Məhkəmə qərarları › İş №1(001)-273/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-273/2024

15.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-273/2024 15.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 181.3.2-ci və başqa maddələrilə təqsirli bilinib 14 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə hökm qanuna uyğunlaşdırılmaqla üzərində 13 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasının 3 (üç) il 8 (səkkiz) ay 18 (on səkkiz) günü çəkilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı CÇM-də cəza çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cəza çəkdiyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsində “Cəzaçəkmə müəssisələrinin X4” ilə qadağan olunmuş əşya – daxilində ***-***-**-** saylı “Sim” danışıq kartı olan bir ədəd “Nokia” markalı, “BM10” modelli, “******************************” imei kodlu mobil telefon aparatını naməlum mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş, daşımış və həmin mobil telefon vasitəsi ilə qardaşı Şahid5 istifadəsində olan ***-***-**-** saylı və qardaşı oğlu Şahid4 istifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrələrinə zəng edərək danışıqlar aparmaqla istifadə etmiş, 22 noyabr 2023-cü il tarixdə saat 11:00 radələrində müəssisənin əməkdaşları tərəfindən qeydiyyatda olduğu 3 saylı dəstənin yataqxanasında dolabçasına axtarış-baxış tədbirləri keçirilən zaman eynək qabının içərisindən həmin daxilində danışıq kartı olan mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki,ondan aşkar edilərək götürülmüş daxilində danışıq kartı olan bir ədəd mobil telefon aparatını özünə məxsus olmuşdur.Həmin mobil telefon aparatını daxilində danışıq kartı ilə birlikdə aşkar olunmamışdan təxminən bir neçə ay əvvəl - 2023-cü ilin oktyabr ayının axırlarında qeydiyyatda olduğu yataqxananın qarşısında yerlə şən oturacığın yanından tapmışdır. Mobil telefon aparatından daxilində olan danışıq kartı vasitəsi ilə bir neçə dəfə istifadə edərək qardaşı Şahid5 istifadəsində olan ***-***-**-** saylı və qardaşı oğlu Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələrini yığaraq əlaqə saxlayıb danışmışdır. 22 noyabr 2023-cü il tarixdə təxminən saat 11 radələrində cəza çəkdiyi müəssisənin əməkdaşları tərəfindən qeydiyyatda olduğu 3 saylı dəstənin yataqxanasında dolabçasına axtarış-baxış tədbirləri keçirilən zaman eynək qabının içərisindən həmin mobil telefon aşkar olunaraq götürülmüşdür. Əməlindən peşmandır. Qeyd edilənləri nəzərə alıb ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətinin 11 saylı CÇMin əməliyyat şöbəsinin rəisi Şahid1 ifadəsində göstərmişdir ki, məhkum Təqsirləndirilən şəxs müəssisədə cəza çəkən şəxs kimi tanıyır. Daxil olmuş əməliyyat məlumatına əsasən 22 noyabr 2023-cü il tarixdə saat 11:00 radələrində hal şahidlərinin iştirakı ilə məhkum Təqsirləndirilən şəxs qeydiyyatda olduğu 3 saylı dəstənin yataqxanasında dolabçasına axtarış-baxış tədbirləri keçirilən zaman eynək qabının içərisindən gizlədilmiş vəziyyətdə “Cəzaçəkmə müəssisələrinin X4” ilə qadağan olunmuş əşya sayılan – daxilində ***-***-**-** saylı “Sim” danışıq kartı olan bir ədəd “Nokıa” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Qadağan edilmiş əşyanın aşkar olunması faktı ilə əlaqədar hal şahidlərinin və məhkum Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib edilərək daxilində danışıq kartı olan bir ədəd mobil telefon aparatı qablaşdırılaraq protokola əlavə olunmuş, protokolla bütün iştirakçılar tanış olduqdan sonra doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsinin Rejim-nəzarət şöbəsinin baş inspektoru Şahid2 və Rejimnəzarət şöbəsinin nəzarətçisi Şahid3 ifadəsində Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiq etmişlər. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, əmisi Mirbağırov X1 Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. Əmisi Təqsirləndirilən şəxs orada istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsindən bir neçə dəfə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək onunla danışmışdır. Şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, qardaşı Mirbağırov X1 Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. Qardaşı Təqsirləndirilən şəxs orada istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsindən bir neçə dəfə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək onunla danışmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 29 yanvar 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, i.v.1-2). Axtarış və götürmə haqqında 22 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsinin əməkdaşları əməliyyat məlumatı əsasında həmin gün saat 11:00-da müəssisədə cəza çəkən Təqsirləndirilən şəxs qeydiyyatda olduğu 3 saylı dəstənin yataqxanasında dolabçasına baxış tədbirləri keçirilən zaman eynək qabının içərisindən gizlədilmiş vəziyyətdə “Cəzaçəkmə müəssisələrinin X4” ilə qadağan olunmuş əşya sayılan – daxilində ***-***-**-** saylı “Sim” danışıq kartı olan bir ədəd “Nokıa” markalı, “BM10” modelli, “**********85435-86709**********” imei kodlu mobil telefon aparatı aşkar edilərək götürülmüşdür (cild 1, i.v 7-8). Kompüter-texniki ekspertizasının 30 dekabr 2023-cü il tarixli, “5/1744” nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd “Nokia” markalı, “BM10” modelli, “******************************” imei kodlu mobil smartfon olmaqla, hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır (cild 1, i.v 63-66). "xxxx" MMC-dən alınmış 26 fevral 2024-cü il tarixli, “4093” nömrəli məktubdan və iş üzrə çıxarış olan diskdən görünür ki, məhkum Təqsirləndirilən şəxs cəza çəkdiyi müəssisədə “Nokia” markalı, “BM 10” modelli, “**********85435-86709**********” imei kodlu mobil telefon aparatından daxilində olan ***-***-**-** saylı “Sim” danışıq kartı vasitəsilə istifadə edərək ***-***-**-** saylı və ***-***-**-** saylı mobil telefon nömrələri ilə mütəmadi danışıqlar aparmışdır (cild 1, i.v 111-112). Maddi sübut kimi tanıma haqqında 01 mart 2024-cü il tarixli qərardan görünür ki, 1 ədəd “Nokia” markalı “BM10” modelli mobil telefon və həmin telefon aparatının daxilində olan 01 ədəd danışıq kartı (***-***-**-**), habelə "xxxx" MMC-in xx.xx.2024-cü il tarixli 4093 nömrəli məktubu və ona əlavə edilmiş bir ədəd disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, i.v 117-118). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 04 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 140-141). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Xalq Məhkəməsinin 10 avqust 1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 88-ci maddəsinin 2-ci hissəsinin 1,2,7-ci bəndləri, 143cü maddənin 4-cü hissəsi, 213-cü maddənin 3-cü hissəsi, 38-ci və 39-cu maddələrilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 6 (altı) il 6 (altı) ay müddətinə, ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin 06 may 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.3-cü və 177.3.3-cü maddələrilə təqsirli bilinərək 11 (on bir) il müddətinə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177. 2.3, 177.2.4, 181.3.2, 232.3.2-ci və 66.3cü maddələrilə təqsirli bilinərək 14 (on dörd) il müddətinə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 02 oktyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsilə təqsirli bilinərək 5 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 01 aprel 2016-cı il tarixli qərarı ilə ona 14 (on dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 iyul 2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 181.3.2-ci maddəsi CM-in 181.2.4-cü maddəsinə tövsif edilərək cəzası 13 (on üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilmişdir (cild 1, i.v 61-62). Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2015-ci il tarixli, 1(101)-667/2015 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 03 oktyabr 2014-cü ildən hesablanmışdır (cild 1, i.v 27-30). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinin tələblərinə görə təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğu üçün, həmin cinayət əməli residivlik müəyyən edilərkən nəzərə alınmamalıdır. Buna görə də, halhazırda Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəzası olsa da, onun tərəfindən törədilmiş cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin tələblərinə uyğun olaraq residiv yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli 7(002)-603/2018 nömrəli qərarı ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməmiş hissəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı cəza ilə qismən birləşdirilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli 15 aprel 2024-cü il tarixdən, yəni hazırkı cinayət işi üzrə hökmün çıxarıldığı tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Nokia” markalı “BM10” modelli mobil telefon və həmin telefon aparatının daxilində olan 01 ədəd danışıq kartı (***-***-**-**) xüsusi müsadirə edilməli, "xxxx" MMC-in xx.xx.2024-cü il tarixli 4093 nömrəli məktubu və ona əlavə edilmiş bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 35 (otuz beş) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azrbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli 7(002)-603/2018 nömrəli qərarı ilə təyin olunmuş 13 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi olan 3 (üç) il 8 (səkkiz) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və onun üzərində qəti cəza olaraq 3 (üç) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 15 aprel 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X3, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Maddi sübut – 1 ədəd “Nokia” markalı “BM10” modelli mobil telefon və həmin telefon aparatının daxilində olan 01 ədəd danışıq kartı (***-***-**-**) xüsusi müsadirə edilsin. "xxxx" MMC-in xx.xx.2024-cü il tarixli 4093 nömrəli məktubu və ona əlavə edilmiş bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 210 (iki yüz on) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar