Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-273/2023 03.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs3 iştirakı ilə, xx xxx 1995-ci ildə Tovuz rayonu Çatax kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu götürülmüş, Tovuz rayonu Çatax kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xətai rayonu “NZS” qəsəbəsi fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə, 25 avqust 1996-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri Xətai RPİ-in inzibati binasında qeydiyyatda olmaqla Bakı şəhəri Xətai rayonu “NZS” qəsəbəsi fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə, xx xxx 1996-cl ildə Naxçıvan MR Şərur rayonu Dəmirçi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkunluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Ramana Sovxoz qəsəbəsində fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları - təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, öz aralarında cinayət rollarını bölüşdürüb xx.xx.2022-ci il tarixdə saat 03:30-da Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən nömrəsiz fərdi evin qarşısında park olunmuş Zərərçəkmiş şəxs məxsus «VAZ-2109» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış, Təqsirləndirilən şəxs2 kənar şəxslərin gəlməsinə nəzarət etmək üçün pusquda durmuş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 isə avtomobilin arxa sol nəfəsliyinin şüşəsini yerindən çıxarıb qapını açmaqla, birlikdə avtomobilin salonundan hər birinin dəyəri 60 manat təşkil edən 03 ədəd 180 manat dəyərində «Pioneer» markalı, TS-6975V2 modelli, 50 manat dəyərində 01 ədəd «Pioneer» markalı, TS-A6965S modelli səs gücləndiriciləri, 140 manat dəyərində 01 ədəd «JBL» markalı, GT-12 modelli böyük ölçülü səs gücləndiricini, 250 manat dəyərində 01 ədəd gümüşü rəngli, Tayland istehsalı, üzərində «Pioneer AVH X6550DVD» yazıları olan maqnitolanı və hər birinin dəyəri 100 manat təşkil edən 02 ədəd 200 manat dəyərində ağ-qara rəngli, üzərində «Sony» yazıları olan usilitel aparatlarını (səs gücləndiriciləri) gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 720 (yeddi yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə ona edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, X4 və «Xəyal» kimi tanınan, lakin əsl adı və soyadı Təqsirləndirilən şəxs3 Rəfail oğlunu uzun illərdir tanıyır. Onlarla əvvəllər bir məhəllədə yaşamışdır. Özünü və ailəsini dolandırmaq üçün «Bolt» taksi şirkətindən «Toyota Prius» markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2022-ci il tarixdə gecə saatlarında yaşadığı məhəllədə olduğu zaman, X6 və Təqsirləndirilən şəxs3 Rəfail oğlu da onun avtomobilində oturmuşlar. Söhbət əsnasında sonuncular heç bir yerdə işləmədiklərini və maddi durumlarının pis olduqlarını ona söyləmişlər. Bu səbəbdən də o, Elşən və K.Qasıma nəzarətsiz qalmış avtomobillərdən oğurluq etməyi təklif etmiş, həmin şəxslər də onunla razılaşmışlar. Bundan sonra o, avtomobili Bakı şəhəri, Xətai rayonu ərazisindən Binəqədi rayonu ərazisinə doğru idarə etməyə başlamışdır. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsi ilə avtomobilini idarə etdiyi zaman, həmin küçədə yerşən fərdi evin qarşısında qırmızı rəngli «VAZ 2109» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşdür. Həmin gecə, yəni xx.xx.2022-ci il tarixdə saat təxminən 03:30-da idarə etdiyi avtomobili «VAZ 2109» markalı avtomobilin yanında saxlamış və həmin avtomobildən oğurluq etmək məqsədi ilə hamılıqla idarə etdiyi avtomobildən düşərək, «VAZ 2109» markalı avtomobilə yaxınlaşmışlar. K.Qasım həmin avtomobilin sol tərəfdən yük yerinin nəfəsliyinin rezinini dartaraq, nəfəsliyi yerindən çıxarmış və oradan əlini uzadıb avtomobilin arxa sol qapısını açmışdır. Elşən avtomobilin yanında qalmışdır ki, kənar şəxslərin gələcəyi halda onlara xəbər versin, özü və K.Qasım isə avtomobilin salonuna daxil olaraq, oradan 01 ədəd markasını xatırlamadığı avtomobil maqnitafonunu, 04 ədəd səs kalonklarını, 02 ədəd səs gücləndiricilərini və 01 ədəd böyük ölçülü səs kalonkasını götürüb idarə etdiyi avtomobilin yük yerinə yığaraq, həmin yeri tərk etmişlər. Avtomobili K.Qasımın yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinə yerləşən evinin qarşısına sürmüş və orada oğurladıqları əmlakı bölüşdürmüşlər. Həmin əşyalardan özü və Elşən 04 ədəd səs kalonkalarını, 02 ədəd səs gücləndiriciləri və 01 ədəd avtomobil maqnitafonunu götürmüş, 01 ədəd böyük ölçülü kalonka isə K.Qasımda qalmışdır. Təxminən 3-4 gün sonra o, 01 ədəd səs gücləndiricini, 04 ədəd səs kalonkalarını və 01 ədəd maqntiafonu onunla bir məhəllədə yaşayan Fuad adlı şəxsə 220 manat müqabilində satmış və həmin pulun 110 manatını Elşənə vermişdir. Digər səs gücləndricini isə əvvəllər tanıdığı Afiəddin adlı şəxsə 30 manat müqabilində satmışdır. Afiəddindən aldığı 30 manat puldan tanışları Elən və K.Qasıma verməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və «Xəyal» kimi tanınan, lakin əsl adı və soyadı Təqsirləndirilən şəxs3 Rəfail oğlunu uzun illərdir tanıyır, əvvəllər bir məhəllədə yaşamışlar. Nəcəf «Bolt» taksi şirkətindən «Toyota Prius» markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olmuş, K.Qasım isə onun kimi heç bir yerdə işləməmişdir. xx.xx.2022-ci il tarixdə gecə saatlarında yaşadığı məhəllədə Nəcəfin idarə etdiyi avtomobilində K.Qasım və Nəcəf oturmuşlar. Söhbət əsnasında onlar heç bir yerdə işləmədiklərini və maddi durumlarının pis olduğunu söyləmişlər. Bu səbəbdən də Nəcəf onlara nəzarətsiz qalmış avtomobillərdən oğurluq etməyi təklif etmiş, onlar da Nəcəflə razılaşmışlar. Bundan sonra Nəcəf avtomobili Bakı şəhəri, Xətai rayonu ərazisindən Binəqədi rayonu ərazisinə doğru idarə etməyə başlamışdır. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsi ilə avtomobili idarə etdiyi zaman, həmin küçədə yerşən fərdi evin qarşısında qırmızı rəngli «VAZ 2109» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşdür. Həmin gecə, yəni xx.xx.2022-ci il tarixdə saat təxminən 03:30 radələrində Nəcəf idarə etdiyi avtomobili «VAZ 2109» markalı avtomobilin yanında saxlamış və həmin avtomobildən oğurluq etmək məqsədi ilə hamılıqla avtomobildən düşərək, «VAZ 2109» markalı avtomobilə yaxınlaşmışlar. K.Qasım həmin avtomobilin sol tərəfdən yük yerinin nəfəsliyinin rezinini dartaraq, nəfəsliyi yerindən çıxarmış və oradan əlini uzadıb avtolmobilin arxa sol qapısını açmışdır. O, isə avtomobilin yanında qalmışdır ki, kənar şəxslərin gələcəyi halda Nəcəfgilə xəbər versin, K.Qasımla, Nəcəf avtomobilin salonundan 01 ədəd markasını xatırlamadığı avtomobil maqnitafonunu, 04 ədəd səs kalonkalarını, 02 ədəd səs gücləndiricilərini və 01 ədəd böyük ölçülü səs kalonkasını götürüb Nəcəfin idarə etdiyi avtomobilin yük yerinə yığaraq, həmin yeri tərk etmişlər. Nəcəf avtomobili K.Qasımın yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinə yerləşən evinin qarşısına sürmüş və orada oğurladıqları əmlakı bölüşdürmüşlər. Həmin əşyalardan özü və Nəcəf 04 ədəd səs kalonkalarını, 02 ədəd səs gücləndiriciləri və 01 ədəd avtomobil maqnitafonunu götürmüş, 01 ədəd böyük ölçülü kalonka isə K.Qasımda qalmışdır. Təxminən 3-4 gün sonra Nəcəf ona 110 manat məbləğində pulu verərək, həmin pulun oğurladıqları əmlakı sataraq, 220 manat aldığını bildirmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, X4 və Təqsirləndirilən şəxs1 uzun illərdir tanıyır, əvvəllər bir məhəllədə yaşamışdır. xx.xx.2022-ci il tarixdə gecə saatlarında Nəcəfin yaşadığı məhəllədə olduğu zaman, Elşənlə birlikdə Nəcəfin idarə etdiyi «Toyota Prius» markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobildə oturmuşlar. Söhbət əsnasında onlar heç bir yerdə işləmədiklərini və maddi vəziyyətlərinin pis olduğu barədə söhbət etmişlər. Elə həmin vaxt Nəcəf ona və Elşənə nəzarətsiz qalmış avtomobillərdən oğurluq etməyi təklif etmiş, onlar da razılaşmışlar. Bundan sonra Nəcəf avtomobili Bakı şəhəri, Xətai rayonu ərazisindən Binəqədi rayonu ərazisinə doğru idarə etməyə başlamışdır. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsi ilə avtomobili idarə etdiyi zaman, həmin küçədə yerləşən fərdi evin qarşısında qırmızı rəngli «VAZ 2109» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşlər. Həmin gecə, yəni xx.xx.2022-ci il tarixdə saat təxminən 03:30 radələrində Nəcəf idarə etdiyi avtomobili «VAZ-2109» markalı avtomobilin yanında saxlamış və həmin avtomobildən oğurluq etmək məqsədi ilə hamılıqla avtomobildən düşərək, «VAZ-2109» markalı avtomobilə yaxınlaşmışlar. O, həmin avtomobilin sol tərfədən yük yerinin nəfəsliyinin rezinini dartaraq, nəfəsliyi yerindən çıxarmış və oradan əlini uzadıb avtolmobilin arxa sol qapısını açmışdır. Elşən avtomobilin yanında qalmışdır ki, kənar şəxslərin gələcəyi halda xəbər versin, özü və Nəcəf isə avtomobilin salonuna daxil olaraq, oradan 01 ədəd markasını xatırlamadığı avtomobil maqnitafonunu, 04 ədəd səs kalonklarını, 02 ədəd səs gücləndiricilərini və 01 ədəd böyük ölçülü səs kalonkasını götürüb Nəcəfin idarə etdiyi avtomobilin yük yerinə yığaraq, həmin yeri tərk etmişlər. Nəcəf avtomobili onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinə yerləşən evinin qarşısına sürmüş və orada oğurladıqları əmlakı bölüşdürmüşlər. Həmin əşyalardan Nəcəf və Elşən 04 ədəd səs kalonkalarını, 02 ədəd səs gücləndiriciləri və 01 ədəd avtomobil maqnitafonunu götürmüşlər, 01 ədəd böyük ölçülü kalonka isə onda qalmışdır. Daha sonra ona polis əməkdaşları tərəfindən axtarıldığı barədə məlumat daxil olmuş və o, özündə olan 01 ədəd böyük ölçülü kalonkanı Nəcəfin evinə taksi vasitəsilə göndərmişdir ki, polis əməkdaşlarına təhvil verilsin. Əməlindən peşmandır. Zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, özünə məxsus «VAZ-2109» markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. xx.xx.2022-ci il tarixdə saat 02 radələrində həmin avtomobili etibarnamə əsasında idarə edərək, yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsində yerləşən fərdi evinə gəlmiş, avtomobili yaşadığı evin qarşısında küçədə saxlamışdır. Həmin tarixdə, yəni xx.xx.2022-ci il tarixdə saat 07:50 radələrində evdən çıxıb işə getmək istədikdə, avtomobilin qapılarının şüşələrinin açıq vəziyyətdə olduğunu görmüşdür. Avtomobilə yaxınlaşdıqda isə, avtomobilin arxa sol nəfəsliyinin şüşəsinin ümumiyyətlə yerindən çıxarıldığını aşkar etmişdir. Bundan sonra avtomobilə baxış keçirdikdə, avtomobilindən 800 manat dəyərində 01 ədəd «Pioneer» markalı avtomobil maqnitolasının, hər birinin dəyəri 150 manat təşkil edən 02 ədəd 300 manat dəyərində «Sony» markalı səsgücləndiricilərin, hər birinin dəyəri 50 manat təşkil edən 04 ədəd 200 manat dəyərində səs gücləndiricilərin və 500 manat dəyərində 01 ədəd «JBL» markalı böyük ölçülü səsgücləndiricinin oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1800 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun qardaşıdır. O, Bakı şəhəri, Xətai rayonu “NZS” qəsəbəsində yerləşən fərdi evdə ailəsi ilə birlikdə yaşayır, qardaşı Nəcəf isə ailəsi ilə birlikdə onunla qonşuluqda yaşayır. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən ona qardaşı Təqsirləndirilən şəxs1 Binəqədi RPİ-in İŞ-də oğurluqda şübhəli bilinərək tutulması barədə məlumat daxil olmuşdur. Lakin, Nəcəfin haradan, nə vaxt və hansı əşyaları oğurlaması barədə onun xəbəri olmamışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında yaşadığı evin qarşısında markasını və dövlət nişanının xatırlamadığı taksi avtomobili dayanmış və həmin avtomobilin sürücüsü ondan kim olduğunu soruşmuş və o, həmin şəxsə özünü təqdim etdikdən sonra, sürücü avtomobilindən 01 ədəd «JBL» markalı böyük ölçülü səsgücləndirici aparatını çıxarıb ona çatacağını bildirib çıxıb getmişdir. Bundan sonra o, dərhal bu barədə Binəqədi RPİ-in 4-cü PŞ-in əməkdaşlarına məlumat vermiş, polis əməkdaşları ona həmin əşyanın cinayət yolu ilə əldə olunmasını bildirdikdən sonra, həmin əşyanı könüllü olaraq gətirib polis əməkdaşlarına təhvil vermişdir. Qardaşı Nəcəfin oğurluq etməsi barədə məlumatı o, polis əməkdaşları tərəfindən əldə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayında «Tap.Az» internet sosial şəbəkəsində «Pioneer AVH X6550DVD» avtomobil maqnitolasının satıldığını görüb, elanda yerləşdirilən ***-***-**-** saylı mobil nömrəsinə zəng vuraraq, satılan maqnitola barədə məlumat almışdır. Həmin şəxs adının Fuad olduğunu bildirib, maqnitolanı 180 manat satdığını ona bildirmişdir. O, da növbəsində həmin maqnitolanı 160 manat müqabilində ala biləcəyini bildirmiş və həmin şəxs də onunla razılaşmışdır. Bundan sonra o, Fuad adlı şəxslə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən «NZS» qəsəbəsində görüşmüşdür. Fuad adlı şəxs həmin «Pioneer» avtomobil maqnitolasını idarə etdiyi «VAZ-2107» markalı avtomobilin salonundan çıxarıb ona 160 manat müqabilində satmışdır. Həmin şəxsdən maqnitolanın oğurluq olub-olmadığını soruşduqda, sonuncu ona maqnitolanı tanışından aldığını və pula ehtiyacı olduğundan satmaq istədini bildirmişdir. Bundan təxminən bir neçə gün keçdikdən sonra Binəqədi RPİ-in 4-cü PŞ-in əməkdaşları ona zəng edərək, onunla görüşmək istədiklərini bildirmişlər. Polis əməkdaşları ilə görüşdükdən sonra ona Fuad adlı şəxsdən aldığı avtomobil maqnitolasının oğurluq yolu ilə əldə olunması məlum olmuşdur. Həmin məlumatdan sonra o, könüllü olaraq «Pioneer AVH X6550DVD» avtomobil maqnitolasını polis əməkdaşlarına, Zərərçəkmiş şəxs yanında təhvil vermiş, sonuncu həmin maqnitolanı tanıdığını və avtomobilindən oğurlandığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 iş yerindən tanıyır, sonuncu işlədiyi firmada fəhlə olaraq işləyirmiş. 15 noyabr 2022-ci il tarixdə saat 10 radələrində Nəcəf tanımadığı nömrədən ona zəng edərək, tanıdığı şəxsdə səsgücləndirici olduğunu bildirmişdir. Həmin şəxsin səsgücləndiricini satmaq istədiyini, özünün pulu olmadığına görə ala bilmədiyini, lakin məsləhətli mal olduğunu bildirmişdir. O, Nəcəfdən həmin səsgücləndiricini neçəyə satdığını soruşduqda, sonuncu həmin səsgücləndiricini 30 manata satdığını demişdir. O, Nəcəflə razılaşmış və sonuncunun göndərdiyi bank kart hesabına özünə məxsus olan **********277740 nömrəli “Leobank” kartının mobil tətbiqindən 30 manat məbləğində vəsaiti göndərmişdir. Daha sonra Nəcəf ona zəng edərək, həmin səsgücləndiricini tez bir zamanda gətirib verəcəyini demişdir. Təxminən iki gün sonra Bakı şəhəri “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən işlədiyi firmanın arxasında həmin səsgücləndiricini ona vermişdir. O, həmin səsgücləndiricini yaşadığı evə aparmışdır ki, gələcəkdə ehtiyac yarandıqda istifadə etsin. xx.xx.2022-ci il tarixdə özünü Binəqədi RPİin 4-cü PŞ-in əməkdaşı kimi təqdim edən şəxs onunla əlaqə saxlamış və həmin səsgücləndiricinin cinayət yolu ilə ələ keçirildiyini bildirmişdir. Bundan sonra o, həmin səsgücləndiricini gətirərək polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun qonşusudur. 2022-ci il noyabr ayının ortalarında Nəcəf ona zəng edərək, özünə məxsus olan 01 ədəd səs gücləndiricini, 04 ədəd səs kalonkalarını və 01 ədəd “Pioneer” markalı maqnitofonu satmaq istədiyni bildirmişdir. O, Nəcəflə yaşadığı məhəllədə görüşmüş və sonuncu həmin əşyaları ona təqdim etmişdir. O, həmin əşyalara baxış keçirdikdən sonra əşyaların kimə məxsus olmasını və oğurluq olubolmamasını soruşmuşdur. Nəcəf ona əvvəllər idarə etdiyi avtomobildən qalan cihazları, hazırda imkanı olmadığına görə satmaq istədiyini bildirmişdir. Bundan sonra Nəcəf həmin avadanlıqlara görə ümumilikdə 220 manat pul istəmişdir. O, Nəcəflə razılaşdıqdan sonra 220 manat pulu sonuncuya verərək, həmin avadanlıqları almışdır. Daha sonra o, həmin avadanlıqlardan 01 ədəd səsgücləndiricini əvvəllər tanımadığı şəxsə 80 manata, 01 ədəd maqnitofonu isə Şahin adlı şəxsə 160 manata satmışdır. xx.xx.2022-ci il tarixdə özünü Binəqədi RPİ-in 4-cü PŞ-in əməkdaşı kimi təqdim edən şəxs onunla əlaqə saxlamış və həmin 01 ədəd səs gücləndiricinin, 04 ədəd səs kalonkalarının və 01 ədəd “Pioneer” markalı maqnitofonun cinayət yolu ilə ələ keçirildiyini bildirmişdir. Bundan sonra o, özündə olan 04 ədəd səs kalonkalarını gətirərək polis əməkdaşlarına təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi cinayət işi başlanmışdır (cild 1, i.v.1). Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 43). Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v.66). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v.77-78). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v.96-97). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v.117-119). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v.125-127). Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 158). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v.146-147). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 2 ay 18 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v.166-170). Könüllü təqdim etmə, əşyaya baxış keçirmə və götürmə haqqında xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, Şahid2 01 ədəd «JBL» markalı böyük ölçülü səs gücləndirici, Şahid3 04 ədəd «Pioneer» markalı səs gücləndiriciləri, Şahid4 01 ədəd «Pioneer» markalı avtomobil maqnitolası və X1 01 ədəd «Sony» markalı səs gücləndirici götürülmüşdür (cild 1, i.v. 182-183, 186). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/8582 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş səs gücləndiricilərin istifadə olması nəzərə alınmaqla 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 370,00 manat müəyyən edilir (cild 1, i.v.190-192). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/8894 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur: - 1 ədəd gümüşü rəngli Tayland istehsalı, üzərində «Pioneer AVH X6550DVD» yazıları olan maqnitola – 250,00 manat; - 1 ədəd ağ-qara rəngli, üzərində «Sony» yazıları olan usilitel aparatı (səs gücləndirici) – 100,0 manat (cild 1, i.v.193-195). Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, cinayət nəticəsində ona dəymiş ziyam tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur (cild 1, i.v.237). Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid2 götürülmüş 01 ədəd «JBL» markalı böyük ölçülü səs gücləndirici, Şahid3 götürülmüş 04 ədəd «Pioneer» markalı səs gücləndiriciləri, Şahid4 götürülmüş 01 ədəd «Pioneer» markalı avtomobil maqnitolası və X1 götürülmüş 01 ədəd «Sony» markalı səs gücləndirici cinayətin predmeti olduğundan cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmışdır (cild 1, i.v.268). Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirliliyi öz ifadələri ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir və onlara düzgün olaraq həmin maddələr ilə ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur (cild 1, i.v 196-197). Amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə uyğun olaraq Təqsirləndirilən şəxs1 amnistiya tətbiq edilmiş və o, azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 4 (dörd) gün hissəsindən azad edilmişdir (cild 1, i.v 231). “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 7-ci bəndinə əsasən bu qərar əsasında əsas və əlavə cəzadan azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Belə olan halda aydın olur ki, Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivi yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri təqsirli bilinib 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, i.v 198-199). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri təqsirli bilinib 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci ildə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 29 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır (cild 1, i.v 200-202). Qeyd edilən bu hallar Cinayət Məcəlləsinin 18.1-ci və 83.3.4-cü maddələrinin tələbləri baxımından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlində residivin mövcudluğunu təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə müvafiq olaraq, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda aydın olur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qəsdən az ağır cinayət törətməyə görə yaranmış məhkumluqları ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişlər. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən isə, cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayət işinin materiallarından həmçinin görünür ki, zərər çəkmiş şəxsə dəymiş ziyan tamamilə ödənilmişdir. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsaslanmaqla cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxslərin şəxsiyyətini, əvvəllər də talama cinayəti törətdiklərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirləndirildikləri CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətlərinin əvvəli tutulduqları tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Maddi sübutlar – 01 ədəd “JBL” markalı böyük ölçülü səsgücləndiricinin, 01 ədəd “Pioneer” markalı səs gücləndiricinin, 01 ədəd “Pioneer” markalı avtomobil maqnitolasının, 01 ədəd “Sony” markalı səs gücləndiricinin sahibinə - Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, müdafiəçilər Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 cinayət işi üzrə təqsirləndirilən şəxslərə ayrı-ayrılıqda cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onların hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 25 noyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 25 noyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 09 dekabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X3, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Maddi sübutlar - 01 ədəd “JBL” markalı böyük ölçülü səsgücləndiricinin, 01 ədəd “Pioneer” markalı səs gücləndiricinin, 01 ədəd “Pioneer” markalı avtomobil maqnitolasının, 01 ədəd “Sony” markalı səs gücləndiricinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ayrı-ayrılıqda göstərdikləri cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 ayrı-ayrılıqda Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-273/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-273/2023
03.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver