Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-278/2023 27.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Masallı rayonu, Dəlləkli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Masallı rayonu, Dəlləkli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən, korpus 9 ünvanında yaşayan, Bakı şəhəri Bİnəqədi Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri barəsində «ev dustaqlığı» növündə qətimkan tədbiri ilə əvəz edilmiş , Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, sonuncuya Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən gölün kənarında şərikinə ev tikib satdıqdan sonra gəlir əldə edəcəyinə dair yalandan vəd verib aldadaraq, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən «Çinar» adlanan kafenin qarşısında 6000 (altı min) manat məbləğində nağd pulunu alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından suiistifadə edərək, sonuncuya Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən, korpus 9 ünvanında yerləşən 85 kv/m-dən ibarət 1 (bir) mərtəbəli 3 (üç) otaqlı fərdi yaşayış evini 24000 manata satacağına yalandan vəd verib aldadaraq, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən küçəsində yerləşən kafedə 20000 manat məbləğində və xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən «Göyçə» adlanan xeyir-şər evinin qarşısında 1500 manat məbləğində olmaqla, cəmi 21500 (iyirmi bir min beş yüz) manat məbləğində nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından suiistifadə edərək, sonuncuya Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən, korpus 9 ünvanında yerləşən 85 kv/m-dən ibarət 1 (bir) mərtəbəli 3 (üç) otaqlı fərdi yaşayış evini 27000 manata satacağına yalandan vəd verib aldadaraq, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs1 atası Şahid1 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən, korpus 93 ünvanında Zərərçəkmiş şəxs1 məxsus 12750 manat məbləğində, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Şahid1 həmin ünvanda Zərərçəkmiş şəxs1 məxsus 3100 manat məbləğində və xx.xx.2022-ci il tarixdə saat 16:00da Şahid1 ünvan 4 ünvanında yerləşən 26 saylı notariat ofisində qardaşı Şahid8 Məmmədiyar oğlunun vasitəsi ilə Zərərçəkmiş şəxs1 məxsus 11150 manat məbləğində olmaqla, cəmi 27000 (iyirmi yeddi min) manat məbləğində nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs3 ilə təxminən beş il öncə Bakı şəhəri, Binəqədi rayonu ərazisində tanış olmuş, belə ki, o, Bakı şəhəri, Binəqədi rayonu ərazisində fərdi evlər tikib satmaqla məşğul olmuşdur. Etibar ilə onun normal münasibəti olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Söhbət əsnasında o, Etibara Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən gölün kənarında şərikli ev tikib satmağı təklif etmiş, həmin ev tikilib satıldıqdan sonra, evdən qalan gəliri Etibarla yarı böləcəkmiş. Etibar onunla razı olaraq, bu işə görə ona cəmi 6000 manat məbəlğində pul verə biləcəyini bildirmiş və o, sonuncu ilə razılaşmışdır. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs3lə o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən «Çinar» adlanan kafenin qarşısında görüşmüş və orada Etibar ona 6000 manat məbləğində pul vermişdir. Təxminən bir aydan sonra o, Etibara zəng edərək, həmin evi yarımçıq tikib satdığını və evin pulundan sonuncuya cəmi 7000 manat məbləğində pul verəcəyini bildirmişdir. Etibar da onunla razılaşmış, lakin, həmin evin tikintisində ziyan etdiyindən Etibarın pulunu qaytara bilməmişdir. Bundan başqa, göstərmişdir ki, Zərərçəkmiş şəxs2 o, əvvəllər tanımamış, sonuncunu ev alqı-satqısı ilə məşğul olan Elşən adlı şəxsin vasitəsi ilə tanımışdır. Zərərçəkmiş şəxs2 o, 30000 manat məbləğində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 9 ünvanında yerləşən divar daşlarından hörülmüş kürsülü bir mərtəbəli 85 kv/m olan evi satmaq istədiyini bildirmişdir. Qəmbər isə ona 30000 manat məbləğində pulunun olmadığını, cəmi 24000 manat mabləğində pulunun olduğunu bildirmişdir. Həmin vaxt onlar razılığa gəlməsələr də, bir neçə gün sonra o, Qəmbərə mobil telefon vasitəsi ilə zəng edərək, təcili pula ehtiyacı olduğu üçün həmin evi 24000 manata satmağa hazır olduğunu demişdir. Razılaşmaya əsasən pulun 20000 manatını Qəmbər ona əvvəlcədən, qalan 4000 manatını isə ev tikilib tamamlandıqdan sonra verəcəkmiş. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsində yerləşən kafedə Qəmbər ona 20000 manat məbləğində pul vermişdir. Həmçinin bu barədə Qəmbərin tanışı Şəmsi adlı şəxs tərəfindən əl yazma müqaviləsi də tərtib olunmuş və orada Qəmbər başda olmaqla, Famil, Şəmsi və Qüdrət adlı şəxslər də iştirak etmişlər. Həmin müqavilə onun sözləri ilə yazılmış, lakin, müqavilədə bir nüans da olmuşdur. Həmin nüans ondan ibarət olmuş ki, Qəmbər evi 30000 manata alaraq, 26000 manat ödəniş edib 4000 manat borclu qalmalı imiş. Çünki həmin evi 30000 manatdan aşağı satmayacağına özünə söz vermişdir. Müqavilə bağlandıqdan sonra Qəmbər ona 20000 manat pul verib 4000 manat borclu qalmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən «Göyçə» adlanan xeyir-şər evinin qarşısında Qəmbər əlavə olaraq ona 1500 manat məbləğində pulu da vermişdir. Daha sonra həmin evi o, digər şəxsə baha qiymətə satıb, Qəmbərin 5000 manat məbləğində pulunu qaytarmışdır. Qalan pulu isə o, vaxtında Qəmbərə qaytara bilməmişdir. Bundan başqa göstərmişdir ki, Zərərçəkmiş şəxs1 o, əvvəllər tanımamış, sonuncunu tanışı Mirağa adlı maklerin vasitəsi ilə tanımışdır. Belə ki o, Mirağa adlı maklerə özünə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 9 ünvanında yerləşən divar daşlarından hörülmüş kürsülü bir mərtəbəli 85 kv/m evi satmaq istədiyini bildirmişdir. Rəvan adlı şəxs atası ilə birlikdə həmin evə baxdıqda, evi bəyənmiş və həmin evi 27000 manat müqabilində ala biləcəklərini bildirmişlər. Bundan sonra xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Rəvanın atası Şahid1, Mirağa adlı şəxsin ofisində, yəni Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən, korpus 93 ünvanında ona 12750 manat məbləğində pulu vermişdir. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Rəvanın atası Zabil yenidən, həmin ofisdə, 3100 manat məbləğində pulu ona vermişdir. Bundan sonra onun üzərində şəxsiyyət vəsiqəsi olmadığından, Rəvanın atası Şahid1 ilə qardaşı Şahid8 Məmmədiyar oğlu arasında ünvan 4 ünvanında yerləşən 26 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə podrat müqaviləsi bağlanmış və Rəvanın atası həmin müqaviləyə əsasən 11150 manat məbləğində pulu qardaşı Şahid8 vermiş və Mehdi də həmin pulu öz növbəsində ona vermişdir. Daha sonra həmin evi o, digər şəxsə baha qiymətə satıb, Rəvanın pulunu qaytara bilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs çıxış edərək törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyini bildirərək, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasına çağırılmış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hər biri ayrı-ayrılıqda məhkəməyə teleqram ünvanlayaraq cinayət işi üzrə təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyanın ödənilməsini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişlər. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmuşdur. Məhkəmə iclasına çağırılmış şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4,Şahid5 Əhliyyət oğlu, X2, Şahid7, Şahid8, Şahid9, Şahid10 və Şahid11 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə fakta görə CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Göl ərazisi adlanan yerdə yerləşən fərdi yaşayış evinin qarşısında baş vermişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə fakta görə CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi və CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş və ibtidai istintaqın CM-in CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrə altında davam etdirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə fakta görə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 9 ünvanında baş vermişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 26 saylı notariat ofisinin qarşısında baş vermişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli hesabat cədvəlindən görünür ki, Şahid1 məxsus əmlakın həmin tarixə olan yekun bazar dəyəri 30000 (otuz min) manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şahid1 və Şahid8 arasında podrat müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış və ona CPM-in 87-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmış və ona CPM-in 87-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış və ona CPM-in 87-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Mehtiyev X1 RPİ-nin inzibati binasında, müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Vüsal Rzayev tərəfindən verilmiş vəsatət rədd edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrlə yenidən ittiham edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə bir ədəd “A4” formatlı vərəq mühüm əhəmiyyət kəsb etdiyindən iş materiallarında saxlanılmışdır. Binəqədi Rayon Məhkəməsinin 1(001)-278/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarından yayındığı üçün barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan olunmuşdur. 01 may 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 2023-cü il tarixdə tutularaq Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-278/2023 nömrəli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir və o məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə ünvanlanmış notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən dəymiş zərər tamamilə ödəndiyindən ona qarşı heç bir şikayət və tələbi olmamışdır. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən dəymiş zərər tamamilə ödəndiyindən ona qarşı heç bir şikayət və tələbi olmamışdır. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən dəymiş zərər tamamilə ödəndiyindən ona qarşı heç bir şikayət və tələbi olmamışdır. Binəqədi Rayon Məhkəməsinin 1(001)-278/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğu üçün barəsində axtarış elan edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadəsi, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN BƏSİİ əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən fərdi yaşayış evini axşam saat 23:00dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə baxışı zamanı iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 12 oktyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiq tərəfindən verilmiş vəsatət təmin edilməmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)- 278/2023 nömrəli qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tutularaq Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-278/2023 nömrəli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. 20 sentyabr 2023-cü il tarixdə barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin şərtlərini pozduğu üçün barəsində axtarış elan edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 10 oktyabr 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixə kimi, 29 aprel 2023-cü il tarixdən 26 may 2023-cü il tarixə kimi həbsdə, 26 may 2023-cü ildən 20 sentyabr 2023-cü il tarixə kimi ev dustaqlığında saxlanılmışdır. 20 sentyabr 2023-cü il tarixdə barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin şərtlərini pozduğu üçün barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddəti daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixə kimi şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı, 29 aprel 2023-cü il tarixdən 20 sentyabr 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 38 (otuz səkkiz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 38 (otuz səkkiz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 38 (otuz səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 228 (iki yüz iyirmi səkkiz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 187, 344-349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu 04 (dörd) ay 23 (iyirmi üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Binəqədi rayonu, 1-ci Mədən, korpus 9 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 38 (otuz səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 228 (iki yüz iyirmi səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-278/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-278/2023
27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver