Məhkəmə qərarları › İş №1(001)-279/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-279/2024

15.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-279/2024 15.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 12 avqust 1978-ci ildə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2015-ci il tarixli müqavilə üzrə aldığı borca görə 100000 (yüz min) manat məbləğində pulu və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-6863/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, habelə icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək qeyd edilən məbləğdə pulu ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsində özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2010cu ildən tanıyır, münasibətləri çox yaxşı və etibarlı olmuşdur. xx.xx.2015-ci il tarixdə onunla Anar arasında 100000 manat borca dair kredit müqaviləsi bağlanmışdır. Sonradan Zərərçəkmiş şəxs pulun qaytarılması üçün məhkəməyə müraciət etmiş və Binəqədi Rayon Məhkəməsinin 2(001)-6863/2019-cu il tarixli qətnaməsi ilə ondan 100000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minəndən sonra icra işi Binəqədi rayon icra şöbəsinə göndərilmiş və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona məxsus «BMW» markalı avtomobil aşkar edilmiş, sonradan həmin avtomobil 6000 manata qiymətləndirlmiş və Zərərçəkmiş şəxs borcun bir hissəsinə görə verilmişdir. İşə məhkəmədə baxıldığı dövrdə qanuni qüvvəsini almış sözügedən qətnaməni tam icra etmiş, borcunu tamamilə ödəmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Qeyd edilənləri nəzərə alıb cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddərdir ki, tanıyır, münasibətləri yaxşı olmuşdur. xx.xx.2015-ci ildə onunla Asif arasında 100000 manat borca dair kredit müqaviləsi bağlanmışdır. Sonradan Asif pulu qaytarmadığına görə məhkəməyə müraciət etmiş və Binəqədi Rayon Məhkəməsinin 2(001)-6863/2019-cu il tarixli qətnaməsi ilə Asifdən 100000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun alınaraq ona verilməsi qət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minəndən sonra icra işi Binəqədi rayon icra şöbəsinə göndərilmiş və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Asif 10 gün müddətə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən Asifə məxsus «BMW» markalı avtomobil 6000 manata qiymətləndirlmiş və ona borcun bir hissəsinə görə verilmişdir. İşə məhkəmədə baxıldığı dövrdə Asif qanuni qüvvəsini almış qətnaməni tam icra etmiş, borcunu tamamilə ödəmiş, onunla barışıq əldə etmişdir. Qeyd edilənləri nəzərə alıb ondan heç bir şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-6863/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında verilən 17 yanvar 2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Təqsirləndirilən şəxs 17 fevral 2015-ci il tarixli müqavilə üzrə 100000 (yüz min) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2020-ci il tarixdə icraata daxil olmuş, “İcraata başlamaq haqqında” qərar və tələbin könülllü icrası haqqında bildiriş “icra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə əsasən iş üzrə borcluya göndərilsə də, tələb təmin olunmamışdır. Borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə tələblərin yerinə yetirilməsindən yayınmış, borcun ödətdirilməsi üçün görülmüş məcburi icra tədbirləri heç bir nəticə verməmişdir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməməsinə və tələbi icra etməməsinə görə barəsində tərtib edilmiş protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-1668/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Daha sonra borclu Təqsirləndirilən şəxs icra üçün yeni müddət təyin edilmiş, lakin o, həmin müddətdə də tələbi təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə 100000 (yüz min) manat borc məbləğindən təqdimat verilənədək əmlak hesabına 6000 manat vəsait ödəmişdir. İşə məhkəmədə baxıldığı dövrdə Təqsirləndirilən şəxs borcunu tamamilə ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Şahid2 da Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə 04 aprel 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 27 noyabr 2019-cu il tarixli, 2(001)-6863/2019 saylı qətnaməsinin Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra edilməməsi ilə faktı ilə bağlı Bakı şəhəri Binəqədi rayon icra şöbəsindən daxil olmuş 31 yanvar 2023-cü il tarixli təqdimata əsasən Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, i.v 1-2). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 11 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, i.v 285-286). Qətimkan tədbiri seçilməsi barədə 06 mart 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Həmid Qurbanov barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 319-320). Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir və düzgün olaraq onun əməli Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İşdə olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs imzası notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs borcunu tam ödəmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Onlar barışmışlar. Məhkəmə Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadələrini dinləyib, Təqsirləndirilən şəxs qanuni qüvvəsini almış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-6863/2019 nömrəli qətnaməsini tam icra etdiyini nəzərə alıb, iş materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin Qeydinə görə cinayət məsuliyyətindən azad edilməli və cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.3-cü maddəsinə görə başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinə görə bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi qanunverici şəxsin CM-in 306-cı maddəsinin “Qeyd” hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini qanuni qüvvəyə minmiş məhkəmə aktının tam icra edilməsi ilə şərtləndirmiş, eləcə də bu maddi hüquq normasının məhkəmə baxışı zamanı tətbiqinin prosessual əsası qismində CPM-in 43.1.2-ci maddəsini nəzərdə tutmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini tam icra etdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən, qətimkan tədbiri təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildikdən sonra qüvvədən düşmüş sayılır. Buna görə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 15 (on beş) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40, 43.1, 43.3, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən (Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş hallar müəyyən edildiyindən) cinayət məsuliyyətindən azad edilsin və həmin cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 90 (doxsan) manat ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar