Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-276/2022 22.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Zakir oğlunun, Təqsirləndirilən şəxs müdafiəçisi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1996-ci ildə Qəbələ rayonu Bunud kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Qəbələ rayonu, Bunud kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, YYM-də fərdi evdə kirayədə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən «Platin» kafesində yerləşən masada müştəri kimi əyləşən Zərərçəkmiş şəxs guya Qəbələ sakinlərinin ünvanına nalayiq söyüş söydüyünü bəhanə edərək heç bir əsaslı səbəb olmadan ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ictimai yer hesab olunan ərazidə Zərərçəkmiş şəxs nalayiq sözlərlə söyərək sifət nahiyəsindən bir dəfə yumruqla vuraraq ona burun qanaxması və sol burun dəliyin ucunun sıyrığı ilə müşayiət olunan burun sümüyünün yerini az dəyişmiş qapalı sınığı ilə nəticələnən və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 20.00 radələrində bibisi oğlanları Şahid2, X6, tanışları Şahid3, Şahid1 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən «Platin» adlı kafeyə getmiş və orada birlikdə masa arxasında əyləşib içki və yemək sifariş vermişlər. Canlı musiqi müşayəti ilə digər müştərilər kimi spirtli içki qəbul edib şam yeməyi yeyərək əylənmişlər. Saat təqribən 22 radələrində Tərlan Azayevin vacib işi olduğundan məclisi tərk edərək evə getmiş və digər şəxslər kafedə qalmışdır. Saat təxminən 23 radələrinədək pivə və digər alkoqol tərkibli spirtli içkilər qəbul etdikdən sonra anidən yaxınlığındakı masa arxasında əyləşmiş şəxslərə yaxınlaşaraq onlardan biri- sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs adlı şəxsin burun nahiyyəsinə heç bir səbəb olmadan yumruq zərbəsi vuraraq ona xəsarət yetirmişdir. Həmin anda onun masa yoldaşları arxadan çəkərək kənarlaşdırıb kafedən kənara çıxarmışlar. Kafedən çölə çıxdıqdan sonra masa yoldaşları nə üçün onun tanımadığı Zərərçəkmiş şəxs adlı şəxsi vurduğunu soruşduqda o, onlara yalandan həmin şəxsin Qəbələlilərin ünvanına nalayiq ifadələr işlətdiyini demişdir. Əslində tanışlarına bunu yalandan demiş, Zərərçəkmiş şəxs adlı şəxsi həddindən artıq sərxoş olduğu üçün özünü idarə edə bilmədən heç bir səbəb olmadan vurmuşdur. Təqsirləndirilən şəxs, ifadəsində həmçinin göstərmişdir ki, hadisə 3-5 dəqiqə ərzində baş verib bitmiş, kafedə olan tanımadığı müştərilər, Zərərçəkmiş şəxs və onun olduğu masa arxasındakı şəxslər, kafenin işçiləri hadisənin şahidi olmuş, hərəkətləri nəticəsində kafeyə və ya sahibinə maddi ziyan vurmamış, Zərərçəkmiş şəxs adlı şəxs tərəfindən ona bədən xəsarəti yetirilməmişdir. Zərərçəkmiş şəxs heç bir təqsiri olmadığı halda xəsarət yetirməsindən peşmandır.Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini, o cümlədən zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyini və zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, günəmuzd fəhlə olaraq çalışıb ailəsinin maddi təminatını ödəyir. xx.xx.2021-ci il tarixdə qardaşı oğlu Şakirin hərbi xidmətdən məzuniyyətə gəlməsi münasibətilə onun şərəfinə qonaqlıq vermək qərarına gəlmişdir. Bu məqsədlə o, qonşusu Əlvan Məmmədov, qardaşı Şövqi Qasımov və qardaşı oğlanları Şakir və Rəhimlə birlikdə həmin günü saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən «Platin» kafesinə getmişlər. Kafeyə daxil olaraq birlikdə masa arxasında əyləşib yemək sifariş vermiş və canlı musiqi sədalarında şam yeməyi yeyərək əylənmişlər. Həmin gün saat 23 radələrində onların oturduğumuz masanın arxa tərəfindəki masada da 4-5 nəfərsonradan adları məlum olan Şahid1, X5, Şahid3 və Təqsirləndirilən şəxs adlı şəxslər əyləşib yemək yeyib spirtli içki qəbul edərək əylənmişlər. Bu zaman həmin masada əyləşən əvvəllər tanımadığı və aralarında heç bir münasibətləri olmayan Təqsirləndirilən şəxs adlı şəxs oturduğu masadan duraraq ona yaxınlaşıb heç bir səbəb olmadan və heç bir söz demədən anidən yumruq zərbəsi ilə onun burun nahiyyəsindən vuraraq xəsarət yetirmişdir. Həmin vaxt Məhəmməd adlı şəxsin əyləşdiyi masa arxasındakılar, eləcə də onun oturduğu masa ətrafındakı şəxslər dərhal qalxıb müdaxilə etmiş, Məhəmmədi ondan kənarlaşdırıb kafedən çıxarmış, bir dəqiqə ərzində onun hərəkətlərinə son qoyulmuşdur. O, kafenin sanitar qovşağına gedərək burnunun qanını təmizləmiş və kafeyə qayıtdıqdan sonra ona xəsarət yetirmiş şəxsin kimliyi ilə maraqlanaraq nə üçün onu vurduğunu tanışlarından soruşmuşdur. Həmin şəxsin əslən Qəbələ rayonundan olan Məhəmməd adında şəxs olduğunu, həddindən artıq spirtli içki qəbul etməsi səbəbindən ona hücum edərək xəsarət yetirdiyini bilmişdir. Bundan sonra o, kafeni tərk edib evinə getdikdə oğlu bu barədə DİN-nin 276 xidmətinə zəng edərək məlumat vermiş və həmin məlumat əsasında o Binəqədi RPİ-nin 6-cı PB-nə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs, həmçinin bildirmişdir ki, onun və Məhəmməd adlı şəxsin masa arxasında əyləşdiyi, kafedəki digər müştərilər, eləcə də kafe işçiləri hadisənin şahidi olmuşlar.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini və zərərçəkmiş şəxslə barışdığını bildirmiş və heç bir şikayət və tələbinin olmaması barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X9 ərazisindəki fərdi evdə qardaşı Tərlan Azayevlə birlikdə kirayədə yaşayır və Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən «İstiqbal Mebel» adlanan mebel sexində fəhlə olaraq çalışır. xx.xx.2021-ci il tarixdə, saat 20 radələrində istirahət edib əylənmək məqsədilə mebel sexində fəhlə işləyən tanışları Şahid1, Şahid3 və Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən «Platin» kafesinə getmişlər. Həmin kafedəki masaların birinin arxasında əyləşib spirtli içki və yemək sifariş vermiş və canlı musiqi müşayəti ilə şam yeməyi yeyib spirtli içki qəbul etmiş və saat 23 radələrinədək istirahət edib əylənmişlər. Həmin vaxt onlarla eyni masa arxasında əyləşən tanışı Təqsirləndirilən şəxs gözlənilmədən masa arxasından qalxaraq yaxın masa arxasında əyləşmiş, sonradan adı onlara məlum olan Zərərçəkmiş şəxs adlı şəxsin sifət nahiyyəsindən yumruq zərbəsi vuraraq ona bədən xəsarəti yetirmişdir. O özü və digər yoldaşları dərhal qalxaraq Məhəmmədi arxadan tutub kafedən çölə çıxarmış, Ədalətlə eyni masada əyləşmiş şəxslər isə onun burnundan gələn qanı yuyub təmizləyərək ona köməklik göstərmişlər. Sərxoş vəziyyətdə olan Məhəmmədə müraciət edərək nə üçün həmin şəxsi vurduğunu soruşduqda sonuncu guya onu Qəbələlilərin ünvanına söyüş söydüyünə görə vurduğunu demiş, onlar həmin şəxsin kimsənin ünvanına söyüş söyməsini eşitmədiklərini dedikdə guya təkcə özünün eşitdiyini deməklə onlara cavab vermişdir. Onun güclü sərxoş olduğunu görüb kafedən çıxararaq evinə yola salmışlar. Zülfiqar Azayev, həmçinin qeyd etmişdir ki, hadisə 3-5 dəqiqə ərzində baş vermiş, Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs müqavimət göstərilməmiş, ona bədən xəsarəti yetirməmiş, kafedəki müştərilər, hər iki masa arxasındakı şəxslər hadisənin şahidi olmuş, hadisə nəticəsində kafenin sahibinə maddi ziyan vurulmamış, avadanlıq əzilməmiş və məhv edilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsi və şahidlər Şahid3, Şahid5 Şıxməmməd oğlu və Şahid6 elan olunmuş ifadələrinə əsasən məlum olur ki, onlar da X2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid4 bildirmişdir ki, iki ilə yaxındır ki, Bakı şəhəri,Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən “Platin” kafesini icarə əsasında işlətməklə məşğuldur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Zakir oğlunu onun işlətdiyi kafeyə gələn müştərilərdən biri kimi tanımışdır. Həmin şəxslər digər tanışları ilə birlikdə 15.1.22021-ci il tarixdə, saat 20 radələrindən sonra kafeyə gələrək yaxın masa arxasında oturmuş və hər biri nahar sifariş verib istirahət etmişlər. Saat 23 radələrində kafenin mətbəxində kabab bişirdiyi zaman ofisinant tərəfindən kafenin zalında dava-dalaş baş verməsi barədə ona məlumat vermişdir. Məlumatdan sonra dərhal zala çıxmış və orada Məhəmmədlə Ədalətin masa yoldaşları tərəfindən ayrıldıqlarının, sonuncunun burun nahiyyəsinin qanlı olmasının şahidi olmuşdur. Məhəmməd və Ədalətin masa yoldaşlarından ona məlum olmuşdur ki, sərxoş vəziyyətində olan Məhəmməd tərəfindən heç bir səbəb olmadan Ədalətin sifətinə yumruq zərbəsi vurmuşdur.O, Məhəmməddən sakitlik üçün kafedən çölə çıxmasını xahiş etmişdir. Həmin vaxt Ədalətin oğlu tərəfindən DİN-nin 276 xidmətinə məlumat verildiyindən həmin şəxslər polis bölməsinə dəvət olunmuşlar. Şahid4, həmçinin bildirmişdir ki,dava-dalaş 3-5 dəqiqə ərzində baş vermiş,kafedə olan 10-15 nəfər müştəri hadisənin şahidi olmuş, kafeyə aid 2 ədəd stul aşsa da, sındırılmamış və ona hər hansı maddi ziyan vurulmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertizasının 22 dekabr 2021-ci il tarixli, 2082 saylı rəyinə əsasən məlum olur ki, Zərərçəkmiş şəxs Zakir oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarətlər - burun qanaxması və sol burun dəliyinin ucunun sıyrığı ilə müşayiət olunan burun sümüyünün yerini az dəyişmiş qapalı sınığı küt əşyanın (alətin) təsirindən yaranmışdır, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 15 dekabr 2021-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyəyə yumruqla vurma nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin məhkəmə-psixiatrik ekspertizasının 9 fevral 2022-ci il tarixli 327 saylı rəyinə və cinayət işi materiallarına əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu (f07.0) aşkar olunur. Bunu, anamnestik məlumatlara əsasən, xasiyyətcə əsəbi, qıcıqlara qarşı həssas olması, əsəbi gərginlik zamanı özünə xəsarət yetirməsi, Rusiya Federasiyasında ambulator qaydada müalicə olunması, 2014-cü ildə SN 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müayinə olunarkən “Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozunun təyin edilməsi, hərbi xidmətə yararsız hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər təfəkkürün tempinin nisbətən ləngiməsi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, əhval-ruhiyyəsinin dəyişkən olması, xarici qıcıqlara qarşı həssaslığının bir qədər artması və s. sübut edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar edilən üzvi şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu aşkar olunur, lakin Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 4 may 2022-ci il tarixli, Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən məlum olur ki, o və Təqsirləndirilən şəxs barışıq əldə etmişdir.Hal-hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur, o cümlədən, gələcəkdə də olmayacaqdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir.Buna görə də, o, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-cı il tarixli 15 nömrəli Qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında da təsbit olunmuşdur. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir, həmçinin təqsirləndirilən şəxsin təqsirini etiraf etməsi, əməlindən səmimi peşman olması, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini və zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə islah işləri növündə cəza təyin olunması, qanuni, ədalətli və əsaslıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 17 yanvar 2022-ci il tarixdən – 19 yanvar 2022-ci il tarixədək, həbsdə olduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən islah işləri növündə cəzanın müddətinə 1(bir) günə 4 (dörd) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Rövşən Cavadov tərəfindən qəbul olunmuş protokola əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 17 yanvar 2022-ci il tarixdə tutulmuşdur. Həmçinin, iş materiallarında olan Bakı şəhər Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Rövşən Cavadov tərəfindən qəbul olunmuş 19 yanvar 2022-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 19 yanvar 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməklə buraxılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. CM-nin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri növündə cəza təyin edilməli, bu cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs islah işləri cəzası təyin edildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 50 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 9 (doqquz) ay müddətinə islah işləri cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 17 yanvar 2022-ci il tarixdən – 19 yanvar 2022-ci il tarixədək, həbsdə olduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən islah işləri növündə cəzanın müddətinə 1(bir) günə 4 (dörd) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 8 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs islah işləri cəzasını iş yeri üzrə çəksin və hökmün icrası qeydiyyatda olduğu yer üzrə icra qurumuna həvalə olunsun. Təqsirləndirilən şəxs islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə ilk tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri qüvvədə saxlanılsın. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 50 saat hüquqi xidmətin dəyəri 300 (üç yüz) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37 NABZ********************. S.W.İ.F.T. B.İ.K:AİİBAZ 2X,hesab№AZ48AİİB ********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-276/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-276/2022
22.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver