Məhkəmə qərarları › İş №1(001)-266/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-266/2024

03.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-266/2024 03.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1960-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2lmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan Zərərçəkmiş şəxs2 xeyrinə 55500,00 manat və Zərərçəkmiş şəxs1 xeyrinə isə 40550,00 manat məbləğində pul tutulmasına dair Sumqayıt şəhər Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(060)- 1483/2020 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2023-cü il tarixdə 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2023-cü il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 14 iyul 2023-cü il tarixədək ümumilikdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 xeyrinə 55500,00 manat və Zərərçəkmiş şəxs1 xeyrinə isə 40550,00 manat, ümumilikdə Sumqayıt şəhər Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(060)-1483/2020 nömrəli qətnaməsi üzrə Binəqədi rayon İcra şöbəsinin depozit hesabına ödədiyi 1000,00 manat nəzərə alınmaqla 95050,00 manat məbləğində borcunu ödəməyərək sonunculara maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2017-ci ildə aprel ayında Bakı şəhəri 13 saylı Notariat Konturuna gedərək Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 İlə kredit müqaviləsi bağlamışlar. Müqaviləni bağlamasında məqsədi həyat yoldaşının rəfiqəsi olan Yasəmən Nəcəfovaya məxsus borcu üzərinə götürmək olmuşdur. Müqavilənin şərtlərinə görə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ona 108000,00 manat borc vermiş və tərəfindən hər ayın 25-i Zərərçəkmiş şəxs2 5000,00 manat, Zərərçəkmiş şəxs1 isə 4000,00 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə bağlandıqdan sonra Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 cəmi 11950,0 manat ödəmişdir. Maddi imkanı olmadığından qalıq 96050,00 manat borcu ödəyə bilmədiyindən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ona qarşı məhkəmədə iddia qaldırmışlar. Sumqayıt şəhər Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən cavabdeh kimi Zərərçəkmiş şəxs2 xeyrinə 55500,00 manat və Zərərçəkmiş şəxs1 xeyrinə isə 40550,00 manat məbləğində pul ödəməlidir. Bu barədə icra sənədi Sumqayıt şəhəri üzrə İcra İdarəsinə icraya yönəldilmiş, həmin icra sənədinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Yaşayış yeri Binəqədi rayonu ərazisində olduğundan həmin icra işi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə göndərilmişdir. Qətnamə üzrə borclarını vaxtında ödəmədiyindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada cərimə və həbs olunmuşdur. İnzibati tənbehdən sonra tələblə bağlı məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilmişdir. Tərəfindən qətnamə üzrə borcundan icra dövründə 2000,00 manat və istintaq dövründə 800,00 manat, cəmi 2800,00 manatı Binəqədi Rayon İcra Şöbəsinin depozit hesabına ödəmişdir. Ödəniş qəbzlərini istintaqa təqdim edəcəkdir. Adına daşınar və daşınmaz əmlak yoxdur. Arvadı Şahid6 ilə birlikdə yaşadıqları evdə işlətdikləri gözəllik salonunda aylıq 500,00 manat qazanc əldə edirlər. X1 2000-ci ildən həmin gözəllik salonunda işləyir. 2021-ci ildə Məşğulluq Mərkəzi tərəfindən işlətdikləri gözəllik salonu avadanlıqlarla təmin olunmuş və həmin salon müştərilərə xidmət göstərərək fəaliyyətini davam edir. Vergi ödəyicisi kim X2 üzrə fəaliyyəti müvəqəti olaraq dayandırmışdır. 2020-ci ildən 2022-ci ilə qədər daş, mərmər, sement və digər tikinti materialların satışı ilə əlaqədar broker kimi fəaliyyət göstərmişdir. Brokerlik fəaliyyətində əldə etdiyi illik qazancı 1200,00 manatı öz tələbatlarına xərcləmişdir. Zərərçəkmiş şəxs2 və X3 ev satmaq adı ilə pul almamışdırZərərçəkmiş şəxslərə notariat qaydada bağladığı kredit müqaviləsinə görə borcu var və həmin borcu hissə-hissə ödəyə biləcəkdir. Hazırda qətnaməni icra etməyə maddi imkanı yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, o zərərçəkmiş şəxslərə ödənilməli pul məbləğinin ödənilməsindən imtina etmir, hazırki vaxta qədər maddi vəziyyəti imkan vermədiyindən göstərilən pul məbləğini ödəyə bilməmişdir. Hazırda qohumlarının köməkliyi ilə əlavə olaraq 2000 manat məbləğində pul gətirmişdir, həmin pul məbləğinin zərərçəkmiş şəxslərin hər birinə 1000 manat olmaqla ödəmək istəsə də, həmin pul məbləğini qəbul etməmişlər. Ailə vəziyyətini,səhhətini, heç bir yerdə işləməməsini, qətnamənin icrasından boyun qaçırmadığının nəzərə alınmasını və məhkəmədən onun barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışı X7 vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs özünü tikinti sekteronda olan iş adamı kimi təqdim edərək Bakı şəhəri üzrə Ağ şəhər, Yasamal rayonu və Abşeron rayonlarında binaların tikintisi ilə məşğul olduğunu bildirərək normal şərtlərlə ucuz qiymətə ona ev satacağını demişdir. Ələkbər Əsəgərov ev satmaq adı ilə müxtəlif vaxtlarda ondan 78000,00 manat pul almışdır. Ələkbər ona Bakının müxtəlif yerlərində yaşayış binaları göstərərək ona verdiyi pulun həmin mənzillər üçün az olduğunu, əlavə olaraq 35000,00 manat ödəməyini istəmişdir. Bu zaman başa düşmüşdür ki, Ələkbər onu aldadır. Ona görə də verdiyi pulları sonuncudan tələb etmişdir. Ələkbər nağd pulu olmadığnı bəhanə edərək pulları tikintiyə xərclədiyini bildirmiş və həmin puldan 18000,00 manatı qaytarmışdır. Qalıq 60000,00 manat pulu qaytarmaq üçün 27 aprel 2017-ci ildə aralarında Bakı şəhəri 13 saylı notariat ofisində borc müqaviləsi bağlamışlar. Müqavilənin şərtlərinə görə Təqsirləndirilən şəxs ona hər ay 5000,00 manat ona ödəməlidir. Lakin Təqsirləndirilən şəxs müqavilənin şərtlərini pozaraq ona olan borcunu ödəməkdən yayınmışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətiində qalmışdır. Sumqayıt şəhər Məhkəməsinin 17 iyun 2020-ci İl tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 55500,00 manat alınaraq ona ödənilməlidir. Lakin Təqsirləndirilən şəxs məlum qətnamədən narazı qaldığından apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi qəbul ediləndən sonra Təqsirləndirilən şəxs qətnamə üzrə borcundan 500,00 manat ödəsə də, həmin pulu qəbul etməmişdir. Təqsirləndirilən şəxs əmək qabilliyyətli olmağına, hazırda Bakı şəhərində mərmər sexi işlədərək aylıq 5000,00 manat qazanc əldə etməsinə baxmayaraq qətnamə üzrə olan borcunu ödəmir. İcra məmurlarına müraciət edərək borcun alınmasına köməklik etmələrini xahiş etsə də, nəticəsi olmamışdır. İcra məmurları dəfələrlə bildirişlər verilməsinə baxmayaraq Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də inzibati qaydada həbs olunmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən hazırki vaxta qədər məhkəmənin qanuni qüvvəyə minmiş qətnamə qrəzli olaraq icra edilməmişdir. Təqsirləndirilən şəxs icra müddətində cəmi 1000 manat məbləği Binəqədi Rayon İcra Şöbəsinin depozit hesabına ödəmişdir. Bundan əlavə 2023-cü ilin avqust ayından 2023-cü ilin aprel ayına qədər hər ay 200 manat olmaqla cəmi 1400 manat ödəniş etmişdir.hazırda məhkəmə iclasında da əlavə olaraq 1000 manat ödəməyi təklif etmişdir. Lakin, həmin məbləği qəbul etmir. Belə ki, icra sənədi üzrə Təqsirləndirilən şəxs ona 55500 manat ödənilməli borcu var. O qətnamənin tam icra edilməsini və ödənilməli pul məbləğinin birdəfəlik şəkildə ona ödənilməsini tələb edir. Əks halda isə Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR İXM-nin 306-cı maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs özünü tikinti sektorunda olan iş adamı kimi təqdim etmiş, Bakı şəhəri, Ağ şəhər, Yasamal rayonu və Abşeron rayonunda binaların tikintisi ilə məşğul olduğunu bildirərək normal şərtlətlə ucuz qiymətə ona ev satacağını demişdir. Ələkbər Əsəgərov ev satmaq adı ilə müxtəlif vaxtlarda ondan 58000,00 manat pul almışdır. Ələkbər ona Bakının müxtəlif yerlərində yaşayış binaları göstərərək ona verdiyi pulun həmin mənzillər üçün az olduğunu, əlavə olaraq 35000,00 manat ödəməyini istəmişdir. Bu zaman başa düşmüşdür ki, Ələkbər onu aldadır. Ona görə də verdiyi pulları sonuncudan tələb etmişdir. Ələkbər nağd pulu olmadığını bəhanə edərək pulları tikintiyə xərclədiyini bildirmiş və həmin puldan 18000,0 manatı qaytarmışdır. Qalıq 40550,00 manat pulu qaytarmaq üçün 27 aprel 2017ci ildə aralarında Bakı şəhəri 13 saylı notariat ofisində aralarında borc müqaviləsi bağlamışlar. Müqavilənin şərtlərinə görə Təqsirləndirilən şəxs ona hər ay 4000,00 manat ödəməlidir. Lakin Təqsirləndirilən şəxs müqavilənin şərtlərini pozaraq ona olan borcunu ödəməkdən yayınmışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt şəhər Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 40550,00 manat alınaraq ona ödənilməlidir. Lakin Təqsirləndirilən şəxs məlum qətnamədən narazı qaldığından apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi qəbul ediləndən sonra Təqsirləndirilən şəxs qətnamə üzrə borcundan ona 500.00 manat ödəsə də, həmin pulu qəbul etməmişdir. Təqsirləndirilən şəxs əmək qabilliyyətli olmağına, hazırda Bakı şəhərində mərmər sexi işlədərək aylıq 5000,00 manat qazanc əldə etməsinə baxmayaraq qətnamə üzrə olan borcunu ödəmir. İcra məmurlarına müraciət edərək borcun alınmasına köməklik etmələrini xahiş etsə də, nəticəsi olmamışdır. İcra məmurları dəfələrlə bildirişlər verilməsinə baxmayaraq Ələkbər icradan yayınmış və bu səbəbdən də inzibati qaydada həbs olunmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən hazırki vaxta qədər məhkəmənin qanuni qüvvəyə minmiş qətnamə qrəzli olaraq icra edilməmişdir. Təqsirləndirilən şəxs icra müddətində cəmi 1000 manat məbləği Binəqədi Rayon İcra Şöbəsinin depozit hesabına ödəmişdir. Bundan əlavə 2023-cü ilin avqust ayından 2023-cü ilin aprel ayına qədər hər ay 200 manat olmaqla cəmi 1400 manat ödəniş etmişdir.hazırda məhkəmə iclasında da əlavə olaraq 1000 manat ödəməyi təklif etmişdir. Lakin, həmin məbləği qəbul etmir. Belə ki, icra sənədi üzrə Təqsirləndirilən şəxs ona 55500 manat ödənilməli borcu var. O qətnamənin tam icra edilməsini və ödənilməli pul məbləğinin birdəfəlik şəkildə ona ödənilməsini tələb edir. Əks halda isə Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR İXM-nin 306-cı maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs özünü tikinti sektorunda olan iş adamı kimi təqdim edərək Bakı şəhəri, Ağ şəhər, Yasamal rayonıı və Abşeron rayonunda binaların tikintisi ilə məşğul olduğunu bildirərək normal şərtlətlə ucuz qiymətə qızı Zərərçəkmiş şəxs1 ev satacağını demişdir. Təqsirləndirilən şəxs ev satmaq adı ilə müxtəlif vaxtlarda qızı Zərərçəkmiş şəxs1 58000,00 manat pul almışdır. Ələkbər qızı Gülnarəyə Bakının müxtəlif yerlərində yaşayış binaları göstərərək ona verdiyi pulun həmin mənzillər üyün az olduğunu, əlavə olaraq Gülnarədən 35000,00 manat ödəməyini istəmişdir. Bu zaman başa düşmüşlər ki, Ələkbər Gülnarəni aldadır. Ona görə də Gülnarə verdiyi pulları Ələkbərdən tələb etmişdir. Ələkbər nağd pulu olmadığını bəhanə edərək pulları tikintiyə xərclədiyini bildirmiş və həmin puldan 18000.00 manatı qaytarmışdır. Qalıq 40550,00 manat pulu qaytarmaq üyün 27 aprel 2017-ci ildə Gülnarə ilə aralarında Bakı şəhəri 13 saylı notariat ofisində borc müqaviləsi bağlamışlar. Müqavilənin şərtlərinə görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 hər ay 4000,00 manat ödəməlidir. Lakin Təqsirləndirilən şəxs müqavilənin şərtlərini pozaraq Zərərçəkmiş şəxs1 olan borcunu ödəməkdən yayınmışdır. Odur ki, Gülnarə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 40550,00 manat məbləğində pulu Zərərçəkmiş şəxs1 Niisrət qızına ödəməlidir. Lakin Təqsirləndirilən şəxs məlum qətnamədən narazı qaldığndan apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi qəbul ediləndən sonra Təqsirləndirilən şəxs qətnamə üzrə borcundan Zərərçəkmiş şəxs1 500,00 manat ödəsə də, sonuncu həmin pulu qəbul etməmişdir. Təqsirləndirilən şəxs əmək qabilliyyətli olmağına, qazanc əldə etməsinə baxmayaraq qətnamə üzrə olan borcunu ödəmir. Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq məqsədi ilə öz adına daşınar və daşınmaz, əmlak qeydiyyata aldırmamışdır. Ələkbər hazırda qeyri-rəsmi tikinti materialarımn satışı ilə məşğuldur. Aylıq 5000,00 manatdan çox qazanc əldə edir. Zərərçəkmiş şəxs1 icra məmurlarına müraciət edərək borcun alınmasına köməklik etmələrini xahiş etsə də, nəticəsi olmamışdır. İcra məmurları dəfələrlə bildirişlər verilməsinə baxmayaraq Ələkbər icradan yayınmış və bu səbəbdən də inzibati qaydada həbs olunmuşdur. Qızı Zərərçəkmiş şəxs1 qətnamə üzrə borcunu Ələkbərdən tələb etsədə sonuncu qətnaməni icra etmək iqtidarında olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs rəfiqəsi Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs uzun müddətdir ki, Bakı şəhəri, Ağ şəhər, Yasamal rayonu və Abşeron rayonunda binaların tikinti sekteronda olan iş adamı kimi təqdim edərək normal şərtlətlə ucuz qiymətə Şəfaya ev satacağını demişdir. Təqsirləndirilən şəxs ev satmaq adı ilə müxtəlif vaxtlarda Şəfadan pul almışdır. Ələkbər Şəfaya Bakının müxtəlif yerlərində, ən son Yasamal rayonu ərazisində onun iştirakı ilə yaşayış binaları göstərərək ona verdiyi pulun həmin mənzillər üçün az olduğunu, əlavə olaraq Şəfaya 35000,00 manat ödəməyini istəmişdir. Zərərçəkmiş şəxs2 sonradan başa düşmüşdür ki, Ələkbər onu aldaır. Zərərçəkmiş şəxs2 verdiyi pulları Ələkbərdən tələb etsə də, sonuncu ona nağd pulu olmadığını bəhanə edərək pulları tikintiyə xərclədiyini bildirmiş və həmin puldan 18000,00 manatı Şəfaya qaytarmışdır. Qalıq borcu qaytarmaq üçün 27 aprel 2017-ci ildə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə aralarında Bakı şəhəri 13 saylı notariat ofisində borc müqaviləsi bağlamışlar. Müqavilənin şərtlərinə görə Təqsirləndirilən şəxs Şəfaya hər ay 5000,00 manat ödəməlidir. Lakin Təqsirləndirilən şəxs müqavilənin şərtlərini pozaraq Şəfaya olan borcunu ödəməkdən yayınmışdır. Odur ki, Zərərçəkmiş şəxs2 məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 55500,00 manat alınaraq Zərərçəkmiş şəxs2 ödənilməlidir. Lakin Təqsirləndirilən şəxs məlum qətnamədən narazı qaldığından apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi qəbul ediləndən sonra Təqsirləndirilən şəxs qətnamə üzrə borcundan Şəfaya 500,00 manat ödəsə də, Şəfa həmin pulu qəbul etməmişdir. Təqsirləndirilən şəxs əmək qabilliyyətli olmağına, qazanc əldə etməsinə baxmayaraq qətnamə üzrə olan borcunu ödəmir. Zərərçəkmiş şəxs2 icra məmurlarına müraciət edərək borcun alınmasına köməklik etmələrini xahiş etsə də, nəticəsi olmamışdır. İcra məmurları dəfələrlə bildirişlər verilməsinə baxmayaraq Ələkbər icradan yayınmış və bu səbəbdən də inzibati qaydada həbs olunmuşdur. Lakin qətnamə qanuni qüvvəsini almağına baxmayaraq Təqsirləndirilən şəxs həmin pulu Zərərçəkmiş şəxs2 qaytarmamışdır. Məhkəmə iclasında şahid X12 ifadəsində göstərmişdir ki, İqtisad Universitetinin 3 saylı Yaqxanasmda komendat vəzifəsində işləyir. Təqsirləndirilən şəxs arvadı X8 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Dəmirlİ qəsəbəsi, Ağasadıx Gəraybəyli küşəsi 24 V ünvanında yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin 3 saylı Yaqxanasında qeydiyyatsız yaşayırlar. Təqsirləndirilən şəxs arvadı Zərnişan Əliyeva ilə birikdə yaşadıqları evdə gözəllik salonu işlədir və normal qazanc əldə edir və heç bir icarə haqqı ödəmirlər. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tanımır. Lakin Təqsirləndirilən şəxs komendat işlədiyi yataqxanada yaşadığından onun qadınlarla məhkəmə mübahisəsi olduğundan məlumatlıdır. Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra etməməsinin səbəbini bilmir. Təqsirləndirilən şəxs Birinci Qarabağ Müharibəsi veteranıdır. Veteran kimi aylıq pensiya alır. Təqsirləndirilən şəxs hazırda gözəllik salonundan başqa qazanc yeri yoxdur. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə 2017-ci ilin aprel ayında Bakı şəhəri, Nəsimi rayonu, 13 saylı Notariat konturuna gedərək ümumilikdə 108000,00 manat pula dair kredit müqaviləsi bağlmışlar. Həmin müqaviləyə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 12 ay müddətinə hər ay 4000,00 manat, Zərərçəkmiş şəxs2 isə hər ay 5000,00 manat ödəməlidir. Lakin Təqsirləndirilən şəxs maddi imkanı olmadığından müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilməmişdir. Odur ki. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Ələkbərə qarşı borc tələbi ilə məhkəməyə iddia qaldırmışlar. Sumqayıt şəhər Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(060)- 1483/2020 nömrəli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs cavabdeh kimi ondan Zərərçəkmiş şəxs2 xeyrinə 55500,00 manat və Zərərçəkmiş şəxs1 xeyrinə isə 40550,00 manat məbləğində pul tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsi aldıqdan sonra Təqsirləndirilən şəxs ödədiyi 1000,00 manatı və istintaq dövründə ödədiyi 1000,00 manatı, cəmi 2000,0 manatı zərərçəkmiş şəxslər qəbul edməkdən imtina etdiklərinə görə Binəqədi Rayon İcra Şöbəsinin depozit hesabına ödəmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə birlikdə yaşadıqları evdə gözəllik salonu işlətməklə aylıq 500.00 və ya 600,00 manat qazancla dolanırlar. Bundan əlavə Təqsirləndirilən şəxs 1-ci Qarabağ veteranı kimi 80,00 manat pensiya alır. Hazırda Təqsirləndirilən şəxs qətnaməni hissə-hissə icra edə biləcəkdir. Məhkəmə iclasında şahid Binəqədi Rayon İcra şöbəsinin böyük icra məmuru Şahid3 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(060)-1483/2020 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsi Sumqayıt şəhəri üzrə icra İdarəsinə göndərilmişdir. Sumqayıt şəhəri üzrə icra İdarəsinin icra məmuru X9 icra sənədini icraata qəbul etmiş və tələbin könüllü icra edilməsi üçün Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt vermişdir. Borclu Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon ərazisində yaşadığından Sumqayıt şəhəri üzrə icra İdarəsi tərəfindən icra vərəqi ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə göndərilmişdir. İcra vərəqəsi icraata qəbul edilərək icrama başlanılmış və tələbin könüllü icra edilməsi üçün Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt vermişdir. Borclu Təqsirləndirilən şəxs əmlak və gəlirləri yoxlanılmış, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar olunmamışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq borclu Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(060)-1483/2020 nömrəli icra sənədinin tələbini təmin etmədiyi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2023-cü il tarixdə 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs həbsdən azad olunduqan sonra da tələbi tam təmin etməmişdir. Borclu tərəfindən ödənilən 1000 manat məbləğində pulu tələbkarlar qəbul etmədiyindən Binəqədi rayon İcra şöbəsinin depozit hesabına keçirilmiş, borclunun 95.050 (doxsan beş min əlli) manat ödənilməmiş borcu qalmışdır.Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirmiş və qətnamədə göstərilən tələbləri yerinə yetirmədiyi üçün sonuncunun barəsində Azərbaycan Respublikası CM- nin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir Məhkəmə baxışı zamanı dindirilmiş şahidlər Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmurları Şahid1 və Şahid2, məhkəmə baxışı zamanı dindirilmiş digər şahid Binəqədi Rayon İcra şöbəsinin böyük icra məmuru Şahid3 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsi faktına görə CM-in 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1483/2020 nömrəli qətnaməsindən və həmin qətnamə əsasında verilmiş eyni tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs ümumilikdə 55500 (əlli beş min beş yüz) manat pulun tutularaq iddiaçı Zərərçəkmiş şəxs2 və ümumilikdə 40550 (qırx min beş yüz əlli) manat pulun tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi və qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-557/2021 nömrəli qətnaməsindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1483/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1483/2020 nömrəli icra sənədinə əsasən icraata başlanılmışdır. 17 avqust 2020-ci il tarixli bildirişdən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1483/2020 nömrəli icra sənədinin icrası barədə bildiriş göndərilmişdir. xx.xx.2018-ci il tarixli etibarnamədən görünür ki, etibarnamə üzrə səlahiyyətlər Zərərçəkmiş şəxs1 tərəfindən Şahid4 etibar edilmişdir. xx.xx.2021-ci il tarixli elektron portaldan çıxarışdan görünür ki, borclu Təqsirləndirilən şəxs borcunun ödənilməsinə yönəldiləsi heç bir əmlakı, avtomobil nəqliyyatı, əmək müqaviləsi gəliri müəyyən edilməmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1483/2020 nömrəli icra sənədi Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Şahid3 tərəfindən icraata qəbul edilmişdir. xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023-cü il tarixli xəbərdarlıqlardan görünür ki, borclu Təqsirləndirilən şəxs icra vərəqəsində qeyd olunan borcunu tələbkarlara ödəyərək ödəniş qəbzini Binəqədi rayon İcra şöbəsinə ödəməsi, əks halda CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(001)-2996/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(001)-681/2021 nömrəli qərardadından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1483/2020 nömrəli icra sənədinin icrası təmin edilənədək borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)-2585/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)-2585/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 01 (bir) ay müddətində inzibati qaydada həbs edilmişdir. Zərərçəkmiş şəxs2 və Şahid4 tərəfindən ünvanlanmış ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs borcunu ödəmədiyi səbəbindən cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişlər. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, borclu Təqsirləndirilən şəxs borcunun ödənilməsinə yönəldiləsi heç bir əmlakı aşkar edilməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Mərkəzi Monitorinq və Qiymətləndirmə filialı tərəfindən tərtib edilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs özünüməşğulluq üzrə aylıq xalis gəlirinin həcmi 400 manat müəyyən edilmişdir. Azərbaycan Dövlət İqtisad Universitetinin komendantı tərəfindən verilmiş xasiyyətnamədən və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yerləşən Az. DİU-nin 3 nömrəli yataqxanasında yaşayır. Vətəndaş Təqsirləndirilən şəxs müsbət xüsusiyyətlərə malik şəxsdir, birinci Qarabağ müharibəsi veteranıdır və barəsində heç bir əks məlumat daxil olmamışdır. Binəqədi rayon İcra şöbəsinin rəisi İlham Həsənov tərəfindən ünvanlanmış sorğuya verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid6 yaşadığı ünvan 6 ünvanında yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin 3 saylı yataqxanasını qazanc əldə edərək gözəllik salonu kimi işlətmiş və heç bir haqq ödəməmişdir. xx.xx.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs arasında ümumilikdə 108000 (yüz səkkiz min) manat məbləğində borc verilməsi və borc alan Təqsirləndirilən şəxs aldığı krediti xx.xx.2018-ci il tarixədək hər ayın 25-i günü borc verənlər Zərərçəkmiş şəxs2 5000 (beş min), Zərərçəkmiş şəxs1 4000 (dörd min) manat qaytarmağı öhdəsinə götürməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 178.3.2-ci maddəsində təqsirli bilinərək 3 il şərti sınaq müddəti olmaqla 5 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X5 tərəfindən Koronavirus xəstəliyinin pandemiyası elan olunduğu üçün və respublikada davam edən xüsusi karantin rejimi şəraitində cinayət prosesi iştirakçılarının istintaq orqanına çağırılması zamanı ağır xəstəliyə düçar olması ehtimalının qarşısının alınması məqsədilə ölkədə elan olunmuş xüsusi karantin rejimi götürülənədək ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və qətimkan tədbirinin şərtləri ona izah edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş 01 fevral 2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Binəqədi Rayon İcra Şöbəsinin depozit hesabına 1000 manat məbləğində 1000 manat məbləğində ödəniş edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixli qəbzlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Binəqədi Rayon İcra Şöbəsinin depozit hesabına hər dəfəsində 2000 manat olmaqla, ümumilikdə 1400 məbləğində ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X5 tərəfindən Koronavirus xəstəliyinin pandemiyası elan olunduğu üçün və respublikada davam edən xüsusi karantin rejimi şəraitində cinayət prosesi iştirakçılarının istintaq orqanına çağırılması zamanı ağır xəstəliyə düçar olması ehtimalının qarşısının alınması məqsədilə ölkədə elan olunmuş xüsusi karantin rejimi götürülənədək ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi özünü müdafiə xarakterli dəlillər rədd edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədə qeyd olunan məlumatlar yanlış hesab edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 306.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan 014843 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Məhkəmə, Təqsirləndirilən şəxs müharibə veteranı olmasını, icra vərəqi üzrə ödənilməli pul məbləğlərindən Binəqədi rayon İcra Şöbəsinin depozit hesabına hazırki vaxta qədər ümumilikdə 2400 manat məbləğində ödəniş etməsini, eyni zamanda məhkəmə iclasında 2000 manat məbləğində pulu zərərçəkmiş şəxslərə ödəmək istəməsini, müharibə veteranı olmasını CM 59.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 306.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmədə cinayət işinin materialları tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 03 may 2024-cü il tarixdən hesablanmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 03 may 2024-cü il tarixdən hesablansın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar