Məhkəmə qərarları › İş №1(001)-269/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-269/2020

05.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-269/2020 05.06.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər – X2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 və onun müdafiəçisi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, X1 iştirakları ilə, X11 cinayət Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək onun hüquq və azadlıqları nəzərə alınaraq şərəf və ləyaqətinin, xüsusi karantin zamanı xidməti vəzifəsini icra edən vəkilin Binəqədi rayon məhkəməsinin inzibati binasında qəsdən nəlayiq formada alçaltdığından ABŞ vətəndaşı X13 barəsində Azərbaycan Respublikasının 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, 11 saylı Vəkil burosunda növbətçilik qrafiki üzrə xx xxxxx 2020-ci il tarixdə vəkil kimi növbədə idi. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Təşkilat-Nəzarət Baş İdarəsinin baş inspektoru Cəbrayıl Məmmədlinin ABŞ vətəndaşı X9 3 (üç) ay müddətinə Bakı şəhər qanunsuz miqrantların saxlanması Mərkəzinə yerləşdirilməsi barədə məhkəməyə təqdimatı daxil olmuşdur. xx xxxxx 2020-ci il tarixdə X4 Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 7(001)-127/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə ABŞ vətəndaşı X9 dövlət hesabına hüquqlarını müdafiə edilməsi üçün Məhkəməyə dəvət edilmişdir. Xüsusi karantin zamanı X4 öz həyatını, ailəsinin həyatını təhlükəyə atmaqla Binəqədi rayon məhkəməsinə gələrək xidməti vəzifəsini icra edərək ABŞ vətəndaşının X9 hüquqlarını müdafiə etmişdir. Məhkəmə prosesindən sonra ABŞ vətəndaşı X13 o qədər özündən razı halda məhkəmədə sərbəst hərəkət edərək məhkəmənin inzibati binasında onun liftin qapısından çıxmağını görən kimi dərhal eskalatorun pilləkənlərindən iri addımlarla aşağı enərək hamının yanında onun gözünün içərsinə tüfürərək ünvanına ingilis dilində söyüş söyərək onu təhqir etmişdir. X9 bu hərəkəti əvvəlcədən düşünülmüş addım olaraq atılmış, karantin qaydalarının pozulması kimi məhz onun gözünün içərsinə tüfürməsi məqsədli hərəkət olmasını göstərir. ABŞ vətəndaşı Conclin Lənkəran rayonunda inzibati qaydada tutularaq Bakı şəhərinə Miqrasiya Xidməti tərəfindən gətirilmişdir. ABŞ vətəndaşı X3 zidd hərkətlərinə görə bir qadın və xidməti vəzifəsini icra edən vəkil kimi təqhir olunmağı, dünya ölkələrinin koronovirus epidemiyası ilə mübarizə apardığı, insanların sosial təcrid olunduğu zaman virusla yoluxdurmaq üçün gözünə qəsdən tüfürməsi onun tərəfindən düşünülmüş hərərkət olması və məhz bilərəkdən edilməsini bir daha sübut etmiş olur. Miqrasiya Xidmətinin əməkdaşlarının hərəkətsizliyindən sui-istifadə edən amerkanlı dövlət orqanın inzibati binasında etdiyi hərəkətə hüquqi qiymət verilməsi üçün məhkəmənin inzibati binasında olan şəxslərin və onun iştirakı ilə akt imzalanaraq xx xxxxx 2020- ci il tarixdə Binəqədi RPİ-nin İŞ-nə göndərilmişdir. Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Ceyhun Rəhimov tərəfindən fakt üzrə 221.1-ci maddə ilə cinayət işi başlanılmış, həmin faktla bağlı onun izahatı və ifadəsi alınmışdır. Məhkəmənin inzibati binasında olan bu hadisə ilə bağlı bütün şəxslər dindirilmişdir. Lakin ABŞ vətəndaşı Conclin baş verən hadisə ilə bağlı hüquqlarını özünün istədiyi müdafiə edəcək vəkili yoxdur deyə, ifadə verməkdən imtina etmiş, hətta baş verdiyi hadisədən peşimançılıq hissi belə keçirəmişdir. E.Zeynalova ABŞ vətəndaşı X13 xx.xx.2020-ci il tarixdə ilk dəfə görürmüş, onunla nə tanışlığı, nə də ədavəti olmuşdur. O, məhkəmə prosesində həmin şəxsin hüquqlarını müdafiə edilməsi üçün məhkəməyə dəvət edilmişdir və həmin günü xidməti vəzifəsini icra edirdi. Dünyada baş verən hadisələr, koronovirus pandemiyasının yayıldığı dövrdə, insanların sosial təcrid olunduğu və Respublikada mövcud xüsusi karantin zamanı o, öz həyatını, sağlamlığını və eləcə də ailəsinin sağlamlığını təhlükəyə ataraq vəzifə borcunu, xidməti vəzifəsini icra etdiyi zaman Amerika vətəndaşının qəsdən ona qarşı edilən özündən razı hərəkəti heç bir qanuna sığmır. Sual yaranır? ABŞ vətəndaşı X13 öz vətənində Amerikalı vəkilə qarşı bu cür hərəkəti sərbəst özünəgüvən formada edə bilərdimi, çünki buna görə o, qanun qarşısında durmalı və cinayət məsuliyyəti daşımalıdır. Həmçinin, ABŞ vətəndaşı Conclin 3 (üç) ay müddətinə Bakı şəhər qanunsuz miqrantların saxlanması Mərkəzinə yerləşdirildikdən sonra Azərbaycan Pespublikasından deport olucaqdır. Buna görə də E.Zeynalova təcili olaraq xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmişdir. Binəqədi rayon Məhkəməsinin inzibati binasında cavabdeh ABŞ vətəndaşı X5 qarşı qəsdən edilmiş hərəkəti, məhz gözünün içərsinə tüfürməsi COVİD 19 epidemiyasının yayıldığı zaman onu və ailəsini həmin günü nə yaşamasını, stres keçirməsini heç bir sözlə izah oluna bilməz. Xüsusi karantin zamanı ABŞ vətəndaşı X9 məhz qanuna zidd hərəkətində Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması cinayətinin tərkib əlaməti olması, eləcə də məhkəmənin inzibati binasında hamının gözü qarşısında E.Zeynalovaya qarşı edilmiş hərəkəti onu bir vətəndaş və xidməti vəzifəsini icra edən vəkil kimi şərəf, ləyaqətini alçatmış, kollektiv arasında işgüzar nüfuzuna xələl yetirmiş, şəxsiyyətini ləkələmiş, hətta koronovirus pandemiyası zamanı onu yoluxmaq üçün real təhlükə yaratmış, nəticədə mənəvi əzab sarsıntı, iztirab keçirtmişdir. Həmin günü o, evinə getməyə, ailəsini yoluxdura biləcəyindən cox qorxurdu, hətta gecəni əsəb, steslə keçirtmiş, yata bilməmişdir. Səhəri o, dərhal Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Hosoitalında koronovirus testindən yoxlamadan keçmişdir. Beləliklə, ABŞ vətəndaşı tərəfindən Binəqədi rayon məhkəməsinin inzibati Binasında olan hadisə hamının gözü qarşısında baş vermiş, gözünün içərsinə tüfürməsi, kobud söyüşlə təhqir etməsi nəticəsində kollektivdə işçilər arasında işgüzar nüfuzdan düşmüş, şərəf ləyaqətini alçalmış hiss edir. Cavabdehin hərəkəti nəticəsində bir sadə vətəndaş kimi hüquqları pozulmuş, ona maddi və mənəvi zərər dəymişdir. ABŞ vətəndaşının bilə-bilə onun Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən, nüfuzdan salan kobud qaydada söyüş işlətmə əməli Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyəti yaratdığı üçün qanunla nəzərdə tutulan cinayət əməli törədilmişdir. 1948-ci il X6 Bəyannaməsində, 1966-cı il Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüquq vardır. Hər kəsin şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx bağlı olan mənəvi-əxlaqi- sosial dəyərlər olduğuna görə dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında xx xxx 1999-cu il tarixli 7 saylı qərarına görə yayma dedikdə başqa şəxsi ləkələyən və ya nüfuzdansalan məlumatları bir şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirmə başa düşülür. "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli, 3 saylı Qərarının 5-ci bəndinə göstərilmişdir ki, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymağa və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya asində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Xüsusi ittiham qaydasında, Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə təqsirləndirilən X9 hazırki şikayət üzrə toplanmış kifayət qədər sübutların olduğunu nəzərə alaraq, onun barəsində, həmin maddə üzrə cinayət işi qaldırılaraq məsuliyyətə cəlb olunmasını onun şərəf və ləyaqətinin müdafiəsi üçün cəzalandırılmaları zəruridir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X4 xüsusi ittiham qaydasında şikayəti müdafiə edərək barəsində şikayət verilmiş şəxs X9 təqsirləndirilən şəxs qismində məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X13 əməlindən səmimi peşman olduğunu, onun müdafiəçisi olmuş E.Zeynalovadan üzr istdiyini, həmin hərəkətini psixi problemləri olduğu üçün özündən aslı olmayaraq etdiyini bildirərək barəsində verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X13 müdafiəçisi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, mövqeyini onunla əsaslandırmışdır ki, müdafiyəsi altında olduğu şəxsin hərəkətlərində kütləvilik yoxdur. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 293-3.1-293.3.7-ci maddələrinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilir. Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1 - 293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələlərə baxılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin dispozisiyasında təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin qeyd olunan müddəalarına uyğun olmayaraq tərtib edilmişdir. Belə ki, xüsusi ittiham qaydasında şikayətdən görünür ki, barəsində şikayət verilmiş şəxsin əməlində kütləvi çıxışlarda təhqir, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltması halları müəyyən edilməmişdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının CPM-nin 88.4.1-ci maddəsinin tələbinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək şikayət vermiş şəxsin vəzifəsidir. Lakin, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs qanunvericliklə üzərinə düşən vəzifələri icra etməyərək şikayət ərizəsinin forma və məzmununda qüsurlara yol verməklə tərtib edildiyi müəyyən edilmişdir. Belə ki, xüsusi ittiham qaydasında şikayətdə şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X12 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 04 saata görə 24 (iyirmi dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının CPM-nin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə Q ə r a r a a l d ı: ABŞ vətəndaşı X13 barəsində Azərbaycan Respublikasının 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair X2 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. X12 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 04 saata görə 24 (iyirmi dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhər 11 saylı Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin Binəqədi filialındakı hesablaşma hesabına (VÖEN-**********, m/h- AZ37NABZ********************, S.W.İ.F.T Kod AİİBAZ2X, Benefisiarın hes.№ AZ48 AİİB********************, VÖEN 1000 597151) köçürülsün və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar