Məhkəmə qərarları › İş №1(001)-27/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-27/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-27/2025 09.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 14.35 Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili (təyinat üzrə) Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Möhsün Sənani küçəsi, ev 12-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, sonradan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-225/2024 saylı, 09 aprel 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş «həbs qətimkan tədbiri» «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin iyun ayında “İnstagram” internet sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs1 Bakı şəhərində yeni tikilib istifadəyə verilən yaşayış binalarının mənzillərinə internet istifadəsi üçün nəzərdə tutulan modemlərin alınması və quraşdırılmasını həyata keçirib istifadəyə verildikdən sonra sonuncuya hər ay 600-700 manat məbləğində pul verəcəyini yalan vəd verib aldadaraq bu məqsədlə 2021-ci ilin avqust ayının əvvəllərində günorta saatlarında Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon S.S.Axundov küçəsi Union Park yaşayış korpusunda sonuncudan 4 000 manat və 2021-ci ilin sentyabr ayının əvvəllərində günorta saatlarında eyni ünvanda, eyni məqsədlə 10 000 manat nağd pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 14.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin sentyabr ayında “Tik-tok” adlı internet sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs2 Gəncə şəhərində yaşadığı ünvanda çörək sexi açıb gəlir əldə edəcəyini, həmin çörək sexinə sonuncunu şərik etməklə əldə etdiyi gəlirdən hər ay 1000 manat pul verəcəyini yalan vəd verib aldadaraq bu məqsədlə Zərərçəkmiş şəxs2 2023-cü ilin fevral ayının əvvəlində günorta saatlarında Naxçıvan şəhəri B.Əliyev 20 ünvanında yerləşən Cahan Ticarət mərkəzindəki yerləşən MilliÖn aparatından Təqsirləndirilən şəxs məxsus 5213 6751 9321 2702 nömrəli "xxxx" adlı hesabına göndərdiyi 800 manatı, 2023-cü ilin mart ayının əvvəlində, günorta saatlarında eyni ünvanda yerləşən MilliÖn aparatından həmin kart hesabına göndərdiyi 1200 manatı, 19 mart 2023-cü il tarixdə saat 13:37 dəqiqədə Naxçıvan MR, Babək rayonu Qahab kəndində yaşadığı evdən özünə məxsus 5213 6751 9846 7632 nömrəli "xxxx" adlı hesabından həmin bank hesabına göndərdiyi 800 manatı, 2023-cü ilin aprel ayının əvvəlində, günorta saatlarında Naxçıvan şəhəri B.Əliyev 20 ünvanında yerləşən Cahan Ticarət mərkəzindəki MilliÖn terminalından Təqsirləndirilən şəxs məxsus 5213 6751 9321 2702 nömrəli "xxxx" adlı hesabına göndərdiyi 1500 manatı, 2023-cü ilin aprel ayının ortalarında, günorta saatlarında həmin MilliÖn terminalından həmin bank hesabına göndərdiyi 1000 manatı, 2023-cü ilin aprel ayının sonlarında, günorta saatlarında həmin MilliÖn terminalından həmin bank hesabına göndərdiyi 1125 manatı, 06 may 2023-cü il tarixdə saat 14:23 dəqiqədə Babək rayonu Qahab kəndində yaşadığı evdən özünə məxsus 5213 6751 9846 7632 nömrəli "xxxx" adlı hesabından Təqsirləndirilən şəxs məxsus 5213 6751 9321 2702 nömrəli "xxxx" adlı hesabına göndərdiyi 700 manatı, 19 may 2023-cü il tarixdə saat 15:44 dəqiqədə Naxçıvan şəhəri B.Əliyev 20 ünvanında yerləşən Cahan Ticarət mərkəzindəki MilliÖn terminalından Təqsirləndirilən şəxs qardaşı Şahid2 məxsus 4169 7388 6173 4840 nömrəli "xxxx" adlı hesabına göndərdiyi 2500 manat pulu, 22 may 2023-cü il tarixdə saat 17:46 dəqiqədə Babək rayonu Qahab kəndində yaşadığı evdən özünə məxsus 5213 6751 9846 7632 nömrəli "xxxx" adlı hesabından Təqsirləndirilən şəxs məxsus 5213 6751 9321 2702 nömrəli "xxxx" adlı hesabına göndərdiyi 50 manatı, 01 iyun 2023-cü il tarixdə saat 23:43 dəqiqədə həmin ünvandan özünə məxsus 5213 6751 9846 7632 nömrəli "xxxx" adlı hesabından Təqsirləndirilən şəxs məxsus 5213 6751 9321 2702 nömrəli "xxxx" adlı hesabına göndərdiyi 300 manatı, 08 iyun 2023-cü il tarixdə saat 20:40 dəqiqədə həmin ünvandan özünə məxsus 5213 6751 9846 7632 nömrəli "xxxx" adlı hesabından Təqsirləndirilən şəxs məxsus 5213 6751 9321 2702 nömrəli "xxxx" adlı hesabına göndərdiyi 200 manatı, 08 iyun 2023-cü il tarixdə saat 20:42 dəqiqədə həmin ünvandan özünə məxsus 5213 6751 9846 7632 nömrəli "xxxx" adlı hesabından Təqsirləndirilən şəxs məxsus 5213 6751 9321 2702 nömrəli "xxxx" adlı hesabına göndərdiyi 1100 manatı, 23 iyun 2023-cü il tarixdə saat 12:44 dəqiqədə həmin ünvandan özünə məxsus 5213 6751 9846 7632 nömrəli "xxxx" adlı hesabından Təqsirləndirilən şəxs məxsus 5213 6751 9321 2702 nömrəli "xxxx" adlı hesabına göndərdiyi 2000 manatı, 04 iyul 2023-cü il tarixdə saat 12:43 dəqiqədə həmin ünvandan özünə məxsus 5213 6751 9846 7632 nömrəli "xxxx" adlı hesabından Təqsirləndirilən şəxs məxsus 5213 6751 9321 2702 nömrəli "xxxx" adlı hesabına göndərdiyi 3000 manatı, 15 iyul 2023-cü il tarixdə saat 12:17 dəqiqədə həmin ünvandan özünə məxsus 5213 6751 9846 7632 nömrəli "xxxx" adlı hesabından Təqsirləndirilən şəxs məxsus 5213 6751 9321 2702 nömrəli "xxxx" adlı hesabına göndərdiyi 2525 manatı, sonuncu dəfə Bakı şəhəri Binəqədi rayonu “Atrium” əyləncə mərkəzinin yaxınlığında “Rahat” adlı marketdə yerləşən MilliÖn terminalından Təqsirləndirilən şəxs hesabına göndərdiyi 400 manatı alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 19.200 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-ci maddələri ilə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 ilə 2021-ci ilin yay fəslində “instagram” sosial şəbəkəsində tanış olmuşdur.O, Vüsalə ilə tanış olduqdan sonra sonuncunun mobil telefon nömrəsini soruşmuş və istifadə etdiyi ***-***-**-** nömrəli telefonu ilə Vüsalənin istifadə etdiyi ***-***-**-** nömrəsinə yazaraq sonuncu ilə yaxın münasibət qurmuşdur.Nəticədə onun Vüsalə ilə münasibəti sevgili münasibətinə çevrilmişdir.Onlar mobil telefon vasitəsi ilə tez-tez əlaqə saxlamış və Bakı şəhərində görüşüb söhbətləşmişlər. Tanışlıqdan bir müddət sonra Vüsalə ona rəfiqəsi X4 Respublikasına və Dubay şəhərinə aparmaq istədiyini, bununla bağlı Könülün Vüsaləyə pul verəcəyini demişdir.O, Vüsaləyə Türkiyə Respublikasına və Dubay şəhərinə getməməsini, Könülün verdiyi pulu götürməsini və birlikdə xərcləmələrini demişdir.Həmin ərəfədə Vüsalə ona bir dəfə 2 000 manat, bir dəfə 700 ABŞ dolları və sonuncu dəfə 2000 ABŞ dolları olmaqla ümumilikdə təxminən 6000 manat məbləğində pul vermişdir. O, hər gün Vüsalə ilə Bakı şəhərində görüşüb bahalı restoranlara, Teleqüllə restoranına yeyibiçməyə getmiş, həmçinin, Bakı şəhərinin müxtəlif ünvanlarında gəzmişlər.Birlikdə yedikləri yeməyin, içməyin və gəzməyin pulunu həmişə o, ödəmiş, beləliklə də, Vüsalənin verdiyi pulun hamısını xərcləmişdir.Sonra Vüsalə ondan pulunu istədikdə o, sonuncuya 3000 manat pul qaytarmışdır.Zərərçəkmiş şəxs1 yalan ifadə vermişdir.Belə ki, o, Vüsaləyə yeni yaşayış binalarında istifadə edilməsi üçün modem alıb qazanc əldə etmək üçün birlikdə işləməyi təklif etməmiş, bunun üçün Vüsalədən 4 000 manat pul almamışdır.Həmçinin, o, Vüsaləyə “28 May” metrostansiyasının yaxınlığından obyekt götürüb birlikdə restoran fəaliyyəti ilə məşğul olmağı təklif etməmiş, bunun üçün Vüsalədən 10 000 manat pul almamışdır.Bundan başqa, o, Zərərçəkmiş şəxs2 ilə bir il əvvəl, 2022-ci ilin sentyabr ayında internet sosial şəbəkəsində tanış olmuşdur.Həmin vaxt “Tik-tok” internet şəbəkəsində ona məxsus “BOOS_800_”səhifə olmuşdur.O, həmin səhifədə Şuşa şəhərində çəkdirdiyi videoları yerləşdirmişdir.Roza isə həmin videoların bir neçəsini bəyənib şərh yazmışdır.Roza onun səhifəsinə, həmçinin, istifadə etdiyi ***-***-**-** nömrəli telefonunun “Votsap” bölməsinə yazaraq təxminən 30.000 ABŞ dolları məbləğində pul borcunun olduğunu demişdir.Roza Bakı şəhəri Xətai rayonu Gəncə prospektində bina evində bir mənzilinin olduğunu, həmin mənzilini banka girov qoyub pul götürmək istədiyini, götürdüyü pulu borcuna verəcəyini demiş və həmin işdə köməklik etməsini xahiş etmişdir.Həmin ərəfədə o, Bakı şəhəri Səbail rayonunda yerləşən “Sea life” yaşayış kompleksində mühafizəçi işləmişdir. O, Rozaya bu barədə maraqlanıb kömək etməyə çalışacağını demişdir.Bir neçə gün sonra o, Yasamal rayonunda yerləşən “Finoco” adlı kredit təşkilatına getmiş və kredit şərtləri ilə maraqlanmışdır.Sonra o, öyrəndiyi məlumatı Rozaya bildirmişdir. 2022-ci ilin oktyabr ayında Roza yaşadığı Naxçıvandan Bakıya gəlmiş və o, sonuncu ilə görüşmüşdür.O, Roza ilə birlikdə “Finoco” adlı kredit təşkilatına getmişdir.Yoxlama zamanı Rozanın adına "xxxx"da 13 600 manat məbləğində kredit pul olduğu üçün həmin kredit təşkilatından Rozaya maksimum 9 000 manat pul verilə biləcəyini deyilmişdir.Lakin, faiz yüksək olduğu üçün o, Rozaya kredit pul götürməsini məsləhət bilməmişdir.Roza onunla mübahisə etmiş və sonuncunu aldatdığını demişdir.O, Rozaya adında kredit olduğunu bilmədiyini demişdir. Roza onunla mübahisə edib getmişdir. Roza bir neçə gün müddətində onun telefon nömrəsini blokladığı üçün o, sonuncu ilə danışmamışdır. Təxminən 15-20 gün sonra o, işdən çıxmış və Gəncə şəhərinə yaşadığı evə getmişdir.O, Gəncə şəhər polis idarəsinin 2-ci polis şöbəsində sahə müvəkkili vəzifəsində işləyən bibisi oğlu Şahid1 ilə görüşmüşdür. O, Elvinə işdən çıxdığını demişdir.Elvin ona boş dayanmamasını, bir iş qurub işləməsini demişdir. O, Elvinə yaşadığı evin həyətində olan köhnə evi təmir edib çörək sexi açmağı təklif etmişdir. Elvin ona “bacararsansa aç” demişdir. Elvin müştəri tapmaqda ona kömək edə biləcəyini demişdir. O, həyətdə olan evi qismən təmir etmişdir. O, bir ədəd lahmacun aparatı və xəmir yoğuran mikser almışdır.O, adını xatırlamadığı üç nəfər qadını sexə işə götürmüşdür.O, qeyri-rəsmi olaraq yuxa bişirtdirib satmağa başlamışdır. O, yuxa satmağı barədə telefonunun votsap bölməsində status paylaşmışdır. Roza onun statusuna “xeyirli olsun” yazmışdır. Sonra Roza ona yazaraq uşaqlarının hazırlığına görə ondan 200 manat borc pul istəmişdir. O, Rozaya məxsus ATB adlı bank kartına 200 manat pul göndərmişdir. Roza onunla danışaraq pula ehtiyacı olduğu sonuncunu da çörək sexinə şərik etməsini demişdir.O, Rozaya çörək sexindən yaxşı gəlir əldə etmək üçün çörək bişirən avadanlıq almağın və təcrübəli işçilər tapmaq lazım olduğunu demişdir.O, Rozaya yuxa aparatının qiymətinin 8 000 manat olduğunu demişdir. O, Rozaya pulu olmadığı üçün həmin aparatları ala bilmədiyini demişdir.Roza borc pul alıb ona göndərəcəyini, Rozanı çörək sexinə şərik etməsini demişdir. O, Roza ilə razılaşmışdır. O, Rozaya gündəlik xərclərin çıxılacağını, qalan gəlirin Rozaya məxsus olacağını, aparatları alıb işə başlayacağı halda hər ay təxminən 1500 manat gəlir əldə edəcəyini demişdir. Roza ona 500 manat pulu özünə götürməsini, qalan 1000 manat pulu Rozaya göndərməsini demişdir. O, Roza ilə razılaşmışdır. Roza ilk dəfə ona 2023-cü ilin mart ayında pul göndərmişdir.Belə ki, 19 mart 2023-cü il tarixdə Roza ona məxsus X12 kartına 800 manat pul göndərmişdir.Təxminən 10 gün sonra Roza onun bank kartına 1300 manat pul, 10-15 gün sonra isə təxminən 900 manat pul göndərmişdir. Bununla da, Roza ona cəmi 3 000 manat pul göndərmişdir.O, həmin pulla çörək sexinə un almış, işçilərin gündəlik əmək haqqısını vermişdir.O, Roza ilə danışaraq pulu hissə-hissə göndərəcəyi halda aparat ala bilməyəcəyini, sonuncuya ayın sonunda 1 000 manat pul verə bilməyəcəyini demişdir.Roza ona göndərdiyi pulu sələm formasında götürdüyünü, sələm verən şəxsdən pulun hamısını ala bilmədiyini, pulu hissəhissə aldığı üçün ona həmin formada pul göndərdiyini demişdir.O, çörək sexinə təcrübəli işçi axtarmağa başlamış, bu barədə sosial şəbəkələrdə elan paylaşmışdır.Lakin, o, təcrübəli işçi tapa bilməmişdir.Nəticədə çörək sexində işləyən şəxslər yuxanı düzgün bişirmədiyi üçün yuxalar geri qayıtmışdır. Bu səbəbdən də o, gəlir götürmək əvəzinə ziyana düşməyə başlamışdır.Çörək sexi təxminən bir ay fəaliyyət göstərmişdir. Sonra o, çörək sexinin fəaliyyətini dayandırmışdır. Roza pulu sələm götürdüyü üçün pulunu qaytarmasını ondan tələb etmişdir.Həmin ərəfədə o, Rozanın bank kartına 1500 manat pul göndərmişdir.O, Rozaya pul göndərməsi ilə bağlı çekin şəklini telefonunda saxlamışdır. Sonra Roza ona yenidən yazaraq çörək sexinin işini bərpa etməsini demişdir. O, Rozaya çörək sexinin işini bərpa etmək üçün avadanlıq almağın lazım olduğunu demişdir. Roza avadanlıq almaq üçün ona pul göndərəcəyini demişdir. O, Rozaya pulu hissə-hissə deyil, bötüvlükdə göndərməsini demişdir. Roza 10 gün müddətində ona pul göndərəcəyini demişdir. Bundan sonra Roza onun qardaşı Ülviyə məxsus bank kartına əvvəlcə 2000 manat pul göndərmişdir. İki gün sonra Roza həmin bank kartına 2500 manat pul göndərmişdir. O, Roza ilə danışaraq pulu yenə də hissə-hissə göndərdiyini demişdir. Roza probleminin olduğunu, ərinin işdən çıxarıldığını demişdir.O, Rozaya göndərdiyi pulu qaytarmaq istədiyini demişdir. Lakin, Roza razılaşmamış, pulu özündə saxlamasını, yenidən çörək sexinin fəaliyyətini bərpa etməsini demişdir. O, Rozaya avadanlıq almaq üçün pulun hamısını göndərməsini, bundan sonra çörək sexinin fəaliyyətini bərpa edəcəyini demişdir. Lakin, təxminən bir ay yarım ərzində Roza ona pul göndərməmişdir.Həmin müddətdə o, Rozanın göndərdiyi pulla Bakı şəhərindən yuxa bişirmək üçün iki ədəd sac almışdır. O, sacın bir ədədini 2500 manata almış və cəmi 5000 manat pul vermişdir. O, sacı Gəncə şəhərində yaşadığı ünvana aparmışdır. O, 8000 manat dəyərində yuxa əzmə avadanlığı ala bilmədiyi üçün çörək sexinin fəaliyyətini bərpa edə bilməmişdir. O, Roza ilə danışarkən sonuncuya bu barədə bildirmişdir. Roza yuxa əzmə avadanlığı almaq üçün ona 8000 manat pul göndərəcəyini demişdir. Bundan sonra Roza onun bank kartına bir neçə gündən bir olaraq hissə-hissə cəmi 11 700 manat pul göndərmişdir. Beləliklə, Roza ona cəmi 19 200 manat pul göndərmişdir. O, həmin pulun bir hissəsini işçilərin maaşına vermiş, bir hissəsi ilə isə ərzaq almışdır. Lakin, o, çörək sexini işlədə bilmədiyi üçün gəlir əldə edə bilməmiş və ziyana düşmüşdür. Roza pulu hissə-hissə göndərdiyi üçün və o, həmin pulu çörək sexinə xərclədiyi üçün aparat ala bilməmişdir. O, çörək sexini yaxşı işlədə bilməmiş və gəlir əldə edə bilməmişdir. Bu səbəbdən o, Rozaya hər ay 1000 manat pul göndərə bilməmişdir.Bundan sonra onunla Rozanın arasında narazılıq yaranmışdır. Roza onunla danışaraq göndərdiyi pulu sələm formasında götürdüyünü, borca düşdüyünü demişdir. O, Rozaya pulunu qaytaracağını demişdir. Həmin ərəfədə Rozanın əri kimi təqdim etmiş Bədəl Həsənov adlı şəxs ona zəng edərək Roza ilə arasında olan pul haqq-hesabı barədə məlumatının olduğunu, Rozanın pulunu qaytarmağın lazım olduğunu demişdir. O, Bədələ ayın sonunadək Rozanın pulunu hissəhissə qaytarmağa başlayacağını demişdir. Bədəl isə ona ayın sonunadək deyil, 10 gün gözləyəcəklərini, həmin müddət ərzində pulu qaytarmayacağı halda Rozanın polisə şikayət edəcəyini demişdir. Həmin müddət ərzində o, Rozanın pulunu qaytara bilmədiyi üçün sonuncu onun barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə şikayət etmişdir. Roza ona cəmi 19 200 manat pul vermişdir. O, Rozaya bir dəfə 1500 manat pul qaytarmışdır. Sonra Rozaya o, hissə-hissə 1 300 manat pul vermişdir. Beləliklə də, o, Rozaya cəmi 2800 manat pul qaytarmış, sonuncuya 16 400 manat pul borcu qalmışdır. O, həmin pulu hər ay hissə-hissə qaytarmağa söz vermişdir. Təqsirləndirilən şəxs həmçinin, ifadəsində göstərmişdir ki, telefonla sexin və aldığı əşyaların fotoşəklini çəkib votsap vasitəsi ilə Rozaya göndərmişdir.Eləcə də, o, telefonun votsapı ilə Roza ilə görüntülü danışarkən sonuncu sexi və aldığı əşyaları, sexin işləməsini, işçilərin fəaliyyətini görmüşdür.Türkiyə Respublikasında onun Əhməd adlı tanışı zərgər işləmişdir.O, Əhmədin yanına gedib işləmək üçün Rozadan 3 000 manat pul almışdır.Sonra Roza ona sonuncunun pulunu atıb qaçacağını, Türkiyəyə getməməsini dediyi üçün o, getməmişdir.O, Gəncə şəhərində köhnə metal zavodunun olduğunu, həmin zavodu adına özəlləşdirəcəyini, bunun üçün 7 000 manat pulun lazım olduğunu, ilkin olaraq Rozanın 2 500 manat pul verməli olduğunu, qalan pulu Vüsalə adlı tanışından alacağını, zavodu aldıqdan sonra metalları satıb əldə etdiyi pulla Rozanın pulunu qaytaracağını demiş, lakin, həmin məsələ ilə bağlı Roza ona pul göndərməmişdir. Roza onun 400 manat pul istədiyini, həmin pulla 23 qramlıq gümüş əşyası alıb qızıl suyuna batırıb qızıl adı ilə lombarda qoyub 3 000 manat pul götürəcəyini və Rozaya göndərəcəyini yalan demişdir. Bununla bağlı o, Rozaya heç bir söz deməmiş, sonuncudan 400 manat pul istəməmiş və almamışdır.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı qismən qaytarmasını, zərərçəkmiş şəxslərlə vurulmuş ziyanın ödənilməsi ilə bağlı barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını, ilk dəfə məhkum olunmasını və gənc olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, 16 avqust 2022-ci il tarixdə o, “Tiktok” internet şəbəkəsində “Sureyya085” adlı səhifəsi ilə “@BOOS_800” adlı səhifənin sahibi olan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. O, “Tiktok” sosial şəbəkəsində bir müddət Elnurla söhbət etmiş, sonra bir-birinə mobil nömrələrini verib “WhatsApp” ani mesajlaşma vasitəsilə danışmağa başlamışlar. Söhbət zamanı Elnur ona əvvəllər İran İslam Respublikasından plastik borular gətirib Azərbaycan Respublikası ərazisində satdığını və pul qazandığını bildirmişdir. Elnur sonradan həmin işlə məşğul olmadığını, buna səbəb isə dostu və qeyri-rəsmi yaşadığı bir nəfər qadının Elnurun həmin işdən əldə etdiyi pulları xərclədiyini, bu səbəbdən həmin işlə məşğul ola bilməsi üçün pul vəsaitinin olmadığını demişdir. O, Elnura pul borcunun olduğunu və həmin borcunu ödəmək istədiyini bildirmişdir. Elnur ona şərikli formada hər hansı bir iş qurmağı, həmin işdən gəlir əldə etmələrini təklif etmişdir. O, Elnurdan nə kimi iş qurmalarını soruşmuşdur. Elnur Gəncə şəhərində yaşadığı üçün həmin şəhərdə çörək sexi götürmələrini, Gəncə şəhər polis idarəsində işləyən bibisi oğlu Elvin adlı şəxsin də onlarla şərik olacağını, Elvinin də həmin sexi açıb işlətmələri üçün pul vəsaiti qoyacağını demişdir. Danışıqlarına əsasən həmin sexin Gəncə şəhərində yerləşən evin həyətində olduğu, həmin sexin Elvinə məxsus olduğu, işə başlayacaqları təqdirdə yer sahibi kimi Elvinin şərik olacağını, həmin sexin kommunal xərclərini Elvinin qarşılayacağını, Elnurun həmin sexi təmir etdirəcəyini, həmin sexin işə başlanması üçün mikser, kündə aparatı, bu kimi avadanlıqların alınması üçün də onun pul verməli olduğunu Elnur ona demişdir. O, da razılaşmışdır. Bundan sonra Elnur ona həmin sexin fəaliyyətə başlaması üçün 2023-cü ilin fevral ayından etibarən sexi təmir etdirməyə başlayacağını, sex üçün avadanlıqların alınmasından ötrü də onun sonuncuya pul göndərməyini demişdir. Elnurun deməsi ilə 2023-cü ilin fevral ayının əvvəlində xatırlamadığı gün o, Naxçıvan şəhəri “Cahan” Ticarət mərkəzində yerləşən MilliÖn aparatından Elnura məxsus 5213 6751 9321 2702 nömrəli bank kartına 800 manat pul göndərmişdir. Sonra 2023-cü ilin mart ayının əvvəlində xatırlamadığı gün o, həm ünvandan həmin aparat vasitəsi ilə Elnura məxsus həmin bank kartına 1 200 manat pul göndərmişdir. 19 mart 2023-cü il tarixdə saat 13:37 dəqiqədə o, Naxçıvan rayonu Qahab kəndində yaşadığı evdən özünə məxsus "xxxx" ASC-yə məxsus 5213 6751 9846 7632 nömrəli bank kartından Elnura məxsus karta 800 manat pul göndərmişdir. 2023-cü ilin aprel ayından 2023-cü ilin iyul ayına qədər o, əvvəl göndərdiyi pullarla birlikdə Elnura ümumilikdə 13 200 manat pul göndərmişdir. O, pul göndərdiyi vaxtlarda 2023-cü ilin mart ayında Elnur ona sexin işə başladığını bildirmişdir. 2023-cü ilin aprel ayında Elnur ona sexin fəaliyət göstərdiyi zaman əldə olunan pulun işçilərin maaşına və sexin xərclərinə getdiyini bildirmişdir.O, əlavə olaraq qeyd etdiyi pulları Elnura sonuncunun ona sexin bəzi hissələrinin təmir olunmadığını, həmin hissələrin təmiri üçün pulun lazım olmasını dediyi üçün göndərmişdir. 2023-cü ilin iyul ayında Elnur ona sexdə olan işçilərin maaşlarını ödədikdən sonra gəlirin qalmamasını, sex üçün avadanlıqlar alınmasını, avadanlıqlar alındıqdan sonra sexdə işçilərin çoxuna ehtiyac olmayacağını, həmin işçiləri işlətməyəcəyini və gəlirin özlərinə qalacağını demişdir.Elnur avadanlıqalrın alınmasına pul lazım olduğunu, avadanlıqların alınması üçün qohumu Elvinlə birlikdə 36 000 manat pul qoyduqlarını, həmin avadanlıqların ölkəyə gətirilməsi, gömrük rüsumunun verilməsi və sac aparatının alınması üçün onun 8 000 manat pul göndərməsini demişdir. O, razılaşmış, lakin 8 000 manat deyil, hissə-hissə olmaqla 2023-cü ilin iyul ayında 6000 manat pulu Elnurun bank kartı hesabına göndərmişdir. 2023-cü ilin iyul ayının sonlarında o, Elnurdan avadanlıqları alıb-almadığını, sexin işə başlayıb-başlamadığını, işlərin necə getməsi barədə soruşmuşdur. Elnur ona avadanlıqların alındığını, qutuların içərisində olduğunu, lakin sacın gəlmədiyi üçün işə başlanmamasını demişdir. O, Elnura sexin və alınmış avadanlıqların fotoşəkillərini çəkib ona göndərməsini demişdir.Elnur şəkilləri göndərəcəyini deməsinə baxmayaraq göndərməmişdir.Elnurun ona avadanlıqlar alınmasını və sexin işə başlamasını deməsinə baxmayaraq avadanlıqların və sexin şəkillərini çəkib ona göndərməməsinə görə o, Elnurun qohumu Elvinə zəng etmişdir.O, Elvinə baş verənləri danışıb həmin sexin işləyib-işləmədiyini, avadanlıqların alınıbalınmadığını soruşmuşdur. Elvin ona 2023-cü ilin mart ayında sexin işə başlaması üçün 240 manat pul verdiyini, sexin 2023-cü ilin mart ayında işə başladığını, lakin aprel ayında sexin xərclərini ödəyə bilmədiyi üçün işi dayandırdıqlarını bildirmişdir.Elvin ona Elnurun sex üçün avadanlıqlar alması və sexin işə başlayacağı barədə söhbətlərdən xəbərinin olmadığını, aprel ayında həmin sexin işinin dayanmasını, bundan sonra Elvinin heç nəyə qarışmadığını və məlumatının olmadığını bildirmişdir. Bundan sonra o, Elnura zəng edib Elvinlə danışdığını, Elnurun sexin işləməsi və avadanlıqların alınması ilə bağlı yalan danışdığını demişdir.Elnur ona işin alınmadığını, lakin ona demək istəmədiyini demişdir.O, Elnura işin alınmadığı təqdirində əlavə olaraq ondan hansı səbəblə pul aldığını soruşmuşdur.Elnur ona Gəncə şəhərində sələm verən şəxslərdən pul aldığını, həmin şəxslərə borcunun olduğunu, həmin pulu qohumu Elvinin həmin şəxslərdən alıb Elnura verdiyini, ondan aldığı pulu həmin şəxslərə verməsi üçün Elvinə verdiyini demişdir.O, Elvinə zəng edib Elnurun dediklərini bildirmiş, Elvin ona Elnura pul göndərməməsini, Elnura inanmamasını, hansısa şəxsin vasitəsi ilə başqa şəxslərdən pul aldığını, sonra həmin pulu ödəmədiyi üçün həmin vasitəçi şəxsin pis vəziyyətə qaldığını demişdir. Sonra o, Elnurla danışan zaman sonuncu ona 2 000 manat pul göndərməsini, həmin pulu Elvin vasitəsi ilə sələm aldığı şəxsə verəcəyini, bununla da borcunun bağlanacağını, sonra Elvinin vasitəsi ilə həmin sələm verən şəxsdən 15 000 manat pul götürüb ona olan borcunu bağlayacağını, 2 000 manat göndərməyi barədə Elvinə heç nə deməməsini bildirmişdir. X10 səs yazısını ona məxsus mobil telefonun “WhatsApp” bölməsinə göndərmişdir. O, səs yazısına qulaq asdıqda Elvinin Elnura “nə oldu qız pulu göndərmədi” dediyini eşitmişdir.Bundan sonra o, “MilliÖn” aparatı vasitəsi ilə Elnura 2 000 manat pul göndərmişdir.Bir müddət sonra o, Elnurla danışmış və Elvinin vasitəsi ilə pul götürübgötürmədiyini soruşmuşdur. Elnur ona Elvinin pul yığışmadığını, pul yığışdığı zaman sələm verən şəxsin verəcəyini dediyini bildirmişdir.O, Elvinə zəng edib Elnurun bildirdiklərini demişdir.O, Elvinə sonuncunun 15 000 manat pul götürüb Elnura verəcəyini, Elnurun da həmin pulu ona verəcəyini demiş və Elvindən pul alıb-almadığını soruşmuşdur. Elvin də ona Elnura heç kimin pul verməyəcəyini, Elnurun onu aldatdığını demişdir. O, Elnurdan pulunu istəmiş, lakin, Elnur onun pulunu qaytarmamışdır. O, Elnurdan hər dəfə pulunu istədikdə sonuncu işləyib onun pulunu hissə-hissə ödəyəcəyini demişdir. O, Təqsirləndirilən şəxs pulu birlikdə iş qurub əldə olunan gəliri şərik bölmələri adı ilə vermişdir.2023-cü ilin fevral ayının əvvəlindən 10 avqust 2023-cü il tarixədək müddət ərzində o, hissə-hissə olmaqla ümumilikdə 19 200 manat məbləğində pulu öz adına olan "xxxx" ASC bank kartından Elnurun adına olan "xxxx" ASC-yə məxsus bank kartı hesabına və “MilliÖn” aparatı vasitəsilə həmin bank kartı hesabına göndərmiş, bir dəfə isə qardaşı Ülvinin adına olan "xxxx" ASC-yə məxsus bank kartı hesabına göndərmişdir. Belə ki, 2023-cü ilin fevral ayının əvvəlində xatırlamadığı gün o, Naxçıvan şəhəri Cahan Ticarət mərkəzində yerləşən MilliÖn aparatından Elnura məxsus 5213 6751 9321 2702 nömrəli bank kartına 800 manat pul göndərmişdir.2023-cü ilin mart ayının əvvəlində xatırlamadığı gün o, həm ünvandan həmin aparat vasitəsi ilə Elnura məxsus həmin bank kartına 1 200 manat pul göndərmişdir.O, 19 mart 2023-cü il tarixdə saat 13:37 dəqiqədə Naxçıvan rayonu Qahab kəndində yaşadığı evdən özünə məxsus "xxxx" ASC-yə məxsus 5213 6751 9846 7632 nömrəli bank kartından Elnura məxsus karta 800 manat pul göndərmişdir.2023cü ilin aprel ayının əvvəlində, birinci on günlüyündə xatırlamadığı gün o, Naxçıvan şəhəri B.Əliyev 20 ünvanında yerləşən Cahan Ticarət mərkəzində yerləşən MilliÖn terminalından Elnura məxsus bank kartına 1500 manat pul göndərmişdir.Həmin pulu göndərməyi ilə bağlı o, çeki saxlamamışdır. 2023-cü ilin aprel ayının ortalarında xatırlamadığı gün o, Naxçıvan şəhəri B.Əliyev 20 ünvanında yerləşən Cahan Ticarət mərkəzində yerləşən MilliÖn terminalından Elnura məxsus bank kartına 1 000 manat pul göndərmişdir.Həmin pulu göndərməyi ilə bağlı çeki saxlamamışdır. 2023-cü ilin aprel ayının sonlarında, üçüncü on günlüyündə xatırlamadığı gün o, Naxçıvan şəhəri B.Əliyev 20 ünvanında yerləşən Cahan Ticarət mərkəzində yerləşən MilliÖn terminalından Elnura məxsus bank kartına 1 125 manat pul göndərmişdir.Həmin pulu göndərməyi ilə bağlı o, çeki saxlamamışdır. 06 may 2023-cü il tarixdə saat 14:23 dəqiqədə Naxçıvan rayonu Qahab kəndində yaşadığı evdən özünə məxsus "xxxx" ASC-yə məxsus 5213 6751 9846 7632 nömrəli bank kartından Elnura məxsus karta 700 manat pul göndərmişdir.19 may 2023-cü il tarixdə saat 15:44 dəqiqədə o, Naxçıvan şəhəri B.Əliyev 20 ünvanında yerləşən Cahan Ticarət mərkəzindəki MilliÖn terminalından Elnurun qardaşı Ülviyə məxsus 4169 7388 6173 4840 nömrəli bank kartına 2 500 manat pul göndərmişdir. O, 22 may 2023-cü il tarixdə saat 17:46 dəqiqədə Naxçıvan rayonu Qahab kəndində yaşadığı evdən özünə məxsus "xxxx" ASC-yə məxsus 5213 6751 9846 7632 nömrəli bank kartından Elnura məxsus karta 50 manat pul göndərmişdir.01 iyun 2023-cü il tarixdə saat 23:43 dəqiqədə o, Naxçıvan rayonu Qahab kəndində yaşadığı evdən özünə məxsus "xxxx" ASC-yə məxsus 5213 6751 9846 7632 nömrəli bank kartından Elnura məxsus karta 300 manat pul göndərmişdir.08 iyun 2023-cü il tarixdə saat 20:40 dəqiqədə o, Naxçıvan rayonu Qahab kəndində yaşadığı evdən özünə məxsus "xxxx" ASC-yə məxsus 5213 6751 9846 7632 nömrəli bank kartından Elnura məxsus karta 200 manat pul göndərmişdir. 08 iyun 2023-cü il tarixdə saat 20:42 dəqiqədə o, Naxçıvan rayonu Qahab kəndində yaşadığı evdən özünə məxsus "xxxx" ASC-yə məxsus 5213 6751 9846 7632 nömrəli bank kartından Elnura məxsus karta 1100 manat pul göndərmişdir. 23 iyun 2023-cü il tarixdə saat 12:44 dəqiqədə o, Naxçıvan rayonu Qahab kəndində yaşadığı evdən özünə məxsus "xxxx" ASC-yə məxsus 5213 6751 9846 7632 nömrəli bank kartından Elnura məxsus karta 2000 manat pul göndərmişdir. 04 iyul 2023-cü il tarixdə saat 12:43 dəqiqədə o, Naxçıvan rayonu Qahab kəndində yaşadığı evdən özünə məxsus "xxxx" ASC-yə məxsus 5213 6751 9846 7632 nömrəli bank kartından Elnura məxsus karta 3000 manat pul göndərmişdir. Həmin pulun 30 manatı komissiya haqqı tutulduğu üçün Elnurun bank kartına 2970 manat pul çatmışdır. 15 iyul 2023-cü il tarixdə saat 12:17 dəqiqədə o, Naxçıvan rayonu Qahab kəndində yaşadığı evdən özünə məxsus "xxxx" ASC-yə məxsus 5213 6751 9846 7632 nömrəli bank kartından Elnura məxsus karta 2525 manat pul göndərmişdir. 31 iyul 2023-cü il tarixdə o, Elnurun barəsində şikayət ərizəsi yazıb göndərsə də sonuncu yenə də ondan pul istəməyə başlamışdır. 2023-cü ilin avqust ayının əvvəlində Elnur ondan 400 manat pul istəmişdir. 10 avqust 2023-cü il tarixdə o, Elnurla görüşüb çörək sexi barədə məsələni danışmaq üçün Bakı şəhərinə gəlmişdir. Lakin, Elnur onunla görüşmək üçün gəlməmiş və ondan 400 manat pul istəmişdir. O, həmin gün səhər saatlarında Bakı şəhərində olarkən Binəqədi rayonu “Atrium” əyləncə mərkəzinin yaxınlığında olan “Rahat” adlı marketdə yerləşən “MilliÖn” aparatı vasitəsilə Elnurun xatırlamadığı bank kartına 400 manat pul göndərmişdir. Bununla da, o, Elnura ümumilikdə 19200 manat pul göndərmişdir. 2023-cü ilin iyun ayının sonlarında o, Elnurun həmin sexi 2023-cü ilin mart ayında işlətməyə başladığını, 2023-cü ilin aprel ayında gəlir əldə edə bilmədiyi üçün sexin fəaliyyətinin dayandığını öyrənmişdir. Elnur ondan almış olduğu həmin pulları sexin işləməsi, avadanlıqların alınması adı ilə yalan olaraq alıb sələm aldığı şəxslərə borclarının bağlanması üçün vermişdir. O, bunları öyrəndikdən sonra Elnur ona qohumu Elvin vasitəsilə sələm götürdüyü şəxsə 2000 manat borcunun qaldığını, həmin borcu bağladıqdan sonra Elvinin vasitəsi ilə həmin şəxsdən 15000 manat sələmə pul götürəcəyini və ona verməli olduğu pulu tam ödəyəcəyini demişdir. O, da bu səbəbdən 2023-cü ilin iyun ayının axırında 2000 manat məbləğində pulu öz adına olan "xxxx" ASC bank kartından Elnurun adına olan "xxxx" ASC-yə məxsus bank kartı hesabına göndərmişdir. O, sonradan Elnurun Elvinin vasitəsi ilə pul götürə bilmədiyini öyrənmişdir. Bundan sonra 2023-cü ilin iyul ayının əvvəllərində Elnur ona Türkiyə Respublikasında tanışının olduğunu, həmin tanışında Türkiyədə baş vermiş zəlzələ ilə bağlı həmin yerlərdən əldə olunmuş xeyli miqdarda qızıl-zinət əşyalarının olduğunu, qızıl-zinət əşyalarının əridilib qəpik formalı qızıl əşyası düzəldilməsini, sonra həmin qızılların Türkiyədə satılaraq gəlir əldə olunacağını, Elnurun bu səbəbdən Türkiyəyə gedəcəyini, dostunun bilet almasını, Elnurun oraya gedib bir müddət yaşaması üçün pul lazım olduğunu demişdir. O, Elnura inanmadığını söylədikdə İstanbul şəhərinə olan iki ədəd uçuş biletinin şəkilini ona göndərmiş, həmin biletlərin biri Elnurun adına olmuşdur. Elnur digər biletin də zərgər olan dostunun adına olduğunu demişdir. Bundan sonra 2023cü ilin iyul ayında o, 3000 manat pulu öz adına olan "xxxx" ASC bank kartından Elnurun adına olan "xxxx" ASC-yə məxsus bank kartı hesabına göndərmişdir.Həmin pulu göndərməyinə səbəb Elnurun Türkiyə Respublikasına gedərək həmin qızıl əşyalarını əridib başqa növ qızıl əşyası düzəltdikdən sonra həmin əşyaları sataraq qazanc əldə etdikdən sonra onun vermiş olduğu ümumi məbləği geri qaytarmasına söz verməsi olmuşdur. Bundan iki gün sonra o, Elnurla əlaqə saxlamış və Türkiyə Respubikasına getmədiyini öyrənmişdir. O, Elnurdan hansı səbəblə getmədiyini soruşmuş, sonuncu ona dostunun getdiyini, Elnurun isə gözlədiyini, dostunun qızılları əridib oradan Azərbaycan Respublikasına göndərəcəyini, Elnurun isə satacağını və ona verməli olduğu pulu verəcəyini demişdir. Elnura onun göndərmiş olduğu 3000 manat pula hansısa iş qurmaq barədə düşünüb ona verməli olduğu pulu geri qaytaracağını söylədi. O, Elnurdan uçuş bileti barədə soruşmuş, sonuncu getmədiyi üçün biletin müddətinin ötdüyünü demişdir. O, Elnura göndərmiş olduğu 3000 manat pulu geri qaytarmasını demişdir. Elnur da ona bir iş olduğunu, həmin işin nə olduğunu deyə bilməyəcəyini, həmin pulla həmin işə qoşulacağını, oradan gəlir əldə edib ona verməli olduğu pulu hissə-hissə verəcəyini demişdir. Bir neçə gün keçdikdən sonra o, iş barədə Elnurdan soruşmuş, Elnur isə heç nə soruşmamağını, həmin pulu da ona qaytaracağını demişdir. Bir neçə gün sonra Elnur ona Gəncə şəhərində köhnə metal zavodunun olduğunu, həmin zavodu öz adına özəlləşdirəcəyini, həmin zavodun sənədini öz adına keçirməsi üçün 7000 manat pul lazım olduğunu, ilkin olaraq 2500 manat verməli olduğunu, qalan məbləği də Vüsalə adlı tanışının verəcəyini, həmin zavodu adına keçirdikdən sonra zavodda olan metalları satacağını, əldə etdiyi gəlirlə ona verməli olduğu pulu verəcəyini demişdir. O, da razılaşmışdır. O, bacısı Nərgizdən 3000 manat borc almış, həmin puldan 475 manatını kredit borcuna ödəmiş, 2525 manat pulu 2023-cü ilin iyul ayının ortalarında öz adına olan "xxxx" ASC bank kartından Elnurun adına olan "xxxx" ASC-yə məxsus bank kartı hesabına göndərmişdir.Bir neçə gün sonra Elnurdan zavodu adına sənədləşdirməsi barədə soruşmuş, sonuncu Vüsalənin qalan pulu vermədiyini, bu səbəbdən gözləməsini demişdir. Bir neçə gün sonra Elnur ona zəng edib 400 manat pul göndərməsini demişdir. O, Elnurdan səbəbini soruşduqda sonuncu ona 23 qramlıq gümüş əşyası alacağını, sonra həmin gümüş əşyasını qızıl suyuna saldırıb qızıl əşyası kimi lombarda qoyacağını və qarşılığında da 3000 manat pul götürəcəyini, həmin pulu ona göndərəcəyini demişdir. O, da bu səbəbdən 10 avqust 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhərində olarkən bu səbəbdən Binəqədi rayonu “Atrium” əyləncə mərkəzinin yaxınlığında olan “Rahat” adlı marketdə yerləşən “MilliÖn” aparatı vasitəsilə Elnurun kart hesabına 400 manat pul göndərmişdir. Bir neçə gün sonra o, Elnurdan 3000 manat pul barədə soruşmuş, Elnur lombarda getdiyini, orada işləyən şəxsin həmin əşyanın qızıl deyil, gümüş olduğunu anladığını, bu səbəbdən pul götürə bilmədiyini demişdir. O, öz istifadəsində olan ***-***-**- ** saylı “Naxtell” operatoruna məxsus və ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlamışdır. O, Elnura sonuncu dəfə pulu 10 avqust 2023-cü il tarixdə göndərmiş, lakin, izahat verən zaman həmin tarixi dəqiq xatırlamadığı üçün səhvən 20 iyul 2023-cü il tarixdə göndərdiyini bildirmişdir. 400 manat pulu Elnura göndərməyi ilə bağlı qəbzi saxlamamışdır. O, 400 manat pulu Elnura məxsus bank kartına göndərmiş, lakin, həmin bank kartının X12 və ya başqa bank kartı olduğunu dəqiq xatırlamamışdır. Məhkəməyə ünvanlanmış ərizəyə əsasən məlum olur ki, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın qismən ödənildiyini, hal-hazırda 16.244 manat məbləğin ödənilməli olduğunu, qalan məbləğlə aralarında razılıq əldə olunduğunu və təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmiş, lakin mülki iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, o, 2020-ci ildən etibarən özünə məxsus “İnstagram” sosial şəbəkəsində “Sədərək” adlı ticarət mərkəzində yerləşən təxminən 4-5 mağaza ilə şifahi razılaşma əsasında həmin mağazanın əşyalarının online formada satışı ilə məşğul olmuşdur.O, online satışla 2022-ci ilin ortalarına qədər məşğul olmuş, sonradan dayandırmışdır.O, Təqsirləndirilən şəxs ilə 2021-ci ilin iyun ayında “İnstagram” sosial şəbəkəsində ona məxsus həmin səhifə vasitəsi ilə tanış olmuşdur.O, online formada əşyaların satışı ilə məşğul olduğundan Elnurun hər hansı bir mağaza sahibi olduğunu və əşyaları onun səhifəsi vasitəsi ilə satmaq istədiyini o, zənn etmişdir. O, sosial şəbəkə vasitəsi ilə danışarkən Elnur ona dövlət orqanında işlədiyini demişdir. Bir müddət ünsiyyət yaratdıqdan sonra Elnur onun mobil nömrəsini istəmiş, o, Elnura mobil nömrəsini vermiş, bundan sonra onlar “WhatsApp” sosial şəbəkəsi vasitəsilə danışmış və yazışmışlar.Bir müddət sonra onun Elnurla münasibəti yaranmışdır. O, Elnurdan harada işlədiyini soruşduqda sonuncu ona “Banditizm”də işlədiyini demişdir. Lakin, Elnur hansı vəzifədə işlədiyini deməmişdir. Bir müddət sonra Elnur ona birlikdə biznes fəaliyyəti ilə məşğul olmağı, sosial şəbəkədə online satışla məşğul olmamasını, həmin fəlaiyyəti dayandırmasını, hər ikisinin pul qoyaraq daha çox gəlir əldə edəcəkləri işlə məşğul olmağı təklif etmişdir. O, Elnurdan hansı fəaliyyətlə məşğul olmalarını soruşmuşdur. Elnur ona yeni yaşayış binalarında olan mənzillərə internet istifadəsi üçün nəzərdə tutulan modemlərin satışı ilə məşğul olmağı təklif etmişdir. O, Elnurdan həmin fəaliyyətlə necə məşğul olacaqlarını soruşduqda sonuncu ona Oruc adlı dayısı oğlunun həmin modemlərin satışı şirkətində işlədiyini, Orucun vasitəsi ilə onların modem alacağını, modemlərin yeni yaşayış binalarına qoyulmasını, sonra istifadəyə verildiyi zaman əldə olunan gəlirin onlara veriləcəyini, hətta hər ay ona və Elnura 600-700 manat məbləğində pulun veriləcəyini demişdir. O, Elnurdan hansı məbləğdə pul verəcəyini soruşmuşdur. Elnur onun 4 000 manat pul verməsini, Elnur da 4000 manat qoyacağını, bununla da şərikli olaraq ümumilikdə 8 000 manat pul qoyacaqlarını demişdir. O, Elnurla razılaşmışdır. Onun həmin vaxt 3 000 manat pulu olmuşdur. O, rəfiqəsi Könüldən 1000 manat borc pul almış və cəmi 4 000 manat pulu 2021-ci ilin avqust ayının əvvəllərində yaşadığı Union Parkın giriş hissəsində Elnura vermişdir. Elnur həmin işlə məşğul olacağını, qısa zaman ərzində modemləri sifariş verəcəyini, yeni yaşayış binalarına həmin modemləri təhvil verib pul aldığı zaman ona və Elnura pul veriləcəyini demişdir. Bir müddət sonra Elnur ona “28 May” adlı metrostansiyasının yaxınlığında icarəyə obyekt verildiyini, həmin obyekti icarəyə götürüb restoran açmaq istədiyini, həmin restoranı şərikli açmağı və restoran fəaliyyətə başladıqdan sonra əldə olunan gəliri bərabər bölməyi təklif etmişdir. O, bir müddət Elnura pulunun olmadığını demişdir. Elnur pul tapmasını, onun 10 000 manat verməsini, 10 000 manat da Elnurun qoyub ümumilikdə 20 000 manat pula həmin obyekti icarəyə götürüb təmir etdirərək restoran kimi işlədəcəyini demişdir. O, bir müddət pulunun olmadığını, bu səbəbdən istəmədiyini demişdir.Elnurun onun rəfiqəsi Könül haqqında onun vasitəsi ilə məlumatı olmuşdur. Belə ki, Elnur onun verdiyi 4000 manat puldan 1000 manat pulu Könüldən borc alıb verdiyini bilmişdir. Bu səbəbdən Elnur 10 000 manat pulu Könüldən borc alıb Elnura verməsini, bu barədə Könülə deməsini, restoran fəaliyyətə başladıqdan sonra Könüldən almış olduğu 10 000 manat pulu qısa zaman ərzində Könülə geri qaytaracağını deməsini bildirmişdir. O, ehtiyat edib razılaşmaq istəməsə də hər dəfə Elnur israrla bu barədə söhbət edərək onu razı salmışdır. O, Könülə olanları danışıb sonuncudan 10 000 manat borc pul istəmiş, Könül də hissə-hissə olmaqla ümumilikdə ona 10 000 manat borc pul vermişdir. O, 10 000 manat pulu 2021-ci ilin sentyabr ayının əvvəlində yaşadığı yaşayış kompleksinin girişində Elnura vermişdir. Elnur həmin obyekti icarəyə götürüb təmir etdirəcəyini, restoran kimi fəaliyyətə başladıqdan sonra əldə olunan gəliri bərabər böləcəklərinə söz vermişdir. 05 oktyabr 2021-ci il tarixdən sonra o, Elnurla əlaqə saxlamaq istəsə də sonuncunun telefonuna zəng çatmamışdır. O, iki-üç gün müddətində Elnurun mobil telefonuna zəng çatmadığını görüb anası Məhluqə adlı qadına zəng edib Elnuru soruşmuşdur.Məhluqə ona Elnurun dələduzluq əməli törətməsinə görə Sumqayıt şəhər polis idarəsi tərəfindən həbs olunduğunu demişdir.O, Məhluqəyə Elnurun birlikdə iş qurmaq adı ilə ondan ümumilikdə 14 000 manat pul aldığını demiş və ətraflı məlumat vermişdir. O, anasından Elnurun ona söyləmiş olduğu iş yeri, yəni “Banditizm”də işləməsi barədə də soruşmuşdur. Məhluqə ona Elnurun dövlət işində işləmədiyini, Gəncə şəhərində mebel sexində usta işlədiyini, Elnurun yalan dediyini bildirmişdir.Bundan sonra o, Elnur tərəfindən aldadıldığını bilmiş və anasına Elnurun barəsində şikayət edəcəyini demişdir. Anası ondan xahiş edərək Elnurun barəsində şikayət etməməsini, Elnurun həbsdən çıxmasını gözləməsini, Elnur həbsdən çıxdıqdan sonra ondan almış olduğu pulu ona geri qaytaracaqlarına söz vermişdir. 2022-ci ilin yanvar ayında Elnur “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə onunla əlaqə saxlayıb həbsdən çıxdığını, onunla görüşüb söhbət etmək istədiyini bildirmişdir. O, Elnura görüşməyəcəyini, ondan almış olduğu pulu geri qaytarmasını demişdir.Elnur ona bir müddət gözləməsini və ondan almış olduğu pulu geri qaytaracağını demişdir.Həmçinin, həmin müddətdə Elnurun anası da ona zəng edərək Elnurun barəsində şikayət etməməsini, Elnurun iş tapıb işləyəcəyini, ondan almış olduğu pulu qaytaracağına söz vermişdir.O, inanaraq Elnurun barəsində polisə şikayət verməmişdir. 2022-ci ilin iyun ayına qədər o, hər dəfə Elnur və Məhluqə ilə əlaqə saxlayıb pulunu istəmiş, lakin, Elnur müxtəlif bəhanələrlə onun pulunu verməmişdir. Bu səbəbdən o, Binəqədi rayon polis idarəsinə şikayət etmişdir. Onun şikayəti əsasında aparılan araşdırma zamanı Elnur ərizə ilə müraciət edərək işlədiyini, hər ay ona 500 manat pul verəcəyini polis əməkdaşına bildirmiş, həmçinin Elnurun barəsində şikayətçi olmamağını, hər ay ona verməli olduğu pulu tam ödəyənə qədər 500 manat pul verəcəyini bildirmişdir. Bu səbəbdən o, şikayətçi olmamışdır. Lakin, həmin vaxtdan bir il müddət keçmiş, həmin müddət ərzində Elnur ona 800 manat pul qaytarmışdır. Bu səbəbdən o, 2023-cü ilin avqust ayında Elnurun barəsində Binəqədi rayon polis idarəsinə şikayət ərizəsi ilə müarciət etmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın qismən ödənildiyini, qalan məbləğlə bağlı aralarında razılıq əldə olunduğunu, bu səbəbdən ondan şikayətçi olmadığını bildirdi və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Şahid1 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, Gəncə şəhərində anadan olmuş və həmin şəhərdə yaşamışdır.O, 2021-ci il tarixdən Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci polis şöbəsinin sahə rəisi vəzifəsində işləmiş və polis baş leytenantı rütbəsində olmuşdur.Təqsirləndirilən şəxs onun doğma dayısı oğlu olmuşdur. 2023-cü ilin əvvəlində dayısı oğlu Elnur Gəncə şəhərində yaşadığı evin həyətində lavaş sexi açaraq fəaliyyət göstərməyə başlamışdır. Lakin, Elnur həmin lavaş sexini işlədə bilməmiş və təxminən bir ay sonra həmin sexin fəaliyyəti dayanmışdır.O, həmin sexin fəaliyyət göstərməsində iştirak etməmişdir. Elnur lavaş sexinin açmamışdan əvvəl bu barədə, sexi onunla birlikdə şərikli formada işlətməyi, sexi kiminlə birlikdə şərikli olaraq açdığını ona deməmiş, onun bundan heç bir məlumatı olmamışdır. 2023-cü ilin may ayının sonlarında əvvəllər tanımadığı, özünü Roza adlı şəxs kimi təqdim edən qadın Naxçıvan mobil operatoruna məxsus mobil nömrə ilə ona məxsus telefon nömrəsinə zəng edərək, Təqsirləndirilən şəxslə qohum-olub olmadığını soruşmuşdur.O, Rozadan nə baş verdiyini soruşmuşdur. Roza ona Elnurun ona birlikdə 40 000 manat pul qoyub şərikli formada lavaş sexi açdıqlarını, lavaş sexinə avadanlıqlar almaq üçün Elnura pul göndərdiyini demiş və həmin çörək sexinə Elnurla birlikdə şərik olub-olmadığını soruşmuşdur.O, Rozaya Elnurla qohum olsa da, Elnurun lavaş sexi açıb fəaliyyət göstərməsinə qarışmadığını, Elnurla şərik olmadığını demişdir.O, Rozaya Elnurun problemli şəxs olduğunu, Elnura daha pul göndərməməsini demişdir.Həmin ərəfədə Roza ona bir neçə dəfə zəng etmiş və o, sonuncuya eyni sözləri demişdir.Yəni, Rozaya dəfələrlə Elnurla şərik olmadığını, Elnurun Rozanı aldadacağını demiş və pul göndərməməsini tapşırmışdır. Sonradan o, Rozanın Elnurun barəsində Binəqədi rayon polis idarəsinə şikayət etdiyini bilmişdir. O, Elnura Rozadan aldığı pulu qaytarmasını məsləhət etmişdir. Şahid1 həmçinin, göstərmişdir ki, Təqsirləndirilən şəxslə birlikdə şərikli olaraq 2023-cü il tarixdə Gəncə şəhərində lavaş-çörək bişirmə sexi fəaliyyəti ilə məşğul olmamışdır. O, Elnurun açdığı çörək sexinin fəaliyyət göstərməsi üçün hər hansı bir formada iştirak etməmiş, avadanlıqların alınmasına pul verməmiş, hər hansı bir avadanlıq almamışdır. O, Elnurun mobil telefonunun “WhatsApp” bölməsinə “nə oldu qız pulu göndərmədi” məzmununda səs göndərməmişdir. O, heç vaxt sələm formasında pul götürməmiş, Təqsirləndirilən şəxs pul verməmiş, sələm formasında pul götürüb Elnura verməyə söz verməmişdir. O, Elnurun Rozanı aldadıb 19200 manat pulunu ələ keçirməsində iştirak etməmiş, bundan onun xəbəri olmamış, Elnur ona pul verməmişdir. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır.Elnur Roza adlı qadından iş qurmaq adı ilə pul alıb qaytarmadığı üçün barəsində Bakı şəhəri Binəqədi rayon polis idarəsində istintaq aparılmışdır.O, 2023cü ilin aprel ayından may ayının sonlarınadək səhhəti ilə əlaqədar Bakı şəhərində müalicədə olmuşdur. Onun qardaşı Elnurla yaxın münasibəti olmamışdır, Elnun gördüyü işlər barədə onun məlumatı olmamışdır. Eşitdiyinə görə Elnur Gəncə şəhərində Roza adlı şəxslə şərik yuxa sexi açmış, lakin satış zəif olduğu üçün həmin sex fəaliyyətini dayandırmışdır. Həmin sexin fəaliyyət göstərməsi ilə bağlı onun heç bir iştirakı olmamışdır.Elnurla Rozanın əvvəlcə sevgi münasibətləri olmuş, sonra isə birlikdə iş qurmağa çalışmışlar. O, Rozanın adını qardaşı Elnur tutulduqdan sonra eşitmişdir. Onun Roza ilə hər hansı bir ədavəti, düşmənçiliyi, alış-verişi olmamışdır. 19 may 2023-cü il tarixdə o, Bakı şəhərində olmuşdur. O, Bakı şəhərində olarkən onun adına olan Kapital Bank ASC-yə məxsus 4169 7388 6173 4840 nömrəli kartı yaşadığı ünvan 6 ünvanında qalmışdır. O, Bakı şəhərində olarkən Elnur ona zəng edərək karta ehtiyacı olduğu üçün götürmək istədiyini bildirmişdir. O, da etiraz etməyərək Elnura kartın kodunu demişdir. Bundan sonra həmin kart Elnurun istifadəsində olmuş və karta göndərilmiş 2 500 manat pulu Elnur məxaric etmişdir.Bununla bağlı onun heç bir qazancı olmamışdır.X11 aldadaraq pulunu ələ keçirməsində heç bir iştirakçılığı, razılaşması, köməkliyi, qazancı olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 bildirmişdir ki, onun işi mobil operatorlara məxsus qüllərdə təmir işlərini aparmaqdan ibarət olmuşdur. Təqsirləndirilən şəxs onun doğma bibisi oğlu olmuşdur. Onun Elnurla yaxşı münasibəti olmuş, aralarında ədavət, düşmənçilik olmamışdır. 2021-ci il tarixdə o, “Epsilon” adlı şirkətdə texniki işçi işləmişdir. Həmin müddətdə bibisi oğlu Elnurun hansı işlə məşğul olduğundan, Elnurun Vüsalə adlı qadınla tanış olub-olmamasından onun xəbəri olmamışdır. Xatırlamadığı tarixdə Elnurun anası Məhluqə ona Elnurun Sumqayıt şəhər polis idarəsi tərəfindən tutulduğunu demişdir.O, Elnurun atası Vaqiflə birlikdə Sumqayıt şəhər polis idarəsinə getmiş və Elnurla görüşmüşdür. Həmin vaxtdan bir neçə gün sonra isə o, Elnurun anası Məhluqə ilə birlikdə Bakı şəhərində yerləşən restoranların birində Vüsalə ilə görüşmüşlər. X9 ilə iş qurmaq barədə vəd verdiyini, Elnura pul verdiyini, Elnurun Vüsaləyə guya onunla birlikdə modemlər alıb yeni tikilən binalara verəcəyini, ordan gəlir əldə edəcəklərini dediyini bildirmişdir.O, Vüsaləyə Elnurun yalan ifadə verdiyini, Elnurun heç vaxt ona modem almaqla bağlı bir söz demədiyini, aralarında heç bir danışıq və razılığın olmadığını demişdir. X5 verdiyi pulu istəmişdir. O, Elnurun hərəkətlərinə cavabdehlik daşımadığını, Elnurun hərəkətlərinin ona aidiyyətinin olmadığını demişdir. Məhluqə isə Elnurun azadlığa buraxıldıqdan sonra işləyib hissə-hissə Vüsalənin pulunu qaytara biləcəyini demişdir. 2021-ci ilin avqust ayında o, modemlərin satışı şirkətində işləməmişdir. Həmin vaxt bibisi oğlu Elnur ona birlikdə modem alıb yeni yaşayış binalarına qoymaq və bu yolla qazanc əldə etməklə bağlı müraciət etməmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 25 dekabr 2023cü il tarixli 5(001)-2669/2023 saylı qərarı əsasında telefon məlumatlarını özündə əks etdirən "xxxx" Telekom MMC-dən 09 yanvar 2024-cü il tarixli BKC/LGL-113/24 nömrəli məktubla göndərilmiş bir ədəd CD diskə tərəfimdən baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı və ***-***-**-** saylı telefon nömrələri Təqsirləndirilən şəxs məxsus olmuşdur. ***-***-**-** saylı mobil telefon nömrəsi Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. 055-481-037-13 saylı mobil telefon nömrəsi X3 məxsus olmuşdur. ***-***-**-** saylı mobil telefon nömrəsi Şahid1 məxsus olmuşdur. Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 30 iyul 2021ci il tarixdən 20 iyun 2022-ci il tarixədək ayrı-ayrı şəxslərə məxsus telefon nömrəsi ilə danışıq, sms yazışması aparmışdır. 30 iyul 2021-ci il tarixdən 02 avqust 2023-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi arasında üç dəfə danışıq aparılmışdır. 30 dekabr 2021-ci il tarixdən 31 may 2022ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi arasında on dörd dəfə danışıq aparılmışdır. Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 30 iyul 2021-ci il tarixdən 20 iyun 2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs2 istifadə etdiyi ***-***-**-** və ***-***-**-** nömrələr arasında danışıq, sms yazışması aparılmamışdır. Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 01 iyun 2021-ci il tarixdən 12 sentyabr 2023-cü il tarixədək ayrı-ayrı şəxslərə məxsus telefon nömrəsi ilə danışıq, sms yazışması aparmışdır. 13 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi arasında on iki dəfə danışıq aparılmışdır. 19 aprel 2023-cü il tarixdən 18 avqust 2023-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi arasında səksən altı dəfə danışıq aparılmışdır. Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 01 iyun 2021-ci il tarixdən 12 sentyabr 2023-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs2 istifadə etdiyi ***- ***-**-** və ***-***-**-** nömrələr arasında danışıq, sms yazışması aparılmamışdır. Zərərçəkmiş şəxs1 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 01 iyun 2021ci il tarixdən 12 sentyabr 2023-cü il tarixədək ayrı-ayrı şəxslərə məxsus telefon nömrəsi ilə danışıq, sms yazışması aparmışdır. 30 iyul 2021-ci il tarixdən 02 avqust 2023-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi arasında üç dəfə danışıq aparılmışdır. 13 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi arasında on iki dəfə danışıq aparılmışdır. Zərərçəkmiş şəxs1 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 01 iyun 2021-ci il tarixdən 12 sentyabr 2023-cü il tarixədək ayrı-ayrı şəxslərə məxsus telefon nömrəsi ilə danışıq, sms yazışması aparmışdır. 30 dekabr 2021-ci il tarixdən 31 may 2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi arasında on bir dəfə danışıq aparılmışdır. 19 aprel 2023-cü il tarixdən 14 avqust 2023-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 istifadə etdiyi ***-***- **-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi arasında səksən üç dəfə danışıq aparılmışdır. Şahid1 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 12 avqust 2021-ci il tarixdən 12 sentyabr 2023cü il tarixədək ayrı-ayrı şəxslərə məxsus telefon nömrəsi ilə danışıq, sms yazışması aparmışdır. 28 may 2023-cü il tarixdən 03 iyun 2023-cü il tarixədək olan müddət ərzində Şahid1 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs2 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi arasında dörd dəfə danışıq aparılmışdır. 12 avqust 2021-ci il tarixdən 12 sentyabr 2023-cü il tarixədək olan müddət ərzində Şahid1 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadə etdiyi ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri arasında və Zərərçəkmiş şəxs2 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi arasında danışıq aparılmamışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli 5(001)-2669/2023 saylı qərarı əsasında telefon məlumatlarını özündə əks etdirən "xxxx" Telekom MMC-dən 11 yanvar 2024-cü il tarixli AZF/LGL-25/24 nömrəli məktubla göndərilmiş bir ədəd CD diskə tərəfimdən baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Bakı şəhəri Nəsimi rayonu M.Sənani küçəsi ev 12-də qeydiyyatda olan xx xxxxxxxx 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məxsus olmuşdur. Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 01 iyun 2021-ci il tarixdən 07 sentyabr 2023-cü il tarixədək ayrı-ayrı şəxslərə məxsus telefon nömrəsi ilə danışıq, sms yazışması aparmışdır. 28 iyun 2021-ci il tarixdən 13 iyun 2023-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadə etdiyi ***- ***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi arasında iki yüz otuz doqquz dəfə danışıq aparılmışdır. 27 mart 2022-ci il tarixdən 05 avqust 2023-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi arasında bir yüz altmış dörd dəfə danışıq aparılmışdır. 12 sentyabr 2022-ci il tarixdən 01 avqust 2023-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs2 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi arasında bir yüz otuz bir dəfə danışıq aparılmışdır. 02 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs2 istifadə etdiyi ***-***-**- ** saylı mobil telefon nömrəsi arasında bir dəfə danışıq aparılmışdır. Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin anten dairəsi 01 iyun 2021-ci il tarixdən 10 iyun 2021-ci il tarixədək Gəncə şəhərində, 10 iyun 2021-ci il tarixdən 14 iyun 2021-ci il tarixədək Bakı şəhərində, 14 iyun 2021-ci il tarixdən 09 iyul 2021-ci il tarixədək Gəncə şəhərində, Goranboy rayonunda, 09 iyul 2021-ci il tarixdən 11 iyul 2021-ci il tarixədək Bakı şəhərində, 11 iyul 2021-ci il tarixdən 14 iyul 2021-ci il tarixədək Gəncə şəhərində, 2021-ci ilin iyul ayının sonlarında Bakı şəhərində, 31 iyul 2021-ci il tarixdən 05 avqust 2021-ci il tarixədək Gəncə şəhərində, 05 avqust 2021-ci il tarixdən 25 avqust 2021ci il tarixədək Bakı şəhərində, 25 avqust 2021-ci il tarixdə Abşeron rayonunda, Sumqayıt şəhərində, 02 sentyabr 2021-ci il tarixdə Qobustan, İsmayıllı və Qəbələ rayonlarında, 03 sentyabr 2021-ci il tarixdən həmin ayın sonunadək Bakı şəhərində olmuşdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli 5(001)-2669/2023 saylı qərarı əsasında telefon məlumatlarını özündə əks etdirən "xxxx" Telekom MMC-dən 08 yanvar 2024-cü il tarixli 219 nömrəli məktubla göndərilmiş bir ədəd CD diskə tərəfimdən baxış keçirilmişdir. Baxış zamanı CD diskdə “37-xx.xx.2024” adlı bir ədəd faylın, həmin fayda isə “2022”, “2023”, “516019480_SMS”, “**********80” və “abuneciler” adlı beş ədəd qovluğun olduğu müəyyən edilmişdir. “2022” adlı qovluğa baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, 01 sentyabr 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs2 istifadə etdiyi ***-***- **-** nömrəli mobil telefon nömrəsi ilə ayrı-ayrı şəxslərə məxsus mobil telefon nömrəsi arasında danışıq və sms yazışması aparılmış, həmin müddət ərzində Zərərçəkmiş şəxs2 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin anten-əhatə dairəsi Naxçıvan Muxtar Respublikasında olmuşdur. “2023” adlı qovluğa baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, 02 yanvar 2023-cü il tarixdən 12 sentyabr 2023-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs2 istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefon nömrəsi ilə ayrı-ayrı şəxslərə məxsus mobil telefon nömrəsi arasında danışıq və sms yazışması aparılmışdır. Zərərçəkmiş şəxs2 istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefon nömrəsi arasında 21 iyun 2023-cü il tarixdə saat 19:10 dəqiqədə, saat 19:12 dəqiqədə, saat 19:15 dəqiqədə, 03 iyul 2023-cü il tarixdə saat 09:14 dəqiqədə, 27 iyul 2023-cü il tarixdə saat 16:05 dəqiqədə, 16:17 dəqiqədə danışıq aparılmışdır. 10 avqust 2023-cü il tarixdə saat 10:42 dəqiqədən 16 avqust 2023-cü il tarixdə saat 20:21 dəqiqəyədək olan müddət ərzində Zərərçəkmiş şəxs2 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin antenəhatə dairəsi Bakı şəhəri ərazisində, 10 avqust 2023-cü il tarixdə saat 10:42 dəqiqədə və 10:47 dəqiqədə X6 ərazisində olmuşdur. “516019480_SMS”, “**********80” və “abuneciler” adlı qovluqlara baxış keçirilmiş, həmin qovluqlarda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilməmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi bank qəbzləri və WhatsApp yazışmaları tərəfimdən götürülərək baxış keçirilmişdir. Belə ki, 978085 nömrəli qəbzdən görünür ki, 19 mart 2023-cü il tarixdə saat 13:37 dəqiqədə **7632 nömrəli kartdan Elnur A.-ya məxsus 521367******2702 nömrəli X12 ASC hesabına 800.00 AZN məbləğ köçürmə əməliyyatı icra olunmuşdur. ********* nömrəli qəbzdən görünür ki, 06 may 2023-cü il tarixdə saat 14:23 dəqiqədə **7632 nömrəli kartdan Elnur A.-ya məxsus 521367******2702 nömrəli X12 ASC hesabına 700.00 AZN məbləğ köçürmə əməliyyatı icra olunmuşdur. “MilliÖn” elektron ödəmə sisteminin qəbzindən görünür ki, 19 may 2023cü il tarixdə saat 15:44 dəqiqədə Naxçıvan şəhəri Ə.Əliyev küçəsi 20 Cahan Ticarət Mərkəzində yerləşən 50292 nömrəli terminaldan A***** Ü***** V***** oğlunun adına olan 416973******4840 nömrəli bank kartına 2500.00 (AZN) "xxxx" xidmətinin nağd ödənişi həyata keçirilmişdir. Növbəti qəbzdən görünür ki, 22 may 2023-cü il tarixdə saat 17:46 dəqiqədə **7632 nömrəli kartdan Elnur A.-ya məxsus 521367******2702 nömrəli X12 ASC hesabına 50.00 AZN məbləğ köçürmə əməliyyatı icra olunmuşdur. Növbəti qəbzdən görünür ki, 01 iyun 2023-cü il tarixdə saat 23:43 dəqiqədə **7632 nömrəli kartdan Elnur A.-ya məxsus 521367******2702 nömrəli X12 ASC hesabına 300.00 AZN məbləğ köçürmə əməliyyatı icra olunmuşdur. Növbəti qəbzdən görünür ki, 08 iyun 2023-cü il tarixdə saat 20:40 dəqiqədə **7632 nömrəli kartdan Elnur A.-ya məxsus 521367******2702 nömrəli X12 ASC hesabına 200.00 AZN məbləğ köçürmə əməliyyatı icra olunmuşdur. ********* nömrəli qəbzdən görünür ki, 08 iyun 2023-cü il tarixdə saat 20:42 dəqiqədə **7632 nömrəli kartdan Elnur A.-ya məxsus 521367******2702 nömrəli X12 ASC hesabına 1,100.00 AZN məbləğ köçürmə əməliyyatı icra olunmuşdur. ********* nömrəli qəbzdən görünür ki, 23 iyun 2023-cü il tarixdə saat 12:44 dəqiqədə **7632 nömrəli kartdan Elnur A.-ya məxsus 521367******2702 nömrəli X12 ASC hesabına 2,000.00 AZN məbləğ köçürmə əməliyyatı icra olunmuşdur. ********* nömrəli qəbzdən görünür ki, 04 iyul 2023-cü il tarixdə saat 12:43 dəqiqədə **7632 nömrəli kartdan Elnur A.-ya məxsus 521367******2702 nömrəli X12 ASC hesabına 2,970.00 AZN məbləğ köçürmə əməliyyatı icra olunmuşdur. 68996093 nömrəli qəbzdən görünür ki, 15 iyul 2023-cü il tarixdə saat 12:17 dəqiqədə **7632 nömrəli kartdan Elnur A.-ya məxsus 521367******2702 nömrəli X12 ASC hesabına 2,525.00 AZN məbləğ köçürmə əməliyyatı icra olunmuşdur. Növbəti sənəddə @boos_800_ adlı sosial şəbəkə səhifəsi və fotoşəkillər vardır. “WhatsApp” yazışmalarında Zərərçəkmiş şəxs2 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə +994 55 717 00 98 nömrəli telefon nömrəsi arasında aparılmış yazışmaların məzmunu qeyd edilmişdir. Həmin yazışmada +994 55 717 00 98 nömrədən Təqsirləndirilən şəxs adına olan 5213 6751 9321 2702 nömrəli bank kartının fotoşəkili göndərilmişdir. Yazışmalarda +994 55 717 00 98 saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs2 müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə ( 100, 50, 500, 3000, 600, 1500, 1000, 2000, 2500 ) pulun istənilməsi, cəmi 19200 manat pulun alındığı, zavod və sexin batdığı, 19200 manatın batdığı, alınan pulla iş gördüyünü, zavoda pul qoyduğunu, oranı aldığını, sənəddə problem çıxdığını, verginin 5 min pul istədiyini, 2500 verdiyini, 2500 qaldığını, iş qurduğunu, Rozanın həmin işə qoşulduğunu və digər bu kimi məzmunda sms yazışması aparılmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi WhatsApp yazışmaları tərəfimdən götürülərək baxış keçirilmişdir. “WhatsApp” yazışmalarında Zərərçəkmiş şəxs1 istifadə etdiyi ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri ilə +994 55 717 00 98 və +994 70 800 88 10 telefon nömrələri arasında aparılmış yazışmaların məzmunu qeyd edilmişdir. Həmin yazışmada +994 55 717 00 98 nömrədən Təqsirləndirilən şəxs adına olan 5213 6751 9321 2702 nömrəli bank kartının fotoşəkili göndərilmişdir. Yazışmalarda +994 55 717 00 98 və +994 70 800 88 10 telefon nömrələri ilə Zərərçəkmiş şəxs1 müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pulun istənilməsi, cəmi 14000 manat pulun alındığı, pulun iş adı ilə alındığı, sonra Vüsalənin həmin şəxsə verdiyi pulu geri qaytarmağı tələb etdiyi və digər bu kimi məzmunda sms yazışması aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 yanvar 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, onun müdafiəçisinin çıxışını, zərərçəkmiş şəxslərin ifadələrini və şahid ifadələrini dinləyib, dövlət ittihamçısının mövqeyini nəzərə alıb, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilməsi özünü müdafiə xarakteri daşıyır, onu gözləyən daha ağır məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir. Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmçinin, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı qismən ödəməsini, vurulmuş ziyanın ödənilməsi ilə bağlı tərəflər arasında razılıq əldə olunmasını, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını, ilk dəfə az ağır cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-cı il tarixli, 15 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən yəni 12 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Elvin Əlizadə tərəfindən qəbul edilmiş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2023-cü il tarixdə, saat 19.10-da şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-968/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 12 sentyabr 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra Binəqədi Rayon Məhkəməsinin 1(001)-225/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Bundan əlavə, CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cəmi 99 iş saatı sərf olunmuşdur. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.4-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçidən imtina etdikdə və bu imtina cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmədikdə, cinayət prosesində iştirak edən müdafiəçinin hüquqi yardımı göstərilən şəxslər üçün məhkəmənin qərarı əsasında pulsuz, Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2—193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Odur ki, CPM-nin 193-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçinın adına onun vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına cəmi 594 (beş yüz doxsan dörd) məbləğində pul keçirilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” mülki iddiası tərəflərin ifadələri və iş materiallarına əsasən təsdiq olunduğundan (sonuncu variantda) təmin edilməlidir.Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.Belə ki, CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər.CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır.CPM-nin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır.CPM-nin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir.Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 16.100 (on altı min yüz) manat maddi zərər və 144.3 (yüz qırx dörd manat otuz qəpik) manat dövlət rüsumu, cəmi 16.244.3 (on altı min iki yüz qırx dörd manat otuz qəpik) manat vəsait tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 ödənilməlidir. İş üzrə ekspertiza və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 12 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, məhkəmə zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs saxlanılması üçün Azərbaycan Respublikası Penetensiar Xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” müki iddiası təmin olunsun. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 16.100 (on altı min yüz) manat maddi zərər və 144.3 (yüz qırx dörd manat otuz qəpik) manat dövlət rüsumu, cəmi 16.244.3 (on altı min iki yüz qırx dörd manat otuz qəpik) manat vəsait tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 99 saat hüquqi xidmətin dəyəri 594 (beş yüz doxsan dörd) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156, VÖEN **********m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB***** ***************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar