Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-274/2022 10.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə
1. xx.xx.1998-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Hirkan qəsəbəsində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası CM-nin CM-nin 170.1 və 180.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair
2. xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası CM-nin 180.2.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə
Müəyyən etdi: Təqsirləndirilən şəxs1 gazanc əldə edəcəyi barədə vədlər vermə vasitəsi ilə yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etməklə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, on səkkiz yaşına çatmış Təqsirləndirilən şəxs1 qazanc əldə edəcəkləri barədə vədlər vermə vasitəsi ilə tanışı yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllədlü X5 cinayət fəaliyyətinə cəlb edərək özgənin əmlakını açıq talamaq məqsədi ilə sonuncu və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girib bir qrup şəxs halında 08 noyabr 2021-ci il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivindən Biləcəri qəsəbəsinə keçən körpünün altında Zərərçəkmiş şəxs yaxınlaşıb əvvəlcədən aralarında olan razılı ğa əsasən o, sonuncu ilə söhbət etməklə başını qatdıqdan sonra yetkinlik yaşına çatmayan X13 Mirzəyevlə birlikdə Zərərçəkmiş şəxs qolundan tutmuş və Nasir Verdiyev sonuncunun gödəkçəsinin cibindən üzərində 5(beş) manat dəyərində ***-***-**-** və 10 (on) manat dəyərində ***-***-**-** SİM kartlar olan 120 (yüz əlli) manat dəyərində Çində istehsal edilmiş «Xiaomi» markalı «M1806E7TG» (Redmi Note 6 pro) model mobil telefon aparatını açıq talayaraq birlikdə hadisə yerindən qaçmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 135 (yüz otuz beş) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 özgənin əmlakını açıq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və X9 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girib bir qrup halında 08 noyabr 2021-ci il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivindən Biləcəri qəsəbəsinə keçən körpünün altında Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yaxınlaşıb əvvəlcədən aralarında olan razılığa əsasən sonuncu ilə söhbət etməklə başını qatdıqdan sonra o, Nasir Verdiyevlə birlikdə Zərərçəkmiş şəxs qolundan tutmuş və Nasir Verdiyev sonuncunun gödəkçəsinin cibindən üzərində 5(beş) manat dəyərində ***-***-**-** və 10(on) manat dəyərində ***-***-**-** SİM kartlar olan 120(yüz əlli) manat dəyərində Çində istehsal edilmiş «Xiaomi» markalı «M1806E7TG» (Redmi Note 6 pro) model mobil telefon aparatını açıq talayaraq birlikdə hadisə yerindən qaçmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 135 (yüz otuz beş) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir.
Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.1 və 180.2.1-ci maddələri ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2021-ci ildə saat 20:00 radələrində tanışı Qadirlə Sulutəpə dairəsində görüşmüşdürlər. Qadirlə birlikdə onun məhəllə uşağı Nasirdə gəlmişdir. Qadirə pul verməli idi. Onlar Sulutəpə dairəsindən Xocasən dairəsinə getmişdirlər. “Murad” şadlıq sarayının qarşısında adını sonradan bildiyi Tərlan dayanıb siqaret çəkirmiş və o, ona yaxınlaşıb ondan siqaret istəmişdir. Tərlan da ona siqareti olmadığını bildirmişdir. O, onun əlində telefon olduğunu görüb içkili olduğundan Qadir və Nasirə zarafatla Tərlanın telefonunu almaqlarını demişdir. Onun bu sözünə Qadir və Nasir ona etiraz etməmişlər və onunla razılaşmışdırlar. Bundan sonra o, Tərlana yaxınlaşıb harada yaşadığını və burada nə etdiyini soruşmuşdur. Tərlanda ona “sənə nə var harada yaşayıram” deyib, körpünün altına keçidə tərəf getməyə başlamışdır. O da onunla söhbət edə-edə keçidə tərəf getmişdir. Qadir və Nasirdə onların ardıca gəlməyə başlamışdırlar. Körpünün altında o Tərlanla dayanıb söhbət edərkən Qadir və Nasirdə onlara yaxınlaşmışdırlar.Onlar Tərlanla söhbət edərkən Nasir Tərlanın gödəkcəsinin cibindən telefonu götürüb qaçmışdır. O da içkili olduğundan Tərlanın yanında qalmışdır.Tərlana narahat olma telefonu alıb qaytaracağını bildirmişdir, daha sonra isə oradan çıxıb yaşadığı evə getmişdir.Sonradan polis əməkdaşları yaşadığı evə gəlib onu polis bölməsinə aparmışdırlar. Orada məlum olmuşlar ki, Tərlan bölməyə gedib onlardan şikayət edibmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 heç bir cinayət əməli törətmədiyini, ittiham üzrə özünü təqsirli bilmədiyinə görə məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddələri ilə elan olunan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivində yerləşən Biləcəri qəsəbəsinə keçən körpünün altına getdik və orada bildirdi ki, xx.xx.2021-ci ildə saat 19:00 radələrində məhəllə uşağı Nasirlə Sulutəpə qəsəbəsinə Sulutəpə dairəsində tanışı Mireltacın ona olan borcunu almaq üçün gəlmişdirlər.Mireltacla Sulutəpə qəsəbəsində yerləşən kafedə görüşmüşlər, lakin pulu olmadığı üçün borcunu verə bilməmişdir.Kafedə oturub birlikdə yeyib içmişdirlər.Saat 21:30 radələrində kafedən çıxıb Nasirlə evə getmək üçün Sulutəpə dairəsindən üzü Xocasən dairəsinə “Murad” şadlıq evi tərəfə piyada getmişlər.Mireltacda onlarla bir yerdə gəlirdi.Orada ağacların arasından bir nəfər cavan oğlan yola çıxmışdır. Nasir həmin oğlana söz atmışdır. Adını sonradan bildiyi Tərlan gülərək onlardan saatı soruşmuşdur.Mireltacda ona saatı söyləmişdir.Sonra Tərlan onların yanından keçərək yolun kənarında dairədə dayanmışdır.Mireltac Tərlanın əlində telefon görüb, onlara təklif eləmiş ki, telefonu Tərlanın əlindən alaq.Onlar əvvəl ona etiraz etmişdirlər.Mireltac onlara narahat olmayın mənlikdir demişdir.Onlar da Mireltacın mənlikdir sözündən sonra onunla razılaşmışdırlar.Bundan sonra Mireltac Tərlana tərəf gedib ona yaxınlaşmışdır.O və Nasir kənarda dayanıb onları müşahidə etməyə başlamışdırlar.Bir az söhbət edəndən sonra X8 yaşayış massivindən Biləcəri qəsəbəsinə gedən körpünün altına tərəf gedib körpünün altına girmişdirlər.Nasir və o da onların yanına gedəndə görmüşdürlər ki, hər ikisi söhbət edirdilər.Eltac həmin oğlanla söhbət edəndə Nasir Tərlanın əynində olan gödəkcəsinin cibindən telefonunu götürüb qaçmışdır.O, Eltacla Nasirin arxası ilə qaçmışdır.Tərlan onun ardınca qaçıb ona tərəf gələndə, o, ona onun ardınca qaçmamasını bildirmişdir.Onun dayandığını görüb hərəsi bir tərəfə qaçıb ayrılmışlar.Tərlan bir qədər onların dalınca qaçsa da onlara çata bilməmişdir.Telefonu Nasir götürdüyündən telefon onda qalmışdır.Axşam saat 23:00 radələrində Nasirgilə getmişdir.Anası ona Nasiri polislərin saxladığını bildirmişdir.O da onlardan çıxıb öz evinə gəlmişdir. Səhəri günü polis əməkdaşları yaşadığı evə gələrək onu 40-cı PB-nə gətirmişlər. Orada məlum olmuşdur ki, Tərlan bölməyə gedib onlardan şikayət etmişdir. Nasiri isə bir nəfər saxlayıb bölməyə gətirmişdir, o da telefonu bölmədə polis əməkdaşlarına təqdim etmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 təqsirini qismən etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini və zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 20:00-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayan qohumu Elxangilə gedərək avtovağzalın yaxınlığında yeraltı piyada keçidi ilə gedərkən, bir nəfər qarşısını kəsib ondan siqaret istəmişdir. O, ona cavab olaraq siqaretinin olmadığını demişdir. Bundan sonra o, ondan harada yaşadığını soruşmuşdur. O isə ona cavab olaraq “sənə nə var harada yaşayıram çəkil yolumdan” demişdir. Onunla söhbət edərkən daha iki nəfər ona yaxınlaşıb qolundan tutmuşdurlar. Bundan sonra sağ qolundan tutan cavan oğlan əlini gödəkcənin cibinə salıb X16 6 Pro markalı üzərində ***- ***-**-** və ***-***-**-** saylı nömrələri olan telefonunu götürüb qaçmışdır. Qolundan tutan və telefonu götürən oğlanlar bir istiqamətdə, qarşısını kəsən isə bir istiqamətdə qaçmışdırlar.O, qarşısını kəsən oğlanın ardınca qaçıb onu tutmağa çalışmışdır.Lakin onu evlərin arasında gözdən itirmişdir. Həmin zaman iki nəfər ona yaxınlaşıb nə axtardığını soruşmuşdurlar.O, isə onlara telefonunu götürüb qaçdıqlarını demişdir.Həmin şəxslər ona kömək etmək istəsələr də, lakin həmin oğlanları tapa bilməmişdirlər. Məcbur qalıb 40-cı PB-nə gəlib hadisə barəsində danışmışdır.Bu zaman telefonunu götürən oğlanı polis bölməsində görmüşdür.Onun qoluna qandal vurmuşdular.Onu bölmənin əməkdaşları çağırıb nəyə gəldiyini soruşmuşdurlar.O, da polis əməkdaşlarına bölmədə olan oğlanın telefonunu götürüb qaçdığını demişdir.Bundan sonra ərizəsini və izahatını almışdırlar.O, çıxıb evə getmişdir.Səhər yenidən bölməyə gələndə digər iki nəfərində saxlanıldığını bölmədə görmüşdür.Qeyd etmək istəyir ki, həmin şəxslər onun üstünə bıçaq və ya digər alət çıxarmamışdırlar.Ondan heç bir şey tələb etməmiş və ona xəsarət yetirməmişdirlər.Telefonunu oğlan götürərkən o, özü bunun şahidi olmuş, qolunu tutduqları üçün ona müqavimət göstərə bilməmişdir. Digər oğlan isə, yəni qarşısını kəsib ondan siqaret istəyən, adını sonradan bildiyi Lənkəranlı olan Mireltac isə ondan siqaret istəyib, haralı olduğunu soruşmuşdur. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər tərəfindən dəymiş ziyanın ona tam ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdığını və təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid bildirmişdir ki, 08 noyabr 2021-ci il tarixdə saat 20:30 radələrində yaşadığı evdən həyətə çıxdığı zaman, həyətdə olan kreslonun üstündə tanımadığı bir nəfərin gizləndiyini görmüşdür.Həmin şəxsə yaxınlaşıb ondan burada nə etdiyini soruşmuşdur.Həmin cavan oğlan qaçmaq istəmiş, lakin o, onu tutmuşdur. O, yenə ondan burada nə etdiyini soruşmuş və həmin şəxs ona oğru olmadığını bildirmişdir. Bundan sonra o, qonşusu Adildən xahiş etmiş ki, hadisə barədə DİN-nin 102 xidmətinə zəng etsin. Adil DİN-nin 102 xidmətinə zəng etdikdən sonra polis əməkdaşları gəlmişdirlər və həmin şəxsi Binəqədi RPİ 40-cı PB-nə aparmışlar. Orada məlum olmuş ki, həmin şəxs X6r. Bölmədə Nasir cibindən 02 ədəd telefonu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Nasir bildirmiş ki, telefonlardan biri onun özünə məxsusdur, ikinci telefon isə adını sonradan bildiyi Tərlan adlı şəxsindir, həyətə kimdənsə gizlənmək üçün daxil olmuşdur. Qeyd etmək istəyir ki, onun evindən və həyətindən oğurluq olmamışdır, heç kimə qarşı şikayəti və iddiası yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə verən X9 bildirmişdir, valideyinləri ilə birlikdə Binəqədi rayonu, Motodrom yaşayış massivində fərdi tikilidə yaşayır, valideyinlərinin himayəsindədir, ailələrində heç bir problem yoxdur. Ailədə üç uşaqdırlar, ən böyük odur, ikinci bacısı Aysun 2004-cü ildə, balaca qardaşı Cavid 2016-cı ildə doğulubdur. Valideynləri tərəfindən onlara heç bir zor tətbiq olunmur və işləməyə məcbur etmirlər. Valideynləri tərəfindən ona və digər bacı və qardaşına təhsil almaq üçün şərait yaradılıbdır. Biləcəri qəsəbəsində yerləşən 297 saylı orta məktəbi doqquzuncu sinifini bitirib şəhadətnamə almış, lakin oxumaq istəmədiyindən sənətlə məşğul olmaq üçün məktəbdən çıxmışdır. Yaşadıqları ev 3 sot torpaq sahəsində inşa olunubdur, kürsülü evdir. Birinci mərtəbə inşa olunubdur, ikinci mərtəbə imkan olmadığından yarımçıq qalmışdır. Atası fərdi əməklə usta işləyir, anası isə evdar qadındır. xx.xx.2021-ci ildə saat 21:00 radələrində Sulutəpə qəsəbəsində, Sulutəpə dairəsindən evə gedəndə Sulutəpə dairəsində qonşu məhəllədə yaşayan tanışı Qadirlə qarşılaşmışdır. Salamlaşıb kef-əhval tutmuşdurlar. Qadır ona tanışı Mireltacla görüşməyə getdiyini, birlikdə gedib gəlməyi təklif eləmişdir. O da ona etiraz etməyib birlikdə Sulutəpə qəsəbəsinə gəlmişlər. Qadir Mireltacla görüşüb, pulunu istəmişdir. Mireltac isə Qadirə hələ pulunu almadığını, alanda xəbər edəcəyini bildirmişdir. X11 kafeyə gedib oturub pivə içmələrini təklif eləmişdir. O da onlarla birlikdə Sulutəpənin dairəsində yerləşən kafeyə gəlmişdir. Orada Mireltac və Qadir pivə içmişlər, o, isə masada oturub onları gözləmişdir. Təxminən 20-25 dəqiqə sonra kafedən çıxıb birlikdə evə getmək üçün Motodrom yaşayış sahəsindən Biləcəri qəsəbəsinə keçən körpünün yanına gəlmişlər. Orada «Murad» şadlıq evinin yaxınlığında adını sonradan bildiyi Tərlan adlı cavan oğlanın onlara tərəf gəldiyini görmüşdür. Tərlan onlara gəlib çatanda başlamış onlara söz atmağa, bunu görən Mireltacda başlamış onunla zarafat etməyə. Həmin zaman Tərlan təxminən onlardan altı-yeddi metr aralıda dayanmışdır. Bu zaman Mireltac Tərlanın əlində telefon görüb onlara onun əlindən telefonu almağı təklif eləmişdir. Onlar Mireltaca etiraz edib, tutulacaqlarını bildirmişdirlər. Lakin, Mireltac “narahat olmayın, sizlik deyil, mənlikdir” demişdir. Bundan sonra onlar razılıq vermişdirlər. Mireltac onlara Tərlanı körpünün altına tərəf aparacağını, onlarında onlara yaxınlaşıb telefonu ondan almaqlarını bildirmişdir. O Qadirlə irəlidə getməyə başlamışlar, yolda maşının arxasında gizlənib onların gəlmələrini gözləmişdirlər. Mireltacda Tərlanla söhbət edə-edə onlara tərəf getmişdirlər. Onlar körpünün altına çatanda, o və Qadir maşının arxasından çıxıb onlara yaxınlaşanda Tərlan - “üç nəfər nədir, biz belə danışmamışıq” deyib Mireltaca etiraz etməyə başlamışdır. Bunu görüb Mireltac, ona və Qadirə işarə edib Tərlanın cibindən telefonu götürməyi bildirmişdir. Qadirdə Tərlanın başını qatmaq üçün onunla danışmağa başlamışdır. Onun başını qatanda o, Tərlanın gödəkcəsinin sağ cibində olan telefonu götürmüşdür. Bunu Tərlan hiss edib, ondan telefonu istəmişdir. O, ona əhəmiyyət verməyib telefonu cibinə qoyub qaçmışdır. Qadir və Mireltacda başqa istiqamətə qaçmışlar. Oradan 400-500 metr uzaqlaşıb məhəllədə Qadir və Mireltacı gözləmişdir. Lakin onların gəlib çıxmadıqları onu narahat etmişdir. O, geri qayıdıb onların harada olduqlarını müəyyən etmək istəmişdir. Orada bir nəfər ona yaxınlaşıb, ona onların həyətinə girdiyini, arabalarını apardığını deyib, sinəsindən tutmuşdur. O da ona onunda yaxınlıqda yaşadığını bildirmişdir. Lakin həmin adam onu buraxmamışdır. Sonra polis bölməsinə zəng vurub ondan şübhələndiyini bildirmişdir. Bir az sonra polis əməkdaşları ora gəlmişdirlər. Onu saxlayıb 40-cı PB-nə gətirmişdirlər. O, 40-cı X10 məxsus Xiaomi markalı telefonu polis əməkdaşına təqdim etmişdir. Bu zaman Tərlanında bölməyə gəldiyinin şahidi olmuşdur. Tərlanda hadisə barədə polis bölməsində ərizə yazıb vermişdir. Səhəri günü polis əməkdaşları Qadiri və Mireltacı saxlayıb bölməyə gətirmişdilər. Onlar Tərlana heç bir zor tətbiq etməmişdilər. Onun əvvəl şəxsən Tərlana qarşı cinayət törətmək fikri olmamışdır. Qadir Mireltacla birlikdə Tərlanın qarşısında dayanıb söhbət edərək onun başını qatmışdılar. O, bundan istifadə edib telefonu götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə əmtəəşünaslıq ekspertizasının 07 yanvar 2022-ci il tarixli, 9/8955 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Çində istehsal edilmiş «Xiaomi» markalı «M1806E7TG» (Redmi Note 6 pro) model mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və yuxarıda olan xüsusiyyətləri nəzərə alaraq 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 120,00 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X2 İdarəsi tərəfındən verilmiş tələbnamədən görünür ki, Mirzəyev X7 rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 12 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzası 01 il sınaq müddəti ilə şərti hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Şövqi Əsgərov tərəfindən qəbul olunmuş 09 mart 2022-ci il tarixli qərarına əsasən məlum olur ki, ********* №-li cinayət işindən X9 barəsində Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə başqa cinayət işi ayrılmışdır.
Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını və ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 təqsirini qismən etiraf etməsini, səmimi peşmanlığını, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 AR CM-nin 170.1 və 180.2.1-ci maddələri və Təqsirləndirilən şəxs2 CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 170.1 və 180.2.1-ci maddələri ilə özünü təqsirli bilməməsi və Təqsirləndirilən şəxs2 AR CM-nin 180.2.1-ci maddəsi ilə özünü qismən təqsirli bilməsi təqsirləndirilən şəxslərin onları gözləyən cinayət məsuliyyətindən yayınmaq üçün seçdikləri müdafiə taktikası kimi qiymətləndirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 170.1 və 180.2.1-ci maddələri və Təqsirləndirilən şəxs2 CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli olması təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi və şahid ifadələri, ekspert rəyi ilə və cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir . Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 AR CM-nin 170.1 və 180.2.1-ci maddələri və Təqsirləndirilən şəxs2 CM-nin 180.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 AR CM-nin 170.1 və 180.2.1-ci maddələri və Təqsirləndirilən şəxs2 CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmçinin, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 AR CM-nin 170.1 və 180.2.1-ci maddələrinin və Təqsirləndirilən şəxs2 CM-nin 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona ittiham elan olunmuş maddələr üzrə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, AR CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilən cəzalar qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs1 09 noyabr 2021-ci il tarixdən 11 noyabr 2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı və ona qəti cəzası təyin edilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Şövqi Əsgərov tərəfindən qəbul edilmiş 09 noyabr 2021-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, daha sonra Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Şövqi Əsgərov tərəfindən qəbul edilmiş 11 noyabr 2021-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə tutlmadan azad edilmişdir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ilk dəfə qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasının əvvəli, tutulduğu tarixdən, yəni 12 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarında olan Binəqədi rayon Məhkəməsinin 4(001)-1194/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində 12 noyabr 2021-ci il tarixdən həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 ona ittiham elan olunmuş maddə üzrə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir.Həmçinin, Təqsirləndirilən şəxs2 09 noyabr 2021-ci il tarixdən 11 noyabr 2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı və ona qəti cəzası təyin edilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Şövqi Əsgərov tərəfindən qəbul edilmiş 09 noyabr 2021-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, daha sonra Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Şövqi Əsgərov tərəfindən qəbul edilmiş 11 noyabr 2021-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə tutulmadan azad edilmişdir.Bundan sonra, Binəqədi rayon Məhkəməsinin 4(001)- 1195/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 oğlu barəsində 12 noyabr 2021-ci il tarixdən həbs qətimkan tədbiri seçilmişdir. Eyni zamanda, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasının əvvəli, tutulduğu tarixdən, yəni 12 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarında olan Binəqədi rayon Məhkəməsinin 4(001)-1195/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 oğlu barəsində 12 noyabr 2021-ci il tarixdən həbs qətimkan tədbiri seçilmişdir. Bundan əlavə, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut – Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan 01 ədəd mobil telefon və 02 ədəd Sim kart sahibi (zəzərçəkmiş şəxs) Zərərçəkmiş şəxs qaytarılmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçələri məhkəmə prosesində təyinatla iştirak etdiklərindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi1 hazırki iş üzrə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 75 saat, Müdafiəçi2 hazırki iş üzrə təqsirləndirilən şəxs X3 hüquqlarının müdafiəçi ilə əlaqədar məhkəmə baxışı zamanı 65 saat vaxt sərf etmişdirlər. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1-ci maddəsi ilə təqsirli bilinsin və 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən toplanılmaqla o, 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 09 noyabr 2021-ci il tarixdən 11 noyabr 2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 03 (üç) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli, onun tutulduğu tarixdən, yəni xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 09 noyabr 2021-ci il tarixdən 11 noyabr 2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli, onun tutulduğu tarixdən, yəni xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan 01 ədəd mobil telefon və 02 ədəd Sim kart sahibi (zəzərçəkmiş şəxs) Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. 1(001)-274/2022 saylı cinayət işi üzrə Müdafiəçi1 Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı cəmi 75 saat vaxt sərf etmişdir, buna görə də, hüquqi xidmətin dəyəri 450 (dörd yüz əlli) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37 NABZ********************. S.W.İ.F.T.B.İ.K:AİİBAZ 2X,hesab№AZ48AİİB ********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. 1(001)-274/2022 saylı cinayət işi üzrə Müdafiəçi2 Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı cəmi 65 saat vaxt sərf etmişdir, buna görə də, hüquqi xidmətin dəyəri 390 (üç yüz doxsan) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37 NABZ********************. S.W.İ.F.T.B.İ.K:AİİBAZ 2X,hesab№AZ48AİİB ********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir.
Hakim: Abbas Rzayev