Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-266/2020 29.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Kamal oğlunun, Müdafiəçi 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 mənzil 17 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxxxx 2019-cuiltarixdəsaat 20:30 radələrində Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 2A saylı binanın qarşısında Zərərçəkmiş şəxs məxsus bir ədəd “Samsung” markalı, “SM-J250F/DS” modeli mobil telefon aparatınıəldən dartıb alaraq ələ keçirib hadisə yerindən qaçmaqla açıq yolla talayıb zərərərçəkmiş şəxs Zərərçəkmiş şəxs cəmi 310 (üç yüz on) manat məbləğdə maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ona qarşı elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki,heç bir fiziki, ruhi və xroniki xəstəliklərdən əziyyət çəkmir, əvvəllər bir dəfə 2013-cü ildə oğurluq etdiyinə görə və 2018ci il tarixdə az ağır xəsarət yetirdiyinə görə məhkum olunmuş, 2013-cü il tarixdə verilmiş amnistiya aktı ilə azadlığa çıxmış, boşanmış və bir azyaşlı övladı vardır, rəsmi heç bir yerdə işləmir, restoranlarda fotoqraf köməkçisi kimi çalışmışdır. Onun bacısı beyin iflici xəstəsidir, bacısını Naxçıvan şəhərinə göndərmək üçün bilet almalı idi, lakin pulu olmadığı üçün qərara gəlmişdir ki, oğurluq edib pul qazansın. Bu məqsədlə, xx xxxxxx 2019-cu il tarixdə axşam saat 20 radələrində metronun “Neftçilər” stansiyasından qatara minib metronun “Azadlıq prospekti” stansiyasından çıxmış və fikirli-fikirli piyada “Kəmalə Nərmin” şadlıq evinə tərəf getmişdir. Orada, “Kəmalə Nərmin” şadlıq evinin arxasında həyətdə oturmuş, bu zaman əvvəllər tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi bir nəfər orta yaşlı qadının ona tərəf gəldiyini görmüşdür. O, ayağa qalxıb həmin qadından soruşmuşdur ki, “Sizə nə kömək edə bilərəm?”. Həmin qadın ona demişdir ki, mobil telefonunda kontur qurtarıbdır, taksiyə zəng vurmaq lazımdır və əlində olan “Samung pro J2” markalı mobil telefonu ona tərəf uzatmışdır ki, nömrəyə baxsın və həmin taksiyə zəng etsin. Həmin an onun ağlına telefonu götürmək gəlmiş, dərhal həmin mobil telefonu qadının əlindən alıb qaçaraq oradan uzaqlaşmış və sonra “Kəmalə Nərmin” şadlıq evinin yanından avtobusa oturub metronun “Gənclik” stansiyasına getmişdir. Oradan da metro ilə “Neftçilər” stansiyasına getmişdir. O, oğurladığı telefonun içində olan iki sim kartları qırıb atmış, bir həftə özündə saxladıqdan sonra telefonu tanışı Şahid1 qardaşı Ümid Vəlizadə adlı tanışına öz telefonu adı ilə təqdim edib 50 (əlli) manata satmışdır. Tutulmamışdan bir həftə əvvəl isə fikirləşmişdir ki, Ümüdün həmin telefona görə polislə problemi yarana bilər, ona görə, pulu da olduğuna görə Ümüdlə görüşüb sonuncunun 50 manatını vermiş və telefonu geri almışdır. Həmin telefonun üzərinə öz adına olan ***-***-**-** nömrəsini qoyub istifadə etmişdir. xx xxxx 2020-ci il tarixdə ona metronun “Neftçilər” stansiyasının yanında mülki geyimli şəxslər yaxınlaşıb özlərini polis işçisi kimi təqdim etmişlər və onu 5-ci Polis bölməsinə dəvət etmişlər. Orada o, oğurladığı “Samsung pro J 2” markalı telefonu polis əməkdaşlarına təqdim etmiş, törətdiyi əməli səmimi etiraf etmişdir. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır. O, tanışı Ümid Vəlizadəyə satdığı mobil telefonu cinayət yolu ilə əldə etməsi barədə deməmiş, özünə məxsus və satılıq olduğunu deyib satmışdır. O, göstərdiklərindən başqa heç bir cinayət etməmiş, törətdiyi əmələ görədə səmimi peşmandır. Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq səhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə prosesində ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2019cu il tarixdə Binəqədi rayonu S.S.Axundov küçəsi bina 2 A ünvanda yaşayan bacısı Vüsalənin yanına qonaq getmiş, saat təxminən 20 radələrində yaşadığı mənzilə getmək üçün taksi sifariş etmiş və bacısı yaşadığı binanın qarşısına getmişdir. Sifariş etdiyi taksinin gəlmədiyini görüb həmin taksi sürücüsünə zəng edərək harada olduğunu soruşmuş, taksi sürücüsü ünvana çatdığını desə də, o, taksini görmədiyini bildirmiş, lakin bu zaman mobil telefonunda danışıq balansı bitmiş və telefon əlaqəsi kəsilmişdir. Həmin vaxt ona bir nəfər əvvəllər tanımadığı şəxs yaxınlaşaraq ona necə kömək edə biləcəyini soruşmuş və o, taksi çağırdığını, lakin telefonunda danışıq balansı bitdiyi üçün taksi sürücüsü ilə əlaqə saxlaya bilmədiyini demişdir. Həmin şəxs bildirmişdir ki, əgər telefonunda taksi sürücüsünün telefon nömrəsi varsa, göstərsin və özü zəng etsin. O, özünə məxsus əlində olan “Samsung J 2” markalı mobil telefonunda olan nömrəni göstərən kimi həmin şəxs ona məxsus, üzərindəki ***-***-**-** və ***-***-**-** sim kart nömrələləri ilə “Samsung J 2” markalı mobil telefon aparatını əlindən alıb qaçaraq çıxıb getmişdir. O, həmin mobil telefonunu 300 manata almış və mobil telefonun üzərindəki 02 ədəd nömrə sim kartının hər birinin dəyəri 05 manat olmuş və hadisə nəticəsində olan 310 manat məbləğdə maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, 2017-ci ildə ailə həyatı qurmuş və bir oğlu vardır, lakin yoldaşı ilə münasibəti yaxşı olmadığına görə rəsmi olaraq boşanmaq üçün məhkəməyə müraciət etmişdir. O, 2018-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs ilə tanış olmuş və sonuncu ilə ciddi münasibətləri olmuşdur. 2020-ci ilin yanvar ayının əvvəllərində qardaşı Ümidin mobil telefonu sınmış, bu səbəbdən Ümidə mobil telefon almaq istəmişdir. Buna görə də o, Mehdiyə bu barədə bildirmiş, Mehdi ona demişdir ki, satılıq “Samsung J 2” markalı mobil telefon vardır, həmin mobil telefonu 80 manata satır. O da, Mehdiyə 80 manat pul verib həmin “Samsung J 2” markalı mobil telefonu almış və qardaşı Ümidə vermişdir ki, işlətsin. xx xxxx 2020-ci il tarixdə Mehdi ona zəng edərək demişdir ki, ona satdığı telefon oğurluq çıxmışdır, telefonu geri qaytarmalıdır. Ümid həmir telefonu Mehdiyə geri qaytarmış, daha sonra Polis Bölməsində məlumatları olmuşdur kiMeibhdi həmin telefonu soyğunçuluq yolu ilə əldə etmişdir. Nə o, nə də qardaşı Ümidin “Samsung J 2” markalı mobil telefon aparatının cinayət yolu ilə əldə edilməsi barədə məlumatı olmamış, o, Mehdiyə 80 manat pul verərək həmin telefonu almış və daha sonra Mehdinin özünə geri qaytarmışdır. Mobil telefonun geri qaytarılmasına görə ona heç bir maddi ziyan dəyməmiş və bu barədə onun Təqsirləndirilən şəxs barədə heç bir şikayəti və tələbi olmamışdır. İbtidai istintaq vaxtı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş yetkinlik yaşına çatmayan şahid X2 ifadəsindən məlum olur ki, o, hazırda 11-ci sinif şagirdidir, Şahid1 onun bacısıdır. X5 Zeynalov ilə ciddi münasibətləri olmuş, evlənməyə hazırlaşmışlar. 2020-ci ilin yanvar ayının əvvəllərində onun mobil telefonu sınmış, bu səbəbdən o, özünə yeni telefon almaq istəmişdir və bu ərəfədə bacısı Rüksarə Mehdiyə bu barədə bildirmişdir. Mehdi onun bacısı Rüksarəyə satılıq “Samsung J 2” markalı mobil telefon olduğunu və həmin telefonun qiymətinin 80 manat olduğunu bildirmişdir. Onun bacısı Rüksarə Mehdiyə 80 manat məbləğdə pul verib həmin mobil telefonu Mehdidən almış və ona vermişdir. O, “Samsung J 2” markalı mobil telefonu ***-***- **-** mobil telefon nömrəsi ilə işlətmiş, daha sonra həmin mobil telefonu Mehdi onun bacısından geri istəmiş, onlar telefonu Mehdiyə qaytarmışlar. Sonra Mehdinin həmin telefonu soyğunçuluq yolu ilə əldə etməsini öyrənmişlər. Nə o, nə də bacısı Şahid1 “Samsung J 2” markalı mobil telefon aparatının cinayət yolu ilə əldə edilməsi barədə məlumatı olmamışdir. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndiirlən şəxs qismində cəlb edilmişdir və ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2020-ci il tarixli Bakı şəhər Binəqədi rayon məhkəməsinin qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir və həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesblanmışdır. İş materiallarında olan könüllü təqdim etmə haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan gödəkçənin cibindən bir ədəd “Samsung J 2” markalı mobil telefon aparatını könüllü təqdim edərək həmin mobil telefonu xx xxxxxx 2019-cu il tarixdə Binəqədi rayonunda tanımadığı qadından soyğunçuluq yolu ilə götürdüyünü bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 Əməliyyat-sorğu kartotekasından görünür ki, Təqsirləndirilən şəxs Nizami rayon Məkhəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1., 177.2.3. və 177.2.4.-cü maddələri ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmişdir, Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 10% dövlət nəfinə tutulmaqla 1 il islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan məhkəmə əmtəəşünatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli rəyindən məlum olur ki, “Samsung J 2” markalı mobil telefon aparatının satış üçün kopmlektləşdirməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olduğunu nəzərə alaraq 2019-cu ilin dekabr ayının orta bazar qiyməti təxminən 120 manat müəyyən olunur. İş materiallarına əlavə edilmiş bildirişdən məlum olur ki, ekspertiza təhqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan məlum olur ki, o, səhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını birdirmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmışdır, bir ədəd “Samsung J 2” markalı mobil telefon aparatı sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə tam təqsirli olduğu təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs, şahidin və cinayət işinin bütün materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CPM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsini Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun hesab edərək hazırki iş üzrə cəza təyin edilməsinin məqsədini təmin etmiş hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi əməli etiraf edərək, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmasını müəyyən etməmişdir. İş üzrə maddi sübut kimi tanınan 1 ədəd “Samsung” markalı, “SM-J250F/DS” modeli mobil telefon aparatı zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Binəqədi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 1(001)-266/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Müdafiəçi ibtidai araşdırma və məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 55 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul (“Kapitalbank” X3 Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h-AZ37NABZ013501**********1944 S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151 - 11 saylı Vəkil Bürosunun hesablaşma hesabı) ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut bir ədəd “Samsung” markalı, “SM-J250F/DS” modeli mobil telefon aparatı zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul (“Kapitalbank” X3 Binəqədi filialının kod-200156, VÖEN- **********, m/h-AZ37NABZ013501**********1944 S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151 - 11 saylı Vəkil Bürosunun hesablaşma hesabı) ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədirlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(001)-266/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-266/2020
29.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver