şəxsi imza” qrafasındakı imza Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Vəsiqənin sağ hissəsində “Kamran Əliyev” qrafasındakı imza-X11 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. (1-cild i.v.144-145) Daxili İşlər Nazirliyinin 24.12.2020-ci il tarixli məktubundan görünür ki, Rusiya Federasiyasının mobil operatorlarına məxsus +**********2 telefon nömrəsinin 01.01.2020- 22.12.2020-ci il tarixləri aralığında Azərbaycan Respublikası ərazisində aktivliyi qeydə alınmamışdır. +**********2 telefon nömrəsinə 30.11.2020-ci il saat 14-20-də Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş və öz istifadəsində olan 50 211 50 79 telefon nömrəsindən bir dəfə uğursuz giriş zəngi daxil olmuşdur. (1- cild i.v.157) Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş 26.02.2021 -ci il tarixli 10/549 nömrəli məktuba əsasən prokurorluq əməkdaşları üçün xidməti vəsiqələrin içliyi 2016-cı ilin fevral ayınadək Bakı şəhəri, Nizami rayonu, X16 küçəsi 42 ünvanında yerləşən “Nigar” istehsalat kommersiya firması tərəfindən çap edilmişdir. Həmin içliklər qeyd edilən firmadan alındıqdan sonra Kadrlar idarəsində xidməti vəsiqə üzlüyünə yapışdırılaraq vəsiqələrin verilməsi kitabında imza etdirilməklə müvafiq əməkdaşa təqdim edilirdi. Xidməti vəsiqələrin çap edilməsindən ötrü tələb olunan kompüter, printer və digər avadanlıqlar alındıqdan sonra prokurorluq əməkdaşlarına xidməti vəsiqələr 2016-ci ildən başlayaraq Kadrlar idarəsində çap edilir. (1-cild i.v.218-219) 31 mart 2021-ci il tarixli istintaq eksperimenti protokoluna əsasən Şahid2 kompüter arxasına keçsə də, Azərbaycan Respublikasının Baş prokurorluğunun möhürünü və Baş prokurorun imzasını internetdən əldə etməsini nümayiş etdirə bilməmişdir.(2- cild i.v.6) Baxış keçirilməsi haqqında 02.02.2021-ci il tarixli protokoldan görünür ki, istintaq materiallarında olan «xxxx» MMC-dən daxil olmuş CD disklərə baxış keçirilmişdir. Baxış zamanı ***-***-**-** mobil telefon nömrəsinə 07.01.2019-cu il tarixdən 04.12.2020-ci il tarixədək olan dövr ərzində daxil olan və çıxan telefon zəngləri, sms məlumatları və anten məlumatlarının qeyd olunduğu müəyyən olunmuşdur. Qeyd olunan diskə baxış zamanı ********** mobil telefon qurğusunun anten məlumatlarının 13.11.2020-ci il tarixdə saat 15:51-də ünvan 7 ünvanında, 27.11.2020-ci il tarixlə saat 17:28-də Bakı şəhəri, Haqverdiyev küçəsində, 30.11.2020-ci il tarixdə isə Bakı şəhəri, 28 May küçəsində “Bakı” mehmanxanasının yaxınlığında qeydiyyata alındığı, 26 və 27 noyabr 2020-ci il tarixlərinə başqa anten məlumatlarının qeydiyyata alınmadığı müəyyən olunmuşdur. Bundan başqa ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan sms ismarıclara baxış zamanı 30.11.2020-ci il tarixdə saat 13:47-də **********2 nömrəsindən ***-***-**-** nömrəsinə “Salam bərk gedən oğlan cənab palkovnik kayfı varmı? 2 il uzaq düşdünmü Türkiyədən eşitdim bərk pazdanersən Pox ye başını başlara qoşma birdə, bizim sənlə isimiz bitdi bizim izimizə düşəsi olsan başın bərk agrayar. O vəsiqə sənə dərs olar, birdə kiməsə güc göstermeyesen. Pulun dostun çox ola bilər. İzimizə düsesi olsan 2 balan yetim qalacaq sag ol (A)” sözləri qeyd olunmuş ismarıcın daxil olduğu aşkar olunmuşdur. Eyni zamanda baxış zamanı ***-***-**-** nömrəsindən **********2 nömrəsinə 11.2020-ci il tarixdə saat 14:19-da “Kimsən ədavətini kişi kimi apar a cındır şərəfsiz”, həmin gün saat 14:21-də “Duxun çatmadı kişi kimi sozunu deyəsən ograsdıq əl atdın”, eyni gündədə saat 14:21-də “Kimsən cıx uzə içində nə qalıb”, saat 14:24-də “Nədir düşmancalığın mənlə", həmin gün saat 14:24-də "Nə etmisem sana bu dünyanın o dünyası var allahdan qorx sozun var zeng ele kisi deyilem hara desen gelmesem kisi kisini neylese şantaj elemez. Zeng ele hara desen gelmesem serefsizem. Şalvarıvı çıxaracam tapsam. Oğraş. Şərəfsiz”, 02.12.2020-ci il tarixdə saat 21:52-də “Allah bəlanı versin,hər gün 5 vaxta sənə qarqış edirəm sənə, mən kimsənin hakkına girmədim. mən bu gün əzab çəkirəm hakkım yerdə qalmaz. Allah qarşına çıxarar görərsən. Axı niyə nə etmişəm. Gecələrim ah naləylə Keçir. Mənə yaraşanı edərdində ey bəndə. Axı mən nə etmişəm. Allahdan qorxmursan. Mən nə etdim günahımı belə bilmirəm. Axı mən qazancıma haram tikə qatmadım. Kimsənin namusuna baxmıram. Niyə axı bunu edirsiz.Nədi səbəb? içim partdayır. Dərdimi heç kimə deyə bilmirəm. Göz yaşıyla bu sms i yazıram. Zəng eləyin nə etdiyimi deyin məndə bilim, harda nə səf etmişəm. Məni tanıyan olsan belə etməzsən. Zəng elə vallah nə qədər pul desən verməsəm oğraşam. Hansı devlətə desən orda verdirim. Mənə açıqlayın bu nə oyun idi mən düşdüm siz saldız. And verirəm vijdanıva.,And verirəm anavın hakkına. Pula görə etdirdilər 10 artıq verirəm verməsəm şərəfim yoxdur. Mənə deyin bu yaşımda mənə böyük udar vurdunuz. Allah var hak var. 5 gündür rahatçılığım yoxdur yata bilmirəm. Bunu Allah götürməz. Mənə torba tikdiniz, mən nə etdim axı kimsəyə. Mən buna özüm özümü layiq bilmirəm. Niyə mənə etdiniz axı. Əlim çatan bir allahdı yapışmışam allahdan. Bilmirəm nə yazım nə deyim. Axı buna laiq deyiləm. Niyə etdiniz niyə de niyə?, Kim verdi bu ideyanı sizə axı. Axı ölüm var hak bar Allah var sabah allahın qarşısında Nə deyəcəksən ay məni bu hala salan Allahın ədaləti var. Mən öz zəhmətimlə əziyyətimlə dolanan adamam. Axı kimsənin hakkın yemədim. Kimsənin namusuna göz dikmədim. Mənə niyə elədiz? Niyə də niyə? Allah bəlanı versin.” Sözləri qeyd olunmuş ismarıcların göndərildiyi müəyyən olunmuşdur. (1- cild i.v.176-177) xxxx MMC-nin 05.02.2021-ci il tarixli məktubundan görünür ki, **********2 saylı nömrə 30.11.2020, 02.12.2020, 04.12.2020-ci il tarixlərdə ********** saylı nömrə ilə əlaqə saxladığı müəyyən edilmişdir.(1- cild i.v.191) 19.02.2021-ci il tarxili məktubdan görünür ki, xidməti vəsiqənin aşkar olunduğu Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi ilə Mirzə Fətəli küçəsinin kəsişməsində mövcud olan təhlükəsizlik, məişət və digər obyektlərin kameralarında 26.11.2020-ci il tarixinə, saat 18-00-dan 27.11.2020-ci il tarixinə, saat 00-00-dək olan müddət ərzində cinayət işi üzrə əhəmiyyət kəsb edən videogörüntü aşkar edilməmişdir.(1- cild i.v.215) Xəzər rayon Polis İdarəsinin 13.03.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs özünü Prokurorluq əməkdaşı və ya başqa vəzifəli şəxs kimi təqdim etməsinə dair hər hansı araşdırma materialı aşkar edilməmişdir. (1- cild i.v.226) İfadənin yerində yoxlanılması haqqında 31.03.2021-ci il tarixli protokoldan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs adına olan prokurorluğun xidməti vəsiqəsini atdığı yeri göstərməsi təklif edilmiş, sonuncu vəsiqəni atdığı yeri göstərərkən Şahid4 həmin vəsiqəni aşkar etdiyi yerin əks tərəfini göstərmişdir. (2- cild i.v.10-11) Məhkəmə iclasında iş materiallarına əlavə olunmuş diskdə olan videogörüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Şahid2 qeyd edir ki, Təqsirləndirilən şəxs tanımır, Şahid1 isə onun qonşusudur. Şahid1 onu Təqsirləndirilən şəxs ilə tanış etmiş, həmin vaxt sonuncunun adına saxta vəsiqə düzəldilməsi ilə bağlı problem yaşadığını bilmiş, bu problemin aradan qaldırılması üçün ona kömək etmək lazım idi. Belə ki, o, vəsiqənin hazırladığını üzərinə götürməli idi, iş istintaqda yekunlaşaraq məhkəməyə gedəndə orada tətbiq olunacaq cəriməni isə Təqsirləndirilən şəxs ödəyəcəkdi. Təqsirləndirilən şəxs cavan olduğu, karyerası olduğu üçün razılaşmış, lakin sonuncu ona heç nə təklif etməmiş, yalnız işlə təmin ediləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs belə bir hərəkət etməsinə səbəb yəqin ki, düşdüyü problemdən xilas olmaq olmuşdur. Məhkəmə iclasına təkrar dəvət edilərək videogörüntü ilə dindirilən Şahid2 ifadələrində qeyd etdi ki, videogörüntüdə əks olunan danışıqlarda özündə olmamış, belə ki, həmin gün səhərdən axşamadək Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində olmuş, ona məsuliyyətə cəlb olunacağı ilə bağlı 4-5 nəfər tərəfindən təzyiqlər olmuş, beş dəqiqədən bir ifadələr dəyişilmiş, bu səbəbdən müstəntiqin verdiyi istiqamət üzrə videogörüntüdəki kimi ifadələr vermək məcburiyyətində qalmışdır. O yalnız məhkəmə baxışında verdiyi ifadələri təsdiq edir, bir daha qeyd edir ki, saxta sənədin düzəldilməsi barədə Şahid1lə qurduğu plandan Təqsirləndirilən şəxs xəbəri olmamışdır, xəbəri olsaydı belə bir hərəkətin reallaşmasına yol verməzdi. Eyni zamanda ona cinayət işinin materiallarında ikinci cild, 35-ci vərəqədə olan ifadələri təqdim edilərkən qeyd etmişdir ki, həmin ərizənin yazılmasında da ona istiqamət verilmişdir. 01.05.2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 32.4,297.1 və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (2- cild i.v.58-60) 01.05.2021-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (2- cild i.v.75) 09.12.2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(1- cild i.v.109) AA0911194 və AA1988769 saylı şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 12.07.2019-cu il təvəllüdlü X7 və 08.09.2017-ci il təvəllüdlü X8 adlı iki azyaşlı uşağı vardır. (2- cild i.v.78-79) Məhkəmə, Şahid1 və Şahid2 ibtidai istintaq dövründə verdikləri ifadələrini məhkəmə baxışında tədqiq edilmiş sübutlarla, eləcə də işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin toplanmış sübutlarla təsdiq edilmədiyindən və uyğunluq təşkil etmədiyindən həmin ifadələri sübut növü qismində qəbul etmir. Belə ki, hər iki qeyd edilən şahidlər istintaq dövründə verdiyi ifadələri məhkəmə baxışında təkzib edərək, həmin ifadərin cinayət qanunvericiliyində nəzərdə tutulmuş bilə-bilə yalan ifadə verməyə görə məsuliyyətə cəlb olunacaqları qorxusu ilə müstəntiq tərəfindən təqdim edilmiş bütün sənədlərə oxumadan imzalamışlar. Eyni zamanda Şahid2 istintaq dövründə video görüntü ilə əldə edilmiş ifadələrinə münasibətdə bildirmişdir ki, həmin ifadələr də ona verilən istiqamət üzrə ozünün məsuliyyətə cəlb olunmaması üçün qeyd etmişdir, lakin məhkəmə baxışında verdiyi ifadələr isə yalnız həqiqəti əks etdirdiyini bildirmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs, şahid ifadələrinin, ekspertiza rəylərinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 32.4,297.1 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, CM-in 320.1-ci maddəsinin dispozisiyasının tələbinə əsasən, nəzərədə tututlan cinayətinin tərkibinin yaranması üçün ən vacib və sübut olunmalı hal subyektiv cəhətdən bu əməlin birbaşa qəsdlə və hüquq verən vəsiqəni məhz istifadə etmək məqsədi ilə törədilməsidir. İbtidai istintaqın, həmçinin ittiham tərəfinin üzərinə düşən əsas vəzifələrdən biri hüquq verən vəsiqəni məhz hansı məqsədlə hazırlanmasını təsdiq edən sübutların prosesual qanunvericiliyin tələblərinə uyğun olaraq əldə edilməsidir. Belə məqsəd olmadan 320.1-ci maddənin dispazisiyasında sadalanan əməllərin törədilməsi bu cinayətin tərkibini yaratmır. İstintaq materiallarından görünür ki, belə bir məqsədi özündə ehtiva edən hər hansı bir sübut əldə olunaraq cinayət işi nateriallarına əlavə edilməmiş, ittiham aktında öz əksini tapmamışdır. Məhkəmə qeyd edir ki, qeyd olunan hüquq verən vəsiqənin aşkar edilmə şəraiti, yəni faktiki olaraq təsadüf nəticəsində tapılması həmin vəsiqənin digər maraqlı şəxslər tərəfindən qisas almaq və sairə məqsədlərlə məhz təqsirləndirilən şəxs barəsində hüquqmühafizə orqanları tərəfindən cinayət-hüquqi probemlərin yaradılması üçün hazırlana və həmin yerə atıla bilməsi ehtimalını da istisna etmir. Belə ki, başqa şəxslər tərəfindən Təqsirləndirilən şəxs qisas almaq məqsədilə belə bir saxta vəsiqənin düzəldilməsi iş materiallaına əlavə olunmuş sübutlarla öz təsdiqini tapır. xxxx MMC-nin 05.02.2021-ci il tarixli məktubundan görünür ki, **********2 saylı nömrə 30.11.2020, 02.12.2020, 04.12.2020-ci il tarixlərdə ********** saylı nömrə ilə əlaqə saxladığı müəyyən edilmişdir. «xxxx» MMC-dən daxil olmuş CD disklərə baxış zamanı ***-***-**-** mobil telefon nömrəsinə 07.01.2019-cu il tarixdən 04.12.2020-ci il tarixədək olan dövr ərzində daxil olan və çıxan telefon zəngləri, sms məlumatları və anten məlumatlarının qeyd olunduğu müəyyən olunmuşdur. Qeyd olunan diskə baxış zamanı ********** mobil telefon qurğusunun anten məlumatlarının 13.11.2020-ci il tarixdə saat 15:51-də ünvan 7 ünvanında, 27.11.2020-ci il tarixlə saat 17:28-də Bakı şəhəri, Haqverdiyev küçəsində, 30.11.2020-ci il tarixdə isə Bakı şəhəri, 28 May küçəsində “Bakı” mehmanxanasının yaxınlığında qeydiyyata alındığı, 26 və 27 noyabr 2020-ci il tarixlərinə başqa anten məlumatlarının qeydiyyata alınmadığı müəyyən olunmuşdur. Bundan başqa ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan sms ismarıclara baxış zamanı 30.11.2020-ci il tarixdə, saat 13:47-də **********2 nömrəsindən ***-***-**-** nömrəsinə “Salam bərk gedən oğlan cənab palkovnik kayfı varmı? 2 il uzaq düşdünmü Türkiyədən eşitdim bərk pazdanersən Pox ye başını başlara qoşma birdə, bizim sənlə isimiz bitdi bizim izimizə düşəsi olsan başın bərk agrayar. O vəsiqə sənə dərs olar, birdə kiməsə güc göstermeyesen. Pulun dostun çox ola bilər. İzimizə düsesi olsan 2 balan yetim qalacaq sag ol (A)” sözləri qeyd olunmuş ismarıcın daxil olduğu aşkar olunmuşdur. Ona görə də qeyd olunan bu xüsusatlara aydınlıq gətirilmədən, araşdırılmadan birmənalı olaraq, təqsirləndirilən şəxsin hüquq verən vəsiqəni özü tərəfindən və istifadə etmək məqsədilə hazırlanmasını əminliklə təsdiqləmək qeyri-mümkündür. Azərbaycan Respublikası CPM-in: 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında sübutlara əsaslandıqda (maddə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2); məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlib-gəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərmişdir ki, CPM-in 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bundan başqa həmin qərarda göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-in 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. İbtidai istintaq orqanı ittihamın əsası kimi yalnız 2 şahidin ifadəsini əsas götürərək Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürmüş, halbuki həmin şahidlər məhkəmə baxışında birmənalı olaraq istintaq zamanı verdiyi ifadələri təkzib etdilər. Bundan başqa yuxarıda sadalanan sübutlardan, o cümlədən vəsiqənin tapıldığı yerdə Təqsirləndirilən şəxs məxsus “Mercedes” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomaşının 26.11.2020-ci il tarixdə Bakı şəhərində idarə olunmaması, ********** mobil telefon qurğusunun anten məlumatlarının 13.11.2020-ci il tarixdə saat 15:51-də ünvan 7 ünvanında, 27.11.2020-ci il tarixlə saat 17:28-də Bakı şəhəri, Haqverdiyev küçəsində, 30.11.2020-ci il tarixdə isə Bakı şəhəri, 28 May küçəsində “Bakı” mehmanxanasının yaxınlığında qeydiyyata alındığı, 26 və 27 noyabr 2020-ci il tarixlərinə başqa anten məlumatlarının qeydiyyata alınmadığının müəyyən olunması, Təqsirləndirilən şəxs özünü Prokurorluq əməkdaşı və ya başqa vəzifəli şəxs kimi təqdim etməsinə dair hər hansı araşdırma materialının aşkar edilməməsi, **********2 nömrəsindən ***-***-**-** nömrəsinə gələn təhdidedici mesajlar, iş üzrə əldə edilmiş ekspert rəyləri Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittahamı tam təkzib edir. Eyni zamanda CM-nin 320.1-ci maddəsində nəzərdə tutulan cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin məqsədi də iş üzrə araşdırılmamış, saxta sənəddən istifadə məqsədini təsdiq edən heç bir sübut aşkar olunmur. 32.4,297.1-ci maddəsində elan edilmiş ittihamda yalnız 2 şahid ifadəsində qeyd edilən, yəni Təqsirləndirilən şəxs onları təhrik etməsi faktına görə elan olunsa da, hər iki Şahid1 və Şahid2 məhkəmə baxışında istintaq zamanı verdiyi ifadələri təkzib etdilər. Bununla da məhkəmə yalnız məhkəmə baxışında tədqiq olunan sübutlara əsaslandığı üçün məhkəmə baxışında verilən ifadələri sübut kimi qəbul edir. Azərbaycan Respublikası CPM-in: 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.3-cü maddəsinə əsasən məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 32.4, 297.1, 320.1-ci maddələrində nəzərdə tutulmuş əməldə təqsiri sübuta yetirilməsi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmamalıdır. 30.04.2021-cu il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs adına olan 10.06.2020-ci il tarxili 214-17 saylı saxta xidməti vəsiqə öz xüsusiyyətinə və əlamətlərinə görə üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyi üçün maddi sübut kimi tanınmışdır. (2- cild i.v.36-53) CPM-in 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. CPM-nin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd Təqsirləndirilən şəxs adına olan 10.06.2020-ci il tarixli 214-17 saylı saxta xidməti vəsiqə iş üzrə təqsirləndirilən şəxsə bəraət verildiyi üçün cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığından hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi və həmin maddi sübutun iş materiallarında qalması nəzərə alınmalıdır. CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs CM-nin 320.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığından həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materiallarını hökm qanuni qüvvəyə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmədir. Müdafiəçi2 təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 20 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Müdafiəçi2 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Göstərilənlərə əsasən və CPM-in 42, 55, 61, 62, 346-350, 352-353, 356, 357, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4,297.1 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair ittiham üzrə Təqsirləndirilən şəxs bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmasın. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd Təqsirləndirilən şəxs adına olan 10.06.2020-ci il tarxili 214-17 saylı saxta xidməti vəsiqə hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığından həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi və həmin maddi sübutun iş materiallarında qalması nəzərə alınsın. Təqsirləndirilən şəxs CM-nin 320.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığından həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar hökm qanuni qüvvəyə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar