Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-275/2023 27.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs nümayəndəsi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, xx.xx.2022-ci il saat 13 radələrində ünvan 2-də qızı Şahid1 Camal qızının evə gec gəldiyinə görə sonuncu ilə uca səslə mübahisə etdiyindən həmin evin ikinci mərtəbəsində yaşayan keçmiş qaynanası Zərərçəkmiş şəxs bunu eşidib ona iradını bildirməsi səbəbindən sonuncu ilə aralarında yaranmış mübahisə zamanı qəsdən yumruqla Zərərçəkmiş şəxs sinəsinə və oturacaqla sol əlindən vurub sol əlin İV barmağının falanqalararası ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin İV barmağının dərialtı hematoması, döş qəfəsinin ön səthinin sıyrığı kimi sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2009-cu ildə Qanuni nümayəndə1 ilə ailə qurmuş, lakin rəsmi nikahları 2015-ci ildə olmuşdur. Birgə nikahdan 2011-ci ildə qızı Aysun, 2015-ci ildə isə oğlu Fərid dünyaya gəlmişdir. Əvvəllər həyat yoldaşı Ruslanla aralarında heç bir problem olmasa da, sonradan Ruslanın bacısı Sona boşandıqdan sonra onlar ilə birlikdə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 6, ev 32 ünvanında yaşamağa başlamışdır. Həmin müddətdən sonra evdə problemlər yaranmağa başlamışdır. Bir il əvvəl məhz həmin problemlərə görə onun Ruslanla olan nikahlarına Binəqədi Rayon Məhkəməsinin qərarı ilə xitam verilmişdir. Ruslanla boşanmalarına baxmayaraq o, uşaqları ilə birlikdə həmin mənzilin zirzəmisində yaşamışdır. 12 iyun 2022-ci il tarixdə günorta saatlarında evdə olarkən qızı Aysunu evdə görməmişdir. Belə ki, o, əvvəlcə belə hesab etmişdir ki, Aysun nənəsi Pərvanənin yanına gedib. Lakin sonra həyətə çıxanda qızı Aysunu küçədə görüb ona əsəbiləşərək evə gətirmişdir. Evdə olarkən o, Aysunu danlamış və əsəbindən onun ayağından çimdikləmişdir. Aysun qışqırdığı üçün keçmiş qayınanası Pərvanə onun yaşadığı evə gəlmişdir. Pərvanənin evə daxil olarkən əlində saxladığı telefon ilə onun səsini yazdığını görmüş və aralarında sözlü mübahisə yaranmışdır. O, Pərvanədən evi tərk etməsini tələb etmiş, lakin Pərvanə bu zaman onun saçına əl ataraq təhqir edib evdən çıxarmağa çalışırmışdır. Həmçinin Eldəniz də onun qarın nahiyəsinə təpiklə zərbə endirmişdir. O, münaqişə vaxtı Pərvanəyə heç nə etməmişdir. Pərvanə özü-özünə xəsarət yetirərək onu şərləyib yaşadığı evdən çıxarmaq üçün bu hərəkəti etmişdir. Himayəsində iki azyaşlı uşağı vardır və onların dolanışığı, təlim və tərbiyyəsi ilə özü məşğul olur. Məhkəmədən qeyd olunanların nəzərə alınıb ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2009-cu il tarixdə oğlu Qanuni nümayəndə1 Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, lakin rəsmi nikaha 2015-ci il tarixdə daxil olmuşlar. Birgə nikahdan nəvələri 2011-ci il tarixdə Aysun və 2015-ci il tarixdə isə Fərid dünyaya gəlmişdir. Əvvəllər gəlini Sevillə oğlu Ruslanın arasında ciddi problemlər olmasa da, 2016-cı il tarixdə həyat yoldaşı Camal rəhmətə gedəndən sonra problemlər daha da ciddiləşməyə başlamış, Sevil nə onu, nə də Ruslanı saymamışdır. 2022-ci il tarixdə Sevil və Ruslan arasında olan nikaha xitam verilmişdir. Artıq nikaha da xitam verildiyinə görə Sevilin yaşadığı ev qızı Sonaya məxsus olduğuna görə Sona sonuncudan evdən çıxmasını tələb etmişdir. Lakin Sevil hər dəfə onlara şər və böhtan ataraq evdən çıxmaqdan imtina etmişdir. 12 iyun 2022-ci il tarixdə günorta saatlarında işdən evə qayıtmışdır. Həmin gün evdə olarkən nəvəsi Aysuun qışqıraraq ondan kömək istədiyini eşitmişdir. O, dərhal evdən çıxaraq Sevilin yaşadığı mənzilə daxil olmuş və Sevildən nə səbəbə Aysunu döyməsini soruşmuşdur. Sevil isə ona “uşaq mənimdir, özüm bilərəm” deyərək yumruqla onun sinəsindən vurmuşdur. Bu zaman o, haldan düşdüyündən Sevili özündən uzaqlaşdıra bilməmiş, Sevil isə onun saçından tutaraq yerə doğru əyib onu boğmağa başlamışdır. X4 “ay ana nənəmi öldürmə, nənəmi burax” deyərək onu döyməməsini tələb etmişdir. O, qışqıraraq Sevildən saçını buraxmasını tələb etdikdə səsə digər nəvəsi Eldəniz otağa daxil olmuş və onu Sevilin əlindən alaraq evdən çıxmasını bildirmişdir. Daha sonra Sevil otaqda olan stulu götürüb onu başından vurmaq istəyəndə sol əlini sonuncunun qarşısına tutmuş və zərbə nəticəsində onun sol əlinin dördüncü barmağı zədələnmişdir. Bundan sonra o və nəvəsi Eldəniz evdən çölə çıxmışlar. Sevil də onların arxası ilə çölə çıxaraq evin həyətində olan zaman onu pis sözlərlə təhqir etməyə başlamışdır. Bundan sonra o, baş vermiş hadisə ilə bağlı DİN-in 102 saylı xidmətinə məlumat vermişdir. Hazırda o, Sevillə barışmamış və o Sevildən şikayətçidir. Məhkəmə iclasında qanuni nümayəndəsi olan atası Qanuni nümayəndə1 iştirakı ilə dindirilmiş azyaşlı Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun nənəsi, Qanuni nümayəndə1 atası, Təqsirləndirilən şəxs anası, 7 yaşlı Fərid onun qardaşıdır. O, 12 iyun 2022-ci il tarixdə günorta vaxtı yaşadığı evə gəlmiş və bu zaman evdə olan anası Sevil əsəbiləşərək ona qışqırmağa başlamışdır. O isə anasının qışqırmasından qorxub nənəsigili ona köməyə çağırmışdır. Nənəsi Pərvanə evin birinci mərtəbəsinə düşərək anası Sevilə onu dinc buraxmasını bildirib anasından uzaqlaşdırmışdır. Bu zaman anası Sevil əli ilə nənəsi Pərvanənin sinəsindən geriyə doğru itələyərək onu öz yanına çəkmişdir. Həmin vaxt anası Sevil nənəsi Pərvanəni təhqir edərək onun saçından tutub başını aşağı doğru əydikdə o, hadisənin təsirindən qorxuya düşərək evdə olan xalası oğlu Eldənizi köməyə çağırmışdır. Daha sonra isə Eldəniz onun səsinə köməyə gələrək anası və nənəsini ayırarmışdır. Bu zaman anası Sevil evdə olan stulu götürərək nənəsinə həmin stulla vuran zaman nənəsi Pərvanə özünü əlini yuxarı tutsa da, əlindən xəsarət almışdır. Bundan sonra onlar birlikdə bayıra çıxmışdır. Məhkəmə iclasında qanuni nümayəndəsi olan anası Qanuni nümayəndə2 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Şahid2 ifadəsində göstərmişdir ki, Pərvanə onun nənəsidir, Sevil isə dayısı arvadı olmuşdur. Onlar bir evdə yaşamışlar. Evin birinci mərətəbəsində Sevil və övladları, üst mərtəbədə isə anası, nənəsi, qardaşı və o yaşamışdır. Dayısının keçmiş yoldaşı olan Təqsirləndirilən şəxs dayısından ayrılsa da, Sevil həmin ünvanda yaşamağa davam etdiyi üçün və dayısına mütəmadi olaraq hədəqorxu gəldiyini, sonuncunu şərləyəcəyini bildirdiyi üçün dayısı Ruslan həmin ünvandan çıxaraq ölkəni tərk etmişdir. Sevil hər zaman öz övladlarını döydüyündən, dayısının övladları çox vaxt onların yaşadığı üst mərtəbədə olmuşlar. 12 iyun 2022-ci il tarixdə günorta vaxtı evdə olarkən Sevilin qızı Aysunu döydüyünü eşitmiş və həmin vaxt nənəsi Pərvanə dayısı qızı Aysunu sonuncunun əlindən almaq üçün aşağıya düşmüşdür. Həmin vaxt onun anası Sona işdə olmuşdur. O, səs-küyün artdığını eşidib evin birinci mərtəbəsinə enmiş və evin birinci mərtəbəsində olan zaman Sevilin nənəsi Pərvanənin saçından tutaraq başını aşağı doğru əydiyini, nənəsinin isə Sevilə onun saçını buraxmasını bildirdiyinin şahidi olmuşdur. O, bu zaman araya girərək nənəsini özünə tərəf atmış və onu qucaqlayaraq sakitləşdirməyə başlamışdır. Həmin vaxt Sevil evdə olan stulu götürərək nənəsinə həmin stulla vuran zaman nənəsi Pərvanə sol əlini yuxarı tutmuş, lakin əlindən xəsarət almışdır. Bundan sonra onlar birlikdə bayıra çıxmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baş vermiş hadisə ilə bağlı ünvan 2 ünvanına baxış keçirilmiş və sübut əhəmiyyəti kəsb edəcək predmet aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 1203 nömrəli rəyindən görünür ki, 1. vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər sol əlin İV barmağının falanqalararası ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin İV barmağının dərialtı hematoması, döş qəfəsinin ön səthinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən ilkin müayinədən bir günə qədər müddətə uyğun gəlirlər və dərəcəsinə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan saölamlığa Yüngül zərər vurmaya aiddirlər. 2. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əl və stulla yetirilən zərbələr nəticəsində əmələ gələ bilərdilər. 3. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin əlçatan nahiyələrdə yerləşməsinə baxmayaraq onun özü tərəfindən yetirilməsi, eləcə də onun öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi az inandırıcıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 1206 nömrəli rəyindən görünür ki, 1. vət. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – sağ və sol bazu nahiyələrin qançırları, döş qəfəsinin sol yarısının ön səthinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər müddətə uyğun gəlirlər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. 2. Vət. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əl və yumruqla yetirilən zərbələr nəticəsində əmələ gələ bilərdilər. 3. Vət. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin əlçatan nahiyələrdə yerləşməsinə baxmayaraq onun özü tərəfindən yetirilməsi, eləcə də onun öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi az inandırıcıdır. İfadənin yerində yoxlanması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs ifadəsi hadisə yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Üzləşdirmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. AZE ******** nömrəli və AZE 11443494 nömrəli şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü Şahid1 və xx.xx.2005-ci il təvəllüdlü X2 adlı iki azyaşlı uşağı vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-275/2023 nömrəli qərarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, Zərərçəkmiş şəxs mülki iddaçı qismində tanınaraq ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan hüquq və vəzifələri, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınaraq ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 93-cü maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair məhkəmə iclasında verdiyi ifadəsinə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, təqsirləndirilən şəxsin ifadələrini, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 128-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini (qadın olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs qadın olmasını, tərəfindən zərərçəkmiş şəxslə barışığın əldə edilməməsini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını, eləcə də cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, verilmiş mülki iddiaya münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə mülki iddiaçı qismində tanınmış zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki iddiası baxılmamış saxlanılmalıdır. Belə ki, müraciətdə maddi və mənəvi ziyanla bağlı müəyyən hallar göstərilsə də, həmin halları təsdiq edən heç bir sübut müraciətə əlavə olunmamış və buna dair məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Belə olan halda qeyd olunan xüsusat ilə bağlı mülki mühakimə qaydasında araşdırma aparılmalı olduğundan və cinayət işi üzrə süründürməçiliyə yol verilməməsi baxımından məhkəmə, sözügedən mülki iddianın baxılmamış saxlanılması qənaətinə gəlmişdir. Həmçinin iş üzrə mülki iddiaçı qismində tanınmış zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs izah edilməlidir ki, hazırda baxılan cinayət işi üzrə məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180.1-ci maddəsinə əsasən eyni tərəflər arasında və eyni predmet üzrə mübahisəyə dair eyni əsaslarla qəbul edilmiş mülki iddia haqqında, mülki iddiaçının iddiadan imtina etməsinin qəbul olunması haqqında və ya barışıq sazişinin təsdiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması, habelə iddianın rədd edilməsini, yaxud tamamilə və ya qismən təmin edilməsini nəzərdə tutan qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması yenidən mülki iddia verilməsini istisna edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 35 (otuz beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddiaçı qismində tanınmış Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın və ona baxılmadan saxlanılmış mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №1(001)-275/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-275/2023
27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver