Məhkəmə qərarları › İş №1(001)-272/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-272/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-272/2025 05.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi daxil olmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə verilmiş AC 016317 nömrəli “BCD” kateqoriyalı sürücülük vəsiqəsinin Binəqədi Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdən məhdudlaşdırılmasına baxmayaraq, 30 mart 2023-cü il tarixdə saat 08 radələrində nəqliyyat vasitələrini idarəetmə hüququ olmadan texniki cəhətdən saz vəziyyətdə olan “KARSAN” markalı **-JP-*** qeydiyyat nişanlı avtobusu idarə edərkən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan ərazidəki dayanacaqda saxlayan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərini pozaraq, sərnişinləri yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra mindirməli və düşürməli, hərəkəti isə yalnız qapıları bağladıqdan sonra başlamalı və onları tam dayanana qədər açmamalı olduğu halda heç bir tədbir görməyərək, hərəkətə başlaması nəticəsində arxa qapıdan avtobusa minən sərnişin Zərərçəkmiş şəxs avtobusan yerə yıxılmış, bununla da ehtiyatsızlıqdan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 1-ci bel fəqərəsinin kompression sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid xəsarət yetirərək, ehtiyatsızlıqdan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 303.3.1-ci, 303.3.6-cı və 303.3.8-ci maddələrində nəzərdə tutulan kobud pozuntulara yol verilmişdir. Belə ki, iş materallarına əsasən həmin cinayət işi xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə başlanmış, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan edilməklə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə tərtib edilmiş ittiham aktı Binəqədi rayon prokuroru Fuad Məmmədov tərəfindən təsdiq edilməyərək istintaqın aparılması üçün Binəqədi RPİ-nin İstintaq şöbəsinə qaytarılmış, xx.xx.2024-cü il tarixdə cinayət işi üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmış, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq istintaq orqanına getməsi ilə cinayət işi üzrə icraat təzələnmiş və təqsirləndirilən şəxs əlavə olaraq dindirilmiş, xx.xx.2024-cü il tarixdə iş üzrə əməl CM-nin 263.1-ci maddəsindən həmin Məcəllənin 263-1.1-ci maddəsinə tövsif edilməklə Təqsirləndirilən şəxs yenidən ittiham elan edilmiş və o, təkrarən dindirilmiş, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olmuş, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs müvafiq qəbzə imza etməklə ittiham aktını almış və iş üzrə tərtib edilmiş ittiham aktı Binəqədi rayon prokuroru Fuad Məmmədov tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs məhkəmənin hazırlıq iclaslarına gəlməmiş və müəyyən olunmuşdur ki, o, 22 iyul 2024-cü il tarixdə ölmüşdür. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin 23 yanvar 2025-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş “ölüm haqqında akt qeydi”ndən görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2024-cü il tarixdə kəskin respirator çatışmazlığından ölmüşdür. Göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində müvafiq qərar və protokollar (könüllü gəlib özünü təqdim etmə, təqsirləndirilən şəxs qismində cəlb edilib dindirilmə, habelə cinayət işinin materialları ilə tanış olma və ittiham aktını alma) tərtib olunanadək öldüyündən, onun həmin istintaq hərəkətlərində iştirak etməsi və müvafiq sənədləri imzalaması qeyri-mümkündür. CPM-nin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-nin 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Həmçinin, CPM-nin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması, bundan başqa, 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməklə onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Hazırki cinayət işi üzrə yol verilən, CPM-nin 303.3.1-ci, 303.3.6-cı və 303.3.8-ci maddələrində nəzərdə tutulan kobud pozuntularla bağlı məhkəmə aşağıdakıları qeyd edir: CPM-nin 303.3.1-ci (təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması) maddəsi üzrə: CPM-nin 41.1-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror cinayət təqibi üzrə icraatın məhkəməyədək hər hansı mərhələsində bu Məcəllənin 39-cu maddəsində göstərilən halları aşkar edərsə, cinayət təqibinə xitam verilməsi barədə (o cümlədən cinayət işi üzrə icraata xitam verilməsi barədə) qərar çıxarır. Həmin Məcəllənin 106-1.1-ci maddəsinə görə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur. Məcəllənin 106-1.3-cü maddəsinə uyğun olaraq cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. Məcəllənin 106-1.7-ci maddəsinə əsasən təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi cinayət təqibi üzrə icraatda ölmüş şəxsin əvəzinə iştirak edir. Bu zaman o, təqsirləndirilən şəxsin ifadə vermək hüququndan və şəxsiyyətin ayrılmaz hüquqları və bu Məcəllənin 91.8.2-91.8.5-ci maddələrində nəzərdə tutulmuş vəzifələri istisna olmaqla, digər hüquqlardan istifadə edir və vəzifələrini yerinə yetirir. Göründüyü kimi, məhkəmə təqdim edilən cinayət işi üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində ölməsinə baxmayaraq, cinayət prosesini həyata keçirən orqan onun hüquqlarının həyata keçirilməsi üçün hüquqi varisinin müəyyən edilməsi ilə bağlı hər hansı addım atmamış və faktiki olaraq təqsirləndirlən şəxsin (onun hüquqi varisinin) iştirakı olmadan prosessual hərəkətlər həyata keçirərək (qərarlar qəbul edərək), onun təqsirliyinin sübuta yetirilməsi qənaətinə gəlmiş və cinayət işini baxılması üçün məhkəməyə göndərmişdir. CPM-nin 303.3.6-cı (cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması) maddəsi üzrə: CPM-nin 289.3.3-cü maddəsinə uyğun olaraq ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar göstərilir. Cinayət işi üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ittiham aktının tərtibinədək öldüyündən və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq onun hüquqi varisi müəyyən edilmədiyindən, təqsirləndirilən şəxsin müdafiəsi üçün hər hansı dəlilin ittiham aktına daxil edilməsi mümkün deyildir. Bu səbəbdən də tərtib edilmiş ittiham aktı CPM-in 289-cu maddəsinin tələblərinə uyğun hesab edilə bilməz. CPM-nin 303.3.8-ci (məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması) maddəsi üzrə: CPM-nin 284.1.1-ci maddəsinə əsasən ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir. CPM-nin 284.2-ci maddəsinə görə müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. CPM-nin 286.1-ci maddəsinə uyğun olaraq müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. Yenə də yuxarıda qeyd olunan səbəblərdən (təqsirləndirilən şəxsin ölməsi və hüquqi varisin müəyyən olunmaması) cinayət işinin materialları ilə tanış etmə CPM-nin tələblərinə uyğun hesab edilə bilməz. Sadalananlar əsasında məhkəmə o nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs CMin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 303.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.

3. Qərarın surəti 3 (üç) gün müddətində dövlət ittihamçısına, müdafiəçiyə, təqsirləndirilən şəxsə və həbsdə saxlanma yerinin müdiriyyətinə göndərilsin.

Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar