Məhkəmə qərarları › İş №1(001)-27/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-27/2022

11.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-27/2022 11.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Xırdalan şəhəri Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən 14 may 2020-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223 saylı məhəllədə heç bir əsaslı səbəb olmadan ictimai qaydalara qarşı etinasızlıq göstərərək, əxlaq normalarını və cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarını kobud surətdə pozub, bilərəkdən özünü ictimai qaydalara qarşı qoyaraq, gücünü nümayiş etdirməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, orada toplaşan insanların gözü qarşısında Zərərçəkmiş şəxs zor tətbiq edib əl və ayaq zərbələri ilə vuraraq sonuncuya sağ İX qabırğanın yerdəyişməyən sınığı ilə müşaiyət olunan döş qəfəsinin sağ yarısının bayır səthinin qançır-sıyrıqları ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid və sağ bazu və sağ bud nahiyələrinin qançırları ilə müşaiyət olunan, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Elşad Tağıyev onun yeznəsidir. X4 şərik olublarmış. İlkin Şükürov həmkəndlisidir. Əvvəllər bina tikintisi ilə məşğul olublar. Elşad Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, küçəsi 22-ci Dağlıq küçəsi 3223 məhəllədə yerləşən torpaq sahəsini "xxxx" MMC-nin rəhbəri İlkin Şükürova dəqiq bilmədiyi məbləğə icarəyə vermişdir. İlkin icarə müqaviləsinə əsasən icarə pulunu verməkdən yayındığı üçün 24.07.2018-ci il tarixdə Elşad icarə müqaviləsini notarial qaydada ləğv etdirmişdir. 14 may 2020-ci il tarixdə o, qardaşı Ceyhuna xəstəliyi ilə bağlı baş çəkməyə gedən zaman Ceyhunun uşaqları demişdir ki, Ceyhun Yeganə şadlıq evini yanında Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, küçəsi 22-ci Dağlıq küçəsi 3223 məhəllədə yerləşən torpaq sahəsində imiş. saat 17 radələri olarmış. Oraya gedəndə Ceyhunu, Elçini və Əflatunun adını sonradan bildiyi Zamirlə mübahisə etdiklərini görmüşdür. Ceyhun da ürək əməliyyatı keçirdiyinə görə onu qorumaq üçün o da qabağa keçmişdir. O görmüşdür ki, Zamir Ceyhun və Əflatunla sözlü mübahisə etmişlər. O da Zamirə demişdir ki, torpaq sahəsi yeznəsi Elşada məxsusdur. Çıxıb görmüşdür ki, Ceyhunun üzərinə hücum çəkir, Ceyhunu müdafiə məqsədi ilə yaxasından tutaraq itələmiş, sonra isə Zərərçəkmiş şəxsn əl və ayaq zərbələri ilə vurmuşdur. Hazırda törətdiyi cinayət əməlindən peşmandır və bir daha belə hallra yol verməyəcəkdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, özü "xxxx" MMC-in həm təsisçisi, həm direktorudur. Cəmiyyət əvvəllər yeznəsi İlkin Şükürova məxsus olubmuş. Yeznəsi əvvəllər X3 ilə şərik olubmuş. Elşadın İlkinə 125000 ( bir milyon iki yüz əlli min ) manat borcu olubmuş. Borca görə özünə məxsus olmasını iddiya etdiyi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən 1200 kv/metr sahəni İlkinə satmağa razılaşmışdır. İlkinlə əvvəllər Elşadın münasibəti yaxşı olduğuna görə həmin torpaq sahəsini 2016-cı ildə 10 illik notariat qaydasında bağlanmış icarə müqaviləsi əsasında 400000 ( dörd yüz min ) manata qiymətləndirmişdir. Elşad İlkinə demişdir ki, həmin torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənədləri var imiş və tez bir zamanda onun adına sənədləşdirəcək imiş. Elşad qalan 825000 ( səkki yüz iyirmi beş min ) manatı qaytarmadığına görə İlkinin maddi vəziyyəti pisləşmiş, MMC-ni ona satmağa qərarlaşdırmışdır. O, 2018-ci ildə MMC-ni İlkindən 360000 ( üz yüz altmış min ) ABŞ dollarına alıbmış. MMC ona məxsus imiş. MMC-ni almaqda məqsədi əvvəlki işini, yəni bina tikintisi davam etdirmək olubmuş. İlkin MMC-ni ona satdığı üçün Elşadın İlkinə icarəyə verdiyi torpaq sahəsini də onun mülkiyyətinə keçmişdir. Bina tikmək üçün həmin icarəyə verilmiş torpaq sahəsi kifayət etmirmiş. 43 saylı notariat kontorunda verilmiş 10.06.2016-cı il tarixli icarə müqaviləsindən də görünürmüş ki, X3 MAP MMC-in rəhbərliyinə qeyd olunan torpaq sahəsinin ona məxsus olmasını bildirərək satmışdır. Lakin sonradan ona məlum olmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 22-ci dağlıq küçəsi, 3223cü məhəllədə yerləşən torpaq sahəsinin, ümumiyyətlə, çıxarışı olmamış, həmin torpaq sahəsi ümumiyyətlə Elşad Tağıyevə məxsus olmamışdır. Elşad Tağıyev həmin torpaq sahəsini Binəqədi rayonu, Rəsulzadə qəsəbə bələdiyyəsindən almışdır. Tağıyev Elşad ona görə bu torpaq sahəsini yeznəsinə borcu müqabilində icarə müqaviləsi əsasında vermiş, yalandan da demişdir ki, guya torpaq sahəsi özünə məxsus imiş, sənədləri var imiş, gələcəkdə verəcəkmiş. İlkin Elşada inandığı üçün bilməmişdir ki, torpaq sahəsinin sənədləri yox imiş. Sonradan həmin torpaq sahəsi Bakı şəhəri, İcra Hakimiyyətinin balansında olmasını bilmişdir. Rəsmi olaraq Bakı şəhəri İcra Hakimiyyətinə müraciət etmişdir. Halbuki, Elşad həmin torpaq sahəsini Rəzulsadə qəsəbə bələdiyyəsindən almışdır. Bələdiyyə öz balansında olmayan torpaq sahəsini necə Elşada verməsi sual altında imiş. O, Bakı şəhəri İcra Hakimiyyətinə müraciət etdikdən sonra MAP MMC ilə Bakı şəhəri İcra hakimiyyəti arasında 30.05.2018-ci il tarixdə 1484 nömrəli icarə müqaviləsi bağlanılmış və Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə küçəsi, 22-ci dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən 1458 kv metr torpaq sahəsi 49 illik icarə müqaviləsi əsasında MAP MMC-in istifadəsinə verilmişdir. Bakı şəhəri İcra hakimiyyəti Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 22-ci dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən torpaq sahəsinə dair 30.05.2018-ci il müqaviləyə əlavə dəyişikliklərin edilməsi haqqında 19.11.2019-cu il tarixdə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə küçəsi, 22-ci dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən torpaq sahəsinin ölçüsü 1458 kvm-dən 2462 kvm qədər artırılmışdır. Həmçinin müqaviləyə əsasən torpaq sahəsinin icra haqqı 9226.67 manat müəyyən edilmişdir. Onun Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 22-ci dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən torpaq sahəsində bina tikintisinin aparılmasına görə atdığı bütün addımlar qanuni sənədləşdirmə çərçivəsində olmuşdur. Həmin icarə müqaviləsinin məzmunundan da görünürmüş ki, icarəyə verilmiş 2462 kvm torpaq sahəsi Bakı şəhəri İcra hakimiyyətinin Başçısının 10.02.2017-c il tarixli, 53 saylı sərəncamına və 16.03.2018-ci il tarixli 13384 saylı pasportuna əsasən Bakı şəhəri İcra Hakimiyyətinin Balansında olmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 22-ci dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən 2462 kvm torpaq sahəsi 49 il müddətinə MMC-yə verilmişdir. 07.05.2020-ci il tarixdə 38 nömrəli obyektin tikintisinə icazə sənədi alınmışdır. Həmin obyektin tikintisinə verilən sənəddə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 22-ci dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən 2462 kvm torpaq sahəsində tikinti aparılacaq ərazinin döngə nöqtələri və kordinantları tam və yerində dəqiqləşdirilmiş, tikiləcək binanın ümumi sahəsi, tikinti mərtəbələrinin sayı tam dəqiqləşdirilmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğun olması barədə 31.01.2020-ci il tarixdə 02/418 nömrəli rəy alınmışdır. Bundan başqa, Azərbaycan Respublikası FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekspertiza İdarəsindən, Səhiyyə Nazirliyi Respublika Epidemiologiya və Gigiyena Mərkəzindən müvafiq rəylər alınmışdır. 2018-ci ilin yaz aylarında torpaq sahəsini hasarlamış. Hasarın daxilinə bəzi sakinlərin özbaşına zəbt etdikləri qaraj və bağ sahələri olsa da halallıq naminə həmin şəxslərin pulu ödənilmişdir. 14 may 2020-ci il tarixdə saat 17 radələrində tikinti yerində olarkən markasını və modelini xatırlamadığı metalik rəngli avtomobil binanın hasarlarının giriş qapısının qarşısında saxlamışdır. Avtomobildən sürücü ilə birlikdə 4 nəfər şəxs düşmüşdür. Həmin şəxsləri əvvəllər görməmişdir, tanımırmış. Onlar avtomobildən düşən kimi ucadan, ətrafda dayanan adamların eşidə biləcəyi formada, qışqıra-qışqıra binanı tikənlərin, tikdirənin, işçilərin ünvanına nalayiq formada söyüşlər söyməyə başlamışlar. O, həmin şəxslərə yaxınlaşmış, iradını bildirmiş. Demişdir ki, “ayıbdı, yay ayıdı, camaatın pəncərəsi açıqdı, söyüş söymək olmaz”. Demişdir ki, “binanın yeri mənə məxsusdur, qanunidir, sənədlərim var, siz kimsiz, özünüzü təqdim edin, dövlət adamısınızsa sənədləri gedin, gətirin, göstərin”. Həmin şəxslərdən biri-adını sonradan bildiyi Əflatun iddia etmişdir ki, torpaq sahəsi məxsus olmuşdur. Elşadın qardaşı imiş. Həmin şəxs demişdir ki, “MMC-ni o almışdır, torpaq sahəsi ona məxsus imiş. Bütün sənədləri var imiş, gözləyin gedim, gətirim”. Həmin şəxslər Ceyhun, Elçin, Mütəllim və Əflatun onu dövriyyəyə almışlar. Onu torpaq sahəsindən çıxarmağa çalışmışlar. Ceyhun boyun nahiyəsinə yumruqla vurub onu təhqir etmiş. Sahədə işləyən eskavator sürücüsünə hücum çəkmişlər. İşi dayandırmağı tələb etmişlər.O, dərhal 102 xidmətinə zəng vurmuşdur. Məlumat vermişdir. Onlardan da ərazini tərk etməyi xahiş etmişdir. Özünü Elşadın qardaşı kimi təqdim edən Əflatun onu itələyərək yerə yıxmışdır. O, ayağa qalxmış, özünü soyuqqanlı apararaq tələb etmişdir ki, qanunsuz əməllərinə son qoysunlar. Onlar 4-ü də birlikdə üzərinə cummuşlar, biri qolundan dartmış, biri çiynindən vururmuş, biri söyüş söyürmüş, təpik atır, onu zorla sahədən çıxarmağa çalışırmışlar. O, yenidən tələb etmiş ki, olmaz, bu zaman Mütəllim adlı şəxs üzərinə hücum çəkərək tullanıb boynundan tutub yerə yıxmış. O, sifətini tutmuşdur ki, sifətinə təpik dəyməsin. Bu zaman Elçin yerdə onu təpikləmişlər. Onu yerə yıxdıqdan sonra təpikləmişlər. Sonra polislər gəlmişdir. Onları bölməyə aparmışlar. Ərazidə onu döyən zaman xalasıoğlu Vüqar öz telefonu ilə hadisəni çəkmək istəyəndə də təzyiq göstərib qoymamışlar. Amma bir təhər Vüqar onu Mütəllimin yerə yıxan görüntülərini PB-nə təqdim etmişdir. Qabırğasının qırılması Mütəllimin onu vurmasından yaranmışdır. O, mütəllimlə barışmamış və ondan şikayətçidir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun tanışıdır. Onun yanına ara-sıra gəlib gedirmiş, Zamirin qaynı X7 Tağıyevlə şərikdirlər. Elşadgil həmkəndlisidir. Əvvəllər bina tikintisi ilə məşğul olublar. Elşad Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, küçəsi 22-ci Dağlıq küçəsi 3223 məhəllədə yerləşən torpaq sahəsini "xxxx" MMC-nin rəhbəri İlkin Şükürova dəqiq bilmədiyi məbləğə icarəyə vermişdir. Zamir "xxxx" MMC-in həm təsisçisi, həm direktorudur. Cəmiyyət əvvəllər yeznəsi İlkin Şükürova məxsus olub. X3 ilə şərik olub. Elşadın İlkinə 125000 ( bir milyon iki yüz əlli min ) manat borcu olub. Borca görə özünə məxsus olmasını iddiya etdiyi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən 1200 kv.metr sahəni İlkinə satmağa razılaşmışdır. İlkinlə əvvəllər Elşadın münasibəti yaxşı olduğuna görə həmin torpaq sahəsini 2016-cı ildə 10 illik notariat qaydasında bağlanmış icarə müqaviləsi əsasında 400000 (dörd yüz min) manata qiymətləndirmişdir. Elşad İlkinə demişdir ki, həmin torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənədləri vardır və tez bir zamanda onun adına sənədləşdirəcəkdir. Elşad qalan 825000 ( səkki yüz iyirmi beş min ) manatı qaytarmadığına görə İlkinin maddi vəziyyəti pisləşdi və MMC-ni Zamirə satmağa qərarlaşdırdı. Zamir 2018-ci ildə MMC-ni İlkindən 360000 (üç yüz altmış min ) ABŞ dollarına almış, MMC ona məxsusdur. MMC-ni almaqda məqsədi əvvəlki işini, yəni bina tikintisi davam etdirmək olub. İlkin MMC-ni ona satdığı üçün Elşadın İlkinə icarəyə verdiyi torpaq sahəsini də Zamirin mülkiyyətinə keçmişdir. Bina tikmək üçün həmin icarəyə verilmiş torpaq sahəsi kifayət etmirdi. 43 saylı notariat kontorunda verilmiş 10.06.2016-cı il tarixli icarə müqaviləsindən də görünür ki, X3 MAP MMC-in rəhbərliyinə qeyd olunan torpaq sahəsinin ona məxsus olmasını bildirərək satmışdır. Lakin sonradan məlum olmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə küçəsi, 22-ci dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən torpaq sahəsinin ümumiyyətlə çıxarışı olmamış, həmin torpaq sahəsi, ümumiyyətlə, Elşad Tağıyevə məxsus olmamışdır. Elşad Tağıyev həmin torpaq sahəsini Binəqədi rayonu, Rəsulzadə qəsəbə bələdiyyəsindən almışdır. Tağıyev Elşad ona görə bu torpaq sahəsini yeznəsinə borcu müqabilində icarə müqaviləsi əsasında vermiş, yalandan da demişdir ki, torpaq sahəsi ona məxsusdur. Sənədləri var, gələcəkdə verəcəkmiş. İlkin Elşada inandığı üçün bilməmişdir ki, torpaq sahəsinin sənədləri yoxdur. Sonradan həmin torpaq sahəsi Bakı şəhəri, İcra Hakimiyyətinin balansında olmasını bilmişdir. Rəsmi olaraq Bakı şəhəri İcra Hakimiyyətinə müraciət etmişdir. Halbuki, Elaşd həmin torpaq sahəsini Rəzulsadə qəsəbə bələdiyyəsindən almışdır. Bələdiyyənin öz balansında olmayan torpaq sahəsini necə Elşada verməsi sual altındadır. Onlar Bakı şəhəri İcra Hkimiyyətinə müraciət etdikdən sonra MAP MMC ilə Bakı şəhəri İcra hakimiyyəti arasında 30.05.2018-ci il tarixdə 1484 nömrəli icarə müqaviləsi bağlanılmış və Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə küçəsi, 22-ci dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən 1458 kv metr torpaq sahəsi 49 illik icarə müqaviləsi əsasında MAP MMC-in istifadəsinə verilmişdir. Bakı şəhəri İcra hakimiyyəti Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə küçəsi, 22ci dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən torpaq sahəsinə dair 30.05.2018-ci il müqaviləyə əlavə dəyişikliklərin edilməsi haqqında 19.11.2019-cu il tarixdə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə küçəsi, 22-ci dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən torpaq sahəsinin ölçüsü 1458 kvm-dən 2462 kvm qədər artırılmışdır. Həmçinin müqaviləyə əsasən torpaq sahəsinin icra haqqı 9226.67 manat müəyyən edilmişdir. Zamirin Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə küçəsi, 22-ci dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən torpaq sahəsində bina tikintisinin aparılmasına görə atdığı bütün addımlar qanuni sənədləşdirmə çərçivəsində olmuşdur.Həmin icarə müqaviləsinin məzmunundan da görünür ki, icarəyə verilmiş 2462 kvm torpaq sahəsi Bakı şəhəri İcra hakimiyyətytinin Başçısının 10.02.2017-c il tarixli, 53 saylı sərəncamına və 16.03.2018-ci il tarixli 13384 saylı pasportuna əsasən Bakı şəhəri İcra Hakimiyyətinin Balansında olmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə küçəsi, 22-ci dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən 2462 kvm torpaq sahəsi 49 il müddətinə MMCyə verilmişdir. 07.05.2020-ci il tarixdə 38 nömrəli obyektin tikintisinə icazə sənədi alınmışdır. Həmin obyektin tikintisinə verilən sənəddə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə küçəsi, 22-ci dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən 2462 kvm torpaq sahəsində tikinti aparılacaq ərazinin döngə nöqtələri və kordinantları tam və yerində dəqiqləşdirilmiş, tikiləcək binanın ümumi sahəsi tikinti mərtəbələrinin sayı tam dəqiqləşdirilmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğun olması barədə 31.01.2020-ci il tarixdə 02/418 nömrəli rəy alınmışdır Bundan başqa Azərbaycan Respublikası FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekspertiza İdarəsindən, Səhiyyə Nazirliyi Respublika Epidemiologiya və Gigiyena Mərkəzindən müvafiq rəylər alınmışdır. 2018-ci ilin yaz aylarında torpaq sahəsini hasarlamış. Baxmayaraq ki, hasarın daxilinə bəzi sakinlərin özbaşına zəbt etdikləri qaraj və bağ sahələri olsa da halallıq naminə onların pulu ödənildi. 14 may 2020-ci il tarixdə saat 17 radələrində tikinti yerində olarkən markasını və modelini xatırlamadığı metalik rəngli avtomobil binanın hasarlarının giriş qapısının qarşısında saxladı. Avtomobildən sürücü ilə birlikdə 4 nəfər şəxs düşdü. Həmin şəxsləri əvvəllər görməmişdi, tanımırdı. Onlar avtomobildən düşən kimi binanı tikənlərin,ünvanına iradla danışmağa başlamışlar. Zamir onlara yaxınlaşdı, iradını bildirdi və binanın yeri ona məxsus olduğunu bildirib qanuni sənədlərin olmasını bildirdi. Onlardan biriadını sonradan bildiyi Əflatun iddia etdi ki, torpaq sahəsi ona məxsusdur. Elşadın qardaşıdır. Zamir də demişdir ki, MMC-ni mən almışam. Torpaq sahəsi ona məxsusdur. Bütün sənədləri var, gözləyin gətirsin. Onlar Ceyhun,Elçin, Mütəllim və Əflatun Zamiri dövriyyəyə almışlar. Zamir dərhal 102 xidmətinə zəng vurmuşdur.Bu zaman Mütəllim adlı şəxs Zamirin üzərinə hücum çəkərək tullanıb boynundan tutub yerə yıxmışdır. O, sifətini tutmuşdur ki, sifətinə təpik dəyməsin. Bundan sonra polislər gəlmişlər. Onları bölməyə aparmışlar. Hadisənin baş vermə səbəbi Zamirə məxsus torpaq sahəsinin guya onlara məxsus olmasını bildirmələri və Zamirin tikinti aparmağının qarşısını almaq istəmələri olub. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid4, digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasına çağırılmış şahidlər Şahid2 Elminağa oğlu və Şahid5 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Cinayət işinin materiallarından görünür ki, cinayət işinin başlanılmasına əsas və səbəb Zərərçəkmiş şəxs 14 may 2020-ci il tarixdə Azərbaycan Respublikası Dİn-in “102” xidməti-zəng mərkəzi sisteminə telefonla zəng vurub ünvan 3 ünvanda Təqsirləndirilən şəxs tərəfindən döyülməsinə dair vermiş olduğu məlumat və Binəqədi RPİ-nin TŞ-nə yazmış olduğu ərizə əsasında toplanmış sənədlər və onun sağlamlığına yüngül zərərvurmaya dair xəsarətin yetirilməsi faktı və Binəqədi RPİ-nin 40-cı PB-də toplanmış HK-1 258 saylı toplanmış təhqiqat materialları olmuşdur. Cinayət işinin materiallarından görünür ki, 05 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 221.1.-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, həmin maddə ilə ittiham elan olunmuşdur. Cinayət işinin materiallarından görünür ki, 05 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs istintaqa vermiş olduğu ifadəni Təqsirləndirilən şəxs üzünə deməklə təsdiqləmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş CD diskə ilkin araşdırma zamanı Binqədi RPİ-nin 40-cı PB-in sabiq baş təhqiqatçısı, polis baş leytenantı Elşən Əbdülhüseynli tərəfindən baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, SD diskdə 2 videofayl aşkar olundu. İ videofayla baxış zamanı müəyyən edilmişdir ki, qeyd olunan videogörüntü 03 dəqiqə 10 saniyədən ibarətdir. Qeyd olunan görüntünün birinci saniyəsində vət.Zərərçəkmiş şəxs və vət.Təqsirləndirilən şəxs və Şahid3 ilə üzbə-üz dayanması və vət Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə söhbət etdiyi müəyyən edilmişdir. Onların nə barədə danışması səsləri aydın şəkildə gəlmədiyindən müəyyən etmək mümkün olmamışdır. Sonradan vət.Təqsirləndirilən şəxs geriyə gedir və bu zaman vət.Şahid3 nə baş verməsini anlayaraq geriyə çəkilir. Görünütün 22 saniyəsində vət.Zərərçəkmiş şəxs vət.Təqsirləndirilən şəxs və tikinti aparılan yerə gəlmiş digər şəxslərdən çölə çıxmağı tələb edir. Təqsirləndirilən şəxs aqressiv şəkildə kimə çıx çölə deyirsən deyə soruşur. Zərərçəkmiş şəxs yenidən çıx çölə deyir və ondan ərazini tərk etməsini tələb edir. Təqsirləndirilən şəxs əsəbi şəkildə-“Əl qolunu yığışdır, sənə biz üz vermişik” sözlərini deyir. Bundan sonra X5 Talıbovu arxa tərəfdən itələyərək ”Sənədini göstərəndə gələrsən” deyir, Zərərçəkmiş şəxs torpaq sahəsinin girişinə tərəf itələyir. Zərərçəkmiş şəxs giriş hissədən uzaqlaşaraq geri çəkilmək istəyən zaman Şahid4 Əfaltun Tağıyevin yan tərəfindən keçib Zərərçəkmiş şəxs itələməyə çalışır. 2-ci görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, görüntü 3 saniyədən ibarətdir. Qeyd edilən görüntüdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs boğaz və çənə nahiyəsindən tutaraq onu itələyir və Zərərçəkmiş şəxs yerə yıxılır. Cinayət işinin materiallarından görünür ki, istintaq zamanı iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 18 may 2020-ci il tarixli 721 nömrəli rəyindən müəyyən olunur ki, 1.Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər-Sağ İX qabırğanın yerdəyişməyən sınığı ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının bayır səthinin qançırsıyrıqları, sağ bazu və sağ bud nahiyələrinin qançırları bərk küt əşyanın ( əşyaların ) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, dərəcələrinə görə sağ İX qabırğanın yerdəyişməyən sınığı ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının bayır səthinin qançır-sıyrıqları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər qançırlar isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin olunmur.2. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 14 may 2020-ci il tarixdə yumruq və təpiklə vurulan zərbərlər nəticəsində əmələ gələ bilərdilər. Cinayət işinin materiallarından görünür ki, istintaq zamanı təyin olunmuş təkrar məhkəmə-tibbi ekspertizası üzrə 30.09.2020-ci il tarixli 255/2020 nömrəli rəyindən müəyyən olunur ki, 1-3. Vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sağ İX qabırğanın yerdəyişməyən sınığı ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının bayır səthinin qançırsıyrıqları, sağ bazu və sağ bud nahiyələrinin qançırları-bərk küt əşyanın ( əşyaların ) təsirindən yıxılma zamanı deyil, qərarda təsvir olunan şəraitdə və vaxtda, yəni 14.05.2020-ci ildə yumruq və təpiklə vurulan zərbələr nəticəsində törənə bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının təsiri altına düşür. Belə ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci hissəsinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Habelə, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 10 və 11-ci hissələri ilə müəyyən edilmiş məhdudiyyətlərin dairəsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində amnistiyanın tətbiqinə məhdudiyyət yoxdur. Bununla yanaşı, məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdfiəçisi təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata sözügedən amnistiya aktına əsasən xitam verilməsinə etiraz etməmişlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1-ci maddəsinə görə aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda... CPM-in 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğunu, barəsində amnistiyanın tətbiqinə məhdudiyyət olmadığını, cinayət işi üzrə icraata amnistiya aktına əsasən xitam verilməsinə razılığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə amnistiya aktı (“8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı) tətbiq olunmaqla cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 39, 43, 175, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9 və 9.1-ci hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri qüvvədə düşmüş sayılsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar