Məhkəmə qərarları › İş №1(001)-267/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-267/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-267/2024 03.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı, Məhkəmə iclasının katibi: X3, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X1 vəkili “Alyans” Vəkil bürosunun vəkili Müdafiəçi1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: X6 və onun vəkili Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Müdafiəçi4 iştirakı ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətin məzmununda göstərilmişdir ki, Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işlədiyi vaxt tanıdığı vət. X6 "instagram" sosial şəbəkəsində onun ünvanına nalayiq sözlər işlətmiş, eləcə də onun guya cinayət əməlləri törətməyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə böhtan xarakterli məlumatlar paylaşmışdır. 22 fevral 2023-cü il tarixdə saat 11.00-də X6 “instagran" sosial şəbəkəsində özünə məxsus olmaqla istifadəsində olan "deniz_esedova_official" profilində X1 fotoşəklini paylaşmış, "Hazırlaş sıra səndədir, düzdür üzləşməyə gəlmirsən korrupsiyada hamı şoka düşmüşdür ki, baş həkim olasan Dəniz Əsədovadan bu cür qorxasan. Bilir ki, Bakıdan Gəncəyə qədər sürüyərəm Kəlbəcər harayına çatmaz, bunun bir saxlayanı var hara xahişə çıxır o məmur, hamı deyir mümkün deyile qardaş, onun şikayətçisi bizi vəzifədən edər. Saxlayanıva məndən salam de. Əli cibində olsun, yoxsa Raufun yanına gedirsən gələn həftə" yazmaqla X5m təhqir etmişdir. 28 aprel 2023-cü il tarixdə saat 12.24-də X6 "instagram" sosial şəbəkəsində özünə məxsus olmaqla istifadəsində olan "deniz_esedova_official" profilində X1 fotoşəklini paylaşaraq "Cürlüt Mehparə, haralara özünü xahiş etdirsən mümkün deyil. Bilirsən də mənim qarşımda kimsə saxtakarlığa yol verə bilməz. Sənin kökünü kəsərəm mən. Bildin, cındır qızı cındır. Səni 4 ay söydüm hələ bir dəfə şikayət verəməmisən. Çünki, başın üçün deyil, səni 14 il həbsdə yatızdıraram komandanla bir yerdə. Gətir milyonlarımı qaytar, maşennik fahişə. Sənin çoxlu sayda kiçiciklərin mənim qarşımda büzülürmüş çoban ola bilər. Onlar sənin gözündə kişi, hər hansısa vəzifəni icra edən mənim üçün küçə adamıdır. Özünə hörmət edən kişi səni seçməz, sən fahişəsən. Necə ki, idarədə telefonunda ancaq münasibətdə olduğun kişilərin smsləri çıxmışdı" yazamaqla X2 təhqir etmişdir. 11 may 2023-cü il tarixdə saat 20.30-da X6 "instagram” sosial şəbəkəsində özünə məxsus olmaqla istifadəsində olan "deniz_esedova_official" profilində onu izləyən çoxsaylı şəslərə canlı yayın açaraq onun ünvanına nalayiq sözlər demişdir. Belə ki, ərizəyə əlavə edilmiş, 01 dəqiqə 53 saniyədən ibarət olan videogörüntünün 20-ci saniyəsində "Mehparə kimi fahişlər pulumu xərcləyir sizə ortada pis olan mənəm, demaqoq olan mənəm" demiş, həmin video görüntünün 64cü saniyəsində "Mehparə baş həkim olub, indi də 5 minlik vəkil tutub qoyub ora, guya vəkil neyniyəsidi kül başına sənin məndə səs yazıların var" deməklə X2 təhqir etmişdir. xx.xx.2023-cü il tarixdə saat 20.30 radələrində X6 "instagram" sosial şəbəkəsində özünə məxsus olmaqla istifadəsində olan "deniz_esedova_official" profilində canlı yayın açaraq X2 təhqir etmişdir. Belə ki, ərizəyə əlavə edilmiş 01 dəqiqə 53 saniyədən ibarət olan video görüntünün 54-cü saniyəsində "Mehparə 50 min dənə kiminsə pastelindən keçsin, kimsə məmur olsun, kimsə arxasında dayağı olsun" deməklə X2 təhqir etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində X6 "instagram" sosial şəbəkəsində, özünə məxsus olan "deniz_esedova_official" profilində ünvanına nalayiq sözlər hesab edilən "cındır qızı", "maşennik", "fahişə" deməklə onu təhqir etmişdir. Qeyd etmək lazımdır ki, X6 "instagram" sosial şəbəkəsində "deniz_esedova_offıcial" profili vasitəsilə onu təhqir edən zaman fotoşəkillərini də paylaşmaqla X2 təhqir etmişdir. Həmçinin, ərizəyə əlavə edilmiş video görüntüdə Dəniz Əsədova xx.xx.2023-cü il tarixdə saat 22 radələrində yenidən "instagram" sosial şəbəkəsində, "deniz_esedova_official” profilində "Mehparə 50 min dənə kişinin pastelindən keçsin, kimsə məmur olsun, Mehparənin videosu məndə, səs yazısı məndə", "kimdi Mehparəyə sahib çıxan, nağara çöpüdü qıçları" deməklə onu təhqir etmiş, eyni zamanda ağır və ya xususıiə ağır cinayət törətməklə bağlı böhtan xarakterli yalan məlumatlar yaymışdır. 27 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində X6 yenidən özünə məxsus olmaqla istifadəsində olan ” deniz_esedova_official” profilində "Gedib hər yerdə məlumat verirdilər ki, Dəniz at oynadır ailəsi durub arxasında, ay fahişələr Dəniz at oynanda saxta sənəd verib ? Dövlət büdcəsinə zərər verib ? Rüşvət alıb ? Neyləyibdə bu Dəniz ki, məndən hüquq mühafizə orqanların xəbəri olmamışdı ? Həəə ? Ticarətçinin gəlir yeri biznesdir, mən nə etmişəm ki, at oynadanda ? Sənin kimi fahişəyə pul yedizdirməli idim ki, məni satmayasan ? Vallah mən səninlə bərabər nə rüşvət almışdım, nə sata iş görmüşdim, nədə ki, yetim xəstələrə dərman pulla satmamışdım. Halal yolla, əziyyətimizlə pulumuzu qazanırıq, kimdən qorxmalıyıq ? Həə, Mehparə kimi şərəfsizin şantajına 700.000 dollar verməmişəm deyə torbam tikilməli idi, amma tikilən torbanın sapları çürük imiş" yazmaqla məni təhqir etmişdir. X6 eyni cinayət xarakterli əməllərini davam etdirərək 27 oktyabr 2023-cü il tarixdə saat 19 radələrində özünə məxsus olmaqla istifadəsində olan "deniz_esedova_official" profilində "Demək 2018-ci ilin axırlarıdır, Mehparəyə dedim ki, pullarımızı qaytarmasan səndən prokurorluğa şikayət verəcəyəm. Bu mənə zəng edib bir restoran adı dedi ki, ora 250.000 manat qoymuşam getsin müdirindən götürsün surücu, sürücünü gönoərdık restoranın sahibi dedi ki, nə Mehaprə nə pul ? Nə isə evdən danışdılar ki, ay qardaş Mehparə filan qadın deyir ki, filankəsin restoranına pul qoymuşam, gedin götürün, qardaş o, xanım bizə pul atıb, vermir, tələb etdik ki, şikayət veririk, deyir pulu sizin restorana qoyub, bəs indi zəng edirik Mehaprəyə bizə demişdi ki, telefonumun zaryatkası azdı, sönə bilər, gedin pulu götürün, yəqin telefonun zaryatkası bitib, sönülüdür. Restoranın sahibi dedi ki, qardaş o Mehparə bura sevgilisi ilə şam yeməyinə gəlir, mənim dostumun sevgilisidir, qələt edib deyir mənim restoranıma pul qoyub. Restoranın hər yeri kameradır, mənim restoranıma pul gəlməyib, biz şoka düşdük ki, nə sevgili, biz bunu ailəli bilirik, bununla da Mehparəyə zəng çatmadı inanın Allaha" status paylaşmış, bununla da Mehparə Kazımova barəsində həqiqətə uyğun olmayan fikrilər bildirmiş, onun "sevgilisi" ilə restorana gəlməsi barədə yazmaqla təhqir etmişdir. 27 oktyabr 2023-cü il tarixdə, saat 20.00 raədlərində X6 özünə məxsus olmaqla istifadəsində olan "deniz_esedova_official” profilindən X1 barəsində "Səhiyyə Nazirliyinə cəhənnəm olsun deyən fahişə nə atdırır o vəzifədə ? Həmin nazirlikdən balana çörək aparırsan, ay fahişə, səni kim saxlayır vəzifədə bu cinayət əməllərinə həə ?" paylaşmaqla X2 təhqir etmişdir. 27 oktyabr 2023-cu il tarixdə saat 20.15 radələrində X6 özünə məxsus olmaqla istifadəsində olan "deniz_esedova_official" profilindən "Fəxr edirsən ADA ya girib ? Bəs o xəstələrin Allahı yox idi ? Ahlarını alırdın, bax həyat budur, bumerang, bilmirdin bimənim kimi güclü biri çıxıb zibili yığacaq ağzına ? Get ölə-ölə yaşamağ nədir sənə yaşadaram, fahişə" yazmaqla X2 təhqir etmişdir. 28 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində X6 özünə məxsus olmaqla istifadəsində olan "deniz_esedova_official" profilində X5 və övladının şəklini paylaşaraq, "Anası mənim kimi yüzlərlə vətəndaşa pul atıb" yazmaqla təhqir etmişdir. 28 oktyabr 2023-cü il tarixdə saat 19 radələrində X6 özünə məxsus olmaqla istifadəsində olan "deniz_esedova_pfficial” profilində ” İş və vəzifəli adamlar özünüzü Mehparədən qoruyun, sizə tez-tez zəng edib mənim ondan proklurorluğa şikayətçi olmağımla bağlı kömək istəyəndə bilin ki, özünü sizə sürtür ki, sizi ələ keçirsin, mənə olan dalının borcunu ödətdirsin, Allah bütün kişiləri, belə dələduz qadınlardan qorusun, qulağınızı çəkin" yazmaqla X2 təhqir etmişdir. 28 oktyabr 2023-cü il tarixdə saat 19.30 radələrində X6 özünə məxsus olmaqla istifadəsində olan "deniz esedova official" profilində Mehparə Kazımovanın şəklini paylaşaraq " Nə gündədir e, bu qədər bəzəklə, laynerlə hələ bu gündədir, görün makyajsız nə haldadır, adam qorxur, üz quruluşu elə bil qaloşdur, Camaatın ərlərin əlindən alandı, ay millət" yazmaqla X2 təhqir etmişdir. 28 oktyabr 2023cü i! tarixdə saat 20,00-da X6 özünə məxsus olmaqla istifadəsində olan ” deniz_esedova_official" profilində "Kişilərin puluna, vəzifəsinə görə onlara salam verən adamsan. Vəzifədən gedəndən sonra sənin üçün adi adam olurlar. Kül qadın başına, Allah ona görə başından vurur, insanın şəxsiyyətinə görə hörmət edərlər, puldu vəzifədir bu gün var sabah yoxdur, qonağdır həyatda, ay aiçağ qadın. Dəyərsiz, səviyyəsiz, dələduz, ev yıxan qadınsan" yazmaqla X2 təhqir etmişdir. X4 xüsusi ittiham qaydasında 147.2-ci və 148.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini, və həmin maddələr üzrə ittihamedici əsaslarla hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X1 vəkili şikayətin icraata qəbul edilməsini, X4 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 və onun müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi4 şikayətin qanunvericiliyin tələblərinə uyğun verilməməsi səbəbilə icraata qəbul edilməməsini xahiş etmişdirlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-nin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi. Belə olduğu təqdirdə CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Cinayət Prossesual Məcəllənin 293.3.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin yaşayış yeri şikayətdə göstərilməli olsa da bu ünvan şikayətdə düzgün göstərilməmişdir.Hazırki şikayətdə Mehbarə Kazımovanın yaşayış yeri kimi qeyd edilmiş ünvan onun nümayəndəsi vəkil Müdafiəçi1 fəaliyyət göstərdiyi “Alyans” Vəkil Bürosunun ünvanıdır. Halbuki xüsusi ittiham qaydasında şikayət vəkil Müdafiəçi1 tərəfindən deyil, X5 tərəfindən verilmişdir. Digər tərəfdən sözügedən şikayətdə Cinayət Prossesual Məcəllənin 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il,ay və gün) və yer barədə məlumatlar qeyd edilməli olsa da bu məlumatlar şikayətdə öz əksini tapmamışdır. Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 tərəfindən CPMin 293-cü maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar