Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-265/2023 04.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" ASC-də kiçik mütəxəssis işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 23 iyun 2022-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında sonuncu ilə onun ailə üzvləri arasında olan mübahisədən sonra Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətməsi səbəbindən aralarında ailə-məişət münasibətlərinin pozulması zəminində yaranmış mübahisə zamanı onu əli ilə vuraraq, üst dodağın şişkinliyi fonunda selikli qişasının qansızma ilə əhatə olunmuş əzilmiş yarası, alt dodağın sol yarısının selikli qişasının əzilmiş yarası, alt çənənin sol yarısının sıyrığı, boyunun aşağı 1/3-nin ön və sağ bazunun yuxarı 1/3-nin iç səthlərinin qançırları kimi xarakterizə olunan bədən xəsarətləri yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs onun əmisinin keçmiş arvadıdır. Könül əmisindən boşanmış olsa da, əmisi ilə eyni ünvanda yaşayır. O və ailəsi, əmisigil ilə eyni həyətdə yaşasalar da, ayrı evlərdə yaşayırlar. 23 iyun 2022-ci il tarixdə, saat 23 radələrində yaşadığı ünvanda olan zaman Zərərçəkmiş şəxs onun anasının yəni, Gülbəniz Quliyevanın ünvanına təhqiramiz sözlər və alçaldıcı ifadələr işlətdiyini eşitmişdir. Bu səbəbdən əsəbləşərək Könülün yanına gedib bununla bağlı öz iradını bildirmişdir. Bu zaman gözləmədiyi anda Könül əli ilə sifətinə və boyun nahiyəsinə vurmağa başlamışdır. Həmin vaxt o, özünü müdafiə etmək məqsədi ilə Könülü özündən kənara itələyib uzaqlaşdırmışdır. Könül isə yenidən onun üzərinə gəlməyə başlamışdır. Həmin vaxt anası və arvadı oraya gələrək onu Könülün əlindən alıb evə aparmış və qapını arxadan bağlayaraq Könülün gəlməsinin qarşısını almışlar. Bundan sonra o, müvafiq polis orqanına məlumat vermiş və onu Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-yə dəvət etmişlər. Həmin hadisə xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində ünvan 2 ünvanında baş vermiş, həmin vaxt orada həyat yoldaşı, anası Gülbəniz Quliyeva, nənəsi Saray Quliyeva və Zərərçəkmiş şəxs olmuşdur. O, Könülü vurmamış, Könül ona əl-qol atdığı üçün o, özünü müdafiə etmək xəsarət almamaq məqsədi ilə Könülü özündən kənara itələmişdir. Həmin vaxt onun əlində avtomobil açarı olmuş və həmin açarın Könülün sifət nahiyəsini cızıb cızmamasından xəbəri olmamışdır. Onun məqsədi yalnız özünü müdafiə edərək Könülü özündən uzaqlaşdırmaq olmuşdur. Könül əli ilə onun sifət və boyun nahiyələrinə vuraraq bədən xəsarəti yetirmişdir. Həmin mübahisə təxminən 3-5 dəqiqə müddətində davam etmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, Könül ifadələrində qeyd etdiyi kimi qapı və şüşə sınmamış, sonuncu yerə yıxılmamışdır. O, Zərərçəkmiş şəxs vurmamış və sonuncunun üzərində qan ləkələri olmamışdır. Özünü təqsirli bilməsə də yenə də Könül ilə barışmağa cəhdlər olunmuş və nəticəsiz qalmışdır. Belə ki, sonuncu ona və ailəsinə qarşı çox aqressiv münasibət göstərir. Deyilənlərin nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, X5 ilə 1998-ci ildə ailə həyatı qurmuş və həmin vaxtdan da ünvan 3 ünvanında yaşamış və həmin evdə o, həyat yoldaşı X5, qayınanası X12 və övladları birlikdə yaşamışlar. Həmin fərdi ev həyət evidir və həmin evin həyətində X9 məxsus başqa bir fərdi həyət evi də vardır və həmin evdə qaynı X1 və onun həyat yoldaşı X6, onun oğlu Təqsirləndirilən şəxs və Fəridin həyat yoldaşı yaşayırlar. Son 5 ildə aralarında olan problemlərə görə əri ilə rəsmi olaraq boşanmasalar da, əri ilə ayrı-ayrı otaqlarda yaşayırlar. Təqsirləndirilən şəxs onun ərinin qardaşının doğma oğludur. Son zamanlar onun başa düşdüyü qədər onların məqsədi onun həmin ünvandan çıxarmaları olmuşdur. 23 iyun 2022-ci il tarixdə, saat 23 radələrində yaşadığı ünvanda həyətdə oturan zaman qaynının gəlini, yəni Fəridin böyük qardaşı Rüfətin həyat yoldaşı Türkan onun yanına gələrək öz övladlarını hansı məktəbə qoyması və s. belə söhbətlər etməyə başlamışlar. Bu zaman Fəridin anası, yəni onunla söhbətləşən gəlinin qaynanası olan Quliyeva Gülbəniz gəlini öz yanına çağırmış və həmin vaxt Gülbəniz onu təhqir edərək guya onun gəlinini öyrətdiyini bildirmişdir. O, həmin vaxt Gülbənizə heç nə öyrətmədiyini, gəlinin özünün onun yanına gələrək söz dediyini bildirmişdir. O, bundan sonra öz yaşadığı evə getməyə başlamış, Quliyeva Gülbəniz onu və gəlini Türkanı təhqir etməyə başladı. O, bundan sonra öz yaşadığı evə getməyə başlamış, evin girəcəyinə daxil olarkən tappıltı səsləri gəlmiş, dönəndə Təqsirləndirilən şəxs anidən onun burun nahiyəsinə zərbə endirmiş, ikinci zərbəni vuranda huşunu itirmişdir. O, yerə yıxılan zaman Fərid onun ünvanına çox pis və təhqiredici sözlər işlətməyə başlamışdır. Sonra Fəridin nənəsi, həm də onun qaynanası olan Saray, Fəridin anası olan Gülbəniz və adını bilmədiyi Fəridin yoldaşı gəldilər və onlar da ona hücum çəkdilər. Polis əməkdaşları gələndə o, çox pis vəziyyətdə olmuşdur. O, qapını bağlayanda Təqsirləndirilən şəxs qapını və pəncərəni sındırmış, onu öldürəcəyi ilə təhdid etmişdir. Təqsirləndirilən şəxs qapını açıb içəri girəndə DİN-in 102 Xidmətinə zəng vurmuş və bundan sonra onlar çıxıb getmişlər. Odur ki, Təqsirləndirilən şəxs dən şikayətçi olmaqla sonuncunun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, hadisə günü o, qaynı, qaynanası və Fəridin arvadı həyətdə oturub yemək yemişlər. Qaynı ilə Könül Quliyev yola getmirdilər. Həmişə də həmin evə Könül gəlib gedərdi və sonuncuya kimsə maneə yaratmazdı. xx.xx.2022-ci il tarixdə qaynı ona gəlini Türkanın Könüllə bir yerdə söhbət etdiyini bildirərək gəlinini evə çağırmasını qeyd etmişdir. O da Türkanı evə çağırmışdır. Bundan sonra Könül aqressivləşdi və hamını təhqir etməyə başladı. Fərid və onlar da bu təhqirlərdən utandılar. Fərid Könülün yanına yaxınlaşaraq, onu itəliyərək içəri getməsini bildirdi. Bu zaman Könül onun üzərinə hücum etməyə başladı. O və gəlini Aydan da Könülə yaxınlaşaraq ayıb olduğundan belə etməməyi məsləhət görmüşlər. Könül Fəridin yaxasından yapışıb və onun üst-başını cırmağa başladı. Bundan sonra Könül içəri girdi və telefon əlində yenidən qışqırıb təhqirlər etməyə başladı. Hadisədən bir az sonra polis əməkdaşları gəlmiş, izahatlar alıb getmişlər. O, suallara cava olaraq bildirmişdir ki, Könüldə heç bir xəsarət, yara olmamışdır. Könülün qaldığı evin qapısı içəri tərəfdən qırılmışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə o, ailə üzvləri ilə həyətdə oturub yemək yemişlər. Ərinin əmisi onlara yaxınlaşıb qaynanası X3 böyük gəlini Türkanı yanına çağırmasını bildirdi. Belə ki, sonuncu Könüllə söhbət edirdi. Onun qaynanası Türkanı çağıran zaman Könül təhqiramiz ifadələr işlətməyə başladı. Fərid bunları eşitdi və ona yaxınlaşaraq iradını bildirdi. O və qaynanası Gülbəniz Quliyeva onlara yaxınlaşdılar. Bu zaman Könül Fəridin yaxasından tutub köynəyini cırdı. Bu zaman sonuncuları onları aralaşdırdılar. Könül sonra içəri keçərkən onlar qapını tutmuşlar ki, sonuncu çıxa bilməsin. Belə ki, K.Quliyev çıxıb Fəridə yenidən hücum edəcəkdi. O, suallara cava olaraq bildirmişdir ki, Fərid özünü qorumaq üçün Zərərçəkmiş şəxs itələmişdir. Könülün üzündə və heç bir yerində xəsarət, yara olmamışdır. Zərərçəkmiş şəxsə heç bir təcili yardım gəlməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Fərid qardaşı oğlu, Könül isə onun həyat yoldaşı olub. xx.xx.2022-ci il tarixdə həyətdə oturarkən Gülbəniz Quliyevanın gəlini Türkan Könüllə söhbət edirdi. Bunun üstündə bir az xanımlar arasında söz-söhbət yarandı. Fərid də buna iradını bildirərkən onların arasında gərginlik oldu. Fərid Zərərçəkmiş şəxs heç bir bədən xəsarətləri yetirməmişdir. Əgər belə bir şey olsa idi Könül təcili yardım çağırardı. O, suallara cava olaraq bildirmişdir ki, o, baş verən bütün bu hadisələrin şahidi olmuşdur. Fərid təhqirləri eşitdi və Zərərçəkmiş şəxs yaxınlaşaraq iradını bildirdi. Fərid Zərərçəkmiş şəxs heç bir bədən xəsarətləri yetirməmişdir. Zərərçəkmiş şəxsə heç bir təcili yardım gəlməmişdir. Fərid sadəcə Könülü itəliyərək onun içəri keçməsini bildirdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1) xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə ünvan 4 ünvanında baş vermişdir. (i.v. 4-6) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 Publik hüquqi şəxsin Binəqədi rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 1297 nömrəli rəyindən görünür ki,Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – sağ qaş üstü, sol göz altı, sol yanaq, sağ said nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarıı nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə insan bədəninin hissələri (əl barmaqlarının dırnaqları və s.) ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin onun öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri az inandırıcıdır. (i.v.26-27) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 Publik hüquqi şəxsin Binəqədi rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 1302 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – üst dodağın şişkinliyi fonunda selikli qişasının qansızma ilə əhatə olunmuş əzilmiş yarası, alt dodağın sol yarısının selikli qişasının əzilmiş yarısı, alt çənənin sol yarısının sıyrığı, boyunun aşağı 1/3-nin ön və sağ bazunun yuxarı 1/3-nin iç səthlərinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 23 iyun 2022-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. (i.v. 29-30) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. (i.v. 47) xx.xx.2022-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs ifadəsini hadisə yerində təsdiq edərək əyani surətdə göstərmişdir. (i.v. 59-62) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat CPMin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. (i.v. 65) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin ibtidai istintaqı təzələnmişdir. (i.v. 69) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (i.v. 74) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v. 76) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirilmişdir. (i.v. 81) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin ibtidai istintaqı təzələnmişdir. (i.v. 82) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:40-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 97-98) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (i.v. 107-110) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v. 112-113) xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, iş üzrə təqsirləndirilən şəxs Quliyev X4 RPİ-nin MSY-dən azad olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 134-137) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.156) Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi iş üzrə keçən zərər çəkmiş şəxsin ifadələri, aparılmış ekspertiza rəyi və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmə zərər çəkmiş şəxsin ifadələrini və iş materiallarında olan digər sübutları araşdırıb, dövlət ittihamçısının təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılması haqqında təklifini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi,onun Könülü vurmaması, özünü müdafiə etmək xəsarət almamaq məqsədi ilə Könülü özündən kənara itələməsi ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Belə ki iş materaillarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 Publik hüquqi şəxsin Binəqədi rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 1302 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində üst dodağın şişkinliyi fonunda selikli qişasının qansızma ilə əhatə olunmuş əzilmiş yarası, alt dodağın sol yarısının selikli qişasının əzilmiş yarısı, alt çənənin sol yarısının sıyrığı, boyunun aşağı 1/3-nin ön və sağ bazunun yuxarı 1/3-nin iç səthlərinin qançırları kimi xəsarətlər aşkar edilmişdir. Zərər çəkmiş şəxsin ifadələrindən, xx.xx.2023cü il tarixli üzləşdirmə protokolundan da görünür ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə cinayət əməlini törətmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilən şahidlər X6, X11, X5, Təqsirləndirilən şəxs yaxın qohumları olduğundan qeyd edilən şahidlərin sonuncunun əleyhinə ifadə verməmə ehtimalı yüksəkdir. Belə ki, həmin şahidlərin verdiyi ifadələr həqiqəti əks etdirmir, işin yuxarıda sadalanan dəlilləri ilə təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Hazırkı cinayət işinin materiallarına, habelə bu materiallardan irəli gələn və yuxarıda işin faktiki halları ilə bağlı gəlinən nəticəyə əsaslanan məhkəmə ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 128-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini nəzərə alaraq, ona təqsirli bilindiyi CM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməsini məqsədə müvafiq hesab edir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirilmiş, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:40-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin MSY-dən azad olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırki cinayət işi ilə bağlı 01 gün həbsdə olması, həbsdə saxlamanın bir günü islah işləri cəzasının dörd günü müddətinə bərabər hesablanıb ona təyin ediləcək islah işləri cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 45.1-ci maddəsinə əsasən islah işləri növündə cəzanın icrası müddəti məhkumun işlədiyi və onun qazancından tutulmalar aparıldığı aylar və günlərlə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halı nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 01 gün müddət nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edilməlidir. X7 təyin olunmuş islah işləri cəzasını iş yeri üzrə çəkməli və cəzasının çəkilmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrası X2 yaşayış yeri üzrə icra qurumuna həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxsn yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 35 saat müddətində hüquqi yardım göstərmiş, məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona aylıq qazancından dövlət nəfinə 20% (iyirmi faiz) məbləğində pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 1 gün həbsdə saxlamanın bir günü islah işlərin dörd gününə bərabər hesablanmaqla, ona təyin edilmiş islah işləri cəzasından çıxılaraq, üzərində qəti olaraq aylıq qazancından dövlət nəfinə 20% (iyirmi faiz) məbləğində pul tutulmaqla 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə islah işləri cəzası saxlanılsın. X7 təyin olunmuş islah işləri cəzasını iş yeri üzrə çəksin və cəzasının çəkilmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. X7 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası X2 yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(001)-265/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-265/2023
04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver