Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-279/2025 30.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hacıyeva Nigar Zahid qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri “Kaspian” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə və onun nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Ağdam rayonu Novruzlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Qarazeynalla kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3 saylı Yataqxanada yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 153.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Təqsirləndirilən şəxs, on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmişdir.
2. Belə ki, o, 2024-cü ilin iyul ayının ortalarında gecə saat 01 radələrində ünvan 1 ünvanda yerləşən “02 Ağdam çay evi” adlı çayxanada öz cinsi ehtirasını təmin etmək məqsədilə 16 yaşına çatmayan, xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs razılığı ilə sonuncunun gözü qarşısında öz cinsi orqanını nümayiş etdirməklə cinsi orqanını Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə və arxa keçəcək dəliyinə dəfələrlə toxunduraraq Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmişdir.
3. Bundan başqa, o, 2024-cü ilin avqust ayının əvvəllərində gecə saat 01 radələrində ünvan 1 ünvanda yerləşən “02 Ağdam çay evi” adlı çayxanada öz cinsi ehtirasını təmin etmək məqsədilə 16 yaşına çatmayan, xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs razılığı ilə sonuncunun gözü qarşısında öz cinsi orqanını nümayiş etdirməklə cinsi orqanını Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə və arxa keçəcək dəliyinə dəfələrlə toxunduraraq Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmişdir.
4. Bundan başqa, o, 02 sentyabr 2024-cü il tarixdə saat 05 radələrində ünvan 1 ünvanda yerləşən “02 Ağdam çay evi” adlı çayxanada öz cinsi ehtirasını təmin etmək məqsədilə 16 yaşına çatmayan, xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs razılığı ilə sonuncunun gözü qarşısında öz cinsi orqanını nümayiş etdirməklə cinsi orqanını Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə və arxa keçəcək dəliyinə dəfələrlə toxunduraraq Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmişdir. Proses iştirakçılarının çıxışları:
5. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 153.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahlar çayxanaya yanlarına gedib-gələn məhəllə uşağıdır. Şahların ifadəsində dediyi həqiqəti əks etdirmir. Aralarında elə şeylər olmamışdır. Bina arasında gecə vaxtı çayxana işləmir və oraya girmək mümkün deyildir. Çayxanaya giriş-çıxış yoxdur. Şahlar o cür ifadəni basqı altında vermişdir. Şahların dedikləri öz sözləri deyildir. Dayısı ilə aralarında məsələ vardır və buna düşmənçilik deyir. Onlar eyni məhəllədə yaşayırlar. Məhəllədə hər kəs onu tanıyır və necə insan olduğunu bilir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, aralarında söyüşlə zarafat var deyə belə açıq ifadələrlə danışmışdır. Şahlar özü də onunla açıq ifadələrlə zarafat etmişdir. Şahlar azyaşlı olsa belə, böyük adamlarla oturub-durur. Cavanlıqda Şahların dayısı ilə mübahisəsi olmuş və ona “baxarsan nələr olacaq” demişdir. Çayxanada Şahlarla tək olmamışdır. Ümumiyyətlə həmin çayxana gecə vaxtı işləmir. Aralarında Şahlarla “WhatsApp” proqramı vasitəsilə yazışmalar və danışıqlar, məhəllə uşağı kimi söhbətləri olmuşdur. Danışıq tərzi bu cür olduğundan, yazışmalarda açıq ifadələr işlətmişdir. Çayxananın açarı onda heç vaxt olmamışdır. Şahların pəncərədən çayxanaya daxil olması da həqiqəti əks etdirmir. Çayxanada kamera yoxdur. Əgər gecə vaxtı çayxananın işığı yanarsa sakinlər dərhal şikayət edirlər. Şahların atası ilə dost olmamış, onun anasının dayısı uşaqları ilə dost olmuşdur. O, bir az söyüşcül danışan biridir. Aralarında zarafat olmuşdur. Şahlar neçə dəfə yanına gəlib anasının onu evdən qovduğunu demişdir. Ondan sonra obyekti 12 nəfər işlətmişdir. O, Atəş adlı şəxsə satmış, o da Hüseynəliyə satmışdır. Çayxana sonda Nəsimiyə gəlib çıxmışdır. Nəsiminin çay evində qəlyan çəkilməmişdir. Şəhərdə başqa çay evində qəlyan çəkmişlər. Məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir.
6. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 153.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır:
7. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atasının dostu kimi tanımışdır. O həmişə atası ilə görüşəndə onunla da görüşmüşdür. Kafede Rafiqi hər görəndə oturub danışırmışlar. O, kafeyə bir neçə gün getməmişdir. Rafiq də ona səs atmışdır ki, “niyə bura gəlib-getmirsən?”. O da atasının yanında olduğunu bildirmişdir. Ondan sonra axşam oraya getmiş və domino oynamışlar. Daha sonra evə getmişdir. Rafiq ona yazmışdır ki, “nətərsen bala yaxşısan, mən Nəsimin kafesindəyəm misli topaz yazıram, gəlirsənsə bura gəl”. O da anasını aldadıb nənəsigilə gedəcəyini desə də, əslində onun yanına getmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs atasının dostu kimi tanımışdır. Fikirləşmişdir ki, o yaxşı insandır. O, pivə alıb gətirmişdir ki, içsinlər. Pivəni içdikdən sonra özündə olmamışdır. Ona əynini soyunmasını demişdir. Çayçıda ikisi olmuşlar. Rafiq ilk dəfə ona əxlaqsız təklif edəndə qorxmuşdur ki, bu haqda gedib kimə isə deyər. Ona görə də onun təklifini qəbul etmişdir. Rafiq ona əynini soyunmasını dedikdən sonra soyunmuşdur. Sonra Rafiq də əynini soyunaraq onun qucağında oturmasını demiş və ona əxlaqsız hərəkətlər etmişdir. Bu hadisələr iyul ayında baş vermişdir. Kafenin açarı Təqsirləndirilən şəxs olmuşdur. O, açarı Nəsimidən götürmüşdür. Rafiq açarı Nəsimidən alanda yanında olmamışdır. Rafiq misli topaz yazmaq üçün və televizora baxmaq üçün çayçının açarını istəmişdir. Avqust ayında yenə kafeye getdikdə Rafiqin orada dostları ilə domino oynadığını görmüş, o da kənarda oturmuşdur. Sonra ona yaxınlaşıb hal-əhval tutduqda, Rafiq ona axşam yenə gəlməsini demişdir. O da yenə nənəsigilə getmək adı ilə anasını aldatmışdır. Gecə saat 12-1 arası Rafiqin yanına getmişdir. Rafiq 5 litr pivə almış və ona əynini soyunmasını demişdir. Sonra isə Rafiq ona qarşı əxlaqsız hərəkətlər etmişdir. Rafiqin yanına gecə saat 1-də gedib səhərə yaxın evə gəlmişdir. Nənəsigil ilə qonşudur və anası nənəsindən orada olub-olmamasını soruşmamışdır. Rafiqi yay fəslindən tanımışdır. Rafiqlə 3 aya yaxın münasibətləri olmuşdur. Bir dəfə görüşdən evə gec gəlmiş, axşam saat 10-da yatmışdır. Həmin vaxt anası da telefonunu açıb yoxlamış, Rafiqin səsli məsajlarına qulaq asandan sonra onu yuxudan qaldırıb demişdir ki, bu nə səslərdir. Anası dayılarını və nənəsini çağırmışdır. O, da baş verən hadisələrin hamısını anasına və nənəsinə danışmışdır. Bildirmişdir ki, Rafiq onu heç vaxt hədələməmişdir. O, qorxmuşdur ki, Rafiq aralarında olanları gedib kimə isə deyər. Sentyabr ayında Rafiq ona Nəsimi gedən kimi kafeyə gəlməsini yazmışdır. O da gecə saat 2-yə işləmiş kafeyə getmişdir. Rafiq yenə içki almış və onlar içdikdən sonra yenidən ona əxlaqsız hərəkətlər etmişdir. Həmin gün evə gedib yemək yeyib yatmışdır. O, yatanda anası telefonun kodunu açıb mesajları oxumuşdur. O, kafeyə gedib orada domino oynayanlara baxaraq çay içmişdir. Çayçının açarı həmişə Rafiqdə olmuşdur. Bir dəfə Rafiq açarı Nəsimidən almağı unutmuşdur. Buna görə də, o, pəncərədən çayçıya daxil olub, çayçının digər qapısını açmışdır. Rafiq ona kafeyə gəlib pivə içməsini deyirdi. Rafiqin niyyəti ona içki verib əxlaqsız hərəkətlər etmək olmuşdur. Aralarında olanlardan Nəsiminin xəbəri olmamışdır. Aralarında 3 dəfə yaxın münasibət olmuşdur. Rafiq ona pul verməmişdir. Anasının onu evdən qovmasını Rafiqə deməmişdir. Rafiqlə görüşə gedəndə anasına nənəsigilə gedəcəyini demişdir. Birinci dəfə iyul ayında, sonra avqust və sonuncu dəfə sentyabr ayında münasibətləri olmuşdur. Nənəsigildən evlərinə 4-5 arası qayıtmiş dayısı evdə televizora baxmışdır. Rafiq, Nəsimi və atası tanışdırlar. Hadisədən sonra atası ilə münasibətləri kəsilmişdir. Atası ona “sən adlı oğlum yoxdur” demişdir. Nəsimi onu bir neçə dəfə çayçıdan qovmuş, amma sonra icazə vermişdir. Qəlyan çəkdikləri gün Rafiqin ad günü olmuş, ona çayxanaya gedib qəlyan çəkməyi təklif etmişdir. Onlar çayxanada oturmuş və qəlyan çəkmişlər. Hadisədən sonra məktəbdən də çıxdığını və hal-hazırda ancaq evdə oturduğunu bildirmişdir.
8. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Şahlar onun oğludur. Həmişə onun mobil telefonunu yoxlamışdır. Hadisəni sentyabr ayının 3-də bilmişdir. Şahlar saat 10-da evə gəldikdə, halının çox pis və gözlərinin qıpqırmızı olduğunu görmüşdür. Şahlardan ona nə olduğunu soruşduqda, heç nə olmadığını deyib yatmışdır. O da heç olmasa əynini dəyişib uzanmasını desə də, Şahlar onun səsinə durmamışdır. Həmin vaxt o, Şahların telefonunu yoxlamaq üçün götürdükdə Rafiq ilə olan yazışmaları və səsli mesajları görmüşdür. O, Rafiqi tanımamışdır. Birinci Rafiqin səslərinə qulaq asmış və bu ona çox pis təsir etmişdir. Səslərdə “çim, qırxın gəl, mən də çimmişəm”, “keçən dəfə sənə dal**an basa bilməmişəm, gələn dəfə imkan verərsən sənə dal**an basaram” deyə mesajlar var idi. Əvvəlcə fikirləşmişdir ki, birdən zarafatyana səslər olar. Amma sonra ciddi bir şey olduğunu anlamışdır. Rafiqin “Mən də çimmişəm, saat 12-dən sonra gələrsən oraya”, “Puldan narahat olma” sözləri, sonra oğlunun “pivə, semiçka alarsan” sözləri, Rafiqin oğluna “Puldan narahat olma nə qədər desən mağaza açıqdır, pul çoxdur”, “saat 12-dən sonra Nəsimi bağlayıb gedəcək, sən də 12-dən sonra gələrsən” sözləri onu şübhəyə salmışdır. Oğlu da ona nənəsigildə olduğunu deyirdi. Anası ilə qonşu olduğundan Şahların oraya getdiyini düşünmüşdür. Ona görə narahat olmamışdır. Hadisəni anasına danışmış və anasından məsləhət istəmişdir. Anası, daha sonra isə böyük qardaşı səslərə qulaq asdıqdan sonra şokda olmuşlar. Ondan sonra gedib 5-ci Polis Bölməsinə şikayət etmişlər. Polisdə məsələ araşdırılaraq, həkim müayinəsi keçirilmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, səsli məsajlara görə ayağa qalxmışdır. Rafiq adlı şəxsi tanımır, əvvəllər də görməmişdir. Oğlunun kafeyə gedib-gəlməsini bilməmişdir. Onun dostları ilə gedib-gəlməsini bilmiş, lakin kafeyə getməsindən xəbəri olmamışdır. Oğlunun Nəsiminin kafesinə gedib-gəlməsini bilməmişdir. Bu hadisəni bilib oğlundan soruşanda oğlu əvvəlcə etiraf etməmişdir. Həm də oğlu özündə olmamış, gözləri şişmiş vəziyyətdə olmuşdur. İşə onun qohumunun aidiyyatı yoxdur, burada söhbət oğlunun taleyindən gedir. Qardaşının məsələyə heç bir aidiyyəti yoxdur. Oğlunun məktəbə getmədiyini, hal-hazırda ailənin pərişan olduğunu, utanc içində olduqlarını bildirmişdir.
9. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dəvət edilərək dindirilmiş X4 ifadəsində göstərmişdir ki, hadisə ilə bağlı kim nə eşitmişdirsə, o da onu eşitmişdir. Hadisə onun obyektində olmamışdır. Çünki o, hər axşam saat 12-də obyekti bağlayıb evinə getmişdir. Ərazinin sahə inspektoru saat 12-dən sonra obyekt işlətməyə icazə vermir. 3 ilə yaxındır ki, həmin obyekti işlətmişdir. Obyekti təhvil alanda oranın bir açarı olmuşdur. O açar da onun özündə olmuşdur. O, heç kəsə açar verməmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Rafiqi məhəllə sakini kimi, həmişə çayxanaya gələn biri kimi tanımışdır. Çayxanası məhəllə çayxanasıdır. Yaş məhdudiyyəti olduğundan, 16-17 yaşdan aşağı olanlara girişə icazə yoxdur. Çayxanada ancaq çay, kola və ayran vermişdir. Şahları məhəlldən tanımış və o, çayçıya da gəlib-getmişdir. Bildiyinə görə Şahların 17 yaşı vardır. Bura ona uyğun yer deyildir deyə o, dəfələrlə Şahları çayçıdan qovmuşdur. Şahlar əlində moxito içkisi və kağızla çayxanaya gəlmiş, Rafiqlə oturub topaz yazmışlar. Çayxanasında topaz yazılmasına icazə yoxdur. Elə bilmişdir ki, Şahlarla Rafiq qohumdur. Şahların çayxanada kimlərlə oturmasına diqqət etməmişdir. Çayxana gecələr bağlı olmuş, açarı da özündə olmuşdur. Çayxananın pəncərəsi bağlı olurdu, oradan içəri keçmək mümkün deyildir. O, çayxananın açarını Rafiqə verməmişdir. Obyekti Elgün adlı şəxsdən almış, o həmin çayxananı 44 gün işlətmişdir. Amma obyekt bir neçə il əvvəl Rafiqin olmuşdur. Obyekti alanda açarı Elgün adlı şəxs ona vermişdir. O, isə açarı dəyişməmiş, bu vaxta qədər həmin açarı işlətmişdir. Rafiq ondan heç vaxt çayxananın açarını istəməmişdir. Çay evinin adı Ağdam çay evidir. Şahların adını iş polisə düşəndən sonra bilmişdir. Şahlara qaqa deyə müraciət etmişdir. Şahlar həftədə 1-2 dəfə çayçıya gəlmiş, bəzən isə heç gəlməmişdir. Şahlar çayxanaya gələndə onun Rafiqdən başqa şəxslə oturmasını görməmişdir. Rafiqi 30 ildir tanımış, bir məhəllə uşağı olmuşlar. Ailəli adam olduğundan saat 12-də çayxananı bağlayıb evinə getmişdir. Çayxananın arxadan girişi vardır. Özü də digər tərəfdən girib-çıxmışdır. Əsas giriş qapısının qıfılı yox, cəftəsi vardır. Axşamlar çayxananı bağlayanda pəncərələri yoxlamış, pəncərələr heç vaxt açıq olmamışdır. Onun heç nədən xəbəri olmamışdır. Axşamlar pəncərələri və qapını bağlayıb evinə getmişdir. 2 gün Rafiq çayxanaya gəlməmiş, 3-cü gün eşitmişlər ki, qardaşı ilə bölməyə getmişdir. Ondan 4-5 gün sonra bilmişlər ki, Rafiq tutulmuşdur. O, hadisədən 10 gün keçdikdən sonra səs-soraq çıxmışdır. O, çayxanada qəlyan verməmiş, lakin kim istəsə özü gətirib çəkmişdir. Şahların çayxanada qəlyan çəkməsini görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
10. Cinayət işinin başlanması və icraata götürülməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 153.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir.
11. Təqdim olunmuş CD diskin götürülməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Qanuni nümayəndə tərəfindən 1 ədəd CD disk ibtidai istintaqa təqdim edilmişdir.
12. Baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Qanuni nümayəndə təqdim etdiyi bir ədəd “CD” diskə sonuncunun və Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin “CD” diskdə “WhatsApp Audio” adlı 15 ədəd səsyazı və “WhatsApp video” adlı 1 ədəd video olmuşdur. Həmin səsyazılar Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs mobil telefonun “WhatsApp” bölməsi ilə bir-birinə ötürdükləri səslər olmuşdur. Zərərçəkmiş şəxs səsyazıları “A” adlı şəxs kimi, Təqsirləndirilən şəxs səsyazıları “B” adlı şəxs kimi qeyd olunmuşdur. “A” adlı şəxsin səsyazısı: Dediklərimi alassan da, dörd litr pivə, süzmə pivə, pendir, çipsi, 5 dənə siqaret, öpürəm, axşam görüşərik. Səsli mesaj 10 saniyə müddətində davam edərək bitir. “B” adlı şəxsin səsyazısı: Yaxşı, axşam görüşərik, basaram sa, qəşəng yaxşı, g****n qoyaram sa genə. Səsli mesaj 9 saniyə müddətində davam edərək bitir. “A” adlı şəxsin səsyazısı: Pivəni al qoy xaladenniyə, Nəsimi gedəndən sonra qəşəng soyusun, iki dənə stəkan qoyursan, buz kimi, qəşəng soyusun olsun stəkan da, səni axşam, qəşəng hoqqa olacaq, hoqqa, hoqqa, oldu ürəyim qurban. Səsli mesaj 12 saniyə müddətində davam edərək bitir. “A” adlı şəxsin səsyazısı: Yaxşı eliyərik, amma tez qutarmasın kayf tutaq oldu, yaxşı öpdüm, axşam görüşərik, Nəsimi gedəndən sonra al qoy xaladenniyə, qəşəng soysun, buz kimi olsun, dediklərimi al, çipsi, pendir, dörd litr pivə, 5-6 dənə siqaret. Səsli mesaj 15 saniyə müddətində davam edərək bitir. “B” adlı şəxsin səsyazısı: Alacam e alacam, amma səndə qəşəng məni yola verərsən yaxşı, olacaq lap qəşəng, imkan verərsən basaram yaxşı, ürəyim qurban. Səsli mesaj 13 saniyə müddətində davam edərək bitir. “B” adlı şəxsin səsyazısı: Sa elə basaram yaxşı, qəşəng basaram sa yaxşımı. Səsli mesaj 8 saniyə müddətində davam edərək bitir. “B” adlı şəxsin səsyazısı: Sən nə qədər içirsən dükan ordadır da, səhərə qədər işləyir, nə qədər içirsən alacam, ma nə fərqi var ki, sən nə qədər içə bilirsən iç də. Səsli mesaj 10 saniyə müddətində davam edərək bitir. “A” adlı şəxsin səsyazısı: Neçə litr pivə içək, neçə litr pivə alassan, denən görüm pivəni, pivənin yanında bir dənə çipsi olsun qəşəng, bir dənə pendir olsun, fsyo, limon olsun, 10 dənə də siqaret olsa bizə bəsdir, qəşəng soyunarıq, oturub içib kayf tutarıq, pivə neçə dənə alassan. Səsli mesaj 15 saniyə müddətində davam edərək bitir. “B” adlı şəxsin səsyazısı: Sən də qəşəng saat uje 12-yə işdiyib, sənin yerinə olsam gedib qəşəng yuyunub eliyib gələrdim, qəşəng yuyunub gələrdim, yuyun elə də, təmizlən gəl, qəşəng çim elə, mən çimdim indi, sən də qəşəng çim gə. Səsli mesaj 19 saniyə müddətində davam edərək bitir. “B” adlı şəxsin səsyazısı: Əsas budur ki, çimməkdir, çim elə təmiz, təmiz qəşəng yuyun, çim elə qəşəng gəl, axşam enerjili gəl yaxşı. Səsli mesaj 8 saniyə müddətində davam edərək bitir. “B” adlı şəxsin səsyazısı: Hər şey alacam da, hər şey, yemək zad da alacam narahat olma, pul var, hər şey olacaq, qəşəng çim elə, axşam təmiz gələrsən yaxşı. Səsli mesaj 11 saniyə müddətində davam edərək bitir. “A” adlı şəxsin səsyazısı: Pivəylə yeməyə nəsə al da, bir dənə pendir, bir dənə çipsi, limon, başqa gör nə ala bilirsən al da, al qoy, qəşəng stol hazırla gələcəm, qəşəng kayf tutaq, 10 dənə də siqaret al mənə qalın. Səsli mesaj 10 saniyə müddətində davam edərək bitir. “A” adlı şəxsin səsyazısı: Gediş-gəliş olmasın da, tər-təmiz gedək, elə soyunaq oturaq, pivəmizi içək, bir də get gəl təmiz Nəsimi getsin, al yığ ora hər şeyi, yeməyini, pivəni, hər şeyi al yığ ora, mənə də bir paçka sabraniyə al, bir də rahat oturaq da, get bunu al, onu al gətir, oldu Nəsimi getsə al yığ ora hər şeyi, mən də gəlim görüm fsyo hər şey hazırdır, rahat soyunaq eliyək, mən də indi girim yaxalanım eliyəm gələm, birə işdiyib saat. Səsli mesaj 24 saniyə müddətində davam edərək bitir. “A” adlı şəxsin səsyazısı: Rafiq mən evdən çıxıram yavaş-yavaş, yuyundum elədim qəşəng, ətirləndim çıxdım evdən, çıxıram gələm. Səsli mesaj 6 saniyə müddətində davam edərək bitir. “A” adlı şəxsin səsyazısı: Axşam nağaraq neyniyək, oturaq oturmayaq. Səsli mesaj 2 saniyə müddətində davam edərək bitir. “WhatsApp video” adlı faylda bir ədəd video olmuşdur. Həmin video çəkilişdə masa arxasında təxminən 15-16 yaşlı cavan bir oğlanın masa arxasında əyləşdiyi, qarşısındakı masada bir stəkan çay olduğu, həmin oğlanın sağ tərəfində masanın digər tərəfində təxminən 44-45 yaşlı, üzü tüklü kişinin əyləşmiş vəziyyətdə çay içərək qəlyan çəkdiyi, masanın üzərində stəkanda çay və şokalad olduğu, həmin yerin kafe olduğu, kafedə yerləşən digər masalarda digər şəxslərin də əyləşdiyi, ikinci şəxsin danışıb güldüyü, lakin, səsin çıxmadığı, videoçəkilişin 01 dəqiqə 11 saniyə davam edərək bitdiyi, videonun üzərinə “tik-tok @rafiq0202” sözlərinin yazdığı görünmüşdür. Baxışda iştirak etmiş Zərərçəkmiş şəxs səsli mesajların sonuncuya və Təqsirləndirilən şəxs məxsus olduğunu, səsli mesajların mobil telefonun “WhatsApp” bölməsi ilə Rafiqlə bir-birinə ötürdüklərini, həmin səsli mesajları 01 sentyabr 2024-cü il tarixdə Rafiqlə bir-birinə göndərdiyini, sonradan anası Gülnarənin həmin səsli mesajları görüb telefonundan köçürüb götürdüyünü bildirmişdir. Zərərçəkmiş şəxs videoçəkilişdə olan cavan oğlanın sonuncu olduğunu, sağ tərəfində əyləşmiş şəxsin isə Rafiq olduğunu, Rafiqlə birlikdə Binəqədi rayonu Dərnəgül qəsəbəsində tanımadığı restoranada çay içdiyini, Rafiqin tanışının onları videoya çəkdiyini, Rafiqin həmin videonu tik-tok səhifəsinə qoymaq üçün çəkdiyini bildirmişdir.
13. Baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanında yerləşən “02 Ağdam çay evi” adlı çayxanaya baxış keçirilmiş, hadisənin həmin çayxanada baş verdiyi müəyyən edilmişdir.
14. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2009-cu il tarixdə Bakı şəhərində doğulmuşdur.
15. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 399 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir.
16. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 452 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvü nahiyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patologiya, anomaliya aşkar edilmədi. Cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir.
17. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 2945 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Zərərçəkmiş şəxs qeyd edilən hadisə zamanı öz hərəkətlərini ölçübbiçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarındadır. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Zərərçəkmiş şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. O, hadisəni düzgün qavramaq və düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs yalan danışmağa və özündən qondarma fikirlər söyləməyə meyillilik əlamətləri müşahidə edilmədi.
18. İfadənin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs ifadəsi onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə yerində yoxlanılan zaman, sonuncu istintaqa verdiyi ifadəni bir daha təsdiqləyərək hadisə yerini göstərib, hadisənin necə baş verməsini əyani şəkildə təsvir etmiş, Təqsirləndirilən şəxs ona qarşı əxlaqsız hərəkətlər edərkən zor tətbiq etmədiyini, döymədiyini, vurmadığını, hədə-qorxu gəlmədiyini bildirmişdir.
19. Üzləşdirmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir.
20. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.
21. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə istintaqa təqdim etdiyi baxış keçirilərək götürülmüş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs mobil telefonun “WhatsApp” bölməsi ilə göndərdikləri səslərinin əks olunduğu bir ədəd “CD” disk cinayət işi üzrə sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir.
22. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 153.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur.
23. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.
24. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)- 279/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq, sonuncu 24 yanvar 2025-ci il tarixdə dərhal məhkəmə iclas zalından həbs edilmişdir. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi:
25. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
26. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.
27. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlarla bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur.
28. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə hesab edir ki, Təqsirləndirilən şəxs CMin 153.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə ibtidai istintaq orqanının gəldiyi nəticə əsaslı olmaqla, sonuncunun həmin maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilmişdir.
29. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, təqsirləndirilən şəxsin ifadələrini, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Başqa sözlə desək, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir.
30. CM-in 25.3-cü maddəsinə müvafiq olaraq, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər.
31. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ona qarşı irəli sürülən ittihamda CM-in 153.1-ci maddəsinin tərkib əlamətləri mövcuddur.
32. CM-nin 153-cü maddəsi şəxsiyyətin cinsi azadlığı və cinsi toxunulmazlığı əleyhinə olan cinayət hesab edilməklə, zərərçəkmiş şəxsin yaşı, habelə cinayətin ona müəyyən psixoloji təsiri baxımından daha yüksək ictimai təhlükəliliyə malikdir. Belə ki, əxlaqsız hərəkətlər yeniyetmənin mənəvi və fiziki sağlamlığına mühüm zərər vuraraq, onun cinsi azadlığına və cinsi toxunulmazlığına qəsd edir.
33. Məhkəmə qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi “On altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə” CM-in 153.1ci maddəsinin obyekti qismində 16 yaşına çatmamış şəxslərin normal cinsi inkişafı və cinsi toxunulmazlığı ilə bağlı olan ictimai münasibətlər çıxış edir. Bu cinayətdən zərərçəkmiş şəxs qismində həm kişi, həm də qadın cinsindən olan və cinayət törədilənə qədər 14 yaşına çatmış, lakin 16 yaşı tamam olmamış şəxslər tanına bilərlər. Hazırki cinayət işinin zərərçəkmişi qismində cinayət törədilərkən 16 yaşı tamam olmamış Zərərçəkmiş şəxs tanınmışdır ki, həmin cinayətin obyekti qismində də onun normal cinsi inkişafı və cinsi toxunulmazlığı çıxış etmişdir.
34. Əməl subyektiv cəhətdən birbaşa qəsdlə törədilmişdir. Əməlin birbaşa qəsdlə törədilməsi dedikdə şəxsin öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməsi, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsidir. Məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs öz əməlinə psixi münasibəti birbaşa qəsdlə olmuşdur.
35. Əxlaqsız hərəkətlər cinayəti obyektiv cəhətdən 16 yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlərin edilməsində ifadə olunur. Zərərçəkmiş şəxs barəsində edilən əxlaqsız hərəkətlər fiziki və ya psixi zor tətbiq etmədən həyata keçirilməlidir. Məhkəmə bildirir ki, əxlaqsız hərəkətlər fiziki və intellektual formada təzahür edə bilər. Hazırki cinayət işində aparılmış məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlərini həm fiziki, həm də intellektual formada həyata keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs cinayət əməlini həm zərərçəkmiş şəxsin cinsi orqanlarına toxunmaqla, özünün və zərərçəkmiş şəxsin cinsi orqanlarını nümayiş etdirməklə törətmiş, eyni zamanda ona “WhatsApp” vasitəsilə əxlaqsız çağırışlar etmişdir.
36. CM-in 153.1-ci maddəsi formal tərkibli cinayət olduğundan əxlaqsız hərəkətlər başlandığı andan başa çatmış hesab edilir. “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021ci il tarixli Ali Məhkəmənin Plenum Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, məhkəmə şəxslərin cinsi toxunulmazlığı ilə əlaqədar işlər üzrə cinayətin törədilməsi üsullarının hökmdə ətraflı surətdə şərh edilməsindən çəkinməlidir.
37. Məhkəmə Plenum Qərarını da nəzərə alaraq bildirmək istəyir ki, təqsirləndirilən şəxsin cinayət əməli məhkəmə istintaqı zamanı verilən ifadələr zamanı tam şəkildə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclas zalında ifadə verən Təqsirləndirilən şəxs təqsirsizliyini belə əsaslandırmışdır ki, onda çay evinin açarı olmamış, çay evi isə ümumiyyətlə gecə saat 12:00-dən sonra işləmədiyi üçün onların çay evinə getməsi mümkün ola bilməzdi. Məhkəmə Təqsirləndirilən şəxs bu arqumentini əsassız hesab edir. Belə ki, müdafiə tərəfinin vəsatəti əsasında xx.xx.2025-ci il tarixində məhkəmə iclas zalında şahid qismində dindirilən çay evinin sahibi X4 bildirmişdir ki, çay evini satın aldıqdan sonra oranın açarını yenisi ilə əvəzləməmişdir. Daha sonra ona verilən suallara cavab olaraq bildirmişdir ki, ona qədər həmin çay evinin bir çox sahibləri olmuş və Təqsirləndirilən şəxs də vaxtilə bu çay evini işlətmiş, həmin çay evinin sahiblərdən biri olmuşdur. Bundan başqa şahid məhkəmə iclas zalında bildirmişdir ki, Şahlar çay evində olanda həmişə Rafiqlə birgə oturub-durmuş və Zərərçəkmiş şəxsı Təqsirləndirilən şəxs qohumu kimi tanımışdır. Məhkəmə onu da bildirmək istəyir ki, məhkəmə iclas zalında tədqiq edilən “WhatsApp” səs yazıları ilə Təqsirləndirilən şəxs əməli tam sübuta yetirilmiş, həm Təqsirləndirilən şəxs, həm də Zərərçəkmiş şəxs səs yazılarının onlara məxsus olduqlarını təsdiqləmişlər. Hansı ki, o səs yazılarında Təqsirləndirilən şəxs hər kəs getdikdən sonra gecə saat 12:00-də Zərərçəkmiş şəxsı çay evinə gəlməyə razı salması və ona qarşı əxlaqsız hərəkətlər etməsi öz əksini tapmışdır. Təqsirləndirilən şəxs Şahlarla aralarında zarafat olduğunu bu səs yazılarının zarafatla bağlı olduğunu bildirsə də, məhkəmə bildirir ki, səs yazıları əxlaqsız hərəkətlərin Təqsirləndirilən şəxs tərəfindən həyata keçirildiyini, hətta bunun müntəzəm xarakter daşıdığını tam aydınlığı ilə sübuta yetirir. Məhkəmə bildirir ki, 1979-cu il təvəllüdlü yetkin kişinin 2009-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan şəxsə qarşı təhrikedici, cinsi istəkləri ifadə edən, cinsi tələblərin ödənilməsi ilə bağlı çağırışlarını da əxlaqsız hərəkət hesab edir. Belə ki, xüsusilə vurğulamaq lazımdır ki, əxlaqsız hərəkətlər etmə obyektiv cəhətdən təkcə fiziki formada təzahür etmir, eyni zamanda intellektual formada da təzahür edir ki, bura yetkinlik yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətləri özündə əks etdirən səs yazıları göndərmək də daxildir.
38. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 153.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir.
39. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 153.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur.
40. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
41. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.
42. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.
43. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür.
44. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
45. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
46. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir.
47. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır.
48. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməlini təkrar törətməsini CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır.
49. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.
50. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 153.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.
51. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz.
52. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında ifadə edilmiş hüquqi mövqeyinə müraciət edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet).
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
54. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir.
55. Beləliklə, Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən yuxarıda göstərilənlərdən başqa, onun cəzasını yüngülləşdirən halların olmamasını, cəzasını ağırlaşdıran halın olmasını isə nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 10.3cü maddəsinin birinci cümləsində göstərilmişdir ki, həbsin cəza sistemində məhbuslar üçün əsas məqsədi islah etmək və sosial baxımdan yenidən tərbiyə etməkdir.
56. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir.
57. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
58. İş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-279/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq, sonuncu dərhal məhkəmə iclas zalından həbs edilərək Bakı İstintaq Təcridxanasına təhvil verilmiş və sonuncu 24 yanvar 2025-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır.
59. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir.
60. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 24 yanvar 2025-ci il tarixdən hesablanmalıdır.
61. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
62. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur.
63. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanunamüvafiq yəni, qanuni yolla əldə olunmuş olsun.
64. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum qərarında göstərilir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz.
65. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır.
66. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir.
67. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.
68. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.
69. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 440 (dörd yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir.
70. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur.
71. CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi).
72. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.
73. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.
74. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 24 yanvar 2025-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 440 (dörd yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Aytəkin İbrahimova